Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2441/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X1 cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: daşınmaz əşyaların alqı-satqısı, əqdin etibarsızlığı, aldatma, tələbin sübuta yetirilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı X1 cavabdeh Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2000/2025 nömrəli, 7 aprel 2025-ci il tarixli qətnaməsindən iddiaçı X1 kassasiya şikayətinə 07 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti X1 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı X1 nəzərdə tutulmuş kompensasiya məbləğinin artırılaraq 190150 manat məbləğində müəyyən edilməsi və fərdi yaşayış evinin boşaldılması, X1 da Yasamal Rayon İcra Hakimiyyətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərinin mülkiyyətindən maneəsiz istifadə hüququna müdaxilə kimi qiymətləndirilməsi, Yasamal RİH-in üzərinə ərizəçinin mülkiyyətdən istifadə etmək hüququnun pozulmasına yönələn hərəkətlərdən çəkinməsi öhdəliyinin qoyulması, mülkiyyət hüququna müdaxilə nəticəsində ona dəymiş 20000 manat məbləğində maddi zərərin, 100000 manat məbləğində mənəvi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1566/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə ilk iddia tələbi təmin olunmuş, qarşılıqlı iddia tələbi isə rədd olunmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-363/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin 2-1(81)-1566/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilkin iddiaya aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qərar qəbul edilərək, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı X1 408996 manat məbləğində kompensasiya ödənilməklə fərdi yaşayış evinin boşaldılması, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
4. Ali Məhkəmənin İnzibati kollegiyasının 2-1(102)-1906/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-363/2020 nömrəli, xx.xx.2020-ci tarixli qərarı iddianın təmin edilən hissəsində ləğv edilmiş, bu hissədə iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qərar qarşılıqlı iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2/2025 nömrəli, xx.xx.202 5-ci il tarixli qərardadı ilə tərəflərin arasında razılıq əldə olunduğundan və iddiaçı iddiadan imtina etdiyindən iş üzrə icraata xitam verilmişdir.
6. X1 xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə razılaşma protokolunu imzalamaqla ona məxsus ünvan 1 ünvanında yerləşən evin və torpağın birlikdə 800000 manat məbləğində hesablandığı, bu məqsədlə ödəniləcək ümumi 800000 manat kompensasiya məbləği ilə razılaşdığını, alan orqanın təklifinin, o cümlədən qanunvericiliklə nəzərdə tutulan bütün əlavələr (faizlər) nəzərə alınmaqla ona ödənilən kompensasiya təklifinin iradə ifadəsinə uyğun olduğunu bildirmiş və razılaşma protokolunu imzaladığı gündən 3 gün müddətində ona məxsus daşınmaz əmlakı alan orqana təhvil verməyi, bu əmlakla bağlı gələcəkdə üçüncü şəxslərin iddialarına görə bütün məsuliyyəti öz üzərinə götürmüşdür.
7. X1 Bakı şəhəri 41 saylı notariat ofisinin xüsusi notariusuna verdiyi ərizədə mülkiyyətində olan ünvan 1 saylı fərdi yaşayış evinin və mülkiyyətində olan 0.023090 ha torpaq sahəsinin söküntüsü ilə əlaqədar olaraq Yasamal RİH tərəfindən ona ayrılmış 800000 manat pul məbləği aldığını, bununla bağlı gələcəkdə Yasamal RİH-ə qarşı iddia və tələbinin olmayacağını göstərmişdir.
8. X1 ilə Bakı şəhəri Yasamal RİH arasında bağlanmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1 ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 126.10 kv.m olan fərdi yaşayış evini və mülkiyyətində olan 0.023090 ha torpaq sahəsini Yasamal RİH-in mülkiyyətinə verməyi, Yasamal RİH isə satılan daşınmaz əmlakın əvəzi olaraq 800000 manat ödəməyi öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı X1 (bundan sonra “iddiaçı”) iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, onun hüquqi savadsızlığından istifadə edilməsi ilə birbaşa bağlı qarşı tərəfin bilə-bilə yalan vədlər verməklə aldadılması, həmçinin tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsində həqiqiliyin olmaması səbəbindən pozulmuş hüquqlarının bərpasının təmin edilməsi ilə bağlı ünvan 1 ünvanı üzrə ailəliklə yeganə yaşayış yerləri olan xüsusi mülkiyyətlərinin özgəninkiləşdirilməsi əvəzi olaraq Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti (bundan sonra “cavabdeh” və ya “İcra hakimiyyəti”) ilə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli alqı-satqı əqdi müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, mübahisələndirilən alqı-satqı əqdi müqaviləsinin əsasını İcra hakimiyyəti ilə onun arasında bağlanılmış xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə razılaşma protokolu olmuşdur ki, həmin razılaşma protokolunu imzalamağa dəvət edildiyi zamanı İcra hakimiyyəti tərəfindən iddiaçıya bildirilmişdir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq ona ünvan 1 ünvanı üzrə yeganə ailəliklə yaşayış yerləri olan ümumi sahəsi 274,42 m2 xüsusi mülkiyyəti olan daşınmaz əmlakına məhkəmədən kənar tərəflərin razılaşma protokol unun imzalanması yolu ilə daşınmaz əmlaklarının əvəzi olaraq dövrün ədalətli bazar qiymətinə uyğun dəyəri əvəzi 800000 manat kompensasiya məbləği ödənilməsi təyin edilir və həmin ünvan üzrə xüsusi mülkiyyətində olan 0,02309 ha torpaq sahəsinin əvəzi olaraq həmin zona üzrə yaxın ərazidə həmin ölçüdə torpaq sahəsi xüsusi mülkiyyətinə - qanuni istifadəsinə veriləcəkdir. Cavabdeh iddiaçının hüquqi savadsızlığından birbaşa istifadə etməklə onu inandırmışdır ki, bütün bu qeyd edilən hüquqi hərəkətlər yalnız aralarında tərəflərin razılaşma protokolunun imzalanması həyata keçirildikdən sonra mərhələli şəkildə İcra hakimiyyəti tərəfindən həyata keçiriləcəkdir. Hətta həmin dövrdə İcra hakimiyyəti tərəfindən iddiaçıda həmin razılaşma protokolunun qeyd edilən şərtlər üzrə imzalanmasına daxili iradə if adəsi təəssüratı yaratmaq məqsədi ilə İcra hakimiyyətinin səlahiyyətli edilmiş nümayəndəsi tərəfindən iddiaçıya həmin yaxın ərazi üzrə xüsusi mülkiyyətində olan 0,02309 ha torpaq sahəsinin özgəninkiləşdirilməsi əvəzi olaraq həmin ölçüdə torpaq sahəsi göstərilməklə onunla şifahi tərzdə razılaşdırılaraq bildirilmişdir ki, aralarında razılaşma protokolu imzalanması həyata keçirildikdən sonra mərhələli şəkildə həmin torpaq sahəsi üzrə xüsusi mülkiyyət hüququnun adlarına rəsmiləşdirilməsi ilə qeyd edilən torpaq sahəsi qanuni istifadəsinə verilməsi təmin ediləcəkdir. Yuxarıda qeyd edilən bütün bu hüquqi şərtlər daxilində iddiaçıda belə iradə ifadə təəssüratı yaranmışdır ki, onların rəsmi danışıqlarındakı razılaşdırılmış həmin bütün şərtlər eyni qaydada bu razılaşma protokolunda öz iradə ifadə tə rzində verilməklə onlar tərəfindən onun hüquqi savadsız olmağından istifadə edilməklə aldadılmağına yol verilməsi hərəkətləri edilmiş və bu yönümdə tərəfindən imzalanmasına nail olmuşlar. Lakin həmin xx.xx.2024-cü il tarixli razılaşma protokolunun imzalanmasından yalnız qısa bir müddət ötdükdən sonra İcra hakimiyyəti tərəfindən həmin razılaşma protokolunun əvvəlcədən danışılaraq razılaşdıqları heç bir şərtlərinə əməl edilməsi təmin edilməsi reallıqda həyata keçirilmədən iddiaçıya qarşı xüsusi mülkiyyətinin tez-tələsik boşaldılması ilə əlaqəli tələb irəli sürərək onlardan mülkiyyətinin məcburi qaydada boşaldılmasını tələb etmiş və nəticədə mülkiyyətindəki şəxsi əmlaklarının bütövlüklə itirilməsinin qarşısının alınması məqsədi ilə məcburi çarəsiz qalaraq xüsusi mülkiyyətinin əmlaklarını qism ən boşaldılmasını həyata keçirə bilmişlər və dərhal xx.xx.2024-cü il tarixində axşam vaxtlarında xüsusi mülkiyyətinin İcra hakimiyyəti tərəfindən qeyri-qanuni hərəkətlərə yol verilməsi ilə tamamilə sökülüb-dağılaraq məhv edilmişdir. Bu zaman iddiaçıya məlum olmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024-cü il tarixli razılaşma protokolunun imzalanması dövründə bilərəkdən iddiaçının hüquqi savadsızlığından birbaşa istifadə edilməklə bütünlüklə aldadılmış və çoxlu sayla ciddi cəhdlərinin nəticəsində xx.xx.2024-cü il tarixində notariat qaydasında yalnız 274,42 m2 yaşayış evinin alqı-satqı müqaviləsinin bağlanmasını həyata keçirməklə onun əvəzi olan kompensasiya məbləğini almağa nail olsalar da, İcra hakimiyyəti tərəfindən xüsusi iddiaçının mülkiyyətində olan 0,02309 ha torpaq sa həsi üzrə özgəninkiləşdirmənin əvəzi olaraq həmin ölçüdə torpaq sahəsi ilə təmin edilməsi hələ də həyata keçirilməmiş, həmin inzibati orqana bu barədə dəfələrlə rəsmi müraciətlərinə baxmayaraq pozulmuş qanuni hüquqlarının bərpası təmin edilmədən baxılmamış saxlanılmaqla heç bir hüquqi hərəkətlər edilməmişdir.
11. Məhkəmə baxışında cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı ilə aralarında razılaşma müqaviləsi bağlanmış, iddiaçının əmlakının tam dəyəri ödənilərək, iddiaçının bütöv əmlakı dövlət mülkiyyətinə keçmişdir. Onlar müqavilədə göstərilən məbləğdən əlavə iddiaçıya torpaq sahəsinin verilməsi ilə bağlı heç bir razılaşma müqaviləsi bağlamamış, elə bir sövdələşmələri olmamışdır.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-195/2025 nömrəli, 13 yanvar 2025 -ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Ülkər Xəlil)
13. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasından xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçl ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və mülkiyyətində olan 0,023090 ha torpaq sahəsini 800000 manata cavabdehin (alıcı) mülkiyyətinə vermişdir. İddiaçı mülkiyyətində olan 0,023090 ha torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsinin cavabdeh tərəfindən veriləcəyi barədə razılığa gəldiklərini bildirsə də, bu hallar nə alqısatqı müqaviləsində, nə də başqa mötəbər sənəddə öz əksini tapmamışdır.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının etibarsız olduğunu iddia etdiyi əqd etibarsızlığın mübahisə edilən növünə aiddir. Etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin etibarsız əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
15. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin əvəzinə cavabdeh tərəfindən digər torpaq sahəsinin verilməsi barədə tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır.
16. İddiaçı iddia tələbindəki hallara dair mötəbər, təkzibolunmaz sübutları məhkəməyə təqdim edə bilməmişdir.
17. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərin pozulması halı mülki iş materialları ilə təsdiq edilməmişdir.
18. Məhkəmə iclaslarında iddiaçının nümayəndəsi öz izahatında həm xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın satın alınması təklifinin qəbul edilməsi barədə razılaşma protokolu imzalanan zaman, həm də xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman mülkiyyətində olan torpaq sahəsinin də fərdi yaşayış evi ilə birlikdə müqaviləyə daxil edilməsindən məlumatının olduğunu, lakin şifahi razılaşmalarına uyğun olaraq torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsinin veriləcəyinə inandıqlarından müqaviləni imzaladıqlarını bildirmişdir. Lakin qeyd olunan hal məhkəmə icraatı dövründə sübut oluna bilməmişdir.
19. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 6, 337, 339-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən ədalətli olmayan və işin halları üzrə çoxlu sayda şübhələr doğuran məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnamənin 8-ci bəndi açıq-aydın həqiqəti təsdiqləmişdir ki, iddiaçı mövcud xüsusi mülkiyyət üzrə 339 kv.m sahəyə malik ailəliklə 3-cü şəxslər daxil olmaqla yalnız yaşadıqları mənzili 800000 manat kompensasiya məbləğinə alınmasına razılıq verməklə razılaşdığı halında imzalamış və həmin zaman artıq İcra hakimiyyəti ilə 0.02309 ha torpaq sahələrinin əvəzi olaraq yaxın ərazidə ona təqdim ediləcəyi torpaq sahəsi ilə onun iştirakı ilə tanışlıqları həyata keçirilməklə aralarında razılaşma olmuşdur. Bu əsasda 3-cü şəxslər daxil olmaqla mənzilləri h əmin qeyd olunan kompensasiya məbləği daxilində alınmasına razılaşmışlar ki, həmin 0.02309 ha torpaq sahəsinin əvəzi olaraq onlara tanışlıq-təqdim edilən razılaşdıqları həmin torpaq sahəsində əvvəlki mənzilləri 3-cü şəxslər daxil olmaqla yenidən qurulmasını həyata keçirə bilsinlər. Həmçinin, bu əsasda məhkəmədə qarşı tərəfin səlahiyyətli nümayəndəsi də birbaşa təsdiqləmişdir ki, “Bəli, əvvəl torpağın verilməsi ilə razılıq olub” (məhkəmə iclası protokollarında qeyd olunub). xx.xx.2024-il tarixində iddiaçının xüsusi mülkiyyətində mövcud olmuş 0.02309 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ailəliklə yaşadıqları mənzilləri (ümumi sahəsi 339 kv.m) artıq mövcud deyildir, xx.xx.2024-il tarixində İcra hakimiyyətinin özbaşına hərəkətləri ilə artıq sökülüb-dağıdılmışdır və onlara heç bir kompensasiya məbləği ödənilməmişdir, onlara qarşı artıq qeyri-qanuni hərəkətlər edilərək kirayələrdə yaşamaq məcburiyyətindədirlər. Eyni zamanda məhkəmənin qətnamədə istinad etdiyi xx.xx.2024-il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsində qanuni əsaslı hüquqda təsdiqlənmişdir ki, “Müqavilənin predmeti olan əmlak üzərində sahiblik və istifadə hüququ onun barəsində alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın müvafiq qeydiyyat tarixindən əmələ gəlir”, məhkəmə tərəfindən həmin bu hüquqda həqiqətdə pozulmuş hüquqlarının bərpası yönündə heç bir hüquqi əsaslandırma aparılmamışdır. 3-cü şəxslər daxil olmaqla bütün ailənin xüsusi mülkiyyət üzrə həm 0.02309 ha əvəzi verilməsinə razılaşdıqları torpaq sahəsi və onun üzərində yerləşən 2 mərtəbəli mənzili-fərdi yaşayış evi heç bir kompensasiya ödənilmədən özbaşına sökülüb dağıdılması faktiki qeyri-qanuni hərəkətlər edilməsi elə birbaşa təsdiqlənir ki, həmin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsini imzaladıqları həqiqi iradə ifadəsi ilə deyil, yalnız məcburiyyət daxilində imzalaması məcburiyyətində olmuşlar, bu da qanunun tələbində mülki qanunvericiliyin müəyyənləşdirilmiş şərtlərinin pozulması ilə nəticələnən ilkin halda aldatma yolu ilə Mülki Məcəllənin 339.2-ci maddəsinin tələbində “Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir” şərtləndirilir, daha sonra aldadılmış tərəf bütün əmlakından - mülkiyyətindən məhrum edilir. Bu əs as da Mülki Məcəllənin 560.2-ci maddəsinin tələbində “Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır” və Mülki Məcəllənin 560.3.5.1-ci maddəsinin tələbində “Alqı-satqının tənasübsüz qiymətlərinə və ya əqdin digər şərtlərinə birbaşa və ya dolayısı ilə məcburetmə hüquqdan sui-istifadə etibarsız hesab edilir” şərtləri ilə mübahisələndirilir. Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə birbaşa təsdiqlənmişdir ki, dövlət ehtiyacları üçün alınmaya səlahiyyətli edilmiş inzibati orqan heç də öz səlahiyyətlərində qanunun tələblərinə əsaslanmamış, ümumi sahəsi 339 kv.m fərdi yaşayış sahəsinə malik xüsusi mülkiyyətləri yerləşdiyi xüsusi mülkiyyət üzrə 0.02309 ha malik torpaq sahəsi üzrə dövlət ehtiyacl arı üçün alınmasına dair heç bir iddia tələbi ilə məhkəməyə müraciət etməmiş, hansı ki, həmin dövrdə həmin 0.02309 ha torpaq sahəsinin dədə-baba miras xüsusi mülkiyyəti kimi qeydiyyata alınmasının hüquqi əsaslı sayılması barədə Ali Məhkəmənin İnzibati kollegiyasının 2-1(102)-1584/2022 nömrəli, xx.xx.2022-il tarixli qərarı ilə iş üzrə İcra hakimiyyəti birbaşa 3-cü şəxs qismində iştirakçı kimi təmsil olunmuşdur. İcra hakimiyyəti tərəfindən faktiki həmin 2 mərtəbəli 3-cü şəxslər daxil olmaqla ailəliklə yaşadıqları xüsusi mülkiyyət əsasında fərdi yaşayış evinin alınmasına dair özünün qiymətləndiricisinin qiymətləndirmə hesabatına əsasən ilk əvvəl 50000 manat, sonra 150000 manat, daha sonra 190000 manat dəyərində kompensasiya məbləği ödənilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsində iddia qaldırm aqla təsdiqləyici qərarın alınmasına nail olmuş, daha sonra həmin qərardan verdikləri apellyasiya şikayəti əsasında apellyasiya mübahisələndirməsinə həmin fərdi yaşayış evinin 408996 manat məbləğində kompensasiya ödənilərək boşaldılmasının səbəbi ilə məhkəməyə müraciət etmiş və yenidən apellyasiya instansiya məhkəməsində öz iddiasını qəbul etdirə bilmiş, həmin qərardan verdikləri kassasiya şikayəti təmin olunaraq, Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2020-il tarixli qərarı qəbul edilərək, həmin fərdi yaşayış evlərinin 339 kv.m ümumi sahəyə malik olması və bu əsasda dövrün bazar qiymətinə uyğun məbləğdə alınma ilə bağlı kompensasiyanın hesablanması əsasında işin təkrar yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərmiş, həmin məhkəmə tərəfindən mübahisələndirilən ədalətl i kompensasiya məbləği ödənilməsi təyini ilə bağlı xx.xx.2024-cü il tarixinə məhkəmə texniki ekspertizasını təyin etmiş və qarşı tərəf bundan xəbərdar olmaqla xx.xx.2024-cü il tarixində onlara heç bir kompensasiya məbləği ödənilmədən xüsusi mülkiyyətini bütövlükdə söküb-dağıtmaqla qanuni hüquqlarına birbaşa “özbaşına xitam” vermişdir, bu qeyri-qanuni hərəkətlərini qarşı tərəfin səlahiyyətli nümayəndəsinin “ekspertiza ancaq evlə bağlı idi. 800000 manat qarşılıqlı alıb” təsdiqləməsi verilir (məhkəmə iclası protokolundakı qeydlər). Eyni zamanda İcra hakimiyyəti fərdi yaşayış evlərinə 440374 manat kompensasiya məbləğinə alınmasına guya razılıq verməmələri bildirilməsi tamamilə yalan həqiqətdən uzaq hüquqi əsası olmayan mülahizəsidir. Həmin məbləğ 2020-ci ildə Yasamal RİH tərəfindən rəsmi qayda da inzibati məhkəmə vasitəsi ilə təklif edilmiş, həmin məbləğin ədalətli olmadığı və həmin məbləğin ləğv edilməsi Ali Məhkəmənin İnzibati kollegiyasının xx.xx.2020-il tarixli qərarı ilə hüquqi əsasda təsdiqlənməsi verilmişdir. İcra hakimiyyətinin Konstitusiyanın 25-ci maddəsi ilə nəzərdə tutulmuş və “İnzibati icraat haqqında” Qanununun 12-ci maddəsinin tələbində nəzərdə tutulmuş “Bərabərlik” prinsiplərinə əməl etməyərək, eyni ərazi üzrə alınmanın təsirinə məruz qalmış xüsusi mülkiyyətçilərə hər kv.metr sahə üzrə öz maraqlarına uyğun müxtəlif məbləğlərdə kompensasiya təyin etməklə kobud qanun pozuntusuna yol verməsi birbaşa təsdiqlənmişdir. 0.02309 ha xüsusi mülkiyyətlərindəki topaq sahəsi ilə bağlı heç vaxt qarşı tərəflə pul kompensasiya ödənişi məbləği ilə bağlı tərəflərindən heç bir iddi a və ya ideya irəli sürülməmiş, 3-cü şəxs daxil olmaqla ailəliklə məqsədləri və maraqları yalnız 0.02309 ha xüsusi mülkiyyətləri torpaq sahəsi əvəzi olaraq yaxın ərazi üzrə həmin torpaq sahəsinin əvəzlənməsini almaq və orada həmin bu vaxtadək mövcud olmuş 2 mərtəbəli 3cü şəxslər daxil olmaqla ailələrinin fərdi yaşayış evinin eynisini orada yenidən qurulmasını təmin etsinlər, çünki həmin torpaq üzərində olan evləri dədə-babadan miras qalmış doğma yurdları idi. Eyni zamanda məhkəmə cavabdeh tərəfin MPM-in 154-cü maddəsinin tələblərindəki prosessual qaydalara əməl edilməsini də sonadək təmin etməyərək, iş üzrə faktiki sübutların rəsmi qaydada mübahisələndirilməsi obyektiv təhlilinə birbaşa əvvəlcədən bilərəkdən maneçiliklər yaradılması marağı olmuşdur, bu da məhkəmə prosesində tərəflərin çəki şmə prinsipini təmin edilməklə obyektiv mübahisələndirilməsində tam və hərtərəfli araşdırılmanın aparılmasında hüquqi baxımdan çoxlu sayda əngəllər yaratmışdır.
22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2000/2025 nömrəli, 7 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər Fuad Talışınski (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov, Azad İmanov).
23. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin etibarsız əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, iş materiallarında olan iddiaçı və cavabdeh arasında xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və mülkiyyətində olan 0,023090 ha torpaq sahəsini 800000 manata İcra Hakimiyyətinin (alıcı) mülkiyyətinə vermişdir. İddiaçı mülkiyyətində olan 0,023090 ha torpaq sahəsinin əvəzinə başqa torpaq sahəsinin cavabdeh tərəfindən veriləcəyi barədə razılığa gəldiklərini qeyd etsə də, bu hallar nə alqı-satqı müqaviləsində, nə də başqa mötəbər sənəddə öz əksini tapmamışdır.
24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, işə baxmış birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
25. Apellyasiya instansiya məhkəməsi mövqeyini Mülki Məcəlləsinin 5, 324, 337, 339, 560-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
26. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
27. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, d əyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibars ız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf v icdanla bunu gözləsin. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bil ərlər. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Maddə 390.3. Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqa vilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsi ndə nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdı rması kimi qiymətləndirilməməlidir.
30. Kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.
31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən hallar müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apelly asiya şikayətinin dəlillərinə qiymət verib.
34. İddia tələbi alqı-satqı müqaviləsinin etibarsızlığı barədədir. İddiaçı tələbinin əsası kimi ona istinad etmişdir ki, aldadılaraq mülkiyyətində olan və müqavilədə alqı-satqının predmeti kimi göstərilmiş torpaq sahəsinin əvəzinə cavabdehin eyni ölçüdə başqa bir torpaq sahəsi verəcəyinə dair vəd etməsinə inanmış, lakin cavabdeh tərəfindən ona hər hansı torpaq sahəsi verilməməmişdir.
35. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə isə iddiaçı istinad etdiyi halları, yəni aldadılmasını, ona alqı-satqı müqaviləsindən kənar qaydada cavabdehin torpaq sahəsi verməsinə dair öhdəliyinin olmasını sübut edə bilməmişdir.
36. Mülki Məcəlləyə görə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. (MM, 339.2, 339.3cü maddələr)
37. Mülki Məcəllənin qeyd edilən 339.2 və 339.3-cü maddələrini n mənasına görə şəxsin əqd bağlamaq niyyəti əvvəlcədən olmur və bu niyyət digər tərəfin onu aldatması nəticəsində yaranır, aldatma olmasaydı, şəxs əqd bağlamaz və ya əqdi özünün istədiyi başqa şərtlərlə bağlayardı.
38. Hazırki işdə qeyd edilən normaların dispozisiyasında nəzərdə tutulan şərtlər müəyyən edilmədiyi üçün iddianın təmin edilməməsi barədə gəlinən nəticə də düzgün olmuşdur.
39. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qiymətləndirməsi ilə razılaşır.
40. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X1 k assasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2000/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.