Məhkəmə qərarları › İş №2(102)-2444/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2444/2022

05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2444/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, a və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(103)633/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında ya zılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə "xxxx" MMC arasında bağanmış 21 iyul 2010- cu il tarixli "xxxx" müqaviləyə əsasən MMC Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan ikiotaqlı 384 saylı mənzili İddiaçı təhvil vermişdir. 2."xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 13.03.2012-ci il tarixli "xxxx" müqaviləyə əsasən MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.52 kv.m. olan üçotaqlı 385 saylı mənzili Cavabdeh2 təhvil vermişdir. 3.İddiaçı 26 dekabr 2019-cu il tarixdə yazdığı və notarial qaydada təsdiq olunmuş ərizə ilə "xxxx" MMC-yə müraciət edərək, mübahisəli mənzilə dair müqavilənin pozulması ilə əlaqədar qanunamüvafiq tədbir görülməsini xahiş etmiş, həmin mənzilə dair müqavilə pozulduqdan sonra mənzilin digər şəxsin adına rəsmiləşdirilməsinə etirazı olmadığını, bununla bağlı iddia və tələbi olmayacağını bildirmişdir. 2020-ci ildə "xxxx" MMC Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qoşulmuş və Cavabdeh1 MTK üzvlərinin ümumi iclasının 12 mart 2020-ci il tarixli qərarı ilə 384 saylı həmin mənzil cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilmişdir. Zolfi Bakhshali həmin mənzilə dair mülkiyyət hüquqlarını 17.06.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata aldırmışdır. Həmçinin "xxxx" MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsi 24B saylı binanın 385 saylı mənzili 21.07.2020-ci il tarixdə Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 4. 2021-ci ilin aprel ayında İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2, a və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m. olan iki otaqlı 384 saylı mənzilinin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Cavabdeh1 Mənzil Tikinti Kooperativinin üzərinə qoyulması, iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m. olan iki otaqlı 384 saylı mənzilin Cavabdeh2 məxsus həmin ünvanda yerləşən 385 saylı mənzillə dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, “Şərur" MTK-nın 12 mart 2020-ci il tarixli, 06 saylı protokolunun və həmin tarixli borcun olmamasına dair arayış ının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ilə ləğv olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 21 iyul 2010-cu il tarixli "xxxx" müqaviləyə əsasən Cəmiyyət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı 384 saylı mənzili iddiaçıya veməyi öhdəsinə götürüb, iddiaçı həmin mənzilin dəyərini tam şəkildə ödəmiş və Cəmiyyət tərəfindən ona maliyyə arayışı verilmişdir. 2020-ci ildə "xxxx" MMC Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qoşulmuşdur. Bundan sonra həmin cəmiyyət ləğv edilmişdir. İddiaçı yaşadığı 384 saylı mənzili 2014-cü ildə Cavabdeh2 məxsus ümumi sahəsi 122 kv.m. olan mənzillə dəyişmişdir. İddiaçı 2021-ci ildə alğı-satqı prosesini rəsmiləşdirmək istədiyi zaman müəyyən olunmuşdur ki, Cavabdeh1 MTK iddiaçının mənzilini başqa şəxsin adına keçirmişdir. Mənzilə görə ödənişlər iddiaçı tərəfindən həyata keçirilmiş və maliyyə arayışı da onun adına verilmişdir. İddiaçı tərəfindən kooperativ üzvlüyü və payı barədə arayışın verilməsi üçün Cavabdeh1 MTK-ya müraciət olunmasına baxmayaraq, sonuncu tərəfindən buna münasibət bildirilməmişdir. Qeyd olunan sənədlərin alınması iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır.

6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(004)3301/2021 saylı qətnaməsi ilə (hakim X1) iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandı rmışdır ki, iddiaçının iddia tələblərində göstərdiyi dəlillər əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" MMC arasında bağlanmış 21 iyul 2010-cu il tarixli "xxxx" müqaviləyə əsasən cəmiyyət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m. olan iki otaqlı 384 saylı mənzili İddiaçı verilmişdir. Həmçinin 13.03.2012-ci il tarixli müqavilə ilə "xxxx" MMC arasında bağanmış 13.03.2012-ci il tarixli "xxxx" müqaviləyə əsasən cəmiyyət Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində inşa edilən çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 61.52 kv.m. olan üç otaqlı 385 saylı mənzili Cavabdeh2 verilmişdir. Digər tərəfdən məhkəmə mülki işin gedişində müəyyən etmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsində yerləşən yaşayış binasının 4-cü giriş, 8-ci mərtəbəsində olan, ümumi sahəsi 81,0 kv.m., iki otaqlı, 384 saylı mənzildən 26 dekabr 2019-cu il tarixdə yazdığı və notarial qaydada təsdiq olunmuş ərizəyə əsasən digər şəxsin adına imtina etmiş və 384 saylı həmin mənzil Zolfi Bakhshalinin adına rəsmiləşdirilmişdir. 2020-ci ildə "xxxx" MMC Cavabdeh1 Mənzil Tikinti Kooperativinə qoşulmuşdur. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsi, 24B saylı binanın 384 saylı mənzili Zolfi Bakhshalının, 385 saylı mənzili Cavab deh2 adlarına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətlərindədir.

8. Cavabdeh1 MTK-nın Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m. olan iki otaqlı 384 saylı mənzilinin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsi və mənzilin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, 384 saylı mənzilin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətində hər hansı qanunsuzluq məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçı sözügedən mənzildən digər şəxsin adına notarial qaydada imtina etmiş, həmin mənzilə dair hər hansı tələbinin olmayacağını qeyd etmiş, digər ş əxs olaraq məhkəmə iclasında Cavabdeh2 olduğunu bildirsə də, bununla bağlı dəqiq iradə ifadəsini həmin ərizədə göstərməmişdir və mənzil digər şəxs cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilmiş, onun adına həmin mənzilə dair çıxarış verilmiş və həmin mənzil halhazırda Zolfi Bakhshalinin mülkiyyətindədir. Belə olan halda, məhkəmə həmin mənzilin cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuzluğu, ********* qeydiyyat nömrəli, 17 iyun 2020-ci il tarixli çıxarışın ləğv edilməsi, “Şərur" MTK-nın 12 mart 2020-ci il tarixli 06 saylı protokolun və həmin tarixli borcun olmamasına dair arayışın ləğv edilməsi barədə iddia tələblərini əsassız hesab etmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421, 423,393, 394-cu maddələrinə istinadla əs aslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. Göstərilən qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli, 2(004)-3301/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(103)-633/2022 saylı qətnaməsi ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.08.2021-ci il tarixli 2(004)-3301/2021 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edi lmişdir ki, iddiaçı özü onunla "xxxx" MMC arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsinə dair ərizə vermiş, Cavabdeh1 MTK ("xxxx" MMC-nin hüquqi varisi) tərəfindən müqavilənin ləğv edilməsi qəbul edilərək, mənzil geri qəbul edilmiş və sonradan digər cavabdeh olan a təhvil verilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı ilə Cavabdeh1 MTK ("xxxx" MMC-nin hüquqi varisi) arasında 21 iyul 2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

13. Apelly asiya instansiyası məhkəməsi qeyd etmişdir ki, müqavilə ləğv edildiyindən, Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı əsasında mübahisəli mənzilin digər cavabdeh a təhvil verilməsi İddiaçı hüquqlarını hər hansı şəkildə pozmamışdır, ona görə də, Cavabdeh1 MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m. olan iki otaqlı 384 saylı mənzilinin digər cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsinə dair tələb əsaslı hesab edilə bilməz. İddiaçı həmçinin, mübahisəli mənzilin onun adına rəsmiləşdirilməsini, iddiaçının kooperativ üzvlüyü və payını ödəməsi barədə arayışın verilməsi vəzifəsinin Cavabde h1 MTK-nın üzərinə qoyulmasını xahiş etmiş, lakin bu tələbinin qanuni və faktiki əsasının nədən ibarət olmasını əsaslandıra bilməmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh1 MTK arasında bağlanmış mənzil tikintisi haqqında müqavilə iddiaçının özünün təşəbbüsü ilə ləğv edilmişdir. Həmin müqavilə ləğv edildikdən sonra Cavabdeh1 MTK mübahisəli mənzilin üzərində yenidən sərbəst sərəncam vermək hüququ əldə etmiş və bu hüququndan istifadə edərək mənzilin digər cavabdeh olan a təhvil verilməsi barədə qərar qəbul etmişdir. Cavabdeh1 MTK-nın yenidən İddiaçı ilə mübahisəli mənzillə bağlı müqavilə münasibətlərinə daxil olmağa dair hər hansı öhdəliyi olmamışdır.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hələ 2014-cü il tarixdə qonşusu o lan digər Cavabdeh2la mənzillərinin dəyişdirilməsi barədə razılığa gəldiklərini, lakin sənədləşmə işinin baha başa gəlməsi səbəbindən bu niyyətlərini başa çatdırmaq üçün beş il gözləmək qərarına gəldiklərini bildirmişdir. İddiaçı mübahisəli mənzil üzərində hələ 2014-cü ildə sərəncam verərək həmin mənzili eyni binada yerləşən Cavabdeh2 məxsus mənzillə dəyişdirdiyini iddia etmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında mənzillərin dəyişdirilməsinə dair razılaşma qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə cavab verməmiş, bu səbəbdən etibarsız olmuşdur. Ona görə də, Cavabdeh2 384 və 385 saylı mənzillərin dəyişdirilməsinin tanınması və bu barədə sənədləşmənin aparılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair iddianı qəbul etməsi həmin iddianın təmin edilməsi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

17. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normalarının pozulması nəticəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunsuz və əsassız qətnamə qəbul edilmiş, iddiaçı aldadılaraq dəyərini tam ödədiyi mənzili əlindən alınaraq özgəninkiləşdirilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Cavabdeh1 Mənzil Tikint Kooperativinin sədri Axundov İsfəndiyar kassasiy a şikayətinə qarşı yazılı etiraz təqdim edərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(103)-633/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikd ə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.

21. Maddə

157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

22. Maddə

178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.8. Mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (15 dekabr 2017-ci il tarixli, 918VQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiya).

23. Maddə

393. Əmlakın verilməsi barədə müqavilə Tərəflərdən birinin hazırda olan əmlakı bütünlüklə və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir, amma müqavilənin hazırda olan əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar istisna təşkil edir.

24. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onla rın prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

27. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.

28. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

29. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş edildiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfind ən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 32.İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı özü onunla "xxxx" MMC arasında bağlanmış mənzil tikintisi haqqında müqavilənin ləğv edilməsinə dair ərizə vermiş, Cavabdeh1 MTK ("xxxx" MMC-nin hüquqi varisi) tərəfindən müqavilənin ləğv edilməsi qəbul edilərək, mənzil geri qəbul edilmiş və sonradan digər cavabdeh olan a təhvil verilmişdir. İddiaçı ilə Cavabdeh1 MTK ("xxxx" MMC-nin hüquqi varisi) arasında 21 iyul 2010-cu il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqavilə tərəflərin qarşılıqlı razılığı əsasında ləğv edilmişdir.

33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

34. Qeyd edilən müqavilə ləğv edildiyindən, Cavabdeh1 MTK-nın üzvlərinin ümumi yığıncağının qərarı əsasında mübahisəli mənzilin digər cavabdeh a təhvil verilməsi İddiaçı hüquqlarını hər hansı şəkildə pozmamışdır, ona görə də, Cavabdeh1 MTK-nın Bakı şəhəri Yasamal rayonu, Əsəd Əhmədov (Talıblı) küçəsində inşa edilən 24 B saylı çoxmənzilli yaşayış binasının 4-cü blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 81.0 kv.m olan iki otaqlı 384 saylı mən zilinin digər cavabdeh Zolfi Bakhshalinin adına rəsmiləşdirilməsi hərəkətinin qanunsuz hesab edilərək ləğv edilməsinə dair tələb əsaslı hesab edilə bilməz.

35. İş materiallarından görünür ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. İşin göstərilən halları iddianın rədd edilməsi üçün əsas verdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə müəyyən olunmuş sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi ü çün əsas ola bilməz. 37.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2(103)633/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar