Məhkəmə qərarları › İş №2(102)-2451/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2451/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2451/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 (Azərbaycan Respublikası Mərkəzi Bankı və X1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı iş üzrə QƏRARI Açar sözlər: sığorta fəaliyyətindən irəli gələn mübahisələr, əmanətlərin sığortalanması, qorunan əmanətlər, sığorta hadisəsi baş verdikdə (bankın məcburi ləğvi) əmanətə görə kompensasiyanın ödənilməsi, əmanətlərə görə kompensasiya almaq hüququnun itirilməsi, kəsici müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 (Azərbaycan Respublikası Mərkəzi Bankı və X1 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əmanətə görə kompensasiyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1592/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" KB ASC ilə İddiaçı1 arasında 2016-cı il 2 fevral tarixli, 427 nömrəli və İddiaçı2 arasında 2016-cı il 24 fevral tarixli, 429 nömrəli əmanət müqavilələri bağlanmışdır.

2. Hər iki müqavilənin 1.1-ci bəndinə görə bank əmanətçidən daxil olmuş 200.000 ABŞ dolları məbləğində pul vəsaitini hesaba qəbul edərək əmanət kitabçası verməyi, əmanət məbləğini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürmüşdür.

3. Müqavilələrin 1.2-ci bəndləri ilə İddiaçı1 tərəfindən əmanətin 12 ay müddətinə, illik 8 faizlə, İddiaçı2 tərəfindən isə eyni müddətə, lakin illik 11 faizlə qoyulması şərtləndirilmişdir.

4. Hər iki müqavilənin: 1.4-cü bəndinə görə, əmanət məbləği müqavilənin 1.2-ci bəndində nəzərdə tutulmuş müddətdən tez götürüldükdə illik 3 faiz hesablanır; 2.9-cu bəndinə görə, əgər “Əmanətçi” əmanətin qüvvədə olma müddəti bitdikdən sonra öz əmanətini tələb etməmişdirsə, onda bu müqavilə olduğu şərtlərlə eyni müddətə uzadılmış hesab edilir. 5.2-ci bəndinə görə “Bank” tərəfindən “Əmanətçi”-dən bütün müvafiq valyutalarda qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. 5.3-cü bəndində “Bank”ın məcburi ləğvi və ya müflis elan olunması sığorta hadisəsi kimi nəzərdə tutulmuşdur. 5.7-ci bəndinə görə fond sığorta hadisəsi baş verdikdə, əmanətçiyə əmanət məbləğinin 100 faizi, lakin, 30 (otuz) min manatdan çox olmayaraq kompensasiya ödəyir.

5. İddiaçılar öz adlarına açılmış bank hesablarına hər biri 200.000 ABŞ dolları olmaqla pul vəsaitini əmanət qismində mədaxil edilmiş, Bank tərəfindən bu barədə müvafiq əmanət kitabçaları tərtib edilərək onlara verilmişdir.

6. Əmanətlərin Sığortalanması Fondu iddiaçılara ünvanladığı xx.xx.2021-ci il tar ixli məktubunda, ləğv prosesində olan "xxxx" KB ASC-də İddiaçı1 və İddiaçı2 məxsus hər hansı kreditor tələbinin aşkar edilmədiyini bildirmişdir. 7. "xxxx" ASC tərəfindən 2016-cı il 14 iyul tarixdə İddiaçı2 adına tərtib edilən və SN: 95716/2132721 nömrə ilə qeyd edilən kassa məxaric orderində İddiaçı2 tərəfindən 200000 ABŞ dolları məbləğində əmanətin çıxarılması qeyd edilmiş, order, alanın imzası, xəzinədar, rəhbər, baş mühasib və əməliyyatçı qrafasındakı imzalarla təsdiqlənmişdir. 8. "xxxx" ASC tərəfindən eyni tarixdə İddiaçı1 adına da order tərib edilmiş və SN 95717/2132724 nömrə ilə qeyd edilən kassa məxaric orderində İddiaçı1 tərəfindən 200000 ABŞ dolları məbləğində əmanətin çıxarılması qeyd edilmiş, order, alanın imzası, xəzinədar, rəhbər, baş mühasib və əməliyyatçı qrafasındakı imzala rla təsdiqlənmişdir. 9. "xxxx" ASC tərəfindən 2016-cı il 21 iyul tarixdə İddiaçı2 adına tərtib edilən və SN 95878/2144815 nömrə ilə qeyd edilən kassa məxaric orderində İddiaçı2 tərəfindən 1834 ABŞ dolları məbləğində əmanətə hesablanmış faizlərin çıxarılması qeyd edilmiş, order, alanın imzası, xəzinədar, rəhbər, baş mühasib və əməliyyatçı qrafasındakı imzalarla təsdiqlənmişdir. 10. "xxxx" ASC tərəfindən 2016-cı il 21 iyul tarixində İddiaçı1 adına tərtib edilən və SN 95874/2144813 nömrə ilə qeyd edilən kassa məxaric orderində İddiaçı1 tərəfindən 1834 ABŞ dolları məbləğində əmanətə hesablanmış faizlərin çıxarılması qeyd edilmiş, order, alanın imzası, xəzinədar, rəhbər, baş mühasib və əməliyyatçı qrafasındakı imzalarla təsdiqlənmişdir. 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2016-cı il 22 iyul tarixli, 2-1(81)361/2016 saylı qərarı ilə "xxxx" ASC məcburi ləğv edilmiş və Əmanətlərin Sığortalanması Fondu 2016-cı il 25 iyul tarixdən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələblərin qeydə alınması haqqında bildiriş ilk dəfə 2016-cı il 31 avqust tarixində dərc edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar məhkəməyə müraciət edərək, İddiaçı2 ləğv prosesində olan "xxxx" KBda olan 200.000 ABŞ dolları əmanət məbləğinin tam sığortalanmış əmanət hesab edilməklə cavabdehdən 200.000 ABŞ dollarının Azərbaycan manatı ekvivalentində pul məbləğinin maddi ziyan kimi kompensasiya olaraq İddiaçı2 ödənilməsi, İddiaçı1 ləğv prosesində olan "xxxx" KB-da olan 200.000 ABŞ dolları ə manət məbləğinin sığortalanmış əmanət hesab edilməklə cavabdehdən 200.000 ABŞ dollarının Azərbaycan manatı ekvivalentində pul məbləğinin maddi ziyan kimi kompensasiya olaraq İddiaçı1 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər..

13. İddia işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda 2016-cı il 2 mart tarixindən etibarən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz və milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanmış hesab edilmişdir. İddiaçılarla cavabdeh bank arasındakı müqavilə 12 ay müddətinə bağlanılmış və həmin müqavilənin 2.9-cu bəndinə əsasən müqavilə eyni şərtlərlə eyni müddətə uzadılmış hesab edilmişdir. Ləğv prosesində olan "xxxx" Bankın lisenziyası ləğv edilmiş və ləğv qərarına əsasən "xxxx" Əmanətlərin Sığortalanması Fonduna üzv bank olduğundan əhalinin bankda qorunan əmanətləri Fond tərəfindən ödənilməlidir.

14. Cavabdehin nümayəndəsi məhkəməyə yazılı ərizə təqdim edərək izahatında bildirmişdir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir. Qanunverici bank əmanətlərinin qaytarılmasını təmin etmək məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanun qəbul etmişdir. Bank əmanətçilərinin hüquq və qanuni mənafelərini qorumaq, əhalinin əmanətlərinin bank sisteminə cəlb edilməsini stimullaşdırmaq, ona olan inamı möhkəmləndirmək, fiziki şəxslərin əmanətlərinin icbari sığortası sisteminin fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrdinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2017-ci il 6 iyul tarixli Qərarında göstərilmişdir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək madd i və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır. Qanunun və Plenumun xüsusi qeydlərindən görünür ki, Fond əmanəti şəxsin mülkiyyəti kimi deyil kompensasiya olaraq əmanətçiyə ödəyir. Bundan əvvəl məhkəməyə ünvalanan ərizədə qanunamüvafiq qərarın qəbul edilməsi və məhkəmənin tərəfə tövsiyəsi xahiş edilmişdir. Lakin son məhkəmə iclasında iddiaçı tərəfin vəkilinin mövqeyinə əsasən Fondun kompensasiya olaraq mübahisə predmeti olan məbləği icra etməsi tələbi birmənalı təmin edilməməlidir. Fond tərəfindən kompensasiya ödənişi sığorta ehtiyatları hesabına icra edilir. Həmçinin, tələbə əlavə edilmiş qalıq pul vəsaitinin iddiaçıya ödənilməsi hissəsinə münasibətdə, tələb üzrə ödəniş kompe nsasiya olaraq deyil növbədən kənar qaydada ödənilmə nəzərdə tutulmalıdır. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. Ləğv prosesində olan “Dekabank’’ ASC Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-3617/2016 saylı qərarı ilə məcburi ləğv ediımiş və Əmanətlərin Sığortalanması Fondu xx.xx.2016-cı il tarixdən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. Qanundan görünür ki, kompensasiya olsa belə artıq ümumi 5 il müddət belə ötürülmüşdür. Bu xüsusatlara və qanunvericiliyin nüvafiq müddəalarına əsasən hesab edirlər, iş aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsində baxılmalı və tələb banka qarşı olmalıdır. Belə ki, hazırki iddia tələbi üzrə ləğv prosesində olan Bankla müştəri arasında olan münasibətləri tənzimləyir, çünki əmanət bankda sığorta hadisəsi baş verdiyi dövrdə qüvvədə olan qanunvericiliyə əsasən qorunmayan statusda olmuşdur. Ləğv prosesində olan banka qarşı kreditor tələbinə Apellyasiya Məhkəməsində baxıldığından, aidiyyəti üzrə sözügedən məhkəməyə yönəldilməsi tərəfə tövsiyyə olunmalıdır. İddiaçı tərəfin məhkəməyə elektron məhkəmə sistemi vasitəsilə təqdim etdiyi xx.xx.2022 -ci il tarixli ərizəsinə mürasibətdə isə bildirmişdir ki, məhkəmə tərəfindən xüsusi qərardad qəbul edilərək cinayət əməlinin olub-olmamasının araşdırılması üçün Baş Prokurorluğa göndərilməsinə etiraz etmir. Qanunun yuxarıda qeyd olunan hallarını nəzərə alaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “pul” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

15. Məhkəmə tərəfindən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X1 iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

16. İddiaçıların vəsatətinə əsasən ekspertiza təyin edimiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/999 saylı məhkəmə-xətşünaslıq ekspertiza rəyi ilə müəyyən edilmişdir ki,: 1.1. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderində “Alanın imzası” qrafasındakı imza İddiaçı2 tərəfindən icra olunmuşdur; 1.2. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar ilə İddiaçı1 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - eyni şəxs tərəfindən icra olunmuşdur; 1.3. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar ilə İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - eyni şəxs tərəfindən icra olunmuşdur; 2.1. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2 016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar və “Alanın imzası” qrafasındakı imza, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - İddiaçı2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 2.2. Ekspertizaya təqdim edilmiş, İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli və 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar və “Alanın imzası” qrafalarındakı imzalar- İddiaçı1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; 2.3. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli və 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar, İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli və 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar - X1 tərəfindən yox, başqa şəx s tərəfindən icra olunmuşdur; 2.4. Ekspertizaya təqdim edilmiş, İddiaçı2 adından olan 21 iyul 2016-cı il tarixli və İddiaçı1 adından olan 21 iyul 2016-cı il tarixli xəzinə məxaric orderlərindəki yazılar ilə İddiaçı2 adından olan 14 iyul 2016-cı il tarixli və İddiaçı1 adından olan 14 iyul 2016-cı il tarixli xəzinə məxaric orderindəki yazılar - müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(006)-1954/2022 nömrəli, 10 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddia qismən təmin edilmiş, "xxxx" Bank KB ASC ilə İddiaçı2 arasında bağlanmış 24 fevral 2016-cı il tarixli, 429 saylı əmanət müqaviləsi üzrə sığortalanmış hissəsi 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin cavabdeh Əm anətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı2 ödənilməsi, "xxxx" Bank KB ASC ilə İddiaçı1 arasında bağlanılmış 02 fevral 2016-cı il tarixli, 427 saylı əmanət müqaviləsi üzrə sığortalanmış hissəsi 30.000 (otuz min) manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı1 ödənilməsi, dövlət rüsumu olaraq ödənilmiş 970 manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq iddiaçılara ödənilməsi, iş üzrə məhkəmə xərci kimi ekspertiza tədqiqatının dəyəri olan 126 manat məbləğində pul vəsaitinin cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir.

18. Birinci instansiya məhkəməsinin eyni tarixli xüsusi qərardadı ilə "xxxx" ASC-nin işçi lərinin, eləcə də digər şəxslərinin hərəkətlərində cinayətin əlamətlərinin olubolmamasının araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumatın verilməsi və bu məqsədlə xüsusi qərardadın surətinin və iş materiallarının Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.

19. Birinci instansiyası məhkəməsi xx.xx.2016-cı və xx.xx.2016-cı il tarixli məxaric orderlərinə əsasən əmanət məbləğlərinin tam məxaric edilməsi ilə bağlı məsələyə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/999 saylı ekspert rəyinə istinad edərək qeyd etmişdir ki, əmanət məbləğlərinin iddiaçılara ödənilməsi ilə bağlı olan məxaric orderlərinin iddiaçılar tərəfindən yox, başqa ş əxs tərəfindən icra edildiyi müəyyən edilmişdir. Hazırda iddiaçılar əmanət məbləğinin tam sığortalanmış əmanət hesab edilməklə kompensasiya olaraq onlara ödənilməsini məhkəmədən xahiş etmişlər.

20. Cavabdeh tərəfin iddiaçıların kompensasiya almaq üçün müraciət etmək müddətini ötürdüklərini bildirirək iddianın rədd edilməsi barədə etirazına münasibətdə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların bankdan əmanətlərini məxaric etməməsi hazırkı məhkəmə mübahisəsi ərzində ekspert rəyi ilə təsdiq olunduğundan, göstərilən müddət iddiaçılara aid edilməməlidir.

21. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinin həmin vaxt qüvvədə olan redaksiyasına istinad edərək qeyd etmişdir ki, Fond tərəfindən hər bir işti rakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. Qanunun qeyd olunan şərti tərəflər arasında bağlanan müqavilələrdə də öz əksini tapmışdır.

22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanan əmanət müqavilələri ilə banka yerləşdirilmiş əmanətlərin 30.000 manat hissəsi sığortalanmışdır.

23. Məhkəmə gəldiyi nəticəni “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1, 2.1.2, 25.1.4, 26.1, 27.1, 28.3, 28.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 944.1, 947.2, 948.1, 949, 950-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

24. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edi lməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti iddia ərizəsinə etirazla oxşar məzmunda tərtib edilmiş və əlavə olaraq onunla əsaslandırılmışdır ki, işə əlavə edilmiş sənədlərdən göründüyü kimi iddiaçılar Əmanətlərin Sığortalanması Fonduna müraciət üçün müəyyən edilmiş müddəti ötürmüş, lakin bunun səbəblərini təsdiq edən sənəd əlavə etməmişlər. Məhkəmə hüquq normalarını düzgün tətbiq etməmişdir. Məhkəmənin qətnaməsində qeyd edilən normalar bankla əmanət qoyan arasında olan münasibətləri tənzimləyir. Məlumdur ki, Əmanətlərin Sığortalanması Fondu ilə kompensasiya alan arasındakı hüquq normalarını xüsusi normalar tənzimləyir (“Əmanətlərin sığortalanması haqqında” Qanun, “Banklar haqqında” Qanun). Hazırkı işdə işin mübahisəli halı sı ğorta hadisəsi baş verən anda iddiaçıların əmanətlərinin sığortalı olub-olmaması ilə bağlıdır. Sığorta hadisəsi baş verəndə Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının xx.xx.2016-cı il tarixli qərarı ilə xarici valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 3 faiz müəyyən edilmişdir. Sığorta hadisəsi baş verənədək qorunan əmanətlər üzrə illik faiz dərəcəsi tətbiq olunmamış və bank bunu birtərəfli qaydada etməyə səlahiyyətli deyildi. Depozitin faiz dərəcəsi həmin növ müqavilələr üzrə mühüm şərtdir. Bank müqavilənin mühüm şərtini birtərəfli qaydada dəyişə bilməzdi. Müqavilə, tərəflərin qarşılıqlı razılaşması yolu ilə dəyişdirilə və sığortalı faiz dərəcəsi tətbiq oluna bilər. Göründüyü kimi əmanətin sözügedən qanunun tələbləri altına düşməsi üçün müəyyənl əşdirilmiş faiz dərəcələri əmanət müqaviləsindəki faiz dərəcəsi ilə uyğunluq təşkil etməli və ya əmanətçinin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində müvafiq dəyişiklik edilməlidir. Həmçinin bank müvafiq müraciətin qəbulundan sonra müvafiq dəyişikliklər etməlidir. Lakin göründüyü kimi qanunun imperativ normalarına baxmayaraq banka belə bir müraciət daxil olmamışdır.

26. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1022/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşm ışdır.

28. Məhkəmə kollegiyası Mülki Məcəllənin 944.1-ci və “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1-ci maddələrinə istinadən qeyd etmişdir ki, hər iki norma əmanətçi ilə bank arasında münasibətlərin tənzimlənməsini bank əmanəti müqaviləsinin şərtləri ilə əlaqələndirmişdir. İddiaçılar məhz sığortalanmış əmanətə görə kompensasiya almaq üçün məhkəməyə müraciət etmişlər. Ona görə də, iddiaçılar kompensasiya tələb etmək və almaq hüququndan məhrum edilə bilməz. Çünki, iddiaçıların tələbinin təminatsız kreditorların tələblərinin siyahısına salınması, qeyd edilən məbləğin sığortalanmış məbləğ olsa da, sığortalanmamış məbləğlərin sırasına düşməsinin hüquqi əsası mövcud deyildir.

29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı hə ddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərarla qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 1 avqust tarixli qərarla 10 faiz, 2015-ci il 24 fevral tarixli qərarla 12 faiz, 2016-cı il 2 mart tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz, 2016-cı il 16 sentyabr tarixli qərarla xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz müəyyən edilmişdir. Cavabdeh tərəf əmanət məbləğlərinin iddiaçılar tərəfindən məxaric edildiyinə dair məxaric orderi təqdim etmiş, lakin, qeyd edilən əmanət məbləğlərinin iddiaçılara təhvil verilmədiyi öz təsdiqini tapmışdır. "xxxx" KB ASC ilə İddiaçı1 və İddiaçı2 arasında 02 fevral 2016-cı və 24 fevral 2016-cı il tarixli 427 və 429 saylı əmanət müqavilələri bağlanarkən qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12 faiz olduğundan, İddiaçı1 və İddiaçı2 yerləşdirdiyi əmanətlər isə cəlb edildiyi günə həmin faiz dərəcəsindən aşağı, yəni 8 və 11 faiz olduğundan, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.2.6-cı maddəsinə əsasən qorunan əmanət olmuş, buna görə də həmin Qanunun 26.1-ci maddəsinə əsasən Fond tərəfindən əmanətçilərə 30.000 manatdan çox olmamaq şərtilə kompensasiya ödənilməlidir.

30. Məhkəmə kollegiyası 02 mart 2016-cı il tarixli qərarla xarici valyuta üzrə faiz dərəcəsinin 3 faiz həddində müəyyən edilməsi ilə bağlı qeyd etmişdir ki, Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(81)-361/2016 saylı qərarı ilə "xxxx" ASC məcburi ləğv edilmişdir. Bununla bağlı aidiyyəti tədbirlərin g örülməsinin bu tarixdən əvvəl başlaması nəzərə alındığı halda, tərəflərin faiz dərəcəsini dəyişdirmək üçün ən yaxşı halda 3 ay müddəti olmuşdur. Halbuki, müqavilələr 12 ay müddətinə bağlanmış və ən azı 2017-ci ilin fevral ayına kimi qüvvədə idi. Başqa sözlə, hüquqi nəticə etibarı ilə tərəflər öz iradələrindən asılı olmayan səbəblərdən faiz dərəcəsinin dəyişdirilməsi imkanını itirmişdilər. Digər tərəfdən bankın ləğv edilməsi ilə bağlı həmin məbləğlərin vaxtından əvvəl götürülməsi zərurəti yaranmış olur ki, bu halda həmin müqavilələrin 1.4-cü bəndinin tətbiqi üçün əsas yaranır. Belə olan halda da hesablama illik 3 faiz dərəcəsi ilə aparılır.

31. Apellyasiya şikayətinin iddiaçıların hazırki tələblə qanunvericiliklə müəyyən edilmiş müddətlərdə müraciət etməməsi barədə dəlilləri ilə bağlı qeyd etmişdir ki, "xxxx" ASC ləğv edildikdən sonra Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələblərin qeydə alınması haqqında bildiriş ilk dəfə xx.xx.2016-cı il tarixdə dərc edilmişdir. Lakin nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsində mübahisəyə baxılan zaman cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən mübahisələndirilən məbləğlərin hələ 2016cı ilin iyul ayında məxaric edilməsinə dair xəzinə məxaric orderləri təqdim edilmişdir. Bununla belə, cavabdeh ilk olaraq ümumiyyətlə iddiaçıların hazırda belə bir əmanətlərinin olmadığı mövqedən çıxış etmişdir. Bununla bağlı təyin edilmiş məhkəmə-xəttşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatı nəticəsində həmin orderlərdə olan imzaların iddiaçılara məxsus olmadığı müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, id diaçılara münasibətdə müddətin axını məhz bu halın müəyyən edildiyi tarixdən başlayır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

32. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmidir.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)4167/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər Sənan Hacıyev (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1022/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmış dır.

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayarkən səhvə yol vermişdir. Belə ki, iddiaçıların tələbi “əmanətə görə kompensasiyanın ödənilməsi” barədə olmuş, cavabdehin apellyasiya şikayətinin əsas dəlili isə iddiaçılar tərəfindən kompensasiya almaq hüququ ilə bağlı qanunla nəzərdə tutulmuş beş illik müddətin ötürülməsi ilə bağlı olmuşdur. Hazırki kassasiya şikayətinin əsas dəlili də məhz iddiaçılar tərəfindən sözügedən müddətin ötürülməsi ilə bağlıdır.

35. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin müddətlə bağlı yanaşması düzgün olmamışdır. Belə ki, məhkəmə mübahisələnd irilən qətnamədə üzürlü səbəb kimi qiymətləndirdiyi halların depozitin qaytarılmasına dair gecikdirilmiş müraciətin edilməsindən sonrakı dövrə təsadüf etməsini nəzərə almamışdır.

36. Eyni zamanda məhkəmə müddətin axımının Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilk bildirişin xx.xx.2016-cı il tarixində dərc edildiyi tarixdən hesablanmalı olduğunu da nəzərə almamışdır.

37. Belə ki, əmanətçilər kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində Fonda ərizə ilə müraciət etməmiş, iddiaçıların kompensasiya almaq hüququ cavabdeh tərəfindən ilk bildirişin dərc edildiyi xx.xx.2016-cı il tarixindən başlayaraq beş il müddətində saxlanılmışdır və iddiaçılar xx.xx.2021-ci il tarixdə Fonda və xx.xx.2021-ci ildən məhkəməyə müraciət edərkən bu müddəti ö türmüşlər.

38. Belə ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsinə əsasən Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Qanunun 28.4-cü maddəsinə görə isə bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildyi gündən başlayaraq beş il müddətinə saxlanılır.

39. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəlib ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

40. Məhkəmə kollegiyası izah etmişdir ki, təkrar apellyasiya baxışı zamanı apellyasiya in stansiyası məhkəməsi qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü səbəblərinin mövcudluğunu yalnız həmin müddət çərçivəsində baş vermiş hallara münasibətdə aydınlaşdırmalı, istinad edilən maddi hüquq normalarına müvafiq olaraq qiymət verməklə, ədalətli məhkəmə araşdırması hüququnu təmin edərək mübahisəyə qanunvericiliyə uyğun qaydada yekun hüquqi qiymət verilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1592/2024 nömrəli, 6 mart 2024cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışinski) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 10 oktyabr tarixli qətnaməsi iddia tələbinin təmin edilməsi hissəsində ləğv olunmuş və həmin hissədə iddia tələbi təmin edilməmişdir.

42. Kollegiya kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin müddətlə bağlı yanaşması düzgün olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədə üzürlü səbəb kimi qiymətləndirdiyi halların depozitin qaytarılmasına dair gecikdirilmiş müraciətin edilməsindən sonrakı dövrə təsadüf etməsini nəzərə almamış, bununla da işin hallarına düzgün hüquqi qiymət verməmişdir.

43. Kollegiya qeyd etmişdir ki, məhkəmə müddətin axımının Əmanətlərin Sığortalanması Fondu tərəfindən ilk bildirişin xx.xx.2016-cı il tarixində dərc edildiyi tarixdən hesablanmalı olduğunu da nəzərə almamışdır.

44. İşin araşdırılmış hallarına əsasən əmanətçilər kompensasiya ödənişi haqqında bildiri şin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində Fonda ərizə ilə müraciət etməmiş, iddiaçıların kompensasiya almaq hüququ cavabdeh tərəfindən ilk bildirişin dərc edildiyi xx.xx.2016-cı il tarixindən başlayaraq beş il müddətində saxlanılmışdır və iddiaçılar xx.xx.2021-ci il tarixdə Fonda və xx.xx.2022-ci ildən məhkəməyə müraciət edərkən bu müddəti ötürmüşlər.

45. Kollegiya qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzürlü səbəblərinin mövcudluğunu yalnız həmin müddət çərçivəsində baş vermiş hallara münasibətdə aydınlaşdırması ilə bağlı kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq qeyd etmişdir ki, üzürlü halların müəyyənləşməsi ilə əlaqədar iddiaçı tərəfə sübutların təqdim edilməsi bildirilsə də, iddiaçı tərəf hər hansı sübut təqdim edə bilməmiş, mövqeyini əsaslandıracaq fikir bildirməmişdir.

46. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 944.1,947.2,949.1,949.2, 950.1, 950.2, 950.3, 950.4-cü maddələrinə, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 22.1.2, 2.1.2.6, 8.1.20, 25.1.4, 26.1, 27.1, 27.10, 28.3, 28.4-cü maddələrinə, MPM-in 14.2,77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

47. İddiaçı1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçıların kompensasiya tələbi üçün iddia müddətinin ötürülməsi səbəbindən iddi anı təmin etməmişdir. Amma məhkəmə iddia müddətinin axımının başlanması halını araşdırmamış, iddiaçıların bu barədə sübutlarına əhəmiyyət verməmişdir. Cavabdeh iddiaçının iddia müddətini ötürülməsi ilə bağlı sübut təqdim etməmişdir. Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinə əsasən iddia müddəti dedikdə, məhkəməyə iddia vermək yolu ilə pozulmuş hüququn müdafiəsi üçün qanunla müəyyənləşdirilən müddət başa düşülür. İddia müddətinin əsas və başlıca mahiyyəti – hüququ pozulmuş səlahiyyətli şəxsə öz hüququnu məhkəmə qaydasında müdafiə etmək üçün vaxt müddəti verməkdən ibarətdir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan başlanır.

49. Əmanətlərin iddiaçılar tərəfindən məxaric edilməsi ilə bağlı qeyd olunan məxaric orderlərindəki imzaların iddia çılara məxsus olmadığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/999 saylı ekspert rəyi ilə sübut olunmasına baxmayaraq, BakıApellyasiya Məhkəməsi xx.xx.2024- cü il tarixli 2(103)-1592/2024 nömrəli qərarı qəbul edərkən həmin ekspert rəyinə hüquqi qiymət verməmiş, iddiaçıların qanunla qorunan hüquq və maraqlarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və mübahisəli qətnaməninin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

51. Maddə 372.1. Başqa şəxsdən hər hans ı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

52. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

53. Maddə 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.

54. Maddə 944.1. Bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

55. Maddə 947.2. İstənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanətin məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qala n hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. Fiziki şəxsin əmanəti ilk tələb üzrə almaq hüququndan imtina etməsi haqqında müqavilənin şərti əhəmiyyətsizdir.

56. Maddə 949.1. Bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Bu qayda bir günlük depozitlərə tətbiq edilmir.

57. Maddə 949.2. Əgər bank əmanəti müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bank əmanəti məbləğinə hesablanan faizlər əmanətçiyə hər rüb başa çatdıqdan sonra onun tələbi ilə əmanətin məbləğindən ayrılıqda ödənilir, həmin müddətdə tələb olunmamış faizlər isə üstünə faizlər hesablanan əmanətin məbləğini artırır. Əmanət qaytarıldıqda həmin anadək hesablanmış bütün faizlər ödənilir.

58. Maddə 950.1. Banklar fiziki şəxslərin əmanətlərinin qaytarılmasını icbari sığorta yolu ilə, qanunda nəzərdə tutulan hallarda isə başqa üsullarla təmin etməlidirlər.

59. Maddə 950.2. Bank tərəfindən hüquqi şəxslərin əmanətlərinin qaytarılması üsulları bank əmanəti müqaviləsi ilə müəyyənləşdirilir.

60. Maddə 950.3. Bank əmanəti müqaviləsi bağlanarkən bank əmanətin qaytarılmasının necə təmin ediləcəyi barədə əmanətçiyə məlumat verməlidir.

61. Maddə 950.4. Bank əmanətin qaytarılmasının təmin edilməsi üçün bank əmanəti müqaviləsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədikdə, habelə əmanətin qaytarılması üçün təminat itirildik də və ya onun şərtləri pisləşdikdə, əmanətçi bankdan əmanət məbləğini dərhal qaytarmağı, bu Məcəllənin 948.1-ci maddəsinə uyğun müəyyənləşdirilmiş miqdarda faizlər ödəməyi və vurulmuş zərərin əvəzini verməyi tələb edə bilər. “Əmanətlərin Sığortalanması haqqında” Qanun 62.Maddə 2.1.2. qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Aşağıdakı əmanətlər qorunan əmanətlərə aid edilmir:... Maddə 2.1.2.6. cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər. 63.Maddə 8.1.20. X2 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Mərkəzi Bankla razılaşdırmaqla müəyyən edir. 64.Maddə 25. 1.4. Əmanətçilərin bu qanuna uyğun olaraq əmanətlər üzrə kompensasiya almaq hüququ var. 65.Maddə 26.1. Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30000 (otuz yüz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir (18 dekabr 2020-ci il tarixədək olan redaksiyada). 66.Maddə 27.1. Milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir. 67.Maddə 27.10. Kompensasiya ödənilməsi haqqında elanın ilk dəfə d ərc olunduğu günə müddəti qurtarmamış əmanətlərin müddəti başa çatmış hesab olunur. 68.Maddə 28.3. Fond əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. 69.Maddə 28.4. Əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28.3-cü maddəsində göstərilən müddət əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarı 70. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə görə, həmin Qanunun 8.1.20-ci maddəsinə müvafiq olaraq əmanətin qorunan əmanət statusuna aid edilməsi üçün onun illik faiz dərəcəsi müəyyən edilmiş həddən artıq olmamalıdır. Əmanətlə bağlı verilən bonus illik faiz dərəcəsinə aid edilmir. Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş və təshih tədbirinin tətbiqindən sonra əmanətlərin şərtlərinin dəyişdirilməsi (faiz dərəcəsinin aşağı salınması) yolu ilə qorunan əmanət statusuna aid edilmiş əmanətlər qorunan əmanətlər hesab edilməlidir. “Əmanətlərin sığortalanması haq qında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı

71. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsini nəzərə alaraq, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinə, “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 47-ci və 48-ci maddələrinə əsasən təshih tədbirinin tətbiqindən sonra qəbul edilmiş, həcmi artırılmış və şərtləri dəyişdirilmiş əmanətlər qorunan əmanətlər hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

72. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

73. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

74. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

75. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

76. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

77. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

78. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli o lan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

79. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

80. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

81. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Laki n apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

82. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

83. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

84. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

85. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya i nstansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı təmin etmiş brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

86. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

87. Ə manətçilərin kompensasiya ödənişi barədə ərizələrinin verilməsi müddətlərə tabe tutulur (“Əmanətlərin sığortalanması haqqında” qanunun 28.3 və 28.4-cü maddələri).

88. Bu cür ərizələrin verilməsi üçün müddətin axımı kompensasiyaların ödənilməsi barədə bildirişin ilk dəfə dərc edildiyi tarixdən başlanır və Fond əmanətçilərin ərizələrini həmin gündən başlayaraq bir il ərzində qəbul edir. Əmanətçi bu müddət ərzidə müraciətini qeyri-mümkün etmiş hallar mövcud olarsa, bu halları təsdiq edən sənədlər təqdim edildikdə həmin müddət manətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

89. Göründüyü kimi burada müəyyən olunmuş müddət kəsici xarakterə malikdir və əmanətçinin bu müddətdə öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutur.

90. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

91. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz ü zərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

93. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1592/2024 nömrəli, 6 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar