Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2452/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdeh və onun vəkili x1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “istifadədə olan yolun və torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair” mülki iş üzrə Cavabdeh Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Əliyev x7 Apelyasiya Məhkəməsinin Mü lki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “istifadədə olan yolun və torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Astara rayon məhkəməsi 03 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Z.Rəsulov, iş № 2(018)-139/2018) İddiaçı Cavabdeh qarşı “istifadədə olan yolun və torpaq sahəsinin zəbtdən azad edilməsi tələbinə dair” iddiasının qismən təmin edilməsi, Astara rayon x5 15.01.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə JN – 165 Kod 80106028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı adına verilmiş 0,47 ha torpaq s ahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş sahəsi 0,25 ha olan hissəsinin (JN – 165F) 0,0139 ha (139 m2) hissəsinin və həmin torpaq sahəsi ilə həyətyanı torpaq sahəsi arasında olan sahəsi 182 m2, eni 2 metr olan keçid yolunun azad edilməsi, zəbt olunmuş sahəsi 182 m2, eni 2 metr olan keçid yolu üzərində yerləşən qanunsuz tikilinin (qurğunun) Cavabdeh tərəfindən və ya onun hesabına sökülməsi, iddianın qalan hissədə təmin olunmaması, iş üzrə ekspertiza xərci olan 100 (yüz) manat pulun Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə mütəxəssis xərci olan 60 (altmış) manat məbləğində pulun Cavabdeh alınaraq “KapitalBank” x8 hesabına ödənilməsi, iş üzrə dövlət rüsumu olan 30 (otuz) manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Z.Babayev (sədrlik edən və məruzəçi), Q.Kərimov və N.Mİrzəyev, iş № 2(106)- 308/2019) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Astara Rayon Məhkəməsinin 2(018)-139/2018 saylı, 03 sentyabr 2018-ci il tarixli qətnaməsi, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xah iş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili x2 izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prose ssual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların y oxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-165 saylı (KOD 80106028) Dövlət Aktına əsasən Astara rayon x3 027 saylı 15 yanvar 1998-ci il tarixli, 04 nömrəli qərarı ilə Astara rayonunun Telman kəndində yerləşən kənd təsərrüfatı məhsullarının məqsədi ilə 0,47 hektar torpaq sahəsi İddiaçı və x4 mülkiyyətinə verilmişdir. Lakin həmin torpaq sahəsinə gedən gediş-gəliş yolunun keçdiyi torpaq sahəsi iddiaçının qonşusu Cavabdeh tərəfindən zəbt edilərək həmin ərazi çəpərləmişdir. Cavabdehin həmin gediş-gəliş yoluna hər hansı hüququ yoxdur. İddiaçı tərəfindən tələb edilməsinə baxmayaraq cavabdeh könüllü olaraq qanunsuz zəbt etdiyi gediş-gəliş yolunun keçdiyi torpaq sahəsini boşaltmaq istəmir. Ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə görə, Əliyeva (Rəhmətova) Rəxşəndə Heybət qızı 09 fevral 2017-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Lənkəran Ərazi idarəsi tərəfindən verilmiş 22.10.2011-ci il qeydiyyat tarixli, MA ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və Daşınmaz Əmlakın Texniki pasportunun notarial qaydada təsdiq olunmuş surətlərinə görə, Astara rayonunun Çayoba kəndində yerləşən 0,15 ha torpaq sahəsi və fərdi yaşayış evi C avabdeh xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 10 saylı Layihə-Tədqiqat İdarəsi tərəfindən verilmiş 21.06.2018-ci il tarixli, M-110 saylı mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə mühəndis-texniki ekspertizasının 09 avqust 2018-ci il tarixli, 15588 saylı rəyinə görə, Astara rayon x5 15.01.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə JN - 165 Kod 80106028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı və ailə üzvlərinə verilmiş 0,47 ha torpaq sahəsinin sərhədləri müəyyən olunaraq həmin payı bəlli torpaq sahəsinin 2 hissədən (birinci hissənin sahəsi 0,21 ha (JN – 165) və ikinci hissənin sahəsi isə 0,25 ha (JN – 165F)) ibarət olduğu müəyyən edilmişdir. Astara rayon x5 15.01.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə JN – 165 Kod 80106028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında İddiaçı adına verilmiş sahəsi 0,25 ha olan torpaq sahəsinin (JN – 165F) 0,0139 ha (139 m2) hissəsi və həmin torpaq sahəsi ilə həyətyanı torpaq sahəsi arasında olan sahəsi 182 kv.m., eni 2 metr olan keçid yolu Cavabdeh tərəfindən tutulmuşdur. Astara rayonu Pensər bələdiyyəsinin 19.09.2018-ci il tarixli, 47 saylı arayışına görə, Astara rayonunun Çayoba kənd sakini Cavabdeh adına olan 0,15 ha həyətyanı torpaq sahəsi həmkəndlisi İddiaçı ilə pay torpaq sahəsi ilə həmsərhəddir. İddiaçı pay torpaq sahəsinə gedən yol birbaşa Bakı-Ələt yolunun qərb hissəsindədir. Azərbayc an Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 noyabr 2019-cu il tarixli, 18071 nömrəli ekspert rəyinə görə,
1. Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin Beyləqan LTİ-nin mühəndisi Qiyas Quliyevin və Rafiq Əliyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən qeyd olunur ki, torpağın mülkiyyətə verilməsinə dair JN-165 saylı Dövlət Aktına əsasən Astara rayonunun Telman kəndində yerləşən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə İddiaçı mülkiyyətinə verilmiş 0,47 hektar torpaq sahəsinin 0,25 ha hissəsinə (165F) gediş-gəliş yolu faktiki olaraq mövcud deyil.
2. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, mübahisəli torpaq sahəsinə gedişgəliş yolu faktiki olaraq mövcud deyildir və Telman kəndinin kompleks yerqu ruluşu layihəsində (xəritəsində) həmin əraziyə yol nəzərdə tutulmamışdır. Torpağın mülkiyyətə verilməsinə dair JN165 saylı Dövlət Aktına əsasən İddiaçı mülkiyyətinə verilmiş 0,47 hektar torpaq sahəsinin 0,25 ha hissəsinə (165F) qərb sərhədi boyu yaşayış məntəqələri torpaqları ilə kənd təsərrüfatı təyinatlı (pay torpaqları) arasında torpaq islahatına dair kompleks yerquruluşu layihəsində 1-2 m enində torpaq sahəsi saxlanılmışdır. (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2018-ci il tarixli, 15588 saylı rəyində keçid yolu kimi göstərilən).
3. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2018-ci il tarixli, 15588 saylı rəyində göstərilən cavabdeh x9 tərəfindən tutulması g östərilən, İddiaçı adına verilmiş sahəsi 0,25 ha olan torpaq sahəsinin (JN165F) 0,0139 ha (139 kv.m.) hissəsi və həmin torpaq sahəsi ilə həyətyanı torpaq sahəsi arasında olan sahəsi 182 kv.m., eni 2 metr olan keçid yolu Cavabdeh mülkiyyətində olan 0,15 ha torpaq sahəsi ilə üst-üstə düşmür.
4. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ekspert rəyində keçid yolu kimi göstərilən (3-cü sualda qeyd olunan, arasında olan sahəsi 182 kv.m., eni 2 metr olan keçid yolu) torpaq sahəsi **********25-10301 Reyestr nömrəli Çıxarış və Texniki Pasporta əsasən Cavabdeh Yadulla oğlunun faktiki istifadəsində olan 0,327 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsindədir.
5. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, ekspert rəyində zəbt edilməsi göstərilən keçid yolu Cavabdeh mülkiyyətində olan 0,15 ha torpaq sahə sindən keçmir.
6. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, İddiaçı mülkiyyətində olan torpaq sahəsinə getməsi üçün başqa gediş-gəliş yolu faktiki olaraq mövcud deyildir. 7-8. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 avqust 2018-ci il tarixli, 15588 saylı rəyində göstərilən keçid yolu üzərində hər hansı bir tikili mövcud deyildir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 158.1, 158.4, 159, 239.1ci, Torpaq Məcəlləsinin 47.1, 47.2, 47.3, 111.1-ci maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası haqlı olaraq belə nəticəyə gəlmişdir ki, mübahisə predmetini təşkil edən torpaq sahəsindən cavabdehin maneə yaratması nəticəsində iddiaçı ümumi mülkiyy ətdə olan həmin daşınmaz əmlak üzərində sahiblik, istifadə edə bilmir. Halbuki hər bir kəs mülkiyyətində olan əmlak üzərində digər şəxslərin hüquqlarının məhdudlaşdırmadan sərbəst surətdə istifadə, sahiblik və sərəncam vermək səlahiyyətinə malikdir. İddiaçı ilə cavabdeh arasında mübahisə predmeti olan torpaq sahəsi ümumi istifadədə olan torpaq sahəsidir. Həmin torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasını təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir. Həmin torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilərək konkret halda iddiaçıya öz əmlakından istifadə hüququnu həyata keçirməyə maneçilik yaratdığında o cavabdeh tərəfindən istifadədə olan yolun və torpaq sahəsinin zəbtdən azad edilməsini tələb etməkdə haqlı olmuşdur. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsin in qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad edərək, əsasən bir neçə maddi hüquq normasının mətnini köçürsə də, apelyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş maddi və ya prosessual hüquq pozuntusunun nədən ibarət olmasını göstərməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin həmin dəlilləri apelyasiya icraatı zamanı tam olaraq araşdırılmasını müəyyən edərək, həmin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol ve rməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 dekabr 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda