Məhkəmə qərarları › İş №2(102)-2443/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2443/2024

04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2443/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı işi üzrə QƏRARİ (Açar sözlər: paylı mülkiyyətdə olan evə çəkilmiş xərcin əvəzinin ödənilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-480/2024 nömrəli, 12 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İşin halları

1. İddiaçı 1990–cı il tarixdə cavabdehin qardaşı İlqar Ruhullayevlə faktiki olaraq evlənmiş, xx.xx.1992–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Evləndiyi ilk gündən ünvan 1 ünvanda yerləşən mübahisəli fərdi yaşayış evində yaşamış, uşaqları da həmin evdə doğulmuşdur. Mübahisəli ev 1967–1987–ci illərdə inşa edilmiş, ümumi sahəsi 129 kv.m, yaşayış sahəsi 3 otaqdan ibarət olmaqla 70,0 kv.m, köməkçi sahəsi 59,0 kv.m–dir.

2. İddiaçının qayınatası vəfat etdikdən sonra mübahisəli mülk 1993–cü il tarixdə vərəsələr arasında bölünmüş, 17/25 hissə Cavabdeh1, 2/25 hissə digər baldızı Cavabdeh3, 2/25 hissə qayını Cavabdeh2, 2/25 hissə qayını Əli Ruhullayevin və 2/25 hissə əri İlqar Ruhullayevin paylı mülkiyyətinə verilmişdir.

3. İddiaçı ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanda yerləşən evdə yaşayır. İddiaçı və ailə üzvləri 1990-cı ildən bugünə qədər həmin ünvanda yaşamış və qeyd olunan ünvanda onlardan başqa heç kim yaşamamışdır. (Şəmkir RİHB-nın Şəmkir şəhər İƏD üzrə nümayəndəsinin 23 avqust 2022-ci il tarixli arayışına əsasən)

4. İddiaçının əri İlqar Ruhullayev xx.xx.2019–cu il tarixdə vəfat etmişdir.

5. Şəmkir Rayon Məhkəməsinin 09 iyul 2020–ci il tarixli 2(076)–652/2020 nömrəli qətnaməsi ilə 17/25 hissə Cavabdeh1, 2/25 hissə Cavabdeh3, 2/25 hissə Cavabdeh2, 2/25 hissə Əli Ruhullayevə və 2/25 hissə əri İlqar Ruhullayevə məxsus olmaqla, paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilər arasında onların payına uyğun bölüşdürülməsi qət edilmişdir. Satışdan əldə edilən vəsai t hesabına iddiaçıya 9.454 manat pul düşmüş, hazırda həmin pul icra şöbəsinin depozitindədir.

6. X1 qalmış miras əmlaka dair 27 yanvar 2020-ci il tarixdə 8V-75 nömrəli reyestrdə qeydə alınmış vərəsəlik işi açılmış, mərhumun vərəsəsi İddiaçı müəyyən edilmişdir. Lakin X1 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkəti həyata keçirilməmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(076)-2166/2022 nömrəli qətnaməsi ilə İddiaçı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən evdən çıxarılması qət edilmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2022-ci il tarixli 2(104)-2871/2022 nömrəli qətnaməsi ilə Şəmkir Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli 2(076)-2166/2022 nömrəli qətnaməsi dəyişd irilmədən saxlanmışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2023cü il tarixli 2(102)-1239/2023 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 dekabr 2022-ci il tarixli 2(104)-2871/2022 nömrəli qətnaməsi ləğv olunmuş, iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və digərlərinə qarşı ünvan 4 ünvanda yerləşən evdən (yeni qaydalarla: ünvan 5 0,0878 ha torpaq sahəsindən çıxarılma barədə tələbi rədd edilmişdir.

10. Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 17 iyun 2022-ci il tarixli ********** Çıxarışdan görünür ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi 0,0878 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci i nstansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh1 qarşı evə çəkilmiş xərcin ödənilməsi tələbinə dair ünvan 7 ünvanda yerləşən evin təmir– tikintisinə çəkilmiş 70.800 manat məbləğində xərcin və ödənilmiş 303 manat dövlət rüsumunun Cavabdeh1 alınıb ona verilməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı əri İlqar Ruhullayevlə 1990-cı ildə faktiki olaraq evlənmiş, xx.xx.1992–ci il tarixdə rəsmi nikah qeyd etdirmişdir. Evləndiyi ilk gündən etibarən ünvan 1 ünvanda yerləşən mübahisəli fərdi yaşayış evində yaşamış, uşaqları da həmin evdə doğulmuşdur. Mübahisəli ev 1967–1987–ci illərdə inşa edilmiş, ümumi sahəsi 129 kv.m, yaşayış sahəsi 3 otaqdan ibarət olmaqla 70,0 kv.m, köməkçi sahəsi 59,0 kv.m–dir. Həmin ev 1993-cü ildə vərəsələr arasında bölünmüş, 17/25 hissə Cavabdeh1, 2/25 hissə digər baldızı Cavabdeh3, 2/25 hissə qayını Cavabdeh2, 2/25 hissə qayını Əli Ruhullayevin və 2/25 hissə əri İlqar Ruhullayevin paylı mülkiyyətinə verilmişdir. Lakin, həmin evdə 1990-cı ildən iddiaçı və onun ailəsi yaşamış, başqa heç kim yaşamamışdır (Şəmkir RİHB-nın Şəmkir şəhər İƏD üzrə nümayəndəsinin 23 avqust 2022-ci il tarixli arayışına əsasən). İddiaçının əri İlqar Ruhullayev xx.xx.2019–cu il tarixdə vəfat etmişdir. Ərinin sağlığında və onun ölümündən sonra mübahisəli evdə daim təmir– tikinti işləri aparmış, evin həyətində naves düzəltdirmiş, otaqları, mətbəxi, hamamı əsaslı təmir etdirmişlər. Baldızlarının və qayınlarının ayrıca evləri olmuş, bu səbəbdən mübahisəli evdə yaşamamış və evin təmir–bərpasına xərc çəkməmişlər. H əmin təmir– bərpa işlərinə 70.000 manat xərc çəkmişlər. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli 2(076)–652/2020 saylı qətnaməsi ilə baldızları Cavabdeh1, Cavabdeh3, qayınları Cavabdeh2 və Əli Ruhullayevin ona və uşaqlarına qarşı “Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evin qiymətləndirilməsi, açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylara uyğun şəkildə mülkiyyətçilər arasında bölünməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, 17/25 hissə Cavabdeh1, 2/25 hissə Cavabdeh3, 2/25 hissə Cavabdeh2, 2/25 hissə Əli Ruhullayevə və 2/25 hissə əri İlqar Ruhullayevə məxsus olmaqla, paylı mülkiyyətdə olan Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilər arasında onların payına uyğun bölüşdürülməsi qət edilmişdir. Hazırda mübahisəli ev hərracda Cavabdeh1 tərəfindən alınmışdır. Mərhum ərinin vərəsəsi kimi ona və uşaqlarına evin pulundan 2/25 hissənin pulu çatacaqdır ki, həmin məbləğ onun uzun illər evə çəkdiyi xərcin cüzi hissəsini belə ödəməyəcəkdir. Ona görə də mübahisəli evə çəkdiyi xərcin əvəzinin cavabdehdən alınmasını istəyir.

13. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməmiş, məhkəməyə təqdim etdiyi yazılı etirazında və izahatında göstərmişdir ki, iddiaçı 1990–cı il tarixdə qardaşı İlqar Ruhullayevlə evlənərək, atasına məxsus olan, Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evə gəlin köçmüşdür. Həmin vaxt ev tam təmirli olmuş, bütün mebel əşyaları ilə təchiz edilmişdir. Belə ki, mübahisəli ev iddiaçı gəlin köçməzdən çox əvvəl, yəni 1987–ci ildə təmir edilmiş, hamam və əl damı inşa edilmiş, evin bütün otaqları əsaslı təmir olunmuşdur. Həmçinin, iddiaçı gəlin köçən zaman evin 1–ci mərtəbəsində 2 otaq dolu tikinti materialları, həyətə 3 sot istixananın boruları, böyük naves, 2 ədəd dəmir darvaza, dəmirdən su çənləri, mişar daşları, qum, sement, xeyli miqdarda kafel–metlaq olmuşdur. Atası vəfat etdikdən sonra həmin evin 2/25 hissəsinə onun payı müəyyən edilmiş, lakin anası öz payını ona bağışlamış, nəticədə payı 17/25 hissədə olmuşdur. Həmçinin, qeyd etmişdir ki, 2002–ci il tarixdə iddiaçı ilə onlar arasında ailə münaqişəsi olmuş, bu səbəbdən iddiaçı evdən getmiş, sonradan isə məhkəmədə evə köçürülmə tələbinə dair iddia qaldırmışdır. Onun iddiası təmin edildiyindən evə köçürülmüşdü r. Eləcə də, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020–ci il tarixli, 2(076)–652/2020 saylı qətnaməsi ilə 17/25 hissə ona, 2/25 hissə Cavabdeh3, 2/25 hissə Cavabdeh2, 2/25 hissə Əli Ruhullayevə və 2/25 hissə əri İlqar Ruhullayevə məxsus olmaqla, paylı mülkiyyətdə olan Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən evin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilər arasında onların payına uyğun bölüşdürülməsi qət edilmiş və həmin ev hərracda satılmışdır. Satışdan əldə edilən vəsait hesabına iddiaçıya 9.454 manat pul düşmüş, hazırda həmin pul icra şöbəsinin depozitində olmuşdur. Belə ki, 2002–ci ildən etibarən həmin evdən çıxmış və mübahisəli evdə iddiaçı tərəfindən hər hansı təmir–bərpa işləri aparılmasından məlumatı olmamışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

14. Bundan başqa, iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş evdə təmir işini görən ustalar X3, X11; qonşuları X6, X7, X9 ifadələrində göstərdi ki, mübahisəli ev, demək olar ki, sıfırdan təmir etdirilmişdir. Həmin evdə İlqar Ruhullayev və onun ailəsini yaşamış, ustalara İddiaçı qulluq etmiş və çəkilmiş xərci iddiaçı ödəmişdir. Evdə təmir işləri gedən zaman cavabdeh həmin evdə yaşamamış və cavabdehi ümumiyyətlə evdə görməmişdirlər.

15. Məhkəmə tikinti–texniki ekspertizasının xx.xx.2022–ci il tarixli, 10/6381 saylı ekspert rəyinə əsasən Şəmkir şəhəri, S.Vurğun küçəsi, 261 saylı ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsində yerinə yetirilmiş tikinti–təmir işlərinin ümumi məbləği 70.735 manat müəyyən edilmişdir.

16. A zərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7 avqust 2023-cü il tarixli 10/2882 nömrəli ekspert rəyinə əsasən, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsində yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi məbləği 60770 manat müəyyən edilmişdir.

17. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(076)-458/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 30.385 manat məbləğində pulun və 303 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq, İddiaçı verilməsini, iddianın qalan hissədə təmin edilməməsini və iddiaçıdan aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsini qət edilmişdir. (X21)

18. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı mübahisəli evdə əri ilə birlikdə yaşamaqla, birgə təsərrüfat aparmış və evdə əsaslı təmir– bərpa işləri görmüşlər. Onun vəfatından sonra iddiaçı uşaqları ilə birlikdə həmin evdə yaşamış və yaşadığı müddətdə də evdə yaxşılaşdırma işləri görmüşdür. Həmin hal məhkəmə iclası zamanı dindirilmiş şahid ifadələri və işin araşdırlmış halları ilə öz təsdiqini tapmışdır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı mübahisəli evdə təbii qazdan və elektrik enerjisindən istifadə etməklə dəyərini ödəmiş və torpaq vergisini ödəmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçı əri ilə birlikdə vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə əmlakın saxlanması və qorunması xərclərinin çək ilməsində təkbaşına iştirak etmiş, bununla da miras əmlakın kütləsinin əhəmiyyətli dərəcə artmasına səbəb olmuşdur. Buna baxmayaraq, ərinin ölümündən sonra iddiaçı ərindən qalan miras əmlakı qəbul etməmiş, evin hərracda satışdan əldə edilən vəsait hesabına iddiaçıya 9.454 manat pul düşmüş, hazırda həmin pul icra şöbəsinin depozitindədir. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisəli evdə aparılmış yaxşılaşdırmalar birgə nikah dövründə aparıldığı, lakin iddiaçı tərəfindən miras əmlak qəbul edilmədiyi üçün evə çəkilmiş xərcin yarısı cavabdehdən alınmalıdır.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1, 214.3, 214.4, 217.1, 217.2, 217.3, 217.4, 223.3, 225.1 maddələri; Ailə Məcəlləsinin 32.1, 32.2, 36.1, 36.3-cü maddələri və Mülki Prosessual Məcəlləsini n 14.2, 77.1, 78.1, 88, 117, 213, 216-220, 233, 360 maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. Cavabdeh1 apellyasiya şikayəti verərək, iddianın təmin edilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, həmin hissədə də iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, əmlak 1993-cü il tarixdən bölünmüş və çox hissəsi onun payına düşmüşdür. Bundan sonra o və onun yaxınları iddiaçı və onun əri tərəfindən evdən çıxardılmışlar. Mülkiyyətçilərin razılığı olmadan iddiaçı qapıları açmış və həmin evdə olan digər otaqlardan i stifadə etməyə başlamışdır. Aralarında mübahisələr baş vermiş iddiaçı tərəf onu və onun yaxınlarını evdə yaşamasına imkan verməmişdir. Həmçinin iddiaçının evdə təmir işləri aparması da məqsədli şəkildə olmuşdur ki, evi bütünlükdə ələ keçirsin. Halbuki, iddiaçı digər mülkiyyətçilərin razılığı ilə təmir işlərini aparmalıydı. Bir halda onun tərəfindən aparıla bilərdi ki, həmin mənzilə olan payları digər mülkiyyətçilərin payından çox olsun. Lakin iddiaçının payı payından dəfələrlə az olmuşdur. İddiaçının vermiş olduğu izahatdan da məqsədləri aydın olur ki, mənzildən onlara düşəcək payın məbləği cüzi olduğundan onun çəkdiyi xərcin cüzi hissəsini əvəz edə bilər. Ekspertin rəyinə diqqət yetirdikdə müəyyən olur ki, guya şəxs ora çəkdiyi xərclərin məbləği 70000 manat, sonrakı ekspertiza isə çəkil miş xərcin 60000 manat olmasını qeyd etmişdir. İddiaçıya həmin mənzilin yalnız bir otağı məxsus olduğu halda ona aid olmayan digər otaqları nə üçün təmir etmişdir. Həmçinin iddiaçı təmirə xərclədiyi vəsait hesabına özünə başqa əmlak ala bilərdi. İfadə vermiş şahidlər və ekspert təmir işlərinin hansı vaxtda aparılmasını dəqiq qeyd etməmişdir. İşdə olan şahid ifadəsindən görünür ki, iddiaçı gəlin köçdükdən sonra, yəni 1990-cı ildə təmir işləri aparılmış, bundan başqa 2 il əvvəldə iddiaçı tərəfindən təmir işləri görülmüşdür. Cavabdeh qeyd etmişdir ki, iddiaçının məqsədi mənzili ələ keçirməkdir. Ekspert rəyi isə qeyri müəyyəndir və işlənmiş materialların markası tam olaraq göstərilməmişdir. Belə olan halda çəkilən xərcin dəqiq miqdarını müəyyən etmək də mümkün deyil. Evin dam hissəsi Şəmkir şə hərində aparılan abadlıq işləri zamanı vurlmuş, lakin bununla bağlı sorğunun alınmasını təmin edilməmişdir.

22. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-480/2024 nömrəli mülki iş üzrə 12 fevral 2024-cü il tarixli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 2(076)-458/2023 saylı qətnaməsinin mübahisələndirilən, yəni “Cavabdeh1 30385 manat məbləğində pul alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi və Cavabdeh1 303 manat məbləğində pul alınıb İddiaçı verilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi qət edilmişdir. (X2 (sədrlik edən və məruzəçi), X17 və X5)

23. Apellyasiya insta nsiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilmir. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına əmlakı yaxşılaşdıra bilər. Paylı mülkiyyətdə ümumi mülkiyyətçilərin razılığı olmadan yaxşılaşdırma aparan mülkiyyətçi ayrıla bilən əlavələri özünün mülkiyyətinə daxil edə bilər.

24. Məhkəmə kollegiyası iş materiallarında olan texniki pasporta istinad edərək, “C” literli ayaqyolu və “İ” literli çardağın 2018-ci ildə inşa olunduğunu, eləcədə ekspert rəyində əks olunmuş fotoşəkillərə istinad edərək, çardağın dəmir konstruksiyalı olmaqla üstü şiferlə örtüldüyünü və fərdi yaşa yış evinə giriş hissənin qarşısında inşa edildiyini, dəmir konstruksiyalı həmin çardağın fərdi yaşayış evinə heç bir zərər vurmadan ayrılmasının mümkün olduğunu qeyd etmişdir.

25. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, dəmir konstruksiyadan inşa olunmuş çardağ iddiaçı tərəfindən sökülüb götürülə bilər. İş üzrə Cavabdeh1 da apellyasiya icraatı zamanı dəmir konstruksiyadan inşa olunmuş çardağın fərdi yaşayış evinə düşən günün və havalanmanın qarşısını aldığını bildirərək iddiaçı tərəfindən sökülüb götürülməsini göstərmişdir.

26. Məhkəmə kollegiyası digər təmir-bərpa işlərinə münasibətdə qeyd etmişdir ki, həmin işlər ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl edilmədən aparıldığı üçün, işlərin görülməsi üçün çəkilən xərcin əvəzi hazırkı iş üzrə cavabdehdən, yəni ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisindən tələb olunması özlüyündə istisna olunur.

27. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 213.1, 213.2, 213.3, 213.4, 213.5, 214.1, 214.2, 214.3, 214.4, 217.1, 217.2, 217.3, 217.4, 217.5-ci maddələri; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 87.2, 88, 124.1, 217.3, 372.1, 384.0.2, 385, 392, 393, 402, 403, 404 və 405-407-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi b arədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir.

29. Şikayət onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı apellyasiya qətnaməsinin əsaslandırması ilə razılaşmır. Əsaslandırmada qeyd edilir ki, iddiaçı təmir-bərpa işləri görərkən digər mülkiyyətçilərdən razılıq almalı idi. Lakin iddiaçı qeyd edir ki, paylı mülkiyyətçilərin heç biri illər boyu görülmüş işlərə heç bir etiraz etməmişlər, çünki, onların hər birinin ayrı yerlərdə öz evləri olmuşdur, mübahisəli evə gəlib-getməmişlər. İddiaçı da buna görə evi öz evləri kimi təmir etdirmişdir. O, eyni zamanda, Mülki Məcəllənin 214.3-cü maddəsinin tətbiqini düzgün hesab etmir. Belə ki, cavabdehin həm Şəmkirdə, həm də Bakıda ayrıca evləri vardır, buna görə də, 20 ildən artıq mübahisəli evlə maraqlanmamışdır. Evin çox uzun müddətdir təmirsiz olan hissələrini iddiaçı təmir etdirməli olmuşdur, evlə bağlı yaxşılaşdırma işləri məhz iddiaçı tərəfindən aparılmışdır. Yəni zərurət yarandığına görə, iddiaçı evə xərc çəkmiş, evi yaşayış üçün yararlı vəziyyətə salmışdır, bu səbəbdən, çəkilmiş xərclər cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Hazırda mübahisəli ev hərracda cavabdeh tərəfindən alınmışdır. Hərracdan ona satacaq olan məbləğ - 9454 manatdır ki, bu iddiaçı tərəfindən evə çəkilmiş xərclərə nəzərən cüzi bir rəqəmdir. Ona görə də iddiaçı məhkəmədə evə çəkdiyi xərci cavabdehdən tələb etmişdir. Apellyasiya məhkəməsinin mülki kollegiyası heç bir sübuta əsaslanmadan İ instansiya məhkəməsinin qətnaməsini təmin olund uğu hissədə ləğv etmişdir.

30. Prosessual normanın pozuntusu kimi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, qətnamə çıxarılarkən çəkişmə prinsipi pozulmuşdur. Məhkəmə kollegiyası işdə yalnız cavabdehin mülahizələrinə əsaslanaraq qətnamə qəbul etmiş, iddiaçı tərəfindən təqdim edilən sübutlar nəzərə alınmamışdır. İşdə olan sənədlərdən, o cümlədən ekspertiza rəyindən də görünür ki, iddiaçının tələbi qanuni və əsaslıdır. Lakin, sübutlar hərtərəfli və tam dəyərləndirilməmişdir. Şahid ifadələri, işə əlavə olunmuş disk, ekspertiza rəyi məhkəmə kollegiyası tərəfindən qiymətləndirilməmişdir

31. Kassator şikayətini Azərbaycan Respublikasının Konstitusiyası maddə 129, İİİ hissə; Mülki Məcəlləsinin 214.3, 214.4, 217.2-ci; Azərbaycan Respublikasının Mülki Prosess ual Məcəlləsinin 9, 88, 217.1-ci maddələrinə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

33. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı qeyd olunan mənzilin 1993-cü ildən paylı mülkiyyətdə olduğunu və əksər hissəsi, yəni 17/25 hissəsi cavabdehin, 2/25 his səsi Cavabdeh3, 2/25 hissəsi Cavabdeh2, 2/25 hissəsi Əli Ruhullayevə və 2/25 hissəsi isə onun həyat yoldaşı İlqar Ruhullayevə məxsus olduğunu bilirdi. O, mənzilin 2/25 hissəsində ərinin payı olduğunu bildiyi halda, onları döyüb mənzildən çıxardaraq özü qeyd etdiyi kimi mənzili öz evi bilib təmir işləri görməklə mənzilə yiyələnmək istəmişdir. Aralarında qeyd olunan mənzillə bağlı mübahisə olduğundan və iddiaçı tərəfindən mənzilə daxil olmağa icazə verilmədiyindən təmir-tikinti işləri barədə məlumatları olmamış və onlara bu barədə məlumat verilməmişdir. Qeyd olunan mənzildə aparılan təmir-tikinti işləri paylı mülkiyyətçilərin razılıq alınmadan və məlumat verilmədən aparıldığından əvəzi ödənilməməlidir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

34. Maddə 213.2. Əşya mü lkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

35. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

36. Maddə 214.3. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir.

37. Maddə 214.4. Paylı mülkiyyət mülkiyyətçilərinin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ümumi mülkiyyəti yaxşılaşdıran və ayrıla bilən əlavələr o nları etmiş mülkiyyətçinin mülkiyyətinə daxil olur.

38. Maddə 217.1. Paylı mülkiyyətin hər bir mülkiyyətçisi vergilərin, rüsumların ödənilməsində və ümumi əmlak üzrə digər ödənişlərin verilməsində, habelə həmin əmlakın saxlanması və qorunması xərclərinin çəkilməsində öz payına uyğun surətdə iştirak etməlidir.

39. Maddə 217.2. Mülkiyyətçilərdən birinin zərurət olmadan və qalan mülkiyyətçilərin razılığını almadan çəkdiyi xərclərin əvəzi qalan mülkiyyətçilər tərəfindən ödənilməməlidir. Bu zaman yaranan mübahisələr məhkəmə qaydasında həll olunur.

40. Maddə 217.3. Mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə əşyanın dəyərini və işlənməyə yararlığını qorumaq üçün saxlama, təmir (bərpa) və təzələmə işləri aparıla bilər.

41. Maddə 217.4. Əşyanın dəyərini artırmaq və ya sərfəliyini və işlənməyə yar arlığını yüksəltmək məqsədi ilə aparılan təzələmə və yenidənqurma işləri üçün eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı zəruridir. Əşyanın əvvəlki təyinatı üzrə işlədilməsini və ya istifadəsini iştirakçılardan biri üçün əhəmiyyətli dərəcədə və həmişəlik çətinləşdirən və ya sərfəsiz edən dəyişikliklər onun razılığı olmadan aparıla bilməz. Əgər dəyişiklik iştirakçıların birindən onun imkanları xaricində olan, o cümlədən payının əmlak dəyəri ilə tənasübsüzlüyünə görə imkanları xaricində olan xərclər tələb edirsə, dəyişiklik onun razılığı olmadan yalnız o halda həyata keçirilə bilər ki, qalan iştirakçıların hamısı onun payına düşən məsrəfləri, bunlar onun üçün mümkün olan məbləğdən çoxdursa, öz öhdələrinə götürsünlər.

42. Maddə 217.5. Əşy anın yalnız xarici görünüşünün yaxşılaşdırılması və ya ondan istifadənin əlverişliyinin artırılması üçün nəzərdə tutulan tikinti işlərini və ya başqa işləri ancaq bütün mülkiyyətçilərin razılığı ilə görməyə icazə verilir. Əgər eyni zamanda əşyadakı payların çox hissəsini təmsil edən mülkiyyətçilərin əksəriyyətinin razılığı ilə bu cür işlərin görülməsi haqqında sərəncam verilirsə, həmin işlər bununla razılaşmamış iştirakçının istəyindən asılı olmayaraq da görülə bilər, bu şərtlə ki, həmin işlərlə əlaqədar onun istifadə və sərəncam hüququ həmişəlik məhdudlaşdırılmasın və qalan iştirakçılar yalnız müvəqqəti məhdudiyyət üçün ona əvəz ödəsinlər və xərclərin onun payına düşən hissəsini öz üzərlərinə götürsünlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

49. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nət icələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

54. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüqu qi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024 -cü il tarixli 2(104)-480/2024 saylı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar