Məhkəmə qərarları › İş №2(102)-2456/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2456/2025

06.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2456/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi) Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1380/2025 nömrəli, 2 iyul 2025-ci il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 06 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazı lı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh MMC-yə qarşı mənəvi zərərin əvəzi olaraq 10000 manat pul tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Cavabdeh MMC də İddiaçı qarşı işgüzar nüfuza vurulmuş zərərə görə 5000 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq “Yaşat” fonduna köçürülməsi, İddiaçı məxsus “xxxvibes” instqram səhifəsində, “Qafqazinfo.com, 24 news.az internet” xəbər saytlarında təkzib etirafının yerləşdirilməsi öhdəliyinin cavabdeh İddiaçı üzərinə qoyulması tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Tərtər Rayon Məhkəməsinin 6 may 2025-ci il tаrixli, 2(061)-339/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10.000 manat pulun tutulması” tələbinə dair ilkin iddiasının təmin edilməməsi, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “işgüzar nüfuza vurulmuş zərərə görə 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması, İddiaçı məxsus “xxxvibes” instaqram səhifəsində, Qafqazinfo.com, 24 news.az internet xəbər saytlarında təkzib etirafının yerləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qarşılıqlı iddia tələbinin qismən təmin olunması qət edilmişdir.

4. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 iyul 2025-ci il tarixli 2(104)-1380/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. (hakimlər Günay Cavad ova (sədrlik edən və məruzəçi), Rəşad Mamedov, İslam Həsənov)

6. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətinə 60 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilmişdir. Halbuki hazırkı iddia tələbi üzrə ilkin iddianın qiyməti 10000 manat, qarşılıqlı iddianın qiyməti isə 5000 manat təşkil edir. Dövlət rüsumunun hesablanması kalkulyatorunda aparılan hesablamaya əsasən müəyyən edilir ki, hazırki iddia tələblərinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 135 manat olmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6-cı maddəsinin tələblərinə görə isə apellyasiya şikayəti verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği 67,50 manat məbləğində olmalıdır. Lakin iddiaçı tərəfindən dövlət rüsumu ödənilərkən ilkin iddanın qiyməti olan 10.000 manatın rüsumu olaraq müəyyən edilmiş 120 manatın yarı hissəsi 60 manat ödənilmiş, qarşılıqlı iddia tələbinin qiyməti nəzərə alınmamışdır.

7. Beləliklə, apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətinə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyi üçün işə apellyasiya qaydasında baxılması mümkün deyil.

8. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 361.1, 363.3-cü və Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.6-cı maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

9. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, ilkin iddia üzrə iddiaçı tərəfi ndən verilən apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı həm əsas iddia tələbi üzrə, həm də qarşılıqlı iddia tələbi üzrə məbləğləri toplayıb rüsumu hesablayıb ödəməməlidir. İddiaçı apellyasiya şikayətinin verilməsinə görə ilkin iddia ərizəsini məhkəməyə verən zaman ödədiyi rüsumun yarısını, yəni indiki halda 60 manat rüsumu ödəməli idi və o formada da rüsumu ödəyib. Apellyasiya şikayəti xx.xx.2025-ci il tarixində Gəncə Apellyasiya Məhkəməsinin icraatına daxil olub. Həmin tarixdən etibarən dəfələrlə məhkəməyə müraciət edərək vəkil kimi elektron məhkəmə sistemində iddiaçının vəkilini işə əlavə etmələrini xahiş etmişdir (buna dair təsdiqedici sübutlar bu şikayətə əlavə edilərək məhkə məyə təqdim edilir), həmçinin elektron məhkəmə sistemi vasitəsilə vəkil müraciəti göndərilmişdir. Çoxsaylı müraciətlərimdən sonra vəkili işə əlavə edən məhkəmə apellyasiya şikayətini vaxtında verməsinə rəğmən bir dəfə də olsun deməyib ki, “dövlət rüsumunda çatışmayan hissənin olduğunu düşünürük, biz bu formada hesablamışıq və sizin 7 manat 50 aəpik çatışmayan rüsumunuz var, onu ödəyin”. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Dövlət rüsumu haqqında” Qanun Maddə 8.1.3. İddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda iddia ərizələrinə ödənilən rüsumun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi müəyyən edilmişdir. Maddə 8.6. Apellyasiya, kassasiya və ya əlavə kassasiya şikay ətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 363.1.2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdurs a, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxı lmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

12. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

13. Kassasiya şikayətində qərardad tam mübahisələndirilib. Bu baxımdan kollegiya məhkəmə aktını tam yoxlayır.

14. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

15. Barəsində şikayət verilən qərardaddan görünür ki, apellyasiya məhkəməsi iddiaçının apellyasiya şikayətini qeyri-mümkün sayarkən dövlət rüsumunun qanunverciliklə müəyyən edilmiş məbləğdə ödənilməməsinə istinad etmişdir.

16. Məhkəmə kollegiyası qeyd edilən əsasla apellyasiya şikayətinin qeyri-mümkün sayılması barədə apellyasiya instansiyası məhkəməsini n gəldiyi nəticəni yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbi baxımından əsaslı hesab edir. 17. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsi iddianın qiymətindən asılı olaraq ödənilməli olan dövlət rüsumunun məbləğini müəyyən etmiş, 8.6-cı maddədə isə apellyasiya şikayətinin verilməsinə görə dövlət rüsumunun həddini göstərmişdir.

18. İşdən görünür ki, iddiaçı (qarşılıqlı cavabdeh) dövlət rüsumunu “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3 və 8.6-cı maddələrində qeyd edilən məbləğdə ödəməmişdir. Mülki Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə görə isə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

19. Nəzərə al ınsa ki, prosessual qanunvericiliyin tələbinə görə şikayətin apellyasiya mümkünlüyü üçün prosessual əsasların olması zəruridir və belə əsaslardan biri də müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsidir, belə olan halda, şikayətin qeyd edilən əsasla qeyri-mümkün sayılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmuşdur.

20. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iş üzrə həm ilk, həm də qarşılıqlı iddia var və iddiaçı ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilən hissəsini mübahisələndirir, belə olan təqdirdə, dövlət rüsumu hər iki iddianın qiyməti nəzərə alınmaqla ödənilməlidir. Buna görə də iddiaçının həm əsas iddia tələbi üzrə, həm də qarşılıqlı iddia tələbi üzrə məbləğləri toplayıb, rüsumu hesablayıb ö dəməməli olması barədə kassasiya şikayətinin dəlili əsassızdır.

21. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1380/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar