Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2440/2022 11.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 mənzil tikinti kooperativinə və Cavabdeh2nə qarşı “mənzilin təhvil verilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair ilkin, Cavabdeh2 MMC-nin İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin ləğv edilməsi” tələbinə barədə qarşılıqlı iddiasına dair iş üzrə QƏRARİ Açar sözlər: apelyasiyanın qeyri-mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103) -2108/2022 nömrəli iş üzrə 01 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 MTK-ya qarşı “müqavilə üzrə öhdəliyin yerinə yetirilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin B blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 98,43 kv metr, yaşayış sahəsi 87,90 kv metr olan təcrid olunmuş 2 otaqdan ibarət B19/1 saylı mənzilə dair İddiaçı müqavilə üzrə hüququ tanınmaqla həmin sahədən istifadəsi ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəli yinin Cavabdeh2 MMC və Cavabdeh1 MTKnın üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı oğlunun nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin B blokunun 19-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 98,43 kv metr, yaşayış sahəsi 87,90 kv metr olan təcrid olunmuş 2 otaqdan ibarət B19/1 saylı mənzilin İddiaçı təhvil verilməsi və həmin mənzildən istifadə ilə bağlı bütün maneələrin aradan qaldırılması öhdəliyinin "xxxx" MMC və Cavabdeh1 MTK-nın üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 MMC-nin nümayəndəsi Nümayəndə 19.04.2021-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı iddia tələbinin t əmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, ünvan 2 ünvanında inşa edilənə girişli 21 mərtəbəli yaşayış evinin B blokunun 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 98,43 kv metr olan 2 otaqdan ibarət mənzil üzrə Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim S.Ədilova iş N 2(005)- 2504/2021) ilkin iddianın təmin edilməsi, Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 07.02.0291-cu il tarixli B168/8 nömrəli müqavilə əsasında ünvan 1 ünvanında inşa olunan 3 girişli 21 mərtəbəli yaşayış evinin B blokunun 19-cu mərtəbəsində yerləşən ümumi sahəsi 98,43 kv metr, yaşayış sahəsi 87,90 kv metr olan təcrid olunmuş 2 otaqdan ibarət B19/ 1 saylı mənzil Cavabdeh1 MİK tərəfindən İddiaçı təhvil verilməsi və həmin mənzildən istifadə ilə bağlı İddiaçı yaradılan maneələrin aradan qaldırılması,qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC-nin qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və Cavabdeh1 MTK-ya qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia iddiasının rədd olunması qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(005)2504/2021 saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh2 MMC-nin nümayəndəsi X1 29.12.2021-ci il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, 2(005)2504/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2(005)-2504/2021 saylı qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh2 MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş apellyasiya şikayəti qanunla müəyyən edilmiş forma və qaydaya əməl edilmədən verildiyindən geri qaytarılmışdır. Cavabdeh2 MMC Nərimanov Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli qərardadından şikayət vermişdir. Nərimanov Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərardadına əsasən verilmiş şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: F.Talışinski - sədrlik edən və məruzəçi, A.İmanov, Q.Əsgərov) 2(103)-2108/2022 saylı iş üzrə 01 fevral 2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2 504/2021 saylı işi üzrə 11.01.2022-ci il tarixli qərardadından cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 364-cü maddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki işin Nərimanov Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə apellyasiya şikayəti səlahiyyəti təsdiq olunmayan şəxs tərəfindən imzalanmışdır Cavabdeh2 MMC qərardaddan kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, B.Novruzov, Cavabdeh2 MMC-nin qanuni təmsilçisi dir və onun imzaladığı apelyasiya şikayəti həm də MMC-nin möhürü ilə təsdiqlənmişdir. Prosessual qanunvericilik onun üzərinə səlahiyyətini təsdiq edən hər hansı sənəd əlavə etmək vəzifəsi qoymur, çünki, MMC-nin nümayəndəsi yox, rəhbəridir, şikayətdə vəzifəsi göstərilib. Həmçinin dövlət reyestrinə əsasən məhz o, MMC-nin qanuni təmsilçi kimi qeydə alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qərardaddan kassasiya şikayəti verən iddiaçı qərardadı tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394 -1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İş materialları ilə müəyyən olunur ki, şikayəti imzalamış X2 Cavabdeh2 MMC-nin qanuni təmsilçisidir (i.v. səh 215). Ona görə də apellyasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qənaəti əsassız olmuş, məhkəmə prosessual normaların tələblərini pozmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qərardad ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin q ətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-2108/2022 nömrəli iş üzrə 01 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2440/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2440/2022
11.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver