Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2451/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)819/2025 nömrəli, 9 aprel 2025-ci il ta rixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 7 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. xx.xx.2014-cü il tarixli, 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" İKB ASC tərəfindən X3 60 ay müddətinə illik 25 faiz dərəcə ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. 2. 09.10.2014-cü il tarixli, 10-G-1-0-2077 nömrəli ipoteka müqaviləsinə əsasən, xx.xx.2014-cü il tarixli, 10-G-1-0-2077-14 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V-13, sahə 19-da yerləşən fərdi yaşayış evi "xxxx" İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.
3. Gəncə şəhəri K əpəz Rayon Məhkəməsinin 2(043)-3275/2018 saylı 25 dekabr 2018ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, X4 ilə "xxxx" İKB ASC arasında bağlanmış 08 oktyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv olunması, X2 "xxxx" İKB ASC-nin xeyrinə 27087,79 manat əsas borc, 17791,11 manat faiz borcu və 50 manat cərimə borcu olmaqla, cəmi 44928,9 manat və ödənilməmiş 30 manat dövlət rüsumu tutulması, tutmanın ipoteka predmeti olan Gəncə şəhəri Kəpəz rayonu Sadıllı qəsəbəsi V13 sahə 19-da yerləşən fərdi yaşayış evinə və 0,04 ha torpaq sahəsinə yönəldilməsi, həmin daşınmaz əmlak açıq hərracda satılmaqla əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldilməsi, Daşınmaz əmlakın ilkin satış qiymətinin 100000 manat dəyərində müəyyən edilməsi, ödənişlər həyata keçirildikdən sonra ipotek a predmetinin satışından əldə edilən vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılması, X2 iş üzrə aparılmış tədqiqatlara görə 100 manat pulun tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ41NABZ********************), 200 manat pulun tutularaq "xxxx" MMC-nin hesabına (AZ66AİİB********************) köçürülməsi qət olunmuş, iddia tələbi digər hissədə rədd edilmişdir.
4. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-134/2023 nömrəli qətnaməsinə əsasən, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-3275/2018 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
5. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2 023-cü il tarixli, 2(102)-4395/2023 nömrəli qərarına əsasən, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-134/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edil ən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışlar ki, həmin əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları xx.xx.2024-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19-da yerləşən fərdi yaşayış evində Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olmaqla yaşayırlar. Qeyd olunan fərdi yaşayış evi İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər.
8. Birinci instansiya məhkəməsində Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, Cavabdeh1 iddiaçı tərəflə barışıq əldə etməyə çalışsa da yol-nəqliyyat hadisəsi baş verdiyindən cavabdeh zərərçəkmiş şəxslə barışığa na il ola və bundan sonra İddiaçı ASC ilə razılıq əldə etmək üçün vaxt ayıra bilməmişdir. Həmçinin İddiaçı ASC-yə olan borcunun ödənilməsi üçün satışı nəzərdə tutulan avtomobil yol-nəqliyyat hadisəsi ilə əlaqədar dayanacaqda nəzarət altına saxlanılmış, qeyd olunan səbəbdən avtomobilin satılması və borcun ödənilməsi mümkün olmamışdır. Lakin cavabdeh İddiaçı ASC-yə olan borcun ödənilməsinə ciddi cəhdlə çalışır.
9. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-268/2025 nömrəli qətnaməsi ilə (hakim Camal Quliyev)iddianın təmin edilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılması və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməsi qət olunmuşdur.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evi kredit öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnaməsinə əsasən kredit borcu üzrə tutma həmin evə yönəldilmiş və sözügedən ev iddiaçının mülkiyyətinə keçmişdir. Lakin fərdi yaşayış evinin iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq cavabdeh tərəf həmin evi iddiaçıya təhvil verməmiş, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh1 özünə məxsus olan evi ipoteka ilə yüklü etməklə qanundan irəli g ələrək öz üzərinə tutma ipoteka predmetinə yönəldildikdə və mənzil başqasının mülkiyyətinə keçdikdə mənzili tərk etmək və yeni mülkiyyətçiyə təhvil vermək öhdəliyi götürmüşdür.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.1, 157.2, 157.4-cü, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 59.3, 59.3.1 və 59.3.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmış ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessu al hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, qardaşı X1 Bankdan pul götürmüş və hazırkı mübahisəli evlərini ipotekaya qoymuşdur. Onlara qarşı iddia qaldırılmış və iddia təmin olunmuşdur. Sonda evləri bankın balansına keçmişdir. Onlar evlərini bankdan nisyə alqısatqı müqaviləsi əsasında almaq istəyirlər, bununla bağlı onların bankla müəyyən danışıqları olmuşdur. Sadəcə gözlənilməz müəyyən problemlər olduğundan onların bankla razılaşmamış sona yetirilməmişdir. Gözlənilməz müəyyən problemlər olduğundan onların bankla razılaşmamış sona yetirilməmişdir. Mühahisəli ev onların yeganə qalacaq yerləridir. Onlar evdən çıxsalar gedəcək yerləri yoxdur. Onların bankla olan söhbətlərinin yaxın vaxlarda baş tutacağını birinci instansiya məhkəməsində bildirər ək bizə müəyyən müddətə vaxt verilməsini xahiş etmişlər. Lakin, birinci instansiya məhkəməsi onların müraciətlərinə əhəmiyyət verməmişdir. İşə mahiyyəti üzrə baxmış və iddianı təmin etməklə işlərini sonlandırmışdır.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-819/2025 nömrəli mülki iş üzrə 09 aprel 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Muradov və M.Mustafayev) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh Mehdi Verdiyev tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmış dır. Buna görə də qanuni qüvvəsini almış məhkəmə qətnamələrinə əsasən öhdəliyin icrasının təmin edilməsi üçün tələb borcalan tərəfindən girov qoyulmuş mübahisə predmeti olan fərdi yaşayış evinə yönəldilmiş və həmin əmlak kreditorun, yəni hazırki iş üzrə iddiaçı olan İddiaçı ASC-nin mülkiyyətində keçmişdir. Yəni Cavabdeh1 əvvəllər məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsi, məhəllə V13, sahə 19 ünvanında yerləşən fərdi yaşayış evi kredit öhdəliyinin təminatı kimi ipoteka ilə yüklü edilmiş, məhkəmə qətnaməsinə əsasən kredit borcu üzrə tutma həmin evə yönəldilmiş və sözügedən ev iddiaçının mülkiyyətinə keçmişdir. Lakin fərdi yaşayış evinin iddiaçının mülkiyyətinə keçməsinə baxmayaraq cavabdeh tərəf həmin evi iddiaçıya təhvil verməmiş, iddiaçının mülkiyyət hüququnu pozmuşdur. Cavabdeh1 özünə məxsus olan evi ipoteka ilə yüklü etməklə, mənzil başqasının mülkiyyətinə keçdikdə mənzili tərk etmək və yeni mülkiyyətçiyə təhvil vermək öhdəliyi götürmüşdür. Göründüyü kimi, cavabdehlər həmin mənzildən çıxmamışlar.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab etmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, 60, 72-ci, Mülki Məcəllənin 152.1, 152.4, 157.2, 157.4-cü maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.6, 59-cu, MPM-in 14.1, 14.2, 77.1, 88, 217.3, 21 8.1, 218.3, 384.0.1 və 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
19. Kassasiya şikayəti Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60, 71-ci, Mülki Məcəllənin 560.1, 560.2-ci, MPM-in 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinad edilməklə apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
21. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
22. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
26. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
27. Maddə 1.0.6. ipoteka hüququ - bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur.
28. Maddə
59. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 5 9.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.
29. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418. 4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam müba hisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
42. Cavabdeh1 kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyn i məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
43. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
44. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda gö stərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-819/2025 nömrəli iş üzrə 9 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə