Məhkəmə qərarları › İş №2(102)-2455/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2455/2025

07.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2455/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi nəticəsində vurulan zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-621/2025 nömrəli iş üzrə 14 aprel 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 7 oktyabr 2025-ci il tarixdə Ali Məhk əmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Gəncə şəhəri, X.Rəfibəyli küçəsi, 2-ci dalan, 0,02 ha torpaq sahəsində yerləşən, 4 otaqlı, ümumi sahəsi 226 kv metr olan 7 saylı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə X1 adına qeydə alınmış və Reyestr Xidməti tərəfindən bu barədə onun adına 13 oktyabr 2011-ci il tarixli çıxarış verilmişdir.

2. Gəncə şəhəri, X.Rəfibəyli küçəsi, 2-ci dalan, 0,02 ha torpaq sahəsində yerləşən, 7 saylı fərdi yaşayış evində faktiki X1 bacısı İddiaçı yaşayır. 3. 02 oktyabr 2021-ci ildə İddiaçı ilə Cavabdeh arasında şifahi podrat müqaviləsi bağlanmış və razılaşmaya görə sonuncu İddiaçı sifarişi ilə Gəncə şəhəri, X.Rəfibəyli küçəsi, 2-ci dalan, 0,02 ha torpaq sahəsində yerləşən, 7 say lı fərdi yaşayış evində müvafiq təmir işlərini icra etməyi, İddiaçı isə Cavabdeh razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürmüşlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi ziyana görə 9362 manat, mənəvi ziyana görə 10000 manat, ödənilmiş dövlət rüsumuna görə 150 manat olmaqla, cəmi 19512 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 oktyabr 2021-ci il tarixdə özünə məxsus olan sözügedən evi təmir etmək qərarına gəlmişdir. Bu məqsədlə usta olan cavabdehi evdə təmir işləri aparması üçün dəvət etmiş və görüləsi işlərə dair ikitərəfli razılaşma əsasında cavabdeh evdə təmir işlərinə başlamışdır. O, həmin müddətdə başqa evdə yaşamış və arabir təmir edilən evə gəlib-getmişdir. Bir müddət keçdikdən sonra cavabdehin gördüyü işləri qeyri-peşəkar səviyyədə apardığını görmüş və aralarında narazılıqlar başlamışdır. O, dəfələrlə cavabdehə bildirmişdir ki, öz işində dönüş yaratsın, amma bu heç bir nəticə verməmişdir. Hal-hazırkı vaxtadək cavabdeh evdə işlərini başa çatdırmamış və sonradan onu tapa bilməmişdir. Həmin müddətə onun tərəfindən ayrı-ayrı vaxtlarda cavabdehə hovuzun tikilməsi üçün 1025 manat, 16 oktyabr 2021-ci ildə 100 manat, 18 oktyabr 2021-ci ildə 200 manat, 24 oktyabr 2021-ci ildə 200 manat, 01 noyabr 2021-ci ildə 200 manat, 13 noyabr 2021-ci ildə 300 manat, 26 noyabr 2021-ci ildə 50 manat, 19 noyabr 2021-ci ildə 300 manat, 11 dekabr 2021-ci ildə 300 ma nat, 18 dekabr 2021-ci ildə 500 manat, 29 dekabr 2021-ci ildə 500 manat, 11 yanvar 2022-ci ildə 200 manat, 13 yanvar 2022-ci ildə 300 manat, 03 fevral 2022-ci ildə 50 manat olmaqla, cəmi 4225 manat pul vermişdir. Bundan əlavə o, həmin evə 5137 manat məbləğində malmateriallar almışdır. Göstərilən mal-materialları ayrı-ayrı vaxtlarda almışdır (qaimələr işə əlavə edilmişdir). Hazırda işi yarımçıq qalmış və onun aldığı materialların hamısı korlanmışdır. Cavabdehi çağıraraq bunun nə üçün belə olduğunu soruşmuş, o da işlərin korlanmasının onun təqsirindən olduğunu qəbul etməmişdir. Onun tələblərinə baxmayaraq cavabdeh dəymiş zərəri ödəməkdən imtina etmişdir. Digər ustaların verdiyi şifahi məlumata görə evdə olan qüsurların aradan qaldırılması üçün 9.500 manat vəsaiti tələb olunur. Cavabdehlə söz ügedən evdə hovuzun tikilməsini (su sisteminin də quraşdırılaraq işlək vəziyyətdə təhvil verilməsi üçün), hamamda kafel-metlax, tavan, santexnik işlərinin görülməsini, hovuzun üstündə olan yerə metlaxın vurulmasını, evin həyət hissəsində pəncərələrin və qapıların kənarlarının ağlay daşı ilə çərçivəyə alınması işlərinin görülməsini razılaşdırmışlar. Lakin, qeyd olunan bütün işlər cavabdeh tərəfindən qüsurlu şəkildə görülmüş və həmin işləri qəbul edilə bilən səviyyədə almamışdır. Cavabdeh tərəfindən qüsurlu şəkildə görülmüş işlər aşağıdakılardan ibarət olmuşdur: hovuzun tikilməsi (15,7 kub metr)- (tikinti işləri üçün 1 kubu 75 manat, suvaq işləri üçün 1 kv.m 4 manat) hovuz suyu saxlamamış, hovuzun suyu həyətə axmışdır. Bu barədə 8 nəfərin iştirakı ilə işin qüsurlu olması barədə akt tərtib olunmuşdur. Bundan sonra, hovuzun içi başqa usta tərəfindən hörülüb, suvanmış və altına beton qatı tökülmüşdür. Cavabdeh tərəfindən hovuzdan suyun çıxması üçün boru yerləri düzgün qoyulmamışdır. Həmin işləri başqa usta görmüşdür. Bundan başqa, hovuzun həyətə baxan hissəsində suvaq işlərinin görülməsi üçün cavabdeh tərəfindən pul alınsa da, həmin işlər görülməmişdir. Hovuzun üstündəki yerə metlax vurulması- yerə vurulan metlaxın su axıtma (ötürmə) səviyyəsi düzgün qoyulmamışdır. Həmin yerdə su axıdılanda su trapa tərəf deyil, qapının qarşısında yığılaraq gölməçə yaradır. Beləliklə, həmin yerin suyu düzgün şəkildə trapa tökülmür. Hovuzun üstündəki 4,6 m x 3,7 m = 17,02 kv metr sahəyə metlax düzgün vurulmayıb və sökülüb yenidən vurulmalıdır. Hamamda kafel metlax, tavan işlərinin görülməsi- ha mamın divarlarına vurulmuş kafellərin birləşmə yerləri biri-biri ilə uyğun gəlməmiş və biribirlərindən hündürlük səviyyəsi baxımından aşağı və yuxarı olmuşdur. Hamamın giriş hissəsində olan otaqda yerdə suyun axması üçün hamam trapı qoyulmamışdır. Hamamın digər otağında yerə vurulan metlaxın su axıtma (ötürmə) səviyyəsi düzgün qoyulmamışdır. Həmin yerdə su axıdılanda su trapa tərəf deyil, hamamın kənarında yığılaraq gölməçə yaradır. Beləliklə həmin yerin suyu düzgün şəkildə trapa tökülmür. Hamamın divarlarına vurulmuş kafellər düzgün istiqamətdə vurulmadığı üçün onların üstündə olan naxışlar birbirlərinə uyğun gəlməmişdir. Hamamın kafellərinin əyriliyini itirmə üçün iki kafel arasında nazik alüminium kantdan istifadə etmişdir. Hamamın tavanında aspirator (havalandırma) yeri açılsa da aspir ator taxılmamışdır. Hamamın iki otağının tavanının səviyyəsi biri-biri ilə uyğun götürülməmişdir. Tavan lüzumsuz şəkildə aşağı salınmışdır. Tavana vurulmuş lövhələr biri-birləri ilə, həmçinin beton tavan ilə düzgün birləşdirilməmişdir, nəticədə əl ilə toxunduqda tavanda silkələnmə olmuşdur. Daha sonra, hamamın döşəməsini isti döşəmənin səviyyəsindən çox yuxarı qaldırıb, nəticədə daha çox sement işlənib və döşəmənin isinməsi zəifləyib. 3,2 m x 4 m = 12,8 kv metr metlax yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. 3,2 m x 4 m = 12,8 kv metr tavan yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yenidən vurulmalıdır. 26,88 kv metr hamamın iç otağının, 24,48 kv metr hamamın giriş otağının kafeli yuxarıda qeyd edilən şəkildə düzgün vurulmayıb, sökülüb yen idən vurulmalıdır. Evin həyət hissəsində pəncərələrin və qapıların kənarlarının ağlay daşı ilə çərçivəyə alınması - aqlay daşları divara möhkəm bərkidilməmiş, daşların divarda qalması üçün divara mismar vurularaq daşları məftil ilə həmin mismara bağlamışdır Vurulmuş aqlay daşlarının üstü cilalanmamışdır. Aqlay daşlarının arxası sement beton ilə doldurulmalı olduğu halda iri boşluqlara beton kisələrinin kağızlarını doldurmuşdur. Evin həyət hissəsində olan iki ədəd pəncərənin aqlay çərçivələrinin hündürlüyü eyni səviyyədə olmamışdır. Pəncələrin aqlaylarının arxası beton ilə doldurulmamışdır. Divara vurulmuş 4 mert hündürlükdə sütun aqlay daşının arxası sement beton ilə doldurulmalı olduğu halda iri boşluqlara beton kisələrinin kağızlarını doldurmuşdur. Bütün aqlay daşları sökülməli və yenidə n vurulmalıdır. 7 ədəd pəncərənin və 2 ədəd qapının ümumilikdə 60 metr uzunluğunda çərçivə aqlay daşları qüsurlu şəkildə vurulmuşdur, sökülüb yenidən vurulmalıdır. 4 metr uzunluqda iki tərəfli aqlay sütun daşı qüsurlu şəkildə vurulmuşdur, sökülüb yenidən vurulmalıdır.

6. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, mübahisəli evin həyətində hovuzun tikintisi işini qüsursuz həyata keçirmiş, oraya su doldurmuş, axıntı olmadığını müəyyən etdikdən sonra həmin işi iddiaçıya təhvil vermişdir. Mübahisəli evin hamam otağında və dəhlizində kafel-metlaxın vurulması, tavanında və hamama bitişik balkonda kafel-metlax vurulması, divara suvaq çəkilməsi işlərini iddiaçının qardaşının göstərişlərinə uyğun həyata keçirmişdi, bu göstərişə uyğun həyata keçirəcəyi halda işlərin qüsurlu olacağını bildirsə d ə, həmin göstərişlər dəyişdirilməmişdir. Mübahisəli evin həyət hissəsindəki qapı-pəncərələrin kənarına çərçivə formasında vurulmuş ağlayların dəmir tellərlə bərkidilməsi və kənarlarına kağızla doldurulması tikinti işlərinin görülməsindən irəli gələn zərurətdir. İddiaçıdan həmin işlərin görülməsinə görə cəmi 2.700 manat xidmət haqqı almışdır və iddiaçının dəftərində 250 manat borcunun olması barədə yazının altından o, imzalamışdır. Təxminən 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək mübahisəli evdə işləmişdir. Hazırda iddiaçıya borcu yoxdur və onu aldatdığı üçün dəftərə borcu olduğuna dair imza atmışdır.

7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 iyul 2023-cü il tarixli, 10/1562 saylı ekspert rəyindən görünür ki, mübahisəli evin həyətində olan hovu zun suvanması, həmin evin hamam otağında, həmin hamama bitişik otağa kafelmetlaxın vurulması, asma-tavanın quraşdırılması, balkonda metlax vurulması, pəncərə və qapının kənarına çərçivə formasında vurulmuş aqlay işləri qüsurlu görülmüşdür. Tədqiq olunan ünvanda aparılmış təmir işləri nəticəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7027,0 manat müəyyən olunmuşdur.

8. Gəncə Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(125)-377/2023 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilərək, cavabdehdən vurulmuş maddi ziyana görə 7.277 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmı şdır ki, hazırkı iş üzrə iddiaçı ona məxsus ünvanda görülməsini sifariş etdiyi işlərin qüsurlu həyata keçirilməsi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın əvəzinin cavabdehdən tutulmasını xahiş etmişdir. Həmin yaşayış sahəsində hovuzun suvanması, həmin evin hamam otağında və həmin hamama bitişik otağa kafel-metlaxın vurulması, asma-tavanın quraşdırılması, balkonda metlax vurulması, pəncərə və qapının kənarına çərçivə formasında ağlay vurulması işlərinin qüsurlu görülməsi iş üzrə keçirilmiş ekspertiza nəticəsində verilmiş rəylə təsdiq olunmuşdur. Həmin işlərin podratçı qismində cavabdeh tərəfindən görülməsi mülki işin mübahisəsiz halıdır. Cavabdeh ekspert rəyi ilə razı olmadığını bildirsə də, rəyin əsassız olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

10. Məhkəmə qeyd etmiş dir ki, cavabdeh işlərin qüsursuz həyata keçirildiyini bildirsə də, podratın nəticəsi adi istifadə üçün yararlı olmadığından, qüsurlardan azad sayıla bilməz. Cavabdehin işi qüsurlu icrası nəticəsində sifarişçinin materiallarından yanlış istifadə üçün məsuliyyət daşıyır və ekspert rəyinə əsasən, tədqiq olunan ünvanda aparılmış təmir işləri nəticəsində mövcud olan qüsurların aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 7027 manat müəyyən olunmuşdur.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, həmin məbləğin hesablanmasına dair hissədə də ekspert rəyinin əsassız olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa, cavabdeh eyni zamanda işlərin qüsurlu həyata keçirildiyini bildirir və bu halı iddiaçının qardaşının göst ərişlərinə uyğun həyata keçirməsi ilə əsaslandırmışdır. Cavabdeh işlərin həmin göstərişlərə uyğun həyata keçiriləcəyi halda qüsurlu nəticələr əldə ediləcəyinə dair xəbərdarlıq etdiyini bildirsə də, iddiaçı tərəfindən işlərin qardaşının göstərişlərinə uyğun həyata keçirilməsi barədə razılıq verilməsinə və (ya) iddiaçının qardaşının belə göstərişlər verməsinə və (ya) iddiaçıya göstərişlərə dair qüsurlu nəticə barədə xəbərdarlıq edilməsinə və (ya) işlərin qüsurlu nəticəsi ilə iddiaçı tərəfin razılaşmasına və (ya) işlərin görülməsindən imtina etməyə cavabdehə icazə, imkan verilməməsinə və (ya) işləri yerinə yetirməyə cavabdehin məcbur edilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçı qardaşının mübahisəli evdə yaşadığını və aparılan tikinti işlərinə nəzarəti ona tapş ırmadığını, qardaşının görülən işlərlə bağlı cavabdehə hər hansı göstəriş vermədiyini bildirmişdir.

12. Cavabdeh işlərin qüsurlu görüldüyü halda iddiaçının imtina etmək hüququnun olduğunu, lakin bu hüquqdan istifadə etmədiyini, beləliklə görülən işlərlə razılaşdığını, lakin sonradan narazılıq etdiyini və ondan şikayət etdiyini bildirmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı təmir-tikinti işlərinin davam etdiyi evdə muzdu ödəməklə sifariş etdiyi işlərin vicdanlı həyata keçirildiyini güman etmək hüququna malikdir və həmin evin istifadəyə verildiyi zaman mübahisələndirilən işlərin qüsurlu görüldüyü aşkara çıxmışdır. Belə ki, iddiaçının təmir-tikinti sahəsində xüsusi biliyə malik olduğunu təsdiqləyən sübutlar təqdim edilmədiyindən, istifadədən əvvəl işlərin qüsurlu görülməsini müəyyən etmə k imkanı istisna edilir. Beləliklə, məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul etməsini təsdiqləyən hər hansı sübut təqdim olunmadığından, iddiaçının məmulatın qüsuru ilə bağlı hüquqlarını istisna edən və ya məhdudlaşdıran hal müəyyən olunmur.

14. Belə ki, mülki qanunvericilikdə binaya aid icranın qüsuru barəsində tələbin işin qəbul edildiyi gündən beş il ərzində irəli sürülə bilməsi imkanı nəzərdə tutulmuşdur və hazırkı iş üzrə icra hissə-hissə qəbul edildiyindən, işin tam qəbul olunduğu gündən başlayan qüsur barəsində tələb üzrə müddətin keçməsi üçün əsas müəyyən olunmur. Çünki hər iki tərəf mübahisələndirilən işlərin 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək görüldüyünü təsdiqləyir. Bununla yanaşı, hərəkətin yaratdığı məsuliyyəti dərk edən t am fəaliyyət qabiliyyətli cavabdehi işlərin vicdanlı yerinə yetirilməsi öhdəliyindən azad edən hal müəyyən olunmur. Cavabdeh vaxtında xəbərdar etməsinə baxmayaraq, iddiaçının işin yerinə yetirilməsi qaydaları haqqında verilən göstərişləri dəyişmədiyini və ya hazırlanan məmulatın yararlığına və möhkəmliyinə zərər vura bilən digər halları aradan qaldırmadığını bildirsə də, podratçının mülki qanunvericiliyə əsasən müqavilədən imtina etmək, əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçı tərəfin işlərdən imtinaya icazə və (ya) imkan vermədiyini, işlərin görülməsinə onu məcbur etdiyini bildirsə də, bu halları təsdiqləyən hər hansı sübut təqdim edilməmişdir. Bununla yanaşı, iddiaçı tərəf bu halı təkzib etmişdir. Belə ki, cavabdehin onu aldadaraq daha sonra qüsurları aradan qaldıracağını, hazırkı vəziyyətdə işin görülməsi qaydasının belə olduğunu bildirməsinə, bir iş icra edildikdən sonra müəyyən müddət keçməli olduğundan, həmin müddət ərzində cavabdeh digər işi icra etdiyindən, eyni zamanda bir neçə iş icra edildiyindən işlərin qüsurlu icra edildiyini bilmədiyinə dair izahat vermişdir. Sifarişçinin icradakı qüsurun aradan qaldırılması məqsədilə əlavə icra tələb etməsi və belə icradan imtina edildiyi üçün hüquq mühafizə orqanına müraciət edilməsi tərəflərin izahatı ilə təsdiqlənmişdir. Mülki qanunvericiliyə əsasən, bu halda sifarişçi xərclərin əvəzini tələb etməyə haqlı, podratçı isə onları ödəməyə borcludur. Ona görə də cavabdehdən 7027 manat pul tutularaq iddiaçıya ödənilməlidir.

15. Məhkəmə eyni zamanda qeyd etmişdir ki, sifariş edilən işlərə görə iddiaçı tərəfindən hissə-hissə cəmi 2700 manat muzdun ödənildiyi və iddiaçının sübut qismində təqdim etdiyi dəftərdə qeyd edilmiş 250 manat borcun olması barədə yazının altındakı imzanın cavabdeh tərəfindən icra edilməsi mülki işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıya borcu olmadığını və aldadıldığı üçün borcu olduğuna dair qeydi imzasıyla təsdiqlədiyini bildirsə də, bu halı təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhrum olan iddiaçı əsassız varlanmış cavabdehdən verdiyi 250 manat pulu geri tələb etməkdə haqlıdır, buna görə cavabdehdən 250 manat pul tutularaq iddiaçıya ödənilməlidir.

16. Məhkəmə maddi ziyanın əvəzinin tutulmasına dair iddianın təmin edilməyən hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş və görülən işlərə çəkilən xərcləri təsdiqlədiyi bildirilən qəbzlər üzərindəki qeydlər aydın olmamaqla yanaşı mötəbər sübut hesab edilə bilməz.

17. Məhkəmə mənəvi ziyanın əvəzinin tutulmasına dair iddia tələbinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ona qarşı törədilən hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasına və (ya) onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsinə əsaslanaraq ona vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququna malik idi. Həmin hərəkət və ya hərəkətsizlik nəticəsində iddiaçının mənəvi sarsıntı və (ya) iztirab keçirməsi, iddiaçının hər hansı başqa hüququnun məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması işin hallarından müəyyən olunmur. Qeyd edilənlərə əsasən, iddia mənəvi zərərin əvəzinin tutulması hissəsində rədd edilməlidir.

18. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 752.1, 760.2, 762.1, 762.2, 765, 766, 767.2, 768.1, 768.2, 773, 775, 776.1, 776.2, 1092.1, 1092.2, 1092.3, 1093.2, 1096.1 və 1097.1-ci maddələrinə, habelə Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Qərarında qeyd olunan hüquqi mövqeyə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instans iya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam əsassızdır. Belə ki, sözügedən mübahisəli ev iddiaçının deyil, onun qardaşı X2 məxsusdur. Belə olan halda iddia qaldırmış iddiaçının müvafiq subyektiv hüquqa olmamışdır və onun hazırkı işdə iddiaçı kimi çıxış etməsi qanunaziddir. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd olunan halları nəzərə almamış və işin yuxarıda müəyyən edilmiş halları üzrə səhv nəticəyə gəlmişdir.

21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər- Ədil Məmmədov (məruzəçi və sədrlik edən), Rəhman Muradov və Fikrət Mehtiyev) 29 fevral 2024-cü il tarixli, 2(104)-263/2024 saylı qətnaməs i ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Gəncə Şəhər Məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli, 2(125)-377/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunmuşdur.

22. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab etməyən məhkəmə kollegiyası qeyd etmişdir ki, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən tədqiq olunmuş sübutlara görə iddiaçı sözügedən evin mülkiyyətçisi deyil və həmin evdə yaşamır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının qardaşı X1 adına qeydə alınmışdır.

23. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, o, 02 oktyabr 2021-ci il tarixdə özünə məxsus olan sözügedən evdə təmir etmək qərarına gəlmişdir. Bu məqsədlə usta olan cavabdehi öz evində təmir işlərinin aparılması üçün dəvət etmiş və o, evdə görüləsi işlərə baxmışdır. Tərəflərin qarşılıqlı razılaşmasına əsasən cavabdeh onun evində təmir işlərinə başlamışdır. O, həmin müddətdə başqa evdə yaşamış və arabir təmir edilən evə gəlib-getmişdir.

24. Məhkəmə iclasında tədqiq olunmuş rəsmi sənədlərə istinadən məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən təmir işləri aparılmış sözügedən ev cavabdehin xüsusi mülkiyyətində olmuşdur. Belə olan halda iddiaçı həmin evi öz əmlakı kimi təqdim etməklə öz adından hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmamışdır. Ona görə də iddia rədd olunmalıdır.

25. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin, habelə Mülki Məcəllənin 21.1, 139.1, 139.2, 139.3, 152.1 və 152.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

26. İddiaçı (vəkili X3) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Əhməd Əhmədov (məruzəçi), Vüqar Həsənov və İspəndiyar Şəfiyev) 2(1 02)-3148/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 29 fevral 2024-cü il tarixli, 2(104)-263/2024 saylı qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.

29. Məhkəmə kollegiyası göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi, cavabdehin usta kimi təmir işləri apardığı evin iddiaçının deyil, onun qardaşı X1 mülkiyyətində olduğunu, iddiaçının həmin evdə yaşamadığını, belə olan halda iddiaçının həmin evi öz əmlakı kimi təqdim etməklə öz adından hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığını və buna görə də iddianın rədd edilməli olduğunu göstərsə də, kassasiya instansiyası məhkəməsi bununla razılaşmır. 3

0. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin qüsurlu təmir işləri apardığı ev iddiaçının deyil, qardaşı X1 mülkiyyətində olsa da, podrat hüquq münasibətləri sonuncu ilə cavabdeh arasında deyil, cavabdehlə məhz iddiaçı arasında yaranıb. Yəni cavabdehə podrat müqaviləsində nəzərdə tutulan işi icra etməyi bilavasitə iddiaçı sifariş edib və görülmüş işlərin dəyərini, habelə müqavilə üzrə razılaşdırılmış muzdu cavabdehə məhz iddiaçı ödəyib. Bundan başqa, işin mübahisə olunmayan digər hallarına görə, sözügedən ev iddiaçının faktiki sahibliyindədir, həmin evdə təmir işlərinin aparılmasını cavabdehə bilavasitə iddiaçı sifariş edib, təmirlə bağlı mal-materialların dəyərini iddiaçı ödəyib və həmin mal-materialları cavabdehə evdə təmir işləri aparmaq üçün iddiaçı təhvil verib. Həmçinin işdən g örünür ki, iddiaçı ilə evin mülkiyyətçisi X4 arasında cavabdehə qarşı yönəlmiş hazırkı iddia tələbi ilə bağlı fikir ayrılığı, başqa mübahisə yoxdur.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, yuxarıda qeyd olunan hallar, iddiaçının sifarişçi kimi cavabdehə qarşı hazırkı iddia tələbini irəli sürməyə müvafiq subyektiv hüququnun olmaması nəticəsinə gəlməyə əsas vermir. Əksinə, işin hallarına, habelə Mülki Məcəllənin 765-ci maddəsinin mənasına görə, cavabdehin evdə gördüyü işlərin qüsuru nəticəsində şifahi bağlanmış podrat müqaviləsindən imtina etmək hüququ iddiaçıya məxsus olub, o da bu hüququndan istifadə edərək cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib. Belə olan halda podratçı kimi cavabdeh sözügedən müqavilə ilə bağlı xərclərin əvəzini məhz sifarişçiyə, yəni iddiaçı ya ödəməyə borcludur. Çünki qeyd olunan normanın tələbinə görə, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, məhz sifarişçinin müqavilədən imtina etmək hüququ əmələ gəlmiş olur.

32. İşdən, ekspertin rəyindən görünür ki, sözügedən evin həyətində olan hovuzun suvanması, evin hamam otağında, habelə ona bitişik otaqda kafel-metlaxın vurulması, asma-tavanın quraşdırılması, balkona metlaxın vurulması, pəncərə və qapının kənarlarına çərçivə formasında aqlay daşlarının vurulması, başqa sözlə evdə aparılmış təmir işlərinin qüsurlarının aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun olaraq hazırkı dəyəri təqribən 7027 manat təşkil edir.

33. Məhkəmə kollegi yası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi, iddiaçının cavabdehə qarşı öz adından hazırkı iddianı qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik olmadığı qənaətinə gələrkən, gəldiyi nəticəni müvafiq maddi və prosessual hüquq normalarının tələbləri baxımından təhlil etməmiş, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmayaraq, nəticədə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.

34. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 752.1, 759.2, 762.1, 762.2, 762.3, 762.4 və 763.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

35. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Günay Cavadova (sədrlik edən və məruzəçi), Loğman Süleyma nov və İslam Həsənov) 2(104)621/2025 nömrəli iş üzrə 14 aprel 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Gəncə Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 28 sentyabr 2023-cü il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır.

36. Məhkəmə hesab etmişdir ki, cavabdehin dəlili sübuta yetrilmədiyinə görə əsaslı hesab edilə bilməz. Çünki cavabdeh təmir işlərinin iddiaçının qardaşının göstərişlərinə uyğun həyata keçirilməsi barədə razılıq verilməsi, iddiaçının qardaşının belə göstərişlər verməsi, iddiaçıya göstərişlərə dair qüsurlu nəticə barədə xəbərdarlıq edilməsi, işlərin qüsurlu nəticəsi ilə iddiaçı tərəfin razılaşması, işlərin görülməsindən imtina etməyə cavabdehə icazə və imkan verilməməsi, işləri yerinə yeti rməyə cavabdehin məcbur edilməsi iş materialları ilə təsdiq olunmur. Cavabdeh özü də iddiaya etirazında bildirdiyi bu dəlilləri təsdiq edən sübutları məhkəmələrə təqdim etməmişdir.

37. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı təmir-tikintisi davam edən evdə muzdunu ödəməklə sifariş etdiyi işlərin vicdanlı həyata keçirildiyini güman etmək hüququna malik olmuş və həmin evin istifadə verildiyi zaman mübahisələndirilən işlərin qüsurlu görüldüyü aşkara çıxmışdır. Belə ki, təmir-tikinti sahəsində xüsusi biliyə malik olmayan iddiaçının əvvəlcədən işlərin qüsurlu görülməsini müəyyən etməsi imkanı istisna edilir. Başqa sözlə işlərin qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul etməsini təsdiqləyən hər hansı sübut təqdim olunmadığından, iddiaçının işlərin qüsuru ilə bağlı hüquqla rını istisna edən və ya məhdudlaşdıran hal müəyyən olunmur. Belə ki, Mülki Məcəllənin podrat münasibətlərini tənzimləyən normalarında binaya aid icranın qüsuru barəsində tələbin işin qəbul edildiyi gündən beş il ərzində irəli sürülə bilməsi imkanı nəzərdə tutulmuşdur və hazırkı iş üzrə 2021-ci ilin oktyabr ayından 2022-ci ilin mart ayınadək aparılan təmir işlərinin nəticələri hissə-hissə qəbul edildiyindən, işin tam qəbul olunduğu gündən başlayan qüsur barəsində tələb üzrə müddətin keçməsi üçün əsas müəyyən olunmur.

38. Məhkəmə hesab etmişdir ki, cavabdeh, üzərinə götürdüyü müqavilə öhdəliklərini lazımınca icra etməməsi nəticəsində apardığı təmir işlərində buraxdığı qüsurların aradan qaldırılması üçün çəkilməli olan xərcə görə iddiaçı qarşısında məsuliyyət daşıyır. Odur ki, həmin qüsurları n aradan qaldırılması üçün tələb olunan 7027 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İşə baxan Rayon Məhkəməsi iddianı müzakirə olunan hissədə təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdehin apellyasiya şikayətinin bu hissəyə aid dəlilləri əsassızdır və təmin edilməməlidir.

39. Məhkəmə həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə 250 manat məbləğində pulu da tutmaqda haqlı olmuşdur. Belə ki, iddiaçı məhkəməyə sifariş edilən işlərə görə onun tərəfindən hissə-hissə muzdun ödənildiyini təsdiq edən dəftər təqdim etmişdir. Həmin dəftərdə “Eminlə hesablaşdı, 250 manat mənə borcu qaldı” məzmunlu xx.xx.2022-ci il tarixli qeyd aparılmışdır. İddiaçı və cavabdeh həmin qeydin iddiaçı tərəfindən tərtib edildiyini, cavabdeh tərəfindən isə imzalandığını mübahisələndirmirlər. Həmin qeydlə bağlı iddiaçı bildirir ki, cavabdeh ona olan 250 manat borcu(görülməyən işlərə görə yaranan) qaytarmamışdır. İddiaçıya borcunun olmasına etiraz edən cavabdeh isə bildirir ki, iddiaçı onu aldadaraq 250 manat borc barədə qeydə imza etdirmişdir.

40. Məhkəmə bildirmişdir ki, iddiaçı tərəfindən sübut qismində təqdim olunmuş və sonradan iş materialların əlavə olunmuş dəftərdə “Eminlə hesablaşdı, 250 manat borcu qaldı” məzmunlu yazının altındakı imzanın ona aid olmasını cavabdeh təsdiq edir. Lakin o, iddiaçıya hər hansı məbləğdə, o cümlədən 250 manat məbləğində borcunun olmamasını sübuta yetirə bilmir. Belə olan vəziyyətdə məhkəmə hesab etmişdir ki, həmin vəsaitin cavabdehdə qalmasına hər hansı hüquqi əsas yoxdur və 250 manat cavabdehdən iddiaçını n xeyrinə tutulmalıdır. Qeyd olunan hissədə iddiaçının tələbi və həmin tələbin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı, cavabdehin apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmələrə hər hansı sübut təqdim etməmişdir.

41. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 752.1, 759.2, 762.1, 762.2, 762.3, 762.4, 763.1, 1091, 1092.1, 1092.2, 1092.3, 1093.1 və 1093.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

42. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin iddianın təmin edilmiş hissəsində qismən ləğv edilməsi və işə yenidən baxılması üçün apellyasiya inst ansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya həqiqətən qüsurlu iş təhvil verilməsilə bağlı hallar iş materiallarında öz əksini tapmamışdır. Belə ki, iş materiallarında iddia edilən qüsurlu tikinti təmir işlərinə dair fotoşəkillər iş materiallarına əlavə edilməmiş, tikintiyə yerində baxış keçirilməmiş, qüsurlu hesab edilən işlərin nədən ibarət olması dəqiqləşdirilməmişdir.

44. Hazırkı iş üzrə iddiaçının sifarişinin hansı keyfiyyətdə şərtləndirilməsini təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir. Şərtləndirilmiş keyfiyyət müəyyən edilmədiyi halda, iddiaçı belə bir şərtin mövcudluğunu təsdiq edən sübutu məhkəməyə təqdim edə bimirs ə, sifarişin icrasının qüsurlu olmasını qəbul etmək mümkün deyildir. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayıldığı üçün məhkəmə tərəfindən belə bir şərtin mövcudluğunu müəyyən etmək vacib sayılmalı, yalnız bundan sonra təmir tikinti işlərinin qüsurlu olub-olmamasına hüquqi qiymət vermək mümkün olardı. Naxışların birbirinə uyğun olmaması tikintinin qüsuru olaraq qiymətləndirilməsi qanunvericiliyin tələblərinə ziddir. 45. iddiaçı təmir-tikinti işlərinə nəzarəti həyata keçirməyi həvalə etmiş olduğu qardaşı da iddiaçının səlahiyyətlərini həyata keçirmiş, sifarişin həyata keçirilməsində nöqsan aşkar etməsilə bağlı nə özü irad bildirməmiş nə də görülən işlərin qüsurlu olması barədə iddiaçıya məlum at verməmişdir. Nə qədər ki, iddiaçı təmir-tikinti işlərinə nəzarəti həyata keçirməyi faktiki olaraq qardaşına həvalə etmiş, ona bu səlahiyyəti vermiş, ancaq qardaşı nöqsan barədə vaxtında məlumat verməməklə “vurulmuş ziyanın”, “qüsurun həcmini”n artmasına şərait yaratmışdır. Bu məsələ də ona münasibətdə fərqli hüquqi nəticəyə səbəb ola bilər. Ancaq məhkəmə kollegiyası bu məsələlərin də araşdırılamasına və hüquqi qiymət verilməsinə təşəbbüs göstərməmişdir. İşə baxan məhkəmə kollegiyası apelyasiya şikayətini lazımı qaydada araşdırmamış, səthi hüquqi qiymətləndirmə ilə iddiaçının əsassız iddiasının təmin edilməsi barədə qərar çıxarmaqla maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

47. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

48. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

49. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzə rdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

50. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

51. Maddə 759.2. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.

52. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.

53. Maddə 7 62.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır.

54. Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur.

55. Maddə 762.4. Əgər üçüncü şəxslər sifarişçiyə qarşı heç bir hüquq irəli sürə bilmirlərsə, podratın nəticəsi üçüncü şəxslərin hüquqlarından və iddialarından azad sayılır.

56. Maddə 763.1. Əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.

57. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

58. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edi lir.

59. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

60. Maddə 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.

61. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.

62. Maddə 1093.2. Əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; əgər verən məqsəd ə çatmağa vicdansızcasına mane olmuşsa, qaytarma tələbi istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

64. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

65. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

66. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

68. Maddə 407.2. Kassa siya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

71. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

72. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

73. Hazırkı kassas iya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

74. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

75. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələ rində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin 05 dekabr 2024-cü il tarixli qərarındakı göstərişlərə əməl edərək tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

76. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

77. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətini n dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiy asının 2(104)-621/2025 nömrəli iş üzrə 14 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar