Məhkəmə qərarları › İş №2(102)-2455/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2455/2021

31.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2455/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh2 və X3 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, mənzilə sahiblik, istifadə hüququnun tanınması və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni inşa olunan binada olan yaşayış sahəsinə dair müqavilənin etibarsızlığı, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cav abdeh2, onun nümayəndəsi Nümayəndə və vəkili X10 oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2(103)850/2020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 18 aprel 2007-ci il tarixli müqavilə ilə Cavabdeh1 MTK ünvan 1yerləşən 2 otaqlı, ümumi sahəsi 101 kv.m olan 74 saylı mənzili İddiaçı 53227 ABŞ dolları məbləğində pul vəsaiti qarşılığında satmış, sonuncu mənzilin dəyərini tam ödəyərək, bu barədə MTK tərəfindən maliyyə arayışı verilmişdir. 02 mart 2014-cü il tarixli müqavilə ilə Cavabdeh1 MTK ünvan 1yerləşən 2 otaqlı, ümumi sahəsi 101 kv.m olan 74 saylı mənzili X3 34000 man ata satmış, sonuncu mənzilin həmin dəyərini tam ödəyərək, bu barədə MTK tərəfindən maliyyə arayışı verilmişdir 21 noyabr 2016-cı il tarixli müqavilə ilə Cavabdeh1 MTK ünvan 1yerləşən 2 otaqlı, ümumi sahəsi 101 kv.m olan 74 saylı mənzili Cavabdeh2 34000 manata satmış, sonuncu mənzilin həmin dəyərini tam ödəyərək, bu barədə MTK tərəfindən maliyyə arayışı verilmişdir Azərbaycan Respublikası Baş Prokurorluğu Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin 22 may 2019-cu il tarixli sorğuya cavab məktubuna əsasən Cavabdeh1 MTK-nın inşa etdiyi binadan 2 otaqlı, 101 kv.m sahəsi 74 saylı mənzil kooperativ rəhbəri tərəfindən 18 aprel 2007-ci il tarixli müqavilə və 45243 manat ekvivalentində 53227 ABŞ dollarının ödənilməsi haqqında maliyyə arayışları əsasında İddiaçı, təkrarən 21 noyabr 2016-cı il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında faktiki olaraq 37000 manat ödənilməklə Cavabdeh2, 2017-ci ilin sentyabr ayında isə təkrarən tarixi 02 mart 2014-cü il kimi göstərilmiş saxta müqavilə və 34000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X1. Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 yanvar 2020-ci il tarixli məktubuna əsasən həmin Məhkəmənin icraatında olan X6 və X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ünvan 1 ünvanında Cavabdeh1 MTK tərəfindən inşa olunan yaşayış binasının 11-ci mərtəbəsində, ümumi sahəsi 101 kv.m olan, 2 otaqdan ibarət 74 №-li mənzil üzrə dələduzluq edilməsi ilə bağlı ibtidai istintaq orqanı tərəfindən İddiaçı 11 iyul 2018-ci il t arixdə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində, Nümayəndə 02 avqust 2018-ci il tarixdə zərərçəkmiş şəxs qismində, X4 10 yanvar 2018-ci il tarixdə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmışdır. Cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir və yekun məhkəmə aktı qəbul edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 MTK-ya qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına və dəyişdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, Cavabdeh2 və X5 əlavə cavabdehlər qismində cəlb etməklə, Cavabdeh1 МTK-nın inşa etdiyi binada 2 otaqlı, 101 kv.m sahəsi olan, 74 saylı mənzillə bağlı Cavabdeh2 ilə 21 noyabr 2016-cı il tarixdə bağlanmış müqavilənin, bunun əsasında verilmiş maliyyə arayışının və X4 ilə 2017-ci ilin sentyabr ayında tarixi 02 mart 2014-cü il kimi göstərilmiş müqavilənin, bunun əsasında verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi və Cavabdeh1 MTK ilə İddiaçı arasında bağlanmış 18 aprel 2007-ci il tarixli müqaviləyə əsasən ünvan 1inşa edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 101 kv.m olan, 2 otaqlı, 74 saylı mənzilə İddiaçı köçürülməsi, həmin mənzildən cavabdehlərin və digər şəxslərin çıxardılaraq, mənzilin boşaldılıb İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 MTK-nın ünvan 1inşa etdiyi yaşayış binasından 18 aprel 2007-ci il tarixdə 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 101 kv.m olan, 2 otaqlı, 74 say lı mənzili 53227 ABŞ dollarına almış və mənzilin dəyərini 29 yanvar 2008-ci il tarixədək hissə-hissə ödəmişdir. Lakin Cavabdeh1 MTK-nın inşa etdiyi yaşayış binasında mənzillərin bir neçə şəxsə satılması barədə məlumat almış, onda bununla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə ərizə ilə müraciət etmiş və məlum olmuşdur ki, ona məxsus 74 saylı mənzil ondan sonra başqa bir şəxsə də satılmışdır. Cavabdeh1 MTK binanı yaşayış üçün tam olaraq təhvil verilməsi öhdəliyini öz üzərinə götürsə də, müqavilə öhdəliklərinə riayət etməmiş, binanı yaşayış üçün tam istismara təhvil verməmiş, mənzillərlə bağlı heç bir sənədləşmə aparmamış, bilərəkdən maneələr yaratmışdır. Prokurorluqdan ona verilən şifahi məlumata əsasən ona məxsus mənzildə, həmin mənzilə ondan sonrakı tarixə mü qaviləsi olan şəxs yaşayır. Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işi üzrə 74 saylı mənzillə bağlı zərərçəkən şəxs kimi tanınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(004)2803/2019 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia tələbi təmin edilməmişdir. Birinci instansiyası məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 337.1, 351.4-cü maddələrinə istinad edərək hesab etmişdir ki, mübahisəli mənzil MTK tərəfindən ilk öncə İddiaçı satılsa da, həmin mənzildə Cavabdeh2 ailəsi ilə birlikdə yaşadığından, mənzilə dair istifadə və sahiblik hüquqlarını reallaşdırdığından iddia təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı apellyasiya şikay əti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(004)-2803/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2(103)-850/2020 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Mərdanovanın sədrliyi və məruzəsi ilə, hakimlər E.M.Həsənovdan və F.F.Babayevdan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli, 2(004)-2803/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2016-cı il tarixli müqavilənin və Cavabdeh1 MTK ilə X7 arasın da bağlanmış 02 mart 2014-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2016-cı il tarixli müqavilə üzrə ödənilmiş 34000 manat və Cavabdeh1 MTK ilə X7 arasında bağlanmış 02 mart 2014-cü il tarixli müqavilə üzrə ödənilmiş 34000 manat məbləğində pulun Cavabdeh1 MTK-dan alınaraq, müvafiq olaraq Cavabdeh2 və X3 qaytarılması və ünvan 1edilən yaşayış binasının 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 101 kv.m 2 otaqlı, 74 saylı mənzilin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 MTK mübahisəli mənzilin iddiaçıya satıldığını bilə-bilə, həmin mənzili həm X3, həm də Cavabdeh2 təkrar satmışdır. Mübahisəli mənzilin iddiaçıya satılması barədə rəsmi sənədlərin olm asına baxmayaraq, cavabdeh mübahisəli mənzilin təkrar satışını həyata keçirmişdir. Bu isə tərəflərin əsl niyyətini əks etdirməmişdir. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh2 və X3 münasibətdə qeyd etmişdir ki, əhəmiyyətsiz əqd etibarsız əqd olduğundan onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla hüquqi nəticələrə səbəb olmur. Buna görə də, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2016-cı il tarixli müqavilə və Cavabdeh1 MTK ilə X7 arasında bağlanmış 02 mart 2014-cü il tarixli müqavilə hüquqi nəticələr yaratmamışdır. Cavabdeh1 MTK və Cavabdeh2 arasında bağlanmış 21 noyabr 2016-cı il tarixli müqavilə və Cavabdeh1 MTK ilə X7 arasında bağlanmış 02 mart 2014-cü il tarixli müqavilə etibarsız hesab edildiyindən, belə bir tələbin mövcud olub-olmamasından asılı olma yaraq həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsi də həll edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh2 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2(103)-850/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın tamamilə rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Cavabdeh1 MTK-nın mübahisələndirilən mənzilə iş üzrə həm iddiaçı, həm də cavabdehlərlə bağlanmış müqavilələr və verilmiş maliyyə arayı şları, hüquq və vəzifələr baxımından eyni məzmunlu, eyni əsaslarla bağlanmış qüsurlu müqavilə və arayışlardır ki, bu sənədlərin heç biri qeydiyyatdan keçməmiş, nömrələnməmiş, hər hansı bir qurum tərəfindən uçotu aparılmamışdır. İş üzrə məhkəmə hökmü çıxarılmamış və hökm qüvvəsinə minənə qədər hansı sənədin daha yüksək qüvvəyə malik olması barədə konkret fikir söyləmək olmaz. Belə ki, sonrakı alıcılar da vicdanlı alıcıdırlar, eyni əsaslarla müqavilə bağlamışdır. Əksinə sonrakı alıcıların acınacaqlı duruma düşməsinin səbəbkarlardan biridə iddiaçıdır, əyər MTK ilə iş birliyi olmayıbsa ziyana görə oda məsuliyyət daşımalıdır. İddiaçı 18 aprel 2007-ci il tarixdə müqavilə bağlayıbsa və MTK müqavilə öhdəliyinə əməl etməyibsə iddiaçı 3 il müddətinə iddia qaldırıb MTK-nın sonrakı qanunsuzluqlarının qarşısının almalı və öz hüquqlarını bərpa etməli idi. Mənzil davasına 10 ildən sonra başlamasının səbəbi bəlli deyil. İddia müddəti keçmiş və iddiaçının mənzilə mülkiyyət hüququ olmadığından, mülki işə Azərbaycan Respublikası MM-nin 384.0.4-cü maddəsinin müddəaları tətbiq edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən Cavabdeh2, etibarnamə əsasında nümayəndəsi Nümayəndə və vəkili X10 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasında İddiaçı vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası onu n izahatını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlərin nümayəndəsi və ya vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdehlərdən yalnız Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin həmin cavabdehə aid hissədə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüq uq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 178.8-ci maddəsinə əsasən (01 iyul 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclu dan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 452.1-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak həl ə verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi v ə faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırmalıdır. 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarın ın 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar iş in materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh1 MTK tərəfindən inşa olunan binada eyni mənzil müxtəlif tarixlərdə İddiaçı, X3 və Cavabdeh2 satılmış və hər üçü ilə qüvvədə olan müqa vilə bağlanmışdır. Mənzil hazırda faktiki Cavabdeh2 sahibliyindədir. Həmçinin müəyyən olunmuşdur ki, MTK-nın vəzifəli şəxslərinin qeyd olunan və başqa mənzillərlə bağlı da oxşar cinayət xarakterli hərəkətlər görülmələri ilə əlaqədar barələrində cinayət işi başlanmış və iş mübahisələndirilən qətnamə qəbul olunan dövrdə Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olmuşdur. Həmin cinayət işində İddiaçı və X4 zərərçəkmiş şəxs və mülki iddiaçı qismində, Nümayəndə (hazırki işdə iddiaçının nümayəndəsi) isə zərərçəkmiş şəxs qismində tanınmışlar. Lakin işin faktiki hallarını araşdıran apellyasiya instansiyası məhkəməsi İddiaçı cinayət işi üzrə icraatda olan mülki iddiasının nədən ibarət olması, həmin mülki iddiaya baxıldığı halda hazırki iddiaya baxılmasının Mülki Prosessual Məcəlləsinin 259.0.4 -cü maddəsinin tələblərinə əsasən mümkünlüyü məsələsini araşdırmamışdır. Belə ki, iş materiallarında İddiaçı cinayət işi üzrə mülki iddiaçı qismində tanınmasına dair istintaq orqanının qərarı əlavə olunsa da, mülki iddianın özü yoxdur. Digər tərəfdən məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı və cavabdehlərdən biri MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə həm mülki iddiaçı, həm də zərərçəkmiş şəxs, kassatorun (onun nümayəndəsi) isə yalnız zərərçəkmiş şəxs qismində tanındıqları halda, apellyasiya instansiyası məhkəməsi MPM-in 254.1.4-cü maddəsinə əsasən iş üzrə icraatın dayandırılması məsələsini də müzakirə etməli idi. Belə ki, həmin cinayət işi üzrə qəbul ediləcək hökm hazırki iddianın qanuni və ədalətli həlli üçün əhəmiyyətli ola bilər. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təq dim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 09 iyun 2020-ci il tarixli, 2(103)-850/2020 nömrəli qətnaməsi qismən, i ddianın Cavabdeh2 aid təmin olunmuş hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar