Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2463/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Kateqoriya və açar sözlər: istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3023/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati bi nasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra- iddiaçı) ilə Cavabdeh (bundan sonra- cavabdeh) arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmışdır.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-853/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalması, yetkinlik yaşına çatanadək hər ay, hər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir.
3. İddiaçı, cavabdeh və birgə nikahdan doğulan üç uşaq ünvan 1 ünvanında qeydiyyatdadır.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İd arəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-9830/2023-**********830 nömrəli sorğuya cavab məktubunda iddiaçının adına Azərbaycan Respublikası ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilmədiyi qeyd olunmuşdur.
5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli sərəncamın icrası ilə əlaqədar Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Y/Yaşayış kompleksində, imtiyazı gözdən əlil kimi, 5 nəfərdən ibarət ailə tərkibi ilə 13 nömrəli binanın, 3 otaqlı 45 nömrəli mənzili (bundan sonra-mübahisəli mənzil ) ilə təmin edilmişdir. Mənzil xx.xx.2021-ci il tarixli mənzilin imtiyazlı ş əxsə təhvil verilməsi barədə aktla iddiaçıya təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı cavabdehə qarşı istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin, onunla birgə nikahından doğulmuş və birgə nikah dövründə olan uşaqların İ qrup gözdən əlil olmağı ilə əlaqədar olaraq dövlət tərəfindən ona verilmiş hazırda birgə yaşadığı mübahisəli mənzilinə münasibətdə istifadə hüquqlarına xitam verilməsi və cavabdehin himayəsinə verilmiş uşaqları və şəxsi əmlakları ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, cavabdeh on unla eyni ünvanda yaşayır və nəticə etibarı ilə cavabdeh ona normal həyat tərzində yaşamağa imkan vermir. Belə ki, o, İ qrup gözdən əlildir və onun sağlamlığı ilə əlaqədar xüsusi qulluğa ehtiyacı vardır. Həmçinin, hazırda cavabdeh ilə birgə yaşadığı mübahisəli mənzili İ qrup gözdən əlil olmağı ilə əlaqədar olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ona təqdim edilmişdir. Cavabdeh ilə nikah münasibətləri pozulduqdan sonra o, cavabdehdən ona verilmiş mənzili boşaltmalarını və həmin mənzildən çıxıb getmələrini tələb etsə də, cavabdeh mənzili boşaltmaqdan imtina etmişdir. Buna görə də, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-618/2024 saylı 9 fevral 2024-cü il tarixli qətnaməsi (hakim Nilu fər Cəfərli) ilə iddia tələbinin təmin edilməsi, Gülalıyeva (Kərimova) Fədayə Rayif qızının mübahisəli mənzilindən istifadə hüququna xitam verilməsi, Gülalıyeva (Kərimova) Fədayə Rayif qızının himayəsinə verilmiş övladları xx.xx.2007-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 mübahisəli mənzilindən şəxsi əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının istifadəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən cavabdeh ilə birgə nikahda olduğu dövrdə gözdən əlil olması səbəbindən 3 otaqlı mənzil verilmişdir. İddiaçıya mənzil verilən zaman cavabdeh ilə birgə nikahda olduğundan cavabdehində həmin mənzilə istifadə hüququ yaranmışdır.
10. Məhkəmə hesab etmişdir ki,iddiaçı ilə cavabdeh arasında bağlanmış nikah pozulmuşdur və hazırda cavabdeh iddiaçının köhnə ailə üzvü sayıldığından, cavabdehin iddiaçının qanuni istifadəsinə verilmiş mənzilinə olan istifadə hüququna xitam verilməlidir. Cavabdeh məhkəmə iclasında iştirak edərkən onun hazırda başqa yerdə yaşaya bilməsinə dair imkanının olmadığını bildirsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda, nə qədər ki, cavabdehin iddiaçının istifadəsində olan mənzilinə istifadə hüququna xitam verilmişdir, o, iddiaçının istifadəsində olan mənzildən əşyaları və himayəsində saxlanılmış övladları ilə birlikdə çıxarılmalıdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsi ilə Mənzil Məcəlləsi nin 30.4-cü maddələrinə istinadla əsaslandırmışdır.. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli Sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Yeni yaşayış kompleksində üç otaqlı mənzil verilən zaman onun ailə üzvləri olan – cavabdeh və birgə nikahdan doğulan üç uşağı nəzərə alınaraq, 3 otaqlı mənzil verilmişdir. Bunu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyy ətinin sədri tərəfindən verilən sənədə nəzər saldıqda da görmək olur. Bu kimi evlər özəlləşdirilən zaman həmin sənəddə adları qeyd edilən – iddiaçı, cavabdeh və üç uşaq mübahisəli mənzilin 45 paylı mülkiyyətçiləri kimi qeydə alınacaqlar. Həmçinin məhkəmə nəzərə almamışdır ki, Mənzil Məcəlləsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malik olur. Mülki işə baxan məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, eləcə də məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamışdır. Bunun nəticəsi olaraq birinci instansiya məhkəməsi qanunsuz və əsassız qət namə qəbul etmişdir. Mübahisəli mənzil iddiaçıya verilsə də, lakin həmin mənzil verilən zaman onun ailə üzvlərinin sayı nəzərə alınmış, onların adı müvafiq sənəddə qeyd edilmiş və mənzil iddiaçıya ailə üzvləri ilə birlikdə yaşaması üçün verilmişdir. Bu səbəbdən də məhkəmənin cavabdehi övladları ilə birgə həmin mənzildən çıxarması mülkiyyət hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmənin qətnaməsi əsaslandırmaq üçün istinad etdiyi qanun normasından da göründüyü kimi bu normada söhbət yaşayış sahəsinin mülkiyyətçisindən getmişdir. Lakin hazırki mübahisədə iddiaçı sözügedən mənzilin mülkiyyətçi yox, sosial kirayəçisi qismində çıxış edir. Göründüyü kimi, iddiaçıya ailə üzvləri ilə birlikdə mənzil ehtiyaclarının təmin edilməsi məqsədilə mübahisəli mənzil verilmişdir. Cavabdeh və uşaqları qanun i əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdiklərinə görə iddiaçı və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdirlər. Lakin Sabunçu Rayon Məhkəməsi bu halı nəzərə almamışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3023/2024 nömrəli, 6 may 2024-cü il-ci il tarixli qətnaməsi ilə (hakimlər Elşən Kazımov – sədrlik edən və məruzəçi, Namiq Cəfərov və İkram Şirinov) apellyasiya şikayəti təmin edilmiş, Sabunçu Rayon Məhkəməsinin e-2(008)-618/2024 saylı, 09 fevral 2024- cü il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2023-cü il tarixli məktubu və ona əlavə edilən sənədlərlə (bax.i.v.57-59) təsd iq olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 avqust tarixli 492s nömrəli sərəncamının icrası ilə əlaqədar xx.xx.2021-ci il tarixində iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Y/Yaşayış kompleksində, imtiyazı gözdən əlil kimi, 5 nəfərdən ibarət ailə tərkibi nəzərə alınmaqla, 13 nömrəli binanın, 3 otaqlı 45 nömrəli mənzili ilə təmin edilmişdir. Başqa sözlə, iddiaçıya ona görə üç otaqlı mənzil verilmişdir ki, onun özündən başqa bir arvadı və üç yetkinlik yaşına çatmayan qız övladı da nəzərə alınmışdır. Əks təqdirdə, yəni iddiaçının ailə tərkibi beş nəfərdən ibarət olmasaydı, ona ən yaxşı halda bir otaqlı mənzil verilə bilərdi. Bütün bu hallar iddiaçıya məlum olduğu halda, hazırki iddianı irəli sürməkdə haqlı olmamışdır.
16. Məhkəmə kollegiyası onu da qe yd etmişdir ki, iddiaçıya mənzil verilərkən cavabdehlə nikahda olduğundan mübahisə predmeti olan mənzildən istifadə hüququ yaranmışdır. Digər tərəfdən isə qeyd etmişdir ki, nəqədərki, nikahları pozulmuş cavabdeh iddiaçının “köhnə” ailə üzvü sayıldığından, cavabdehin iddiaçının qanuni istifadəsinə verilmiş mənzilinə olan istifadə hüququna xitam verilməlidir. Bu qənaətə gələrkən tərəflə arasında mübahisəli mənzillə bağlı yaranmış münasibətə Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq etmiş və bununla da maddi hüququn tətbiq edilməsində səhv buraxmışdır. Çünki Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin hazırki mübahisəyə tətbiq edilməsi üçün ən azından iddiaçının sözügedən mənzilə mülkiyyət hüququ qeydə alınmış olmalı idi. Ancaq iddiaçının o mənzilə hələlik mülkiyyət hüququnun yaranmaması işin m übahisəsiz halıdır.
17. Məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin başqa yerdə yaşaya bilməsinə dair imkanının olmadığını təsdiq edəcək sübutları məhkəməyə təqdim etmək kimi bir vəzifəsi də ola bilməz. Çünki neqativ sübut olunmadığından həmin hala istinad edən şəxsin üzərinə onu sübut etmək yükü də qoyula bilməz. Başqa sözlə cavabdehin və övladlarının başqa yaşayış yerinin olmasını sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı isə ümumiyyətlə bu halı mübahisələndirməmiş və cavabdehin başqa yaşayış yeri olduğunu bəyan etməmişdir. Ancaq birinci instansiya məhkəməsi nəinki iddiaçının sübutetmə yükü ilə əlaqədar vəzifəsini üzərinə götürməyə cəhd edib, üstəlik mülki prosessual qanunvericiliyin imperativ tələblərini və prinsiplərini də pozaraq cavabdehi başqa yerdə yaşaya bilməsinə d air imkanının olmadığını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməməkdə qınamışdır.
18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının keçmiş ailə üzvü olsa da onun və uşaqlarının Mənzil Məcəlləsinin 68.4-cü maddəsinin tələbinə əsasən qeyd olunan mənzildə yaşayışlarını davam etdirdikləri üçün mənzildə iddiaçı ilə bərabər hüquqlara malikdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil ) kassasiya şikayəti verərək, qətnamənin maddi və prosessual hüquq pozuntularına yol verilməklə qəbul edildiyindən tamamilə ləğv edilməsi və hazırki mülki işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
22. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
23. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.
24. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.
25. Maddə 68.4. Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.
26. Maddə 69.1. Kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hü ququ vardır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № 1/2024 saylı, 12 mart 2024-cü il tarixli Qərarında qeyd edilir ki:
27. Bənd 4.8. Birgə nikah dövründə xidməti və sair fəaliyyətinə görə qulluq illəri və ya ailə üzvlərinin sayı nəzərə alınmaqla ər-arvada verilən əmlak da (məsələn, müəyyən müddət ərzində qüsursuz xidmətlərinə görə hərbçilərə dövlət tərəfindən verilən yaşayış sahələri) ümumi birgə mülkiyyət hesab edilə bilər. Belə ki, həmin əmlak ərə (arvada) pul vəsaiti qarşılığında verilməsə də, birgə nikah dövründə onun çəkdiyi zəhmət, əmək və digər səylərin əvəzi kimi təqdim edilir. Odur ki, müəyyən nailiyyətlərinə, o cümlədən uzun illər qüsursuz fəaliyyətinə görə işçil ərə (dövlət qulluqçularına, hərbi qulluqçulara və sair) verilən əmlak (əşya, hüquq, vəsait) bağışlama kimi qəbul oluna bilməz. Çünki Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirdiyi əqd hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməməlidir. Lakin sözügedən halda əmlak ərə (arvada) əsasən onların uzun müddətli səmərəli xidməti qarşılığında verilir. Başqa sözlə, bu vəziyyətdə söhbət bağışlamadan deyil, əmək (qulluq) fəaliyyəti qarşılığında verilən əmlakla bağlı olduğundan Ailə Məcəlləsinin 32-ci maddəsinin təsir dairəsinə düşür. Bununla yanaşı, hər bir işin hallarından, o cümlədən ərə (arvada) müvafiq güzəşti əldə etmək üçün tələb olunan dövrün hansı hissəsinin birgə nikaha düşdüyü, əmlakın ver ilməsinin məqsədləri və təyinatı, əmlak verilərkən ailə vəziyyətinin (ailə üzvlərinin sayının) nəzərə alınıb-alınmamasından asılı olaraq, belə əmlak ər-arvadın ümumi mülkiyyəti hesab edilsə də, tərəflərin həmin əmlak üzərində payları bərabər müəyyən olunmaya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 407.2.Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsin də nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya in stansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, mənzil cavabdehə təhvil verilərkən onunla bərabər çıxarılması tələb edilən cavabdehlər ailə üzvləri kimi nəzərə alınmış, məhz onların varlığı iddiaçıya daha az ölçülü m ənzil deyil, mübahisəli 3 otaqlı mənzil verilməsinə səbəb olmuşdur.
40. Nəzərə alınmalıdır ki, həmin mənzilin verilməsi iddiaçı ilə yanaşı onun ailə üzvü olan cavabdehlərin də yaşayış şəraitlərinin yaxşılaşdırılması məqsədi daşımışdır.
41. Qeyd edilməlidir ki, tərəflər arasında ailə hüquq münasibətlərinə son qoyulması, cavabdehin və onun himayəsində qalmış azyaşlı uşaqlarının istifadə hüquqlarının itirilməsinə səbəb ola bilməz. Çünki ailə hüquq münasibətləri sonlandırılsa da onlar mənzildə yaşamaqda davam edirlər. Mənzil Məcəlləsinin 68.4-cü maddəsi isə onların kirayəçi ilə eyni hüquqla mübahisəli mənzildə yaşamaq imkanına malik olmalarını dəstəkləyir.
42. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübut lar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
43. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düz gün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3023/2024 nömrəli, 6 may 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir