Məhkəmə qərarları › İş №2(102)-2457/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2457/2019

11.04.2019 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2457/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, iddiaçı x1nun vəkili Musayev Kamran Kamal oğlunun iştirakı ilə, iddiaçı x1nun Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(005)4574/2018 saylı qətnaməsi ilə (hakim Q.Babazadə) iddiaçı x1nun cavabdeh x2 qarşı üçüncü şəxslər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Depar tamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi cəlb edilməklə direktor kimi x1nun 23 yanvar 2017-ci il tarixdən x3 fəaliyyətinə xitam verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-13136/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: N.Cəfərov, Ş.Məmmədova və V.Həsənov) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(005)-4574/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı x1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-13136/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı üçüncü şəxslər Azərbaycan Respubli kası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi cəlb edilməklə direktor kimi fəaliyyətə xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 23 yanvar 2007-ci il tarixdə təsisçisi olduğu x3 iş üzrə cavabdeh olan x2 satmışdır. 23 yanvar 2007-ci il tarixdə cavabdeh dövlət notariusunda alqı-satqı müqaviləsi bağlamaqla ona məxsus olan100% payı almışdır. Həmin müqaviləyə əsasən müqavilə imzalandığı tarixdən şirkət üzrə ona məxsus bütün səlahiyyət və öhdəliklər, əmlak üzərində sərəncam hüquqları x2 verilib. Müqaviləni rəsmiləşdirmək və qeydiyyatdan keçirtmək xərcləri də cavabdehə həvalə olunmuşdur. Cavabdeh bu müqavilədən sonra Qeydiyyat orqanına müraciət edib təsisçi olar aq şirkətdə baş verən dəyişiklikləri qeydiyyatdan keçirməli idi. Lakin cavabdeh müqavilə üzrə üzərinə qoyulmuş öhdəlikləri yerinə yetirməmiş, x3 bütün səlahiyyətlərini və əmlak üzərində sərəncam hüquqları əldə etməsinə baxmayaraq baş verən dəyişiklikləri qeydiyyatdan keçirməyib və rəsmiləşdirmə ilə əlaqədar heç bir hərəkət etməmişdir. Bununla əlaqədar olaraq Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə tərəfindən müraciət olunmuşdur. Nərimanov rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuş və iddiaçı x1 ilə cavabdeh x2 arasında bağlanmış 23 yanvar 2007-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən x2nun x3 yeni təsisçisi kimi dövlət qeydiyyatına alınması, hazırkı qətnamə qanuni qüvvəsini aldıqdan sonra 40 gün ərzində x3 təsis s ənədlərində dəyişikliklərin edilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamentinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə təqdim edilməsi həmin şirkətin yeni təsisçisi x2 həvalə edilməsi barədə qətnamə çıxarılmışdır. Məhkəmənin həmin qətnaməsi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən icra olunmuşdur. Lakin bu yaxınlarda vergi orqanları tərəfindən iddiaçıya vergi hesabatının təqdim olunması bildirilmişdir. İddiaçı isə bildirmişdir ki, 11 il əvvəl x3 cavabdehə satmış və həmin vaxtdan onun adı çəkilən şirkətdə heç bir fəaliyyəti olmayıb. Vergidən ona bildirilmişdir ki, o, hazırda da x3 direktorudur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2008-ci ildə təsisçi olduğu şirkətini cavabdehə rəsmi qaydada sa tdıqdan sonra onun adı çəkilən şirkətdə heç bir fəaliyyəti olmayıb. Onunla heç bir əmək müqaviləsi bağlanılmayıb. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı x1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-13136/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Prosesiştirakçılarının izahatları: İddiaçı x1nun vəkili Musayev Kamran Kamal oğlu kassasiya şikayətinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Hü quqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, iddiaçının vəkilini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materiallarında plan 23.01.2017-ci il tarixli müəssisədəki payın alqı-satqı müqaviləsindən görünür ki, x3 təsisçisi x1 şirkətinin nizamnamə kapitalında özünə məxsus olan 100 % payı x2 200 manata satmışdır. İş materiallarında olan 24.08.2018-ci il tarixli, **********941400 N-li məktubun surətindən görünür ki, 24.08.2018-ci il tarixə olan hüquqi şəxslərin dövlət reyest r məlumatlarında x3 (VÖEN **********) rəhbəri x1dur. İş materiallarına əlavə edilmiş Nərimanov Rayon Məhkəməsinin 2(005)5337/2014 saylı 11.12.2014-cü il tarixli qiyabi qətnaməsi ilə iddiaçı x1 ilə cavabdeh x2 tarixli müəssisədəki payın alqı-satqı müqaviləsinə əsasən x2 yeni təsisçisi kimi dövlət qeydiyyatına alınması və qətnamə qanuni qüvvəsini aldıqdan sonra 40 gün ərzində x3 təsis sənələrində dəyişikliklər edilməsi üçün zəruri sənədlərin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi, həmin şirkətin yeni təsisçisi x2 həvalə edilməsi qət edilmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1.6 və 14.1.7-ci maddələrinə görə hüquqi şəxsin təsisçisini n və qanuni təmsilçisinin adı, soyadı, atasının adı dövlət reyestrinə daxil edilən məlumatlara aiddir. Həmin Qanunun 9.3-cü maddəsinə görə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət plll qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Həmin Qanunun 9.2-ci maddəsinə görə dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Dəyişikliyin qeydiyyata alınması üçün müəyyən edilmiş müddətdə və qaydada müvafiq icra hakimiyyəti orqanına müraciət olunmamasına görə İnzibati Xətalar Məcəlləsinin 405-ci maddəsində inzibati məsuliyyət müəyyən edilmişdir. İşdən göründüyü kimi cavabdeh müvafiq icra ha kimiyyəti orqanına müraciət etməmişdir. İşdən göründüyü kimi iddiaçı bununla bağlı başqa mülki işdə cavabdehə qarşı iddia qaldırıb, həmin iş üzrə Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş 11.12.2014-cü il tarixli qətnamə ilə qət olunub ki, payın alqı-satqı müqaviləsinə əsasən cavabdeh şirkətin yeni təsisçisi kimi dövlət qeydiyyatına alınsın və qətnamə qüvvəyə mindikdən sonra 40 gün ərzində şirkətin təsis sənədlərinə dəyişiklik edilməsi üçün zəruri sənədlərin Bakı şəhər Vergilər Departamentinin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə təqdim edilməsi cavabdehə (yeni təsisçiyə) həvalə edilsin. İşdən göründüyü kimi həmin qətnamə ilə münasibətlərə müəyyənlik gətirilib. Qətnamə qanuni qüvvəyə mindiyi dövrə qədər şirkətin fəaliyyəti ilə bağlı vergi orqanı iddiaçıya qarşı tələblər (vergilərin ödənilməsi və s. barədə) irəli sürürsə iddiaçı vergi orqanın həmin tələbləri ilə bağlı mübahisə qaldıra bilər və həmin mübahisəyə baxılarkən hazırda istinad etdiyi halı (23.01.2007-ci il tarixdən etibarən şirkətə faktiki olaraq heç bir aidiyyəti olmadığını) əsaslandıra bilər. Çünki “direktor kimi fəaliyyətə xitam verilmiş hesab olunma” deyilən vəziyyət öz-özlüyündə hüquqi əhəmiyyət kəsb etmir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kol legiyası Qərara aldı: x1nun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar