Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2443/2023 17.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı4 Şıxseyid oğlu, İddiaçı1, İddiaçı5, X16 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iddiaları ilə bağlı mülki iş üzrə QƏRARDADİ (Açar sözlər: müddətin ötürülməsi əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri X28 (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı4 Şıxseyid oğlu, İddiaçı1, İddiaçı5, X16 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələ r əsasında aparılmış alqı-satqı, bağışlama müqavilələri əsasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-174/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçılar (Vəkil2 Ziyəddin oğlu) tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, 16 may 2023-cü il tarixdə aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçılar İddiaçı4 Şıxseyid oğlu, İddiaçı1, İddiaçı5, X16 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı, maraqlı trəflər – Quba rayon Kürçal Bələdiyyəsi, DƏDRXnin Xaçmaz Ərazi İdarəsi və Quba rayon Notariat Kontoru cəlb edilməklə “şəhadətnamələrin etibarsız hesab edilməsi, həmin şəhadətnamələr əsasında aparılmış alqı-satqı, bağışlama müqavilələri ə sasında verilmiş çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 adına xx.xx.2005-ci il tarixli Quba rayonu, Küpçal kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN 237 F Kod 30318018 saylı və Cavabdeh2 adına xx.xx.2006-cı il tarixdə Quba rayonu Küpçal kəndində yerləşən 0,30 ha həyətyanı torpaq sahəsinə dair verilmiş JN 241F Kod 30318018 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi, Cavabdeh2 ilə Cavabdeh1 arasında 0,30 ha həyətyanı torpaq sahəsinin alqı-satqısına dair Quba rayon Notariat Kontorunda bağlanmış xx.xx.2006-cı il tarixli 4-Ə-505 saylı Torpağın alqı-satqı müqaviləsinin, Cavabdeh1 adına Quba rayon Küpçal kəndində ümumilikdə 0,72 ha torpaq sahəsi olmasına dair verilmiş xx.xx.2010-cu il tarixli MA seriyalı ******* nömrəli çıxarışın, həmin çıxarış əsasında Cavabdeh1 torpaq sahəsindən hər birinə 0,08 ha olmaqla X11, X5, X14, X21, X2, X3, Babaşov Vəli Vəli oğluna və X8 xx.xx.2012-ci il tarixdə satmasına dair ******* və ******* saylı müqavilələrin, həmin müqavilələr əsasında həmin alıcıların adlarına verilmiş çıxarışların və X6 0,08 ha torpaq sahəsinin X7 bağışlamasına dair Quba rayon Notariat Kontorunda təsdiq olunmuş xx.xx.2013-cü il tarixli 4Ə-584 saylı bağışlama müqaviləsinin, həmin bağışlama müqaviləsi əsasında X4 adına verilmiş xx.xx.2013-cü il tarixli RX ******* saylı çıxarışın ləğv olunması, onlara məxsus həmin torpaq sahələrinə mülkiyyət hüququ sahiblik, istifadə və sərəncam vermə hüquqlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını x ahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Quba Rayon Məhkəməsinin 2(027)-2236/2017 saylı, 27 iyul 2017-ci il tarixli qətnaməsi ilə (hakim Elman Əhmədov) iddia tam təmin edilmişdir.
3. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1833/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi) İlqar Dəmirov və Telman Məmmədov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, üçüncü şəxslər X17 və X1 apellyasiya şikayəti isə qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-2236/2017 sayl ı, 27 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd olunmuşdur.
5. Qətnamədən iddiaçılar tərəfindən kassasiya şikayəti verilmiş və apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4140/2022 saylı, 01 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər Aqil Abbasov (sədrlik edən və məruzəçi), Elşad Şamayev və Elşanə Vəliyeva) kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1833/2021 saylı, 15 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apelyasiya baxışına qaytarılmışdır. Ape llyasiya instansiyası məhkəməsindəki ikinci icraat:
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-174/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Şəmsəddin Abasov (sədrlik edən və məruzəçi), Məhəmmədəli Rzayev və Elman Rəhimov) Cavabdeh1 və iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17 və X1 apellyasiya şikayətlərinin təmin edilməsi, Quba Rayon Məhkəməsinin 2(027)-2236/2017 saylı, 27 iyul 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçılar İddiaçı1, X16, İddiaçı5, İddiaçı4 Şıxseyid oğlu və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs3, DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi, Quba rayon Notariat Kontoru, X17, X12, X18, X22, X9, X10, Babaşov Vəli Vəli oğlu, X15 və X13) şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı, bağışlama müqavilələrinin və çıxarışların ləğv edilməsinə dair iddia tələbinin rədd edilməsi qət olunmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
8. Qətnamədən iddiaçılar birgə qaydada (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
9. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.
10. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikd ə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
11. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
12. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa.
13. Maddə 408.3. K assasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
14. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
15. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
16. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassas iya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını (şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
17. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-174/2023 saylı, 10 yanv ar 2023-cü il tarixli qətnaməsinin surəti iddiaçıların vəkili olan Vəkil1 elektron kabinetinə xx.xx.2023-cü il tarixdə yerləşdirilmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qətnaməsinin surəti İddiaçı4 Şıxseyid oğlu tərəfindən poçt göndərişinə (forma F.119) 24 ynvar 2023-cü il tarixdə imza edilməklə təqdim olunmuşdur. Lakin iddiaçıların vəkili tərəfindən tərtib edilmiş kassasiya şikayəti elektron məhkəmə sisteminə, qanunla müəyyən edilmiş kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət 1 ay keçdikdən sonra, 18 aprel 2023-cü il tarixdə yerləşdirilmişdir. Kassasiya şikayətinə müddətin bərpası barədə vəsatət əlavə edilməmişdir.
18. Halbuki bu halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 402-ci maddəsinə ri ayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
19. Beləliklə, qanunvericilikdə kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddətlər keçdikdən sonra verildiyindən, iddiaçılar tərəfindən birgə qaydada verilmiş kassasiya şikayəti icraata qəbul edilib baxıla bilməz.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
21. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
22. Göstərilənlər ə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir.
23. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-174/2023 saylı, 10 yanvar 2023-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı4 Şıxseyid oğlu, İddiaçı1, İddiaçı5, X16 və İddiaçı3 (Vəkil2 Ziyəddin oğlu) tərəfindən birgə qaydada verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəy