Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2455/2022 16.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə iddiaçı XXXnun cavabdeh XXXna qarşı; Qarşılıqlı iddia üzrə iddiaçı XXXnın cavabdeh XXXna qarşı iddia tələblərinə dair iş üzrə QƏRARİ iş № 2(102)-2455/2022 Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, onun itirilmiş hesab edilməsi Bakı şəhəri, 16 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7974/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı XXX t ərəfindən verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. XXX, ilkin iddiaçının oğlu Aqil Əliyev ilə 2005-ci ildə ailə qurmuş və Telman Əliyevə məxsus olan, ünvan 1 ünvanında yerləşən mənzilə köçmüşdür. Onların birgə nikahlarından xx.xx.2006-cı ildə Əliyeva Telman Aqil oğlu və xx.xx.2010-cu ildə Əliyeva Nigar Aqil qızı adlı uşaqları anadan olmuşdur.
2. Həmin mənzil üzərində Telman Əliyevin xüsusi mülkiyyət hüququ xx.xx.2011-ci il dövlət reyestrində qeydə alınmış və sonuncuya bu barədə çıxarış verilmişdir. 3. xx.xx.2013-cü ildə Əliyeva Aqil Telman oğlu ilə cavabdeh XXX arasındakı nikah rəsmiləşdirilmişdir.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(011)-1106/2021 saylı q ətnaməsi ilə Əliyeva Aqil Telman oğlu ilə cavabdeh XXX arasındakı nikah pozulmuşdur.
5. Hazırda sözügedən mənzilə dair tərəflər arasında aşağıdakı mübahisələr yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
6. İlkin iddiaçı XXX cavabdeh XXXna qarşı cavabdehin ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun şəxsi mülkiyyətindədir. Cavabdeh XXX oğlunun arvadıdır. Oğlu ilə münasibətləri korlandığından cavabdeh mütəmadi olaraq öz atası evində yaşayır. Onun mənzildə qeydiyyatda qalması iddiaçının mülkiyyətçi olaraq əmlak üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır.
8. Qarşılıqlı i ddiaçı XXX XXXna qarşı onun və övladları xx.xx.2006-cı il təvəllüdlü Əliyev Telman Aqil oğlu və xx.xx.2010-cu il təvəllüdlü Əliyeva Nigar Aqıl qızı ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
9. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, XXX iddiaçının oğlu ilə 2005-ci ilin may ayında el adəti ilə ailə qurmuş və ərinin valideynləri yaşadıqları ünvan 2-ə köçmüşdür. Həmin mənzildə yaşadığı müddətdə iddiaçı ilə Əliyev Aqil Telman oğlu arasında birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü Əliyev Telman Aqil oğlu və xx.xx.2010-cu il təvəllüdlü Əliyeva Nigar Aqil qızı anadan olmuşdur. Ailə münasibətləri əvvəllər yaxşı olmuşdur. XXX ilə iddiaçının oğlu arasında nikah xx.xx.2013-cü il tarixində rəsmi ləşdirilmişdir. O, övladları ilə mübahisəli ünvanda yaşayış yeri üzrə qeydiyyata düşərək yaşamışdır. Lakin, son vaxtlarda iddiaçının oğlu Əliyev Aqil Telman oğlu özünü qeyri-səmimi aparmış, normal həyat tərzi keçirməmiş, əmək fəaliyyəti ilə məşğul olsa da, aldığı məvacibi ailəsinə xərcləməmiş, ailənin təminatını təmin etməmiş və buna görə ailədə narazılıqlar yaranmışdır. xx.xx.2020-ci il tarixində əri ilə arasında mübahisə yaranmış, dava düşmüşdür. Səhəri gün qayınanası onu və övladlarını evdən qovmuşdur. O, övladları ilə birlikdə, məcburən, anasının evinə getmişdir. Hal-hazırda cavabdeh və onun uşaqlarının əşyaları, cehiz və qızıl-zinət əşyaları həmin ünvanda qalmışdır.
10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ə.Abbasova) 2(011)-1188/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd edilərək, qətnamənin XXXnın ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas olması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, həm Mülki Məcəllənin, həm də Mənzil Məcəlləsinin tələbləri baxımından XXXnın XXXna məxsus ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququ yaranmamışdır.
12. Belə ki, cavabdeh XXX iddiaçıdan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs hesab edilmədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən iddiaçının digər qohumu hesab edilmir. Odur ki, cavabdeh XXXnın mübahisəli mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz.
13. Bundan başqa iddiaçı XXX ilə cavabdeh XXX arasında notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Buna görə də ilkin iddia tələbi rədd edilməlidir.
14. Məhkəmə qeyd etmişdir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanın ın üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir.
15. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, Əliyeva Gülnar Əli qızının mübahisəli mənzildən istifadə hüququ olmadığında onun həmin mənzilə köçürülməyə dair iddia tələbi əsassızdır. Uşaqlar ananın yanında qaldıqlarından onlara münasibətdə də qarşılıqlı iddia təmin edilə bilməz. Belə ki, yetkinlik yaşına çatmamış uşaqları yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30-cu, Mülki Məcəllənin 27.2, 228.1, 228.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin XXXnın ünva n 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas olması və qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, köçürülməsini tələb etdiyi mənzilə 2005-ci ildə köçdüyündən onun həmin vaxt qüvvədə olan qanunvericiliyə görə mənzilə istifadə hüququ yaranıb, məhkəmə isə mübahisəyə 2009-cu ildən qüvvədə olan Mənzil Məcəlləsi müddəalarını tətbiq edib.
19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7974/2021 nömrəli, 22 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) cavabdeh XXX tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhər i Xətai Rayon Məhkəməsinin 2(011)-1188/2021 saylı, 03 may 2021-ci il tarixli qətnaməsi qismən XXXnın ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsas olması və qarşılıqlı iddia tələbi hissəsində ləğv edilmiş, qarşılıqlı iddia tələbi hissəsində iş üzrə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh XXXnın övladları xx.xx.2006-cı il təvəllüdlü Əliyev Telman Aqil oğlu və xx.xx.2010-cu il təvəllüdlü Əliyeva Nigar Aqıl qızı ilə birlikdə ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini rədd etsə də, iddia tələb indən kənara çıxaraq qeyd etmişdir ki, bu qətnamə XXXnın ünvan 2 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Halbuki iddiaçının belə bir tələbi olmamışdır.
21. Kollegiya qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozularaq, hazırkı işin halları hərtərəfli araşdırılmamış, cavabdeh 2005-ci ildə həmin mənzilə gəlin köçən zaman mübahisəli evin hüquqi rejimi düzgün müəyyənləşdirilməmiş, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsi tətbiq edilmiş və nəticədə iş üzrə düzgün olmayan qətnamə qəbul edilmişdir. Belə ki, aparılan araşdırmalar nəticəsində cavabdehin mübahisəli mənzilə gəlin köçən vaxt, yəni 2005-ci ildə mənzil dövlət mənzil fonduna aid olduğu üçün xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü ma ddəsinə əsasən onun və övladlarının həmin mənzildən istifadə hüququnun olduğu müəyyən edilmirdir.
22. Məhkəmə öz mövqeyini xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 119.1, 217.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Telman Əliyev kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində qalmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilin dövlət mənzil fonduna aid olduğu qənaətinə gəlsə də, iş materiallarında bu halı təsdiq edən sübutlar yoxdur.
25. Bund an başqa xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən cavabdehin istifadə hüququnun yaranması üçün o iddiaçı ilə birgə yaşamalı və birgə təsərrüfat aparmalıdır. Apelyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçı ilə nə zamana qədər birgə yaşamasını, birgə təsərrüfat aparıb-aparmamasını aydınlaşdırmamışdır.
26. Bundan başqa qanunun tələbinə əsasən dövlət mənzil fonduna aid mənzil özəlləşdirilərkən kirayəçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı tələb olunur ki, cavabdehin belə bir razılıq verib-verməməsi aydınlaşdırılmamışdır.
27. Həmçinin apelyasiya instansiyası məhkəməsi cavabdehin mübahisəli evdə uzun müddətdir ki, yaşamamasını nəzərə almamışdır. Bu hal xx.xx.2017-ci il tarixli aliment tələbi ilə bağlı qətnamədə öz təsd iqini tapmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:
29. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
30. Maddə
54. İcarədar özü ilə b irlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
31. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
32. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar v ə onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
33. Maddə 262.2. Yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
34. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keç məsinə kömək göstərir.
35. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
40. Kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin aktı tam mübahisələndirildiyindən qətnamə tam yoxlanılır.
41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Apellyasiya məhkəməsi qar şılıqlı iddiaçının tələblərini təmin edərkən mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında münasibətlər 2005-ci ildə yarandığından işə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə həmin Məcəllənin 53-cü maddəsinə istinadən qeyd etmişdir ki, cavabdeh mübahisəli mənzilə gəlin köçən vaxt, yəni 2005-ci ildə mənzil dövlət mənzil fonduna aid olduğu üçün qeyd olunan maddəyə əsasən onun və övladlarının həmin mənzildən istifadə hüququ vardır. Ona görə də qarşılıqlı iddiaçı iki uşağı ilə birgə sözügedən yaşayış sahəsinə köçürülməlidirlər.
43. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını səhv tətbiq etmişdir.
44. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyə rləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir.
45. Qarşılıqlı iddiaçının mübahisəli mənzilə köçürülməsinin qanuni əsası kimi 2009cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin tətbiqi üçün həmin normanın dispozisiya şərtlərinə uyğun istifadə hüququnun yaranması, habelə bu hüququn qanuni əsaslarla aradan qalxmamış olması lazı mdır.
46. Belə ki, yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iddiaçının icarədarın ailə üzvü olması və onunla birlikdə yaşaması zəruri şərtlərdir. Ailə üzvləri isə icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Bu statusda olmayan digər şəxslər o halda icarədarın ailə üzvləri sayıla bilərlər ki, icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmış olsunlar (§ 29-30).
47. Kollegiya bildirir ki, qeyd edilən halları sübuta yetirmək yükü onları iddia edən tərəfin üzərinə düşür. Başqa sözlə, mübahisəli yaşayış sahəsində istifadə hüququnu iddia edən şəxs həmin halları sübuta yetirməyə borcludur (§ 35-36).
48. Hazırkı işin halları baxımından 2005-ci ildə icarədar Telman Əliyevin ailə üzvü olmayan Gülnarə Əliyevanın (ailə üzvü sayılması üçün) icarəd arla birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparmasına dair sübutlar təqdim və tədqiq olunmamış, bu xüsusata lazımi şəkildə qiymət verilməmişdir.
49. İş materiallarından belə görünür ki, Gülnarə Əliyeva xx.xx.2013-cü ilədək Telman Əliyevin oğlu ilə rəsmi nikahda olmamışdır. Nikahın qeydə alındığı vaxtdan sonrakı dövrə aid hüquq münasibətləri ilə bağlı nəzərə alınmalıdır ki, məhkəmələr dövlət mənzil fonduna aid olan yaşayış sahəsi üzərində xx.xx.2011-ci ildə Telman Əliyevin xüsusi mülkiyyət hüququnun qeydə alındığını müəyyən etmişlər.
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il qərarında bildirmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması an ı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.
51. Birinci instansiya məhkəməsi mübahisəli mənzilə münasibətdə Gülnarə Əliyevanın Mənzil Məcəlləsinin 30-cu maddəsindən irəli gələn hüququnun olmadığını əsaslandırmışdır (§ 12).
52. Kollegiya onu da qeyd edir ki, G.Əliyevanın sözügedən mənzildən istifadə hüququ hətta əvvəlki Mənzil Məcəlləsinə görə yaranmış olsa belə, bu hüquq həmişəlik və ya ehtiy yat bir hüquq sayılmır. Yəni, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz.
53. Təsadüfi deyil ki, qeyd olunan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə görə, icarədar və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya köçməsi icarə müqaviləsinin pozulmuş sayılmasına imkan verir, müvəqqəti başqa yerə getdikdə isə onların yaşayış sahəsi altı ay saxlanılır (§ 31-32).
54. Eyni mahiyyətdə olan mənzildən istifadə (şəxsi servitut) hüququ, hətta MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşama q üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür.
55. Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir (§ 33).
56. Hazırkı işdə isə Gülnarə Əliyevanın əvvəlki Mənzil Məcəlləsi ilə mübahisəli mənzildən istifadə hüququ yaranmış olsa belə, onun nə vaxtdan, hansı formada (öz iradəsi ilə və ya məcburi şəkildə) və hansı məqsədlə (başqa yerdə daimi, yoxs a müvəqqəti yaşamaq üçün) getməsi (yaxud köçməsi) barədə aydınlaşdırılması zəruri olan məlumatlar mövcuddur.
57. Belə ki, ilkin iddiaçı Telman Əliyev birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli iclasında bildirmişdir ki, Gülnarə Əliyevə 5 ildir ki, mübahisəli evdən getmişdir və harada yaşadığını bilmir.
58. Gülnarə Əliyeva isə həmin məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında ifadə etmişdir ki, 2017-ci ildən onu iki uşağı ilə birlikdə evdən çıxarmışlar.
59. Kassasiya şikayətində də göstərilir ki, Gülnarə Əliyevanın mübahisəli evdə faktiki yaşamamasına sübut xx.xx.2017-ci ildə uşaqlar üçün aliment tutulması barədə məhkəmə qətnaməsi almasıdır.
60. İş materiallarında bu mülki işdən qabaq Gülnarə Əliyevanın sözügedən mənzilə hüquq iddia etməsi və köçürülməsi barədə iddia qaldırm asına dair məlumat mövcud deyil.
61. Hazırkı mübahisə isə Telman Əliyevin mənzildə yaşamayan Gülnarə Əliyevanı pasport qeydiyyatından çıxarması məqsədilə xx.xx.2020-ci ildə mənzildən istifadə hüququna xitam verilməsi barədə iddia qaldırması ilə başlamışdır. Məhz bundan sonra – xx.xx.2021-ci ildə G.Əliyeva mənzilə köçürülməsinə dair qarşılıqlı iddia irəli sürmüşdür.
62. Buna baxmayaraq apellyasiya məhkəməsi G.Əliyevanın Mənzil Məcəlləsinin 53cü maddəsinə əsasən yarandığını bildirdiyi istifadə hüququnun işin qeyd edilən faktiki hallarına (uzun müddət daimi olaraq başqa yerdə yaşamasına) görə sonradan aradan qalxıb-qalxmadığını ayndınlaşdırmamış, bu xüsusatlar üzrə araşdırma aparmaqla iddia olunan hüququn xətm olub-olmamasına qiymət verməmişdir. Halbuki, mübahisənin düzgün həlli üçün həmin xü susatlara hüquqi qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir.
63. Beləliklə, qeyd edilənlərə əsasən Kollegiya bu qənaətə gəlir ki, qarşılıqlı iddiaçının mübahisəli mənzildən istifadə hüququnun əvvəlki Mənzil Məcəlləsinə əsasən yaranmış sayılması üçün onun T.Əliyevlə ümümi təsərrüfat aparıb-aparmaması, əgər bu hüquq yaranmışsa, G.Əliyevanın hansı tarixdən mübahisəli mənzili tərk etməsi, bu müddət ərzində onun hansı səbəbdən mənzilə köçürülmə barədə iddia qaldırmaması, onun başqa ünvanda yaşaması səbəbindən (iddia olunan) istifadə hüququnun aradan qalxıbqalxmadığı və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər halların aydınlaşdırılması üçün tərəflərə lazımi şərait yaradılmalı, həmin xüsusatlar çəkişmə prinsipinə riayət edilməklə, sübutetmə yükünə uyğun qaydada araşdırılmalı, mübahisəyə toplanmış sübutlar və mülki qanunvericiliyin istinad olunan normaları əsasında yekun hüquqi qiymət verilməlidir.
64. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qeyd edilən prosessual tələblərə əməl etməmiş, nəticədə yuxarıda göstərilən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
65. Ona görə də qətnamə ləğv edilməli, mübahisənin yenidən araşdırılması və nəticəsindən asılı olaraq müvafiq qərarın qəbul edilməsi üçün iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
66. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7974/2021 nömrəli iş üzrə 22 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışı