Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2468/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi üzrə təyin edilmiş təhsil haqqı və aylıq xərc məbləğinin azaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi üzrə təyin edilmiş təhsil haqqı və aylıq xərc məbləğinin azaldılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 2408/2024 nömrəli, 2 may 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 4 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 1568/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması qət edilmişdir.
2. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində aralarında xx.xx.2023 cü il tarixli barışıq sazişi bağlanmışdır. Bu sazişə əsasən tərəflər aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş iki uşağın ananın yanında qalması, atanın uşaqlarla ünsiyyə ti, uşaqlar orta məktəbi bitirənədək atanın hər ay hər uşağa görə 1000 manat təhsil xərci, əlavə olaraq 500 manat aylıq xərc üçün pul ödəməsi barədə qarşılıqlı razılığa gəlmişlər.
3. Qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)4037/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Rzayeva (Rəhmanova) Aysel Frunze qızı və İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin aşağıdakı bəndləri təsdiq edilmişdir: - Birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü Rəhmanov Rafael və xx.xx.2009-cu il təvəllüdlü X6 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay 1000 manat olmaqla ümumilikdə 2000 manat təhsil haqqı ödəyəcək. - İddiaçı övladlarına aylıq 500 manat aylıq xərci hər ayın 1 dən 5-dək X4 bank hesabına ödəyə cək”.
4. Həmin qətnaməyə dair 27 dekabr 2023-cü il tarixdə icra vərəqəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış barışıq sazışinin 2 və 4-cü bəndlərinin qanunvericliyin yuxarıdakı tələblərinə zidd olduğunu nəzərə alaraq bu bəndlərin etibarsız hesab edilməsi, xx.xx.2007ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay 1000 manat olmaqla, ümumilikdə 2000 manat təhsil haqqının ödənilməsindən, habelə İddiaçı övladlarına ödədiyi aylıq 500 manat aylıq xərcin hər ayın 1-dən 5-dək X2 bank hesabına ödənilməsi öhdəliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonr a İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə əlavə verərək xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay 1000 manat olmaqla, ümumilikdə 2000 manat təhsil haqqının ödənilməsindən, övladlarına əlavə 500 manat xərcin X2 bank hesabına ödənilməsi öhdəliyindən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Daha sonra İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinə əlavə verərək xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay 1000 manat olmaqla, ümumilikdə 2000 manat təhsil haqqının ödənilməsinin azaldılaraq hər uşağa görə 500 manat və əlavə xərcin isə 300 manatadək müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırmışdır ki, iş üzrə tərəflər arasında qarşılıqlı razılığa əsasən mediasiya prosesi gedişində barışıq sazişi imzalanmış və həmin barışıq sazisinin 2-ci bəndinə görə İddiaçı uşaqların təhsili bitənə kimi təhsil haqqı olaraq hər ay hər uşağa görə 1000 manat olmaqla, umumilikdə 2000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Bundan başqa, İddiaçı hər ay 500 manat aylıq xərcin də uşaqlara görə ödənilməsinə razılaşmışdır. Bu razılaşmadan sonra digər tərəf Aysel Rzayeva ünvan 1 ünvanda olan mənzildə övladına bağışladığı 1/2 hissə pay huququndan istifadə edərək mənzilin qalan hissəsinə pay hüququndan istifadə etmək üçün onu evə buraxmamışdır. İddiaçı bu mənzili kirayə verərək oradan əldə edilən pulu təhsil haqqına yönəltmək istəsə də, qarş ı tərəf buna imkan verməyərək mənzili zəbt etdiyindən təhsil haqqını ödəməyə imkanı olmamışdır. xx.xx.2023-cü il tarixli barışıq sazişi şərtindən görünür ki, bu sazişin (müqavilənin) 2-ci bəndində qeyd edilən təhsil haqqı barədə razılaşma aşağıda qeyd edilənlərə əsasən qanunun tələblərinə ziddir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 27 yanvar 2015-ci il tarixli Qərarında qeyd edilir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına g örə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb edilməsi əsassızdır.
9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, e2(010)-281/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, xx.xx.2023-cü il tarixli, MŞB/16-00332 saylı barışıq sazisi üzrə ödənilməsi nəzərdə tutulmuş 2000 manat təhsil haqqı və 500 manat aylıq xərc məbləğinin azaldılması, xx.xx.2023-cü il tarixli, MŞB/1600332 saylı barışıq sazisinin 2-ci bəndində: “Birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 orta məktəbi bitirənə kimi ataları İddiaçı hər ay 1000 manat olmaqla, ümumilikdə 2000 manat təhsil haqqı ödəyəcək” kimi qeyd olunan məbləğin azaldılaraq hər ay hər uşağa görə 500 manat, cəmi 1000 manat müəyyən edilməklə Cavabdeh xeyrinə ödənilməsi, xx.xx.2023-cü il tarixli, MŞB/16- 00332 saylı barışıq sazisinin 4-cü bəndində: “İddiaçı övladlarına aylıq 500 manat aylıq xərci hər ayın 1dən 5-dək X4 bank hesabına ödənilsin” kimi qeyd olunan aylıq xərcin azaldılaraq, cəmi 300 manat müəyyən edilməklə Cavabdeh xeyrinə ödənilməsi, təhsil haqqı xərcinin və aylıq xərcin azaldılmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi mövqeyini ondan ibarət olmuşdur ki, tərəflər arasında barışıq sazişi bağlansa da, hazırda iddiaçı barışıq sazişi üzrə nəzərdə tutulmuş məbləği mübahisələndirir, tam olaraq ödəmək qabiliyyətində olmadığını bildirir və həmin məbləği kirayə veriləcək mənzil əsasında əldə edəcəyini zənn edərək barışıq sazişini imzaladığını qeyd edir. Məhkəmə uşaql arın saxlanılması ilə bağlı məsələlərdə yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyətinin nəzərə alınmalı olduğunu və hər ay 270 manat əmək haqqı alan iddiaçının hər ay 2500 manat pul vəsaiti ödəməsini ağlabatan hesab etməmişdir. İddiaçı özünün işlədiyini, lakin gəlirinin az olduğunu, cavabdehin isə rəsmi olaraq işlədiyini və onun maddi vəziyyətinin qənaətbəxş olduğunu bildirir. Bundan başqa iddiaçı barışıq sazişi üzrə müəyyən edilmiş məbləğdən tamamilə imtina etmir və həmin məbləğin ağlabatan miqdarda azaldılmasını xahiş edir. Bundan əlavə iddiaçının özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi halı da nəzərə alınmalıdır.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 17, Azərbaycan Respublikasının Ailə Məcəlləsin in 75.1, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13, 19, Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyasının 3, 27, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 27 yanvar 2015-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə Mülki Prosessual Məcəllənin 261.0.1 və 261.0.2-ci maddələrinə əsasən xitam verilməsini, işə baxan hakim barəsində xüsusi qərardad çı xarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiqlənmiş mediasiya prosesi nəticəsində bağlanmış “Barışıq sazişinin” 2-ci bəndində göstərilən – “birgə nikahdan doğulmuş övladları xx.xx.2007-ci il təvəllüdlü Rafaelin və xx.xx.2009-cu il təvəllüdlü Mikayılın məktəbi bitirənə kimi ataları İddiaçı tərəfindən hər ay 1.000 manat olmaqla, ümumilikdə 2.000 manat təhsil haqqının ödənilməsi, sazişinin 4-cü bədində göstərilən İddiaçı övladlarına aylıq 500 manat xərcin hər ayın 1-dən 5-dək X4 bank hesabına ödənilməsi” barədə razılaşmış, bundan sonra maraqlı şəxs hazırkı iş üzrə iddiaçı həmin bəndlərin icrasından yayınmış və həmin müddəaların məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsindən ötrü aidiyyəti üzrə məhkəməyə müraciət edilmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6652/2023 saylı qətnaməsi ilə ərizə təmin edilmiş, barışıq sazişinin göstərilən bəndləri yəni 2-ci və 4-cü bəndləri məhkəmə tərəfindən təqsdiq edilmişdir. Göstərilən qətnamədən maraqlı şəxsin verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-4037/2023 saylı qətnaməsi ilə maraqlı şəxs İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 1 sentyabr 2023-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə qanunu qüvvəsini almış və icraya yönəlmişdir. Hətta işin baxılması prosesində maraqlı şəxsi qeyd ed ilən hazırkı ərizə ilə məhkəməyə müraciət etmiş və işə məhkəmə tərəfindən iddianın yolverilməzliyi əsası ilə geri qaytarmaq əvəzinə, hakim hazırkı işi icraata götürüb baxmaqla tam qanunsuz qərar qəbul etmişdir. Bu azmış kimi hakim tərəfindən iddia təmin edilərkən də heç bir əsaslandırma və maddi hüquq normasına istinad etməmişdir. Məhkəmə hazırkı işə baxmamalı olduğu halda baxmış, həmçinin iddianı təmin etməməli olduğu halda təmin etmiş, iddianı təmin edərkən isə heç bir faktiki əsaslandırmaya istinad etməmişdir. Bundan başqa, qanunvercilikdə mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin icrasının məcburiliyini qeyd etməklə, onun mülki məsuliyyət yaratmaqla, məcburi icrası üçün məhkəməyə müraciət etmək imkanı müəyyən etmişdir. Başqa sözlə, həmin barışıq sazişinin ayırca müba hisələndirmək imkanı nəzərdə tutulmamış və barışıq sazişinin təsdiq edilməsindən imtinası müəyyən edilmişdir. Göründüyü kimi qanunla xüsusi qaydada müəyyən edilmiş və təsdiq edilmiş mediasiya barışıq sazişinin mübahisələndirmə imkanı müəyyən edilmədiyi halda, hakim tərəfindən sözügedən sazişin şərtlərinin dəyişdirilməsi barədə tələbə baxması qeyd edilən maddi hüquq normasının tələbləri baxımdan yolverilməzdir. Çünki hazırkı saziş artıq qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)4037/2023 saylı qətnaməsi ilə təsdiq edilmiş və icraya yönəlmişdir. Bu sazişin məhkəmə qaydasında ayrıca icraatda baxılması aşağıda qeyd edilən prosessual normaların tələblər baxımından yolverilməzdir. Məhkəmə tərəfindən sözgedən maddi hüquq normaları tamamilə pozulmaqla kob ud qanun pozuntusuna yol verilmişdir. Qanunverciliyin tələbindən göründüyü kimi, hazırkı işə məhkəmə qaydasında baxılması imkanı nəzərdə tutulmadığından və ya tərəflər arasında artiq eyni əsas, eyni prdemet və eyni tərəflər arasında qanunu qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan göstərilən əsaslarla iş üzrə icraat xitam verilməlidir. Çünki yuxarıda qeyd edildiyi kimi mediasiya haqqında qanununda barışıq sazişinin ayrıca mübahisələndirmə imkanı nəzərdə tutulmamış, əksinə məcburi icrası müəyyən edilmiş və sazişinin qanuniliyinin məhz həmin proses çərçivəsində baxılması imkanını müəyyən etmiş, başqa sözlə həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsindən imtina imkanı verilmişdir. Hazırkı iş üzrə də məhkəmələr tərəfindən sazişə baxılaraq təsdiq edilmiş və artıq sözügedən mübahisə həll edilmişdir. Belə olan halda hakimin hansı əsasla işə baxması və barışıq sazişinin dəyişdirilməsi barədə qəbul etdiyi qətnamə tamamilə qanunsuzdur və həmin prosessual maddənin tələblərinin tamamilə pozulmasıdır.
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi-vəkili tərəfindən təqdim olunmuş məktəb arayışlarından görünür ki, X6 həqiqətən 2016-cı ildən Xəzər Universiteti Dünya Məktəbində təhsil alır, məktəbin 5-9-cu siniflərinin 2023-2024-cü il tədris ili üçün təhsil haqqı 12000 AZN-dir. Həmçinin, X7 həqiqətən 2014-cü ildən Xəzər Universiteti Dünya Məktəbində təhsil alır, məktəbin 10-11-ci siniflərinin 2023-2024-cü il tədris ili üçün təhsil haqqı 13000 AZN-dir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2408/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi il ə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Abdıyev Fuad) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 yanvar 2024-cü il tarixli, e-2(010)-281/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmiş, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə, iddia ərizəsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilmişdir.
16. Məhkəmə kollegiyası ilk olaraq işə iddianın yolverilməzliyi əsası ilə geri qaytarmaq əvəzinə hakimin hazırkı işi icraata götürərək baxmaqla tam qanunsuz qərar qəbul etməsinə dair apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, İddiaçı Cavabdeh qarşı tərəflər arasında razılaşdırılmış barışıq sazişinin etibarsızlığını deyil, onun qismən dəyişd irilməklə 2 və 4-cü bəndləri üzrə razılaşdırılmış öhdəliklərdən azad edilmə, yəni konkret olaraq, cəmi təhsil haqqının 1000 manat, əlavə xərcin isə 300 manat civarında olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi, iddiaçı barışıq sazişində dəyişiklik edilməsini tələb etmişdir ki, bu Azərbaycan Respublikasının Ali Məhkəməsinin kollegiyalarının qərardadının məzmununa zidd olmadığı üçün iddianın yolverilməzliyi əsası ilə geri qaytarıla bilməzdi. Məhkəmə qərarı ilə təsdiqlənən barışıq sazişi müstəqil əqd olaraq iddiaçı tərəfindən onun etibarsızlığı ümumi qaydada mübahisələndirilməsə də, faktiki olaraq dəyişdirilməsi ilə bağlı iddia qaldırmışdır ki, bu da mülki qanunvericiliyin tələbləri baxımından yolveriləndir.
17. Məhkəmə kollegiyası apellyatorun birinci instansiya məhk əməsi iş üzrə tətbiq edilməli olan maddi normanın tətbiqində səhvə yol verməsinə dair dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı hazırda tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi üzrə nəzərdə tutulmuş məbləği mübahisələndirərək tam olaraq ödəmək qabiliyyətində olmadığına əsaslanmış, birinci instansiya məhkəməsi də barışıq sazişinin bəndlərində etdiyi dəyişikliyin əsası kimi sazişin bağlanmasına baxmayaraq, iddiaçının barışıq sazişi üzrə nəzərdə tutulmuş məbləği tam olaraq ödəmək üçün kirayə veriləcək mənzil əsasında əldə edəcəyini zənn edərək barışıq sazişini imzaladığını qeyd etməsinə, eləcə də uşaqların saxlanılması ilə bağlı məsələlərdə yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyətinin nəzərə alınmalı olduğunu və hər ay 270 manat əmək haqqı alan iddiaçının hər ay 2500 manat pul vəsaiti ödəməsini ağlabatan hesab olunmamasına istinad etmişdir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, qeyd edilən tələbin əsasını Mülki Məcəllənin “şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsi və ləğv edilməsi” müddəasını özündə əks etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 422-ci maddəsi təşkil edir. İddiaçı iddia ərizəsində onun ünvan 1 ünvanda olan mənzili kirayə verərək oradan əldə edilən pulu təhsil haqqına yönəltmək istədiyini, lakin cavabdeh mənzildə övladına bağışladığı 1/2 hissə pay hüququndan istifadə edərək mənzilin qalan hissəsinə pay hüququndan istifadə edərək mənzili zəbt etməsini və onu mənzilə buraxmamasını göstərsə də, bu halın da mövc udluğu ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin də, birinci instansiya məhkəməsi nəticəsini iddiaçının həmin mənzili kirayə verib qazanc əldə edə bilməsi kimi ehtimallar üzərində də qurmuşdur ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Digər tərəfdən, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində aralarında bağlanmış barışıq sazişində - xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X1 orta məktəbi bitirənə kimi iddiaçı tərəfindən ödənilməli olan təhsil haqq ının və əlavə xərclərin hər hansı bir haldan asılı edilməmiş, tərəflər bu barədə müstəqil şəkildə razılığa gələrək saziş bağlamışlar. Göründüyü kimi iddiaçı müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi barədə mötəbər sübutlar təqdim etməmiş, işin faktiki hallarından isə belə bir halın mövcudluğu müəyyən edilməmişdir. Başqa sözlə, iddiaçı göstərilənlərin şifahi qaydada aralarında razılaşdırılmasını göstərməsini qarşı tərəf təsdiq etdiyi halda iş üzrə əhəmiyyət kəsb edə bilərdi. Bundan əlavə, kollegiyanın qənaətinə görə iddiaçı sazişdə digər razılaşdırılmış məsələrlə yanaşı tələbində və iddiasında göstərdiyi halları da əlavə etməsinə heç nə maneə olmamışdır. Hazırda müqavilədə əksini tapmayan və razılaşdırılması sübut olunmayan hallar üzrə isə verilən iddia əsaslı sayıla bilməz.
19. Məhkəmə kollegiyası iddiaçının nəzərinə çatdırmışdır ki, iddiaçı bir ata kimi övladlarının qayğısına qalmalı, onları zəruri vəsaitlə təmin etməli, onların təminatını əvvəlki kimi yüksək saxlamalı və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirməlidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşaqlarının tələbatını təmin etməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.2, 421.1, 421.2, 421.3, 422.1, 422.2, 422.3, 422.4, 423.1 və 423.2-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.3, 217.4 və 261.0.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının xx.xx.2024-cü il tarixli qərardadına istinad etməklə əsasl andırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı (vəkil X8) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tələb edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq qeyd edilmişdir ki, elektron məhkəmə sistemi kabinetindən də görünür ki, İddiaçı cavabdeh X5 qarşı evə buraxılmaması ilə bağlı Nəsimi Rayon Məhkəməsində “mənzilə köçürülmə” tələbinə dair iddia qaldırılmış və davam etdirilməkdədir. Bu barədə elektron sistemdə həqiqətən belə mübahisənin olması barədə sübut Suraxanı Rayon Məhkəməsinə 16.11. 2023-cü il tarixdə rəsmi elektron sistemlə daxil olmuşdur. Eyni zamanda bu sübutu mə hkəmə iclasında da məhkəməyə təqdim etmişlər. Buna baxmayaraq apellyasiya məhkəməsi qeyd edilən hala dair iddiaçı tərəfindən sübut təqdim edilmədiyini qeyd etməklə qarşı tərəfin apellyasiya şikayətini əsas götürmüşdür. Bundan əlavə, İddiaçı uşaqlarına qayğı və diqqət göstərmək niyyətindədir. Məhz bu səbəbdən o, təhsil haqqı məbləğindən azad olması ilə bağlı deyil, təhsil haqqı xərcinin azaldılmasına dair Surxanı Rayon Məhkəməsinə iddia qaldırmışdır. Hazırda 2500 manatın ödənilməsi onun imkanı xaricindədir. Ölkədə kifayət qədər yuxarı hesab olunan bu məbləğin ödənilməsi üçün insanın əsaslı gəliri olmalıdır. Bu baxımdan cavabdeh tərəf nə apellyasiya şikayətində, nə də Suraxanı Rayon Məhkəməsində İddiaçı imkanı olmasına dair hər hansı sübut təqdim edə bilmədiyi halda “təhsil haqqı xərcinin az aldılmasından” apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsi əsassız olaraq şikayəti təmin etmişdir. b)
23. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
25. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
26. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
28. Maddə 422.1. Tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyəti ndən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
29. Maddə 422.2. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu d ərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir.
30. Maddə 422.3. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilm iş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir.
31. Maddə 422.4. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir.
32. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır.
33. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası xx.xx.2024-cü il tarixli qərardadı
34. Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının İradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıbsayılmamasına hüquqi qiymət verilməlidir. Mülki hüquq nəzəriyyəsində məhkəmə qərarı ilə təsdiqlənən barışıq sazişi müstəqil əqd kimi qəbul edilməklə, onun etibarsızlığının ümumi qaydada mübahisələndirilməsi mümkün sayılır. Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qər ardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyas iya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, süb utları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qəra ra aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 may 2024-cü il tarixli 2(103)2408/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.