Məhkəmə qərarları › İş №2(102)-2443/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2443/2021

13.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2443/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı qızının cavabdeh xxxxxl oğlu və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı vəkili X1 oğlunun, Cavabdeh2 və onun vəkili Namazov Alim Knyaz oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh4 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(103)-4579/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 iyul 2012-ci il tarixlə icra sənədinə əsasən azyaşlı uşağı ilə ünvan 1 saylı mənzilinə köçürülmüşdür. İddiaçının həmin mənzilə olan istifadə hüququna 13 000 manat kompensasiya ödənilməklə xitam verilməsinə dair məhkəmə qətnaməsi mövcuddur. Həmin məbləğ icra qurumunun depozit hesabina ödənilmişdir. İddiaçı həmin yaşayış sahəsindən cavabdehlərlə arasında istifadə qaydalarının müəyyən edilməsi üçün hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instans iya məhkəməsində icraat

1. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış sahəsində cavabdehlərlə onun arasında istifadə qaydalarının müəyyən edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən otağa qoyulmuş çarpayı və yataq dəstinin otaqdan çıxarılması və 20.8 kv.m sahəsi olan otağın onun istifadəsinə, iki otağın cavabdehlərin istifadəsinə verilməsinə və digər köməkçi sahələrin ümumi istifadəyə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır: O, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 iyul 2012-ci il tarixli qətnaməsi ilə azyaşlı uşaqla birlikdə Bakı şəhəri, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11/4 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 dekabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Nizami rayon Məhkəməsinin 16.07.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 iyun 2013-cü il tarixli qərarı ilə apellyasiya məhkəməsinin 12.12.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nizami rayon Məhkəməsi tərəfindən verilmiş 2(007)-1255 saylı, 16 iyuİ 2012-ci il tarixli icra sənədinə əsasən o, azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Keşlə qəsəbəsi, Zakir küçəsi, 11/4 saylı mənzilinə köçürülmüş və bu barədə 12 avqust 2013-cü il tarixdə Nizami rayon İcra Şöbəsinin icra m əmuru tərəfindən akt tərtib edilmişdir. Nizami rayon Məhkəməsinin 26 avqust 2013-cü il tarixli qərardadı ilə Nizami rayon İcra şöbəsinin təqdimatı təmin edilmiş və 16 iyul 2012-ci ıl tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. O, mənzilə köçürüldükdən sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz yataq dəstlərini onun azyaşlı uşaqla birlikdə yaşadığı otağa yerləşdirərək bu otaqda yaşamağa başlamışlar. Bu hal işgəncəyə, mənəvi əzablara bərabər tutulmalıdır və o, bu şəxslər tərəfindən məişət zorakılığına məruz qalmış, hüquqları kobud şəkildə pozulmuşdur. Əks cinsdən olan şəxslərin bir otaqda yaşaması milli mentalitetimizə də uyğun deyildir. Bu azyaşlı uşağın normal yaşamasına, tərbiyəsinə pis təsir göstərir. Bu şəxslər elektrik xəttini kəsir, rahat yaşamalarına imkan vermirlər və məqsə dli şəkildə onu məişət zorakılığına məruz qoymaqla yaşayış yerindən məhrum etməyə çalışırlar. Onların açıq-saçıq geyimləri və davranışları azyaşlı qız uşağının normal yaşamasına, tərbiyəsinə pis təsir göstərir. Bununla bağlı olaraq Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının aparatı tərəfindən 13 aprel 2017-ci il tarixdə 30 gün müddətinə mühafizə orderi verilmiş və Cavabdeh1, Cavabdeh2 cinayət və inzibati məsuliyyət izah edilməklə məişət zorakılığına yol verməmələri barədə xəbərdarlıq olunması nəzərdə tutulmuşdur. Qərar verilərkən ona izah olundu ki, məişət zorakılığının əlamətlərinin aradan qaldırılması üçün onun yaşadığı otaqdan onların çarpayısının çıxarılması təmin ediləcəkdir. Fərdi yaşayış evi əvvəllər iki otaqdan ibarət olmuşdur və o, həmin fərdi yaşayış evinə gəlin köçdü kdən sonra atasının köməyi ilə cavabdehlər əlavə bir otaq və mətbəx tikmişlər və o, həmin vaxt 20,8 kvm. sahəsi olan otaqda yaşamış və faktiki olaraq istifadə etmişdir. Cavabdehlər isə digər otaqlarda yaşamışlar. Hətta Cavabdeh2 həmin vaxt bildirmişdir ki, Keşlə qəsəbəsində evləri var, tam düzəltdikdən sonra köçüb ora gedəcəklər və bu evi ona verərlər. Yaşayış sahəsindən istifadə qaydaları barədə cavabdehlər mütəmadi olaraq onunla mübahisə yaradır və otaqda azyaşlı uşaqla birlikdə yaşamasına maneçilik törədirlər. Bu yaşayış sahəsi faktiki olaraq üç otaqdan ibarətdir, həmçinin hər bir şəraiti vardır. Cavabdeh3 faktiki olaraq bu fərdi yaşayış evində yaşamır. Yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi üçün şərait vardır. Belə ki, yaşadığı otaqların yerləşdiyi hissəyə uyğun olar aq istifadə edilməsi mümkündür və yaşayış sahəsinin quruluşu buna imkan verir. Yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməməsi səbəbindən onun hüquqlarının həyata keçirilməsində məhdudiyyətlər yaranır. Ona görə də istifadə qaydaları dəyişdirilərək müəyyən edilməli, onun əvvəllər və hal-hazırda da istifadə etdiyi otaq onun istifadəsinə verilməli, cavabdehlərin zor tətbiq edərək yataq otağına yerləşdirdikləri çarpayı və yataq dəsti otaqdan çıxarılmalıdır. Bu fərdi yaşayış evi dövlət reyestrindən qeydiyyatdan keçməsə də köhnə tikilidir, yaşayış sahəsi kimi mövcuddur.

3. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim H.Əhmədova) iddia tələbi rədd edilmişdir.

4. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Pr osessual Məcəlləsinin 14.2, 88-ci maddələrinə istinad etmişdir.

5. İddiaçı qətnamə ilə razılaşmayaraq ondan apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apellyasiya Məhkəməsi MK-nın 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- X.Mərdanova (sərlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-21/2020 saylı 04 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

6. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işin yendən b axılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

7. Kassasiya şikayəti iddia tələbində qeyd olunan fakti hallarla əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı vəkili X1 oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh2 və onun vəkili Namazov Alim Knyaz oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normal arının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

16. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 26 iyul 2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 tərəfindən İddiaçı 13000 manat məbləğin də kompensasiya verilməklə, İddiaçı azyaşlı uşağı, 2009-cu il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh1 sahibliyində olan Bakı şəhəri, Nizami rayonu, Zakir küçəsindəki Bakı şəhəri Nizami rayon məhkəməsinin 16 iyul 2012-ci il tarixli qətnaməsi ilə əldə etdiyi köçürülmək hüququna (yaranmış istifadə etmək imkanına) xitam verilməsi və İddiaçı məxsus yataq dəsti, stol-stul, şkaf-qorka və soyuducudan ibarət əmlakların həmin evdən çıxarılması qət edilmişdir. Qətnamədə nəzərdə tutulan kompensasiya məbləği icra qrumunun depozit hesabına köçürülmüş və qətnamə icra olunmalıdır. Hazırkı iddia ilə iddiaçı çıxarılmalı olan mənzilə istifadə hüququnun müəyyən edilməsini tələb edir. İddia açıq-aşkar əsassızdır.

18. İddiaçının mübahisəli mənzildən istifadə etmək hüququ artıq mövcüd olmadığından, həmin mənzildən istifadə qaydalarının müəyyən edilməsi ilə bağlı tələbi də əsassızdır və təmin edilə bilməz.

19. İddiaçı hesab edir ki, nikahda olduğu müddətdə həmin evə bitişik daha bir otaq tikdikləri üçün yuxarıda qeyd olunan qətnamənin mövcudluğu istifadə qaydalarının müəyyən edilməsini istisna etmir. İddiaçının bu dəlili də keçərli deyil. Əvvəla, iddiaçının əri ilə yeni ev inşa etmələrini məhkəmələr müəyyən etməmişlər. Bundan başqa, həmin etirazlar kompensasiya verilməklə mənzildən çıxarma tələbinə baxılarkən artıq həll edilmişdir. İddiaçı həmin işdə sübut etməli idi ki, ona həmin evə görə kompensasiya verilə bilməz çünki ev onlara məxsusdur. Hazırkı icraatda işin faktiki halları ilə bağlı yenidən araşdırma aparılması yersizdir.

20. Nəzərə almaq lazımdır ki, kassasiya instansiyası məhkəməsi müstəsn a olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır.

21. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən sübutlara düzgün qiymət vermiş və mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.

22. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4579/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar