Məhkəmə qərarları › İş №2(102)-2462/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2462/2025

07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2462/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: borcun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1955/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 7 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı ic raat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış “Fiziki şəxslərə ödəniş kartının debet, kredit) verilməsi üzrə xidmətlərin göstərilməsi"nə dair xx.xx.2021-ci il tarixli, ******************** saylı Müqavilə ilə, Bank ödəniş kartının verilməsi ilə bağlı müvafiq bank xidmətləri göstərməyi, Müştəri isə Müqavilə üzrə nəzərdə tutulmuş hallarda komissiya haqlarını, xidmət haqlarını, habelə digər ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür.

2. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış borcun hissə-hissə ödənilməsi barədə 26 sentyabr 2023-cü il tarixli Razılaşmaya əsasən, Razılaşmaya əsasən Nümayəndə3 Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******************** saylı Müqaviləyə əsasən ona verilmiş kar tın istifadəsi nəticəsində Bank qarşısında yaranmış borcunu hissə-hissə ödəməyi öz öhdəsinə götürür. Tərəflər razılaşırlar ki, borclunun Bank qarşısında olan borcunun məbləği 9025,28 manat təşkil edir. Borclu 9025,28 manat borc məbləğini təşkil edən pul vəsaitini 12 ay müddətinə aylıq 752,11 manat məbləğindən az olmayaraq ödəməyi öz öhdəsinə götürür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanması nəticəsində yaranmış və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan 6725,51 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 87,66 manat dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandır ılmışdır ki, xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərində xarici bankın müştərisi aldadılaraq pul köçürülmüşdür. Qarşı bank bu əməliyyatlar üçün “chargeback” sorğusu yaratmış və udmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh Bankın hesabına 6725,51 manat məbləğində əsassız varlanmışdır. 26 sentyabr 2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə Razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Müqavilənin 2.7-ci bəndinə əsasən Müştərinin ödəniş kartı vasitəsilə apardığı əməliyyata görə Bank rəsmi internet səhifəsində yaxud bunun üçün xüsusi yaradılmış digər elektron vasitələrdə əvvəlcədən müəyyən edilmiş şərtlərə uyğun həcmdə və ya məbləğdə geri ödəniş (cashback) həyata keçirə bilər. Müştəri xidmət/satış nöqtələrində alış zamanı alınan mal və ya xidmət geri qaytarıldıqda, ödənilmiş geri ödəniş məbləği (cashback) Bank tərəfindən geri qaytarılır. Geri qaytarılan zaman müştərinin hesabında kifayət qədər vəsait olmadığı halda müştərinin ödəniş kartında (hesabında) borc məbləği (overdraft) yaradılır və müştəri tərəfindən qeyd-şərtsiz ödənilməlidir. Bank tərəfindən geri ödənişin (cashback) həyata keçirilməsi birtərəfli qaydada dayandırıla və ya şərtləri dəyişdirilə bilər. Cavabdeh ilə Bank arasında olan 22 oktyabr 2021-ci il tarixli Müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir və cavabdehin əsassız varlanması kimi şərh edilməlidir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Borcluya göndərilmiş 18 mart 2024-cü il tarixli, 6-3/07/05- 2677 saylı bildiriş (xəbərdarlıq) məktubu da cavabsız qalmışdır. Hal-hazırda borclunun, müqaviləyə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 6725,51 təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir.

5. Cavaddeh tərəf iddiaya etiraz edərək qeyd etmişdir ki, bank məhrum olduğunu sübut edə bilmir. Bu sübut onun kartına mədaxil edən xarici banka 9025,28 manat məbləğin (xx.xx.2023 tarixli overdraft razılaşmasın da göstərilən) geri qaytarılmasını təsdiq edən hesabdan çıxarışdır. Bu sənədin adı “Refund”-dır, yəni vəsaitin geri qaytarılması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.7, 1091.1 və 1092.1-ci maddələrinin tələblərinə görə iddiaçı məhrum olmayıbsa, cavabdeh də onun hesabına varlanmamışdır. xx.xx.2024-cü il tarixində e-mehkeme portalına iddiaçı tərəfindən yerləşdirilən Dispute sənədi mübahisə sənədidir. Bu sənədi bankın məhrum olma sənədi kimi təqdim etmək, məhkəməni aldatmaq məqsədi daşıyır. Hətta bu sənədin özündə belə göstərilir ki, “Refund” sıfırdır, yəni vəsait geri qaytarılmayıb. Dispute sənədi 4000 manat, ziyana iddia 9025,28 manat? Bu sənəddə Cavabdeh kartına gələn pulun əməliyyat təfərrüatları əks olunub: əməliyyat 3D güvənlik sistemini keçərək, uğurlu olmuş, fraud yükü sıf ır. Təccüblüdür ki, İddiaçı ASC bu mübahisəni necə uduzub (təqdim olunan sənəddə əksini tapmayıb)? Onu maraqlandıran və tələb etdiyi əsas sual: bəs Cavabdeh gələn pulun geri qaytarılması “Refund” ilə bağlı əməliyyat təfərrüatları haradadır? Hesab edir ki, iddia ərizəsi tam əsasızdır, belə ki, iddianın əsasını təşkil edən sübut “Refund” (vəsaitlərin geri qaytarılması haqda hesabdan çıxarış) mövcud deyildir və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Hesab edir ki, İddiaçı ASC-nin təqdim etdiyi Dispute sənədi banka maddi ziyan dəydiyini təsdiq edən sənəd deyildir və bankın iddiasının təmin olunmasında sübut kimi istifadə edilə bilməz.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim-Mədinə Bağırova) 2(009)2061/2024 nömrəli, 6 noyabr 2024cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş dir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh Bankın hesabına 6725,51 manat məbləğində əsassız varlanmışdır. 26 sentyabr 2023-cü il tarixində tərəflər arasında borcun hissə-hissə ödənilməsi barədə Razılaşma əldə edilsə də, borc məbləği tam olaraq ödənilməmişdir. Cavabdeh ilə Bank arasında olan 22 oktyabr 2021-ci il tarixli Müqavilə ödəniş kartının verilməsi və ondan istifadə münasibətlərini tənzimləyir. Borcun yaranmasına səbəb olan hadisə zamanı cavabdehin əldə etdiyi vəsait onun müqaviləyə əsasən əldə etməli olduğu əmlak (vəsait) deyildir. Borcun ödənilməsi tələbi ilə borcluya dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh onun istifadəsində olan ödəniş kartına bağlı olan hesabına köçürülən vəsaitin qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Hal-hazırda cavabdehin banka olan borcu 6725,51 manat təşkil edir ki, iddiaçının göstərilən məbləğdə borcun cavabdehdən tutulması tələbi əsaslıdır və təmin edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.7, 385.1, 386.1, 439.1, 1091.1, 1092 və 1095-ci maddələrə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin istinad etdiyi sübut haradadır və nə üçün cavabdehə təqdim edilməyib. E-məhkəmə portalında belə sübut yoxdur. Bakı şəhəri Səbail Ra yon Məhkəməsinin xx.xx.2024 tarixli qətnaməsi tam əsassızdır, belə ki, iddianın əsasını təşkil edəcək əsas sübut sənədi «REFUND» (vəsaitin geri qaytarılması haqqında hesabdan çıxarış, ödənişlərin təfərrüatı və ödəniş qəbzləri) mövcud deyildir, iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin bankın sübut kimi təqdim etdiyi xx.xx.2023-cü tarixli razılaşma etibarsız əqddir, çünki aldatma (ziyan sübut edilməyib) və hədə təsiri altında ona imzalatdırılmışdır (etibarnamə olmadan). Ümumiyyətlə, bank ziyana uğramasını sübut edə bilməmişdir. Bu sübut cavabdehin kartına mədaxil edən xarici banka 9000 manat məbləğin geri qaytarılmasını təsdiq edən hesabdan çixarış, ödənişin təfərrüatı və ödəniş qəbzidir. Bu sənədin adı “REFUND”-dır, yəni vəsaitin geri qaytarılması. “REFUND” cavabdehə, məhk əməyə təqdim edilməmişdir. Məhkəmə də ədalətli araşdırma prinsipinə əməl etmədən bunu ondan tələb etməmişdir. Məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etsə də, məhkəmə həmin sübutları araşdırmaqdan qanunsuz və əsassız olaraq imtina etmişdir. Halbuki məhkəmə iş üzrə qanuni, əsaslı və ədalətli qərar qəbul olunması üçün bütün qanuni vasitələrdən istifadə etməyə haqlı idi.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər - Cəmilə Musayeva (məruzəçi), Fuad Babayev, Fuad Abdıyev) 2(103)-1955/2025 nömrəli, 15 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2061/2024 nömrəli, 6 noyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək idd ia təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 6725,51 manat və dövlət rüsumu olaraq ödənilmiş 87,66 manat məbləğində pulun tutulması qət edilmişdir.

12. Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi çıxardığı qətnaməsində əsassız varlanmanın dispozisiya şərtlərinə istinad etsə də, iddiaçının tələbinin həmin şərtlərə uyğunluğunu tam əsaslandırmamış, işin müəyyən edilmiş faktiki hallarına uyğun gələn və mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasına əsasən qiymətləndirmə aparmamışdır.

13. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, borcun etirafı institutu tərəflər arasındakı hər hansı (müqavilədən, yaxud qanundan irəli gələn) öhdəlik üzrə mövcud olan borcun təsdiqlənməsini, əvvəlki hüquq münasibətlərinə istinad edilmədən etiraf olunmuş borcun nəzər ə alınmasını təmin edir. Digər mənada, tərəflər borcun etirafına dair sənəd tərtib etməklə əslində özlərinin əvvəlki mübahisəli münasibətlərini bu formada rəsmiləşdirilən yazılı sübutla yeni müstəviyə keçirmiş olurlar (barışıq sazişinə oxşar formada). Bununla da tərəflər əvvəlki qeyri-müəyyən münasibətləri mücərrəd hal kimi qəbul edərək yeni razılaşmanı əsas götürürlər.

14. Cavabdeh tərəf 26 sentyabr 2023-cü il tarixdə borcun hissə-hissə ödənilməsi barədə Razılaşmanı təsdiq etməklə həmin razılaşmada qeyd edilən məbləği qarşı tərəfə ödəməli olduğunu etiraf etmişdir. Belə olan halda da sözügedən sənəd mövcud borcun etirafını təsdiq edən sənəd kimi qiymətləndirilməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından alınmış pulun geri qaytarıldığını sübut etmək vəzifəsi də öhdəlik daşıyan şəxsə ai ddir. Hazırki işdə verildiyi öz təsdiqini tapmış pulun qaytarıldığını sübut etmək yükünü cavabdeh daşıyır. Cavabdeh yaranmış öhdəliyi lazımi qaydada, yəni tam şəkildə icra etmədiyini inkar etmir. O, etiraf etdiyi borcun yaranmasına əsas olmuş mübahisəli münasibətlərə etiraz edir, iddiaçının onun hesabına varlandığını, yəni 9025,28 manat məbləğində pulun xarici banka qaytarıldığının sübuta yetirilmədiyini, həmçinin tərəflər arasında bağlanmış borcun hissə-hissə ödənilməsi barədə 26 sentyabr 2023-cü il tarixli Razılaşmanın etibarsız olduğunu qeyd edir.

15. Sözügedən etirazın dəlilləri ilə əlaqədar apellyasiya məhkəməsi qeyd etmişdir ki, borcun etirafı barədə müqavilənin qüvvəsi ondan ibarətdir ki, müqavilə iştirakçıları tərəfindən əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hallara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq onlar üçün yalnız mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə təsbit edilənlər etibarlı olur. Belə olan halda cavabdeh 26 sentyabr 2023-cü il tarixli Razılaşmanı imzalamaqla onunla iddiaçı arasında öhdəlik hüquq münasibətlərinin yarandığını etiraf emişdir və hazırda o, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca mübahisəli münasibətlərdən irəli gələn heç bir etirazı irəli sürə bilməz. Beləliklə də cavabdeh iddiaçının onun hesabına varlandığının sübuta yetirilməydiyinə və s. istinadən ona qarşı yönəldilmiş iddianın əsassız olması əsası ilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini tələb edə bilməz.

16. Cavabdehin istinad etdiyi digər dəlil ilə əlaqədar is ə qeyd edilmişdir ki, borcun hissə-hissə ödənilməsi barədə 26 sentyabr 2023-cü il tarixli razılaşma Cavabdeh adından səlahiyyətsiz şəxs (etibarnamə olmadan) – oğlu Nümayəndə3 tərəfindən imzalanmışdır. Buna baxmayaraq cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmək niyyəti ilə həmin razılaşmaya uyğun şəkildə müvafiq məbləğdə ödənişləri etmişdir. Belə ki, işdə olan mədaxil qəbzlərindən görünür ki, Cavabdeh tərəfindən xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2024-cü tarixlərində ödənişlər həyata keçirilmişdir. Həmin ödənişlərin məhz cavabdeh tərəfindən edildiyi də cavabdehin nümayəndəsinin verdiyi izahatı ilə də təkzib edilməmişdir. Qeyd edənlərə əsasən cavabdehin, adından səlahiyyətsiz şəxs tərəfindən bağlanmış əqdi bəyəndiyinə dəlalət edir. Beləliklə də, borcun hissə-hissə ödən ilməsi barədə 26 sentyabr 2023-cü il tarixli razılaşmaya əsasən yaranmış bütün mülki hüquq və vəzifələrin əqd bağlandığı andan Cavabdeh aid edilməsi mülki qanunvericiliyinə zidd deyildir. Belə olan halda da cavabdeh iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini tələb edə bilməz. Onun, 26 sentyabr 2023-cü il tarixli borcun hissə-hissə ödənilməsi barədə razılaşmanın hədə-qorxu, aldatma təsiri altında bağlandığı barədə dəlilləri də öz təsdiqini tapmamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 337.1, 359.1, 360, 385, 425, 445, 448.1, 528, 529.1, 739, 882.1, 882.2, 882.3, 882.4 və 882.5-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (vəkil - Vəkil2) kassasiya ş ikayəti verərək, Bakı Apellyasiya məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(103)-1955/2025 nömrəli qətnaməsinin ləğv edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023 tarixli «Razılaşma» iddiaçının hüquqi məlumatsızlığı, ziyanın sübutu təqdim olunmaması nəticəsində imzalanmışdır. Bu sənəd etibarlı razılaşma deyil, müştərinin aldadılması nəticəsində bağlanmış əqddir. Bank kredit verməyib, ziyana uğramayıbsa, cavabdehi borclandıra bilməz. İddiaçı «Razılaşma»nı cavabdehin borcu etirafı kimi qələmə vermək istəyir, lakin ziyan sübuta yetirilmədiyinə görə bu «Razılaşma» müştərinin aldadılması kimi xarakterizə edilməlidir. Odur ki, etibarsız əqd əsasında cavabdehdən hansısa bir məbləğin tələb edilməsi əsass ızdır.

20. Cavabdeh hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu qənaətlər yanlışdır. Birincisi, banka dəymiş zərəri təsdiq edən yeganə sənəd “Refund” sənədidir, bu yeganə sübut məhkəməyə təqdim olunmamışdır, həmin sübut nəinki məhkəməyə heç tərəflərə belə təqdim olunmamışdır, halbuki sənədin təqdim olunmasına dair bank tərəfindən vədlər verilmişdir. Əgər razılaşma borcun olduğunu «dolayısına» təsdiq edirsə, «Refund» sənədi bunu bilavasitə təsdiq edən sübutdur. Məhkəməyə təqdim edilən sübut hesabdan çıxarışdır(xx.xx.2022-ci il tarixli əməliyyat həyata keçirilmədən bu hesabdan çıxarışa qeyd olunub). Bu sənəd məhkəməni aldatmağa hesablanmış sənəddir, həmin çıxarışın saxta olmasına dair əsaslı şübhələr vardır, belə ki, çıxarışda göstərilənlərin alt sənədləri mövcud o lmalıdır. İkincisi, xx.xx.2023-cü il tarixli razılaşma borcun olduğuna dair tərəflər arasında bağlanmış müqavilə olsa da, iddiaçı tərəf banka dəymiş zərəri əsas gətirərək (cavabdehi aldatmaqla yaxud inandırmaqla, məsuliyyət daşıyacağını bildirməklə və s.) imzalanmasına nail olmuşdur. Müqavilə yazılı sübut kimi qəbul olunmasına baxmayaraq, məzmunu ilə (şərtlə olan) tərəfin iradə ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olmuşdur. Bu o deməkdir ki, banka zərər dəymişdirsə aralarındakı razılaşdırılmış şərtə uyğun olaraq zərər ödənilə bilər. Cavabdeh tərəfindən bank ciddi bir təşkilat kimi qəbul olunmuş və şifahi bildirilənlərin sənədlə təsdiq olunacağı güman edilmişdir. Üçüncüsü, razılaşma zamanı Cavabdeh razılaşmanın şərtləri ilə razılaşmış və borcun ödənilməsinə dair öhdəlik götürmüşdür qən aəti ilə bağlı qeyd olunmalıdır ki, hələ razılaşma imzalanmazdan əvvəl, imzalanan ərəfədə və prosesin gedişatı dövründə bank zərər dəyməsi ilə bağlı sənəd təqdim edəcəyinə dair öhdəlik götürmüşdür, lakin görünən odur ki, hazırkı müddətədək həmin öhdəlik yerinə yetirilməmişdir. Əgər müqavilə tərəflərindən biri öhədliyinə sadiq deyildirsə, qarşı tərəfi bunda günahlandırmaq nə dərəcədə düzgündür? Düşünülə bilər ki, həqiqətən razılaşma hədə altında bağlanılmışdırsa, cavabdeh tərəfindən borcun müəyyən hissəsinin ödənilməsi ağlabatan və məntiqli deyildir. Bu qənaətlə bağlı qeyd edilmişdir ki, cavabdeh ödənişə başlamış və bir neçə ay ödənişi davam etdirmiş, sonradan zərərlə bağlı sənəd təqdim olunmadığından (israrla tələb olunmasına baxmayaraq) ödənişi yarımcıq dayandırmış, banka öhdəliyini xat ırlatmış və nəticə də mübahisə məhkəməyə gəlib çıxmışdır. Burada bir ağlabatan və məntiq vardırsa, o da cavabdehin hərəkətləri ilə bağlıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

21. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinəvə ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

22. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

23. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bə lədiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.

24. Maddə

360. Başqa şəxsin (təmsil edilənin) adından əqdi bağlayan şəxsin (təmsilçinin) başqa şəxsin (təmsil edilənin) adından hərəkət etmək səlahiyyəti olmazsa və ya bu səlahiyyət aşılarsa, əqdin digər tərəfinin təmsilçidən həmin əqdin icrasını və ya əqdin bağlanması nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır, bu şərtlə ki, başqa şəxs (təmsil edilən) əqdi sonradan bəyənməsin. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdə likləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Maddə

445. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Maddə 882.1. Etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcu n əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

29. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.

30. Maddə 882.3. Bu zaman bu Məcəllənin 881.5-ci maddəsi tətbiq olunur.

31. Maddə 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Ma ddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməl idir.

38. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütovlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

40. Cavabdeh kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazda, apellyasiya şikayətində və işə aş ağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

41. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri, habelə cavabdehin nümayəndəsinin iddiaçının ziyana uğradığını təsdiq edən rəsmi sənədlər məhkəməyə təqdim edilmədiyindən xx.xx.2023 ta rixli «Razılaşma»nın və digər sənədlərin etibarsız olunması barədə kassasiya instansiyası məhkəməsinə göndərdiyi vəsatətlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işi n faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

42. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-ni n 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1955/2025 nömrəli iş üzrə 15 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar