Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2440/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçıX Cavabdeh və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsindən çıxarılma 18.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2(105)-145/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 18 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları Şamaxı Rayon XDS İK tərəfindən 13 no yabr 1991-ci il tarixdə 4 sayla qeydə alınmış Nizamnaməyə əsasən təsisçisi Respublika Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Üzüm dirək” istehsal birliyi olan Şamaxı rayonu, 06 saylı üzüm dirəkləri istehsal edən kiçik müəssisənin sovxozun tərkibindən ayrılmış üzüm dirəkləri istehsal edən sahənin bazasında yaradılmışdır və hüquqi şəxsdir. Kiçik müəssisənin əsas fondları təsisçinin balansında əks etdirilir. Kiçik müəssisənin vəzifəsi Respublikanın üzümçülük təsərrüfatlarının dəmir-beton dirəklərə olan tələbatını ödəməkdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin “Üzüm dirək” istehsal birliyinin 12 saylı, 17 fevral 1993-cü il tarixli əmrinə əsasən 5, 6 və 7 saylı üzüm dəmir-beton dirəkləri istehsal edən kiçik müəssisələr ləğv edilmiş və onların balansında Şamaxı Rayonl ararası Dəmir-Beton dirəklər istehsal edən müəssisə yaradılmışdır. İşdə olan üçüncü redaksiya Nizamnaməsinə əsasən "xxxx" ASC 05 yanvar 1998-ci il tarixdə qeydiyyata alınmış Şamaxı Rayonlararası Dəmir-Beton dirəklər istehsalı müəssisəsinin çevrilməsi nəticəsində yaradılmaqla onun hüquqi varisidir. Kommersiya hüquqi şəxslərin Dövlət Reyestrindən 19 may 2016-cı il tarixli Çıxarışa əsasən "xxxx" ASC 05 yanvar 1998-ci il tarixdə qeydiyyata alınmışdır, hüquqi ünvanı Şamaxı rayonu, Şəhriyar qəsəbəsi, qanuni təmsilçisi isə X1r. 29 iyul 2019-cu il tarixli Çıxarışa əsasən, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən sahəsi 269.4 kv.metr olan əmlak kompleksi kimi müəssisə- xüsusi müülkiyyət hüququ üzrə, onun yerləşdiyi 0,0329 ha torpaq sahəsi isə istifadə hüququ üzrə "xxxx" ASC-nin adına qeydə alın mışdır. 09 oktyabr 2021-ci il tarixdə X6 09 oktyabr 2021-ci il tarixdə ölmüşdür. 22 oktyabr 1996-cı il tarixli “Asflatqarışdıran qurğunun icarəyə verilməsinə dair” müqaviləyə əsasən asfalt qarışdıran qurğu Şamaxı rayonu, 06 saylı sovxoz tərəfindən 5 il müddətinə Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan Şamaxı rayonu, 6 saylı sovxoz yerli Aqrar İslahat Komissiyasının 01 oktyabr 2002-ci il tarixi aktının surətindən görünür ki, 01 oktyabr 2002ci il tarixində Şamaxı rayonu, 06 saylı sovxoz yerli Aqrar İslahat Komissiyasının qərarı ilə əmlak payı hesabına həmin sovxozun işçisi X mülkiyyətinə asfalt bişirən qurğu verilmişdir. Şamaxı Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli qətnaməsi ilə X2 X7, X və X qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin olunaraq X4 01 oktyabr 2002-ci il tarixdə Şamaxı rayonu, 06 saylı sovxozun qərarına əsasən AİK-nın əmlak payı əvəzinə verdiyi asfalt bişirən qurğudan və 0,25 ha tikinti altı torpaq sahəsindən iddiaçının istifadəsinə cavabdehlər tərəfindən yönəlmiş maneələr aradan qaldırılması və həmin qurğuya və 0,25 ha tikinti altı torpaq sahəsinə müdaxilə cavabdehlərə qadağan edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı X cavabdehlər Cavabdeh və X5 qarşı “iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında yerləşən “X12” ASC-nin yerləşdiyi dövlət mülkiyyətində olan 0,25 ha torpaq sahəsinin boşaldılması və iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsinin cavabdehlər Cavabdeh və X3 üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı həmçinin “iddiadan qismən imtina edilməsi barədə” ərizə ilə Şamaxı rayon Məhkəməsinə müraciət edərək, iş üzrə cavabdehlərdən X6 vəfat etdiyindən mülki işin ona aid hissədə məhkəmədə baxılmasına zərurətin aradan qalxdığını əsas gətirərək, iddiadan X4 aid hissədə imtina etdiklərini və iş üzrə icraatın təzələnməklə digər Cavabdeh aid hissədə iddiaya baxılmasını xahiş etmişdir. Şamaxı Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərardadı ilə iddia tələbinə X5 aid hissəsində xitam verilmişdir və “X12” ASC-ti 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, dövlət əmlakının qorunub saxlanılması və ondan təyinatı üzrə səmərəli istifadə olunmasının təmin edilməsi məqsədilə X əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Şamaxı rayonu, Şəhriyar qəsəbəsi ünvanında “X12” ASC-nin yerləşdiyi dövlət mülkiyyətində olan torpaq sahəsinin faktiki sərhədləri daxilində təxminən 0.25 ha sahənin hər hansı hüquqmüəyyənedici sənədlər olmadan Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək həmin ərazidə qazıntı işləri aparılması aşkar edilmişdir. Mübahisəli ünvanlarda yerləşən əmlak kompleksi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanununa və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramına uyğun olaraq özəlləşdirilmiş və hazırda “X12” ASC-nin mülkiyyətindədir. Qeyd edilən əmlak kompleksi özəlləşdirilsə də, onun altında olan torpaq sahəsi dövlət mülkiyyətindədir. Xidmətin əməkdaşları tərəfindən cavabdehlərdən qeyd olunan hərəkətlərə son qoyulması, zəbt olunmuş dövlətə məxsus torpaq sahəsinin boşaldılması tələb olunsa da, görülmüş tədbirlər bir nəticə verməmiş, cavabdehlər tərəfindən qeyd olunan qanunsuz hərəkətlər davam etdirilmişdir. Şamaxı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(074)-61/2022 saylı qətnaməsi ilə (hakim E.Hümbətov) iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 0,25 ha torpaq sahəsində yerləşən və yerinin dəyişdirilməsi təyinatına tənasübsüz zərər vurulmadan mümkün olmayan asfalt bişirən qurğu 1980-ci ildən Şamaxı rayonu, 06 saylı sovxozun mülkiyyətində olmuşdur. Şamaxı rayonu, 06 saylı sovxozun yerli AİK-nın 01 oktyabr 2002ci il tarixli qərarı ilə asfalt bişirən qurğu əmlak payı kimi cavabdehin anası X2 mülkiyyətinə, qurğunun yerləşdiyi 0,25 ha torpaq sahəsi isə istifadəsinə verilmişdir. Daha sonra qurğunun yerləşdiyi 0,25 ha torpaq sahəsinə mülkiyyət hüququ Şamaxı rayonu, Şəhriyar bələdiyyəsinə keçmişdir. İddiaçı asfalt bişirən qurğunun əmlak payı kimi cavabdehin anası X2 mülkiyyətinə, qurğunun yerləşdiyi 0,25 ha torpaq sahəsinin isə istifadəsinə verilməsinə dair Şamaxı rayonu, 06 saylı sovxozun yerli Aqrar İslahat Komissiyasının 01 oktyabr 2002-ci il tarixli qərarını mübahisələndirmir və həmin qərar hazırda qüvvədədir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 158.1, 158.2, 158.4, 243.1, 243.2, 245-ci maddələri, Torpaq Məcəlləsinin 84.1, 84.3-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini n ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsi 11 may 2022-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2(105)-145/2023 saylı qətnaməsi ilə (hakimlər A.A.Mahmudov sədrlik edən və məruzəçi, L.M.Məmmədova və L.E.Rəhimli) apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Şamaxı Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli, 2(074)-61/2022 saylı qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən “X12” ASC-nin yerləşdiyi dövlət mülkiy yətində olan 0,25 ha torpaq sahəsinin Cavabdeh tərəfindən boşaldılması və həmin torpaq sahəsinin iddiaçıya təhvil verilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı olmayan qətnamə çıxarılmışdır. İddiaçı tərəf onların mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onun zəbt olunan hissəsindən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətinin “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Məhkəmə bu işə baxarkən əvvəlcə iddiaçı tərəfin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Öyrənilən işin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən ərazi Reyestr Xidməti tərəfindən 29 iyul 2019-cu il tarixli Çıxarışa əsasən sözügedən əmlak kompleksi “X12”ASC-nin mülkiyyətindədir və torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla “X12”ASC-nin istifadəsindədir. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçı tərəfin torpaq sahəsindən və ya onun bir hissəsindən cavabdeh tərəfindən istifadə olunubolunmamasının müəyyən edilməsindən ibarətdir. Cavabdeh isə sözügedən ərazinin üzərində yerləşən qurğunun AİK-ın qərarına əsasən onlara verildiyini, həmin qurğunun onların mülkiyyət hüququnun olduğunu göstərib, mübahisəli torpaq sahəsinin iddiaçı tərəfə aid olmadığını, həmin torpağın bələdiyyə mülkiyyətində olduğunu bildirir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq bildirmişdir ki, iddiaçı tərəfin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, cavabdeh tərəfin müdaxiləsi ilə qarşılaşır ki, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Məhkəmə kollegiyası araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini, həmçinin birinci instansiya məhkəməsi tərəfindən tam və ətraflı araşdırma aparılmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bundan əlavə, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Əml ak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Lakin, iddiaçının X 06 dekabr 2022-ci il tarixli məktubunun məzmunundan müəyyən edilir ki, sözügedən təşkilatın mütəxəssisləri mübahisəli torpaq sahəsinə baxış keçirmək məqsədilə həmin ərazidə olmuş, lakin cavabdeh tərəf faktiki istifadəsində olan torpaq sahəsində ölçü işlərinin aparılmasına etiraz etdiyindən torpaq sahəsində çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bununla bağlı müvafiq Akt da tərtib edilmiş, hətta aktda cavabdeh öz vəkilinin ekspertizanın keçirilməsi barədə etiraz məktubunun Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edildiyini bildirmişdir. Məhkəmə kollegiyasının araşdırması zamanı iş üzrə ekspertizanın zəruril iyi tərəflərin diqqətinə çatdırılsa da, sonda cavabdeh tərəf yenə də ekspertizanın keçirilməsinə zərurət olmadığını və etiraz etdiklərini bildirmişlər. Əsas kimi əvvəlki məhkəmə qərarında mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasının qeyd edilməsinə istinad etmişlər. Məhkəmə kollegiyası tərəfindən X bələdiyyəsinə sorğu göndərilmiş, verilmiş sorğuya cavab olaraq bələdiyyə sözügedən torpağın bələdiyyə mülkiyyətyində olmasına dair hər hansı sənədi məhkəməyə təqdim etməmiş, əksinə bunun ƏMDX-i tərəfindən müəyyən edildiyini bildirmişdir. Məhkəmə tərəfindən bir neçə dəfə təklif olunmasına, o cümlədən cəhd olunmasına baxmayaraq cavabdeh ekspertzanınkeçirilməsinə etiraz etməklə, lazımı şərait yaratmamış, bu səbəbdən də ekspertizanın keçirilməsi qeyri-mümkün olmuşdur. İddiaçı tərəf mabahisəli ərazinin yerləşdiyi torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədi məhkəməyə təqdim etməsinə baxmayaraq, cavabdeh sözügedən torpaq sahəsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, təqdim etdiyi sənədlər isə bilavasitə etirazın əsaslarını təsdiq edəcək sənəd siyahısına aid olmayan sənədlər olmuşdur. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə, Mülki Məcəllənin 16, 139, 152, 157, 164, 238 və 239-cu maddələrinə, Torpaq Məcəlləsinin 67, 84 və 111-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 4, 14, 77, 97, 372 və 384-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslə rin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Nümayəndə oğlu) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şamaxı rayon 06 saylı sovxozun yerli Aqrar İslahat Komissiyasının 01 oktyabr 2002-ci il tarixli qərarı ilə asfalt bişirən qurğu əmlak payı kimi cavabdehin anası X2 mülkiyyətinə, qurğunun yerləşdiyi 0,25 ha torpaq sahəsi isə iddiaçının istifadəsinə verilmişdir. Həmin qərar hazırda qüvvədədir. X5 əmlak payı kimi düşmüş asfalt bişirən qurğu yerləşdiyi torpaq sahəsini almaq barədə 31 mart 2006-cı il tarixli ərizə ilə müraciət etmiş, həmin ərizəyə baxılıb rəy verilməsi və ayrılacaq torpaq sahəsinin sxeminin hazırlanması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxırayon şöbəsinə göndərilmişdir.Mübahisənin predmeti olan torpaq sahəsi torpaq islahatı haqqında qanuna əsasən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə aid edildiyindən bələdiyyə mülkiyyətinə verilən torpaq sahələrinə aid edilmişdir. Məhkəmə qətnamələrində müəyyən edildiyi kimi, mübahisəli torpaq sahəsi sovxoza aid torpaq sahəsi olduğundan sovxoz torpağı olaraq cavabdehin istifadəsinə, 1996-cı il tarixdən isə icarəsinə verilmişdir. Məhkəmə kollegiyasının qərarında müəyyən edidiyi kimi “X12”ASC 2019-cu il tarixdə yaradılmışdır, həmin dövrə qədər onun əmlakı dağıdılmışdır, həmin ASC yaradılan zaman mübahisələndirilən ərazidə sözügedən “X12” ASC-yə aid heç bi r əmlak olmamışdır. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanunun 6 və 7-ci maddələrinə, Torpaq Məcəlləsinin 46-cı və 47-ci maddələrinə istinadən mübahisəli torpaq sahəsi dövlət əmlakına aid olmadığından həmin iddia tələbi üzrə subyekt ola bilməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam ver mək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və y a başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 68 Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin ye rdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84, 1-ci bənd Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111, 1-ci bənd Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Maddə 111, 2-ci bənd Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. K assasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın rədd edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. B elə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, 29 iyul 2019-cu il tarixli Çıxarışa əsasən, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yerləşən sahəsi 269.4 kv.metr olan əmlak kompleksi kimi müəssisə- xüsusi müülkiyyət hüququ üzrə, onun yerləşdiyi 0,0329 ha torpaq sahəsi isə istifadə hüququ üzrə iddiaçının adına qeydə alınmışdır. Hazırda iddiaçı, mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən qanunsuz istifadə edildiyini bildirir və onun zəbt olunan hissədən çıxarılmaqla mülkiyyət hüququnun bərpa olunmasını tələb edir. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətinin “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinəəsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Apellyasiya instansiyası məhkəməsi, bu işə baxarkən əvvəlcə iddiaçı tərəfin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub- pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun c avabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Öyrənilən işin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisələndirilən ərazi 29 iyul 2019-cu il tarixli Çıxarışa əsasən, əmlak kompleksi kimi müəssisə iddiaçının mülkiyyətindədir, torpaq sahəsi isə dövlət mülkiyyətində olmaqla iddiaçının istifadəsindədir. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçı tərəfin torpaq sahəsindən və ya onun bir hissəsindən cavabdeh tərəfindən istifadə olunubolunmamasının müəyyən edilməsindən ibarətdir. Cavabdeh isə sözügedən ərazinin üzərində yerləşən qurğunun AİK-ın qərarına əsasən onlara verildiyini, həmin qurğunun onların mülkiyyət hüququnun olduğunu göstərib, mübahisəli torpaq sahəsinin iddiaçı tərəfə aid olmadığını, həmin torpağın bələdiyyə mülkiyyətində olduğunu bildirir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq bildirir ki, iddiaçı tərəfin mübahisələndirilən torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, cavabdeh tərəfiin müdaxiləsi ilə qarşılaşır ki, bu da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Apellyasiya instansiyası məhkəməsinin, araşdırması zamanı həmçinin müəyyən edilmişdir ki, cavabdeh apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini, həmçinin birinci instansiya məhkəməsi tərəfindən tam və ətraflı araşdırma aparılmadığını bildirsə də, bununla bağlı məhkəmə yə hər hansı mötəbər sübutu təqdim etməmişdir. Bundan əlavə, apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən apellyasiya instansiyası məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə tikintitexniki ekspertizası təyin edilmiş və rəyin verilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cələb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Lakin, ƏMDX DƏDKR publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin 06 dekabr 2022-ci il tarixli məktubunun məzmunundan müəyyən edilir ki, sözügedən təşkilatın mütəxəssisləri mübahisəli torpaq sahəsinə baxış keçirmək məqsədilə həmin ərazidə olmuş, lakin cavabdeh tərəf faktiki istifadəsində olan torpaq sahəsində ölçü işlərinin aparılmasına etiraz etdiyindən torpaq sah əsində çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bununla bağlı müvafiq Akt da tərtib edilmiş, hətta aktda cavabdeh öz vəkilinin ekspertizanın keçirilməsi barədə etiraz məktubunun Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edildiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin araşdırması zamanı iş üzrə ekspertizanın zəruriliyi tərəflərin diqqətinə çatdırılsa da, sonda cavabdeh tərəf yenə də ekspertizanın keçirilməsinə zərurət olmadığını və etiraz etdiklərini bildirmişlər. Əsas kimi əvvəlki məhkəmə qərarında mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasının qeyd edilməsinə istinad etmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən X bələdiyyəsinə sorğu göndərilmiş, verilmiş sorğuya cavab olaraq Bələdiyyə sözügedən torpağın bələdiyyə mülkiyyətyində olmasına dair hər hansı sənədi məhkəməyə təqdim etməmiş, əksinə bunun ƏMDX-i tərəfindən müəyyən edildiyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinəəsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Lakin araşdırma zamanı məhkəmə tərəfindən bir neçə dəf ə təklif olunmasına, o cümlədən cəhd olunmasına baxmayaraq cavabdeh ekspertzanın keçirilməsinə etiraz etməklə, lazımı şərait yaratmamış, bu səbəbdən də ekspertizanın keçirilməsi qeyrimümkün olmuşdur. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdəsübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutl ar birlikdə dəyərləndirilməlidir. Göstərilən xüsusatlar və işin faktiki halları bir daha onu deməyəəsas verir ki, iddiaçı tərəf mabahisəli ərazinin yerləşdiyi torpaq sahəsi ilə bağlı mülkiyyət hüququnu təsdiq edən sənədi məhkəməyə təqdim etməsinə baxmayaraq, cavabdeh sözügedən torpaq sahəsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, təqdim etdiyi sənədlər isə bilavasitə etirazın əsaslarını təsdiq edəcək sənəd siyahısına aid olmayan sənədlər olmuşdur. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan etiraz ərizəsinin dəlillərini araşdırıb və Şamaxı Rayon Məhkməsinin 08 iyun 2021-ci tarixli qətnaməsində qeyd olunanlarla bağlı qeyd etmişdir ki, MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi il ə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut olunmur. Göründüyü kimi hazırki iş üzrə iddiaçı tərəf yuxarıda qey d olunan mülki iş üzrə tərəf olmadığından həmin qərarda qeyd olunanların iddiaçı üçün preyudisiyallığı yoxdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan etirazının dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassasiya şikayəti t əmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 fevral 2023-cü il tarixli, 2(105)-145/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2440/2023
Ali Məhkəmə Qərar — İş №2(102)-2440/2023
18.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver