Məhkəmə qərarları › İş №2(102)-2451/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2451/2023

12.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2451/2023 12.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ilk, Cavabdeh2 İddiaçı2 qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, hüquq münasibətlərinin xarakteri, kassasiya instansiyası məhkəməsinin göstərişlərinə tam əməl edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X3 ibarət tərkibdə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pulun tutulması” tələbi barədə ilk, Cavabdeh2 İddiaçı2 qarşı “vurulmuş maddi və mənəvi zərərin ödən ilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli, 2(103)-758/2023 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 kassasiya şikayətinə 12 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Yasamal RPİ-nin İstintaq Şöbəsinin 25 yanvar 2020-ci il tarixli qərarına əsasən, İddiaçı1 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir.

2. İddiaçı1 Yasamal RPİ-nin İstintaq Şöbəsində vermiş olduğu izahatına əsasən, 2018-ci ilin yay aylarında tanıdığı, ailəvi dostluq münasibətləri olan Cavabdeh2 onların evində olarkən iş qurmaq üçün RF-na gedib Moskva şə hərində restoran fəaliyyəti ilə məşğul olacağını bildirmiş, ona 70000 manat pul verəcəyi halda ortaq olacaqlarını, yaxşı qazanc əldə edəcəklərini deyərək, onu və kürəkənini inandırmışdır. Onun təklifi ilə razılaşmışlar. 2018-ci ilin sentyabr ayında Ceyhun Moskva şəhərinə yola düşmüş, ilkin olaraq 2000 manat istəmiş, yeznəsi İddiaçı2 vasitəsilə həmin məbləği almışdır. Bundan sonra onlar dəfələrlə müxəlif banklar vasitəsilə pullar göndərmişlər. Ceyhunla razılaşdıqları üçün evini 57000 manata satmış, kürəkənin və onun dostlarının vasitəsi ilə hissə-hissə Ceyhuna pul göndərmişlər. Lakin Ceyhun qazanc verəcəyi barədə vədinə əməl etmədiyindən Emili Moskva şəhərinə göndərmişdir. Emil qayıdıb Ceyhunun danışıqlarının yalan olduğunu, onlara WhatsAppla göstərdiyi restoranın şəkillərinin isə qeyri-rəs mi münasibətdə olduğu Dinara Sadıqovaya məxsus olduğunu bildirmişdir. O, aldandığını başa düşmüşdür. Ceyhunla əlaqə saxlamaq istəsə də, buna nail ola bilməmişdir, 2019-cu ilin yanvar ayında Ceyhunla danışmışdır. Dinaranın həmin restoranı işlədə bilmədiyindən icarəyə götürəcəyini deyib 6000 manat pul lazım olduğunu bildirmiş, borc edərək 6000 manat pulu Ceyhuna göndərmişdir. Bu dəfə də Ceyhun tərəfindən aldadıldığını başa düşmüşdür.

3. Cavabdeh2 Yasamal RPİ-nin İstintaq Şöbəsində vermiş olduğu izahatına əsasən, o, 2017-ci il və 2018-ci ilin ortalarına qədər olan müddət ərzində Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində plastmas çeşidləmə sexi işlədərkən həmin ərəfədə İddiaçı2 adlı şəxslə tanış olmuşdur. Həmin şəxs ona öz deməsinə görə Bakı şəhəri Yasamal RPİ-də polis nəfəri vəzifəsində işləyirmiş. Həmin ərəfədə Emil onunla səmimi dostluq münasibətləri yaratmış və onlar birlikdə iş görmək barədə razılaşmışlar. Razılıqlarına əsasən o və Emil qərara gəlmişlər ki, Rusiya Federasiyasının Moskva şəhərində kafe açaraq işlədib pul qazansınlar. Belə ki, o, əvvəllər Moskva şəhərində işlədiyi üçün bu işə razılıq vermişdir. Lakin Emillə onun razılığına əsasən qərara gəlmişlər ki, Bakı şəhərində yerləşən onun işlətdiyi sexi də Emil işlədəcəkdir. Həmçinin o və Emil Bakı şəhərində fəaliyyət göstərən sex üçün şərikli bir ədəd yük daşımaq üçün “FORD” avtomobili almışlar. Həmin ford avtomobilini 20000 manata almışlar və həmin pulun 7000 manatı ona, 13000 manatı isə Emilə məxsus olmuşdur. Həmin avtomobili onlar birlikdə sexdə şərik işlədirmişlər. Həmin avtomobilə görə o, vaxtaşırı 100-300 manat arası Emilə pul vermişdir. O, Moskva şəhərində birgə kafe açmaq üçün 2018-ci ilin avqust ayında Emillə birlikdə Rusiya Federasiyasına yola düşmüşlər. Həmin vaxt onlar birlikdə Moskva şəhəri Lyubersk rayonunda kafe icarəyə götürmüşlər. Emil 5 gün sonra geri Bakı şəhərinə qayıtmış, o isə Moskva şəhərində qalmışdır. Bundan sonra Emil ona bank vasitəsi ilə hissə-hissə olmaqla özünün və digər şəxslərin adından pul göndərməyə başlamışdır. O isə həmin pulların müqabilində kafeyə müxtəlif avadanlıqlar alıb, reklam işləri və icarə haqqını ödəmişdir. Təxminən 1 aydan artıq bir müddətdə kafe işləsə də, hər-hansı bir gəlir gətirmədiyinə görə o, məcbur olub həmin kafeni Emilə məlumat verməklə bağlamışdır və sonra Naqenski rayonundan digər bir kafe icarəyə götürmüşdür. Emil isə 2019-cu ilin yanva r ayında Moskva şəhərinə gələrək kafe ilə tanış olmuşdur. Emil kafeyə xərclənən pullarla tanış olmuşdur. Emil ona Moskva şəhərinə təxminən 65000 manat civarında pulu bank vasitəsi ilə göndərmişdir. Belə ki, həmin pulun təxminən 25000 manat hissəsi ona məxsus olmuşdur. Emil ilə birgə aldıqları “FORD” avtomobilini də Emil satıb pulunu ona göndərmişdir. Həmçinin, Emil sexdə olan bəzi avadanlıqları satıb ona pulunu göndərmişdir, icarəyə götürdükləri digər kafedə də gəlir əldə edilmədiyindən və kafe zərərlə işlədiyindən, icarə haqqın çox olduğundan və kafe ilə bağlı sair xərclər artdığından o, Emilin onun üçün göndərdiyi pulları özünün pulu ilə birlikdə xərcləyib qurtarmışdır. O, bu barədə 2019-cu ilin may ayında Emilə məlumat verərək kafeni bağlayıb təhvil vermişdir. Həmçinin ona məlum olmuş dur ki, Emil ona məxsus olan Bakı şəhərində yerləşən sexi də işlədə bilmədiyi üçün həmin sexdə bağlanmışdır. Emilin onun üçün göndərdiyi bütün pulları Emilin məlumatı olmaqla kafeyə və bununla əlaqədar sair işlərə xərcləmişdir.

4. Cavabdeh2 Xətai RPİ-nin İstintaq Şöbəsində vermiş olduğu izahatına əsasən, o, 2017-ci ilin iyun ayından X18 ilə tanış olmuşdur. Belə ki, Balaxanı qəsəbəsində icarəyə götürdüyü plastmas emalı sexinin qonşuluğunda fəaliyyət göstərən sexdə işləyən Azər adlı şəxsin yanına gəlirmiş və onun vasitəsi ilə tanış olmuşdur. Belə olmuşdur ki, Emil Əmrahovla onun yaxın münasibətləri yaranmışdır. Belə ki, 2017-ci ilin oktyabr ayında Emil ona müraciət edərək 8000 manat pul borc istəmiş, o da etiraz etmədən tarixi dəqiq yadında olmamaqla həmin zaman 8000 manat pul vermişdir. Bun dan sonra pul lazım olduğu üçün özünə məxsus “Niva” markalı avtomobili satmaq istəyirmiş. Elə olmuşdur ki, həmin avtomobili Emil satası olmuşdur və “Niva” markalı avtomobilin 10700 manata satmış, sadəcə ona 6700 manat pul verib 4000 manat pulu özündə saxlayaraq ehtiyacı olduğunu bildirmişdir. O da etiraz etməyərək razılaşmışdır. Bununla da Emilin ona 12000 manat pul borcu olmuşdur. Emillə münasibətləri yaxşı imiş və onlar hətta ailəvi olaraq biribirilərinin mənzilinə qonaq gedib-gəlirmişlər. 2018-ci ilin sentyabr ayında Emil ona müraciət edərək pul qazanmaq üçün birlikdə iş qurmağı təklif etmişdir. O, Emillə birlikdə fikirləşmişdir ki, manqalda dönər bişirib satmaq üçün kafe açsınlar. Emil Əmrahov həmin kafeni Rusiya Federasiyasında açaraq fəaliyyət göstərməyi təklif etmişdir. O da əvvəllə r Rusiya Federasiyasında müxtəlif sahədə fəaliyyət göstərmişdir və orada əlaqələri var imiş. O, Emil ilə söhbətlər zamanı Emilə biznesin riskli olduğunu qazanc qazanmaqdan əlavə iflasa uğramaq ola biləcəyini söyləmişdir. Emil isə həmin biznesə inandığını bildirib bu işlə məşğul olacaqları tədqirdə gəlir əldə edə biləcəklərini söyləmişdir. Onlar razılıq əldə edərək Rusiya Federasiyasına getmək qərarına gəlmişlər. Bundan sonra o, Moskva şəhərində tanışı Dinara adlı qadınla əlaqə saxlayaraq Moskva şəhərində kafe tipli biznes açmaq istədiklərini bildirmişdir. Dinara ona həmin işin necə görüləcəyindən məlumatının olmadığını söyləyib, lakin sənədləşmə işində köməklik edəcəyini bildirmişdir. Bundan sonra Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Mahirlə əlaqə saxlayıb Emillə ona bilet almağ ını xahiş etmişdir. Mahir ümumilikdə 650 manat pul xərc çəkib onlara bilet almış və onlar birlikdə Rusiya Federasiyasına getmişlər. Lakin şəxsi münasibətlərinə görə Mahir ondan həmin 650 manat pulu istəməmişdir. 5 gün ərzində Rusiya Federasiyasının Moskva şəhərinin Lyubersk şəhərində qalaraq orada “Manqal Dönər” kafesi açmaq üçün münasib obyekt axtarmışlar. Lakin Emil Bakı şəhərində dövlət işində işlədiyi üçün Bakı şəhərinə qayıtmalı olmuşdur. O isə Moskva şəhərində qalıb biznesi qurmalı imiş. Bakı şəhərində onun aylıq 2000-3000 manat gəlir gətirən plastmas sexi var imiş və həmin sexin fəaliyyətini də Emilə həvalə etmişdir. Belə ki, Emil həmin sexə mal alıb emal etdikdən sonra satışdan əldə etdiyi gəlirin bir qismini onun ailəsinə verməli imiş. Həmin sexdə fəaliyyət göstərmək üçün “Ford” m arkalı avtomobil alınmalı olduğundan 13000 manat Emilin maliyyəsi və 7000 manat onun maliyyəsi ilə “Ford” markalı avtomobil almışlar. Avtomobili alan zaman rəsmiləşdirmə Emilin adına aparılmışdır. O, Rusiya Federasiyasının Moskva şəhərinin Lyubersk rayonunda icarəyə götürmək üçün münasib obyekt tapmış və bu barədə Emilə məlumat vermişdir. Emillə obyekti icrəyə götürmək barədə razılıq aldıqdan sonra həmin obyekti tanışı Dinaranın adına icrə müqaviləsi əsasında götürərək fəaliyyətə başlamışdır. İcarəyə obyekti götürən zaman heç bir əşya olmadığından onlar Emillə razılaşmışlar ki, obyektə əşya alıb, təmir etdirsinlər. Həmin obyektin təmirinə və əşyaların alınmasına xərclər getməyə başlamışdır. Emil Bakı şəhərindən 1000 ABŞ dolları məbləği olmaqla müxtəlif vaxtlarda ümumilikdə manat məzənnəs i ilə 73200 manat məbləğində pullar göndərmişdir. Moskva şəhərinin Lyubersk rayonunda kafe 2 ay fəaliyyət göstərərək gəlir əldə edə gətirmədiyi üçün Emillə razılaşıb kafeni bağlamaq qərarına gəlmişlər. Bundan sonra Emillə razılaşdırılmış qaydada Moskva şəhərinin Naqinski rayonunda başqa bir kafe açmaq qərarına gəlmiş və həmin kafenin də fəaliyyətinə pullar xərcləmişlər. Emil dəfələrlə Moskva şəhərinə gələrək həmin kafelərin fəaliyyət göstərdiyinin şahidi olmuşdur. Emil bir ay müddətində orada qalaraq kafeni özü də işlətmişdir. Lakin hər iki biznes uğursuzluğa düçar olmuşdur. Emilin ona Moskva şəhərinə göndərdiyi 73200 manat pulun təxminən 45000 manat məbləği Emilə məxsus olmuş, digər 28000 manat məbləğində pulu isə ona məxsus olmuşdur ki, Emil sadəcə həmin məbləğləri bank vasitəsi ilə ona göndərmişdir. Bundan başqa, göstərilən bizneslərə o, əlavə olaraq qardaşından 18480 manat və əmisi oğlundan 15800 manat borc alaraq yatırmışdır. Həmçinin kafenin havalandırma sisteminə 17000 manat pul xərc çəkmiş və həmin xərcdə Emilin heç bir rolu olmamışdır. Bakı şəhərindən işləmək üçün Rusiya Federasiyasına gələn Elmar adlı şəxsə əmək haqqı qismində verilməli olan 4800 manat pul borc olaraq onun üzərində qalmışdır. Bundan əlavə Moskva şəhərində fəaliyyət göstərən kafedə xarici vətəndaşı qanunsuz işlətdiyinə görə Rusiya Federasiyasının Miqrasiya xidməti ******* rubul məbləğində 34480 manat məzənnə ilə cərimə yazılmışdır. Həmin cəriməni də hazırda o ödəməlidir. Emil Əmrahovla aralarında yaranmış biznes münasibətlərində o da ziyan etmişdir. İddiaçı1 onun barəsində yazdıqları hamısı yalandı r, o, Gülşən xanımla yox, onun yeznəsi Emil Əmrahovla biznes qurmaq qərarına gəlmişdir. Emilin də biznesə qoyduğu məbləği Gülşən xanımdan aldığını sonradan bilmişdir. Gülşən xanımla aralarında hər hansı bir biznesin qurulmağında razılaşmaları olmamışdır. İddiaçı1 ona Emilin vasitəsi ilə hansısa məbləğdə ona verməsi yadında deyil, barəsində yazılanlar yalandır. Emil Əmrahov 1000 dollar olmaqla müxtəlif vaxtlarda onun və orada onlarla birlikdə işləyən Dinara adlı qadının adına göndərirmiş. Lakin həmin məbləğləri o, götürərək biznesə yatırırmış. Kafe yeni olduğu üçün cuzi miqdarda, 2000 rubl miqdarında, yəni 50 manat, maksimum isə 20000 rubl yəni, 520 manat məbləğdə xeyr gətirmişdir ki, bu da kafenin məsrəflərinə güclə yetmişdir.

5. İddiaçılar məhkəməyə Cavabdeh2 hesabına edilmiş ödənişlərlə bağlı qəbzlər təqdim etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 73.200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul məbləğinin alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2018-ci ilin sentiyabr ayından başlayaraq müxtəlif vaxtlarda iddiaçılar İddiaçı2 Muxrat oğlundan və İddiaçı1 sahibkarlıq fəaliyyətini həyata keçirmək adı ilə 73.200 manat məbləğində pul vəsaiti almışlar. İlk vaxtlar cavabdehlər işlərin yaxşı olduğunu, tezliklə hər şeyin düzələcəyi vədi ilə danışsalar da, son radan məlum olmuşdur ki, cavabdehlər faktiki olaraq həmin pulu mənimsəmişdir. Bundan sonra iddiaçılar tərəfindən cavabdehlərdən verilmiş pul məbləğləri tələb edilməyə başlanmış və həmin vaxt cavabdehlər müxtəlif bəhanələr gətirməklə alınmış məbləği qaytarmaqdan imtina etmişlər. Belə olan halda iddiaçılardan İddiaçı1 cavabdehlər tərəfindən aldadıldığı üçün Bakı şəhər Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Yasamal rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi 25 yanvar 2020-ci il tarixli qərarında cavabdehlərdən Cavabdeh2 73.200 manat pul vəsaitini müxtəlif vaxtlarda iddiaçılardan aldığını etiraf etmişdir. Lakin Yasamal rayon Polis İdarəsinin 25 yanvar 2020-ci il tarixli qərarı ilə tərəflər arasında mübahisənin mülki xarakterli olması qeyd edilərək, cinayət işinin başlanmasını n rədd edilməsi haqqında qərar qəbul edilmişdir.

8. İddiaçılar tələblərinin hüquqi əsası kimi Mülki Məcəllənin 21 və 385.1-ci maddələrinə istinad etmişlər.

9. Cavabdeh2 da qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı2 onun xeyrinə 80.000 (səksən min) manat məbləğində maddi və 20.000 (iyirmi min) manat məbləğində mənəvi zərər olmaqla, cəmi 100000 (bir yüz min) manat məbləğində pulun tutulması, ilkin iddia üzrə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh2 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı2 və İddiaçı1 yazdıqları tamamilə yalandır, nə o, nə də ki, qardaşı İddiaçı1, ümumiyyətlə, tanımırlar, onunla heç bir təmasları olmamışdır. Lakin digər İddiaçı2 tanıyır. Belə ki, İddiaçı2 özü 2018-ci ildə onunla tanış ol andan sonra ona Rusiyada biznes fəaliyyəti ilə məşğul olmaları üçün təklif vermiş, təkid etmişdir ki, şərikli olaraq gedib Rusiya Federasiyasının hansısa bir yerində kafe-restoran fəaliyyəti ilə məşğul olub pul qazansınlar. İlk öncə o, buna razılıq verməmiş, lakin Emilin təkidlərindən sonra onunla birlikdə Rusiyaya getmiş, orada 1 həftə birlikdə qalmış, restoran üçün yer axtarmış, sonra o, Bakıya qayıtmışdır. Bakıya qayıtdıqdan sonra İddiaçı2 onun Bakı şəhərində olan bəzi avtomobilini və müəyyən əşyalarını satıb həmin pulların bir hissəsini ona göndərmiş, o da həmin pullarla və özü ilə apardığı əlavə pullarla müəyyən işlər həyata keçirməyə başlamışdır. Ümumilikdə isə həmin şərikli biznesə şəxsən o, özü 80.000 (səksən min) manat məbləğində pul xərcləmişdir. Rusiya Federasiyasının Naqinski ş əhərində şərikli restoranı açdıqdan sonra Emil ikinci dəfə ora gəlmiş, 15 gün müddətində orada qalmış, işlərə nəzarət etmişdir. Həmin vaxt isə o özü Bakı şəhərində olmuşdur. Sonra Emil Bakıya gəlmiş, bir gün sonra o özü Rusiyaya qayıtmışdır. Elə həmin vaxtlar o, Emilə işlərin yaxşı olmadığını bildirmiş, restoranı bağlamağı təklif etmişdir. Lakin Emil razı olmamışdır ki, bağlamayaq yaxşı olacaqdır. Buna baxmayaraq, bir müddət də işləmişlər. Restoranın fəaliyyəti özü-öz xərclərini ödəməmişdir. Bu səbəbdən iflas etmiş, heç bir qazanc əldə edə bilməmişlər. Belə olan halda onun Emilə və qohumu İddiaçı1 necə borcu yarana bilərmiş? - sual özü cavabın bəlli edir. Bu prizmayla yanaşırılsa, onda onun da çəkdiyi xərcləri, yəni 80.000 (səksən min) manat məbləğində pul vəsaiti də X6 tutularaq ona ödəni lməlidir. Biznes ortaqlığına başlamaqları üçün pulun əsas hissəsini o ödəmiş, Emil isə cuzi məbləğ xərcləmişdir. İddiaçı2 özü polis əməkdaşıdır, polis əməkdaşı olan şəxs birinci növbədə sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz, amma bunu etmişdir. Digər tərəfdən isə qanunun yol vermədiyi halda onun barəsində etdiyi şikayəti öz işlədiyi rayonun polis idarəsinə edib ona təzyiqlər etmək istəmişdir. Beləliklə də, İddiaçı2 özü saxta biznesə onu istiqamətləndirdiyi üçün ona 80.000 (səksən min) manat məbləğində ziyan vurmuşdur. Həmçinin, onun barəsində əsassız etdiyi şikayətlər nəticəsində də ona 20.000 (iyirmi min) manat məbləğində mənəvi ziyan vurulmuşdur.

11. Qarşılıqlı iddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 1096.1, 1096.2, 1097.1 və 1115-ci maddələrinə istinad et mişdir.

12. Birinci instansiya məhkəməsində İddiaçı2 ilkin iddia tələbini müdafiə edib, əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 ondan və onun qayınanası İddiaçı1 2018-ci il tarixdə təxminən 73.000 manat pul borca istəmişdir. O da Cavabdeh2 borca pul vermişdir. O, Cavabdeh2la Azər adlı şəxsin zavoduna gedib-gəldiyi zaman tanış olmuşdur. Onun Ceyhunla heç bir iş birliyi, şərikliyi olmamışdır. Bundan başqa, onun iş saatı elədir ki, əlavə iş görməyə vaxtı yoxdur. Onun “Kia” markalı maşınını idarə etmişdir. Həmin maşını olmuş, lakin Ceyhunun öz adına olmamışdır. Yoldaşlıq etmişlər, onun evinə gəlibgetmişdir. Ceyhunun maşını olmamışdır. Zavodda işçilərdən Elmarı tanımışdır. Zavod iki istiqamət üzrə fəaliyyət göstərmişdir. Bir hissəsini Ceyhun, digərini isə Azər istifadə etmişdir. Moskvada Azərlə və Ceyhunla olmuşdur. Moskvada 5 gün Ceyhunla olmuşdur. Məzuniyyətə çıxdığına görə gəzmək üçün getmişdir. Beş günə biznes qurulmur. Pulu Gülşən xanımdan alaraq Ceyhuna borc vermişdir. Rza ilə bağlı heç bir iddiası yoxdur. Lakin Ceyhun hər şeyi qardaşı Rzanın üzərinə atdığı üçün onu cavabdeh kimi qoymuşdur. O, özü 40.000 manat pulu Ceyhuna vermiş, 3.000 manat Səbuhi, Teymur Eyvazov, qalanını isə Gülşən xanım əlbəəl 7.000 manat vermişdir. O, axırda 7.000 manat vermişdir. Ceyhun demişdir ki, orada vəziyyət pisdir, pulu verin sonra onlara qaytaracaqdır və üzərində də hörmət edəcəkdir. Lakin Ceyhun pulu geri qaytarmamışdır. O, borcu geri qaytarılmadığı, Ceyhunla yoldaşlıq etdiyinə görə borc verməyə davam etmişdir. Pul çeklərindən göründüyü kimi Dinaranın və Ceyhunun adına göndərilmişdir. Din ara xanımı Moskvada olduğu zaman gəzməyə getdikdə görmüşdür. Ceyhun demişdir ki, o xanımla münasibəti var. İş materiallarına əlavə edilmiş çeklər arasında ola bilər ki, səhv əlavə etdiyi çek var. Lakin o demək deyil ki, digər çeklərin də bu işə aidiyyəti yoxdur. Çeklərdə Rzanın adının olması onu təsdiq edir ki, Ceyhun deyirmiş ki, hər şey Rzalıqdı. O da onun adına pulları göndərirmiş. Ceyhunun dediklərinə əsaslanaraq deyə bilər ki, Rza da cavabdehdir. Ceyhun özü deyir ki, qardaşı cavabdehdir. Öz dilindən deyilmiş bir ifadədir. Rzadan icazə almamış, bir addım atmır. Azərlə Ceyhunun ondan pul istəməsini müzakirə etmişdir. Azər demişdir ki, Ceyhun ondan da pul götürmüş, amma sonra geri qaytarmışdır. Pulu narahat olmadan verə biləcəyini demişdir. Sex Rzanın olmuşdur. Elmar deyirdi ki, sex Rzan ındır, Ceyhun işlədir. Sexdə həm Ceyhun, həm də Rza olurmuş. Rzayla aralarında pul söhbəti olmamışdır. Ceyhun demişdir ki, pulu versin, hamısını 4 aydan sonra geri qaytaracaqdır. Səs yazılarında da var ki, Ceyhun qeyd edir ki, Rza pulu versin ona qaytaracaqdır. O, zavoddan Ceyhunun əşyalarından heç bir şeyi satmamışdır. Verdiyi hər bir yalan ifadəyə görə də məsuliyyət daşıyır. Ceyhun Moskvaya getdikdə, hər şeyi ona tapşırıb getmişdir. Moskvaya getdikdən 1 həftə, 10 gün sonra Ceyhuna zəng edib bildirmişdir ki, onun öz işi-gücü var, həmçinin işdən anlamır. Eyni zamanda Rza da onda Bakıda imiş. Qardaşı ola-ola niyə o işləməlidir. İşçilərin pulunu vermək lazım olduğu zaman Azər Rzaya zəng etmiş, o isə həll edəcəkləri demişdir, lakin sonra zəng etdikdə Ceyhunluq olduğunu demişdir. İş saatından sonra işə getmədiyi zaman sexə gedirmiş. Ceyhun pul istəmiş, onlar isə hissə-hissə göndərmişlər ki, Ceyhun işini görə bilsin. O, Ceyhunla birlikdə 5 gün dincəlmək üçün Moskvaya 2018-ci ilin sentyabr ayında getmişdir. Azərlə isə yanvar ayında 20-25 günlük getmişdir. Ceyhun iş qurmaq istəmiş, o da pul vermişdir ki, gedib işini qursun. Gülşən xanımın evini satıb borc pul kimi Ceyhuna pul verməsi haqqında bir şey deyə bilmir. Hər kəs özü üçün cavabdehdir. Özü məhkəmə iclas zalına gəlib məlumat verər. Bu pulların haradan əldə etdiyinin bu işə aidiyyəti yoxdur. İkinci dəfə Rusiyaya getdiyi zaman Ceyhunla görüşməmişdir. O, Elmarı Rusiyada yox, Bakıda görmüşdür. Elmar Ceyhunun işçisidi, ona görə də onun tərəfindən danışacaqdır. Əvvəllər o yox, Azər Ceyhuna pul vermişdir. O, pul verə bilmək üçün ma şınını satmışdır. Səbuhidən 3000 manat, Eyvazov Teymurdan 4.000 manat, digər şəxsdən 3.000 manat borc pul almışdır. Eyni zamanda lombarda qızılını qoyub pul götürüb vermişdir. Borc kimi aldığı pulları da Ceyhuna vermişdir ki, işini görə bilsin. Maşınını təxminən 14.000 manata satmışdır.

13. Birinci instansiya məhkəməsində iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 əlavə olaraq bildirmişdir ki, şahid Coşqundan soruşulduğu zaman ki, ona Rusiyaya getməyi kim təklif etmişdir. Cavabı Emil olmuşdur. Digər bir tərəfdən hakim tərəfindən eyni mahiyyətli sual verildiyi zaman Ceyhunun təklif etdiyini, Emili isə həmin vaxt tanımadığını qeyd etmişdir. İfadələrində ziddiyyət var. Digər bir tərəfdən isə şahid Coşqunun əvvəllər Rza ilə işlədiyi nəzərə alınarsa, xidməti aslılığına görə, eyni zamanda Elmar d a cavabdehin xeyrinə izahat vermişdir. Qarşı tərəf qeyd edir ki, Ceyhun sexi Emilə tapşırıb getmişdir, lakin nəzarət etmək başqadır, ortaq olmaq başqadır. Ceyhun Polisdə verdiyi izahatlarında İddiaçı1 6.000 manat pulu Neftçilər xəstəxanasının yanında aldığını qeyd etmişdir. Emilin tanışı olan Səbuhi adlı şəxs qeyd etmişdir ki, 2.000 manat pulu Ceyhuna göndərmişdir. Qarşı tərəf polisə verdiyi izahatda qeyd edir ki, İddiaçı1 pulu Rusiyada Emillə birlikdə iş qurmaq üçün almışdır. Əgər bu ortaqlıq imişsə, bunun nizamnaməsi, ortaqların payları müəyyən edilməliymiş. Cavabdeh Polisdə ona məxsus olan pulun məbləğini 20.000 manat olduğunu qeyd edir. Məhkəmədə verdiyi ifadə də isə 80.000 manat qeyd edir. Rza özü Ceyhunun işlərinə nəzarət etmişdir. Rza da Ceyhun qədər məsuliyyət daşıyır. Eyni zaman da Cavabdeh2 əməlində şəxsin aldadılaraq pulunu mənimsədiyinə görə barəsində xüsusi qərar çıxarılmalıdır.

14. Birinci instansiya məhkəməsində cavabdehlərin nümayəndəsi və vəkili Vəkil2 bildirmişdir ki, İddiaçı1 ilə Cavabdeh2 arasında heç bir borc münasibətləri olmamış, Emil özü Ceyhunun sexinə gəlib-gedərək münasibət yaratmış, qazanc əldə etmək üçün Ceyhuna təklif etmişdir ki, birlikdə iş qurmaq üçün Rusiyaya getsinlər. Göründüyü kimi, Emil Ceyhunla birlikdə eyni vaxtda Rusiyaya getmişdir. Bundan başqa, İddiaçı1 öz izahatında qeyd etmişdir ki, kürəkəni Emil Ceyhunla iş qurmaq üçün Rusiyaya getmişdir. Emilin mənzilin satılıb Ceyhuna borc pul verildiyini təsdiq edən heç bir sənədlər yoxdur. Emil məhkəmədə qeyd edir ki, o, onlara “krişalıq edirdi”. Emil Rusiyadakı olan restoranda olmuş, hətta şəkilləri də var. Göndərilən pulların çox hissəsi Cavabdeh2 məxsus olmuşdur. Həmçinin, İddiaçı2 əməlində cinayət tərkibinin əlaməti olduğu üçün barəsində xüsusi qərar çıxarılmalıdır. Belə ki, İddiaçı2 polis olduğundan onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdur.

15. Birinci instansiya məhkəməsində Cavabdeh2 əlavə olaraq bildirmişdir ki, o, Rusiyaya getdiyi zaman işçiləri yığıb, o, yoxdursa yerində Emil olduğunu demişdir. 5-6 gündən sonra Emil ölkəyə qayıtmışdır. O, isə Rusiyada qalmışdır. O, orada qalaraq restoranı tapmışdır. Emil burda işçilərin pulunu verməmişdir. 3000 manata qədər işçilərin pulu qalmışdır. Restoranı axtarıb tapıb şəkilləri Emilə atmışdır. Emildə baxıb bəyəndikdən sonra restoranı götürmüşlər. Buna dair sübutları məhkəməyə təqdim edə bilmir. Yasamal Rayon Polis İdarəsində olan izahatında da demişdir ki, restoranı Emillə birlikdə şərikli açmışlar. Emillə tanış olduğu gündən ona həmişə köməklik göstərmişdir. Öz imkanı hər zaman olmuşdur. Kimdənsə borc pul almağa ehtiyacı yoxdur. Əgər borc alacaqmışsa da, öz qohum-qardaşından alarmış. Rusiyaya Emillə getdiyi zaman onun üzərində 13.000 ABŞ dolları məbləğində pul varmış. Şahidləri də ifadə vermələri üçün məhkəməyə çağırarkən onlara demişdir ki, məhkəmədə düzünü desinlər.

16. Birinci instansiya məhkəməsində Cavabdeh1 ilkin iddia tələbini qəbul etməyərək izahat verərək bildirmişdir ki, bu işlə onun heç bir əlaqəsi yoxdur. Emillə heç bir alış-verişi olmamışdır. O, bu rayonda qeydiyyatda olduğu üçün iddiaçılar onu cavabdeh kimi qoyaraq iddia qaldırmışdır. Bundan başqa, Emilə bir dəfə zəng vurmuş, la kin o, telefonu açmamışdır. İkinci dəfə isə iddia qaldırdığı zaman zəng vuraraq soruşmuşdur ki, onunla heç bir alış-verişi olmamışdır, nə üçün ona qarşı iddia qaldırmışdır. Emil də demişdir ki, Ceyhun demişdir. Həmişə qardaşının böyüyü olaraq ona yol göstərmişdir. Bundan başqa, dönər ustası Türkiyədən gəldiyi zaman vizasında problem olduğu üçün gələ bilməmişdir. Emil də burda Kənan adlı dönər ustası tapıb Rusiyaya göndərmişdir. Qardaşı həmin Kənanı tanımırmış. Zavodun ona aidiyyəti yoxdur. O, özü xaricdə fəaliyyət göstərir və alverlə məşğul olur. Belə xəbəri varmış ki, Ceyhuna pul çatmadığına görə Emil sexdə olan əşyaları, qardaşının maşınını satmış, pulu da Ceyhuna göndərmişdir. O, zavodda olmuşdur, drabilka, plastması yumaq üçün aparat, aqromel və s. kimi əşyalar var imiş. Drabilkanın qi yməti 7.000 manat olarmış. Ceyhun çox şeyi ondan soruşur, o da məsləhət verirmiş. Qardaşının yükdaşımaq üçün olan “İsuzu” markalı maşını var idi, nömrəsi yadında deyil. Yük maşını Emilin adına imiş. O, maşın alınanda onların yanında deyilmiş. Maşın alınanda bir yerdə yoldaşlıq etdiklərinə görə maşını Emilin adına almışdır. Emil maşını satmış, pulunu da Rusiyaya göndərmişdir. “Niva” markalı maşını Ceyhun öz adına almışdır. Onun adına iki maşın varmış. Dinara Rusiya vətəndaşı olduğu üçün bütün sənədlər onun adına həyata keçirilirmiş. O, Rusiyaya getdiyində restoranda Kənan adlı şəxs, tacik işçilər və qardaşı işləyirmiş. Nə vaxt getdiyi isə yadında deyil. Həmin restoranda iki gün olmuşdur. Birinci restoranda olmuşdur. Qardaşı orda 1 ilə qədər qalmış, bir dəfə Bakıya gəlmişdir. Birinci restora nı nə qədər işlətməsi yadında deyil. Qardaşının sexindəki malları o satmış, malın pulunu vermişdir.

17. Birinci instansiya məhkəməsində Şahid3 o, Ceyhun və Emillə 2018-ci ilin dekabr ayından 2019-cu ilin may ayına kimi işləmişdir. Emil onu Moksvaya yola salanda demişdir ki, sənədlərini qaydaya salıb o da gələcəkdir. Moskvaya əvvəl Ceyhun, sonra da Emil getmişdir. Lakin işlər yaxşı getmədiyi üçün Emil Bakıya qayıtmışdır. Təkcə Ceyhunun yox, Emilin də ona borcu var imiş. O ödəməmiş, borc da Ceyhunun üstündə qalmışdır. O, Moskvaya gedəndə Emil demişdir ki, get, sənin pulun veriləcək. Lakin pulu verilməmişdir. O, Bakıya qayıtdıqan sonra Ceyhun onun pulunu geri qaytarmışdır. Emil Moskvaya gəlmişdir ki, baxsın görsün iş gedir, ya yox. X21 biznes qurmaq istəmişlər. Moskvada iki restoran vari im iş, biri Lüberskdə, digəri də Naqinskidə yerləşmişdir. Ceyhunun sexindəki avadanlıqlar satılaraq onun pulu kafenin açılmasına xərclənmişdir. Sexin avadanlıqlarını Emil satmışdır. Ceyhun demişdir ki, iş getmir, restoranı bağlayaq. Emil demişdir ki, yox davam etdirək. Batacaqsa, ikisinində pulu batacaq. O, Gülşən xanımı tanımır. Onun bu işə aidiyyəti yoxdur. Sexdə nə qədər işlədiklərini dəqiq bilmir. O, Ceyhunla 6-7 il işləmişdir. Ondan qabaq başqa yerdə Ceyhunla işləyirmiş. İşləmək üçün 2017-ci ildə Ceyhunun yanına gəlmişdir. Ceyhun plastmas işi ilə məşğul olurdu. Ceyhun 400-500 manat maaş verirmiş. Ceyhun və Emil Rusiyaya getməyi elə Bakıdakı sexdə təklif etmişlər. Emili 2018ci ilin yay ayından tanıyır. Bundan başqa, Emillə Ceyhun 1-2 ay sonra Rusiyaya getməyi planlaşdırmışlar. Emillə Ceyh un sentyabrda Moskvaya getmişlər. Dekabrda isə o, getmişdir. İlk restoran Luberskdə, ikinci restoran Naqinskidə açılmış, ikinci restoranın adı “Turetski” olmuşdur. O, ikinci restoranda işləmişdir. Orada olan restoranda dönərçi işləyəcəkmiş. Həm işləyib, həm də restorana nəzarət edəcəkmiş. Ceyhun və Emil ona inanıb onu ora aparmışlar. İkinci restoran böyük restoran imiş. Restoranda kofe, çay, dönər, yemək, kabab satırmışlar. Birinci restoranda iştirak etməmişdir. Birinci restoranın adını bilir. Orada bir-iki əşyaları var imiş. Onları götürmək üçün birinci restorana getmişdir. O, birbaşa ikinci restorana getmişdir. Ceyhunun qardaşı Rzanın bu işə aidiyyəti yoxdur. Ceyhunun pulu və Emilin pulu olmuş, sexdəki olan malı satmışlar. Maşınları da satmışlar. Plastması tonla satmışlar. Tonunun neçiyə satıldığını isə deyə bilmir. Birinci Ceyhunu tanımış. Ceyhunun yanında 2017-2021-ci illər arasında işləmişdir. Ondan əvvəl Əhmədlidəki restoranda ofisiant işləyirmiş. Hələ də Ceyhunun yanında işləyir. Emili isə 2018-ci ildə sexdə tanımışdır. Moskvaya getməyi hər ikisi təklif etmişdır. Azda olsa da, məlumatı varmış ki, şərik olacaqlar. Sexdə danışdıqları zaman belə demişlər ki, Moskvadakı işdən gəlir əldə edə də bilərlər, etməyə də bilərlər. Sentyabr ayında X22 birlikdə getmişlər. Ceyhun Moskvada qalmış. Emil isə Bakıya qayıdıb gəlmışdır. Emilin Bakıya nə vaxt qayıtdığını isə deyə bilmir, yadında deyil. Sexdə olan avadanlıqları Emil özü satmışdır, onun avadanlıqların satışından xəbəri yoxdur. Ceyhunun maşınının kimin adına olmasını bilmir. Ceyhun Moskvaya getdikdən sonra sexdə idarə etməni Emil həyata keçirirmiş, o, sexdə Moskvaya gedənə qədər öz işini görürmüş. Emil son 3 ayın maaşını ona verməmişdir. Emil ona gündəlik olaraq 15-20 manat çörək pulu vermişdir. Sonradan 3 aylıq maaşının pulunu ona Ceyhun vermişdir. X5 zaman maaşlarını sürücü Coşqun verirmiş. Coşqun gündəlik qazanılan puldan onlara çörək pulu verib, qalanını özündə saxlayırmış. Coşqun həm Emillə, həm də Ceyhunla danışırmış. X8 zaman onların əmək haqlarını verirmiş. Sex isə Ceyhunun imiş. Emil Moskvadan qayıtdıqdan sonra qazanılan pulları ona vermişlər. Həm Emil, həm də Ceyhun təklif etmişdir ki, Rusiyaya işləməyə getsin. Son üç ayın maaşını ona verməməsinə baxmayaraq, Emil təklif etdiyi halda Moskvaya getmişdir ki, Emil hər dəfə pulunu qaytarcağını, narahat olmamağını demişdir. O da Emilin sözünə inanmışdır. Moskvaya dekabr ayında getmişdir. Dekabrın 31-də Naqinskidəki olan restoran açılmışdır. Başqa işçilər olmuşdur, amma onları tanımır. Hər dəfə müxtəlif millətlərdən olan işçi olurmuş. Oradakı işçilər Azərbaycanlı olmadığına görə adları yadında qalmamışdır. Restoranda hansı sənədlərin olması ilə maraqlanmamışdır. Ona öz sənədləri maraqlı olmuş, iş icazəsi alaraq işləmişdir. Emil polis kimi fəaliyyət göstərir.

18. Birinci instansiya məhkəməsində Şahid1 göstərmişdir ki, Emillə Ceyhun onun sayəsində tanış olmuşlar. Emillə 20 gülük yanvar ayında istirahət etmək üçün Moskvaya getmişlər. O, özü Qazaxıstanda istehsalat fəaliyyəti ilə məşğul olur. Tez-tez Rusiyaya gedib-gəlir. Bu dəfə getdiyi zaman öz tanışları ilə görüşmüş, Emillə ortaq dostları isə görüşməmişdir. Birinci dəfə onlar Rusiyaya getm əmişdən 3-4 ay qabaq Emil ondan soruşmuşdur ki, Ceyhun ondan pul istəyir, verə bilərəmi. O da demişdir ki, versin, Ceyhun ondan da tez-tez pul alıb, sonra isə geri qaytarmışdır. Moskvada olduqları zaman isə Emil demişdir ki, Ceyhun ondan pul götürmüş, lakin qaytarmır. Emil ona demişdir ki, Rzaya zəng eləsin. O da Rzaya zəng etdiyi zaman Rza demişdir ki, onluq deyil, özləri bilərlər. Ceyhunun sexində drabilka, sexə gələn malı yumaq üçün aparat var imiş. Drabilka əldə düzəltmə olduğu üçün 3000 manat qiyməti olarmış. Emil Ceyhunun adına olan maşını satmamışdır. Emilin özünün həmişə maşını olmuşdur. Ceyhunun özünün “Nivas”ı var idi. “Niva”nı da Ceyhun onunla almış, Emillik bir şey olmamışdır. Ceyhunun “Citraen” maşını olduğu zaman heç Ceyhunla Emilin münasibətləri yox idi. Ceyhun “Citraen” maş ınını Rusiyadan gətirmişdir. Elmarı tanımır. Onu heç Rusiyada da görməmişdir. Gülşən xanımı Emilin qayınanası kimi tanıyır. Gülşən xanım ona zəng edib demişdir ki, Emildən xəbərsiz Ceyhuna borca pul vermişdir. O, Emili Moskvada, aeroportda qarşılamışdır.

19. Birinci instansiya məhkəməsində şahid X2 göstərmişdir ki, Emil ona 3000 ABŞ dolları məbləğində pul lazım olduğunu bildirmiş, demişdir. Ki, Ceyhun adlı şəxsə göndərəcəkdir. Ona görə də ona ad, soyadını, hesab kodunu göndərmişdir. O da Ceyhun adlı şəxsin hesabına pul göndərmişdir. Emil dostu olduğunu demişdir. Gülşən xanımı tanımır. Pulu isə Ceyhun adlı şəxsə göndərmişdir. Emil demişdir ki, pulu qaytaracaq, amma hələ də qaytarmamışdır.

20. Birinci instansiya məhkəməsində şahid Ağacanov Elşən oğlu göstərmişdir ki, o, Ceyhuna Rusiyadakı ka fesinə meyvə və tərəvəz gətirməyə köməklik göstərirmiş. Sonra kafe işləmədiyinə görə kafeni bağlayıb başqa kafeyə keçmişlər. X24 2017-ci ildə gəlmişlər. Emillə də həmin kafedə tanış olmuşdur. Həm birinci kafedə, həm də ikinci kafedə Emili görmüşdür. Onların Rusiyada iki kafesi olmuşdur. Birinin adı Lüberçi imiş. O, Moskvadakı kafeyə onlar kafeni açdıqdan sonra getmişdir. İkinci kafeni qış aylarında təmir etdiklərini bilirmiş. Dayısı oğlu Ceyhun ona zəng vurub bildirmişdir ki, işlətəməyə kafe götürmüşlər. Kafedə işçilərdən Emilin gətirdiyi Kənan, Elmar var idi. İş getmədiyinə görə işçilər arasında narazlıq var imiş. Kənan Emilə zəng edib demişdir ki, maaşı razılaşdıqları məbləğdə deyil, az verilmiş. Elmar ikinci kafeyə gəlmişdir. Sənədləşmə işi ilə Dinara məşğul olurmuş. Emil kafeyə iki dəf ə gəlmişdir. Ceyhun Bakıya gəldiyi zaman Emil Moskvaya gəlmiş, onu həmin vaxt görmüşdür. Birinci kafe Lüberçidə açılmışdır. O, Ceyhungil kafeni təmir etdiyi zaman bir dəfə getmişdir. Təmir getdiyi vaxt Emili görmüşdür. İkinici kafedə isə Ceyhun Bakıya gəldiyi zaman Emil Moskvaya gəlmişdir. Ceyhun Moskvaya qayıtdıqdan sonra Emil Bakıya geri qayıtmışdır. Sonra kafedə iş getməmişdir. Kafeni bağlamalı olmuşlar. Pulun kim tərəfindən qoyulduğunu isə bilmir.

21. Birinci instansiya məhkəməsində şahid X11 göstərmişdir ki, 11 sentyabr 2017ci il tarixdə Ceyhun müəssisəni Emilə tapşıraraq Rusiyaya getmişdir. Emil müəllim işçilərlə yaxşı davranmamışdır. Emil Ceyhunla birlikdə müəssisədə işləmişlər. Ceyhun Moskvaya getdikdən sonra Emil əmək haqqını ödəmişdir. Onlara Emil göstəriş verirmiş. O, sexdə işlə məyə gəldiyi zaman artıq Emillə Ceyhun birlikdə işləyirmişlər. X15 gedəcəklərindən xəbəri var imiş. Onu işə Ceyhun qəbul etmişdir. 11 sentyabrda Ceyhun müəllim getdiyi zaman Emilə demişdir ki, bu xanıma hər ay 400 manat əmək haqqı versin. Emillə Ceyhunun kafe-restoranlarının olub-olmadığını deyə bilmir. Elmarı tanıyırmış. Emil sexə gələrək göstəriş verirmiş. Mal gələcəyini, malın qəbul edilməsini onlara deyirmiş. Rusiyaya nə üçün gedildiyini Emillə Ceyhunun şəxsi işi olduğu üçün deyə bilmir. Həmin sexdə 31 avqust 2017-ci ildən işləyir. Sexdə 4 ay işləmişdir. O, işdən çıxanda artıq sex dağılmaq üzrəymiş və sexdəki avadanlıqlar oradaymış. Ceyhunun Sexdə “Citraen” maşını var idi. Arada müştərilər də maşınla mal gətirirmişlər. Elmar Emillə birlikdə Rusiyaya getmişlər. Elmar səhər işə gəlməmi ş, onun Moskvaya getdiyini demişlər. Ceyhun getdikdən təxminən bir həftə sonra Elmar da Moskvaya getmişdir. O, sexdə işləyən zaman Emil Moskvaya getmişdir. Malın pulunu Emil vermişdir. Malı Coşqun götürürmüş, Emilə xəbər edirmiş ki, malı götürmüşdür.

22. Birinci instansiya məhkəməsində şahid X12 göstərmişdir ki, o, 20 yanvar 2017ci ildən Ceyhunun sexində işləmişdir. Sonradan Emili tanımışdır. X16 getmələrini o vaxt öyrənmişdir ki, Ceyhun heyəti yığaraq Moskvaya getdiyini və sexi Emilə tapşırdığını demişdir. X33 birlikdə işləmişlər. Onların faktiki olaraq birlikdə işlədiklərini görməmişdir. Eşitdiklərinə görə belə deyir. O, sexdə mühafizəçi vəzifəsində gecə növbəsində işləyirmiş. Sexdə Ceyhunun iki maşını var imiş. Həmin maşınlardan “Ford”u Emil satmışdır. Sexdə satma məsələləri olmamışdan bir ay qabaq işdən çıxmışdır.

23. Birinci instansiya məhkəməsində şahid X4 göstərmişdir ki, o, əvvəlcə Ceyhunla tanış olmuşdur. Bundan əlavə, Rusiyada da birlikdə işləmişlər. İl yarım da Bakı da Ceyhunla işləmişdir. Tərəflər öz aralarında iş qurmaq üçün Rusiyaya getdiklərini bildirmişlər. Ceyhun Rusiyada olduğu vaxt Bakıda Emillə 3 aya yaxın işləmişdir. 2017-ci ilin sentyabr ayından noyabrın 25-ə kimi Emilin yanında işləmişdir. “Citraen” və “Ford” markalı maşınları var imiş. Həmin maşınları sürürmüş. Maşınla Emili işə də aparmışdır. Emili iyun-iyul aylarında sexə gəlib-gedirmiş, sentyabr ayında da Moskvaya ortaq iş görmık üçün getmişlər. X25 birlikdə kafe açmaq istəyirmiş. X17 getmiş, sonra isə Emil getmişdir. Ceyhun Moskvada qalmış, Emil isə Bakıya qayıtmışdır. Malı Emil alırmış. Kimi tan ımırmışsa, gedib həmin şəxlə o danışmış, alqı-satqı edərək Emilə xəbər verirmiş. Çox vaxt Emilin özü demişdir ki, get malı götür. “Ford”u Emil satmışdır. Emil Yasamal Rayon Polis İdarəsində işləyirmiş. Hətta maşınla Emili işə də aparmışdır. Emilin uşaqlarının adı Nilay və Muxtardır. Övladlarını baxçadan götürüb evə də aparmışdır. Evi Qaraçuxur qəsəbəsində imiş. Rusiyaya göndərilən avadanlığı Emillə gedib birlikdə almışlar. Sədərəkdə Emil özü alış-veriş etmişdir. Maşına yükləyərək göndərmişlər. Emil onlara pul vermədiyi üçün kirayə pulunu da verə bilməmişdir. 300 manata yaxın pulu da qalmışdır. Emil ona 60 manat pul verərək yola salmışdır. Sentyabrdan başlayaraq maaşını Emil verirmiş. Tərəflər onun yanında danışmışlar və şərik iş qurmaq istədiklərini bildirmişlər. Ceyhun Ruisyaya gedəndə bü tün işçilər yığılmışdır. Ceyhun demişdir ki, bundan sonra onlar Emilə tabedirlər. Emil özü ona dedi ki “işi sən yaxşı bilirsən sən qal, onsuz buranı bağlayasıyıq, hamımız Rusiyaya gedəcəyik”. Rusiyaya dönər aparatını, siqaret aparatını göndərmişdir. Emil pulunu vermədiyi üçün Ceyhunla danışmışdır. Əvvəlcə 2014-2016-cı ildə Rusiyada Rza ilə işləyirmiş, “Citraen” maşını sürürmüş. Ailə problemlərinə görə Bakıya gəldikdən sonra Ceyhungilə sürücü lazım imiş. Ceyhun zəng etdiyi zaman işləyə biləcəyini demişdir. “Citraen”i Rusiyada sürürmüş, sonra həmin maşını Bakıya gətirmişlər. Ceyhunun sexində iki maşın var imiş. “Ford” və “Citraen” və hər iki maşını sürürmüş. Maşın Ceyhunun adına imiş. Ona maşını sürmək üçün etibarnamə vermişdir. “Ford”u Emil satmışdır. Satanda niyə satdığını soruşmamışdır. S entyabrda Ceyhun gedəndə o bilirmiş ki, Ceyhunun belə bir fikri var. Ceyhun ona dönər yeri üçün kuryer işləməyi təklif etmişdir. Ailə vəziyyəti ilə əlaqədar gedə bilməmişdir. İşçilərdən Elmara da Rusiyaya getməklə bağlı təklif etmişlər. Ceyhun demişdir ki, ora gedib iş qursun, sonra hamı ora gələr. Ceyhun getdikdən sonra maaşını Emil verirmiş. Hərə özündə haqqı-hesab edib məbləği deyirmişlər. Şəxsən o hesablayaraq nə qədər pul verilməli olduğunu deyirmiş, pulunu da verirmiş. Noyabr ayının maaşını ala bilməmişdir. Ceyhuna da demişdir ki, maaşı verilməmişdir. Bununla da bağlı aralarında inciklik də olmuşdur.

24. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, e2(007)-988/2021 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, ilkin iddia üzrə Cavabdeh2 73.200 mana t məbləğində pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun tutularaq ilkin iddia üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı2 qarşı qarşılılıqlı iddiasının rədd edilməsi qət olunmuşdur. (hakim Babək Qasımov)

25. Birinci instansiya məhkəməsi işdəki sübutlara əsasən müəyyən edib ki, ilk iddiaçılar Cavabdeh2 biznes qurmaq məqsədilə müxtəlif vaxtlarda 73200 manat pul vermişlər.

26. Birinci instansiya məhkəməsi qeyd edib ki, hazırda Cavabdeh2 ona ümumilidə 73200 məbləğində pul göndərilməsini qəbul etdiyi üçün tərəflər arasında Cavabdeh2 göndərilmiş pulun miqdarı ilə bağlı mübahisə mövcud deyil. Lakin tərəflər arasında şərikli fəaliyyətin qurulması ilə bağlı sübutlar ın təqdim edilməsi Cavabdeh2 təklif edilsə də, Cavabdeh2 həmin faktı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Nəticədə, İddiaçı2 ilə Cavabdeh2 biznes qurmaq məqsədi ilə şərikli fəaliyyətlə məşğul olmaları halı məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.

27. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ilkin iddia üzrə Cavabdeh2 izahat verən zaman bildirmişdir ki, onunla İddiaçı2 birlikdə şərikli biznes qurmağa dair razılıq əldə etdikləri üçün birlikdə Moskva şəhərinə getmiş və obyekti açacaqları yeri seçmişlər, lakin daha sonra İddiaçı2 Muxtar işlərinə görə Azərbaycana qayıtmalı olmuşdur. Ümumiyyətlə, Rusiya Federasiyasında restoranla bağlı işləri o həll edir, İddiaçı2 isə lazım olan pulu göndərmişdir. O, özü Azərbaycana qayıdarkən İddiaçı2 Rusiyaya gələrək təxm inən bir ay müddətində restoranın işinə nəzarət etmişdir. İddiaçı2 Muxtar isə qeyd etmişdir ki, Rusiyaya ilk gedişinin səbəbi istirahət etmək olmuş və səfəri qısa müddətili olmuşdur. O, 5 günə biznes qurulmadığını vurğulamışdır. İkinci gedişi zamanı isə restorana nəzarət etməmiş, bir aya yaxın Rusiyada qalmışdır. Hər iki gedişi istirahət məqsədi ilə olmuşdur.

28. Elektron məhkəmə informasiya sistemində Sərhədkeçmə məlumatları səhifəsindən əldə edilmiş məlumatlara əsasən İddiaçı2 Rusiya Federasiyasına ikinci gedişi xx.xx.2019-cu il tarixdə olmuş, xx.xx.2019-cu il tarixdə isə ölkəyə qayıtmışdır. Cavabdeh2 isə xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına daxil olmuş, xx.xx.2019-cu il tarixdə isə Rusiya Federasiyasına qayıtmışdır. Sual doğuran məqam odur ki, Cavabdeh2 İddiaçı2 bir ay ərz ində restorana nəzarət etdiyini bildirsə də, İddiaçı2 xx.xx.2019-cu il tarixdə Rusiya Federasiyasına gedən zaman Cavabdeh2 Rusiyada olmuş və ölkəni xx.xx.2019-cu il tarixdə tərk etmişdir. Halbuki, iki həftə ərzində ikisi də Rusiya Federasiyasında olmuşdur. Bu vaxt ərzində Cavabdeh2 ölkədə olması nəzərə alınarsa restorana İddiaçı2 nəzarət etməsi müəyyən olunmur. Həmçinin Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasına gəldikdən 10 gün sonra, yəni xx.xx.2019-cu il tarixdə İddiaçı2 da ölkəyə qayıtmışdır. Cavabdeh2 onu da qeyd etmişdir ki, o və İddiaçı2 Azərbaycanda olarkən restorana Elmar adlı işçi nəzarət etmişdir. Nəticədə, Cavabdeh2 Rusiya Federasiyasında yerləşən restoranda yoxluğu zamanı işə İddiaçı2 nəzarət etməsi halı da öz təsdiqini tapmamışdır.

29. Birinci instansiya məh kəməsi Şahid3 ifadəsinə qiymət verərək göstərib ki, uzun illər Şahid3 Cavabdeh2 ilə birlikdə işləməsi, onlar arasında işçi və işəgötürənlə bağlı münasibətlərin mövcud olması hazırda həmin şahidin mübahisəli məqamlarla bağlı verdiyi ifadəsində şübhələr doğurur. Belə ki, Şahid3 sexdə olan əşyaların, maşınların və s. İddiaçı2 tərəfindən satıldığını vurğulasa da, o, 2018-ci ilin dekabr ayından ölkəni tərk etmiş, nəticədə, həmin vaxt sexdə işləmədiyi üçün baş verənləri birbaşa görməmişdir.

30. Birinci instansiya məhkəməsi şahid X1 ifadəsinə də yuxarıda göstərilən mövqedən yanaşaraq qeyd etmişdir ki, Coşqun Mustafazadə daha əvvəl Rusiyada Cavabdeh2, həmçinin Cavabdeh1la işləmiş, respublikaya qayıtdıqdan sonra da Cavabdeh2 sexində sürücü kimi işləmişdir. Yəni onlar arasında tabelik münasibətləri olmuşdur.

31. Şahid X12 ifadə verərək göstərmişdir ki, o sexdə mühafizəçi vəzifəsində işləmiş, Emillə Ceyhunun birlikdə işlədiyini görməmiş, gecə növbəsində işlədiyi üçün sadəcə məlumatı olmuşdur. Sexdə satılma işləri olarkən orada işləməmişdir. Nəticədə, Fərman Gözəlovun ifadəsi ilə Cavabdeh2la İddiaçı2 şərikli biznes qurmaları və Cavabdeh2 sexdə olan avadanlıqlarının məhz İddiaçı2 tərəfindən satılması halı müəyyən edilməmişdir.

32. Birinci instansiya məhkəməsinin mövqeyinə görə digər mübahisə doğuran məqam isə o odur ki, Cavabdeh2 qeyd edir ki, ona 73200 manat məbləğində pul göndərilsə də, həmin pulun hamısı İddiaçı2 məxsus olmamış, pulun bir hissəsi ona məxsus olmuşdur. Belə ki, onlar İddiaçı2la birlikdə aldıqları “Ford” markalı maşını satmış, həmçinin İddiaçı2 sexdə olan bəzi avadanl ıqları sataraq ona pul göndərmişdir. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh2 adına “Ford” markalı maşın mövcud deyil. Cavabdeh2 maşını İddiaçı2 adına aldıqlarını bildirsə də, izahatında qeyd etdiyi kimi maşının alınması üçün ödənilmiş 20.000 manat məbləğində pulun 7.000 manatının onun tərəfindən verilməsi halı öz təsdiqini tapmamışdır. Həmçinin sexdə olan avadanlıqların İddiaçı2 tərəfindən satıldığı iddia edilsə də, İddiaçı2 sexdəki işlərə qarışmadığını bildirmiş və sexdəki avadanlıqların onun tərəfindən satılması halını inkar etmişdir. Məhkəmə tərəfindən də sexdə olan əşyaların İddiaçı2 tərəfindən satılması halı müəyyən olunmamışdır. İlkin iddia üzrə iddiaçı sexdəki əşyalardan drabelkanın qiymətinin 7000 manat olmasını bildirsə də, bunu təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, məhkəmə iclasında şahid kimi ifadə vermiş Şahid1 göstərmişdir ki, drabilka əldə düzəltmə olduğu üçün dəyəri 3000 manat olardı. Belə olan halda mübahisəli məqamlar yaranmış və Cavabdeh2 fikirlərini təsdiq edəcək mötəbər sübutlar müəyyən olunmamışdır.

33. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən belə qənaətə gəlib ki, İddiaçı2la Cavabdeh2 biznes qurmaq məqsədi ilə şərikli fəaliyyətlə məşğul olmaları halı, İddiaçı2 tərəfindən Cavabdeh2 göndərilmiş pulun bir hissəsinin Cavabdeh2 məxsus olması halı öz təsdiqi tapmamışdır. Ümumiyyətlə, tərəflərin şərikli fəaliyyətlə məşğul olması halı müəyyən edilməmişdir. Tərəflər arasında göndərilmiş pullar bir istiqamətli olmuş, yəni Cavabdeh2 göndərilmişdir. İddiaçı2 şərikli biznes qurmaq niyyətinin olması müə yyən edilməmiş və onun Cavabdeh2 Rusiya Federasiyasında göstəridiyi fəaliyyətdən hər hansı bir qazanc əldə etməsi halı görünməmişdir.

34. Birinci instansiya məhkəməsi həmçinin, hesab etmişdir ki, tərəflərin bir-birilərini tanımaları, İddiaçı2 Moskvaya gedərkən Cavabdeh2 ilə görüşməsi və onun restoranında olması onların şərikli biznes qurmasını sübut etmir. Bundan başqa, Cavabdeh2 qeyd etmişdir ki, o, biznes qurmaq üçün restoran axtararkən restoranın şəkillərini İddiaçı2 göndərmiş, o bəyəndikdən sonra restoranı seçmişlər. Lakin o, bu halı təsdiq edən də hər hansı sübutu (telefon danışıqların, yazışmaları, şəkilləri və s.) məhkəməyə təqdim etməmişdir.

35. Birinci instansiya məhkəməsi ilk tələbi üzrə belə nəticəyə gəlib ki, ilkin iddia üzrə iddiaçılar tərəfindən Cavabdeh2 biznes qurmaq məqsəd i ilə 73200 manat məbləğində pul verilmiş, lakin hazırda vaxtadək həmin pul onlara qaytarılmamışdır. Buna görə də hazırda ilkin iddia üzrə iddiaçılar haqlı olaraq pulun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

36. Birinci instansiya məhkəməsi aparılmış araşdırmanın nəticələrini, habelə sərbəst daxili inamını rəhbər tutub, belə qənaətə gəlmişdir ki, Cavabdeh2 hər hansı hüquqi əsas olmadan İddiaçı2 və İddiaçı1 məxsus pulu almış və bu səbəbdən bu hal onun tərəfindən hər hansı hüquqi əsas olmadan iddiaçıların hesabına əmlak əldə etmə və bununla da onun əsassız varlanması kimi qiymətləndirilməlidir. Belə olan halda, Cavabdeh2 pulu – 73200 manatı iddiaçılara qaytarmalıdır.

37. Birinci instansiya məhkəməsi ilkin iddianın Cavabdeh1 aid hissəsinə münasibətdə isə qeyd etmişdir ki, tərəflər arasında yaranmış mübahisəli məqamlarla bağlı Cavabdeh1 iştirakı müəyyən edilməmiş, ilkin iddia üzrə iddiaçıların Cavabdeh1 yönələn konkret tələbləri olmamış və onlar tərəfindən Cavabdeh1 pul verilməmişdir. Belə olan halda ilkin iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir.

38. Qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 Emil Əmrahovun təkidi ilə Rusiya Federasiyasında restoranlar açması və nəticədə 80000 manat dəyərində ona zərər dəyməsi halı müəyyən edilməmiş və öz təsdiqini tapmamışdır. Həmçinin, restoranlarda olan əşyaların daha sonrakı aqibətinin müəyyən edilməsi ilə bağlı Cavabdeh2 fikirləri soruşulan zaman məlum olmuşdur ki, restoranda olan əşyalar Cavabdeh2 tərəfindən satılmışdır. Belə ki, Cavabdeh2 ğl u bildirmişdir ki, restoranı ilkin vəziyyətdə, bütün əşyaları boşaldaraq sahibinə təhvil vermiş və çətinliklə olsa da, oradakı əşyaları satmışdır.

39. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, qarşılıqlı iddia tələbi “mənəvi ziyana görə 20.000 manat pulun cavabdehdən onun xeyrinə ödənilməsi” hissəsində də rədd edilməlidir.

40. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni M ülki Məcəllənin 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1093.1, 1096, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 80, 81, 88, 119.1, 265.4-cü maddələri, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarı, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarı ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

41. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

42. Apellyasiya şikayəti onunla əsaslandırılmışd ır ki, Cavabdeh2 İddiaçı1 70.000 manat pul borc istəməsi, bu məqsədlə sonuncunun hansı ünvandakı mənzilin, hansı qiymətə və kimə satması kimi faktiki halları aydınlaşdırmamışdır. İddiaçı X9 Cavabdeh2 verdiyini iddia etdiyi pulun dəqiq məbləği, mənbəyi, həmin məbləğin hansı hissəsinin Emilə, hansı hissəsinin Ceyhuna aid olması kimi faktiki halları aydınlaşdırmamışdır. İş materialları ilə X27 Xəlilova məxsus avtomaşını, sexi, sexdəki malları satması barədə mötəbər subutlar olmasına baxmayaraq məhkəmə bu faktiki hallar da aydınlaşdırılmamışdır. İş materiallarına əlavə edilmiş iddiaçıların təqdim etdiyi və işin hallarının obyektiv həlli üçün sübut əhəmiyyətli olan məlumatları özündə əks etdirən pul köçürmə sənədləri üzrə araşdırma aparılmamış və bu sənədlərə hüquqi qiymət verilməmiş, pulların mənbəyi, bununla bağlı digər hallar aydınlaşdırmamışdır. Cavabdeh2 iddiaçılar Emil Əmrahov və İddiaçı1 biznes qurmaq üçün 73.200 manat pul borc alması, Ceyhunun şərikli biznes qurmaq barədə Gülşən Həsənovla hər hansı bir danışıq aparıb razılığa gəlmələri halları sübut edilməmişdir. İddiaçı1 mənzilini 57.000 manata satıb pulu Cavabdeh2 verməsi, Emil Əmrahovun özünə məxsus qızıl-zinət əşyalarını lombarda qoyub pul götürüb Ceyhuna verməsi halları sübut edilməmişdir. Cavabdeh2 göndərilmiş pulların bütün məbləğinin iddiaçılar Emil Əmrahov və İddiaçı1 məxsus olması sübut edilməmişdir. İddiaçı Emil Əmrahov tərəfindən Cavabdeh2 məxsus sexin işlədilməməsi, sexdəki avtomaşının, avadanlıqların, malların və sexin satılmaması, Emilin Moskvaya kafenin fəaliyyəti ilə bağlı yox, istirahətə getməsi halları sübut edilməmişdir. Cavabdeh2 iddiaçı Emil Əmrahovla şərikli biznes fəaliyyəti ilə bağlı sonuncuya zərər vurması, qazanc əldə etməsi, əsassız varlanması kimi hallar sübut olunmamışdır. Məhkəmə Cavabdeh2 iddiaçıların 2018-ci ilin yayında Ceyhunun şərikli biznes qurmaq barədə onlarla danışıq aparıb razılığa gəldıkləri, sonuncuların Ceyhuna biznes qurmaq üçün 73.200 manat pul borc verdikləri, Ceyhunun öhdəliyi icra etməyib, onları aldadıb pulu ələ keçirməklə onlara maddi zərər vurduğu, onların pulları hesabına Ceyhunun əsassız varlandığı, Emilin isə Ceyhuna maddi və mənəvi zərər vurmadığı kimi səhv nəticəyə gəlmişdir. İddiaçı Emil Əmrahov tərəfindən Cavabdeh2 Moskva şəhərində olduğu müddətdə sonuncuya məxsus sexin işlədilməsi, sexdəki avtomaşının, avadanlıqların, malların və sexin satılmas ı ilə bağlı bəzi şahidlərin olduğu yer müəyyən edilmədiyindən birinci instansiya məhkəməsinə gəlib iş üzrə ifadə vermələri üzürlü səbəbdən mümkün olmamışdır.

43. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3697/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli,2(007)-988/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şərafət Məmmədova (sədrlik edən və məruzəçi), Fuad Babayev, Rafael Eyvazov)

44. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsas deyil, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. c) Kassasiya instansiyası məhkəməsində icraat

45. Cavabdeh2 kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

46. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmışdır.

47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli, 2(102)-5127/2022 nömrəli qərarı ilə Cavabdeh2 kassasiya şikayətinin təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3697/2022 nömrəli, 30 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilərək, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsi nə göndərilməsi qərara alınmışdır.

48. Ali Məhkəmənin mövqeyi belə olmuşdur: - apellyasiya instansiyası məhkəməsi cavabdehin istinad etdiyi dəlillərinin hər hansı birini qiymətləndirmədən, birinci instansiya məhkəməsinin əsaslandırmasına eyni ilə istinadən belə nəticəyə gəlmişdir ki, İddiaçı2 və İddiaçı1 vəsaiti hesabına formalaşdırılan 73.200 manat məbləğində pul Cavabdeh2 göndərilmiş, X13 isə həmin pulu birtərəfli qaydada mənimsəyərək qaytarmamışdır; - halbuki, qarşılıqlı iddiaçının həm qarşılıqlı iddiasından, həm də ilk iddiaya etirazından görünür ki, onunla İddiaçı2 arasında birgə fəaliyyətlə bağlı münasibətlər olmuş, qarşılıqlı olaraq həmin fəaliyyətə vəsait xərclənmiş, lakin birgə fəaliyyətləri iflas olmuşdur. Birinci instansiya məhkəməsinin təmin etmiş olduğu məbləğin bir hissəsi on a, digər hissəsi isə E.Əmrahova məxsus olmuş, digər İddiaçı1 tanımır və onunla hər hansı bir birgə fəaliyyətdə iştirakı və ya borc münasibətləri olmamışdır. - iş üzrə iddiaçılar və cavabdeh onlar arasında olan münasibətlərin fərqli əsaslardan yaranmasını qeyd edirlər. Lakin işə baxan məhkəmələr onlar arasında həqiqi münasibətlərin nədən yaranması, bir dəfə deyil, ardıcıl olaraq iddiaçı tərəfindən cavabdehə dəfələrlə pul göndərilməsinin səbəblərini araşdırmamış, ümumiyyətlə, iddiaçılardan İddiaçı1 ilə cavabdeh C.Xəililov arasında hər hansı öhdəlik münasibətinin yaranması, işin halları ilə onun tərəfindən cavabdehə 6.000 manatın göndərilməsi müəyyən olunsa da, onun xeyrinə 73.200 manat məbləğində pulun tutulmasını, əksinə, pul məbləği ona məxsusdursa, digər iddiaçının xeyrinə eyni məbləğdə p ulun tutulmasının mümkünlüyü aydınlaşdırılmamış, işin müəyyən edilmiş halları baxımından qarşılıqlı iddiaçının dəlilləri qiymətləndirilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

49. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 08 fevral 2023-cü il tarixli, 2(103)-758/2023 nömrəli qətnaməsi ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, e-2(007)988/2021 saylı qətnaməsinin “ilkin iddianın təmin edilməsi hissəsində” ləğv edilməsi, ilkin iddia tələbi həmin hissədə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmasını qət edilmişdir. (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Qürbət Əsgərov, Fuad Talış inski)

50. Apellyasiya instansiyası məhkəməsi göstərib ki, ilkin iddia üzrə iddiaçılar iddia ərizəsində onlara məxsus 73200 manat məbləğində pul vəsaitini Cavabdeh2 göndərdiklərini, onun isə həmin pulu birtərəfli qaydada mənimsəyərək qaytarmadıqlarını qeyd etsələr də, qarşılıqlı iddiaçının həm qarşılıqlı iddiasından, həm də ilk iddiaya etirazından görünür ki, onunla İddiaçı2 arasında birgə fəaliyyətlə bağlı münasibətlər olmuş, qarşılıqlı olaraq həmin fəaliyyətə vəsait xərclənmiş, lakin birgə fəaliyyətləri iflas olmuşdur. Birinci instansiya məhkəməsinin təmin etmiş olduğu məbləğin bir hissəsi Cavabdeh2, digər hissəsi isə E.Əmrahova məxsus olmuş, Cavabdeh2 digər İddiaçı1 tanımır və onunla hər hansı bir birgə fəaliyyətdə iştirakı və ya borc münasibətləri olmamışdır.

51. Apellyasiya instansiya sı məhkəməsi müəyyən edib ki, iddiaçılar və cavabdeh onlar arasında olan münasibətlərin fərqli əsaslardan yaranmasını qeyd edirlər.

52. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə tələbin qanuni əsası kimi nəzərdən keçirilməsi mümkün olan Mülki Məcəllənin 1091.1 və 1091.2, 1092.1 və 1093.1-ci maddələridir. Qeyd edilən maddələrin məzmunundan göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün iş üzrə aşağıdakı şərtlər müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxsin əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün heç bir hüquqi əsas olmaması. Həmin şərtlərdən hər hansı biri təsbit olunmazsa əsassız varlanma üzrə tələb təmin edilə bilməz.

53. Apellyasiya instansiyası məhkəməsi q eyd edib ki, işin hallarına görə İddiaçı2 Cavabdeh2 arasında birgə fəaliyyətlə bağlı münasibətlər olmuşdur. E.Əmrahov şərikli görəcəyi işdən gəlir əldə etmək məqsədilə cavabdehə dəfələrlə pul göndərmiş, razılaşdıqları biznes fəaliyyəti isə alınmamışdır. Bunun əksinin düşünülməsi halında isə iddiaçılar sübut etməlidir ki, onlar tərəfindən bir dəfə deyil, ardıcıl olaraq cavabdehə dəfələrlə pul göndərilməsinin səbəbləri nədir. İddiaçılar isə bu halı sübut edə bilmir. Həmçinin, iddiaçılardan İddiaçı1 Cavabdeh2 arasında hər hansı öhdəlik münasibətinin yaranmasını, ümumiyyətlə, əsaslandırmamışdır.

54. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında həqiqi münasibətlərin xarakteri baxımdan hesab edib ki, iddiaçının cavabdehə göndərdiyi pul cavabdeh tərəfindən şərikli görəcəkləri işə xərclənd iyindən və biznes fəaliyyəti isə alınmadığından cavabdehin hərəkətləri əsassız varlanma kimi qiymətləndirilə bilməz. Başqa sözlə, İddiaçı2 həmin tələbinin qanuni əsasının dispozitiv əlamətləri mövcud deyildir və bu səbəblə sözügedən tələb təmin oluna bilməz.

55. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd edib ki, işin halları ilə İddiaçı1 tərəfindən Cavabdeh2 6.000 manatın göndərilməsi müəyyən olunsa da, iddiaçı onun xeyrinə 73.200 manat məbləğində pulun tələb edilməsini, əksinə pul məbləği ona məxsusdursa, digər iddiaçının xeyrinə eyni məbləğdə pulun tələb edilməsini əsaslandıra bilməmişdir. Bu isə hazırkı halda iddia tələbinin təmin edilməsini mümkünsüz edir.

56. Apellyasiya instansiyası məhkəməsi ilkin iddianın Cavabdeh1 aid hissəsinə münasibətdə qeyd edib ki, tərəflər arasında ya ranmış mübahisəli məqamlarla bağlı Cavabdeh1 iştirakı müəyyən edilməmiş, ilkin iddia üzrə iddiaçıların Cavabdeh1 yönələn konkret tələbləri olmamış və onlar tərəfindən Cavabdeh1 pul verilməmişdir. Belə olan halda, ilkin iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməməlidir.

57. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinə münasibətdə belə nəticəyə gəlib ki, Cavabdeh2 X9 təkidi ilə Rusiya Federasiyasında restoranlar açması və nəticədə 80000 manat dəyərində ona zərər dəyməsi halı müəyyən edilməmiş və öz təsdiqini tapmamışdır. Ona görə də, qarşılıqlı iddia tələbi maddi zərər hissəsində rədd edilməlidir. Belə ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən qarşılıqlı iddia üzrə iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidi r. Hazırkı halda qarşılıqlı iddia üzrə iddiaçı iddia ərizəsində maddi ziyanın ödənilməsi tələbinə dair göstərdiyi dəlilləri sübut edə bilməmişdir

58. Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin mənəvi ziyan hissəsi ilə bağlı qeyd etmişdir ki, zərərin əvəzini ödəmək öhdəliyinin qoyulması üçün əsas şərtlərdən biri, həmin zərərin fiziki və ya hüquqi şəxslər tərəfindən mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmələ gəlməsidir. Qarşılıqlı iddiaçı mənəvi ziyanın ödənilməsi barədə iddia qaldırsa da, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirini sübut edən heç bir əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Belə olan halda, qarşılıqlı iddia tələbi “mənəvi ziyana görə 20000 manat pulun cavabdehdən onun xeyrinə ödənilməsi” hissəsində də rədd edilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

59. İddiaçılar kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ilk iddianın rədd edilən hissəsində ləğv, ilk iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişlər.

60. Kassasiya şikayəti belə əsaslandırılıb: - məhkəmə tərəfindən məhkəmə araşdırması zamanı tərəflər arasında yaranmış problem və mübahisənin nəticəsinə bir başa təsir edəcək bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə əsasən, İddiaçı2 və İddiaçı1 vəsaiti hesabına formal aşdırılan 73200 manat məbləğində pul vəsaitini Cavabdeh2 göndərməsi, sonuncunun həmin pul vəsaitini qəbul etməsi öz təsdiqini tapmışdır; - bundan başqa Cavabdeh2 əvvəlki məhkəmə inistansiyalarında İddiaçı2 ilə şərikli fəaliyyət üçün iş qurduğunu bildirsə də, bu halları sübut edən sənədləri məhkəməyə təqdim etməmişdir; - iddia tələbləri işin digər halları ilə yanaşı, Cavabdeh2 Polis İdarəsində verdiyi izahatalar ilə təsdiqini tapıb. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

61. İlkin iddia üzrə Cavabdeh2 Xəlil oğlu kassasiya şikayətinə etiraz vermişdir. Etirazda işin faktiki hallarına istinad edilməklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması xahiş edilib. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1 Hüququ pozulmuş şə xs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 324.1. Əqd mülki hüquq münasibəti nin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2 Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqa vilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1 Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1093.1 Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Maddə 1096 Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt tör ətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nə ticələnə bilsin. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri

62. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Kassasiya şikayətində qətnamə ilk iddianın təmin edilməyən hissəsində mübahisələndirilib. Bu səbəb dən kollegiya qətnaməni həmin hissədə yoxlayır.

64. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

65. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin ilk iddianın təmin edilməyən hissəsində gəldiyi nəticə ilə razılaşmır.

66. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2022-ci il tarixli qərarında şərh edilən və hazırki qərarın 48-ci bəndində qeyd edilən göstərişlərin bir qisminə əməl edərək ilk iddia üzrə tərəflər arasında yaranmış münasibətlərin xarakterinə qiymət verməklə onlar arasındakı münasibətin birgə fəaliyyətlə bağlı münasibətlər olmasını, eyni zamanda qarşılıqlı olaraq həmin fəaliyyətə vəsait xərclənməsini, lakin birgə fəaliyyətin iflas olmasını müəyyən etmiş, tələbin qanuni əsası kimi nəzərdən keçirilməli olan Mülki Məcəllənin 1091.1 və 1091.2, 1092.1 və 1093.1-ci maddələrinin hazırki işə tətbiqinin mümkün olmaması nəticəsinə gəlmişdir.

67. Məhkəmə kollegiyası ilkin olaraq işin müəyyən edilmiş halları baxımından tərəflər arasındakı münasibətlərin birgə fəaliyyətlə bağlı olması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

68. Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, l akin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

69. Birgə fəaliyyətlə bağlı münasibətləri nizama salan müqavilənin forması və məzmunu barədə qanunvericlikdə xüsusi norma olmasa da, tərəflər arasındakı münasibətlərin birgə fəaliyyətlə bağlı olması Mülki Məcəllənin 390.1-ci maddəsinin ikinci cümləsində qeyd edilən şərtin təsiri altına düşür. Belə ki, fiziki və hüquqi şəxslər bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

70. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə Ali Məhkəmənin yuxarıda qeyd edilən qərarında şərh edilən göstərişlərə uyğun olaraq yalnız tərəflər arasındakı münasibətlərə aydınlıq gətirməklə kifayətlənmiş, həmin münasibətlərdən doğan işin digər hallarına, yəni bu fəaliyyətin iflas olmasında tərəflərin ayrı-ayrılıqda və ya birgə məsuliyyətinə və təqsirinə qiymət verməmiş, həmin hallarla bağlı məsələ açıq qalmışdır. Halbuki tərəflər arasındakı münasibətlər müəyyən ediləndən sonra həmin münasibətlər üzrə işin qeyd edilən halları müəyyən edilmədən ilk iddia üzrə hər hansı düzgün nəticəyə gəlmək mümkün deyil.

71. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə tərəflər arasındakı münasibətin birgə fəaliyyət olmasını müəyyən etmişdir, belə olan halda, tərəflər arasındakı münasibətlərə öhdəliklərin icra edilməməsi və bununla bağlı məsuliyyəti nəzərdə Mülki Məcəllənin normaları kontekstində də qiymət verilməli idi.

72. Bundan əlavə, işin müəyyən edilən hallarına görə Cavabdeh2 birgə faəliyyət iflas olduqdan sonra, birgə fəaliyyət üçün alınmış a vadanlıqları satmışdır. Lakin işin bu halına da qiymət verilməmiş, satılmış avadanlıqlardan əldə edilən vəsaitin məbləği, həmin məbləğin tərəflər arasında bölünməli olub-olmaması, bölgünün hansı nisbətdə olmasına da aydınlıq gətirilməyib. Çünki tərəflər arasında birgə fəaliyyət olubsa və apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi qarşılıqlı olaraq həmin fəaliyyətə vəsait xərclənibsə, bu fəaliyyətin iflası nəticəsində yerdə qalan məbləğ də bölünməli və bir tərəf digər tərəfə münasibətdə daha əlverişsiz vəziyyətə düşməməlidir.

73. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə isə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

74. Yuxarıda qeyd edildiyi kimi mübahisəyə ikinci dəfə apellyasiya in stansiyası məhkəməsində baxılarkən Ali Məhkəmənin hazırki iş üzrə 19 oktyabr 2022-ci il tarixli qərarında şərh edilmiş göstərişlər tam yerinə yetirilməmiş, qeyd edilən hallarla bağlı araşdırma aparılmadan Ali Məhkəmənin qərarı ilk iddianın rədd edilməsinin formal əsası kimi qəbul edilmişdir.

75. Məhkəmə kollegiyası analoji hallarla bağlı qeyd edir ki, hər hansı iş üzrə Ali Məhkəmənin qərarı müvafiq olaraq mübahisənin bu və ya digər formada həll edilməsi üçün formal əsas kimi götürülməməlidir. Bütün hallarda konkret iş üzrə Ali Məhkəmənin əvvəlki qərarında şərh edilən göstərişlərə tam şəkildə əməl olunmalı, məhz bundan sonra mübahisə üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir.

76. Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

77. Azə rbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qətnamənin əsaslılığı ilə bağlı qeyd edilmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 78. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

79. Yuxarıda şərh edilənlər baxımından apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsaslı hesab edilə bilməz.

80. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin qətnamənin əsaslandırılmalı olması barədə tələbinin məqsələrdindən biri də odur ki, mübahisə tərəfi mübahisənin həlli ilə bağlı məhkəmənin gəldiyi nəticənin nə dərəcə düzgün olmasını özü üçün müəyyən edib, sonrakı hərəkətlərini proqnozlaşdıra bilsin. Əks halda, mübahisə tərəfində məhkəmə qərarına yaranan şübhələr ədalət mühakiməsinə inamı azaldır, yersiz və əlavə məhkəmə çəkişmələrinə yol açır. Məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Həm də məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

81. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldır malı, bundan sonra tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməlidir.

82. Yuxarıda göstərilənləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-758/2023 nömrəli, 08 fevral 2023-cü il tarixli qətnaməsi ilk iddianın təmin edilməyən hissəsində ləğv edilsin. İş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar