Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2464/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(008)471/2018 saylı qətnaməsi ilə ( hakim V.Həsənov) iddia tələbi qismən təmin edilərək, İddiaçı ilə cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 93055,15 ABŞ dolları əsas borcun, 26605,74 ABŞ dolları faiz borcunun və 200 ABŞ dolları dəbbə, cəmi 119860,89 ABŞ dolları məbləğinin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə olmaqla borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manata xidmət haqqının tutularaq İddiaçı-yə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Səbail rayonu 32-ci Salyan yolu 1-ci küçə 3-cü döngədə olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə yönəldilməsi, evin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin hesabına banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 329606 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri Səbail rayonu 32-ci Salyan yolu 1-ci küçə 3-cü döngədə Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və onun üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1 çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılaraq İddiaçı-yə təhvil verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-12034/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Sarıyev, M.Məmmədov, Ş.Məhərrəmova) Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli, 2(008)-471/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-12034/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı-nin xeyrinə 93055,15 ABŞ dolları məbləğində kredit borcu, 26605,74 ABŞ dolları məbləğində faiz borcu və 51261,14 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 170922,03 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Səbail rayonu 32-ci Salyan yolu 1-ci küçə 3-cü döngədə Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və cəmi 170922,03 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə q alan məbləğin Cavabdeh5, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutulması, Bakı şəhəri Səbail rayon 32-ci Salyan Yolu 1-ci küçə 3-cü döngədə Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 21 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evin boşaldılması və İddiaçı-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh5 arasında bağlanmış 04.05.2015-ci il tarixli, 027L**********9 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə ******* ABŞ dolları məbləğin də kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh5 İddiaçı ilə bağladığı 08.05.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 110000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh5 razılaşmanın 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 08.01.2016-cı il tarixdən banka qaytarmamışdır. Cavabdeh5 götürdüyü kredit borcundan 16944,85 ABŞ dolları ödəmiş, onun 93055,15 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razı laşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kredit verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylı faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 04.07.2017-ci il tarixə 543 gün hesablanmış faiz borcu 26605,74 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh– ipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı 04.05.2015-ci il tarixli 027M**********02 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Səbail rayonu 32-ci Salyan Yolu 1-ci küçə 3-cü döngədə Cavabdeh1 mülkiyyətində o lan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 21 saylı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 295 №-li reyestr vərəqində qeydiyyata alınmış 27465№li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Bakı şəhəri Səbail rayonu 32-ci Salyan Yolu 1-ci küçə 3-cü döngədə Cavabdeh1 mülkiyyətində olan 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 21 saylı fərdi yaşayış evini Cavabdeh5 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-12034/2018 saylı, 14 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətin in dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə mənzilin hərracdan sonra boşaldılaraq təhvil verilməsi hissəsində ləğv edilməklə, həmin hissədə iddia tələbi rədd edilməli, qətnqamə qalan hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti qismən təmin edilməlidir. İş materiallarından göründüyü kimi 04.05.2015-ci il tarixli, 027L**********9 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə, 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. İşdə olan uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh5 İddiaçı ilə bağladığı 08.05.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,5% ol maqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 110000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 05.08.2015-ci il tarixli kreditin köçürülməsi barədə qəbzdən görünür ki, Cavabdeh5 110000 ABŞ dolları pulu qəbul etmişdir İş materiallarında olan 04 may 2015-ci il və 07 may 2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 İddiaçı ilə Cavabdeh5 arasında bağlanmış 04 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə öz üzərlərinə zaminlik öhdəlikləri götürmüşlər. İş materiallarına əlavə edilmiş 04 may 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 04 may 2015-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail ra yonu, 32ci Salyan Yolu 1-ci küçə, 3-cü döngədə yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 21 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan Yolu 1-ci küçə, 3-cü döngədə yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 21 saylı fərdi yaşayış evi İddiaçı-nin xeyrinə yüklü edilmişdir. İş materialları ilə müəyyən olunur ki, ipoteka qoyana bildiriş göndərilmiş, həmin bildiriş DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İş materiallarında olan “xxxx” MMC-nin 14 saylı 23.05.2018-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 32-ci Salyan Yolu 1-ci küçə, 3-cü döngədə yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 21 saylı fərdi yaşayış evinin real bazar qiyməti 329606 manat təşkil edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 385.1-ci maddəsinin tələbinə gör ə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlar ını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-nin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-nin 445.1-ci maddəs inə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. MM-nin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-nin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayn qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-nin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-nin 472.1-ci və 472.3-cü maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materialları ilə müəyyən olunur ki, iddiaçı “xxxx” QSC ilə Cavabdeh5 arasında qanunla m üəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq, müqavilə ilə müəyyənləşdirilmiş borcun ödənilməsinə dair öhdəliyi yerinə yetirmədiyindən və borcun ödənilməsi barədə iddiaçının xəbərdarlığına baxmayaraq, borcu ödəmədiyindən, bu icranı gecikdirmə sayılmalıdır. Həmçinin öhdəliyi lazımınca icra etmədiyi üçün digər cavabdeh olan zaminlər məsuliyyəti öz üzərlərinə götürdüklərindən, cavabdehlərin subsidiar məsuliyyəti nəzərdə tutulmadığından, onlar kreditor olan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh5 tərəfindən müqavilə şərtləri əhəmiyyətli dərəcədə pozulduğu, kredit müqaviləsin ə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün, iddiaçı kredit müqaviləsi üzrə borcun cavabdehlərdən tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərdən iddia tələbi üzrə əsas və faiz borcunun, MM-nin 467-ci maddəsinə əsasən azaldılmış dəbbə pulunun tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə həmin Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onu nla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında çıxarılırlar. Məhkəmə kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən maddi hüquq normasının tələbinə əməl etmiş və düzgün nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin mənasına görə, “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmə, qətnamədə ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir; ilkin satış qiyməti isə ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilir”. Göründü yü kimi, apellyasiya instansiyası məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi, ilə bağlı hissədə də, düzgün nəticəyə gəlmişdir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası belə qərara gəlir ki, iddia tələbini əsas borcun, faiz və dəbbə pulunun tutulması, tutmanın ipotekaya yönəldilməsi, evin hərracda satılması və 1 ay ərzində boşaldılması hissəsində təmin etməkdə məhkəmə düzgün qərar qəbul etdiyindən qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Lakin, hərracda satıldıqdan sonra evin İddiaçı-yə təhvil verilməsi hissəsində məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.6, 42.7, 42.8-ci maddələrinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Qanunun məzmunundan göründüyü kimi ipoteka predmeti olan ev hərracda satıldıqdan sonra müvafiq sənədləşmələr aparılmaqla hərracı udmuş şəxsin mülkiyyətinə verilir. İpoteka saxlayan İddiaçı-nin gələcəkdə m übahisəli evin mülkiyyətçisi olacağı bəlli olmadığından evin boşaldılaraq banka təhvil verilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə qanunsuzdur. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və evin İddiaçı-yə təhvil verilməsinə dair iddia tələbi rədd edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh5, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli qətnaməsi evin hərracda satıldıqdan sonra İddiaçı-yə təhvil verilməsi hissəsində ləğv edilsin, iddia tələbi həmin hissədə rədd edilsin. Qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №2(102)-2464/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2464/2019
11.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver