Məhkəmə qərarları › İş №2(102)-2449/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2449/2024

24.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2449/2024 24.09.2024 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-7/2024 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1 mart 2022-ci il tarixli, 2(044)-69/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 20-İPAİF-1-0-492-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 əsas borc üzrə 47.109,17 manat, faiz borcu üzrə 20.888,57 manat, cərimə borcu 10 manat olmaqla, cəmi 68.007,74 manat və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının Bakın xeyrinə tutulması, tutmanın öhdəliyin təmini kimi Cavabdeh1 məxsus olan ipoteka predmeti olan mənzilinə yönəldilməsi, ilkin satış qiymətinin 62.160 manat dəyərində qiymətləndirilmiş həmin mənzilinin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsait hesabına cəmi 68.007,74 manat və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının iddiaçı “Banka ödənilməsi, cavabdeh X1 ipoteka predmeti olan mənzilindən çıxarılması, mənzilin boşaldılması və iddiaçı Banka təhvil verilməsi, ödənişlər həyata keçirildikdən sonra əldə olunan vəsaitin qalan hissəsinin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2(104)-7/2024 nömrəli qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1 mart 2022-ci il tarixli, 2(044)-69/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən, yəni poteka predmetinin ilkin satış qiymətinin müəyyən edildiyi hissədə dəyişdirilməsi. İpoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanındakı 16 mərtəbəli, köhnə tikili binanın 7-ci mərtəbəsində yerləşən 48.86 m2 ümumi, 31.04 m2 yaşayış və 17.82 m2 yardımçı sahədən ibarət, 27 nömrəli mənzilin satış qiymətinin (likvid dəyəri) 72.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2(104)-7/2024 nömrəli qətnaməsinin "iddianın həcminin artırılması barədə ərizənin təmin edilməsi" hissəsində ləğv edilərək, iddia tələbinin həmin hissədə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya baxışı zamanı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil ərizə verərək bildirmişdir ki, hazırkı mübahisə üzrə olan kredit borcu tam ödənilmişdir. Ərizəçi, q eyd olunanları nəzərə alaraq tərəflər arasında mübahisə olmadığından kassasiya şikayətinin və bu şikayətə görə ödənilmiş dövlət rüsumunun cavabdehə geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kollegiya nəzərə alır ki, kassator şikayətindən imtina etməsi barədə iradə ifadəsini yazılı formada tərtib edərək ərizə ilə məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassa siya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Belə olan halda, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil ərizəsi təmin olunaraq, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024cü il tarixli, 2(104)-7/2024 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasında icraata xitam verilməlidir. Belə olan halda, kassasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 410 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Ərizə təmin edilsin. Cavabdeh1 Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)- 7/2024 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və kassasiya instansiyasında icraata xitam verilsin. Həmin kassasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu Cavabdeh1 geri qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar