Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2451/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh1-nə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Pilot layihələrlə bağlı tikilmiş binadakı qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının vəkili Cavadov Əjdər Əmrah oğlunun, Cavabdeh1-nin vəkili Vəkil, Cavabdeh2 vəkili Şükürov Elxan Şükür oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh1-nə və Cavabdeh2 qarşı “müqavilənin etibarsız hesab edilməsi, qeyri-yaşayış sahəsinin üzəri ndə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsinin təhvil verilməsi, qeyri-yaşayış sahəsi təhvil verilənədək hər ay 700 manat məbləğində pul vəsaitinin, həmin məbləğə bank uçot dərəcəsi ilə hesablanmış əldən çıxmış faydanın və təmir xərcinin, eləcə də dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələblərinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-768/2020 nömrəli, 23 sentyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 15.12.2011-ci il tarixdə Cavabdeh1 ilə iddiaçı (bundan sonra sifarişçi adlandırılacaq) arasında 15/1210 saylı müqavilə bağlanmışdır. Göstəri lən müqavilənin 1-ci bəndinə (müqavilənin predmetinə) görə icraçı MMC Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın sökülməsi və onun yerində tikilməsi nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binasının F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55,0 kv.m olan qeyri-yaşayış sahəsini müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda sifarişçiyə təhvil verməyi öhdəsinə götürmüşdür. Bina inşa edilib başa çatdıqdan sonra müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsinin binanın hansı hissəsindən, hansı istiqamətindən verilməsi, eləcə də sahə təhvil verilənədək aylıq ödənişlərlə bağlı mübahisə yaranmışdır. Bu səbəbdən iddiaçı hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a ) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh1-nə qarşı iddia ərizəsi, sonradan isə Cavabdeh2 da cavabdeh kimi göstərdiyi iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində inşa edilən yeni çoxmərtəbəli yaşayış binasının “A” və “B” bloklarının kəsişməsində yerləşən sahəsi 230 kv.m qeyri-yaşayış sahəsinə dair 14.11.2011-ci il tarixli 0120 nömrəli müqavilənin etibarsız hesab edilməsi, həmin binanın F.X.Xoyski prospekti istiqamətində (F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində) 1ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsi üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin sahənin ona təhvil verilməs i vəzifəsinin Cavabdeh1-nin üzərinə qoyulması, Cavabdeh1-dən 2018ci ilin iyun ayından göstərilən qeyri-yaşayış sahəsinin boşaldılaraq faktiki ona təhvil verilməsinədək hər ay üçün 700 manat məbləğində pul vəsaitinin, habelə 50 000 ABŞ dolları məbləğində təmir xərcinin xeyrinə tutulması, 2018-ci ilin iyun ayından qeyri-yaşayış sahəsinin ona tam təmirli vəziyyətdə və sənədləşmə işləri aparılmaqla təhvil verilməsinədək hər ay üçün 700 manatın, həmin məbləğə hesablanan bank uçot dərəcəsinin, həmçinin müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində keçirdiyi mənəvi sarsıntılara görə 10 000 manat məbləğində mənəvi zərərin Cavabdeh1-dən alınaraq ona ödənilməsi, mülkiyyətində olmuş 55 kv.m qeyri-yaşayış sahəsinin zirzəmisinə görə əlavə olaraq ona 55 kv.m qeyri-yaşayış sahəsinin verilməsi öhd əliyinin MMC-nin üzərinə qoyulması, 15.12.2011-ci il tarixdə MMC ilə bağlanmış müqavilənin 5 il müddətində icra edilməməsi nəticəsində vurulmuş zərərə görə MMC-dən əlavə olaraq ona 110 000 manatın alınaraq ödənilməsi və cavabdehin müqavilə öhdəliyini yerinə yetirməməsi nəticəsində məhkəməyə müraciət etməsi ilə əlaqədar olaraq vəkilə ödənilmiş 200 manatın və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır: Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən sahə onun mülkiyyətində olmuş, 15.12.2011-ci il tarixdə Cavabdeh1 ilə arasında 151210 saylı müqavilə bağlanmış, müqavilənin 1-ci bəndinə (müqavilənin predmetinə) görə MMC, Bakı şəhə ri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın sökülməsi və onun yerində tikilməsi nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binasının F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv. m olan qeyri-yaşayış sahəsini müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda ona təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən sahənin sənədlərinin əsli tərəfindən MMC-yə təhvil verilmiş, həmçinin tərəflər nəzərdə tutmuşlar ki, yeni binanın inşası və yeni binada sahənin təhvil verilməsinədək MMC tərəfindən ona hər ay 700 manat ödəniləcəkdir. Cavabdeh1 tərəfindən verilmiş arayışdan göründüyü kimi o, MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində inşa etdiyi binanın F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Həmçinin Cavabdeh1 tərəfindən 2018-ci ilin iyun ayınadək hər ay 700 manat ona ödənilmişdir. Cavabdeh1 ilə müqavilənin bağlanması zamanı razılaşmışlar ki, 55 kv.m qeyri-yaşayış sahəsinin zirzəmisinə görə ona əlavə olaraq başqa sahədən qeyri-yaşayış sahəsi veriləcəkdir. Lakin MMC Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində inşa etdiyi binanın F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan qeyriyaşayış sahəsinin ona təhvil verilməsindən boyun qaçırır. Bununla bağlı dəfələrlə cavab dehə və əlaqədar şəxslərə müraciət etsə də, nəticəsi olmamışdır. Eyni zamanda məlum olmuşdur ki, MMC ona verməli olduğu sahəni guya Cavabdeh2 14.11.2011-ci il tarixli müqavilə əsasında satmışdır, hansı ki, həmin müqavilə saxtadır və buna görə də etibarsız hesab edilməlidir. Belə ki, həmin ərazidə cəmi 24 mənzildən ibarət 3 bina sökülərək yerində yeni çoxmərtəbəli bina inşa edilmişdir. Şübhəli müqavilənin nömrəsi 0120 olduğu halda onların binalarında müqavilələrin nömrələri 151204, 151210 ola bilməzdi. Həmin nömrələr arasındakı fərq 18 000-dən çox edir ki, müqavilələr arasındakı 1 ay müddət fərqində bu qədər müqavilə bağlana bilməz. Müqavilədəki «1. Müqavilənin predmeti» bəndinin məzmunu saxtalığını sübut edir. Həmin bənddə göstərilir ki, «…F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində inş a edilən (inşa edilən!) yeni çoxmərtəbəli yaşayış binasının….». Onların 1 ay 1 gün sonra tərtib olunmuş müqavilələrində isə yazılır ki, «…F.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanı sökülməsi (sökülməsi) və onun yerində tikilməsi (tikilməsi) nəzərdə tutulan yeniçoxmərtəbəli binanın….». Onlarla danışıq aparılmış, mənzillərini satıb-satmayacaqlarını və ya hansı şərtlərlə verəcəklərini bilmədən 1 ay 1 gün əvvəl məhz onların mənzillərinin yerinin kiməsə verilməsi barədə müqavilə bağlanmasının saxtalığının sübuta ehtiyacı yoxdur. Hər bir rəsmi sənədin qısa məzmunu yazılmış qeydiyyat kitabı olur. Qarşı tərəf həmin qeydiyyat kitabını təqdim edə bilmir. Eni 12 metr, öndən 5,5 metr, arxadan 7,5 – cəmi 78 kv.m və o qədər də yarımzirzəmisi olan (cəmi 156 kv.m) sahəni əhatə edən, əs as çıxışı F.X.Xoyski prospektinə, əlavə çıxışı Həsənoğlu küçəsinə olan 1-ci korpusun 1-ci mərtəbəsinin 1-ci mənzilinə görə 55 kv.m verilməsi nəzərdə (?) tutulduğu halda, arxa həyətdən girişi olan 7ci korpusda binanın ortasında yerləşən 3 otaqlı mənzilə görə inşa olunacaq yeni binanın onların yerlərindəki hissəsindən - özü də 230 kv.m verilməsinə dair müqavilənin reallığı məntiqə ziddir, saxtadır. Müqavilədə «A» və «B» bloklarının kəsişməsində yerləşən sahəsi 230 kv.m olan qeyri-yaşayış sahəsinin verilməsi barədə öhdəlik də saxtadır. Çünki binanın «A» və «B» bloklarının ümumiyyətlə kəsişmədikləri, ayrı-ayrı hissələrdən ibarət olduqları aşkar olunmuşdur.
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim R.Quliyev) iddia qismən təmin edilərək İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55,0 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə və sənədləşmə işləri aparılmaqla iddiaçıya təhvil verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55,0 kv.m olan qeyri-yaşayış sahəsi təhvil verilənədək 2018-ci ilin iyun ayından başlayaraq hər ay 700 manat məbləğində pul vəsaitinin Cavabdeh1-dən alınaraq İddiaçı ödənilməsi, mənəvi zərərə görə 1000 manatın, 30 (otuz) manat dövlət rüsumunun və hü quqi yardıma görə ödənilmiş 200 (iki yüz) manatın Cavabdeh1-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissələrdə təmin edilməməsi qət olunmuşdur.
5. Məhkəmə iddia tələbini qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 157.8, 390.1, 390.5-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsi MK-nın 23 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Həsənov (sərlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-506/2019 saylı iş üzrə 27 sentyabr 2019-cu il tarixli qətnaməsi “İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55,0 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində sahiblik və istifadə hüququnun tanınması” və “həmin qeyri-yaşayış sahəsinin təmirli vəziyyətdə iddiaçıya təhvil verilməsi” hissələrində dəyişdirilmiş, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın künc hissəsində (tinində), F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55,0 kv.m olan qeyri-yaşayış sahəsinin üzərində sahiblik və istifadə hüququnun tanınması, həmin qeyri-yaşayış sahəsinin 15 dekabr 2011-ci il tarixli 15/1210 saylı müqavilənin 1 saylı əlavəsinə uyğun şəkildə iddiaçıya təhvil verilməsi vəzifəsi Cavabdeh1-nin üzərinə qoyulması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
7. Apelyasiya instansiyası məhkəməsi öz qətnaməsini Azərbaycan Re spublikası Mülki Məcəlləsinin 14.2.1, 385, 442, 448.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. İddiaçı kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Eyni zamanda şikayətdə iddia tələbində qeyd olunan işin faktiki hallar qeyd edilmişdir.
10. Cavabdeh1 kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və işə ye nidən baxılması üçün apellyasiya instaniyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti belə əsaslandırılmışdır: iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən sahənin mülkiyyətçisi olmuş, 15.12.2011-ci il tarixdə MMC ilə onun arasında bağlanmış 15/1210 saylı müqavilənin 1-ci bəndinə (müqavilənin predmetinə) görə MMC, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın sökülməsi və onun yerində tikilməsi nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binasının F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsini müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda ona təhvil verməyi öhdəsinə götürmüşdür. MMC iddiaçı ilə bağlanmış 15.12.2011-ci il tarixli müqavilə üzrə öhdəliklərinin icra edilməsindən boyun qaçırmır və həmin müqavilənin şərtlərinə uyğun olaraq İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın yerində inşa edilmiş binada 55 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsini təklif edir, lakin iddiaçı təklif olunan qeyri-yaşayış sahəsinin qəbul edilməsindən imtina edir. İddiaçı təklif olunan qeyri-yaşayış sahəsinin qəbul edilməsindən imtinanın əsası kimi təklif olunan qeyri-yaşayış sahəsinin Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın yerində inşa edilmiş yeni çoxmərtəbəli yaşayış binasının razılaşdırılmış hissəsində olmadığını bildirir və həmi n yaşayış binasının «A» və «B» bloklarının kəsişməsi hissəsində ona sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb edir. Halbuki, qeyd olunan yaşayış binasının «A» və «B» bloklarının kəsişməsi hissəsində yerləşən qeyriyaşayış sahəsi Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 14.11.2011-ci il tarixli 01/20 nömrəli müqavilə əsasında MMC tərəfindən Cavabdeh2 təhvil verilmiş və sahəsi 230 kv.m təşkil edir. Bununla yanaşı, iddiaçı tərəfindən tələb edilən qeyri-yaşayış sahəsi («A» və «B» bloklarının kəsişməsi hissəsində yerləşən 55 kv.m olan qeyri-yaşayış sahəsi) binanın layihəsində nəzərdə tutulmamış və tələb edilən qeyri-yaşayış sahəsinin iddiaçı ilə cavabdeh arasında bağlanmış yuxarıda qeyd olunan müqavilənin və həmin müqaviləyə 1 saylı əlavənin (texniki şərt) şərtlərinə uyğun təhvil verilməsi mümkün deyildir. Qeyd olunan bu hallar isə öz növbəsində MMC ilə iddiaçı arasında yaşayış binasının “A” və “B” bloklarının kəsişməsi hissəsində 55 kv.m olan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə razılaşmanın həqiqətdə olmadığını dəlalət edir. Göründüyü kimi, iddiaçı müqavilənin şərtlərinin dəyişdirməklə ona yaşayış binasının «A» və «B» bloklarının kəsişməsi hissəsində 55 kv.m olan qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etmiş və bu səbəbdən Cavabdeh2 ilə MMC arasında bağlanmış 14.11.2011-ci il tarixli 01/20 nömrəli müqavilənin etibarlığını mübahisələndirmişdir. 15.12.2011-ci il tarixli müqavilənin iddiaçı tərəfindən imzalanması, artıq özündə onun tərəfindən həmin müqavilələrinin şərtləri ilə tanış olmasını və bəyənməsini ehtiva edir. Hər bir halda, müqavilənin imzalanması iddiaçının iradəsində asılı olan bir hal olmuşdur ki, iddiaçı müqaviləni imzalamaqdan imtina edə bilərdi, lakin iddiaçı bunu etməmiş və müqaviləni imzalamışdır.
12. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddianın ona münasibətdə tamamilə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Ona qarşı yönəlmiş iddia tələblərinin tam rədd edilməsi qətnamənin nəticə hissəsində aydın göstərilmədiyi üçün məhkəmə tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qətnamədə ona təhvil verilmiş sahə ilə idiaçıya verilməli olan sahələrin üst-üstə düşmədiyi qeyd edilsə də, iddianın ona qarşı rədd edilməsi aydın göstərilməmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri
14. Cavabdehlərin kassasiya şikayətlərinə qarşı İddiaçı etiraz göndərərək, cavabdehlərin kassasiya şikayətinin əsassız olduğunu bildirməklə, özünün vermiş olduğu kassasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının vəkili Cavadov Əjdər Əmrah oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, cavabdehlərin kassasiya şikayətlərinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Cavabdehin MMC-nin vəkili Vəkil kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, iddiaçının kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Cavabdeh2 vəkili Şükürov Elxan Şükür oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunmasını, iddiaçının kassasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
18. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir.
19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
20. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət lər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
22. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
23. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
24. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa süb utlarla təsdiq oluna bilməz.
28. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiy ası məhkəməsinin mövqeyi
30. Məhkəmələr müəyyən etmişlər ki, ünvan 1 ünvanında yerləşən və yaşayış sahəsi 28 m2 olan 1 saylı mənzil iddiaçının mülkiyyətində olmuş, 15.12.2011-ci il tarixdə Cavabdeh1 ilə onun arasında 15/1210 saylı müqavilə bağlanmış, müqavilənin 1-ci bəndinə görə MMC, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın sökülməsi və onun yerində tikilməsi nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binasının F.X.Xoyski prospekti istiqamətində 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsini müqaviləyə əlavə edilən 1 saylı texniki şərtlərə uyğun tikilmiş halda ona təhvil verməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 həmin müqavilənin icrası qaydasında iddiaçıya F.X.Xoyski prospekti istiqamətində, binanın həyətinə baxa n hissədən 55 kv.m qeyri-yaşayış sahəsini verməyi təklif etmiş, iddiaçı isə ona verilməli olan sahənin F. X. Xoyski prospekti istiqamətində F. Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşdiyini irəli sürdüyündən tərəflər arasında hazırkı mübahisə yaranmışdır.
31. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, binanın “A” və “B” bloklarının kəsişməsində yerləşən sahəsi 230 m2 olan qeyri-yaşayış sahəsinin Cavabdeh2 təhvil verilməsinə dair MMC ilə adı çəkilən şəxs arasında 14.11.2011-ci il tarixdə 01/20 saylı müqavilə bağlanmışdır.
32. Tərəflər arasında bağlanmış müqavilədə MMC-nin, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və Həsənoğlu küçələrinin kəsişməsində yerləşən binanın yerində tikilməsi nəzərdə tutulan yeni çoxmərtəbəli yaşayış binasının F.X.Xoyski prospekti istiqamətin də 1-ci mərtəbəsində yerləşən sahəsi 55 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermək öhdəliyi nəzərdə tutulduğundan Apelyasiya Məhkəməsi həmin hissədə dəqiqləşdirmə aparmaqla iddia tələbini təmin etməkdə haqlı olmuşdur.
33. Apellyasiya baxışı zamanı təyin olunmuş ekspertizanın rəyi ilə, ünvan 1 ünvanında yerləşən və Cavabdeh1 tərəfindən sökülmüş yaşayış evlərinin 7 korpusdan ibarət olduğu, İddiaçı məxsus 1 saylı mənzilin isə F. Xoyski və Həsənoğlu küçələrinin kəsişməsindəki 1-ci korpusun künc hissəsində (tinində) yerləşdiyi müəyyən edilmişdir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 25 fev ral 2016-cı il tarixli 86 saylı Qərarının 1.3-cü bəndində müvafiq icra hakimiyyəti orqanlarına tapşırılmışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını təmin etsinlər.
35. Göründüyü kimi, Cavabdeh1-nin sözügedən ərazidə söküntü-tikinti işləri həyata keçirməsinin hüquqi əsasını təşkil edən Nazirlər Kabineti qərarında sökülən binalarda əmlakı olan sakinlərə məhz “sökülmüş tikilinin yerind ə” yeni əmlak verilməsi nəzərdə tutulmuşdur, bu isə o deməkdir ki, tərəflər arasında bağlanmış müqavilə müvafiq məzmunda təfsir olunmalıdır. Tərəflər arasında bağlanmış sözügedən müqavilə hazırda da qüvvədədir və tərəflər həmin müqavilənin etibarlılığını mübahisələndirməməklə məhz bu müqaviləyə istinadla tələblər, habelə arqumentlər (etirazlar) irəli sürmüşlər. Həmin razılaşmada (müqavilədə) tərəflər sahənin hansı qaydada təmir olunması (təmrini şərtləri ilə bağlı müqaviləyə əlavə imzalamışlar), nə qədər sahənin verilməsini (28 kv.m. sahəsi olan mənzilin əvəzi olaraq 55 kv.m qeyri-yaşayış sahəsi) dəqiq göstərmişlər. Ona görə iddiaçının həmin sahədə müqavilədə göstəriləndən əlavə təmir işlərinin aparılmasını tələb etməsi, təmir xərcləri və əlavə sahə tələbi (zirzəmiyə görə) əsaslı hesab olu na bilməz. Çünki tərəflər sərbəst iradə ifadəsi nümayiş etdirərək müqavilə bağlamış və onun əsas şərtləri barədə əvvəlcədən razılığa gəlmişlər.
36. Məhkəmə mübahisəsi başlayandan sonra şahid ifadələrinə istinad etməklə müqavilənin başqa şərtlərlə bağlandığını israr etmək (daha çox sahə verilməsi şərti ilə bağlanması, tam təmirli vəziyyətdə verilməsi və.s.), müqavilənin dəyişdirilməsi anlamına gəlir. Müqavilənin dəyişdirilməsi tərəflərin razılaşması ilə mümkündür və müqavilə ilə eyni formada bağlanır (MM-nin 421.1. və 423.1. madələri). Eyni zamanda nəzərə alınmalıdır ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-nin 81-ci maddəsi). Bu mövqedən çıxış edərək şahid ifadələri i lə müqavilə şərtlərini dəyişdirmək, müqaviləyə əlavə şərtlər daxil etmək qəbul edilən deyil.
37. Yuxarıda adı çəkilən Qərarın (25 fevral 2016-cı il tarixli 86 saylı) müddəalarına əsasən qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini müəyyən edilmişdir. Məhkəmələr həmin qərarın tələblərindən çıxış edərək müqavilədə nəzərdə tutulan qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilənədək hər ay 700 manat pulun onun xerinə tutulmasını qət etməkdə haqlı olmuşlar.
38. Cavabdeh2 ilə Cavabdeh1 arasında Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski və kəsişməsind ə inşa edilən yeni çoxmərtəbəli yaşayış binasının “A” və “B” bloklarının kəsişməsində yerləşən sahəsi 230 kv.m qeyri-yaşayış sahəsinə dair 14.11.2011-ci il tarixli 0120 nömrəli müqavilənin etibarsız hesab edilməsi” tələbi üzrə də məhkəmələr düzgün nəticəyə gəlmişlər. Apellyasiya baxışı zamanı təyin edilmiş ekspert rəyi ilə iddiaçıya verilməli olan sahənin və Cavabdeh2lə bağlanmış müqavilənin predmetini təşkil edən sahənin ayrı-ayrı sahələr olduğu müəyyən edilmişdir. Ona görə iddiaçıya verilməli olan 55 kv.m. sahə ilə bağlı iddianın təmin olunması (dəqiqləşdirilməklə) Cavabdeh2 mənafeyini pozmadığı üçün (ekspert rəyinə əsasən) cavabdehin də kassasiya şikayəti təmin oluna bilməz. Əslində Apelyasiya Məhkəməsi iddianı həmin hissədə təmin edərkən sahənin Cavabdeh2 təhvil verilmiş sahə ilə üst-ü stə düşməməsi əsası ilə təmin etmişdir. Ona görə əslində həmin qətnamə Cavabdeh2 mənafeyini pozmamışdır.
39. Apelyasiya Məhkəməsi iddiaçıya vurulmuş mənəvi ziyanla bağlı yekun nəticəyə gələrkən də maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Plenumun mövqeyinə görə mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, id diaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
40. Mənəvi ziyan məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və bu mənada iddiaçının tələb etdiyi mənəvi ziyan məbləği də ağlabatan deyildir. Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarında da, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, məhkəmələrin zərərçəkənin mənəvi sarsıntı və izt irablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borclu olduqları tövsiyyə edilmişdir.
41. Apelyasiya Məhkəməsi cavabdeh MMC-nin müqavilə öhdəliyinə lazımi qaydada əməl etməməsi nəticəsində iddiaçının uzun müddət məhkəmə çəkişməsinə məruz qaldığını nəzərə almaqla tutulan mənəvi zərərin məbləği (1000 manat) ilə razılaşmışdır. Məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı, daha çox məbləğdə mənəvi ziyan çəkməsini sübuta yetirə bilməmişdir.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-768/2020 nömrəli iş üzrə 23 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.