Məhkəmə qərarları › İş №2(102)-2447/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2447/2025

07.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2447/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası barədə iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsinə dair tələblər, hüquqdan sui-istifadə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma və tikilinin sökülməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi” barədə qarşılıqlı iddia tələbləri barədə mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(104)-813/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 07 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon (şəhər) şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli ***nömrəli (****) torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən ünvan 1 ünvanında yerləşən 0,059 ha torpaq sahəsi X5 adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli **********06 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

2. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 4Ə-****reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləs inə əsasən, sözügedən torpaq sahəsi X8 tərəfindən X2. Həmin müqaviləyə əsasən X10 adına xx.xx.2021-ci il tarixli **********06 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

3. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-792 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, X10 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,059 ha torpaq sahəsindən yalnız 0,0295 ha torpaq hissəsini İddiaçı bağışlamışdır. Bu müqavilə əsasında ünvanı yeni qaydalarla AZ 1024, ünvan 2məklə İddiaçı adına xx.xx.2022-ci il tarixli, **********1 reyestr nömrəli hüquqların çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı (bundan sonra “iddia çı” və ya “qarşılıqlı cavabdeh”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (bundan sonra “cavabdeh” va ya “qarşılıqlı iddiaçı”) mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,0295 hektar torpaq sahəsindən cavabdehin çıxarılması və həmin torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 0,0295 hektar torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Lakin iddiaçı həmin torpaq sahəsinə baxış keçirərkən oranın cavabdeh tərəfindən qanunsuz zəbt edildiyini və orada 4 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi tikildiyini müəyyən etmişdir. İddiaçı cavabdehdən onun mülkiyyətində olan torpaq sahəsinin boşaldılmasını və tikililərin sökülməsini tələb etsə də, cavabdehi iddiaçının tələblərinə məhəl qoymamışdır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Buna qədər isə iddiaçı və onun əri X13 dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmiş və aparılmış araşdırma ilə cavabdehin təqsirliliyi müəyyən olunmuşdur.

6. Cavabdeh də iddiaçıya qarşı qarşılıqlı iddia verərək, Göygöl rayonu Quşqara kəndi Qaraməmmədli yaşayış məntəqəsində yerləşən 300 kv.m sahədən ibarət torpaq sahəsinə dair iddiaçı ilə X5 arasında X10 təmsilçiliyi ilə bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddiaçı 2012-ci ildə bağladığı alğı-satqı müqaviləsinə əsasən həmin torpaq sahəsini almış, bundan sonra həmin t orpaq sahəsində tikinti işləri apararaq, orada tikdiyi fərdi yaşayış evinə 2014-cü ildə köçmüşdür. Hazırda da ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. X3 qarşılıqlı iddiaçıya satdığı mübahisəli torpaq sahəsini sonradan qarşılıqlı cavabdehin adına rəsmiləşdirmiş və sonuncu da ona qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, ötən 11 il müddət ərzində torpaq sahəsi ilə əlaqədar hər hansı mübahisə olmamış və o, qeyd olunan torpaq sahəsindən sərbəst istifadə etmişdir. Buna görə də X8 tərəfindən torpaq sahəsinin qarşılıqlı cavabdehin adına özgəninkiləşdirilməsinə dair əqd etibarsızdır.

8. Birinci instansiya məhkəməsi X13 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

9. Birinci instansiya məhkəmə si zəbt faktının müəyyən edilməsi məqsədilə tikintitexniki ekspertizası təyin etmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli *nömrəli ekspert rəyinə əsasən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmış **********91 reyestr nömrəli 0,0295 hektar ölçüdə torpaq sahəsinin 0,0166 (166 kv.m) hissəsi üzərində cavabdeh tərəfindən tikili və qurğu işləri aparılmışdır.

11. Gəncə Şəhər Məhkəməsinin 26 dekabr 2024-cü il tarixli 2(125)-164/2024 nömrəli qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmiş, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 100 (bir yüz) manat məbləğində pul vəsaiti iddiaçıdan tutulmuşdur. (hakim Camal Quliyev)

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Göygöl Rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli 444 nömrəli arxiv arayışı və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon (şəhər) şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli nömrəli () torpaq sahəsinin planı və ölçüsünə əsasən ünvan 1 ünvanında yerləşən 0,059 ha torpaq sahəsi X5 adına qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli **********06 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. X5 adından X13 ilə cavabdeh arasında torpaq sahəsinin alğı-satqısına dair 2012-ci ildə razılaşma olmuş, həmin razılaşmaya uyğun olaraq, X5 adından X13 cavabdehə xx.xx.2012-ci il tarixli AR-İ seriyalı nömrəli etibarnamə verilmişdir. Bundan sonra cavabdeh 2012-ci il tarixdə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşamışdır. 2012-ci il tarixdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixədək iddiaçının mübahisəli torpaq sahəsini özbaşına zəbt etməsinə dair hüquq mühafizə orqanlarına, torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamış, bununla bağlı cavabdeh barəsində hər hansı cəza və inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. Qeyd olunan xüsusat Gəncə şəhər Baş Polis İdarəsindən, Gəncə şəhər Baş Polis İdarəsinin 1 və 2-ci Polis Şöbələrindən, 3 və 4-cü Polis Bölmələrindən, habelə Gəncə şəhər prokurorluğundan məhkəməyə daxil olmuş məlumatlarla təsbit edilmişdir. Gəncə şəhəri 5 saylı notariat o fisinin xx.xx.2021-ci il tarixli 4Ə-reyestr nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, mübahisəli torpaq sahəsi X8 tərəfindən X2. Həmin müqaviləyə əsasən X10 adına xx.xx.2021-ci il tarixli **********06 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 5 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixli 4Ə-reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən, X13 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,059 ha torpaq sahəsindən yalnız 0,0295 ha torpaq hissəsini iddiaçıya bağışlamışdır. Bu müqavilə əsasında ünvanı yeni qaydalarla ünvan 2 iddiaçının adına xx.xx.2022-ci il tarixli, **********1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestr indən çıxarış verilmişdir. Bu əmlak bölündükdən sonra "xxxx" MMC-nin eskiz layihəsinə əsasən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində (0,0295 ha) inşa edilmiş fərdi yaşayış evi X10 adına qeydiyyata alınaraq, xx.xx.2022-ci il tarixli, **********83-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

13. Birinci instansiya məhkəməsinin qeyd etmişdir ki, qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır və daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Hazırkı halda isə tərəflər arasında daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilə bağlansa da, həmin müqavilə qanu nla müəyyən olunmuş qaydada yazılı formada bağlanmamış və həmin müqavilə notariat qaydasında təsdiqlənməmişdir. Belə ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş halları ilə X5 adından X13 ilə cavabdeh arasında torpaq sahəsinin alğı-satqısına dair 2012-ci ildə razılaşma olduğu, həmin razılaşmaya uyğun olaraq, X5 adından X13 tərəfindən iddiaçıya xx.xx.2012-ci il tarixli AR-İ seriyalı 164321 nömrəli etibarnamə verildiyi müəyyən edilir. Göründüyü kimi, X5 adından X13 ilə cavabdeh arasında 2012-ci il tarixdə arasında torpaq sahəsinin alğı-satqısına dair bağlanmış müqavilə etibarsız olmuşdur. Həmçinin cavabdehin inşa etdiyi fərdi yaşayış evi hazırda iddiaçının mülkiyyətində olan mübahisəli torpaq sahəsində yerləşir. Buna görə də həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ qorun malı və müdafiə edilməlidir. Lakin bu zaman hüquqdan sui-istifadə hallarının mövcud olubolmadığı yoxlanılmalı və ilk iddianın uğurluluğu hüquqdan sui-istifadənin mövcudluğundan asılı olaraq, qiymətləndirilməlidir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarına görə mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətində olsa da, cavabdeh tərəfindən həmin torpaq sahəsi üzərində tikinti işləri onun güvəndiyi və güvənmiş olduğu torpaq sahəsinin əvvəlki mülkiyyətçisi X5 rəftarına əsasında 2012-ci ildə aparılmışdır. Qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüququ isə xx.xx.2009cu il tarixdən xx.xx.2021-ci il tarixədək X7, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X11, xx.xx.2022- ci il tarixdən sonra isə iddiaçıya məxsus olmuş, 2012-ci il tarixdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixədək ötən 11 il müddətində torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə, eləcə də torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Göründüyü kimi iddiaçı mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edənədək cavabdeh həmin torpaq sahəsi üzrə fərdi yaşayış evini inşa etmiş, əvvəlki mülkiyyətçilər buna etiraz etməmişlər. İddiaçı isə sübutların təqdim olunması üçün məhkəmə iclasının bir neçə dəfə təxirə salınmasına baxmayaraq, yalnız iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Polis Bölməsinin xx.xx.2021-ci il tarixli məktubuna istinad etməklə, torpaq sahəsinin qanu nsuz zəbti ilə əlaqədar cavabdeh barəsində İXM-nin 395.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq olunduğunu bildirmişdir. Halbuki, İXM-nin 395.1-ci maddəsində torpaq sahəsinin qanunsuz zəbti deyil, müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə inzibati tənbeh tədbirinin tətbiqi nəzərdə tutulmuşdur.

15. Birinci instansiya məhkəməsinin mövqeyinə görə mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açı qca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata ke çirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

16. Birinci instansiya məhkəməsi qeyd etdiklərinə əsasən hesab etmişdir ki, cavabdehin torpaq sahəsindən və evdən təyinatı üzrə istifadə etməsinin onun həmin əmlaklara vicdanlı sahib olması baxımından iddiaçının hərəkətləri hüquqdan sui-istifadə kimi qiymətləndirilməli və iddiaçı tərəfindən cavabdehə fərdi yaşayış evinin inşası ilə əlaqədar çəkilmiş xərcə görə kompensasiya verildiyi halda mülkiyyət hüququnun müdafiəsinə dair Mülki Məcəllənin 157.7-ci mad dəsinin hazırki mübahisəyə tətbiqinin mümkünlüyü müzakirə edilməlidir. Lakin iddiaçı hər hansı məbləğdə kompensasiya ilə razılaşmamış və bu halı qətiyyətlə təkzib etmişdir. Buna görə də iddiaçının cavabdehə qarşı “torpaq sahəsindən çıxarılma və tikintinin sökülməsi” tələbi barədə iddiası təmin olunmamalıdır.

17. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarına əsasən X5 adından X13 ilə cavabdeh arasında 2012-ci il tarixdə arasında torpaq sahəsinin alğı-satqısına dair bağlanmış müqavilə etibarsız əqddir. Belə olan halda etibarsız əqd üzrə cavabdeh hər hansı hüquq əldə etməmişdir. Digər tərəfdən mübahisəli torpaq sahəsi ilə əlaqədar digər şəxslər arasında bağlanmış müqavilənin ləğvi ilə X13 hər hansı maddi nemət əldə etməyəcək, yaxu d zənginləşməyəcək, eləcə də onun hüquqi vəziyyətində hər hansı dəyişiklik baş verməcəkdir. Buna görə də qarşılıqlı iddia tələbi üzrə qarşılıqlı iddiaçının subyektiv hüququnun olmaması nəzərə alınmaqla cavabdehin (qarşılıqlı iddiaçının) iddiaçıya (qarşılıqlı iddiaçıya) qarşı “müqavilənin ləğv edilməsi” tələbi barədə qarşılıqlı iddiası təmin edilməməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 144.1, 144.2, 146.1, 146.2, 152.1, 157.2, 329.1, 337.5, 407.2, 425.1, 560.1, 560.2, 562.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin müvafiq Qərarlarına istinadla istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası m əhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməməsi hissədə ləğv, ilkin iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ünvan 1 ünvanda yerləşən 0,059 ha torpaq sahəsi X5 adına olmuşdur. xx.xx.2011-ci il tarixli etibarnaməyə əsasən həmin torpaq sahəsini X16 almışdır. Torpaq sahəsini aldıqdan sonra orada ev tikdirib bir müddət orada yaşamış, sonra onlar yaşamaq üçün başqa ünvana köçdüklərin ə görə orada tikili altında olmayan torpaq sahəsi başqa şəxslər tərəfindən zəbt edilməməsi məqsədi ilə və qorunub saxlanması üçün xx.xx.2012-ci il tarixli etibarnaməyə əsasən əri X7 həmin torpaq sahəsinin yarısını, yəni 0,0295 ha hissəni əkib-becərmək üçün cavabdehin istifadəsinə vermişdir. xx.xx.2017-ci il tarixdə həmin torpaq sahəsi X5 adına qeydiyyata alınaraq çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixli 4Ə-1212 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, sözügedən torpaq sahəsi X8 tərəfindən onun X16a satılmış və həmin müqaviləyə əsasən X7in adına xx.xx.2021-ci tarixli Dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2022-ci il 4Ə-792 reyestr nömrəli daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X16 mülkiyyətində olan ümumi sahəsi 0,059 ha torpaq sahəsindən yalnız 0,0295 ha torpaq hissəsini ona bağışlamışdır. Bu müqavilə əsasında ünvanı yeni qaydalarla AZ 1024, ünvan 3klə xx.xx.2022-ci il tarixli Dövlət reyestrindən mənə çıxarış verilmişdir. Bundan sonra X16 digər 0,0295 ha torpaq hissəsini xx.xx.2022- ci il tarixli 4Ə1902 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X1. Bundan sonra ünvan 2 ünvanda yerləşən 0,0295 ha torpaq sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, həmin torpaq sahəsi cavabdehin istifadəsinə verilməsinə baxmayaraq cavabdeh tərəfindən qanunsuz olaraq orada dörd otaqlı bir mərtəbəli ev tikilmişdir. Bununla bağlı dəfələrlə cavabdehə bildirmişdir ki, bu torpaq sahəsi onundur, torpaq sahəsinə çıxarışı var. Lakin cavabdeh torpaq sahəsindən çıxmayaraq bildirmişdir ki, Qarabağ müharibəsi iştirakcısıdır, bu torpaq sa həsi ona məxsusdur, ev tikdirmiş və heç kim onu torpaqdan çıxara bilməz. Bundan sonra o və X16 sahə rəisinə və “102 xidmətinə” şikayətlər etmişlər, lakin cavabdeh onların sözlərinə məhəl qoymamışdır. Onların şikayətlərindən sonra cavabdehin barəsində Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri barədə MN № ******* saylı inzibati protokol tərtib edilmişdir. Məhkəmə qətnaməsində göstərmişdir ki, guya X5 adından X7 ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısına dair 2012-ci ildə razılaşma olmuşdur, həmin razılaşmaya uyğun olaraq, xx.xx.2012-ci il tarixli etibarnamə erilmiş və 2012-ci il tarixdən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi xx.xx.2023-cü il tarixədək ötən 11 il müddətində torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi il ə məhkəməyə, eləcə də torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Bildirir ki, X16 ilə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısına dair heç bir razılaşma olmamışdır, sadəcə olaraq X7 həmin torpaq sahəsini cavabdehin istifadəsinə vermişdir. Qanunvericiliyə görə qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əgər X16 ilə cavabdeh arasında 2012-ci ildə torpaq sahəsinin alqı-satqısına dair müqavilə bağlanıbsa həmin müqavilə etibarsız olmuşdur. Alqı-satqı müqaviləsi yalnız notariat qaydasında təsdiqlənməli, torpaq sahəsinin alıcısı cavabdeh iddiaçının X16a müəyyən məbləğdə pul ödəməli idi. Həmin vaxt X7 cavabdehdən heç bir pul vəsaiti almamışdır. Bu da onu göstərir ki, həqiqətən həmin torpaq sahəsi X7 tərəfindən cavabdehə əkibbecərilməsi üçün verilmişdir. Məhkəmə qətnaməsində göstərir ki, guya iddiaçı hüquqdan sui-istifadəyə yol vermişdir. Məhkəmə belə nəticəyə gəlməkdə haqlı olmamışdır. Çünki, hazırda cavabdehin inşa etdiyi fərdi yaşayış evi iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşir, buna görə də iddiaçının mülkiyyət hüququ qorunmalı və müdafiə edilməlidir. Həmin torpaq sahəsində 2014-cü ildə ev cavabdeh tərəfindən inşa edilmiş və həmin vaxt evin tikilməsini gördükdən sonra dəfələrlə hüquq mühafizə orqanlarına şikayətlər etməyə başlamış və cavabdehin torpaq sahəsindən çıxmasını tələb etmiş və sonuncunun barəsində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin Polis Bölməsi tərəfindən xx.xx.2021-ci il tarixdə inzibati tənbeh tədbiri barədə pro tokol tərtib edilmişdir. Bundan başqa məhkəmə qətnaməsində göstərir ki, cavabdehə torpaq sahəsində fərdi yaşayış evinin inşası ilə əlaqədar çəkilmiş xərcə görə kompensasiya verilməlidir. İddiaçı cavabdehə heç bir kompensasiya ödəməyə razı deyil. Belə ki, həmin torpaq sahəsi cavabdehı əkib-becərilməsi üçün verilmişdir, ev inşa edilməsi üçün yox. Məhkəmə müstəqil tələb irəli sürməyən üçünçü şəxslər X13 və X5 məhkəmə iclasında iştirakını lazımı qaydada təmin etməmişdir. Onların iştirakı məhkəmə iclasında təmin olunsa idi, onlar məhkəmədə bəzi qaranlıq məsələlərə aydınlıq gətirə bilərdilər.

21. Apellyasiya baxışında iddiaçı əlavə olaraq bildirmişdir ki, cavabdeh ona məxsus torpaq sahəsini zəbt edib. İş üzrə verilmiş ekspert rəyi də bunu təsdiq edir. X7 onun əridir, nikahları pozulmamış olsa da, lakin pandemiya dövründən faktiki ayrılmışlar. Birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü barədə əri ilə öz aralarında razılaşmışlar. Cavabdeh ona məxsus torpaq sahəsində ev tikib və iddia edir ki, guya torpaq ona məxsusdur. Ondan əvvəl torpaq X16in mülkiyyətində olub, dəfələrlə o da cavabdehdən həmin torpaq sahəsindən çıxmağı tələb edib, hətta sahə müvəkkilini də dəvət edib. X16 2011-ci ildə mübahisəli torpaq sahəsini X8 adlı şəxsdən etibarnamə əsasında satın almışdır. Həmin vaxt torpaq sahəsində hər hansı tikili mövcud olmamışdır. 2012-ci ildə isə X16 etibarnamə əsasında torpaq sahəsini cavabdehin istifadəsinə vermişdir ki, sonuncu orada əkinçilik fəaliyyəti ilə məşğul olsun və torpaq sahibsiz qalmasın, başqaları həmin torpağı zəbt etməsin. Cavabdeh isə 2015-ci ildə orada müb ahisəli evi inşa etmişdir, ev 1 il müddətinə inşa edilmişdir. Həmin vaxt cavabdeh tərəfindən torpaq sahəsində tikinti işləri aparılmasından məlumatlı olublar və bunun qarşısının alınması üçün müvafiq dövlət orqanlarına müraciət etmişlər, lakin müraciətləri üzrə qeydiyyat aparılmamışdır. 2021-ci ildə X8 adlı şəxslə X16 arasında torpağa dair notariat qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. 2021-ci ildə alqı-satqı müqaviləsi bağlanan zaman artıq cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində ev inşa edilmiş idi. Mübahisəli torpaq sahəsində onlar ayrıca ev inşa etdirib bir müddət yaşasalar da, sonradan həmin evdən başqa əraziyə köçmüşlər.

22. Apellyasiya baxışında cavabdeh bildirmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin 0.03 ha hissəsini 2012-ci ildə 3800 ABŞ dolları müqabilind ə X7dən etibarnamə ilə satın almışdır. 2012-ci ildə də orada ev inşa etdirmişdir. İddiaçı və X16 özlərinə məxsus torpağı ona satıb getmişlər. Son 3 ildir ki, torpaqdan çıxmağını tələb edirlər. 2012-ci ildə mübahisəli torpaq sahəsini iddiaçının ərindən satın aldıqdan sonra orada ev inşa etdirmişdir. İddiaçılar onun tərəfindən ev inşa edilməsinə hər hansı etiraz bildirməmişlər. İddiaçı və X16 torpaq sahəsinin digər 0.03 ha hissəsində ev inşa edib 2017-ci ilədək orada yaşamış, sonradan həmin evi sataraq başqa əraziyə köçmüşlər.

23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-813/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın təmin edilməyən hissədə dəyişdirilmədən saxlanılmış dır. (hakimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Günay Cavadova və Rüfət Məcidov)

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, baxılan işdə iddiaçı mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edildiyini və orada qanunsuz tikili inşa edildiyini iddia edir. Cavabdeh isə buna etiraz edərək, torpağın köhnə mülkiyyətçisinin (iddiaçının əri) torpağı 2012-ci ildə etibarnamə ilə faktiki olaraq ona satdığını və torpağı satın aldıqdan sonra orada fərdi yaşayış evi inşa edərək yaşadığını bildirir.

25. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, torpaq sahəsində mülkiyyətçinin razılığı olmadan və ya onun iradəsi əleyhinə başqası tərəfindən tikili inşa edildikdə, Mülki Məcəllənin 157.2, 157.4 və 180-ci maddələrinə əsasən mülkiyyətçinin öz hüququnun müdafiəsi çərçivəsində həmin özbaşına tikilinin sökülməsini tələb etmək hüquqları qanunla tanınır. Mülkiyyətçinin iradəsinə zidd və özbaşına şəkildə torpaq sahəsində inşaat aparılması mülki hüquq pozuntusu hesab edilir və mülkiyyət hüququna bu xarakterli müdaxilə qanunsuz sayılır. Lakin nəzərə alınmalıdır ki, mülkiyyətə müdaxilə kimi təqdim edilən hərəkətin qanuni və ya qanunsuz olmasını müəyyən etmək üçün mühüm meyarlardan biri mülkiyyətçinin iradəsidir. Bu baxımdan, binanı torpaq mülkiyyətçisinin, o cümlədən ümumi birgə mülkiyyətdə mülkiyyətçilərdən birinin razılığı əsasında inşa edən şəxsin hərəkətləri mülkiyyətçiyə (o cümlədən digər birgə mülkiyyətçiyə) münasibətdə qanunsuz hesab edilmir və həmin şəxs vicdansız sahib də sayılmır. Bu razılıq açıq şəkildə bəyan edilə biləcəyi kimi, qapalı formada da ifadə oluna bilər (torpaq mülkiyyətçisinin maddi marağı, tikilinin inşası barədə məlumatlı olduğu halda buna etiraz bildirməməsi, cavabdehin həmin binada yaşamasına şərait yaratması, əldə edənin torpaq sahəsini tikililərin başqa şəxs tərəfindən inşa edildiyini və istifadə olunduğunu bilsə də, etirazsız qəbul etməsi və s).

26. Bununla belə, torpaq mülkiyyətçisi öz hüququna əsaslanıb özünün və ya digər birgə mülkiyyətçinin verdiyi razılığı sonradan geri götürərək, tikililərin sökülməsini tələb etdikdə, mülkiyyətçinin hüquqları ilə yanaşı, göstərilən şəxsin də qanuni mənafeləri nəzərə alınmalı, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Başqa sözlə, mülkiyyətin qorunmasına dair normalar nəzərə alınarkən, mülkiyyətçinin razılığına və rəftarına güvənərək müvafiq vəsait qoy maqla tikinti inşa etmiş şəxsin əmlak mənafeləri də diqqətdən kənar qalmamalıdır. Odur ki, mübahisənin qanuni həlli baxımından sökülməsi tələb olunan tikilinin kim tərəfindən və nə zaman inşa edildiyi, iddiaçının torpaq sahəsini əldə edərkən həmin tikilinin torpaq sahəsi üzərində mövcud olub-olmadığı, torpaq sahəsinin əvvəlki mülkiyyətçisinin həmin tikililərin inşasına razılıq verib-vermədiyi halları araşdırılmalıdır.

27. Hazırkı işin müəyyən olunmuş və faktiki hallarına görə də mübahisəli torpaq sahəsinin mülkiyyətçisi X8 2011-ci ildə torpağı faktiki olaraq iddiaçının X16ə satmışdır. Lakin onlar arasında notariat qaydada əqd bağlanmadığından əmlak alıcının adına rəsmiləşməmiş, X8un mülkiyyəti olaraq qalmışdır. 2012-ci ildə iddiaçının X16lə cavabdeh arasında torpaq sahəsinin alqı-satqısı na dair razılaşma olmuş, həmin razılaşmaya uyğun olaraq, X8un adından iddiaçının X16 cavabdehə xx.xx.2012-ci il tarixli AR-İ seriyalı 164321 nömrəli etibarnamə ilə əmlaka dair sərəncam, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, pul almaq, buna dair müqaviləni imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etmək səlahiyyətləri vermişdir (etibarnamə üzrə səlahiyyətlər xx.xx.2051-ci il tarixədək verilmiş, etibarnamə üzrə səlahiyyətlərin üçüncü şəxsə ötürülməsi də nəzərdə tutulmuşdur). Bundan sonra cavabdeh 2012-2015-ci illərdə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etmiş və ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində hazırda da yaşamaqdadır.

28. Digər tərəfdən iddiaçı mübahisəli əmlaka dair əri X7 tərəfindən cavabdehə verilmiş xx.xx.2012 -ci il tarixli etibarnamənin sonuncunun orada əkinçilik fəaliyyəti ilə məşğul olması, torpağın sahibsiz qalmaması və başqalarının həmin torpağı zəbt etməməsi məqsədilə verildiyi barədə arqumentlər irəli sürsə də, bu arqumentlər əsassızdır. Çünk həmin etibarnamə üzrə səlahiyyətlər 40 (qırx) ilə yaxın müddətə verilmiş və bu müddətə verilmiş etibarnamənin məhz iddiaçının qeyd etdiyi məsələlərə görə verilmiş olması inandırıcı və ağlabatan deyildir. Xüsusilə diqqət yetirilməli haldır ki, iddiaçının əri X7in cavabdehə verdiyi etibarnamədə sonuncuya əmlaka dair sərəncam, satmaq, bağışlamaq, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq, pul almaq, buna dair müqaviləni imzalamaq, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətlər etmək səlahiyyətləri vermişdir ki, işin bu halı həmin etibarna mənin məhz cavabdehin əkinçilik fəaliyyəti ilə məşğul olması, habelə torpağın sahibsiz qalmaması məqsədlərilə verilmiş olmasını birmənalı təkzib edir.

29. Bundan əlavə, iddiaçı cavabdeh tərəfindən torpaq sahəsində tikinti işləri aparılmasının qarşısının alınması üçün özü və əri X7 tərəfindən müvafiq dövlət orqanlarına müraciət edilməsi barədə arqumentlər irəli sürsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, cavabdeh tərəf də bu arqumentləri qəbul etməmiş, habelə məhkəmə araşdırması zamanı da bu hal öz təsdiqini tapmamışdır. Belə ki, göstərilən xüsusatın aydınlaşdırılması məqsədilə birinci instansiya məhkəməsi tərəfindən şəhər prokurorluğuna və polis şöbə və bölmələrinə müvafiq sorğular verilmiş, sorğulara cavab olaraq iddiaçının aidiyyəti dövlət orqanlarına qeyd edilən məzmunda hər hansı müraciəti olmadığı müəyyən edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi iddiaçının bu arqumentlərinin əsassız olması qənaətinə gələrkən həm də bu xüsusatı nəzərə almışdır ki, iddiaçının əri X7 torpaq sahəsinə dair 2012-ci ildə cavabdehə etibarnamə verdiyi halda, mübahisəli torpaq sahəsində tikili 2012-2015-ci illərdə inşa edilmişdir. Tikilinin inşa edildiyi vaxtdan hazırkı iddianın məhkəməyə verildiyi vaxtadək 10 ilə yaxın müddət keçsə də, ötən həmin illər ərzində iddiaçının əri X7 torpağa dair verilmiş etibarnamənin ləğvi ilə bağlı hər hansı iddia irəli sürməmiş, eləcə də iş materialları ilə onlar arasında torpağa və ya onun üzərində inşa edilmiş mübahisəli evə dair hər hansı mübahisə olması müəyyən edilməmişdir. İşin qeyd olunan halları öz-özlüyündə ona dəlalət e dir ki, cavabdeh iddiaçıya məxsus torpaq sahəsinin əvvəlki mülkiyyətçisi ilə (iddiaçının əri) aralarında etibarnamə əsasında baş tutmuş şifahi alqı-satqı müqaviləsinə və onun rəftarına güvənərək müvafiq vəsait qoymaqla mübahisəli torpaq sahəsində fərdi yaşayış evi inşa etmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi şərh olunanları ümumiləşdirərək belə qənaətə gəlmişdir ki, 2012-ci ildən mübahisəli torpaq sahəsinin cavabdehin sahiblik və istifadəsinə keçməsi, 2012-2015-ci illərdə orada cavabdeh tərəfindən mübahisəli fərdi yaşayış evinin inşa edilməsi, həmin illərdən hazırkı iddianın məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixədək iddiaçının və ya ərinin cavabdehə qarşı iddia irəli sürüb torpaq sahəsindən istifadə etməyə, habelə orada tikinti işləri aparmağa son qoymasını tələb etməməsi, iş in hallarına həm də Mülki Məcəllənin 560-cı maddəsində bəhs olunan hüquqdan sui-istifadə müddəalarına uyğun yanaşmanı tələb edir. Çünki həmin norma, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsini, hüquqdan sui-istifadə kimi qiymətləndirir və bu əsasa söykənən iddianın yolverilməzliyini müəyyən edir (MM 560.3.4).

32. Apellyasiya instansiyası məhkəməsi 2012-2015-ci illərdən cavabdehin mübahisəli torpaq sahəsinə sahiblik və istifadə hüquqları həyata keçirtdiyini, həmin illərdə orada mübahisəli fərdi yaşayış evini inşa etdiyini, 2012-2015-ci illərdən hazırkı iddianın məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixədək iddiaçının və ya ərinin cavabdehə qarşı iddia irəli sürüb torpaq sahəsindən istifadə etməyə, habelə orada tikinti işləri aparmağa son q oymasını tələb etməməsini, bir sözlə cavabdehin hər hansı mane olmadan torpaq sahəsinə və həmin torpaq sahəsində inşa etdiyi tikiliyə qanuni əsaslarla sahiblik hüququ həyata keçirtdiyini, iddiaçının və ərinin torpağın mülkiyyətçisi kimi görülən bu işlərdən məlumatlı olmasını, cavabdehin həmin torpaq sahəsində tikili inşa etməyə başlamasından tikilinin inşa işlərinin bitməsinədək ötən müddət ərzində iddiaçının və ərinin buna hər hansı narazılığının olmaması, yəni susması barədə işin hallarını ağlabatan mühakimə əsasında tədqiq edərək vurğulamışdır ki, cavabdeh tərəfindən inşa edilmiş tikili hazırda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmiş olsa belə, Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından iddiaçının bu hərəkətləri hüquqdan sui-istifadə kimi qiymət ləndirilməlidir.

33. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş tikilinin qanunsuz (özbaşına) tikili olmadığını nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı cavabdehə kompensasiya ödəməklə hazırkı tələblə iddia irəli sürə bilər.

34. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etməyi zəruri saymışdır ki, mübahisəli torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə cavabdehin qanuni əsaslarla sahiblik hüquqlarının olması torpağın mülkiyyətçisi olan iddiaçının torpağa mülkiyyət hüququnun məhdudlaşdırılmasının qanuni əsaslarından biridir. Məhz bu səbəbdən iddiaçının cavabdehin torpaq sahəsindən çıxarılması barədə tələbi də əsassızdır. Ona görə ki, mülkiyyət hüququnun əhəmiyyətinə baxmayaraq, o, mütləq deyil və məhdudlaşdırıla bil ər. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması zamanı aşağıdakı prinsiplərə dəqiq riayət olunmalıdır:

1. Bu cür məhdudlaşdırma qanunçuluğun tələbinə cavab verməli; 2. başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli; 3. mütənasib olmalı; 4. bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir.

35. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152, 157.2, 157.4, 180, 425.1, 560.1, 560.2 560.3.4, 562.1-ci, Mülki Prosessual Məcəllənin 14.1 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 36. iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçı cavabdehə kompensasiya ödəməklə iddia irəli sürə bilər. Məhkəmənin həmin mövqeyindən belə çıxır ki, onun cavabdehə kompensasiya kimi verməyə pulu olmadığı müddətdə mülkiyyət hüququ pozulmaqda davam etməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/6388 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya məxsus 0,0295 hektar ölçüdə torpaq sahəsinin 0,0166 (166 kv.m) hissəsi üzərində cavabdeh tərəfindən tikili və qurğu işləri aparılmışdır. Bu da o deməkdir ki, torpaq sahəsinin ən azından 129 kv.m hissəsi boşdur. Cavabdehin inşa etdiyi yaşayış ev ini özbaşına tikili hesab etməyən məhkəmə ən azından yaşayış evindən kənar, torpaq sahəsinin boş olan hissəndən cavabdehin çıxarılmasını təmin edə bilərdi. Belə ki, məhkəmə özü qətnamədə qeyd etmişdir ki, hər iki mənafe arasında ədalətli tarazlıq təmin olunmalıdır. Lakin məhkəmə qeyd edilən tarazlığın təmin olunmasına cəhd göstərməmiş, iddiaçının mülkiyyət hüququnu tamamilə “göz ardı” edərək, yalnız cavabdehin mövqeyindən çıxış etmiş, bununla da iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnən qətnamə çıxarmışdır. Məhkəmədə də müəyyən edilmişdir ki, cavabdehin həmin yaşayış evini tikməsi üçün müvafiq dövlət orqanlarından hər hansı icazəsi yoxdur. Məhkəmə iddiaçının əri X7 tərəfindən cavabdehə verilmiş etibarnaməyə istinad edərək, cavabdeh tərəfindən aparılmış tikilinin özbaşın a tikili olmaması qənaətinə gəlmişdir. Halbuki, X7 cavabdehə ayrıca etibarnamə verməmiş, X8un X7ə vermiş olduğu etibarnamənin üzərində əlyazma ilə qeyd aparılmışdır. Həmin yazıda cavabdehə torpaq sahəsində tikinti işləri aparması üçün icazə verildiyi barədə hər hansı qeyd-şərt yoxdur. Məhkəmə cavabdehlə barışıq sazişi ilə tamamlamağı təklif etməmişdir. Belə ki, cavabdeh ona məxsus 0,295 kv.m torpaq sahəsinin dəyərini ödəsə, hazırkı mübahisəyə son qoyula bilərdi. Lakin məhkəmə cavabdehə bunu təklif etməmiş, yenə də yalnız cavabdehin mövqeyindən çıxış edərək, iddiaçının ona kompensasiya verməklə torpaq sahəmdən çıxmasını tələb edə biləcəyini qeyd etmiş, hüququnun isə hansı qaydada təmin edilməli olması barədə hər hansı mövqe bildirməmişdir. Apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxa rkən sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, məhkəmə mübahisəli əmlaka dair X7 tərəfindən Cavabdeh verilmiş xx.xx.2012-ci il tarixli etibarnamənin sonuncunun orada əkinçilik fəaliyyəti ilə məşğul olması, torpağın sahibsiz qalmaması və başqalarının həmin torpağı zəbt etməməsi məqsədilə verildiyi barədə verdiyi ifadəni əsassız saymışdır. Belə ki, cavabdehin heç bir sübuta əsaslanmayan ifadəsinə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, X7lə cavabdeh arasında torpaq sahəsinin alqısatqısına dair razılaşma olmuşdur. Məhkəmənin bu mövqeyi ilə razı deyil. Belə ki, əgər iddiaçının X7lə cavabdeh arasında alqı-satqı barədə razılaşma olsaydı, sonuncu 10 ildən artıq olan müddət ərzində (iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtadək) X7dən torpaq sahəsinə dair aralarında notarial qaydada alqı-satqı müqaviləsinin bağlanmasını tələb edərdi. Halbuki, cavabdehin belə bir tələbi olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

38. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə

152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sər əncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 425. 1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 560.1 Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridi r. Maddə 562.1. Əgər bu Məcəlləyə və ya müqaviləyə görə borclunun kreditor barəsində hüququ və ya bununla əlaqədar ödəniş müddəti çatmış tələbi varsa, borclu onun barəsində öhdəlik icra edilənədək öz öhdəliyinin icrasından imtina edə bilər. (ləngitmə hüququ) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilm ir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Pros essual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

39. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya baxışının predmeti və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsi üzrə olub, bu baxımdan, qətnamənin tam yoxlanılması dedikdə, apellyasiya baxışının predmeti olan hissə başa düşülür.

41. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

44. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 24-34-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.

45. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi ilk iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, həmin tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uy ğun qiymətləndirmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.

46. Buna görə də hazırda qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

47. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, bu dəlillər əsasən ilk iddia tələbinin və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Məhz həmin dəlillərə də apellyasiya instansiyası məhkəməsi qiymət verməklə, onları qəbul etməyib.

48. İddiaçının əri X7 tərəfindən cavabdehə ayrıca etibarnamə verilməməsi, X8un X7ə vermiş olduğu etibarnamənin üzərində əlyazma ilə qeyd aparılması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, qeyd edilməlidir ki, bu dəlil iş materiallarında olan 18 mart 2012-ci il tarixli etibarnamə ilə təkzib edilir. Belə ki, mülkiyyətçi X8un adından torpaq sahəsinə dair səlahiyyətlər cavabdehə etibarn amə üzərində hər hansı qeydlə yox, etibarnamənin özü ilə verilmişdir. Bu xüsusat aspellyasiya instansiyası məhkəməsinin qətnaməsində də qeyd edilib.

49. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-813/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar