Məhkəmə qərarları › İş №2(102)-2444/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2444/2021

15.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2444/2021 15.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2192/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli q ətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 15 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, 06.12.2017-ci il tarixli çıxarış əsasında Şəki şəhəri, Sarı torpaq küçəsi, 17 nömrəli fərdi yaşayış evi 1/8 hissədə Cavabdeh1, 1/8 hissədə X11, 1/8 hissədə X16, 1/8 hissədə X25, 1/8 hissədə X5, 1/8 hissədə Əh məd Nurməmməd oğlunun, 1/8 hissədə İdris Nurməmməd oğlunun, 1/8 hissədə X12 xüsusi mülkiyyətində olmuşdur.

2. İş materiallarından görünür ki, X38 29 oktyabr 1998-ci il tarixdə vəfat etmiş və ölümündən sonra vərəsələri kimi oğlulları X50, X51, qızı X26 qalmışdır. Onlar Notariat Kontoruna yazdıqları ərizələr əsasında X22 qalmış mirasdan imtina etmişlər.

3. İ ş materiallarından görünür ki, X23 28 fevral 2007-ci il tarixdə vəfat etmişdir və ölümündən sonra vərəsələri kimi Cavabdeh1, X39, X44, qızları X40, X45 qalmışdır. X10 11 may 2008-ci ildə vəfat etmişdir. Günel, Afət və Nizami isə Notariat Kontoruna yazdıqları ərizələr əsasında X6 qalmış mirasdan imtina etmişlər.

4. İş materiallarından görünür ki, X19 20 may 2007-ci il tarixdə vəfat etmişdir və ölümündən sonra vərəsəsi kimi X13 qalmışdır. Sonuncu Notariat Kontoruna yazdığı ərizə əsasında X2 qalmış mirasdan imtina etmişdir.

5. İş materiallarından görünür ki, X27 14 aprel 1944-cü il tarixdə vəfat etmişdir. X16 vərəsəsi olan İdris Nurməmməd oğlu da vəfat etmişdir.

6. Şəki rayon məhkəməsinin 2(075)-5150/2017 saylı, 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə 14 aprel 1994-cü il tarixdə vəfat etm iş X16 Cavabdeh1 əmisi, 29 oktyabr 1998-ci il tarixdə vəfat etmiş və 20 may 2007-ci il tarixdə vəfat etmiş Süleymanova isə Cavabdeh1 bibiləri olması faktı müəyyən edilmişdir.

7. Cavabdeh1 X11, X5, X16 və X25 qanun üzrə vərəsəsi kimi ünvan 1 ünvanında yerləşən miras əmlaka dair şəhadətnamə almaq üçün 09 dekabr 2017-ci il tarixli ərizə ilə Şəki şəhəri 2 saylı notariat kontoruna müraciət etmişdir.

8. Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 09 dekabr 2017-ci il tarixli, 2V-542 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamədən görünür ki, 28 fevral 2007-ci il tarixdə ölmüş X11, 14 aprel 1944-cü il tarixdə ölmüş X16, 20 may 2007-ci il tarixdə ölmüş X7 və 29 oktyabr 1998-ci il tarixdə ölmüş X25 vərəsəsi olan ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 olmaqla, o, mirasdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən 06.12.2017-ci il tarixdə X17, X20, X14 və X31 verilmiş **********07-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0,1525 hektar torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 194,8 kvadrat metr olan mərhumlara məxsus pay hissəsi olan fərdi yaşayış evindən ibarətdir.

9. ƏMDK yanında DƏDRX-nin Seriya RX ******* nömrəli, 22.12.2017-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Şəki şəhəri, Sarı torpaq küçəsi, 17 nömrəli fərdi yaşayış evi 1/8 hissədə Əhməd Nurməmməd oğlunun, 1/8 hissədə İdris Nurməmməd oğl unun, 1/8 hissədə X3, 4/8 hissədə Cavabdeh1 və 1/8 hissədə X8 xüsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci mülki iş üzrə birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə və ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu, 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 09 dekabr 2017-ci il tarixli, 2V542 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia tələbi o nunla əsaslandırılmışdır ki, 31.05.1962-ci il tarixdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində anadan olmuşdur. Evin 1/2 hissəsi mərhum nənəsinin atası məxsus olmuş, sonradan cavabdeh saxta sənədlər əsasında 29 noyabr 2017-ci il tarixli inventar nömrəsi 841-842 nömrəli texniki pasport və çıxarış almışdır. Belə ki, həmin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi 1962-ci ildə ayrı iki evdən ibarət olmuş və hər iki evin ayrı texniki pasportu və ev dəftəri (domovoy) olmuşdur. Onlara məxsus hissə adına olmuş və ona 1962-ci il tarixdə texniki pasport verilmişdir. Evinin ona aid hissəsinin ayrıca ev dəftəri olmuş və həmin dəftərdə iddiaçı və onun qohumlarından heç birinin qeydiyyatı olmamışdır. 1962-ci il tarixli inventar nömrəsi 842 olan texniki pasportdan da həmin evin həmin vaxt bölü məsi və hər iki evin müstəqil ev olması evin küçə nömrəsindən də aydın görünür. Belə ki, məxsus hissə Nuxa şəhəri Kirov küçəsi 15a, X24 aid hissəsnin isə 1962-ci il tarixli inventar nömrəsi 841 olan texniki pasportunda ünvanın Nuxa rayonu, Kirov küçəsi 15 olması müəyyən olunur. Bundan sonra X28 ərizə ilə Kommunal Təsərrüfat Bölməsinə müraciət edərək Mustafa, Rəsul, Yaqub, Ceyhun, Humay, Kətayum Mahmud uşaqları, Əhməd və İdris Nurməmməd oğlunun adlarına qeydiyyata alınmasını xahiş etmişdir. Bundan sonra 8 iyul 1966-cı il tarixli vəsiqə ilə X28, bərabər hüquqlarının olması qeyd edilmişdir. Həmin vəsiqəyə nəzər saldıqda həmin vəsiqənin verildiyi evin KB.54, YY 75 nömrəli ev olması qeyd edilmişdir. X18 adına.erilmiş 1962-ci il tarixli inventar nömrəsi 841 olan texniki pasporta nəzər saldıqda da görürük ki X24 aid texniki pasportdakı evin də kvartal və sahəsi KB.54. YY 75 kimi qeyd edilmişdir. Əhməd Nurməmməd oğluna verilmiş 1962-ci il tarixli inventar nömrəsi 842 olan texniki pasportda isə evin kvartal və sahəsinin KB.54. YY 75a kimi qeyd edilmişdir. Buradan da aydın şəkildə görünür ki, 29.11.2017-ci il tarixli inventar nömrəsi 841-842 nomrəli texniki pasportda hər iki evin bir texniki pasportda bir ev kimi görünməsi tam qanunsuz, əsassızdır. Həmçinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində mövcud 1980-cı il tarixli və 1981-ci il tarixli aktlardan da göründüyü kimi hər iki evin mülkiyyətçiləri arasında mübahisə olmuş və hər iki evin 1962-ci il tarixli inventar nömrəsi 842 olan texniki pasportu və 1962-ci il tarixli inventar nömrəsi 841 olan texniki pasportlardakı mövcud vəziyyətə uyğun sərhədləri müəyyən edilmiş və sxemlərlə sərhədlər müəyyən edilmişdir. Lakin sonra məlum olmayan səbəblərdən iddiaçı saxta sənədlər əsasında həmin evin vahid ev kimi qeydə alınmasına nail olmuşdur. 05 sentyabr 1990-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, Şəki şəhəri, Kirov küçəsi 17-də yerləşən 600 kvadrat metr torpaq sahəsinin üstündə olan 134.8 kvadrat metr ümumi sahəsi, 90 kvadrat metr yaşayış sahəsi, 7,7 kvadrat metr qeyri-yaşayış sahəsi, 12.8 kvadrat metr köməkçi sahəsi olan evə vərəsəlik almışdır. Lakin hazırda iddiaçıya verilmiş 29.11.2017-ci il tarixli inventar nömrəsi 841-842 nömrəli texniki pasportda mübahisəli fərdi yaşayış evinin ümumi sahəsinin 194,8 kvadrat metr, yaşayış sahəsinin 110.5 kvadrat metr, köməkşi sahəsinin isə 84.3 kvadrat metr olması qeyd edilmişdir. Buradan aydın şəkildə görünür 1990-cı ildən sonra həmin evdə yaşayan şəxslər tərəfindən bir sıra tikililər əlavə edilmiş və həm yaşayış sahəsi, istərsə də köməkçi sahələr artmışdır. Lakin 2017-ci il tarixdə DƏDRX-nin 2 saylı Şəki Ərazi İdarəsi tərəfindən həmin xüsusatlar nəzərə alınmadan əlavə edilmiş həmin sahələr də iddiaçının mülkiyyəti kimi qeydə alınmışdır. Texniki pasportda 13 nömrə ilə qeydə alınmış 16.4 kvadrat metr sahəsi olan şüşəbənd birgə nikah zamanı onun tərəfindən inşa edilmişdir. Lakin hazırki qətnamə ilə həmin şüşəbənd paylı mülkiyyətdə olan evin tərkib hissəsi kimi qəbul edilmişdir. Lakin həmin şüşəbənd evin mülkiyyətçilərinin heç birinə məxsus olmamış, onun tərəfindən inşa edilmişdir. 29.11.2017-ci il tarixli inve ntar nömrəsi 841 olan texniki pasportda da həmin yerdə şüşəbəndin olmaması açıq-aydın görünür. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri X cməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 4/8 hissəsi Cavabdeh1 mülkiyyətində olsa da, həmin evin 4/8 hissəsini tam qanunsuz olaraq və saxta sənədlər əsasında mülkiyyətinə keçirmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət leydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrind ən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 1/8 hissədə Cavabdeh1, 1/8 hissədə X23, 1/8 hissədə X27, 1/8 hissədə X38, 1/8 hissədə X19, 1/8 hissədə, 1/8 hissədə, 1/8 hissədə X15 paylı mülkiyyətlərində olmuşdur. Bundan sonra Cavabdeh1 Şəki rayon 2 saylı notariat kontoruna müraciət edərək 2 2.02.2007-ci il tarixdə ölmüş X11, 14.04.1944-cü il tarixdə ölmüş X16, 20.05.2007-ci il tarixdə ölmüş X9 və 29.10.1998-ci il tarixdə ölmüş X56 qızından miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş və Şəki rayonu 2 saylı notariat kontoru tərəfindən verilmiş 9 dekabr 2017-ci il tarixli, reyestrdə 2V-542 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 28.02.2007-ci il tarixdə ölmüş X11, 14.04.1994-cü il tarixdə ölmüş X16, 20.05.2007-ci il tarixdə ölmüş X7 və 29.10.1998-ci il tarixdə ölmüş X25 vərəsəsi qismində Cavabdeh1 tanınmışdır. X1 ölüm haqqında şəhadətnaməsindən görünür ki, X27 14.04.1944-cü il tarixdə ölmüşdür. Lakin yuxarıda qeyd edilən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə 14.04.1994cü il tarixdə ölmüş X16 vərəsəliyinin qəbul edilməsi qeyd edilmişdir. Həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında da iddiaçı Cavabdeh1 qeyd edilən fərdi yaşayış evinə RX seriyalı, ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmçinin Şəki rayon 2 saylı notariat kontorunun xüsusi notariusu iddiaçı Cavabdeh1 28.02.2007-ci il tarixdə ölmüş X11, 14.04.1994-cü il tarixdə ölmüş X16, 20.05.2007-ci il tarixdə ölmüş X7 və 29. 10.1998ci il tarixdə ölmüş X25 vərəsəsi qismində tanımaqla haqlı olmamış və saxta qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin də tələbindən göründüyü kimi mirasın qəbul edilmiş hesab olunması üçün miras açılan gündən altı ay müddətində vərəsə miras əmlakı faktiki idarə etməyə başlamalı və ya mirasa yiyələnməlidir. Lakin onun babası digər vərəsələri miras qalmış ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evindən ibarət əmlakı faktiki idarə etməyə başlamamışlar və ya mirasa yiyələnməmişlər. Yalnız onun atası X41 mirasa yiyələnərək faktiki idarə etməyə başlamış və 2011-ci ilə qədər həmin əmlakı idarə etmişdir. 2011-ci il tarixdə atası Vaqif Hacıyev vəfat etmiş və o, atasının vərəsəsi kimi ondan miras qalmış əmlakı faktiki qəbul edərək id arə etməyə başlamışdır. Şəki rayonu 2 saylı notariat kontoru tərəfindən verilmiş 09 dekabr 2017-ci il tarixli, reyestrdə 2V-542 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında alınmış RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış qanunsuzdur. Belə ki, iddiaçı Cavabdeh1 qanunvericilikdə göstərilmiş müddətləri ötürdükdən sonra mirasın qəbulu üçün notariusa müraciət etmiş, mirasın qəbulu faktının təsdiq edilməsi və ya ötürülmüş müddətin bərpa edilməsi barədə hər hansı bir məhkəmə qətnaməsi olmamasına baxmayaraq notarius qanunsuz və əsassız olaraq Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Fərdi yaşayış evinin 1/2 hissəsi onun mərhum ulu babası məxsus olmuş, on dan sonra da vərəsəliyi sırası ilə X29, ondan sonra onun oğlu yəni atası Bəkirov Namik Nəsib oğlu, onun vəfatından sonra da o, qəbul edərək hal-hazıradək faktiki idarə edir. Cavabdeh1 onun ulu babası X4 qardaşı nəvəsidir. Onun ulu babası atasıdır. Sarıtorpaq küçəsindəki ev 1966-cı ildə 15 və 17 nömrəli iki yerə, yəni Əhməd Nurməmmədov və Mahmud Nurməmmədov arasında bölünmüşdür. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir.

12. Şəki Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tаrixli, 2(075)-650/2020 saylı qətnаməsi ilə (hakim E.Mehdiyev) iddia rədd edilmişdir..

13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, Cavabdeh1 28 fevral 2007-ci il tarixdə ölmüş X11, 14 apr el 1944-cü il tarixdə ölmüş X27, 20 may 2007-ci il tarixdə ölmüş X21 və 29 oktyabr 1998-ci il tarixdə ölmüş X22 qalmış, ünvan 1 ünvanında yerləşən 0,1525 hektar torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 194,8 kvadrat metr olan fərdi yaşayış evindən ibarət mirasdan mərhumların vərəsəsi kimi tam hissədə pay almış və bununla bağlı Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən 09 dekabr 2017-ci il tarixli, 2V-542 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə verilərkən notariat kontoruna mərhumların ölüm haqqında şəhadətnamələri, onların vərəslərinə dair arayışlar və sağ vərəsələrinin mirasdan imtinalarına dair ərizələr, yəni qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi üçün zəruri olan sənədlər təqdim edilmişdir.

14. İddiaçı qanuna əsasən iddia tələbini əsaslandıran bütün faktiki halları məhkəməyə bildirməlidir. Əgər iddiaçı sübut etmə vəzifəsini yerinə yetirmirsə, onda elə həmin səbəbdən onun iddiası təmin edilməməlidir.

15. Məhkəmə araşdırması zamanı Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən 09 dekabr 2017-ci il tarixli, 2V-542 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilərkən, həmçinin həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərəkən qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilməmişdir.

16. Göründüyü kimi Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 09 dekabr 2017-ci il tarixli, 2V-542 reyestr nöm rəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi üçün, həmçinin həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsaslar mövcud deyildir.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 337.2, 337.3, 337.4, 144, 324.1, 324.2, 324.4, 329.2, 389.1, 389.2, 1151, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1246, 1248-ci maddələrinə, Mülki Prossesual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.

19. Şəki Apellyasiya Məhkəməsi M ülki kollegiyasının 2(107)-2192/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli - sədrlik edən və məruzəçi, Ə.Məcidov, A.Mahmudov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tаrixli, 2(075)-650/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur.

21. Belə ki, iddiaçı apellyasiya şikayətində mülki iş üzrə birinci instansiya məhkəməsinin ləğv edilməsini bildirsə də, öz dəlillərini əsaslandırmamış, o bu barədə mötəbər dəlilləri məhkəmə kollegiyasına təqdim etməmişdir. Cavabdeh1 28 fevral 2007-ci il tarixdə ölmüş X11, 14 aprel 1944-cü il tarixdə ölmüş X27, 20 may 2007-ci il tarixdə ölmüş X21 və 29 oktyabr 1998-ci il tarixdə ölmüş X22 qalmış, ünvan 1 ünvanında yerləşən 0,1525 hektar torpaq sahəsi və onun üzərində tikilmiş olan ümumi sahəsi 194,8 kvadrat metr olan fərdi yaşayış evindən ibarət mirasdan mərhumların vərəsəsi kimi tam hissədə pay almış və bununla bağlı Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən 09 dekabr 2017ci il tarixli, 2V-542 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə verilərkən notariat kontoruna mərhumların ölüm haqqında şəhadətnamələri, onların vərəslərinə dair arayışlar və sağ vərəsələrinin mirasdan imtinalarına dair ərizələr, yəni qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi üçün zəruri olan sənədlər təqdim edilmişdir. Həmçinin Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən 09 dekabr 2017-ci il tarixli, 2V-542 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamə verilərkən, həmçinin həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərəkən qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilməmişdir. Beləliklə Şəki rayon 2 saylı Notariat Kontoru tərəfindən verilmiş 09 dekabr 2017-ci il tarixli, 2V-542 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi üçün, həmçinin həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlak ın dövlət reyestrindən çıxarışın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyasl məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. İddiaçı məhkəm ə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir

26. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri

27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticə lərin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində iş üzrə iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə

31. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.(maddə 337.1)

32. Əqd barəsində mübahisə edildik də əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (maddə 337.2)

33. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. (maddə 337.3)

34. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.(maddə 337.4)

35. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğun u yoxlamalıdır. O, təsdiqlədiyi müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. (maddə 144.1)

36. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad ( ər), valideynlər (övladlığa götürənlər) hesab edilirlər. (maddə 1159.1.1)

37. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. (maddə 1243.1)

38. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.(maddə 1243.2)

39. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olması ndan asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.(maddə 1243.3)

40. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (maddə 1246)

41. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. (maddə 1248) 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsi (1965-ci il redaksiyası)

42. Qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır.(maddə 44)

43. Etibarsız sayılan əqd, bağlandığı vaxtdan etibarsız hesab olunur. Lakin, ə qdin məzmunundan, onun ancaq gələcək vaxtda xitam edilə biləcəyi məlum olarsa, əqdin qüvvəsi gələcək vaxtda xitam edilmiş sayılır. (maddə 55)

44. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir.(maddə 527)

45. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar.(maddə 532)

46. Miras açılan gündən altı ay müddətində vərəsə miras əmlakı faktiki idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə mirası qəbul etmiş hesab olunur.(maddə 552) Mülki Prossesual Məcəllə

47. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

48. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiy i halları sübut etməlidir. (maddə 77.1)

49. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

50. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)

51. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şik ayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

52. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

53. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

54. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

56. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki koll egiyasının 2(107)-2192/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar