Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2448/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2448/2023 (Açar sözlər: evdən çıxarılma) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X4 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-143/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 12 iyun 2023-cü il tarixdə Ali Məhkəmə nin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən **********43-10301 reyestr nömrəsi ilə verilmiş çıxarışa əsasən, ünvan 1 ünvanda, dövlət mülkiyyətində olan və istifadədə olan 0,0141 ha torpaq sahəsinin üzərində yerləşən 78,50 kv. metrdən ibarət olan fərdi yaşayış evinin “A” tikilisi xx.xx.2020-ci il tarixdə İddiaçı adına, “B” tikilisi xx.xx.2020-ci il tarixdə X1 adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır.
2. İddiaçının apellyasiya instansiya məhkəməsində təqdim etdiyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin ********** rey estr nömrəsi ilə verilmiş Çıxarışa əsasən, ünvan 1 ünvanda, xüsusi mülkiyyətində olan 0,1105 ha torpaq sahəsinin üzərində yerləşən 27,40 kv.metrdən ibarət olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə İddiaçı adına xx.xx.2022-ci il tarixdə mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
3. İddiaçı Cavabdeh qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 2 ünvanında 0,01141 torpaq sahəsi üzərində olan 78,50 kv.metr yaşayış evindən çıxarılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında 0,01141 torpaq sahəsi üzərində olan 78,50 kv.metr yaşayış ev onun mülkiyyətindədir. Lakin cavabdeh xeyli vaxtdır ki, həmin evi zəbt etmiş, onun mülkiyyət hüququnu məhdudlaşdırmışdır. Cavabdehin həmin evə heç bir aidiyyəti yoxdur. Buna baxmayaraq cavabdehin pasport qeydiyyatı başqa ünvanda olsa da və başqa yaşayış evi olmasına baxmayaraq qərəzli şəkildə onun mülkiyyət hüququnu pozur. Cavabdehdən dəfələrlə evini boşaldaraq ona təhvil verməsini xahiş etsə də heç bir nəticəsi olmamışdır.
5. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, cavabdeh Çıxarışda qeyd olunan hissədə deyil, özü tərəfindən inşa edilmiş özbaşına tikilidə yaşayır. Hətta mübahisəli ev iddiaçının adında olsa da, cavabdehə məxsusdur. Belə ki, cavabdeh bu evin əvəzi ona to rpaq sahəsi alıb vermiş, lakin mübahisəli evi öz adına rəsmiləşdirməmişdir.
6. Birinci instansiya məhkəməsi sübutları olduğu yerində tədqiq edərək müəyyən etmişdir ki, mübahisəli evdə Çıxarışda qeyd olunmayan sahə mövcuddur. Əlavə tikililər çoxdan inşa edilib, evin qanuni və qanunsuz hissələri bir-birinə bitişikdir və həmin evdə cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır.
7. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3318/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddia təmin edilərək, Cavabdeh ünvan 2 ünvanında 0,0141 torpaq sahəsi üzərində olan 78,50 kv.metr yaşayış evindən çıxarılması və iddiaçıya təhvil verməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisəli evdə çıxarışda qeyd olunmayan sahə mövcuddur. Əlavə tikililər çoxdan inşa edilib, evin qanuni və qanunsuz hissələri bir-birinə bitişikdir və həmin evdə cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda iddiaçı cavabdehin həmin evdən çıxarılmasını və evin ona təhvil verilməsini istəyir.
9. Məhkəmə hesab etmişdir ki, mübahisəli evin qanuni və qanunsuz hissələri birbirinə bitişikdi. Bundan başqa, ev mövcud vəziyyətdə texniki pasportda öz əksini tapıb, yəni iddiaçının evin bir hissəsinə mülkiyyət hüququ, bir hissəsinə istifadə hüququ mövcuddur. Bundan başqa, cavabdeh məhz Çıxarışda göstərilən sahədə deyil, əlavə tikilidə yaşadığını sübut edə bilməmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 152.1, 152.5-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə oğlu qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə iki qardaş arasındadır. Mübahisənin predmeti ünvan 3 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evidir. Fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və qeydiyyatdan keçən hissə iki tikilidən – “A” tikilisi və “B” tikilisindən ibarətdir. Evin iki paylı mülkiyyətçisi var. “A” tikilisi İddiaçı Hüseynəli oğlunun, “B” tikilisi mülki iş üzrə m übahisə tərəfi olmayan X1 adına qeydiyyatdan keçmişdir. Qeydiyyata alınmış hissələrdən başqa, hər iki tikilidə əlavə sahələr inşa edilərək artırılmışdır. Paylı mülkiyyətçilər bir-birinə yaxın qohumdur. Cavabdeh ailəsi ilə tikililərdən birində yaşayır. Həmin hissənin “A” tikilisi, yaxud “B” tikilisi olması məlum deyil. Belə ki, tikililərin heç biri qeydiyyata alınmış ölçülərdə deyil. Bundan əlavə yerli baxış zamanı, yalnız cavabdehin faktiki istifadəsində olan hissəyə baxıldığından, digər hissənin məhz “B” tikilisi olduğunu əminliklə demək mümkün deyil. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında verilmiş Çıxarışda, hansı tikilinin hansı ölçüdə qeydiyyatdan keçdiyi əks edilməmişdir. Yalnız ümumi sahə, yəni “A” və “B” tikilisinin birlikdə sahəsinin 78,50 kv.m. olduğu və hər tikili nin mülkiyyətçisinin ayrıca adı göstərilmişdir. Tikintialtı sahə də daxil olmaqda, istifadədə olan torpaq sahəsi dövlət mülkiyyətindədir. Yəni, cavabdeh tərəfindən istifadə olunan sahənin yarısının dövlət reyestrində qeydiyyatı olmamaqla yanaşı, qeydiyyatdan keçmiş hissənin tikintialtı sahəsi də iddiaçıya məxsus deyil. Məhkəmə, iddiaçının mülkiyyət hüququnun mövcud olmasına istinad edərək, iddianı təmin etmişdir. Halbuki, mülkiyyət hüququ olan hissə müəyyən edilməyib, cvabdehin məhz iddiaçının mülkiyyətində olan hissədən istifadə edib-etməməsi də məlum deyil. Ekspertiza təyin edilməsi barədə yazılı vəsatətə baxan məhkəmə 2(008)-3318/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qərardad qəbul edərək, ekspertiza keçirilməsinə dair vəsatəti rədd etdi. Qərardadın əsaslandırmasına görə, məhkəmə tərəfindən ünvana baxış keçirilmiş olması, mübahisəli evdə Çıxarışda qeyd olunmayan sahənin olması, əlavə tikililərin çoxdan inşa edilməsi, evin qanuni və qanunsuz hissələrinin bir-birinə bitişik olması və həmin evdə cavabdehin ailəsi ilə birlikdə yaşaması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsı bu əsasla ekspertiza keçirilməsinə zərurət olmadığı qənaətinə gəlmişdir. Belə əsaslandırma ümumiyyətlə qaneedici sayıla bilməz. Belə ki, yerli baxışla müəyyən edilə bilməyən məqamlar işin əhəmiyyətli hallarıdır. Cavabdehin mübahisəli sahədə kiminlə yaşamasının iddia tələblərinə aidiyyatı yoxdur. Çıxarışda qeyd olunmayan sahənin olması iddiaçı tərəfin deyil, cavabdeh tərəfin dəlillərinin əsasıdır. Məhz həmin hissələrin mövcud olması ekspertiza keçirilməsinə əsas verməlidir. Həmin hissənin ç oxdan inşa edilməsinin də vəsatətin rədd edilməsi əsası kimi göstərilməsi qəbul edilən deyil. Evin qanuni və qanunsuz hissələrinin bir-birinə bitişik olması da, ekspertiza keçirilməsini zəruri etməli idi. İddiaçının iddia qaldırmağa subyektiv hüququnun olması şərtdir. Mülki iş üzrə cavabdeh, iddiaçının mülkiyyətində olan “A” tikilisindən istifadə etmirsə, ümumiyyətlə iddiaçının bu iddianı bu cavabdehə qarşı qaldırmağa subyektiv hüququ olmayacaq. Bundan əlavə, iş materiallarından hər iki tikilini əhatə edən ölçülərdə, yəni 78,50 kv.m. ölçüdə yaşayış evinin boşaldılması tələbinın, artıq subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyü aşkardır. Belə ki, bu ölçü həm də “B” tikilisini də əhatə edir ki, həmin tikili iddiaçının deyil, başqa şəxsin mülkiyyətindədir. İddiaçı, faktiki olara q heç bir hüququ olmadığı tikilidən də cavabdehin çıxarılmasını tələb etmiş, birinci instansiya məhkəməsi isə, iddiaçının subyektiv hüququnun olmamasına baxmayaraq, həmin iddianı tam şəkildə, yəni aşkar surətdə subyektiv hüququ olmadığı hissədə belə təmin etmişdir. Yalnız əlavə tikililər hissəsində yaşadığı ilə bağlı cavabdehin bir mövqeyi olmamışdır. Cavabdeh tikilidən tamlıqda istifadə edir. Yerli baxış zamanı da Texniki Pasportda göstərilən ölçülərə uyğun olan bir otaq belə müəyyən edilmədi. Bundan əlavə, tərəflərin hər ikisinin iştirak etdiyi yerli baxış, tərəflərin qarşılıqlı ittihamları şəraitində, kifayət qədər səs-küylə keçdiyindən, həmin yerli baxışın özünü də keyfiyyətli saymaq olmaz. İddiaçının iddia tələbi cavabdehin mübahisəli ünvanda yerləşən 78,50 kv.m. fərdi yaşayış evind ən çıxarılması ilə bağlıdır. Bu ölçü fərdi yaşayış evinin qeydiyyata alınmış ölçüsüdür. Həmin ölçüyə həm iddiaçının, həm də digər payçının mülkiyyətində olan hissə daxildir. Yerli baxışdan da müəyyən olundu ki, cavabdeh, qeydiyyatdan “A”, yaxud “B” tikilisi kimi qeydiyyatdan keçdiyi məlum olmasa da, faktiki olaraq bu tikiliərdən birindən istifadə edir. İddianın qismən təmin edilməsi qanunvericiliyə uyğun olardı. Lakin, bunun üçün, iddiaçının məhz cavabdehin mülkiyyətində olan hissədə yaşaması müəyyən edilməlidir. Əgər cavabdeh qeydiyyatdan “B” tikilisi kimi keçmiş sahədə yaşayırsa və “A” tikilisi isə “B” tikilisinin mükiyyəçsinin istifadəsindədirsə iddiaçını məhz cavabdehə qarşı iddia qaldımaqda ümumiyyətlə subyektiv hüququ olmadığı müəyyən ediləcək. Əlavə tikililərlə bağlı hissədə isə, üm umiyyətlə iddia tələbləri yoxdur. İddiaçı, 78,50 kv.m. sahə dedikdə, məhz qeydiyyatdan keçmiş hissələri nəzərdə tutduğu aşkardır. Digər tərəfdən, iddiaçının əlavə tikililərə istifadə hüququnun olması qeyd edilsə də, bunun hüquqi əsası göstərilməmişdir. Belə bir hüquqi əsas ümumiyyətlə mövcud deyil.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-143/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İkram Şirinov və Elşən Kazımov) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3318/2021 nömrəli, 15 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi və iddianın rədd olunması qət edilmişdir.
14. Apellyasiya instansiya sı məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və qeydiyyatdan keçən hissə iki tikilidən – “A” tikilisi və “B” tikilisindən ibarətdir. Evin iki paylı mülkiyyətçisi var. “A” tikilisi İddiaçı Hüseynəli oğlunun, “B” tikilisi mülki iş üzrə mübahisə tərəfi olmayan X1 adına qeydiyyatdan keçmişdir. Qeydiyyata alınmış hissələrdən başqa, hər iki tikilidə əlavə sahələr inşa edilərək artırılmışdır. Cavabdehin ailəsi ilə birlikdə yaşadığı tikilinin hissənin “A” tikilisi, yaxud “B” tikilisi olması məlum deyil.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli evdən istifadəsi ilə bağlı münasibətlər 01 se ntyabr 2000-ci il tarixədək yarandığından Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən həmin evdən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinin tələblərinə uyğun həll edilməlidir. Lakin, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxaraq tətbiq edilməli olan qanunu tətbiq etməmişdir. Belə ki, cavabdehin 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddəsinin tələblərinə əsasən həmin evə istifadə hüququnun yaranmasından ötrü evin mülkiyyətçisi olan şəxslərin ailə üzvü, yəni əri, uşaqları və valideynləri qrupuna aid olmalı yaxud mülkiyyətçi ilə birlikdə mübahisəli evdə yaşayıb birgə təsərrüfat aparmalı idi. İ ddiaçı cavabdehin həmin evdə yaşamadığını iddia edir. Belə olan halda, cavabdehin mübahisəli evdə yaşamadığını sübutetmə yükü cavabdehin deyil, iddiaçının üzərinə düşür.
16. İddiaçı tərəf cavabdehin mübahisəli evə sonradan, yaxın zamanda köçdüyünü qeyd etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, iş materiallarında aşkar edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazının dəlili kimi göstərmişdir ki, “Mülahizələrdə guya cavabdehin mübahisəli evdə son otuz ildən də yuxarı bir müddətdə daimi yaşaması, hətta uşaqlarının həmin evdə yaşayarkən anadan olması ilə bağlı işin halları birinci instansiya məhkəməsində icraat zamanı işin mübahisəsiz halı olmuş, yerli baxış zamanı orada olan hər iki tərəfin eyni dərəcədə qohumları olan şəxslər tərəfindən də təsdiq edilməsi kimi qeyd etməsi tamamilə əsassızdır. Bu həqiqəti əks etdirməyən, heç bir sübut olmayan subyektiv mülahizələrdir.” İddiaçı tərəf apellyasiya şikayətinə etirazın dəlili kimi cavabdehin həmin evdə əvvəldən yaşamamasını qeyd etsə də, bununla bağlı hər hansı mötəbər sübuta istinad etməmiş, mülahizə xarakterli ifadələrlə kifayətlənmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisəli evdən ən azından istifadə hüquqları olduğuna görə müvafiq kompensasiya ödənilmədən çıxarılması həmin hüququn əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda mümkün ola bilərdi.
18. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman iddiaçı tərəf yeni Çıxarış təqd im edərək, paylı mülkiyyət üzrə qeydiyyatın dəyişdirilmiş olmasını bildirmişdir. Çıxarışın məzmunundan görünür ki, fərdi yaşayış evinə dair artıq paylı deyil, tam mülkiyyət hüququ üzrə qeydiyyat aparılmışdir və iddiaçının mülkiyyətində olan daşınmaz əmlakın ümumi sahəsi 27,1 kv.m. təşkil edir. Bu sənəd ilk növbədə iddia tələblərinin tam həcmdə təmin edilməsinin yanlışlığını, ümumiyyətlə 78,5 kv.m. evə dair iddia tələblərinə iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı apellyasiya şikayətin dəlilərini təsdiq edir. İddiaçı 27,1 kv.m. ölçüdə fərdi yaşayış evinin mülkiyyətində olmasına baxmayaraq, cavabdehin 78,5 kv.m. hissədən çıxarılmasina dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi cavabdehin fərdi yaşayış evinin məhz hansı hissəsində yaşam ası ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bununla bağlı ekspertiza təyin etməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı, araşdırma aparılmış və bu halın müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Lakin, dəfələrlə ekspertiza keçirilməsi üçün yerində baxış günü təyin edilsə də, tərəflər və ekspert ünvana, gəlməmiş və ekspertizanın keçirilməsi baş tutmamışdır.
20. Apellyasiya instansiyası məhkəməsi o cümlədən qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə tərəflərin nənəsinin mülkiyyətində olmuş, sonuncu iddiaçının xeyrinə vəsiyyətnamə qoymuşdur. Vəsiyyətnamə üzrə rəsmiləşdirilmə nənənin vəfatından sonra otuz ildən artıq müddətdə aparılmamış, yalnız 2020-ci ildə sənədləşdirilmişdir. Bundan dərhal sonra hal-hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdehin son illərdə mübahisəli evə yerləşdiyini bildirən iddiaçı tərəf, bütün bu müddət mübahisəli evin kimin sahibliyində olduğunu bildirmədən, cavabdehin mübahisəli evə nə cür və hansı əsaslarla birdən-birə köçmüş olmasına dair ümumiyyətlə mülahizə belə səsləndirməmişdir. Kollegiya uzun illər iddiaçının sahibliyində olan evə cavabdehin birdən-birə köçməsini inandırıcı hesab etmir. Belə olan halda, cavabdehin, mübahisəli mənzilə istifadə hüququnun olması aşkardır. Odur ki, iddia tələbi istifadə hüququnun xitamı ilə bağlı olmadığından, birinci instansiya məhkəməsinin mövcud olan istifadə hüququnu nəzərə almadan, istifadə hüququ olan şəxsin evdən çıxarılmasına dair qənaəti mülki qanunvericiliyin yaşayış sahəsindən istifad ə hüququ ilə bağlı tələblərinə zidd olmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı mübahisəli əmlakın hamısına deyil, 27.40 kv.metrinə mülkiyyət hüququ əldə etdiyindən, həmçinin cavabdeh mübahisəli evə təzəlikcə köçüb yaşaması iddiaçı tərəfindən sübuta yetirilmədiyindən apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia rədd olunmalıdır.
22. Məhkəmə gəldiyi nəticəni 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Mənzil Məcəlləsinin 53, 123-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına və Konstitusiya Məhkəməsi Plenumunun digər qərarlarına istinadla əsaslandırmışdır. Kass asiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
23. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin çıxarışda iddiaçının və digər mülkiyyətçinin X1 payları kv.metrlə deyil, “A”, “B” tikili şəklində qeyd edilmişdir. Faktuki olaraq isə hər iki mülkiyyətçinin yaşayış evinin bir-birinə heç bir aidiyyatı yoxdur. Bu hal birinci instansiya məhkəməsinin yerli baxışında da təsdiqini tapmışdır. Belə ki, ilkin çıxarışda iddiaçının payı kimi “A” tikili qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin yerli baxış zamanı da həqiqətən müəyyən edildi ki, cavabdeh iddi açıya məxsus “A” tikilini zəbt edib orada yaşayır. Eyni zamanda müəyyən edildi ki, “B” tikili “A” tikilidən tam kənarda X1 mülkiyyətində və istifadəsindədir. Apellyasiya icraatı dövründə əldə edilmiş və iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli yeni çıxarışa əsasən onun mülkiyyətində olan yaşayış evi paylı mülkiyyət və ya “A” tikilidən ibarət deyil, onun payı tam mülkiyyət kimi 27,40 kv.m. qeyd edilmişdir. Birinci instansiya məhkəməsinin yerli baxış zamanı da həqiqətən müəyyən edildi ki, cavabdeh iddiaçıya məxsus 27,40 kv.m. (yeni çıxarışda qeyd edilən və iddiaçının tam mülkiyyəti olan sahə) yaşayış sahəsini zəbt edərək heç bir qanuni əsas olmadan orada yaşayır. Cavabdeh guya mübahisəli evdə son otuz ildən də yuxarı bir müddətdə daimi yaşaması, hətta uşaql arının həmin evdə yaşayarkən anadan olması ilə bağlı işin halları birinci instansiya məhkəməsində icraat zamanı işin mübahisəsiz halı olmuş, yerli baxış zamanı orada olan hər iki tərəfin eyni dərəcədə qohumları olan şəxslər tərəfindən də təsdiq edilməsi kimi qeyd etməsi tamamilə əsassızdır. Bu həqiqəti əks etdirməyən, heç bir sübut olmayan subyektiv mülahizələrdir. Apellyasiya instansiyası məhkəməsi də cavabdehin heç bir əsası olmayan subyektiv mülahizəsinə əsaslanaraq cavabdehin mübahisəli evdən istifadəsi ilə bağlı münasibətlərin guya 01 sentyabr 2000-ci il tarixədək yarandığı nəticəsinə gələrək maddi hüquq normalarını tətbiq etməklə yanlışlığa yol vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
25. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxun ulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə 29 (hissə İV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
27. Maddə
152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda göt ürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakı nı geri tələb edə bilər.
29. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
30. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaql arını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuşdur).
31. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.... İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
32. Maddə
123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı. 33. 01 sentyabr 2000-ci il tarixdən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarix li qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarı. 34. “...mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır...” Mülki Məcəllənin 11.1-ci maddəsini nəzərə almaqla yaşayış sahəsindən istifadə hüququnun kompensasiya verilməklə xitamına dair bu Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş normanın əvvəllər yaranmış və uzanan xarakter daşıyan münasibətlərə tətbiqinin mümkünlüyü Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarında əks olunmuş mövqelərinə zidd olmamaqla onları tamamlayır. Belə ki, bu qərarda Mülki Məcəllənin 7. 1-ci maddəsinin müddəalarını nəzərə alaraq Konstitusiya Məhkəməsi öz mövqeyini aşağıdakı kimi ifadə etmişdir: “Göstərilənləri nəzərə alaraq 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir”. Göründüyü kimi Konstitusiya Məhkəməsi mübahisələrin həlli üçün məhz müvafiq maddələrin qaydalarının əsas götürülməsini zəruri hesab etmişdir. Bununla bağlı isə bir daha qeyd etmək lazımdır ki, yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyrimüəyyənlik yaranmışdır.Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna-xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzi l Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tə rəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır.....” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarı.
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktı nda əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Bu Qərarında formalaşdırdığı hüquqi mövqedən görünür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Məsələnin belə həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar... Buna görə də, məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə si.
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
1. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
39. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş d əlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
46. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsi n. Kassasiya baxışının hədləri:
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya inst ansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
50. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfin dən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
51. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəl illər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşd ırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 53. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmən in iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
55. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin f aktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
57. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-143/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.