Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2466/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, cavabdeh Cavabdeh4 və vəkili Vəkil1 iştrakları ilə, İddiaçı Bakı şəhəri İddiaçı və cavabdeh “xxxx” MMC-nin Bakı Apellyasiya Məhkəməsinin 19 oktyabr 2018-cı il tarixli qətnaməsindən ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətn aməsi ilə (hakim: R.M.Quliyev; 2(005)-5336/2017) iddiaçı Bakı şəhəri İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və “xxxx” MMC-yə qarşı digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən (mənzildən) çıxarılma və tikililərin sökülməsi tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhər Nərimanov rayon İcra Başçısının 10 iyun 2016-cı il tarixli, ***** nömrəli sərəncamı ilə yaşayış binasının tikintisi üçün nəzərdə tutulmuş tikinti sahəsində-Cavabdeh1 Bakı şəhəri, ********************* saylı evin 11 saylı mənzilindən,X3 Bakı şəhəri, ************************* saylı mənzilindən, Cavabdeh3 Bakı şəhəri, ******************** saylı mənzilindən, Cavabdeh5 Bakı şəhəri, ******************** saylı mənzilindən şıxarılması, həmin mənzillər və sərəncamla ayrılmış torpaq sahəsində yerləşən əl avə tikililərin sökülməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X2, Cavabdeh5 “xxxx” MMC-nin maddi vəsaiti hesabına həmin ərazidə tikiləcək çoxmərtəbəli yaşayış binasında 25% əlavə sahə verilməklə tam təmirli mənzillərin verilməsinin “xxxx” MMC-yə həvalə edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, X3, Cavabdeh5 “xxxx” MMC-nin maddi vəsaiti hesabına tikiləcək çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərə köçürülənədək onların mənzillərində olan otaqların sayına müvafiq olaraq 300-500 manat kirayə haqqının ödənilməsinin “xxxx” MMC-yə həvalə edilməsi, cavabdehlərdən 10(on) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 08yanvar 2018-cı il tarixli qətnaməsi ilə(hakimlər F.Ş.Talışinski (sədr lik edən və məruzəçi), R.Ə.Eyvazov və S.F.Hacıyev, 2(103)-1479/2018) Cavabdeh4 apellyasiya şikayəti təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-5336/2017 saylı iş üzrə 22 avqust 2017-ci il tarixli qətnaməsiqismən (Cavabdeh4 aid hissədə) ləğv edilmiş, Cavabdeh4 münasibətdə iddia tələbi rədd edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22.06.2018-ci il tarixli qərarı ilə (hakimlər İ.K.Dəmirov (sədrlik edən və məruzəçi), A.Ə.İsgəndərov və Ə.A.Əhmədov, 2(102)-4164/2018) iddiaçı Bakı şəhəri İddiaçı və cavabdeh “xxxx” MMCnin ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103-1479/2018) saylı, 08yanvar 2018-ci il tarixli qətnaməsi iddia tələbinin Cavabdeh4 aid hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə(hakimlər M.A.Məmmədov (sədrlik edən və məruzəçi), X.Ə.Sarıyev və X.A.Mərdanova, 2(103)-9536/2018) Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilmiş, Nərimanov Rayon Məhkəməsinin 22 avqust 2017-ci il tarixli qətnaməsinin apellyasiya baxışının predmeti olan hissədə,yəni Cavabdeh4 aid hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddiaçı Bakı Şəhəri İddiaçı “digər yaşayış sahəsi verilməklə yaşayış sahəsindən çıxarılma və sair tələbləri barədə” iddiası Cavabdeh4 aid hissədə təmin edilməmişdir. Nərimanov rayon məhkəməsi tərəfindən qəbul edilmiş 22 avqust 2018-ci il tarixli qətnaməsinin qalan hissəsi apellyasiya baxışının predmeti olmamışdır. İşin halları İddiaçı Bakı şəhəri İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02.06.2016-cı il tarixli, *********** saylı rəyini nəzərə almaqla Bakı şəhər İddiaçı Başçısının 10.06.2016-cı il tarixli **** saylı sərəncamı ilə Nərimanov rayonu, Səməd Vurğun və Sabit Rəhman küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binasının tikilməsi üçün “xxxx” MMC-yə ayrılmış torpaq sahəsində yerləşən tikililərdən yaşayan cavabdehlər: Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 mülkiyyətlərində (istifadələrində) olan mənzillərin qanuni sahələrinə 20-25% əlavə edilməklə “xxxx” MMC-nin vəsaiti hesabına mənzil sahəsi ilə təmin edilməsinin, köçürü lmə ilə əlaqədar aylıq (300-500) manat müavinətlərin verilməsi, mübahisəli ərazidəki tikililərin sökülməsinin və mənzillərdən çıxarılmasının “xxxx” MMC-yə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışlar ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci ilin 29 iyun tarixli ***** saylı Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04 sentyabr 2012-ci il tarixli 695 saylı Fərmanın 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli ***** saylı qərar qəbul edilmişdir. Sözügedən Qərarın 1ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi İddiaçınə (RİH) tapşırılmışdır. Həmin qərarın 1.1-ci bəndinə əsasən, habelə bu rayonların ərazisində yaşayış üçün yarasız olan digər binaların, sosial və digər təyinatlə qeyri-yaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını, ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırılma sənədlərinin hazırlanmasını (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılmaqla təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyriyaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazəinin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsinin təmin edil məsi nəzərdə tutulmuşdur. Həmin qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması nəzərdə tutulmuşdur. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən X5 icrasının təmin edilməsi məqsədilə Nərimanov RİH başçısının 10.06.2016-cı il tarixli 180 №-li Sərəncamı ilə rayonun Səməd Vurğun və Sabit Rəhman küçələrinin kəsişməsind ə yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 0,55 ha torpaq sahəsinin “xxxx” MMC-nin daimi istifadəsinə verilməsi qərarı alınmışdır. Bu məsələlərlə əlaqədar Nərimanov RİH ilə “xxxx” MMC arasında 14.06.2016-cı il tarixli müqavilə imzalanmışdır. Müqavilə öhdəliyinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun sözügedən ərazidə ötən əsrin əvvəllərində (1908-ci ildə) inşa edilmiş, istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında dig ər tam təmirli abad yaşayış sahələrinin mənzillərin verilməsi, yaşayış sahəsi verilənədək hər bi ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. “xxxx” MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Lakin iş üzrə cavabdehlər tərəfindən onlara edilən ədalətli kompensasiya təkliflərinə baxmayaraq, həmin sakinlər qeyri-real kompensasiyaların verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edirlər. Nəticə etibarı ilə Dövlət Proqramının tərkib hissəsi olan Normativ Hüquqi və İnzibati Aktların icrası gecikməklə yanaşı həm in ərazidən köçürülən digər şəxslərin də hüquqları pozulmaqla davam edir. Qeyd edilənlərlə əlaqədar “xxxx” MMC Nərimanov RİH-nə müraciət edərək Dövlət Proqramının tərkib hissəsi olan Aktların icrasının təmin edilməsi üçün müvafiq inzibati tədbirlərin görülməsini xahiş etmişdir. Kassasiya şikayətlərinin dəlilləri İddiaçı Bakı şəhəri İddiaçı və cavabdeh “xxxx” MMC kassasiya şikayətlərində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətləri eyni məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin,Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 4.1, 13.1, 88, 217, 220.4, 403, 407-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 152.2, 152.5, 152.6, 157.8, 164.1, 560.1, 560.2, 560.3.6, 560.6.1ci maddələrinin, tərəflər arasında hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinin tələblərinin pozulması ilə əsassız və qanunsuz qəbul edilmiş, işin həqiqi halları nəzərə alınmamış, nəticədə maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Qəbul etdiyi qətnamədə məhkəmə bir tərəfdən, yalnız cavabdehin izahatını qeyd edib, eləcə də gəldiyi nəticənin hər hansı sübutlara söykəndiyini əsaslandırmamış, digər tərəfdən MMC-nin 220.4-cü maddəsinin tələblərini pozaraq, ərizəçinin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün bir dəlil gətirməyib. Bu isə ölkədaxili prosessu al qanunvericiliyə zidd olmaqla yanaşı, həmçinin insan hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsində nəzərdə tutulmuş hər kəsin ədalətli məhkəmə araşdırması hüququnu da pozub. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsi isə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiə edilməsini dövlətin ali məqsədi kimi ifadə edir. Məhkəmələr də öz qərarlarını dövlətin adından çıxardığına görə, deməli iddiaçının hüquqlarının təmin olunması üçün məhkəmə qanunla onun üzərinə qoyulmuş vəzifələrin hamsını icra etməli idi.Buna riayət edilməməsi isə ölkədaxili qanunvericiliyə zidd olmaqla yanaşı, həm də Avropa Konvensiyasının 6.1-ci maddəsinin də pozuntusudur.İş üçün ən əhəmiyyətli sübutlardan biri olan hüquqdan sui-istifadə halıdır. Yəni Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində Cavabdeh4 hərəkətində sui-istifadə hallarının olması faktını göstərsədə nəticədə buna hüquqi qiymət verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin tərəfindən qəbul edilən əsassız qətnamə Cavabdeh4 hüququndan sui-istifadə etmə hallarına yenidən şərait yaratmamışdır. Bir sözlə, məhkəmə kollegiyası MPM-in 13.1-ci maddəsinə əsasən, mübahisəni Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Prezidentin fərmanlarına,Nazirlər Kabinetinin qərarlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll etməli olduğu halda, qeyd edilən aktların tələblərini nəzərə almadan qətnamə çıxarıb. Tərəflərin izahatı Məhkəmə kollegiyasının iclasında kassasiyaşikayətinintəminedilməməsinixahişetdilər. Cavabdeh4 və vəkili Vəkil1 Məhkəmə kollegiyası iclas ının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər iddiaçı Bakı şəhəri İddiaçı və digər cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5 heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəm kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instans iyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır.Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin ha llarından və məhkəmə iclasında tədqiq edilmiş iş materiallarından görünür ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 29.06.2012-ci il tarixli ******* saylı Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 04.09.2012-ci il tarixli ***** saylı Fərmanın 1.8-ci bəndinə əsasən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xətai rayonlarının ərazisində abadlıq quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 saylı qərar qəbul edilmişdir. Həmin Qərarın 1-ci bəndinə əsasən: 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış və qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazilərindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nərimanov RİH tapşırılmışdır. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən X5 icrasının təmin edilməsi m əqsədilə Nərimanov RİH başçısının 10.06.2016-cı il tarixli ***** №-li Sərəncamı ilə rayonun Səməd Vurğun və Sabit Rəhman küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması və həmin ərazidə 0,55 ha torpaq sahəsinin cavabdeh olan MMC-nin daimi istifadəsinə verilməsi qərarı alınmışdır. Bakı şəhəri Nərimanov RİH ilə”xxxx” MMC arasında bağlanmış 14.06.2016-cı il tarixli müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2016-cı il tarixli 86 №-li Qərarının tələblərinə uyğun sözügedən ərazidə ötən əsrin əvvəllərində (1908-ci ildə) inşa edilmiş, istismar müddətini çoxdan başa vurmuş, şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərində yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (m ülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında digər tam təmirli abad yaşayış sahələrinin mənzillərin verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 300-500 manat miqdarında kompensasiyaların verilməsi və digər xidmətlərin göstərilməsi “xxxx” MMC-yə həvalə edilmişdir. Həmin MMC tərəfindən bu istiqamətdə müəyyən işlər görülmüş, sözügedən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. İş üzrə cavabdehlər, o cümlədən mənzili qeyd edilən ərazidə yerləşən Sürahi Qurban qızı tərəfindən onlara edilən kompensasiya təkliflərinə baxmayaraq daha artıq məbləğdə kompensasiyaların verilməsini tələb edərlər və iş üzrə tərəflər arasında razılıq hələ ki, əldə olunmayıb. Bunun nəticəsi olaraq, qeyd olunan MMC, onun istifadəsinə ayrılmış torpaq sahəsində tikinti işlərini görə bilmir. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddia ərizəsində qeyd edilən ərazi tikinti işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən iddia ərizəsində cavabdehlərdən biri kimi qeyd edilmiş “xxxx” MMC-yə ayrılmışdır. İddia ərizəsinin məzmunundan görünür ki, məhz MMC digər cavabdehlərin hərəkəti nəticəsində onun üzərinə qoyulmuş tapşırığı (tikinti işlərini) yerinə yetirə bilmir. Belə ki, apellyasiya instansiyası düzgün olaraq nəticəyə gəlmişdir ki, pozulmuş hüquq iddia ərizəsində cavabdeh kimi göstərilmiş “xxxx” MMC-yə məxsusdur. Azərbaycan Rеspublikası Mülki Məcəlləsinin: - 152.2-ci maddəsinə görə, sahi blik hüququ – əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. - 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 164.1-ci maddəsinə görə, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konst itusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30.07.2008-ci il tarixli qərarında şərh olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəh ətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarını və Konstitusiya Məhkəməsinin qərarlarını rəhbər tutaraq düzgün nəticəyə gəlmişdir ki, iddia ərizəsində pozulması qeyd edilən hüquq iş üzrə iddiaçı Nərimanov RİH-nə deyil, cavabdehlərdən biri kimi göstərilmiş cavabdeh “xxxx” MMC-yə məxsusdur; Nərimanov RİH-ti hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil; iddia, buna subyektiv hüququ olmayan şəxs tərəfindən irəli sürüldüyü üçün hər bir halda təmin edilə bilməz. Bu səbəbdən də hazırki iddianın əsaslı olub-olmamasının araşdırılması üçün əsaslar yoxdur; birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan hissədə səhv nəticəyə gəlmişdir. İşin şər h olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 19 oktyabr 2018-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2466/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2466/2019
22.04.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver