Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2450/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hüquqi müəyyənlik prinsipi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil1, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7253/2020 nömrəli iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci i l tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X5 ilə İddiaçı arasında xx xxxxxxx 2006-cı il tarixdə çoxmərtəbəli yaşayış binasında pay hüququ barədə müqavilə imzalanmış və həmin müqavilə əsasında ünvan 1 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasının birinci blokunun, birinci mərtəbəsində yerləşən ümumi sahəsi 140,5 kvadrat metr olan qeyri-yaşayış sahəsi, hər kvadrat metr sahəsi üçün 1000 manat, cəmi isə 140,5 kv sahəsi üçün 140500 manat müəyyən edilməklə İddiaçı xeyrinə özgəninkiləşdirilmiş, həmin məbləğ xx xxxxxxx 2006-cı il tarixdə tam ödənilmişdir. xx xxxxxxx 2006-cı il tarixdə X5 ilə İddiaçı arasında bağlanmış çoxmərtəbəli yaşayış binasında pay hüququ barədə müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən binanın 2ci bl okunun 1-ci mərtəbəsində yerləşən 164,5 kvadrat metr sahədən ibarət qeyri-yaşayış obyektinin dəyəri hər 1 kvadrat metr sahəsi üçün 1000 manat, ümumi 164500 manat müəyyən edilməklə İddiaçı xeyrinə özgəninkiləşdirilmiş, həmin məbləğ xx xxxxxxx 2006-cı il tarixdə tam ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnaməsi ilə iddiaçılar X4 və X1 (qanunu nümayəndə Cavabdeh1) iddiaları təmin edilərək ünvan 3 ünvanında inşa edilmiş 10 mərtəbəli binadakı 2, 5, 7, 6a, 16, 19, 21, 22, 24a, 25, 26, 38, 43, 51, 53, 65, 67, 69, 73, 75 mənzillərin cavabdeh X5 tərəfindən iddiaçılara təhvil verilməsi qət edilmiş və həmin qətnamə öz qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi və sonradan iddia ərizəsinə əlavə verərək Cavabdeh1 zəbt etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində 140,5 kvadrat metr sahədən və binanın 2-ci blokunun 1-ci mərtəbəsində 164,5 kvadrat metr sahədən ibarət qeyri-yaşayış obyektlərindən çıxarılması və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi 2 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində 140,5 kvadrat metr və binanın 2-ci blokunun 1-ci mərtəbəsində yerləşən 164,5 kvadrat metr sahədən ibarət qeyri-yaşayış obyektlərinin Cavabdeh1 alınaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavədə Cavabdeh2 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2006-cı il tarixdə ünvan 4 ünvanında yerləşən binanın 1-ci blokunun 1-ci mərtəbəsində yerləşən 140,5 kvadrat metr və 2-ci blokun 1-ci mərtəbəsində yerləşən 164,5 kvadrat metr sahədən ibarət qeyriyaşayış obyektləri fiziki şəxs X2 müqavilələr əsasında almış və həmin tarixdən ona təhvil verilmişdir. Qeyri-yaşayış obyektlərinin dəyərinin tam ödənilməsinə dair ödəniş cədvəlindən görünür ki, həmin obyektlər ona məxsusdur. Cavabdeh1 tərəfindən onun əmlakları zəbt edilmiş və cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun əmlak hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xx xxxxxx 2019-cu il tarixli 20399 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş X5 ilə İddiaçı arasında bağlanmış 164,6 və 140,5 kvadrat metrlik sahələrinə dair xx xxxxxxx 2006-cı il tarixli müqavilələrdə və cizgi planlarında olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Tədqiqata təqdim edilmiş X5 ilə İddiaçı arasında bağlanmış 164,6 kvadrat metr və 140,5 kvadrat metr sahəsi olan qeyri-yaşayış sahələrinə dair xx xxxxxxx 2006-cı il tarixli müqavilələrdə və cizgi planlarında olan əlyazmalar və imzalar hər hansı texniki qurğu vasitəsi ilə deyil, birbaşa icra edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Fərid Əyyubov) 2(004)3405/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə, Mülki Məcəllənin 152.1, 157.2 və 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2010-cu il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış obyektlərinə pay hüquqları xx xxxxxxx 2006-cı il tarixli alğı-satqı müqaviləsi əsasında iddiaçının xeyrinə özgəninkiləşdirilmişdir. Cavabdehin iddiaçıya məxsus qeyri-yaşayış sahələrindən istifadə etməsi iddiaçının mülkiyyət hüquqlarını birbaşa pozan hal kimi qiymətləndirilməlidir. Qeyd olunan qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə q ətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər; Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahələrinin müvafiq dövlət orqanı tərəfindən rəsmi qeydə alınma ilə nömrələnməsini təsdiqləyən sübutlar təqdim edilməmişdir. Mübahisəli əmlaklar cavabdehə məhkəmə qətnaməsinin icrası qay dasında Cavabdeh2 aktları əsasında verilmiş dir. Həmin sənədlər ünvan 5 ünvanda inşa olunan 10 mərtəbəli yaşayış binasından 2 və 38 saylı mənzilin “xxxx” MTK tərəfindən Cavabdeh1 təhvil verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsinin icrasını təmin etmiş aktlardır. Məhkəmə qərarının icra məmurları tərəfindən borclu və tələbkarın razılıqları əsasında qeyd edilən formada icra edilməsi (2 və 38 nömrəli mənzil kimi mübahisə predmeti olan mənzilin təqdim və qəbul olunması) həmin mübahisə üzrə ədalət mühakiməsinin başa çatmasına dəlalət edir. Odur ki, məhkəmə qətnaməsinin icrasına dair həmin aktlar ləğv olunmadan cavabdehin qeyri-yaşayış sahələrindən məhrum edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı fiziki şəxs X5 ilə bağlanmış xx.xx. 2006-cı il tarixli müqaviləyə əsasən mübahisənin predmeti olan qeyriyaşayış sahələrinin ona məxsus olduğunu bildirsə də, bu hal iddianın təmin olunması üçün əsas deyildir. Belə ki, mübahisəli mənzillər Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi icra olunarkən məhz “xxxx” MTK tərəfindən sahələr 2 və 38 nömrəli mənzillərin əvəzi kimi cavabdehə təqdim olunmuşdur. Çünki, mənzilin təhvil-təslimində MTK-nın əməkdaşı (komendantı) Cavid Seyidov iştirak etməklə, mübahisəli yaşayış sahəsinin 2 və 38 nömrəli mənzil olaraq Cavabdeh1 verilməsinə dair icra məmurları tərəfindən tərtib olunmuş xx xxx 2015-ci il və xx xxxxx 2016-cı il tarixli aktlara imza etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, sözügedən obyektlər mənzilin hə r hansı əlamətlərinə deyil, yalnız qeyriyaşayış sahəsinin xüsusiyyətlərini özündə əks etdirir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən obyektlərin Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2014-cü il tarixli qətnaməsi icra olunarkən qeyri-yaşayış sahələri olması aktlarda öz əksini tapmamış və hər hansı hüquq müəyyənedici sənədlə təsdiq olunmamışdır. Əksinə, həmin qətnamə icra olunarkən icra məmurları tərəfindən tərtib olunmuş aktlarda qeyd edilmişdir ki, mənzillər Cavabdeh1 təmirsiz, boş halda təhvil verilmişdir. Belə olan halda, borclu “xxxx” MTK mübahisəli mənzili (eyni əşyanı) bir neçə şəxsə İddiaçı (müqavilə əsasında), sonra Cavabdeh1 (məhkəmə qətnaməsinin icrası çərçivəsində tərtib olunmuş aktla) vermək öhdəliyini üzərinə götürmüş sayılır. Bu hal da əşyanın kimə məxsusluğu qanunvericilikdə aydın şəkildə tənzimlənmişdir. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, qanun, fərdi müəyyən əşyaya haqq iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən etmişdir. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Bu baxımdan əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqən əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun (əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur). Apellyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, mübahisəli əmlaka dair İddiaçıla xx.xx.2006-cı il tarixli müqavilə bağlanmış olsa belə, əşyanın İddiaçı sahibliyinə verildiyini təsdiqləyən sübutlar təqdim olunmamışdır. Həmin qeyri yaşayış sahəsi xx.xx.2015-ci il tarixdə boş mənzil kimi Bakı Apellyasiya Məhkəməsinin qeyd edilən qətnaməsinin icras ı çərçivəsində Cavabdeh1 təqdim olunduğu və onun tərəfindən bu icra qəbul edilməklə mənzil təhvil alındığı üçün həmin tarixdən etibarən cavabdehin mübahisəli yaşayış sahəsi üzərində qanuni hüquqları meydana gəlmişdir. Göstərilənlərə əsasən, apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gəlmişdir ki, mübahisə predmeti olan əmlaklar Cavabdeh1 məxsus olduğu üçün onun mənzildən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin müəyyən edilmiş faktiki hallarına və qanunvericiliyə uyğun deyil. Ona görə də iddia tələbi rədd edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Mülki işə əlavə olunmuş xx xxxxxxx 2006-cı il tarixli “Pay” müqavilələrinin 2.1-ci bəndindən görünür ki, ümumi sahəsi 140,5 kvadrat metr və 164,5 kvadrat metrdir, obyektlərin ümumi dəyəri onun tərəfindən tam ödənilmişdir. Müqaviləyə əsasən X5 tərəfındən qeyd olunan ünvanda yerləşən qeyri yaşayış obyektləri ona təhvil verilmişdir. İddia ərizəsinə əlavə olunmuş qeyri yaşayış obyektlərin dəyərinin tam ödənilməsinə dair ödəniş cədvəlində n görünür ki, həmin obyektlərə dair satıcı qarşısında öhdəliyini tam yerinə yetirmişdir. Sözügedən qeyri-yaşayış sahələri ona təhvil verilmiş və əmlakı üzərində sahiblik və istifadə hüquqnu əhatə edən mülkiyyət hüququ yaranmışdır. Məhkəmə bu halları nəzərə almayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh1 və onun vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmas ını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə hüquq və vəzifələrinə toxunan şəxslər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onlarınn iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə
435. Kreditor müqavilədə nəzərdə tutulandan ayrı icranı qəbul etmək hüququna malikdir, lakin qəbul etməyə borclu deyildir. Buqayda icranın dəyərinin daha çox olduğu halda da qüvvədə qalır. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borc lunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma apar mır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayət ində qətnamə iş üzrə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsində də işə baxılarkən irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli və obyektiv araşdıraraq qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb etdiyi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xarici Dairəvi küçəsi-2 ünvanda yerləşən qeyriyaşayış sahələrinin Cavabdeh1 tərəfindən zəbt edilməsi, qanuni əsaslar olmadan tutması öz təsdiqini tapmır. Həmin sahələr ona Bakı Apellyasiya Məhkəməsinin xx xx xx 2014-cü il tarixli, 2(103)-1868/2014 saylı qətnaməsinin icrası qaydasında təhvil verilmiş, icra məmurunun bu barədə olan hərəkətləri “İcra haqqında” haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun rəsmiləşdirilmişdir. İddiaçı ilk növbədə icra məmurunun həmin hərəkətlərinin və tərtib olunmuş sənədlərin məhkəmə qaydasında qanunsuz hesab edilməsinə nail olmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Odur ki, MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-7253/2020 nömrə li iş üzrə xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.