Məhkəmə qərarları › İş №2(102)-2458/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2458/2024

23.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2458/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Gəncə şəhəri X15 adına 39 nömrəli tam orta məktəbə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyası nın 2(1*4)- 2*6/2*24 nömrəli 13 fevral 2*24-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı 5 sentyabr 2**3-cü il tarixdən Gəncə şəhər 39 saylı orta məktəbində gənclərin çağırışa qədərki hazırlığı müəllimi və hərbi rəhbər vəzifəsinə işə qəbul edilmişdir.

2. Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin 1 aprel 2*22-ci il tarixli, 188 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsi əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə istinad edilməklə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya mə hkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, cavabdeh məktəbin direktoru X5 iddiaçı barəsində verdiyi 1 aprel 2*22-ci il tarixli, 188 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının öz əvvəlki işinə gənclərin çağırışa qədərki hazırlıq rəhbəri və müəllimi vəzifəsinə işə bərpa edilməsi və məcburi işə buraxma dövrləri üçün cavabdeh tərəfindən əmək haqqının iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2**3-cü ildən Gəncə şəhəri M.C.Paşayev adına 39 №-li Tam orta məktəbinin gənclərin çağırışaqədəki hazırlıq rəhbəri və müəllimi kimi işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmişdir. 2*21-ci ilin ilk tədris ayından başlayaraq birinci yarım ilinin sentyab r, oktyabr və noyabr ayları müddətində həmin məktəbin 11Ə və 11Ç sinif şagirdləri dərsə gəlmədikləri və davamiyyəti pozduqlarına görə onun tərəfindən həm sinif, həm də elektron jurnallara qayıb qoyulmuş, bundan sonra həmin məktəbin direktoru X9 onu kabinetinə çağıraraq jurnalda yazdığı qayıblara görə ona irad bildirərək bununla məktəbin şagirdlərinin davamiyyət göstəricilərinin aşağı səviyyəyə düşməsini və buna görə də üstünə yüksək tonla qışqıraraq ona qarşı kobud davranmışdır. Bundan sonra iddiaçı 24 noyabr 2*21-ci il tarixdə məktəbin direktorunun özbaşınalığı barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət etmiş, 29 noyabr 2*21-ci il tarixdə Gəncə şəhəri Təhsil İdarəsinin inspektoru Rauf adlı şəxs həmin məktəbə onun yazmış olduğu şikayətlə əlaqədar gələrək bir sıra araşdırma aparmışdır. 3* noyabr 2*21-ci il tarixdə və 1* dekabr 2*21-ci il tarixdə saat 12-dən sonra işdə olmadığına görə onun barəsində qərəzli olaraq aktlar tərtib olunmuşdur. Onun həmin tarixlərdə saat 12-dən sonra işdə olmamağının səbəbi, məktəbin 2**7-ci il təvəllüdlü şagirdlərin ilkin hərbi qeydiyyata alınması, həkim komissiyasından həmin şagirdlərin keçirilməsi və sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon şöbəsində olmasıdır. Bundan başqa, onun 17 dekabr 2*21-ci il tarixdə və 3* dekabr 2*21-ci il tarixdə saat 12-dən sonra işdə olmamağının səbəbi həmin vaxtlarda məktəbin 2**6-2**7-ci il təvəllüdlü şagirdlərin ilkin hərbi qeydiyyata alınması həkim komissiyasın dan həmin şagirdlərin keçirilməsi və sənədlərin rəsmiləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz Rayon şöbəsində olmasıdır. 28 fevral 2*22-ci il tarixdə saat 12-dən sonra işdə olmamağının səbəbi məktəbin yeddi nəfər yeniyetmə şagirdini hərbi qeydiyyatla bağlı Gəncə şəhəri 2 saylı Uşaq Poliklinikasından həkim komissiyasından müayinədən keçirməyi olmuşdur. 14 mart 2*22-ci il tarixdə və 15 mart 2*22-ci il tarixdə saat 12-dən sonra işdə olmamağının səbəbi həmin vaxtlarda həmin məktəbin şagirdləri ilə N saylı hərbi hissədə Novruz bayramı münasibəti ilə keçirilmiş tədbirdə iştirak etməyi olmuşdur. Onun barəsində tərtib edilən aktlardan isə ümumiyyətlə xəbəri olmamış və işdən kənarlaşdırılarkən Həmkarlar İttifaqı tərəfindən ona hər hansı bir məlumat verilməmişdir. O, hər hansı bir müəllim barəsində təhqiramiz ifadələr işlətməmiş, hər hansı qeyri etik davranışlara yol verməmişdir.

5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçı onun iş yoldaşıdır. Məktəb haqqında şikayət etmiş, araşdırma aparılmışdır. Onun əxlaqsız danışıqlarına görə qadın müəllimələrin iradı olub. O və digər kişi müəllimlər onunla bu barədə söhbət etsələr də, vəziyyət düzəlməmişdir. Dəfələrlə “Kişi qızı” ifadəsindən istifadə etməsi narazılıq yaradırdı. Son dövrlər daha əsəbi olmuşdur. Bu hallar ilə bağlı aktlar tərtib olunmuşdur, o iştirakdan imtina etmişdir. İş gününün sonunadək işdə oturmurdu. Yoxlamanın, şikayətin, aktların 3*.11.2*21-ci il tarixdən tərtib olunmağa başlamasının sə bəblərini bilmir.

6. Gəncə Şəhər Məhkəməsinin 3* noyabr 2*22-ci il tarixli, 2(125)-865/2*22 nömrəli qətnaməsi ilə (hakim: Xədicə Səfərli) iddia təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə dair Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin 1 aprel 2*22-ci il tarixli 188 nömrəli əmri ləğv edilmiş, İddiaçı əvvəlki işinə bərpa edilməsi və məcburi iş buraxma dövrü üçün əmək haqqının tam hesablanıb ona ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli əmr İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırılsa da, hansı funksiya və (ya) öhdəliyini yerinə yetirməməsinə dair hər hansı sübut, araşdırma materialı təqdim edilməmişdir.

8. Bundan başqa, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilə bilməsi Həmkarlar İttifaqına işəgötürən tərəfindən verilmiş təqdimat və (ya) həmkarlar ittifaqının bu barədə qərarı əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş münasibətə xitam verilməsinin zəruriliyi ilə əsaslandırılmamış, iddiaçının işin qurtarma saatından əvvəl getməsi ilə, etik davranış qaydalarını pozması ilə və sair bu kimi hallarla əsaslandırılmışdır.

9. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi 3*.11.2*21, 1*.12.2*21, 17.12.2*21, 3*.12.2*21, 28.*2.2*22, 14.*3.2*22-ci il tarixli eyni əl yazısı ilə tərtib olunmuş, məzmunu sözbəsöz eyni olan, eyni şəxslərin iştirakı ilə, onlar tərəfindən eyni ardıcıllıqla imzalanmış aktların iddiaçıya təqdim edilməsi təsdiq olunmamışdır. Hətta həmin aktların məzmunu tərtib edilərkən İddiaçı imzalamaqdan imtina etməsi aktda sadalan hallarla yanaşı qeyd edilmişdir. Halbuki, məntiqi ardıcıllığa əsasən, aktın tərtibatı başa çatıb təqdim edildikdən sonra imzalamaqdan imtina edilsə, sonradan bu barədə qeyd aparılmalı idi, aktın məzmunu tərtib edilərkən deyil. Həm aktlar, həm də aktların hər biri ilə eyni tarixli olan, TTİÜDM Rəna Misginova tərəfindən tərtib edilmiş məlumatlar üzrə hər hansı araşdırma aparılması, həmin sənədlərə dair İddiaçı münasibət bildirməyə cavabdeh tərəfdən şərait yaradılması müəyyən olunmamışdır. Bununla yanaşı, iddiaçı təqdim edilmiş həmin məlumatlardan və aktlardan məlumatsız olduğunu, həmin sənədlərin onun iştirakı olmadan tərtib edildiyini bildirmişdir.

10. Birinci instansiya məhkəməsi həmçinin qeyd e tmişdir ki, cavabdeh tərəf iddiaya etirazını iddiaçının iş saatları ərzində işdə olmaması ilə əsaslandırmışdır. Bu halın sübutu kimi məhkəməyə təqdim edilmiş davamiyyət kitabının araşdırılması zamanı müəyyən edilmişdir ki, 18.11.2*21-ci ildən *1.*4.2*22-ci il tarixədək İddiaçı tərəfindən imzalanmamışdır. İddiaçı bu halı cavabdeh məktəb rəhbərliyi tərəfindən davamiyyət kitabının imzalanmasının ona qadağan edilməsi ilə izah etmişdir. Cavabdehin nümayəndəsi işə gecikdiyi üçün və işdən vaxtından əvvəl çıxdığı üçün İddiaçı davamiyyət kitabının imzalanmasına icazə verilmədiyini bildirsə də, təxminən 4, 5 ay hər gün təkrarlanan bu hala dair araşdırma materialı, İddiaçı izahatı və (ya) izahat verməkdən imtinası təqdim edilməmişdir. Bununla yanaşı, həmin kitabın araşdırılması zamanı müəyyən edilmiş dir ki, 3*.11.2*21, 1*.12.2*21, 17.12.2*21, 3*.12.2*21, 28.*2.2*22, 14.*3.2*22-ci il tarixli aktlar və məlumatlar həmin tarixlərdə İddiaçı istisna olmaqla, bütün işçilərin iş yerində olması bildirilsə də, həmin tarixlərdə müxtəlif işçilər işdə olmamışdır. Bundan başqa, davamiyyət kitabında İddiaçı imzalamadığı hər gün üzrə rəhbərlik və ya nəzarətçi tərəfindən müvafiq qeyd aparılması əvəzinə, bir neçə günü əhatə edən davamlı xəttin çəkilməsi və digər işçilər üçün deyil, sadəcə İddiaçı imzalamalı olduğu günlər üzrə tam xəttin çəkilməsi işdə iştirak etməməsinin təsadüfilik xarakteri daşımadığını nümayiş etdirir. Belə uzun müddət ərzində İddiaçı bir dəfə belə vaxtında işə gəlməməsi və (ya) vaxtında işdən çıxmaması, üstəlik bu halla bağlı hər hansı izahat alınmaması, araşdırma aparılmaması ağ labatan və məntiqli deyil.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin təqdim etdiyi əmrlər kitabına əsasən, barəsində tərtib edilmiş 23.11.2*21, *1.*3.2*22, 16.*3.2*22 və *1.*4.2*22-ci il tarixli əmrlərlə İddiaçı tanış edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Habelə, 23.11.2*21 və *1.*3.2*22-ci il tarixli əmrlərin də əsli və ya lazımi qaydada təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilməmişdir. Halbuki, həmin əmrlərin biri istisna olmaqla, digərləri intizam tənbehinin tətbiqini nəzərdə tutur.

12. Məhkəmənin qənaətinə görə, yuxarıda qeyd olunan əmrlərdən istisna təşkil edən *1.*3.2*22-ci il tarixli əmr isə İddiaçı yazılı xəbərdarlıq edilməsini nəzərdə tutur və hansı tədris qaydasını pozduğu üçün yazılı xəbərdarlıq edilməsi əmrin məzmunundan müəyyən olunmur. Ə mrin əsası olaraq qeyd edilmiş, valideynlərin və şagirdlərin izahatları məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, 16.*3.2*22-ci il tarixli əmrdən görünür ki, İddiaçı 15 mart 2*22-ci il tarixdə üzürsüz səbəbdən işdə olmadığına görə və işinə qeyriciddi yanaşdığı üçün töhmət verilməsi, 1 (bir) günlük əmək haqqının tutulması əmr edilmişdir. Halbuki, bu halın araşdırılması sübuta yetirilməməklə yanaşı, əmək haqqından tutulma əsaslandırılmamışdır. Belə tutulma intizam tənbehi kimi nəzərdə tutulmasa da, nəzərə alınmalıdır ki, İddiaçı üçün maddi itkiyə səbəb olmuşdur.

13. Məhkəmə qeyd etmişdir ki, əmrlər kitabında qeyd olunan məzmunundan görünür ki, İddiaçı xəbərdarlıq edilməsi, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi 23.11.2*21-ci ildə əmr edilsə də, əmrin verilməsinə əsas kimi göstəri lmiş TTİUDM Afət Cəmilova tərəfindən tərtib edilmiş aktdan başqa, şagirdlərin izahatları və (ya) İddiaçı izahatı məhkəməyə təqdim edilməmişdir.

14. Bundan başqa, cavabdeh əmri Əmək Məcəlləsinin 72-ci maddəsi ilə əsaslandırmasa da, nümayəndəsi məhkəmə icraatı zamanı iddiaçının iş vaxtı işdə olmamasına istinad etmiş, habelə təqdim etdiyi aktlar və məlumatlarda da həmin hal qeyd edilmişdir. Lakin nəzərə alınmalıdır ki, ƏM-in 72-ci maddəsinin a) bəndi heç bir üzrlü səbəb olmadan işçinin bütün iş günü işə gəlməməsi kobud pozuntu sayılır. Lakin həm cavabdeh tərəfdən İddiaçı bütün iş günü işə gəlməməsi sübut olunmur, həm də təqdim edilən aktlar və məlumatlar İddiaçı səhər işə gəlsə də, saat 12:**-dan sonra işdə olmadığını əks etdirir. Digər tərəfdən, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndind ə nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilə bilməsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi sübuta yetirilmir.

15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının müvafiq (3*.11.2*21, 1*.12.2*21, 17.12.2*21, 28.*2.2*22, 14.*3.2*22, 15.*3.2*22-ci il) tarixlərdə saat 12-dən sonra işdə olmamağının səbəbini təsdiqləyən sənədlər məhkəməyə təqdim edilmişdir. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, məktəbdə hərbi işlərlə bağlı tədbirlərin həyata keçirilməsinin hərbi müəllimin öhdəsində olması, bu işlərə şagirdlərin hərbi həkim komissiyasından keçirilməsi, bununla bağlı sənədləşdirmələrin aparılması, şagirdlərin hərbi komissarlığa təqdim edilməsi aiddir. Cavabdehin nümayəndəsi həmçinin şifahi izahatında bildirmişdir ki, hərbi müəllim direktorun tapşırığı ilə məktəbdənkənar hərbi tədbirləri görür. Beləliklə, iddiaçının müvafiq vaxtlarda məktəbdə olmamasının səbəblərinin haqlı olması cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunmuşdur. Qeyd edilən hallar habelə, “Gənclərin ibtidai hərbi hazırlıq əsasnaməsi” ilə təsdiqlənir. Belə ki, həmin Əsasnaməyə uyğun olaraq, gənclərin hərbi bilikləri dərindən öyrənmələri və təcrübədə möhkəmləndirmələri məqsədilə hərbi-idman oyunlarının keçirilməsinin təşkili və keçirilmə si, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin forma və metodlarını, bu barədə şagirdlərlə sinifdənxaric, məktəbdənkənar hərbi vətənpərvərlik və kütləvi müdafiə işlərini təşkil etmək və keçirmək və sair nəzərdə tutulmuşdur.

16. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfin iddiaya etirazını əsaslandırmaq məhkəməyə digər sübutlar qismində təqdim etdiyi şahid ifadəsi, C. Əhmədovanın izahatı, Afət Hüseynovanın ərizəsi, Dövlət Xidmətinin 1*.12.2*21 və 15.12.2*21-ci il tarixli məktubları əmək müqaviləsinə xitam verilməsinin əsaslı olmasını təsdiqləmir.

17. Bununla yanaşı, məhkəmə qeyd etmişdir ki, iddiaçı sinif jurnallarında aparılmış qeydiyyatlara görə cavabdeh məktəbin direktoru ilə aralarında baş vermiş münaqişə, sonrasında onun şikayəti əsasında araşdırma aparıldığı üçün onun əmək müqavi ləsinə qərəzli olaraq xitam verildiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh məktəbin “Xİ Ə” sinfinin jurnalında çağırışaqədərki hazırlıq fənni üzrə qeyd edilmiş qiymətlərin təhrif edilməsi aşkar görünürdü. Həmin sinif jurnalının aparılmasına dair qeydlər bölməsində isə qiymətlər üzrə yol verilmiş səhvlərin düzəldilməsi barədə hər hansı qeydiyyat aparılmamışdır. Digər tərəfdən, sinif jurnalında şagirdlərin dərsdə dəflərlə iştirak etməməsi barədə müvafiq qeydiyyat aparılmışdır.

18. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsi, 68, 7*-ci maddənin ç) bəndi, 71-ci maddənin 2ci hissəsi, 72, 8*-ci maddənin 1 və 2-ci hissələri, 186-cı, 187-ci maddənin 1 və 2-ci hissələri, 189-cu maddənin 1 və 3-cü maddələri, 3**-cü maddənin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.3, 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

19. Cavabdeh Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbi apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə, prosessual hüquq normasının pozulması ilə qətnamə qəbul etmişdir. İddiaçının xanım müəllimələri təhqir etməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Bundan başqa, şagirdlər və valideynlər iddiaçının şagi rdləri döyməsi barədə məktəb rəhbərliyinə dəfələrlə şikayət etmiş, iddiaçının iş vaxtı ərzində işdə olmaması şahid ifadələri və aktlarla təsdiqlənmişdir. Bundan başqa, iddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsi ilə müəyyən edilmiş müddəti buraxmışdır (cavabdeh həmin müddətin kəsici müddət olduğunu iddia etmişdir). Birinci instansiya məhkəməsi təqdim edilmiş aktları sübut kimi qəbul etməsə də, onu imzalayan şəxsləri dəvət edib dindirməmişdir. İddiaçının tədbirlə bağlı hərbi hissədə olmasına dair, eləcə də şagirdləri hərbi həkim komissiyasına aparmasına dair arayışlar saxta olmuşdur.

21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 aprel 2*23-cü il tarixli, 2(1*4)-781/2*23 nömrəli qətnaməsi ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Ədil Məmmədov) cav abdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının cavabdehə qarşı iddiası təmin edilməmişdir.

22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 28 fevral 2*22-ci ildə yeniyetmələri həkim komissiyasından (stomatologiyadan) müayinədən keçirməmişdir. Ümumiyyətlə həmin günü qeyd olunan şöbədə həkim komissiyası təşkil olunmamışdır. Bu barədə poliklinikada tibbi qeydiyyat kartları da mövcud deyildir. Bu hal məhkəmə kollegiyası tərəfindən dindirilmiş şahid 2 saylı uşaq poliklinikasında həkim stomatoloq (komissiyanın üzvü) X1 ifadəsi ilə təsdiq olunmuşdur.

23. Bundan başqa məhkəmə kollegiyası qeyd etmiş dir ki, 14.*3.2*22-ci və 15.*3.2*22-ci ildə iddiaçının N nömrəli hərbi hissədə Novruz bayramında iştirak etməsi həqiqəti əks etdirmir.

24. Belə ki, məhkəmə kollegiyası tərəfindən dindirilmiş şahid N nömrəli Hərbi hissənin 3-cü taborunda şəxsi heyət üzrə müavin vəzifəsində işləyən X3 ifadəsi ilə təsdiq olunmuşdur ki, hərbi hissədə tədbirlər planlı və plansız olmaqla keçirilir. Pandemiya başlanandan sonra Novruz bayramı tədbirləri keçirilməmişdir. 14-15 mart 2*22-ci il tarixlərdə bayramla əlaqədar tədbir keçirilməmişdir. İddiaçı tərəfindən təqdim olunan fotoların nə vaxt və harada çəkilməsini müəyyən etmək olmur, təqdim olunan arayışda uyğunsuzluq olsa da, həqiqətən 2*22-ci ildə hərbi hissədə Novruz bayramı tədbiri planlı olaraq keçirilməmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bi rinci instansiya məhkəməsinə iddiaçı tərəfindən təqdim olunan məktub zərflər üçün nəzərdə tutulmuş möhürlə təsdiq olunmuşdur. Məhkəmə Kollegiyasına təqdim olunmuş N nömrəli Hərbi hissənin 8 fevral 2*23-cü il tarixli 853 №-li məktubunda göstərilmişdir ki, 2*22-ci ilin 14-15 mart tarixlərində hərbi hissədə əvvəlcədən tərtib olunmuş plana əsasən Novruz bayramı tədbiri keçirilməmişdir. Həmin məktub hərbi hissəyə aid künc ştampı vurulmaqla tərtib olunmuş, tarix, çıxış nömrəsi verilməklə hərbi hissə komandiri tərəfindən imzalanmışdır.

26. Məhkəmə kollegiyası da həmin məktubu mötəbər sübut kimi qəbul etmişdir.

27. Həmçinin iddiaçı tərəfindən xanım müəllimələrlə davranışı, şagirdləri döyməsi, onları və valideynlərini təhqir etməsi, bununla əlaqədar olaraq valideynlər tərəfindən məktəb direktoruna şikayət edilməsi, bu barədə səs yazısının olması, məhkəmə kollegiyasının iclasında dindirilmiş şahid ifadələri ilə və işə əlavə edilmiş sənədlərlə təsdiq olunmuşdur.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işdə işəgötürən tərəfindən iddiaçıya dəfələrlə rəsmi qaydada xəbərdarlıq, töhmət, şiddətli töhmət verilmiş, o, əmrlərlə tanış edilmişdir. İddiaçı əmək vəzifələrini kobud şəkildə pozaraq işə çıxmadığı üçün bu barədə müxtəlif vaxtlarda 6 ədəd aktlar tərtib olunmuş, iddiaçı 15 mart 2*22-ci il tarixdə isə bütün günü işdə olmamışdır, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə işəgötürənin əmri ilə iddiaçı 1 aprel 2*22-ci il tarixli 188 nömrəli əmrlə məktəbin həmkarlar ittifaqı komitəsinin razılığı ilə işdən çıxarılmışdır.

29. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrdə iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd olunmuşdur ki, iddiaçının üzrlü səbəb olmadan işə gəlməməsi müvafiq iş yerində işin, əmək və icra intizamının normal ahəngi pozulmasına səbəb olmaqla yanaşı, digər işçilərin də əmək intizamına riayət etməsinə mənfi təsir göstərən hal kimi qəbul olunmaqla, bu hallar da işəgötürənin qanunla qorunan mənafelərinə ziyan vurur. İddiaçının yazılı qaydada olmasa da, şifahi qaydada izahatı alınmış, həmçinin həmkarlar ittifaqı təşkilatının iclasına dəvət olunmuş, iclasda iştirak etmiş və izahatı dinlənilmişdir. İşəgötürən də qeyd olunan əsasları qəbul etməklə, iddiaçının işə gəlməməsini üzürsüz hal kimi qiymətləndirib, həmk arlar ittifaqı təşkilatının müvafiq razılığını almaqla Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün qanuni əsaslar mövcud olmaqla, əmək müqaviləsinə xitam verilərkən onun əmək qanunvericiliyində müəyyən edilmiş hər hansı bir hüququ da pozulmamışdır. Lakin, işə baxan birinci instansiya məhkəməsi işin qeyd edilən hallarını nəzərə almadan iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir.

30. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddənin “ç” bəndi, 71-ci maddənin 2-ci, 71-ci maddənin 3-cü hissələri, 72, 8*, 186, 294, 3**-cü maddələrinə istinad edərək əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat

31. İ ddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci bəndi, 68, 7*, 72-ci maddələri, 8*-ci maddəsinin 1 və 2-ci bəndləri, 186-cı maddəsinin 1, 2, 3-cü bəndləri, 187-ci maddəsinin 1 və 2-ci bəndi, 189-cu maddəsinin 1 və 3-cü bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 78-ci maddələrinin tələbləri pozulmuşdur.

33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(1*2)-3324/2*23 saylı, 7 sentyabr 2*23-ci il tarixli qərarı i lə (hakimlər Elşad Şamayev - sədrlik edən və məruzəçi, Elşanə Vəliyeva və Əhliman Xıdırov) iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

34. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin 1 aprel 2*22-ci il tarixli əmri iddiaçının əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirilməməsi ilə əsaslandırılsa da, bunun konkret olaraq hansı hərəkətlərlə (hərəkətsizliklə) ifadə olunması əmrdə qeyd olunmamışdır. Cavabdeh tərəf təqdim etdiyi sənədlərlə bununla bağlı müxtəlif əsaslar: iddiaçının işə gecikməsi, işdən vaxtından əvvəl çıxması, tədris qaydalarını pozması, digər müəllimlərə qarşı kobud olmasını əsas gə tirmişdir. Bundan başqa, qəbul edilmiş əmrin əsaslı olmasına dair cavabdeh tərəfin birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərindən biri iddiaçının iş saatlarında işdə olmamasıdır. Cavabdeh tərəf bununla bağlı məktəbin əməkdaşları tərəfindən tərtib olunmuş 3* noyabr 2*21-ci il, 1* dekabr 2*21-ci il, 17 dekabr 2*21-ci il, 28 fevral 2*22-ci il, 14 mart 2*22-ci il və 15 mart 2*22-ci il tarixli aktları təqdim etmişdir. Apellyasiya instansiyası məhkəməsi məhz apellyasiya icraatında təqdim olunmuş sübutları iş üzrə mötəbər sübut qismində qəbul etməklə, yuxarıda qeyd olunan nəticəyə gəlmişdir. Bu zaman, apellyasiya məhkəməsi MPM-in 372.2-ci maddəsinin tələblərini nəzərə almamış, cavabdehin təqdim etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim edilməməsi səbəbini aydınlaşdırmamı ş, həmçinin məhkəmə instansiyalarına verilən sübutlar arasında olan kəskin ziddiyyətlərin olması səbəbini araşdırmamışdır.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Gəncə şəhəri X15 adına 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev həmin məktəbin X11 Komitəsinə 16 mart 2*22-ci il tarixli təqdimatla müraciət edərək, İddiaçı 23 noyabr 2*21-ci il tarixdə “Müəllimlərin etik davranış Qaydaları”na və əmək intizamına, şagirdlərin təlim-tədris qaydalarına düzgün əməl etmədiyi üçün sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsini, sonuncunun bundan nəticə çıxardıb əməllərində dönüş yaratmaqdansa, yenə də qanunları pozmaqda davam etməsini, məktəbin ştat işçi olmağına baxmayaraq saat 11-12 olmamış iş yerini tərk etməsini, rəhbərliyə və müəllimlərə qarşı lazımsız ifadələr işlətməsini, 15 mar t 2*22-ci il tarixdə isə bütün günü işdə olmamasını göstərərək, onun əmək intizamını ciddi şəkildə pozduğuna görə işdən çıxarılmasına münasibət bildirilməsini xahiş etmişdir. Məktəbin X6 16 mart 2*22-ci il tarixdə keçirilən iclasında həmin təqdimat müzakirə olunmuş və 11 nömrəli protokoldan çıxarışla qərara alınmışdır ki, məktəb direktorunun məktəbin gənclərin çağırışaqədərki hazırlıq müəllimi İddiaçı ilə bağlı X11 Komitəsinə təqdim etdiyi təqdimatdakı nöqsanlar məqsədə müvafiqdir, müəllim kimi vəzifəsindən və hərbi rəhbərlikdən uzaqlaşdırılmasından etiraz edilmir. Məktəbin 16 mart 2*22- ci il tarixli, 175 nömrəli əmri ilə, məktəbin gənclərin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı 15 mart 2*22ci il tarixdə üzürsüz səbəbdən işdə olmadığına görə və işinə qeyri-ciddi yanaşdığı üçün ona töhm ət verilmiş və 1 (bir) günlük əmək haqqının tutulması əmr edilmişdir. Beləliklə, iddiaçının barəsində qəbul edilmiş əmək müqaviləsinə xitam verilməsi barədə əmr faktlarla əsaslandırılmasa da, həmin əmrin qəbul edilməsi üçün əsas olan hallar məktəbin direktorunun yuxarıda qeyd olunan təqdimatında və X6 16 mart 2*22-ci il tarixli iclasında sadalanan hallar olduğu təqdirdə, həmin əmrin qəbul edilməsi zamanı Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci hissəsinin tələblərinin pozulub-pozulmaması məsələsinə hüquqi qiymət verilməmişdir.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının 15 mart 2*22-ci il tarixdə üzrsüz səbəbdən işdə olmamasına görə ona töhmət verildiyi halda, təkrarən 1 aprel 2*22-ci il tarixli əmrlə tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinin qanuniliyi ap ellyasiya məhkəməsi tərəfindən araşdırılmamışdır. 1 aprel 2*22-ci il tarixli əmrin qəbul edilməsi üçün iddiaçının başqa hərəkətləri (hərəkətsizliyi) əsas olduğu halda, həmin hallarla bağlı əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq araşdırmanın aparılmasına və ƏM-in 8*-ci maddəsinin 1-ci hissəsinə əsasən məktəbdə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının razılığının alınmasına da məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir.

37. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işə təkrar apellyasiya qaydasında baxılan zaman kassasiya instansiya məhkəməsinin qərarında olan göstərişlərə əməl edilməlidir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

38. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 fevral 2*23-cü il tarixli, 2(1*4)-2*6/2*24 nömrəli qətnaməsi ilə (h akimlər İslam Həsənov (sədrlik edən və məruzəçi), Loğman Süleymanov və Afiq Hüseynzadə) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

39. Məhkəmə kollegiyası iddia tələbinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir.

40. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 1 aprel 2*22-ci il tarixli, 188 nömrəli əmrdə işçinin əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi qeyd edilsə də, lakin işçinin əmək funksiyasını yerinə yetirməməsinin nədən ibarət olduğu və konkret olaraq hansı pozuntuya yol verdiyi üçün işdən azad edildiyi əsaslandırılmamışdır. Lakin əmrin əs ası kimi göstərilən və surəti iş materiallarına əlavə edilmiş materiallardan aydın olur ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbini üzrsüz səbəbdən bütün iş saatı ərzində işdə olmaması, habelə özbaşına iş yerini tərk etməsi, etik davranış qaydalarını pozması barədə hallar təşkil etmişdir.

41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 23 noyabr 2*21-ci il tarixdə “Müəllimlərin etik davranış Qaydalarına”na əsasən və əmək intizamına, şagirdlərin təlim-tədris qaydalarına düzgün əməl etmədiyi üçün cavabdeh məktəbin dikrektoru tərəfindən İddiaçı barəsində sonuncu xəbərdarlıqla şiddət töhmət verilmişdir.

42. Bundan başqa, iş materiallarındakı sənədlərə istinad edilən zaman müəyyən edilmişdir ki, cavabdeh məktəbin kollektivi tərəfindən 3* noyabr 2*21-ci il, 1* dekabr 2*21ci il, 17 dek abr 2*21-ci il, 3* dekabr 2*21ci il tarixlərdə müvafiq aktlar tərtib edilmiş və aktlarda göstərilmişdir ki, İddiaçı aktlar tərtib edildiyi tarixlərdə günün ikinci yarısında, yəni təxminən saat 12:**-dan sonra işdə olmamışdır və məktəbin ştat işçilərinin imza kitabını imzalamamışdır, habelə aktı da imzalamaqdan imtina etmişdir.

43. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş iş materiallarında olan 3* noyabr 2*21-ci il, 1* dekabr 2*21-ci il, 17 dekabr 2*21-ci il, 3* dekabr 2*21-ci il tarixlərdə saat 12:**-dən sonra öz başına iş yerini tərk etməsi barədə aktlar və izahatlarada göstərilənlər təsdiqini tapmış olsaydı belə, cavabdeh məktəbin rəhbərliyi həmin faktların aşkar edildiyi vaxtdan bir ay keçən ədək İddiaçı barəsində intizam tənbehi tətbiq etmə səlahiyyətində olmuşdur. Lakin, hazırkı işdə istinad edilən pozuntuların aşkar edildiyi vaxtdan bir ay keçdikdən sonra, yəni *1.*4.2*22-ci il tarixdə intizam tənbehi verilmişdir.

44. Ona görə də, məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd edilən tarixlərdə tərtib edilmiş izahat və aktlarda göstərilənlər iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi qiymətləndirilə bilməz.

45. Məhkəmə kollegiyası həmçinin iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş 28.*2.2*22, 14.*3.2*22 və 15.*3.2*22-ci il tarixlərdə onun iş yerini öz başına tərk etməsi ilə bağlı qeyd etmişdir ki, hazırkı apellyasiya icraatı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişləri istiqamətində araşdırma aparılaraq Gənc ə şəhəri 2 saylı uşaq poliklinikasında həkim stomoloq işləməklə həkim komissiyasının üzvü olan X4 şahid qismində dindirilmiş və şahid ifadəsində bildirmişdir ki, onun tərəflərlə heç bir qohumluq əlaqəsi olmamaqla onlara qarşı qərərzliliyi yoxdur. İddiaçı 28 fevral 2*22-ci il tarixdə məktəbin şagirdlərini müayinə üçün poliklinikaya gətirməmişdir. Bu barədə tərəfindən əvvəl verilmiş arayış İddiaçı xahişi ilə verilmişdir. İddiaçı ona bir gün işdə olmadığını və buna görə problem yarandığını bildirərək həmin tarixdə, yəni 28.*2.2*22-ci il tarixdə onun 7 nəfər uşaqları müayinədən keçirməsi barədə arayış verilməsini xahiş etmişdir. O da əvvəldən tanıdığı üçün ona inanaraq həmin arayışı vermişdir. Əslində İddiaçı 28.*2.2*22-ci il tarixdə uşaqları komissiyadan keçirmək üçün 2 saylı uşaq poliklinika sında olmamışdır. İddiaçı sözügedən arayışın verilməsi barədə 2*22ci ilin yay aylarında ona müraciət etmişdir, yəni müraciət edilən tarixdən əvvəlki tarixə arayış verilmişdir.

46. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırkı apellyasiya icraatı zamanı dindirilmiş şahid X4 mübahisə barədə məlumatı olan şəxsdir. Belə ki, iş materiallarında olan İddiaçı 28.*2.2*22-ci il tarixdə 7 nəfər uşağı hərbi həkim komissiyasında müayinədən keçirməsi barədə arayış məhz adı qeyd olunan şahid tərəfindən verilmişdir.

47. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı apellyasiya baxışı zamanı şahid qismində dindirilmiş X1 vermiş olduğu ifadənin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal müəyyən olunmamış, eyni zamanda kollegiya həmin şahidin ifadəsini mötəbər sübut olaraq qiymətləndi rmişdir.

48. Beləliklə, hazırkı apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X1 ifadəsi ilə müəyyən olunmuşdur ki, İddiaçı 28.*2.2*22-ci il tarixdə 7 nəfər uşağı hərbi həkim komissiyasında müayinədən keçirməmişdir və bu barədə verilmiş iş materiallarındakı arayış saxtadır.

49. Məhkəmə kollegiyası qeyd etmişdir ki, işin qeyd olunan halı isə öz-özlüyündə göstərir ki, iddiaçı 28 fevral 2*22-ci il tarixdə həqiqətən işdə olmamışdır. Lakin işdən göründüyü kimi cavabdeh Gəncə şəhəri X15 adına 39 nömrəli tam orta məktəbin direktoru tərəfindən İddiaçı barəsində həmin pozuntuya görə 1 mart 2*22-ci il tarixdə 595 nömrəli əmrlə yazılı xəbərdarlıq edilmişdir. Yəni, işə götürən işçinin qeyd olunan nöqsanına görə intizam tənbehi tətbiq etməmiş, sadəcə işçiyə yazılı xəbərdarlıq etməklə kifayətlən mişdir.

50. Həmçinin işdən görünür ki, məktəbin kollektivi tərəfindən müvafiq aktlar tərtib edilərək göstərilmişdir ki, İddiaçı 14 mart 2*22-ci il tarixdə 12:**-dan sonra, 15 mart 2*22-ci il tarixdə isə bütün iş saatı ərzində işdə olmamışdır.

51. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəməyə təqdim edilmiş N nömrəli Hərbi Hissənin 3*.*8.2*22-ci il tarixli məktubundan görünür ki, məktəbin çağırışaqədərki hazırlıq rəhbəri İddiaçı 14 mart 2*22-ci il və 15 mart 2*22-ci il tarixlərdə təxminən saat 12-**-dan sonra hərbi hissədə Novruz bayramı münasibəti ilə keçirilmiş tədbirdə iştirak etmişdir. Həmin hərbi hissə tərəfindən birinci apellyasiya icraatı zamanı təqdim edilmiş 8 fevral 2*23-cü il tarixli 853 nömrəli arayışda, habelə hərbi hissənin 3-cü taborunda şəxsi heyyət üzrə müavin vəzifəsində çalışan X3 ifadəsində isə göstərilmişdir ki, pandemiya başlanandan sonra hərbi hissədə Novruz bayramı tədbirləri keçirilməmişdir. 2*22-ci ildə 14-15 mart tarixlərdə bayramla əlaqədar tədbir olmamışdır.

52. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı N nömrəli Hərbi Hissə tərəfindən verilmiş 3*.*8.2*22-ci il tarixli məktubla, birinci apellyasiya baxışı zamanı məhkəməyə verilən məktub və şahid ifadəsi arasında kəskin ziddiyyətlər vardır.

53. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, bu ziddiyyətlərin aydınlaşdırılmalı olduğu kassasiya instansiyası məhkəməsinin qərarında da göstərilmişdir.

54. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, göstərilən ziddiyyətin aradan qaldırılması üçün ha zırkı apellyasiya baxışı zamanı N nömrəli Hərbi Hissəyə müvafiq sorğu verilmiş və sorğuya alınmış cavabdeh məktubunda qeyd olunmuşdur ki, hərbi hissədən digər qurumlara göndərilən bütün növ yazışmalar hərbi hissə komandirinin şəxsi imzası ilə imzalanaraq təsdiq edilir və təsdiq edilmiş sənədlər rəsmi hesab olunur. Bu baxımdan N nömrəli Hərbi Hissə tərəfindən verilmiş sənədlər təhlil olunduqda görünür ki, hərbi hissə tərəfindən verilmiş 3*.*8.2*22-ci il tarixli məktub hərbi hissənin müvafiq təminat bölməsinin rəisi tərəfindən imzalanmışdır. Belə olan halda məhkəmə kollegiyası həmin sənədi mötəbər sübut olaraq qiymətləndirməmişdir.

55. İddiaçı 14 və 15 mart 2*22-ci il tarixlərdə N nömrəli Hərbi Hissədə keçirilmiş Novruz bayramı tədbirində iştirak etdiyini və bu səbəbdən həmin tarixlərdə iş də olmadığını bildirsə də, lakin əslində qeyd olunan tarixlərdə hərbi hissədə belə bir mərasim təşkil edilməmişdir. İşin bu halı isə İddiaçı həqiqətəndə 14 mart 2*22-ci il tarixdə qeyd olunan saatlardan sonra və 15 mart 2*22-ci il tarixdə isə bütün günü iş yerində olmadığına dəlalət edir.

56. Bununla yanaşı müəyyən olunmuşdur ki, iddiaçı 15 mart 2*22-ci il tarixdə üzürsüz səbəbdən işdə olmadığına görə və işinə qeyri ciddi yanaşdığı üçün məktəbin direktoru tərəfindən 16 mart 2*22-ci il tarixdə ona töhmət verilməsi və 1 (bir) günlük əmək haqqının tutulması barədə 175 nömrəli əmr verilmişdir.

57. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin tarixdə, yəni 16.*3.2*22-ci il tarixdə məktəbin direktoru N.Rzayev tərəfindən İddiaçı əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməd iyi üçün onun işdən çıxarılmasına münasibət bildirilməsi üçün Gəncə şəhəri M.C.Paşayev adına 39 nömrəli Tam orta məktəbin X11 Komitəsinə təqdimat verilmiş və 16 mart 2*22-ci il tarixdə keçirilən iclasında həmin təqdimat müzakirə olunaraq 11 nömrəli protokoldan çıxarışla İddiaçı ilə bağlı X11 Komitəsinə təqdim edilmiş təqdimatda göstərilən nöqsanlar məqsədəmüvafiq hesab edilərək, onun müəllim kimi vəzifəsindən və hərbi rəhbərlikdən uzaqlaşdırılmasına etiraz edilməməsi qərara alınmışdır. Bundan sonra 1 aprel 2*22-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən, əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

58. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı nın 15 mart 2*22-ci il tarixdə üzrsüz səbəbdən işdə olmamasına görə ona töhmət verildiyi halda, təkrarən 1 aprel 2*22-ci il tarixli əmrlə tərəflər arasında bağlanmış əmək müqaviləsinə onun əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə xitam verilmişdir.

59. Məhkəmə kolegiyasının qənaətinə görə, Əmək Məcəlləsinin 189-cu maddəsinin 1-ci bəndinə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

60. Digər tərəfdən məhkəmə kollegiyası hesab etmişdir ki, iş materialları ilə 1 aprel 2*22-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin qəbul edilməsi üçün iddiaçının başqa hərəkətləri (hərəkətsizliyi) əsas olması öz təsdiqini tapmamış dır.

61. İşin bu hallarını nəzərə alan məhkəmə kollegiyası hesab etmişdir ki, işəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə riayət edilməmiş, əmək qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş və iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr əsassız olmuşdur.

62. Həmçinin məhkəmə kollegiyası qeyd etmişdir ki, məcburi iş buraxma müddəti üçün əməkhaqqı ödənilməsi hissədədə iddianın təmin edilməsi qanunidir.

63. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edildiyindən sonuncunun məcburi iş buraxma müddəti üçün ödənilməmiş əməkhaqqı da hesablanaraq ona ödənilməlidir.

64. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 7*-ci maddənin “ç” bəndi, 71-ci ma ddənin 2-ci, 72-ci, 8*-ci madənin 1-ci, 8*-ci madənin 2-ci, 83, 84, 186, 187-ci, 189-cu maddənin 3-cü hissəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

65. Cavabdeh (vəkil X7) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə qərar qəbul edlməsini xahiş etmişdir.

66. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə *1.*4.2*22-ci il tarixli 188 nömrəli əmri mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 1 aylıq müddət ötürülmüşdür.Qeyd olunanları cavabdehin nümayəndəsi birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin nəzərinə çatdırmış lakin heç bir məhkəmə müddət məsələsinə t oxunmamışdır. Cavabdeh hesab etmişdir ki, hazırkı mübahisədə kəsici müddət tətbiq edilərək iddia təmin edilməməlidir.

67. Həmçinin qətnamədə qeyd edilmişdir ki, iddiaçının hansı əmək funksiyası və öhdəliyini yerinə yetirməməsinə dair hər hansı sübut, araşdırma materialı təqdim edilməmişdir. Lakin, iddiaçının xanım müəllimləri təhqir etməsi iş materiallarında olan sənədlərlə öz təsdiqini tapmışdır. Bundan başqa şagirdlər və valideynlər iddiaçının şagirdləri döyməsi barədə məktəb rəhbərliyinə dəfələrlə şikayət etmiş və bu barədə valideynlərin izahatı alınmışdır. Həmçinin iddiaçının iş vaxtı işdə olmaması şahid ifadələri və aktlarla təsdiqlənmişdir.

68. İddiaçı akt tərtib edildiyi vaxtlarda müxtəlif qurumlarda olmasını təsdiq edən saxta arayışlar gətirmiş, həmçinin ümumilikdə götürdükdə hər g ün ya 12:** ya da 12:3*dan sonra işdə olmamışdır. Bu fakt şahid ifadələri ilə öz təsdiqini tapmışdır. İddiaçının məktəb daxili qaydaları, həmçinin işəgötürən qarşısında vəzifə öhdəliyini pozması və əmək vəzifələrini düzgün yerinə yetirmədiyinə görə dəfələrlə intizam məsuliyyətinə cəlb edilməsi qətnamədə təsdiq olunmuşdur.

69. Kassator şikayətini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 1*-cu maddəsininnin “b”, “c”, “f” bəndlərinə, 296-cı, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

70. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

71. Maddə

68. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qay dada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

72. Maddə 7* (bənd ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

73. Maddə 71 (hissə 2). Bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

74. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələ r qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilm iş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

75. Maddə 8* (hissə 1). Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

76. Maddə 8* (hissə 2). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdim ata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

77. Maddə

83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qə rarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.

78. Maddə

84. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə t utulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər.

79. Maddə

186. İşəgötürən və işçi bu Məcəllə ilə və ya digər nor mativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə, yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsin i bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. İşəgötürənin bu maddədə nəzərdə tutulmuş intizam məsuliyyətinə cəlb edilməsi onun işəgötürəni hesab edilən vəzifəli şəxs, müəssisənin mülkiyyətçisi, müəssisə dövlət mülkiyyətində olduqda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. İşəgötürən inzibati və ya cinayət məsuliyyətinə qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edilir.

80. Maddə

187. İntizam tənbehi ve rilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə d axil edilmir.

81. Maddə 189 (hissə 3). İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

82. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

83. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

84. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

85. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

86. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

87. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

88. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

89. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

90. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

91. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

92. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait y aradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

93. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

94. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*4)-2*6/2*24 nömrəli 13 fevral 2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar