Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-245/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun silinməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) “Azəriqaz” İstehsalat Birliyinin vəkili Nümayəndə və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)4113/2021 saylı qətnaməsindən iddia çı (qarşılıqlı iddia üzrə cavabdeh) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. “Azəriqaz” İstehsalat Birliyinin Bakı X3 Departamenti işçiləri tərəfindən Cavabdeh məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, döngə 1də yerləşən 15 saylı fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulması haqqında 14.12.2016-ci il tarixli ******* saylı, 16.03.2017-ci il tarixli ******* saylı, 24.04.2017-cu il tarixli ******* saylı, 20.10.2017-ci il tarixli ******* saylı, 31.01.2018-ci il tarixli ******* saylı, 14.03.2018-ci il tarixli ******* saylı, 25.05.2018-cu il tarixli ******* saylı, 20.04.2018-ci il tarixli ******* saylı, 31.10.2018-ci il tarixli ******* saylı, 10.04.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı və 30.10.2019-cu il tarixli ******* saylı aktlar tərtib olunmuş və hər bir akta əsasən itirilmiş qazın bərpası barədə hesabat aparılaraq, qanunsuz sərfiyyata görə 11.276 manat məbləğində maddi ziyan hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərərin əvəzinin ödənilməsi məqsədi ilə 11.276 manat, iddia ərizəsini n məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Birlik ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” əsasında cavabdehə məxsus olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, döngə 1-də yerləşən 15 saylı fərdi yaşayış evi təbii qazla təchiz edilmiş, ünvana **********00000 nömrəli abonent kodu verilmiş, evi təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təb ii qazı talamışdır. Birliyin işçiləri tərəfindən həmin ərazidə olan qaz xətlərinə və qaz sayğaclarına müxtəlif vaxtlarda baxışlar keçirən zaman müəyyən edilmişdir ki, cavabdeh qaz xəttinə sayğacdan kənar özbaşına qoşulmaqla təbii qazdan qeyri-qanuni və əvəzini ödəməməklə istifadə edir. Həmin faktlar hər dəfə aşkar olunan zaman Birliyin əməkdaşları bu barədə aktlar tərtib etmiş, bu halı təsbit edən foto və video çəkilişlər aparılmışlar. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmiş və təbii qazdan qeyri-qanuni istifadəyə görə dəymiş zərərin əvəzi müəyyən edilmişdir. Belə ki, 14.12.2016-ci il tarixli ******* saylı akt əsasında 1.224 manat, 16.03.2017-ci il tarixli ******* saylı akt əsasında 1.146,30 mana t, 24.04.2017-cu il tarixli ******* saylı akt əsasında 312 manat, 20.10.2017ci il tarixli ******* saylı akt əsasında 1.440 manat, 31.01.2018-ci il tarixli ******* saylı akt əsasında 1.080 manat, 14.03.2018-ci il tarixli ******* saylı akt əsasında 150 manat, 25.05.2018-cu il tarixli ******* saylı akt əsasında 59,90 manat, 20.04.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 312 manat, 10.04.2019-cu il tarixli ******* saylı akt əsasında 765 manat, 30.05.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 64,80 manat və 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, cəmi isə cavabdeh tərəfindən iddiaçı Birliyə 11.276 manat məbləğində maddi ziyanın vurulduğu müəyyən edilmişdir. Birliyin işçiləri tərəfindən həmin məbləğinin könüllü ödənilməsi cavabdehə təklif edilmiş, lakin cavabdeh Birliyin tələbinə əhəmiyyət verməmişdir.
4. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Birlik tərəfindən təbii qazdan istifadəyə görə əsassız olaraq hesablanmış 11.276 manat məbləğində pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi isə onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən qaz xəttinə qoşulma olmamış, Birliyin əməkdaşları tərəfindən cavabdehin barəsində bir neçə qanunsuz və əsassız aktlar tərtib edilmiş, aktlar tərtib ed ilən vaxtı Birliyin əməkdaşları onun iştirakını təmin etməmişlər. Birliyin ilk iddiasında istinad edilən fotoşəkillər isə ona məxsus evə aid deyildir. Birlik tərəfindən ona əlavə sərfiyyat kimi hesablanmış 11.276 manat məbləğində borc əsassız və qanunsuz hesab edilməklə silinməlidir.
6. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev) ilkin və qarşılıqlı iddialar qismən təmin edilərək, cavabdehdən 1.224 manat borcun tutulub Birliyə ödənilməsi, cavabdehin adına olan **********00000 nömrəli abonent koduna hesablanmış 10.052 manat məbləğdə borcun silinməsi vəzifəsinin Birliyin üzərinə qoyulması qət edilmiş, iddia tələbləri qalan hissədə təmin edilməmişdir.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmiş, istehlakçı həmin aktlarla tanış edilməmiş və aktlar tərtib olunarkən onun iştirakı təmin olunmamışdır. İlk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdi. Bununla yanaşı, iddiaçının kənar xətti təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunur. Qaynaqla kəsilmiş kənar xəttin üzərindəki oksidləşmə (korroziya) bir daha bunu sübut edir. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin təkrar aktların tərtib olunduğu vaxt çəkilməsi müəyyən edilmir. Cavabdeh in iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən ilkin iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz.
8. Məhkəmə öz mövqeyini “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müddəalarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, qarşılıqlı iddianın tam rədd edilməsi və ilkin iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-4113/2021 saylı qətnaməsi ilə (hakimlər M.Məmmədov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələblərinin əsaslı və təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və işin bu hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə aktları iddia tələbinin təmin olunmayan hissəsində iş üzrə müəyyən edilmiş həqiqi və faktiki hallara uyğun olmamışdır. Qarşılıqlı iddia prosessual qanunvericiliyin tələbləri daxilində məhkəməyə verilməmiş, eləcə də prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən “Azəriqaz” İB-nin hüquqi ünvanına rəsmi qaydada göndərilməmiş və ya Birliyin nümayəndəsi qismində məhkəmə iclasında nümayəndəsinə şəxsən təqdim edilməmişdir. Qarşılıqlı iddia mülki işin baxılmasına başlanana kimi verilməlidir. Lakin həmin qarşılıqlı iddianın məhkəməyə nə zaman verilməsi müəyyən deyildir. Bundan başqa, iddia ərizəsin ə qoşma sənədlər qismində əlavə olunmuş, habelə kassasiya şikayətinə əlavə edilmiş ******* nömrəli 24.04.2017-ci il tarixli və ******* nömrəli 20.10.2017-ci il tarixli aktların surətindən müəyyən olunur ki, aktlar cavabdehin oğlu X1 tərəfindən (istehlakçının nümayəndəsi qismində) və cavabdehin özü Cavabdeh tərəfindən imzalanmışdır. Cavabdeh fərdi yaşayış evinin həyətindəki istixanalarda təbii qazdan qanunsuz qaz xətti vasitəsilə istifadə etməsi halı, cavabdehin özü və nümayəndəsi tərəfindən qəbul edilib imzalanmaqla müvafiq aktlarda öz təsdiqini tapmışdır. Mülki işin 13-14 və 15-ci vərəqələrində olan, iş üzrə əhəmiyyətli halları özündə əks etdirən mexanikə və smart tipli qaz sayğaclarının abonent saldolarından görünür ki, cavabdeh tərəf barəsində aktların tərtib edildiyi tarixlərdə, o cüml ədən 01/2012ci il tarixdən 09/2020-ci il tarixinə kimi qaz sayğacı üzrə heç bir manat ödəniş etməmişdir. Cavabdeh tərəfindən həmin tarixlərdə, o cümlədən 8 il ərzində həmin ünvanda ümumiyyətlə ödənişin aparılmaması izah edilə bilinməmişdir. Məhkəmə cavabdeh barəsində aktların tərtib edildiyi tarixdə cavabdeh tərəfin təbii qazdan istifadəyə görə hansı məbləğlərdə ödəniş edib- etməsini ümumiyyətlə araşdırmamışdır. Aşağı instansiya məhkəmələri tərəfindən MPM-nin 14.2, 80 və 88-ci maddəsinin tələbləri pozulması səbəbindən, qətnamə ilkin iddianın təmin olunmayan hissəsində ləğv edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iddiaçı (qarşılıqlı iddia üzrə ca vabdeh) “Azəriqaz” İstehsalat Birliyinin vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi.
16. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə
18. Mülki hüquqların müdafiəsi üsulları Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Azərbaycan Respublikası “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun Maddə
3. İstehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. 19. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının qanunu Maddə
13. Qazın pаylаnmаsı və sаtılmаsı
8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz p aylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməl idir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə
418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hü ququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
22. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
23. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
24. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilm əməlidir.
25. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı mübahisə abonentin cavabdehə məxsus ümumi qazpaylayıcı qaz xəttinə ayrı-ayrı vaxtlarda qanunsuz qoşulmaqla təb ii qazdan sayğacdan kənar istifadə edib-etməməsinin müəyyən edilməsi ilə bağlıdır.
28. İşə baxmış məhkəmə təbii qazdan sayğacdan kənar istifadə olunmasına dair işin mübahisələndirilən halı üzrə araşdırma apararaq qeyd etmişdir ki, məhkəmə cavabdehin israrla qaz xəttinə qanunsuz qoşulmadığını, fotoşəkillərin onun evinin ərazisinə aidiyyətinin olmamasına dair dəlillərini nəzərə alaraq, ünvan 1 ünvanda yerli baxış keçirmiş, lakin həmin vaxt cavabdeh yerli baxışın vaxtı barədə məlumatı olsa da, ünvanda olmamış, evin həyətinə baxış keçirmək mümkün olmasa da, fotoşəkillərdə olan çəkilişin həmin ünvanda qeydə alındığı müəyyən edilmişdir. Bununla belə, qaynaqla kəsilmiş kənar xəttin üzərinin oksidləşdiyi (korroziya) müşahidə olunmuşdur.
29. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəf bi rinci aktın tərtib olunmasından sonrakı müddət ərzində kənar xəttin yenidən qoşulmasını və aktlara əlavə edilmiş fotoşəkillərin eyni fotoşəkil olmamasını əsaslandıra bilmir.
30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar
31. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (qaydaların 6.5, 6.6, 6.7-ci bəndləri). 32. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) t əqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
33. Qazdan istifadəni tənzimləyən bu qanunvericilik normaları qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmasını, dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməsini, qazın verilməsinin dayandırılması və bərpa edilməsinin hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməsi və aktın bir nüsxəsinin istehlakçıya təqdim edilməsini tələb edir.
34. İşə baxmış bi rinci instansiya məhkəməsi ona əsaslanmışdır ki, ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdi. Bununla yanaşı, iddiaçının kənar xətti təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunur. Qaynaqla kəsilmiş kənar xəttin üzərindəki oksidləşmə (korroziya) bir daha bunu sübut edir. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin təkrar aktların tərtib olunduğu vaxt çəkilməsi müəyyən edilmir. Cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cav abdehdən ilkin iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz.
35. Apellyasiya instansiyası məhkəməsi də işin hallarını araşdıraraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 1096-cı maddələrinin tələbləri baxımından qeyd etmişdir ki, iddiaçı Birliyin əməkdaşlarının cavabdehə məxsus yaşayış sahəsində quraşdırılmış qaz xətlərinə və qaz sayğacına baxış keçirən zaman aşkar edilmiş faktla əlaqədar tərtib etdikləri aktlar qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib edilməmiş, aktların tərtib olunmasında hal şahidlərinin iştirakı təmin edilməmişdir. Buna görə də aktlarda göstərilən müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini təsdiq edən hər hansı sübutun iddiaçı Birlik tərəfi ndən məhkəmələrə təqdim edilməməsi aktın etibarlı hesab edilməsini və aktlarda əks olunan halın həqiqətə uyğun olan kimi qiymətləndirilməsini qeyri-mümkün edir.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Həmin nəticə qazdan istifadə üzrə münasibətləri tənzimləyən “Qaz təchizatı haqqında” haqqında Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müddəalarına uyğundur.
37. Kassasiya şikayətinin dəlilləri işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına, qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması barədədir ki, bu dəlillər MPM-in 407.2-c i maddəsinə əsasən kassasiya baxışının predmeti deyildir.
38. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)4113/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.