Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2445/2020 11.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi ilə, İddiaçı Astara rayon Pensər bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Astara Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tar ixli qətnaməsi (hakim M.Məmmədov) ilə, iddiaçı Pensər Bələdiyyəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsinə dair» iddiasının qismən təmin edilməsi, Cavabdeh1 zəbt ediyi, Astara rayon Pensər Bələdiyyəsinin mülkiyyətində olan 871 kvadrat metr (iki hissədə 645 kvadrat metr və 226 kvadrat metr, cəmi 871 kvadrat metr) torpaq sahəsindən və Cavabdeh2 zəbt ediyi, Astara rayon Pensər Bələdiyyəsinin mülkiyyətində olan 1930 kvadrat metr torpaq sahəsindən çıxarılmaları, iş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə mütəxəssis xərci olan 175 (bir yüz yetmiş beş) manat, 75 (yetmiş beş) qəpik məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq “xxxx” Açıq Sə hmdar Cəmiyyətinə - Kod 200071 VÖEN ********** Müxbir hesab Az37 NABZ **********000001944 SFİFT AİİBAZ2X nömrəli hesaba ödənilməsi, iş üzrə dövlət rüsumu olan 20 (iyirmi) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçı Pensər Bələdiyyəsinə verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli (sədrlik edən T.Heydərov, hakimlər T.Kərimov və F.Abbasov) qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Pensər Bələdiyyəsinin sədri X5 xx xxxxxxx 2018-ci il tarixində iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlar tərəfindən zəbt olunmuş Pensər Bələdiyyəsinin mülkiyyətində olan 0.20 ha (hektar) torpaq sahəsindən çıxar ılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Astara rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxx 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “çəpərə salınmış ümumi avtomobil yolunun açılması, özbaşınalıq hərəkətlərinə son qoyulması və cavabdehlərin istifadəsində olan torpaq sahəsinin şərq hissəsindən həmsərhəd hüdudlar boyunca kənddaxili yola eyni ölçüdə keçid açılması” tələblərinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışların verilməsinə dair müraciətinə cavab verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Cəlilabad Layihə-Tədqiqat idarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühəndis-texniki eksperti zasının xx xxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Astara rayon Pensər Bələdiyyəsinin mülkiyyətində olan 871 kv.m (iki hissədə 645 kv.m. və 226 kv.m., cəmi 871 kv.m.) torpaq sahəsi Cavabdeh2 tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə olunur. Astara rayonu Pensər Bələdiyyəsinin mülkiyyətində olan 1930 kv.m. torpaq sahəsi Cavabdeh1 tərəfindən həyətyanı torpaq sahəsi kimi istifadə edilir. Cizgi planı mütəxəssi rəyinə əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qa nunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM-in) 152.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «insan hüquqlarının və əsas azadlıq ların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1 -ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və 5 beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun mü dafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası MM-in 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu qərarının 3-cü hissəsində qeyd edilir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Məhkəmə baxışı iclasında iş materiallarına əsasən müəyyən olunmuşdur ki, mübahisəli torpaq sahəsi iddiaçı Astara rayon Pensər B ələdiyyəsinin mülkiyyətindədir. Azərbaycan Respublikası MM-in 139.1- ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikasının MM-in 178.1 -ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı Astara rayon Pensər Bələdiyyəsinin mülkiyyətində olan 871 kv.m (iki hissədə 645 kv.m. və 226 kv.m., cəmi 871 kv.m.) torpaq sahəsi Cavabdeh2 tərəfindən, Astara rayonu Pensər Bələdiyyəsinin mülkiyyətində olan 1930 kv.m. torpaq sahəsi isə Cavabdeh1 tərəfindən zəbt olunmuşdur. «Ədal ət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 -ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mültäyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1 - ci hissəsninə müvafiq olaraq torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyət üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla, torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kassasiya şikayətinin iş üzrə keçirilmiş ekspertiza rəyində göstərilən ölçülərlə birinci instansiya məhkəməsinin qətnaməsinin qət etdi hissəsində qeyd olunan ölçülərin ziddiyyət təşkil etməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, bu qətnamədə olan yanlışlıqdır və işdə iştirak edən şəxslərin ərizəsi ilə həmin yanlışlıq düzəldilə bilər. Mülki Prossesual Məcəllənin 228.2-ci maddəsinə görə hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilə nləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2445/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2445/2020
11.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver