Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2442/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X12 oğlunun cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinə və digərlərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın etibarsız hesab edilməsi, hərracın nəticələrinin mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçı X12 oğlunun cavabdehlər Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-yə və digərlərinə qarşı qiymətləndirmə rəyi, hərracı yekunları barə də protokolun, alğı-satqı müqavilələri və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2024-cü il tarixli 2(103)-1686/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 may 2011-ci il tarixli, 2(008)-733/2011 nömrəli qətnaməsinə əsasən "xxxx" ASC-nin X15-Əliyeviçə və qeyrilərinə qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, X15-Əliyeviçdən "xxxx" ASC-nin xeyrinə 154350 manat əsas, 64.866 manat əsas borc öhdəliyinə hesablanmış faiz borcu, 2000 manat dəbbə pulu, cəmi 221.216 manat borc tutulması, X4 "xxxx" ASC-nin xeyrinə 154350 manat əsas, 64.866 faiz borcu, 2000 manat dəbbə pulu, cəmi 221,216 manat tutulması, X15-Əliyeviç, X11 və X5 müştərək qaydada iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tələbin kreditlər üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X9 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində istifadədə olan 0,10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada, 99.7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 81-ci mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılaraq əldə olunan vəsaitdən (221.216+221.216=) 442.432 manat və 20 manat dövlət rüsumu Kapital bank ASC-nin xeyrinə ödənilməsi, həmin mənzil satıldıqda X6 mənzildən is tifadə hüququ itirilmiş hesab edilməsi, mənzil satıldıqdan sonra 1 (bir) ay ərzində mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(103)-4301/2011 nömrəli qətnaməsinə əsasən Sabunçu Rayon Məhkəməsinin 19 may 2011-ci il tarixli qətnaməsindən cavabdehlər X15-Əliyeviç və X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Sabunçu Rayon Məhkəməsinin 19 may 2011-ci il tarixli, 2(008)733/2011 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1035/2012 nömrəli, 3 aprel 2012-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)4301/2011 nömrəli qətnaməsindən cavabdeh X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmi ş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(103)4301/2011 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin hazırki iş üzrə 717 nömrəli, 23 sentyabr 2012-ci il tarixli hesabatında əmlakın bazar və digər dəyərlərinin yekun göstəricisinin, Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində istifadədə olan 0.10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada 99,7 kv.m. ümumi, 72.0 kv.m. yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 81 nömrəli mənzilə dair 06 avqust 2013-cü il tarixli, 65/06 nömrəli hərracın yekunları barədə protokolun və 06 avqust 2013-cü il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı bar ədə müqavilənin etibarsız hesab edilməsi, "xxxx" ASC-nin adına mülkiyyət hüququnun qeydə alınmasına dair - qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan daşınmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş çıxarışın ləğv edilməsi, Cavabdeh4 ilə Cavabdeh3 arasında Bakı şəhəri 53 nömrəli notariat ofisində 24 may 2018-ci il tarixdə bağlanmış, reyestrdə 4Ə-617 nömrə ilə qeydə alınmış, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh3 adına mülkiyyət hüququnun qeydə alınmasına dair qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 07 iyun 2018-ci il olan daşınmaz əmlakın dövlət qeydiyyatı və çıxarışın ləğv edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində istifadədə olan 0.10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada 99,7 kv.m ümumi, 72.0 kv.m yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 81 nömrəli mənzilin qiymətləndirilməsi üçün "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş 25 sentyabr 2012-ci il tarixli, 717 nömrəli "əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi" nə əsasən sözügedən əmlak 160.000 (yüz altmış min) manat dəyərində qiymətləndirilmişdir. Sabunçu rayon İcra Şöbəsinin 22 oktyabr 2013cü il tarixli, 17280-1757/11-6 nömrəli məktubu ilə sözügedən əmlak hərrac yolu ilə satılması üçün 15685-1757/11 nömrəli, 26 dekabr 2012-ci il tarixli məktubla materiallar "xxxx"nə göndərilmişdir."xxxx" tərəfindən ona məxsus əmlak açıq hərraca çıxarılaraq dəyərindən olduqca aşağı məbləğə-102.000 (yüz i ki min) manata satılmış, "hərracın yekunları barədə" 65/06 №-li protokol imzalanmışdır. Lakin ona məxsus əmlakın qiymətləndirilməsi və hərrac qanunvericiliyin tələb etdiyi qaydada keçirilməmişdir. Sözügedən əmlak qeyri-obyektiv şəkildə real bazar dəyərindən aşağı qiymətləndirilmişdir. Həmçinin, hərracın keçirilməsindən məlumatı olmamış, hərracın keçirilməsi barədə ona bildiriş göndərilməmiş, onun mülkiyyətində olan əmlak dəyərindən olduqca aşağı məbləğdə satılmışdır. Daşmanız Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 nömrəli Bakı Ərazi İdarəsinin 29 mart 2023-cü il tarixli, 3-21-3-30/29824/**********709824 XlMİ məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsində istifadədə olan 0.10365 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binada 99,7 kv.m. ümumi, 72.0 kv.m. yaşayış sahəsindən ibarət 3 (üç) otaqlı 81 nömrəli mənzil 1 nömrəli dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2004-cü il tarixli 4003-345 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən xx.xx.2004-cü il tarixdə X7 adına qeydiyyatdan keçmişdir. Hərracın yekunları barədə protokol, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən xx.xx.2015-ci il tarixdə "xxxx" ASC-nin adına ********** qeydiyyat nömrəsi (çıxarışın seriyası - RX 0674096) ilə qeydiyyatdan keçmişdir Bakı şəhəri 53 nömrəli notariat kontoru da "xxxx" ASC ilə Cavabdeh4 arasında bağlanmış, 4037 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 24 yanvar 2017-ci il tarixdə Cavabdeh4 adına ********** qeydiyyat nömrəsi ilə (çıxarışın seriyası - KX 0998775) qe ydiyyatdan keçmişdir. O cümlədən Bakı şəhəri 53 nömrəli notariat kontorunda X8 ilə Cavabdeh3 arasında 24 may 2018-ci il tarixdə bağlanmış, 4U-6İ7 reyestr nömrəli daşınmaz, əmlakın alqı-satqı müqaviləsinə əsasən 07 iyun 2018-ci il tarixdə Cavabdeh3 adına (çıxarışın seriyası - RX 1309983) qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Hesab edir ki, mülkiyyətində olmuş mənzilə dair bağlanmış alqı-satqı müqavilələri və həmin alqı-satqı müqavilələrinə əsasən mülkiyyət hüquqlarının qeydə alınmasına dair verilmiş çıxarışlar əsassız olduğu üçün ləğv edilməlidir.
6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-998/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (hakim M.X.Əfəndizadə)
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı əmlakın qiy mətləndirilməsi və hərracın qanunvericiliyinin tələblərinə uyğun keçirilmədiyini, əmlakın real bazar dəyərindən aşağı qiymətləndirildiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Belə ki, məhkəmə tərəfindən sənədlərin əldə edilməsi üçün müvafiq sorğu göndərilsə də, “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəmə sorğusu əsasında tələb edilən X2 məxsus əmlaka dair keçirilən hərraclarla bağlı sənədlərin uzun müddət keçdiyindən təqdim edilməsi mümkünsüz olduğu bildirilmişdir.
8. Bundan əlavə, mübahisələndirilən qiymətləndirmə 2012-ci ildə, hərrac isə 2013-cü ildə keçirilmişdir. 10 ildən uzun müddət ərzində iddiaçı hərracın yekun protokolunun etibarsızlığı ilə bağlı iddia qaldırmamışdır. Halbuki, iddiaçı məhkəm ə qətnamələrindən məlumatlı idi və qətnamənin icra olunacağını bilirdi. Hərracdan uzun müddət keçdiyi üçün hərrac təşkilatı tərəfindən sənədlərin təqdim edilməsi, o cümlədən əmlakın qiymətləndirilməsi mümkün olmamışdır. Əmlak isə artıq digər mülkiyyətçilər tərəfindən alınmış, həmin əmlakda təmir işləri həyata keçirilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırki iddia tələbləri hüquqdan sui-istifadə elementlərini özündə daşımaqla, təmin edilməsi mülki dövriyyənin sabitliyinə, məhkəmə qətnamələrinin birmənalı icra edilməli olması ilə bağlı prosessual normalara və ümumilikdə, vicdanlılıq prinsipinə ziddir.
9. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 182, 269.1, 317.1, 319.1, 415.2, 416.1, 416.2-i maddələri, “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.5, 42.1-ci maddələri, “İcra haqqınd a” Azərbaycan Respublikası Qanununun 53.1, 53.2, 53.3-cü maddələri, F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarına, "xxxx" MMCnin hazırki iş üzrə 717 nömrəli, 23 sentyabr 2012-ci il tarixli hesabatına, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsinin Plenum Qərarına, «H.Cəfərovun şikayəti uzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarına, «Qladışevanın Rusiyaya qarşı» işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 06 dekabr 2011-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 119.1, 217.4, 216-220, 227, 233-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. İddiaçı X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hərracın keçirilməsi barədə ona bildiriş göndərməli olan cavabdeh bu bildirişi göndərməmişdir. Belə ki, sözügedən əmlakın satılması üçün keçirilən ilkin hərrac baş tutmadığı üçün əmlak özünün dəyərindən olduqca aşağı qiymətə - 102.000 manata satılmışdır.Halbuki, hərracın keçirilməsi barədə cavabdeh tərəfindən ona bildiriş göndərilsəydi, o ilkin hərracda iştirak etmək kimi hüququndan istifadə edərək həmin əmlakı ilkin satış qiymətinə alacaqdı. “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” nin 07 fevral 2023-cü il tarixli məktubunda məhkəmə sorğusu ilə tələb edilən ona məxsus əmlaka dair keçirilmiş hərraclarla bağlı sənədlərin uzun müddət keçdiyinə görə təqdim edilməsinin mümkünsüz olduğu qeyd olunsa da, məhkəmə ona bildirişin göndərilməsi ilə bağlı sübut olmadığı halda bu qanun pozuntusunu nəzərə almamışdır. Belə ki, o, məhkəmə qətnamələrindən məlumatlı olub onların icra olunacağını bilsə də, hərrac təşkilatı tərəfindən keçiriləcək hərrac barədə ona bildiriş göndərilməli olduğunu, əks təqdirdə onun hüququnun pozulmuş hesab olunması barədə məlumatlı olmayıb. Yəni o, öz hüququnun pozulduğu barədə məlumat aldıqdan sonra hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edib. Beləliklə, məhkəmənin göstərilən mövqeyi qanunsuz və əsassızdır.
12. Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(103)-1686/2024 nömrəli qətnaməsi ilə iddiaçı X1 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-998/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakim G.T.Axundova (sədrlik edən və məruzəçi), C.C.Musayeva və F.F.Babayev)
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı iddia tələbini sübut edə bilməmi şdir. Belə ki, tələbin ipoteka predmetinə yönəlməsi barədə hissəsindən məhz X10 tərəfindən kassasiya şikayəti verilmiş, onun kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 aprel 2012-ci il tarixli qərarına əsasən təmin edilməmişdir.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tələbin ipoteka predmetinə yönəldilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsindən 2012-ci ildə məlumatlı olmuşdur. Əmlak bir neçə dəfə özgəninkiləşdirilmişdir. 2018-ci ildən mənzil Cavabdeh3 mülkiyyətindədir. İddiaçı ona hərracla bağlı bildirişin göndərilmədiyi, 10 il ərzində hansı səbəbdən onun hərracın keçirilməsindən məlumatlı olmasının mümkünsüzlüyü və əmlakın qiymətləndirilməsinin qanunauyğun keçirilməməsinə dair heç bir əsaslandırma aparmamışdır. Bununla bağlı məhkəməyə ilkin sübut təqdim etməmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 5.3, 317.1, 317.2, 414.1, 414.2, 414.3, 414.4, 414.5, 415.5-ci maddələrinə, Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunun 41.2-ci və MPM-nin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı X12 oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(103)-1686/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, o, xarici ölkə vətəndaşıdır, uzun müddət şəxsi işləri ilə bağlı Azərbaycan Resp ublikasında olmamış və qeyd olunan qanunsuzluqlardan da məlumatı olmamışdır. Həmçinin, hərrac keçirilməsində ümumiyyətlə məlumatı olmamışdır.
18. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 414.5-ci, 415.2, 416.1, 416.2-ci, İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 42.3, 43.5-ci, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası“Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına və MPMnın 77.1, 78.2, 88, 106.1 və 175.1-ci maddələrinə əsasən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin tə min edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı X12 oğlu tərəfindən tam mübahisələndir ildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
22. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
23. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
24. Maddə 319.5. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satı ş qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur.
25. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır.
26. Maddə 414.2. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkila t çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir.
27. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər.
28. Maddə 414.4. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır.
29. Maddə 414.5. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləş dirir.
30. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.
31. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu i mzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanunu:
32. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
33. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
34. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barəd ə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
35. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
36. Maddə 43.7. Bu Qanunun 43.1.1- ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
37. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtər əfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
41. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1 Kas sasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
46. İşin faktiki hallarını araşdıran apellyasiya məhkəməsi kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tələbin ipoteka predmetinə yönəlməsi barədə hissəsindən məhz X10 tərəfindən kassasiya şikayəti verilmiş, onun kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 aprel 2012-ci il tarixli qərarına əsasən təmin edilməmişdir. İddiaçı tələbin ipoteka predmetinə yönəldilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsindən 2012-ci ildə məlumatlı olmuşdur. Əmlak bir neçə dəfə özgəninkiləşdirilmişdir. 2018-ci ildən mənzil Cavabdeh3 mülkiyyətindədir. İddiaçı ona hərracla bağlı bildirişin göndərilmədiyi, 10 il ərzində hansı səbəbdən onun hərracın keçirilməsindən məlumatlı olmasının mümkünsüzlüyü və əmlakın qiymətləndirilməsinin qanunauyğun keçirilməməsinə dair heç bir əsaslandırma aparmamışdır. Bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir.
47. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələr indən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol v erilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.
50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı X12 oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 26 fevral 2024-cü il tarixli, 2(103)-1686/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi and