Məhkəmə qərarları › İş №2(102)-2463/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2463/2022

01.06.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2463/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin; Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə barədə iş üzrə QƏRARİ № 2(102)-2463/2022 (Açar sözlər: mənzilə köçürmə, mənzildən istifadə hüququnun tanınması tələbləri) Bakı şəhəri, 1 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10200/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat q aydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə Cavabdeh ilə 18 iyun 2013-cü il tarixdə nikaha daxil olmuşlar. Bu nikahdan 30 iyun 2017-ci ildə X3 doğulmuşdur. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 21 aprel 2012-ci il tarixdə bağlanmış “Kooperativ binada mənzil tikintisi haqqında” müqaviləyə əsasən, Cəmiyyət Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov 2566-cı məhəllə ünvanında cəmiyyət tərəfindən tikilməkdə olan binanın “J” bloku, 510 mənzili İddiaçı verməyi, o isə həmin mənzili qəbul etməyi və müəyyənləşdirilmiş mənzil haqqının vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. 3. ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzili 21 aprel 2012-ci il tarixli kooperativ binada mənzil tikintisi haqqında müqa viləyə əsasən İddiaçı məxsus olmaqla faktiki onun mülkiyyətindədir.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1383/2021 saylı xx.xx.2021ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək İddiaçı ilə Cavabdeh arasında 18 iyun 2013-cü il tarixdə Bakı şəhəri Nizami Rayon qeydiyyat Şöbəsindən 1145 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, 30 iyun 2017-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında saxlanılması qət edilmişdir.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2940/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək 30 iyun 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 12 mart 2020-ci il tarixdən başlayaraq cavabdeh İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cav abdeh verilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İlkin İddiaçı Cavabdeh qarşı "mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun faktiki mülkiyyətində olan ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul etməklə iddianın təmin edilməsini xahiş etmişdir.

7. İlkin iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh mülkiyyətində olan mənzilin giriş qapısının açarlarını dəyişərək onun mənzilə daxil olmağına müdaxilə etmiş və bu üzdən o, bir neçə aydır ki, faktiki sahibi olduğu mənzildə yaşamağından məhrum olmuşdur. O, bu məsələ ilə əlaqədar bir neçə dəfə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə rəsmi mü raciət etmiş, polis bölməsində işin mülki tələb olduğu ona izah olunaraq məhkəmə qaydasında həll olunması bildirilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1838/2021 saylı Qərardadı ilə onun Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair" iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 137 A, mənzil 510 faktiki sahiblik hüququ üzrə ona məxsus olsa da, qanunla müəyyən olunmuş qaydada ondan istifadə etmək hüququ Cavabdeh tərəfindən məhdudlaşdırılmış, mülkiyyətçi kimi hüquqları pozulmuşdur.

8. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onun ünvan 3 ünvanında “Pronto" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 18 iyun 2013-cü ildən həmin mənzildə yaşayır. ünvan 4 ünvanda qeydiyyatda olsa da, bu qeydiyyat formal xarakter daşıyır. Belə ki, həmin mənzil onun valideyninə məxsusdur. Onun övladı ilə birlikdə valideynlərinin mənzilində yaşamağı qeyri- mümkündür. Cavabdehlə birgə nikah dövründə o, dəfələrlə birgə yaşadıqları, ünvan 3, 510 saylı mənzilə qeydiyyata düşmək istəsə də, cavabdeh hər zaman müxtəlif bəhanələrlə buna imkan verməmişdir. Hesab edir ki, o, ünvan 3, 510 saylı mənzilə gəlin köçdüyündən, hal-hazıradək azyaşlı övladı ilə həmin məznildə yaşadığından və başqa yaşayış yeri olmadığından onun həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməlidir.

10. Bakı Şə hər Nizami Rayon Məhkəməsinin (hakim X5) 2(007)-2299/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilmiş, İddiaçı ünvan 5 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilə köçürülməsi qət edilmiş, Cavabdeh qarşılıqlı iddiası isə rədd edilmişdir.

11. Məhkəmə ilkin iddiaya münasibətdə qeyd etmişdir ki, ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzil "xxxx" MMC ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı arasında 21 aprel 2012- ci il tarixdə bağlanmış müqaviləyə əsasən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətindədir. Hazırda ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ilkin iddia üzrə iddia çı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mənzildən istifadə ilə bağlı məhdudiyyətlər yaradılır. Bu da iddiaçının xüsusi mülkiyyətində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur.

12. Məhkəmə öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. Hazırda da ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh arasında qohumluq əlaqələri yoxdur. Belə ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ailə üzvü deyil və hazırda da tərəflər arasında mübahisəli mənzildən istif adə hüququ haqqında razılıq yoxdur. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, qarşı tərəf isə onun ailə üzvü hesab edilən şəxslər dairəsinə aid olmadığından onların mübahisəli mənzilə istifadə hüququ yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “onun ünvan 3 ünvanında “Pronto" MMC tərəfindən inşa edilmiş binanın “J” girişinin, 510 saylı mənzilindən istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilməlidir.

13. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 228, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 14, 77, 88-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 2(007)-2299/2021 nömrəli xx.xx.2021ci il tarixli qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır, belə ki, hazırda istifadə hüququnun tanınmasını tələb etdiyi mənzilə dair xx.xx.2012-ci il tarixdə müqavilə bağlanmış, o iddiaçı ilə 18 iyun 2013-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, əvvəl isə nişanlı olmuşlar, nişanlı olduqları dövrdə, yəni xx.xx.2013-cü il tarixində o, “AGBANK" ASC-dən 5000 manat kredit götürərək, həmin mənzilin təmir edilməsinə pul çatışmadığı üçün iddiaçıya vermişdi r. Həmin mənzil təmir edildikdən sonra, 18 iyun 2013-cü ildə evlənib ailə həyatı quraraq, o, həmin mənzilə gəlin köçmüş, hal-hazıradək həmin mənzildə yaşamaqdadır. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X3 anadan olmuş, daha sonra isə iddiaçı ilə aralarında olan münasibətlər pisləşdiyindən onlar ayrılmışlar. Hazırda da o həmin mənzildə yaşayır. Mənzilə qeydiyyata düşməsinə iddiaçı mane olmuşdur. Onun hazırda qeydiyyatda olduğu mənzil isə valideynlərinə məxsusudur, bu qeydiyyat formal xarakterlidir, o həmişə azyaşlı övladı ilə birlikdə həmin mübahisə predmetinin yönəldiyi mənzildə yaşayıb. Bu səbəbdən, birinci instansiya məhkəməsinin qətnaməsini qismən, qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv olunması və qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhəkəmədən xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10200/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X6 (sədrlik edən və məruzəçi), X7 və X2) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə cavabdehin apelyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

17. Kollegiya öz mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, tərəflər arasında mübahisəli mənzillə bağlı hüquq münasibətləri 2013-cü ildən sonra, yəni tərəflər arasında nikah bağlandıqdan və onlar mübahisəli mənzilə köçdükdən sonra yarandığından, hazırkı mübahisəyə 2009-cu ilin okyabr ayının 1-dən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi müddəaları tətbiq edilməlidir.

18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respub likası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.

19. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvü nün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatası "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair" xx.xx.2015-ci il tarixli Qərardadında Mənzil Məcəlləs inin 30.4-cü maddəsinə müvafiq olaraq keçmiş ailə üzvünün mülkiyyətçinin yaşayış sahəsindən istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanılmasının (xitamı) tələb etmək hüququnu nə zaman həyata keçirmək məsələsi ilə bağlı qeyd etmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin keçmiş ailə üzvünə qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və çıxarılması ilə əlaqədar iddia ərizəsinə baxılarkən cavabdehin iddianın təmin olunmasına etirazı zamanı məhkəmələr Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəalarından çıxış edərək, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə keçmiş ailə üzvünün onun tərəfindən qarşılıqlı iddianın verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması mə sələsini həll etməlidirlər.

21. Kollegiya qeyd edir ki, tərəflər arasında mübahisəli mənzildən istifadə hüququ haqqında razılıq yoxdur. İddiaçı mənzilin mülkiyyətçisidir, qarşı tərəf isə onun ailə üzvü hesab edilən şəxslər dairəsinə aid olmadığından onun mübahisəli mənzilə istifadə hüququ yoxdur.

22. Göstərilən normalara əsaslanan kollegiya qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququ yaransa da, onunla iddiaçı arasında olan nikaha xitam verildiyindən və tərəflər arasında mübahisəli mənzilə dair hər hansı razılaşma olmadığından iddiaçının mübahisəli mənzildən istifadə hüququ saxlanmır.

23. Belə olan halda Kollegiya hesab edir ki, hazırkı işin faktiki halları və istinad olunan maddi hüquq normaları baxımından qarşlıqlı iddia tələbi əsassız olduğundan rayon məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-10200/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Şikayət onunla əsaslandırılmışdır ki, MPM-in 386-cı maddəsində göstərilən qaydada birinci instansiya və apellyasiya instansiyası məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmişdir. Mübahisə predmeti olan mənzil daşınmaz əmlakın dö vlət reyestrində qeydiyyata alınmadığından qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı sahiblik və istifadə hüququ olsa da (Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). MM-nin 146.1-ci maddəsi) sərəncam hüququ olmadığından (Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. MM-nin 146.2-ci maddəsi) tərəflər arasında mübahisəli mənzildən istifadə hüququ haqqında notariat qaydasında razılıq əldə etmələri mümkün deyildir.

26. Kassator kassasiya şikayətini əsaslandırarkən MM-in 146, 228, Mənzil Mə cəlləsinin 30-cu maddələrinə istinad etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi

28. Maddə 30.4 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual h üquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

36. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlil lərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.

41. Kassasiya məhkəməsi apellyasiya kollegiyasının mübahisənin həllinə dair mövqeyi və əsaslandırması ilə razılaşır və hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

42. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

43. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10200/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qə rar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar