Məhkəmə qərarları › İş №2(102)-2451/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2451/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2451/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı və nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh3 və nümayəndəsi, vəkil X3, Cavabdeh2 iştirаkları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dairmülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-3283/2019 nömrəli qətnaməsindən iddiaçı və vəkili Nümayəndə tərəfin dən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məkəməyə müraciət edərək, cavabdehlərdən 10000 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnaməqəbulolunmasınıxahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(049)-1256/2019 nömrəli qətnaməsi ilə (sədrlik еdən hаkim Ə.M.Ələkbərov) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 10000 ABŞ dolları məbləğində pulun qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsinə uyğun hesablanıb alınaraq iddiaçı XXXX verilməsi, ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər dən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-3283/2019 nömrəli qətnaməsi ilə (hakimlər Z.B.Babayev - sədrlik edən və məruzəçi, Q.B.Kərimov və N.F.Mirzəyevdən ibarət tərkibdə) cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətəri təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin xx xxx 2019cu il tarixli, 2(049)-1256/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiаçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “10000 ABŞ dolları pul” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur. İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(106)-3283/2019 nömrəli qət naməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlər verdikləri apellyasiya şikayətində tələb olunan pul vəsaitinin iddiaçı tərəfindən Cavabdeh1 göndərildiyini qeyd etmiş və bununla bu faktı etiraf etmişlər. Həmin pulun hədiyyə olaraq cavabdehə göndərilməsinə dair sübutlar təqdim olunmamışdır. İddiaçı tərəfindən təqdim olunmuş mötəbər sübutlar əsasında işin faktiki halları düzgün araşdırılmamış, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və bu səbəbdən əsassız nəticəyə gəlinmişdir. Məhkəmə iclasında İddiaçı və etibarnamə əsasında nümayəndəsi, vəkil Nümayəndə kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 və etibarnamə əsasında nümayəndəsi, vəkil X6 çıxışlarında və məhkəməyə verdikləri yazılı etirazda kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, şikayətin təmin edilməməsini xahiş etmişlər. Cavabdeh2 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmələr tərəfindən müəyyən olunmuş ha llar ondan ibarətdir ki, İddiaçı qızı X14 ilə Cavabdeh1 xx xxxx 2011-ci il tarixdə faktiki ailə qurmuş və xx xxxx 2011-ci il tarixdə birlikdə Rusiya Federasiyasına gedərək orada yaşamış, nikahlarını xx xxxxxx 2012-ci il tarixdə Rusiya Federasiyasında rəsmiləşdirmiş, birgə nikahlarından xx xxxx 2012-ci il tarixdə Bəhman adında uşaqları anadan olmuşdur. Onların nikahları Lənkəran Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı hazırki tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 və qızı xxx ailə qurduqları ərəfədə qızına bəzi cehiz əmlakları (xırda qab-qacaq və yataq mebeli dəsti) alınsa da, sabiq qudaları Cavabdeh2 və Cavabdeh3 çoxlu sayda və növdə cehiz əmlaklarının alınmasına ehtiyac olmadığını və cehizə verilən pulu xxxlə birlikdə yaşamalarından ötr ü Rusiya Federasiyasında ev alınması məqsədilə Cavabdeh1 göndərilməsini xahiş etmişlər. O, xx xxxxxxx 2013-cü il tarixdə, öz adından birdəfəlik RFna göndərilməsi mümkün olmadığından (məbləğlə bağlı müəyyən edilmiş limit olduğuna görə) 10000 ABŞ dolları məbləğində pulu bankın işçisi olan X7 adından “xxxx” KB-nin Lənkəran filialından Cavabdeh1 göndərmiş, lakin Cavabdeh1 həmin pulla ev almamışdır. xxx və Cavabdeh1 rəsmi olaraq ayrılsalar da, cavabdehlər ev alınması məqsədilə vermiş olduğu 10000 ABŞ dolları məbləğində pulu qaytarmamışlar. Məhkəmə kollegiyası izah edir ki, hazırki mübahisənin həlli sübutların qiymətləndirilməsindən asılı olmuşdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməl idir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli Qərarında göstərmişdir ki, “konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq a ffirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər”. Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli Qərarında göstərmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərkən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh1 10000 ABŞ dolları məbləğində pulun verilməsini təsdiq edən sübut kimi X7 adından “xxxx” QSC-nin Lənkəran filialında “Zolotaya Karona” pul köçürmə xidmətinə ünvanlanmış xx x xxxxxx 2013-cü il tarixli fiziki şəxsin pul vəsaitinin köçürülməsi haqqında ərizəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, İddiaçı iddia ərizəsində Cavabdeh1 10000 ABŞ dolları məbləğində pulun X7 adından göndərilməsini, məbləğlə bağlı müəyyən edilmiş limitin olması ilə əlaqələndirsə də, Rusiya Federasiyasına pulun göndərilməsi üçün həmin limitin ona aid olmasının, lakin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 aid olmamasının səbəbini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı həmçinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Rayon Məhkəməsinə ünvanladığı xx xxxxxx 2019-cu il tarixli ərizəsində xx xxxxxxx 2013-cü il tarixdə bankdan onun adı ilə Rusiya Federasiyasında yaşayan Cavabdeh1 göndərilmiş 10000 ABŞ dollarının göndərilməsinə əvvəllə r tanıdığı ünvan 3ndə yaşayan X4 xahiş etməsini, X8 tanımadığını, heç bir münasibətinin olmadığını göstərmişdir. Bundan başqa apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı iddia ərizəsində xx xxxxxxx 2013-cü il tarixdə Cavabdeh1 10000 ABŞ dolları məbləğində pulun göndərməsinin səbəbini qızı xxxyə çox sayda cehiz əmlakı alınmasına ehtiyac olmaması və cehizə verilən pulu onlara Rusiya Federasiyasında ev alınması məqsədilə göndərməsi barədə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 təklifi ilə əsaslandırmağa çalışsa da, həmin mövqeyini məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 izahatlarında onlarla iddiaçı xxx arasında belə bir razılaşmanın olmadığını, ümumiyyətlə cehizin alınmasına ehtiyac olmadığını iddiaçıya bildirdiklərini qeyd etmişlər. Bununla bağlı bir inci instansiya məhkəməsinin istinad etdiyi şahidlər X5, X14 və X10 ifadələri isə, həmin şahidlər iddiaçının yaxın qohumları olduqlarına görə mötəbər sübutlar kimi qəbul edilə bilməz. Bu səbəbdən də həmin şahidlərin ifadələri iddia tələbinin təmin edilməsi üçün əsas ola bilməz. Apellyasiya məhkəməsi mübahisələndirilən qətnaməsində həmçinin qeyd etmişdir ki, iddiaçı X12 Baxşızadə ilə Cavabdeh1 faktiki olaraq xx xxxx 2011-ci il tarixdə, rəsmi olaraq xx xxxxxx 2012-ci il tarixdə ailə qursalar da, Cavabdeh1 pul məbləği həmin tarixdən iki ildən artıq müddət keçdikdən sonra, yəni xx xxxxxxx 2013-cü il tarixdə göndərilmişdir ki, həmin müddətdən sonra ailə qurmuş şəxslər arasında cehizlə bağlı əvəzləşmənin olmasını təsdiq edən razılaşmanın əldə edilməsi inandırıcı deyildir. Həmçinin Cavabdeh1 Ru siya Federasiyasının Moskva şəhərində mənzil almaq istəməsi barədə iddiaçı xxx məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Bundan başqa Cavabdeh1 Rusiya Federasiyasının Moskva şəhərində 10000 ABŞ dolları dəyərində mənzil alması da inandırıcı deyildir. Bundan başqa iddiaçı xxx iddia ərizəsində pul məbləğini Cavabdeh1 göndərmək üçün özündə 10000 ABŞ dolları məbləğində pul olmadığından uşaqlıq dostu olan və hazırda Qazaxıstan Respublikasında yaşayan X11 həmin məbləği alaraq bir müddət sonra, həyat yoldaşı X2 xüsusi mülkiyyətində olan və Lənkəran rayonunun Bürcəli kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsini aldığı pulun əvəzinə dostuna verməklə, alqı-satqı etmək yolu ilə torpaq xxxun adına özgəninkiləşdirilməsini göstərsə də, həmin dəlillərinə məhkəmədə sübuta yetirə bilməmişdir. Belə ki, Cavabdeh1 10000 ABŞ dolları məbləğində pul X15 tərəfindən xx xxxxxxx 2013-cü il tarixdə göndərildiyi halda, X5 tərəfindən xüsusi mülkiyyətində olan Lənkəran rayonunun Bürcəli kəndində yerləşən 0,06 ha torpaq sahəsi X16 həmin tarixdən xeyli vaxt sonra, yəni xx xxxx 2014-cü il tarixdə 3000 manata satılmışdır. Bundan başqa apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, iddia tələbindən İddiaçı qızı xxx ilə Cavabdeh1 xx xxxx 2011-ci il tarixdə faktiki ailə qurmaları, xx xxxx 2011-ci il tarixdə nikahlarını rəsmiləşdirmələri, iddiaçı xxxin Cavabdeh1 10000 ABŞ dolları məbləğində pulu isə xx xxxxxxx 2013-cü il tarixdə göndərdiyini qeyd etdiyi göründüyü halda, həmin vaxtdan iddiaçının qızı xxx ilə Cavabdeh1 nikahlarının pozulduğu xx xxxxxxxx 2017-ci il tarixə kimi keçən dör d il müddət ərzində birgə təsərrüfat aparmaları, azyaşlı uşağı olan ailənin birgə xərcləri üçün 10000 ABŞ dollarının xərclənməsi tamamilə mümkün və inandırıcıdır. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşməsini nəzərə almalı olduğu halda, hazırki iddia pulun göndərilməsindən altı il keçdikdən sonra qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Nəhayət məhkə mə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq göstərmişdir ki, xxx 10000 ABŞ dolları məbləğində pulu Cavabdeh1lə ər-arvad münasibətlərində olan qızı xxxnin mənafeyini nəzərə alaraq göndərdiyi üçün cavabdeh əsassız varalanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Ər-arvad münasibətlərinin xoş olduğu dövrdə ailə maraqları naminə çəkilən xərc ər-arvad münasibətlərinin korlanmasından sonra əsassız varlanma anlayışı ilə əhatə oluna bilməz. Əgər arvad tərəfi ona hər hansı məqsəd üçün çəkilmiş xərcin əvəzini münasibətlərin korlanmasından sonra ərdən tələb edirsə, onda eyni məntiqlə ər də arvadı üçün ç əkdiyi xərclərin əvəzini tələb etməlidir. Belə tələblər yolverilməzdir. Ailə münasibətlərinin xoş olduğu dövrdə ər-arvadın bir-birinin mənafeyi naminə çəkdiyi xərclər mənəvi-əxlaqi borcun icrası sayılır. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, işin faktiki hallarına aid olduğundan həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 417.1.1- ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və onun vəkili Nümayəndətərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(106)-3283/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar