Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2454/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X27 Services” MMC-nə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2454/21 (Açar sözlər: ailə başıçısını itirməyə görə aylıq müavinətin ödənilməsi) Bakı şəhəri, 25 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi X1, vəkili Vəkil və cavabdeh “X27 Services” MMC-nin vəkili X21 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-647/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qətnaməsindən cavabdeh “X27 Services” MMC tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 25 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh “X27 Services” MMC-nə qarşı “aylıq müavinətin verilməsi” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X27 Services” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 12 iyul 2009-cu ildə baş vermiş qəza nəticəsində mərhum atası X6 ölümü ilə əlaqədar ona 01.09.2017-ci ildən 1130,20 manat ödənilməmiş aylıq ödəncin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “X27 Services” Məhdud Məsuliyyətli Cəmiyyəti ndən X7 ölümü ilə əlaqədar dəymiş zərərə görə ödənilməli olan aylıq ödəncin 01.09.2017-ci il tarixdən ödənilməmiş 1130.21 manat məbləğində olan hissəsinin 01.06.2019-cu il tarixədək hesablanmaqla tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət X22 Dəniz X15 və Qəza xilasetmə işləri idarəsinin 2 nömrəli sahəsinin 6-cı dərəcəli dalğıcı işləmiş mərum atası X13 12 iyul 2009-cu il tarixdə ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma idarəsinin 4 saylı özülündə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmuşdur. Hadisə ilə bağlı X14 tərəfindən təhqiqat aparılmış və nəticədə mərhum atası Pu n vəfatı ilə əlaqədar “X27 Services” MMC tərəfindən“İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqinda” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar 3 nömrəli qərarı çərçivəsində müvafiq ödənişlər edilmişdir. Bu baxımdan tərəflər arasında mübahisəli hüquq münasibəti yarandıgı zaman tətbiq edilməli olan maddi hüquq norması qismində Əmək Məcəlləsinin 225-ci və 239-cu maddələri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayə sində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarınını, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqinda” 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı çıxış edir. Azərbaycan Respublikasının Dövlət Neft Şitkəti “Azneft” X5 Xidməti tərəfindən zərərə görə aylıq ödəncin miqdarının hesablanması və ödənilməsi barədə arayış verilmişdir. Arayışda göstərilir ki, SOCAR-ın Dalğıc Qəza-Xilasetmə İşləri İdarəsində işləmiş və 12.07.2009-cu il tarixdə 8 Mİ vertalyotunun qəzaya uğraması nəticəsində həlak olmuş X9 ailə üzvlərinə dəymiş zərərə görə ödənişlər, mərhumun həyat yoldaşı X1 bank hesabına “X27 Services” MMC tərəfindən arayışa əlavə olunmuş cədvəldə göstərilən tarixlərdə və məbləğlərdə SOCAR-ın X31 Donanması, Dalğıc və Qəza-Xilasetmə İşləri İdarəsi “Azneft” İstehsalat Birliyi vasitəsi ilə ödənilmişdir. Əmək xəsarəti nəticəsində vəfat etmiş zərərçəkənə zərər görə aylıq ödəncin miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarınını, şərtlərinin və məbləğin”nin 3.3-cü maddəsinin tələblərinə uyğun olaraq işçinin ölümündən əvvəlki 12 təqvim ayı üzrə götürülən orta aylıq əmək haqqı əsasında (aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı müəyyən edilərkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı “Məzuniyyət vaxtı üçün prta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənclər in müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta aylıq əmək haqqının əmsallaşdırılması qaydasına təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli 137 nömrəli qərarının 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilmişdir və müəssisədə işçilərin tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı müəssisədə müvafiq peşə üzrə işləyən işçilərin (vəzifə) tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilərək (orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı “Orta əmək haqqının hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul 126 nömrəli qərarına uyğun olaraq müəyyən ed ilmişdir) və göstərilən artım günündən başlayaraq hesablanmış və “X27 Services” MMC tərəfindən vəfat etmiş zərərçəkənin işləmiş olduğu müəssisənin vasitəsi ilə arayışa əlavə olunmuş cədvələ uyğun olaraq mərhum X9 arvadı X1 adına olan bank hesabına köçürülmüşdür. Arayışda qeyd olunur ki,12 iyul 2009-cu ildə baş vermiş qəza nəticəsində mərhum atası X6 ölümü ilə əlaqədar 01.07.2009-cu il tarixdən 1574,96 manat, 06.09.2016-cı il tarixdən isə həmin məbləğ indeksasiya edilərək 2260,43 manat aylıq ödənişlər təyin olunmuşdur. Ödənişlər 01.07.1994-cü il təvəllüdlü X16, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı nəzərə alınmaqla ödənilmişdir. Arayışa əlavədən göründüyü kimi 28.08.2017-ci ilə kimi 2260 manat, 01.09.2017-ci ildən isə 1130,21 manat ödənilmişdir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nə ticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalar”-a əsasən istehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik olan şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100% miqdarında ödəniş müəyyən edilir. 01.07.1994-cü il təvəllüdlü X12 23 yaşı tamam olduğundan ona aylıq ödəniş kəsilmiş və ödənc yenidən hesablanmamışdır. Yəni qanunvericiliyə əsasən ödəncin miqdarı uşaqların sayından asılı olmayaraq əvvəlki məbləğdə ona ödənilməlidir. Yəni iddiaçıya ödənilən aylıq müavinət 100% məbləğində ödənilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 senty abr 2019-cu il tarixli, 2(003)-2359/2019 saylı qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia tələbi təmin edilərək, Cavabdeh MMC-dən 01.09.2017-ci ildən hesablanmaqla 1130,21 manat ödənilməmiş aylıq ödəncin tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin mübahisə edilməyən halları ondan ibarətdir ki, iddiaçı 1nın atası olan mərhum X26 X15 və Qəza-Xilasetmə İşləri idarəsinin 2 nömrəli sahəsinində 6-cı dərəcəli dalğıcı vəzifəsində işləmiş və Cavabdeh MMC-nin işçisinin idarə etdiyi Mi-8MTV1 vertolyotunun “28 may” Neft və Qazçıxarma idarəsinin “Günəşli” yatağı 4 saylı dərin dəniz özülündə qəzaya uğrayıb Xəzər dənizinə düşməsi nəticəsində həlak olmuşdur. Cavabdehin işçisinin təqsirindən baş vermiş bədbəxt hadisənin təhqiqatı ap arılmış, İZ formalı akt tərtib edilməklə uçota alınmışdır. Ailə başçısını itirməklə bağlı onun ailə üzvlərinə dəymiş zərərə görə ödənişlər Cavabdeh MMC tərəfindən ödənilmişdir. Cavabdeh bu ödənişləri SOCAR-ın X31 Donanması, Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi və “Azneft” İstehsalat Birliyi vasitəsi ilə həyata keçirmişdir. Ödənişlər mərhum Pun övladları 01.07.1994-cü il təvəllüdlü X16 və xx.xx.1998-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatmadıqları, sonradan isə onların ali təhsil almaları nəzərə alınmaqla edilmişdir. Cavabdeh MMC 01.09.2017-ci il tarixdən etibarən mərhumun oğlu X12 23 yaşı tamam olması əsası ilə aylıq ödənişin miqdarını yarıbayarı azaltmışdır. Məhkəmə, iddianın 01.09.2017-ci ildən aylıq ödəncin 1130,21 manat az ödənilməsinin qanunsuz olması hissəsi üzrə onu qeyd etməyi zəruri sayır ki, həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərin sayından asılı olmayaraq, onun ölümündən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. Cavabdeh tərəf artıq edilmiş bu ödənişlərin hesablanmış zərərin məbləğində yaranmış fərqin ödənilməsinə dair cavabdeh tərəfin dəlillərini təkzib edən hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, cavabdeh əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməli olduğundan, eləcə də xx.xx.1998-ci il təvəllüdlü 1nın əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadə k Pun vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş almaq hüququ olduğundan, 01.09.2017-ci ildən hesablanmaqla, 1130,21 manat ödənilməmiş aylıq ödənc cavabdehdən tutularaq ona ödənilməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1, 1099.1, 1121.1, 1121.3.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 184.2 və 217.4-cü maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağla” ilə əsaslandırmışdır. İddiaçı Cavabdeh MMC apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul e dilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 2(003)-2359/2019 saylı, 27.09.2019-cu il tarixli qərardadı ilə (hakim Emin Məmmədli) iş üzrə tərtib edilmiş 17.07.2019-cu il və 18.08.2019-cu il tarixli məhkəmə iclas protokollarına dair cavabdehin nümayəndəsinin qeydlərinin rədd edilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan cavabdeh “X27 Services” MMC apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinni rədd edilməsi və cavabdeh tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun iddiaçıdan tutularaq cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) 15 yanvar 2020-ci il tarixli, 2(103)-647/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli, 2(003)-2359/2019 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməsi, Cavabdeh MMC-dən 01.09.2017-ci ildən hesablanmaqla 1130,21 manat ödənilməmiş aylıq ödəncin tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, X4 Rusiya Federasiyası X2 c ihazqayırma universitetinin əyani şöbəsində təhsil aldığını və 1-ci kurs tələbəsi olmasına istinad etmişdir. Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Kollegiya mərhum Pun ölümündən sonra onun övladlarına ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxs olaraq 01.07.2009-cu il tarixdən zərərin əvəzini ödəmiş və hazırda da bu ödənişləri qismən davam etdirən cavabdehin iddiaya etirazı və apellyasiya şikayətinin dəlillərinə tənqidi yanaşır və qeyd edir ki, həmin dəlillər iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, Mi-8MTV1 vertolyotunun “28 may” Neft və Qazçıxarma idarəsinin “Günəşli” yatağı 4 saylı dərin dəniz özülündə qəzaya uğrayıb Xəzər dənizinə düşməsi nəticəsində mərhum Pun ölməsi, vertolyotu idarə etmiş Cavabdeh MMC-nin işçisinin təqsirindən olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin 2.1-ci bəndinin 3-cü abzasına əsasən istehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə hi mayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. Kollegiya hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində vurduğu zərərin əvəzini ödəməli olduğundan, eləcə də xx.xx.1998-ci il təvəllüdlü 1nın əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək Pun vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş almaq hüququ olduğundan, iddia təmin edilməli, 01.09.2017-ci ildən hesablanmaqla, 1130,21 manat ödənilməmiş aylıq ödənc cavabdehdən tutularaq ona ödənilməlidir. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Vüqar Həsənov, Şərafət Məmmədova) 26 fevral 2020-ci il tarixli, 2(103)-647/2020 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 27.11.2019-cu il tarixli məhkəmə iclas protokoluna dair cavabdehin nümayəndəsinin qeydlərinin geri qaytarılması qərara alınmışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh “X27 Services” MMC (vəkili X21 oğlu) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini, iddiaçının və onun nümayəndəsinin əməllərində Azərbaycan respublikası CM-nin 320.2, 29.178.2.1, 29,178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsinə işarə edən kifayət qədər əlamətlərlə əlaqədar bu barədə xüsusi qərardad çıxarılması və prokurora xəbər verilməsi, məhkəmə xərcləri-c avabdeh tərəfindən ödənilmiş apelyasiya şikayətinə görə 15 manat kasasiya şikayətinə görə 15 manat dövlət rüsumunun hüquqi xidmətlərə görə vəkilə ödənilmiş 310 manatın, cəmi 340 manatın İddiaçı “X27 Services” MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, istehsalatda bədbəxt hadisə baş verdiyi zaman qüvvədə olan «Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəblərdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi qaydaları»nın tətbiqinə dair Təlimatın (bundan sonra məntdə Təlimat) 4-cü bəndinin ikinci abzasının tələblərinə görə işçisi qarşısında nəqliyyat vasitəsini ayırmış Xəzər X15 və Qəza-Xilasetmə İşləri İdarəsi məsuliyyət daşıyırdı. Həmçinin qeyd edilməlidir ki, hava nəqliyyat vasitəsi neft şirkəti tərəfindən öz işçilərinin daşınması üçün ayrılmış xidməti nəqliyyat vasitəsi hesab edilir (təhqiqat aktın 3-cü bəndi i.v.12-18) və sərnişinlər neft şirkətinin sifarişi əsasında daşınılıb. Xidməti nəqliyyat vasitəsi ilə, o cümlədən sifariş əsasında daşınma zamanı baş vermiş bədbəxt hadisə işçinin işəgötürənin məsuliyyətinə aid edilir. Məhz buna görə dövlət təhqiqat aktına əsasən (i.v.12-18) Pun ölümü ilə nəticələnmiş hadisə (aktın 6-cı bəndi) X15 və Qəzaxilasetmə İşləri idarəsində istehsalatda bədbəxt hadisə kimi İZ aktı ilə rəsmiləşdirilmişdir (i.v.19). SWHS MMC sərnişin qarşısında məsuliyyəti isə üçüncü şəxslər qarşında məsuliyyətin sığortalanması ilə məhdudlaşır. Həmin sığorta haqqı zərərçəkənə tam ödənilib. Apelyasiya mə hkəməsi əmək münasibətlərindən (əmək müqaviləsindən) irəli gələn öhdəlikləri (məsuliyyəti) vətəndaşla həmin münasibətlərdə olmayan SWHS MMC aid etmişdir. Bununla da İİ instansiya məhkəməsi ƏM-nin 2.3, 239-cu və MM-nin 1097, 1099-cu maddələrin tələblərini kobud pozmuşdur. Məhkəmə ödənilən vəsaitin cavabdeh tərəfindən SOCAR-a ödənilməsini Cavabdeh MMC iddiaçı qarşısında məsuliyyəti kimi qiymətləndirmişdir. Halbuki, maddi normaların tələblərinə görə tənzimləmə mexanizmləri tam fərqlidir. Belə ki, mərhumun işəgötürəni olan idarə həlak olmuş işçisinin ailə üzvlərinə bütün ödəncləri etməli, sonra isə daşınma müqaviləsi olan idarə zərərin ödənilməsinə dair Cavabdeh MMC-yə MM-nin normaların tələbləri çərçivəsində müraciət edə bilərdi. Qeyd edilməlidir ki, Cavabdeh MMC zərərin əvəzin ödənilməsi ilə bağlı müraciət etmək idarənin hüququdur. Sözügedən idarə bu hüquqdan öz mülahizəsinə görə həm istifadə, həm də istifadə etməyə bilər. Bundan başqa cavabdeh qeyd edir ki, İddiaçı ödənişin ikinci hissəsinin təyin edilməsi maddi qanunun tələblərinə zidd tənzimlənib. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarının 2.1-ci bəndinin, habelə MM 1119.1 maddəsinin tələblərinə əsasən əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı faiz şəklində müəyyənləşdirilir. Qazanc müəyyən edildikdən sonra zərərin ödənilməsi MM 1122-ci maddəsinin “hüququ çatan şəxslərə zərərin əvəzi ölənin Mülki Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dol anacaqları üçün alırdılar və ya almaq hüququna malik idilər tələblərinə uyğun təmin olunur. Məsələn, mərhum himayəsində iki valideyni və iki övladı olardısa, hər birinə qazancın ¼ hissəsinə bölüşdürülərək həmin şəxslərə bərabər pay şəklində ödənilir. Həmin qaydada tənzimləmə Azərbaycan Respublikası ƏƏSM Nazirliyinin 13-3 saylı 21.02.1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək vəzifələrini yerinə yetirərkən xəsarət almış, peşə xəstəliyinə tutulmuş işçilərə və yaxud bu səbəbdən həlak olmuş işçilərin ailələrinə müəssisələr, idarələr, təşkilatlar tərəfindən zərərin ödənilməsi qaydaları”nın tətbiqinə dair Təlimatda (bundan sonra məntdə -Təlimat) öz əksini tapmışdır. Belə ki, Təlimatın 12-ci bəndində qeyd edilir ki, “Həlak olmuş şəxsin himayəsində olmuş zərərə görə aylıq ödənc almaq hüquq una malik olan şəxslər, həmin ödəncdən bərabər pay almalıdırlar.’’ İşin düzgün həlli üçün Təlimatın 12-ci bəndinin növbəti “Zərərə görə aylıq ödənci almaq hüququna malik olan şəxslər bu hüququ itirdikləri halda və yaxud bu hüquqa malik şəxs yenidən yarandıqda (məsələn, vəfat edənin ölümündən sonra onun doğulmuş uşağı) zərərə görə aylıq ödəncdə onların payları bərabər hüquqla yenidən hesablanaraq tapılır.” cümləsinə xüsusi diqqət yetirilməlidir və qüvvədə olan MM-nin tələbləri ilə birlikdə müqayisə edilməlidir. Burada qeyd edilməlidir ki, sözügedən Təlimat 2000-ci ilin sentyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra məntdə MM(1964)) tələblərinə uyğun tətbiq edilmişdi və qüvvədə olan MM (1964) hər kəsə təyin edilmiş əvəz miqdarı, sonralar yenid ən hesablanmaması barədə məhdudiyyət nəzərdə tutulmamışdır. Hadisə zamanı qüvvədə olan MM-nin 1122.3-cü maddəsinin tələblərinə əsasən MM-nin 1122.3.1 və 1122.3.2-ci maddələrinin tələblərində nəzərdə tutulmuş istisnalarla, hər kəsə təyin edilmiş əvəz miqdarı, sonralar yenidən hesablanmamalıdır. Buna görə zərərin hesablanması, yenidən hesablanması həmin vaxt qüvvədə olan qanunvericiliyin, məhz yuxarıda qeyd edilən normaların tələblərinə uyğun təmin edilməli idi. Apelyasiya məhkəməsi yuxarıda qeyd edilən maddi normaların tələblərini tətbiq etməməklə MPM 7-ci maddəsinin, yəni mülki qanunvericiliyin zamana görə qüvvəsi barədə tələblərini pozmuşdur. 12.07.2009-cu ildən başlayaraq Təlimatın tələblərinə uyğun olaraq mərhum Pun qazancını (gəlirini) yetkinlik yaşına çatmayan övladları E.Nahmədov və İddiaçı alırdı. Hər övlada sözügedən qazancın ½ hissəsinə bölünərək həmin şəxslərə bərabər pay şəklində ödənilirdi. Zərərin əvəzinin ödənilməsi müddəti MM 1121.3.1 və 1121.3.2-ci maddələrin tələbləri ilə müəyyən edilir və tələbələr üçün ən çoxu 23 yaşına qədərdir. İşdə olan doğum haqqında şəhadətnamədən (i.v.23) görünür ki, X17 01.08.1994-cü il təvəllüdlüdür və 01.08.2017-ci il tarixdə onun 23 yaşı tamam olmuşdur. MM-nin 1122.3.1 və 1122.3.2 maddələrin tələblərində nəzərdə tutulmuş istisnalar İddiaçı aid deyil. İstehsalatda bədbəxt hadisənin 12.07.2009-cu il tarixdə baş verdiyini nəzərə alaraq Təlimatın həmin vaxt qüvvədə olan MM tələblərinə uyğun bəndləri tətbiq edilməli idi. İİ instansiya məhkəməsi sözügedən qaydada qanunvericiliyi tətbiq etməməklə MM-nin 1, 1121.3.1, 1121.3.2 və 1122. 3-cü maddəsinin və Təlimatın tələblərini kobud pozmuşdur, tətbiq olunmalı maddi normanın əvəzinə qanunsuz olaraq deliktdən irəli gələn maddi normaları tətbiq etmişdir. İddiaçı Sankt-Peterburq dövlət dəniz texniki universitetinin İİ kursun tələbəsi olduğuna mülki iş üzrə Xəzər rayon məhkəməsində iki dəfə, ayrı-ayrılıqda 2018-ci və 2019-cu illərdə, aparılan məhkəmə icraatı zamanı şifahi istinad etsə də, bu barədə birinci instansiya məhkəməsinə ümumiyyətlə təsdiqedici sənəd təqdim etməmişdir. Cavabdeh iddiaçının 2016-cı ildən başlayaraq 4 fərqli ali təhsil ocağında təhsil aldığı barədə məlumatların mövcudluğuna apelyasiya məhkəməsinin diqqətinə çatdırmaqla müvafiq sənədləri təqdim etmişdir. Apelyasiya məhkəməsi MPM-nin 368.3-cü maddəsinin tələbləri ilə nəzərdə tutulmuş 3 aylıq işə baxılma müd dətinin bitməsinə 1 ay qalmış MPM 371-ci maddəsinin tələblərinə zidd olaraq iddiaçının ali təhsil müəssisəsində oxuması barədə səlahiyyəti təsdiq olmayan şəxs tərəfindən imzalanmış arayışı, yeni sübutu qəbul etmişdir. İddiaçının və onu təmsil etdiyi şəxslərin 2018 və 2019-cu illərdə sübut təqdim etmədən Xəzər rayon məhkəməsində ali təhsil müəssisəsində oxuması barədə məhkəməyə yalan izahat verdiyini, cavabdehə 2017-ci ildə ali təhsil müəssisəsində oxuduğu barədə saxta arayışı təqdim etməsi, 133/19 saylı 29.11.2019-cu il tarixli arayışı səlahiyyəti təsdiq edilməyən şəxs tərəfindən imzalanması, sənədin Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin 1147 saylı 14.10.2015-ci il tarixli və 124 saylı 10.02.2017-ci il tarixli əmrlərin tələblərinə zidd olduğunu üçün arayışın növbəti dəfə saxtal aşdırılması istisna edilmədiyini İİ instansiya məhkəməsinin diqqətinə çatdırılmışdır. Bununla bağlı cavabdeh Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinə və ali təhsil müəssisəsinə sorğu vermiş, sorğuların müvafiq olaraq 30, 31 dekabr 2019-cu il tarixdə (Elm və təhsil nazirliyinə) və 15.01.2020-ci il tarixdə (ali təhsil müəssəsinə) çatdırılması barədə apelyasiya məhkəməsinə sübut təqdim etmişdir. İİ instansiya məhkəməsi MPM 371 və 9.1-ci maddələrinin tələblərini pozaraq 15.01.2020-ci il tarixdə müşavirə otağına getməzdən əvvəl iddiaçıdan təkrar yeni sübut qəbul etmişdir. Apelyasiya məhkəməsi növbəti dəfə qəbul etdiyi digər yeni sübutları cavabdehə təqdim etmədən müşavirə otağına getməsi hərəkətləri ilə MPM 134.1.3-cü maddəsinin tələblərinə kobud şəkildə pozmuşdur. İİ instansiya məhkəmə si icraatın sonunda məhkəməyə saxtalaşdırılmış arayışın təqdim edilməsinin əsaslı ehtimalı olduğu halda şübhə doğuran yeni sübutu təkzib etmək imkanı cavabdehə verməyərək, sorğuların göndərilməsinə baxmayaraq, bundan sonra ikinci dəfə yeni sübut qəbul edib və təkrar həmin sübutu təkzib etmək imkanı verməyərək, MPM 78.3-cü maddəsinin tələblərinə zidd olaraq həmin günü, 15.01.2020-ci il tarixdə, təcili olaraq məhkəmə qərarını qəbul edib mülki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün qətnamədən kasasiya şikayəti verilə bilmədiyini elan etmişdir. Apelyasiya məhkəməsi yeni sübutu təkzib etmək imkan verməməklə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi barədə MPM 9.1-ci maddəsinin tələblərini kobud pozmuşdur.MM 1121.3.2-ci maddəsini n tələblərinə əsasən on səkkiz yaşından yuxarı tələbələrə — əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək zərərin əvəzi ödənilir. İİ instansiya məhkəməsi bu maddi normanın tələblərini pozaraq iddiaçının 26.02.2018-ci il tarixdən ali təhsil müəssisəsindən xaric olan dövrü ödəncin verilməsi dövrə aid etmişdir (iddiaçının 26.02.2018-ci il tarixdən ali təhsil müəssisəsindən xaric olunması haqqında məhkəməyə sübut təqdim edilmişdir). Menecment, İqtisadiyyat və İnnovasiya İnstitutu 7-3 saylı 21.01.2020-ci il tarixli məktubu və əlavə olunmuş əmrdən çıxarışla öncə verdiyi 133/19 saylı 29.11.2019-cu il tarixli arayışını təkzib edərək iddiaçının 1 kurs 1 semestr qiyabi-əyani (axşam) təhsil formasına qəbul edildiyini bildirmişdir. Bundan başqa Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyinin MH-3/188 saylı ci il tarixli məktubun və məktuba əlavə olunmuş X20 Ali Təhsil Təşkilatı “Menecment, İqtisadiyyat və İnnovasiya İnstitutu”nun 6-3 saylı 23.01.2020- ci il tarixli məktubu ilə iddiaçının 1 kurs 1 semestr qiyabi-əyani (axşam) təhsil aldığı təkrar təsdiq edilmişdir. Təhlil edilən sənədlər 133/19 saylı 29.11.2019-cu il tarixli arayışın saxtalığını və iddiaçının MM 1121.3.2-ci maddəsinin tələblərinin təsiri altına düşmədiyini, cavabdehin şübhələrinin əsaslı olduğunu təsdiq etmişdir. Qeyd edilən fakt iddiaçının və onun nümayəndələrinə öncədən bəlli idi. Lakin, qarşı tərəf sözügedən ali təhsil müəssisəsinin əyani təhsil formasının 2 kursunda təhsil almadığını halda, aldatma yolu ilə özgəsinin əmlakı olan pul vəsaitini ələ keçirmək m əqsədi ilə növbəti dəfə bilə-bilə saxta məlumatları istifadə edərək məhkəməyə təqdim etmişdir. Eyni zamanda apelyasiya məhkəməsi iddiaçının və onun nümayəndələrinin 2018- 2020-ci illərdə məhkəmələrə yalan izahat verməsinə, təhsil haqqında sənəd təqdim etmədən ali təhsil müəssisəsində oxuması barədə məlumatlarına, iddiaçının sonuncu dəfə təqdim etdiyi arayışı səlahiyyətli şəxs tərəfindən imzalanmadığına, arayışın RF Təhsil və Elm Nazirliyinin əmrlərinə zidd tərtib olunduğuna tənqidi yanaşmağı unutmuşdur. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı və onun nümayəndələri məqsədyönlü qaydada dəfələrlə (2018-2020) yalan izahat verməklə, bilə-bilə saxta arayışdan istifadə etməklə, aldatma yolu ilə SWHS MMC əmlakını 31645,88 manatdan yuxarı pul vəsaitini ələ keçirməyə cəhd etmişlər. Ümumilikdə a pelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını kobud şəkildə pozmuşdur. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdeh “X27 Services” MMC-nin vəkili X21 oğlu kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında işt irak edən İddiaçı nümayəndəsi X3 və vəkili Vəkil kasasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən məhkəmə akt ı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması həyata keçirilərkən müəyyən edilmişdir ki, işə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası iddianın təmin edilməsi qənaətinə gələrkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin 2.1-ci bəndinin 3-cü abzasına istinad edərək, istehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilməli olduğuna, buna görə də iddianın təmin edilməli olduğuna istinad etmişdir. Bu zaman apelyasiya kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 148 və 149-cu maddələrinin tələblərinə riayət etməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 14-ci maddəsinin 1-ci hissəsində Azərbaycan Respublikasının Qanunvericilik sisteminə daxil olan normativ hüquqi ak tların hüquqi qüvvəsinə görə ardıcıllığını sadalamış, ardıcıllıqda 3-cü sırada qanunlar, 5-ci sırada isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarları göstərilmişdir. Konstitusiyanın 149-cu maddəsinin 5-ci hissəsinə əsasən isə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və Azərbaycan Respublikası Prezidentinin fərmanlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları yalnız dərc edildikdə onların tətbiqi və icrası vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti orqanları, hüquqi şəxslər üçün məcburidir. Bu da onu göstərir ki, qanunlar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarlarından üstün hüquqi qüvvəyə malikdir və əgər qanunla Nazirlər Kabinetinin hər hansı qərarı arası nda ziddiyyət və ya uyğunsuzluq olarsa, ilk növbədə qanunvericilik normalarının tətbiqinə üstünlük verilməli, mübahisənin tənzimlənməsində qanunvericilik normaları tətbiq edilməlidir. Göstərilənlərin davamı olaraq qeyd edilməlidir ki, Nazirlər Kabinetinin adıçəikilən müvafiq qərarı 2-ci bəndinin 3-cü abzasında istehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc almaq hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəl faktiki ora aylıq əmək haqqının 100%-i miqdarında ödəniş müəyyən edildiyi göstərildiyi kimi, 3-cü bəndinin 1-ci hissəsində zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslərin dairəsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edildiyi göstərilm iş, bu norma göndərici norma olaraq ödənc almaq hüququ olan şəxslərin dairəsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinə göndəriş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1121-ci maddəsində zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərin əvəzini almaq hüququ olan şəxslər dairəsində ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; şəxsin ölümündən sonra doğulmuş uşağı göstərilmiş, zərərin əvəzinin yetkinlik yaşına çatmayanlara - on səkkiz yaşına çatanadək; on səkkiz yaşından yuxarı tələbələrə əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək ödənilməli olması vurğulanmışdır. Həmin Məcəllənin 1122.3-cü madd əsində isə ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan hər kəsə təyin edilmiş əvəz miqdarının, qeyd olunan normanın alt hissəsində göstərilmiş hissələr üzrə hallar istisna olmaqla, sonralar yenidən hesablanmamalı olduğu göstərilmiş, yenidən hesablanma halı kimi ailə başçısı öldükdən sonra uşaq doğulması göstərilmişdir. Bu o deməkdir ki, ailə başçısı öldükdən sonra uşaq doğulmasının ailə başçısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan hər kəsə təyin edilmiş əvəz miqdarının yenidən hesablanmalı olması zərərin əvəzinin ödənilməsinə hüququ çatan hər kəsin zərər məbləğində bərabər paylara malik olmasının göstəricisidir. Belə ki, əgər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2003-cü il tarixli 3 saylı qərarı ilə təsdiq edilm iş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin 2.1-ci bəndinin 3-cü abzasında göstərilmiş zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilməli olduğunun bildirilməsi, ödənc hüququ olan şəxslər dairəsindən kiminsə qanunvericiliyin tələblərinə uyğun qaydada çıxması halında zərərə görə aylıq ödəncin 100 faiz şəkildə digər ödənc hüququ olan şəxsə və ya şəxslərə verilməli olduğunun göstəricisi kimi qəbul edilməlidirsə, o zaman qanunvericilik hansı əsasla ailə başçısı öldükdən sonra uşaq doğulmasını ailə başç ısının ölümü ilə əlaqədar zərərin əvəzinin ödənilməsinə hüququ çatan hər kəsə təyin edilmiş əvəz miqdarının yenidən hesablanmalı olduğunu imperativ norma kimi özündə ehtiva etmişdir? Qeyd edilən norma ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1287-ci maddəsinin müqayisəli tədqiqatını apardıqda da zərərin əvəzinin ödənilməsinə hüququ çatan hər kəsin zərər məbləğində bərabər paylara malik olmasını müəyyən etmək olar. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1287-ci maddəsinə əsasən, Əgər vərəsənin mayası bağlanmışdırsa, lakin o hələ doğulmamışdırsa, mirasın bölüşdürülməsi yalnız həmin vərəsənin doğumundan sonra mümkündür. Əgər mayası bağlanmış, lakin hələ doğulmamış vərəsə sağ doğularsa, qalan vərəsələr mirası yalnız ona düşən payı ayırmaqla bölüşdürə bilərlər. Yeni doğ ulanın mənafelərinin müdafiəsi məqsədilə onun nümayəndələri bölgüdə iştiraka dəvət edilməlidirlər. Göstərilən normadan aydın olur ki, mirasdan bərabər pay almaq hüququna malik olan şəxslər sırasına, yəni mirasda payları bərabər olan şəxslər sırasına hələ doğulmamış vərəsə də daxil edilmiş, miras bölüşdürülərkən onun da payının ayrılmalı olması imperativ norma kimi göstərilmişdir. Normaların müqayisəli tədqiqatı onu göstərir ki, hələ doğulmamış uşağın miras əmlakda paya sahib olduğu kimi, ailə başçısı öldükdən sonra uşaq doğulmasına görə zərərin əvəzinin ödənilməsinə hüququ çatan hər kəsə təyin edilmiş əvəz miqdarının yenidən hesablanmalı olması da ailə başçısı öldükdən sonra doğulan uşağın digər zərər məbləğinə hüququ çatan şəxslərlə bərabər paya malik olmasını ifadə edir. Beləliklə, ape lyasiya kollegiyası işin hallarını tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, hazırki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə tam riayət etməmiş, tətbiq edilməli hüququ tətbiq etməmiş, tətbiq etdiyi normaya isə hərfi mənada yanaşmaqla mübahisəni həll etmiş, nəticədə işin hallarına düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1-ci mad dəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərar dadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, işin yuxarıda göstərilmiş hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.01.2020-ci il tarixli, 2(103)-647/2020 nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 4 17 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “X27 Services” MMC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-647/2020 nömrəli iş üzrə 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.