Məhkəmə qərarları › İş №2(102)-2463/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2463/2025

27.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2463/2025 27.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və X1 Sanatoriyası” publik hüquqi şəxsin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: istehlak münasibətlərindən irəli gələn mübahisələr, elektrik enerjisindən istifadəyə görə əsassız hesablanmış borcun silinməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və X1 Sanatoriy ası” publik hüquqi şəxsin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2865/2025 nömrəli, 23 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və X1 sanatoriyası” publik hüquqi şəxsi arasında imzalanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən tərəflər arasında elektrik enerjisinin verilməsi ilə bağlı birtipli müqavilə imzalanmışdır. 2. "xxxx" ASC tərəfindən “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və X1 sanatoriyası” publik hü quqi şəxsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq ilə istehlakçıya borcunu ödəməsi, əks təqdirdə xx.xx.2024-cü il tarixdən dayandırılacağı barədə xəbərdarlıq edilmişdir.

3. Hazırda tərəflər arasında olan mübahisə əsassız hesablanmış borcun silinməsi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və X1 sanatoriyası” publik hüquqi şəxsi cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı publik hüquqi şəxsin abonent koduna (abonent kodu: 03/02-024) hesablanmış 12523,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs qanlarının X2 Hüquqi Şəxsi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs qanlarının X2 Hüquqi Şəxsi ilə "xxxx" ASC arasında elektrik enerjisinin alqı-satqısı barədə xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar büdcədən maliyyələşdirilən istehlakçı qrupu üçün müəyyən edilmiş 1 kvt/s aktiv elektrik enerjisi 0.076 manat+(DV)=0.09 manat tarif üzrə aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və Tənəffüs qanlarının X2 Hüquqi Şəxsi ilə "xxxx" ASC arasında bağlanmış elektrik enerjisinin alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli müqavilənin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar büdcədən maliyyələşdirilən istehlakçı üçün müəyyən edilmiş 1 kvt/s aktiv elektrik enerjisi 0.10 manat tarif üzrə aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün Vərəm və X1 Sanatoriyası Publik Hüquqi Şəxsi ilə "xxxx" ASC arasında bağlanmış elektrik enerjisinin alqı-satqısı barədə xx.xx.2024-cü il tarixli müqavilənin 10-cu bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar büdcədən maliyyələşdirilən istehlakçı üçün müəyyən edilmiş 1 kvt/s aktiv elektrik enerjisi 0.085 manat + (ADV) = 0.10 manat tarif üzrə aparılır. İddiaçı tərəfindən mü qavilə şərtlərinə uyğun olaraq istehlak edilmiş elektrik enerjisinin dəyəri hər ay ödənilir və borc yoxdur. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən akt tərtib edilmiş və həmin aktda qeyd edilmişdir ki, baxış zamanı məlum olmuşdur ki, abonentlə qarşılıqlı hesabat 1 kvt/s üçün dəyəri 0.10 manatla aparılır. Lakin abonent xidmət sahəsində fəaliyyət göstərdiyi üçün qarşılıqlı hesabat elektrik enerjisinin ölkədaxili tarifinə uyğun olaraq 1 kvt/s-in dəyəri 0.11 manatdan aparılmalıdır. xx.xx.2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq göndərilmiş və xəbərdarlıqda qeyd edilmişdir ki, elektrik enerjisi sərfiyatına görə iddiaçının 19579 manat debitor borcu vardır. Cavabdeh tərəfindən tərtib edilmiş akt qanunsuzdur. Belə ki, iddiaçı dövlət büdcəsindən maliyyələşdirilən təşkilat dır və xidmət sahəsində fəaliyyət göstərmir, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur və gəlir əldə etmir. Belə olan halda, cavabdeh tərəfindən elektrik enerjisinin 1 kvt/s-in dəyərinin 0.11 manatdan hesablanması tam qanunsuzdur.

6. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli 2(003)-315/2025 nömrəli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, "xxxx" ASC tərəfindən “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və X1 sanatoriyası” publik hüquqi şəxsinə məxsus 03/02-024 saylı abonent hesabına hesablanmış 8392,15 manat məbləğində borcun silinməsi və "xxxx" ASC-dən dövlət rüsumuna görə 103 manat məbləğində pulun dövlət nəfinə tutulması qət edilmişdir (hakim E. Rüstəmov).

7. Məhkəmə gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, cavabdeh tərəfindən onlara hesablanmış 12523,50 manat borc məbləğini tələb edən iddiaçı həmin məbləği təsdiq edə biləcək hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən elektrik enerjisindən istifadə qaydalarının pozulması və artıq hesablanma nəticəsində cavabdehə 8392,15 manat məbləğində borc hesablanmışdır. Ona görə də, iddiaçının abonent hesabına yazılmış 8392,15 manat məbləğində borc silinməlidir.

8. Belə ki, iş materiallarında olan 03/02-024 saylı abonent koduna əsasən abonentin hesabına müəyyən aylarda 0,10 tarifi əvəzinə 0,11 tarifi hesablanmışdır. xx.xx.2024-cü il tarixdə 4650 manat əvəzinə 5115 manat (46500 x 0,11=5115, 46500 x 0,10=4650), xx.xx.2024-cü il tarixdə 7200 manat əvəzinə 7920 manat (72000 x 0,11=7920, 72000 x 0,10=7200), xx.xx.2024-cü il tarixdə 9791,4 manat əvəzinə 10770,54 manat (97914 x 0,11=10770,54, 97914 x 0,10=9791,4), xx.xx.2024-cü il tarixdə 580,7 manat əvəzinə 637,71 manat (5807 x 0,11=637,71, 5807 x 0,10=580,7), xx.xx.2024-cü il tarixdə 1628 manat əvəzinə 1790,74 manat (16280 x 0,11=1790,74, 16280 x 0,10= 1628), xx.xx.2024cü il tarixdə 1500 manat əvəzinə 1650 manat (15000 x 0,11=1650, 15000 x 0,10=1500), xx.xx.2024-cü il tarixdə 2550 manat əvəzinə 2805 manat (25500 x 0,11=2805, 25500 x 0,10=2550) və xx.xx.2025-ci il tarixdə 1350 manat əvəzinə 1485 manat (1350 x 0,11=1485, 1350 x 0,10=1350) hesablanmışdır. Halbuki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nin 4.2-ci bəndinə əsasən qeyri-əhali (bu Qərarın 8- ci bəndində göstərilən istehlakçılar istisna olmaqla): 4.2.1. Ticarət və xidmət sahələri üçün 0.11 qəpik; 4.2.2. Digərləri üçün 0.10 qəpik müəyyən edilmişdir.

9. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Elektrik enerjisindən istifadə Qaydalarının 8.2-ci bəndinə istinad etmiş və qeyd etmişdir ki, həmin bəndə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilmə z.

10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1, 119.1-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddələrinə, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli, 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nin 4.2.1, 4.2.2-ci və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6, 7.9, 7.11, 8.1, 8.2, 8.4-cü bəndlərinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilmiş hissəsinin ləğv olunması və iddianın rədd edi lməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, xidmət sahələri dedikdə istehsal prosesi olmadan, başqalarının ehtiyacını ödəmək üçün həyata keçirilən əmək fəaliyyəti başa düşülür. Əhaliyə göstərilən sosial mədəni sahəyə aid edilən xidmətlərdən biri də sağlamlıq xidmətləridir, hansıları ki, ölkənin müxtəlif sağlamlıq müəssisələri, o cümlədən “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və X1 sanatoriyası” publik hüquqi şəxsi tərəfindən həyata keçirilir. Belə ki, iddiaçı qeyri-kommersiya təşkilatı olsa belə, faktiki olaraq əhaliyə sağlamlıq xidmətləri göstərdiyinə görə xidmət sahəsi hesab edilməli, elektrik enerjisindən istifadəyə görə onunla hesablaşma xidmət sahəsinə aid edilən tari flə, yəni 0.11 qəpikdən hesablanmaqla aparılmalıdır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nin 4.2-ci bəndinə əsasən qeyri-əhali (bu Qərarın 8-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla): 4.2.1. Ticarət və xidmət sahələri üçün 0.11 qəpik; 4.2.2. Digərləri üçün 0.10 qəpik müəyyən edilmişdir. Bu səbəbdən də ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli NİQ 001041 saylı akt tamamilə qanuni hesab edilməli və yaranmış borc iddiaçı tərəfindən ödənilməlidir.

13. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2865/2025 saylı, 23 may 2025-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4 fevral 2025-ci il tarixli 2(003)-315/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov).

14. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, elektrik enerjisindən istifadəyə görə hesablama 11 qəpikdən aparıla bilməz, çünki iddiaçı publik hüquqi şəxsdir. Elektrik enerjisinin ölkədaxili tarifləri baxımından, publik hüquqi şəxslərin fəaliyyəti xidmət sahəsinə aid edilmir. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Qanuna əsasən publik hüquqi şəxs ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur (maddə 2.2). Publik hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması mümkündür. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Qanuna əsasən publik hüquqi şə xslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin (maddə 3.1). Lakin iddiaçı bildirmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Cavabdeh isə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən sübut təqdim etməmişdir.

15. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında” Qanunun 2.2, 3.1-ci, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edi lmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2865/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xidmət sahələri dedikdə istehsal prosesi olmadan, başqalarının ehtiyacını ödəmək üçün həyata keçirilən əmək fəaliyyəti başa düşülür. Əhaliyə göstərilən sosial mədəni sahəyə aid edilən xidmətlərdən biri də sağlamlıq xidmətləridir, hansıları ki, ölkənin müxtəlif sağlamlıq müəssisələri, o cümlə dən “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və X1 sanatoriyası” publik hüquqi şəxsi tərəfindən həyata keçirilir. Belə ki, “Professor Gindes adına Respublika Uşaq və Yeniyetmələr üçün vərəm və X1 sanatoriyası” publik hüquqi şəxsin qeyri-kommersiya təşkilatı olsa belə, faktiki olaraq əhaliyə sağlamlıq xidmətləri göstərdiyinə görə xidmət sahəsi hesab edilməli, elektrik enerjisindən istifadəyə görə onunla hesablaşma xidmət sahəsinə aid edilən tariflə, yəni 0.11 qəpikdən hesablanmaqla aparılmalıdır. Lakin apellyasiya məhkəməsi konkret hər hansı bir qanuna əsaslanmadan elektrik enerjisinin ölkədaxili tarifləri baxımından publik hüquqi şəxslərin fəaliyyəti xidmət sahəsinə aid edilməməli olması barədə tamamilə əsassız qənaətə gəlmişdir. Azərbaycan Respublikası Tarif (qiy mət) Şurasının 2021-ci il 16 oktyabr tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisinin ölkədaxili tarifləri”nin 4.2-ci bəndinə əsasən qeyri-əhali (bu Qərarın 8-ci bəndində göstərilən istehlakçılar istisna olmaqla): 4.2.1. Ticarət və xidmət sahələri üçün 0.11 qəpik; 4.2.2. Digərləri üçün 0.10 qəpik müəyyən edilmişdir. Bu səbəbdən də tərəflərindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli NİQ 001041 saylı akt tamamilə qanuni hesab edilməli və yaranmış borc iddiaçı tərəfindən ödənilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu

19. Maddə 2.2. Publik hüquqi şəxs – dövlət və bələdiyyə adından yaradılan, ümumdövlət və (və ya) ict imai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.

20. Maddə 3.1. Publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

21. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

24. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu h esab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

32. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr araşdırma nəticəsində bu qənaətə gəlmişlər ki, elektrik enerjisindən istifadəyə görə hesablama 11 qəpikdən aparıla bilməz, çünki iddiaçı publik hüquqi şəxsdir. Elektrik enerjisinin ölkədaxili tarifləri baxımından, publik hüquqi şəxslərin fəaliyyəti xidmət sahəsinə aid edilmir. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Qanuna əsasən publik hüquqi şəxs ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur (maddə 2.2). Publik hüquqi şəxsin sahibkarlıq fəaliyyəti ilə məşğul olması mümkündür. Belə ki, “Publik hüquqi şəxslər haqqında” Qanuna əsasən publik hüquqi şəxslər sahibkarlıq fəaliyyəti i lə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı və nizamnaməsində qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin (maddə 3.1). Lakin iddiaçı bildirmişdir ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Cavabdeh isə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən sübut təqdim etməmişdir.

33. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apellyasiya şikayətinin dəlillərini təşkil edir və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən v ə MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 may 2025-ci il tarixli 2(103)2865/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar