Məhkəmə qərarları › İş №2(102)-2469/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2469/2022

31.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2469/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı1 və Nümayəndə cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin İstehsal və Xidmət X1rşı iş üzrə QƏRARİ iş № 2(102)-2469/22 Açar sözlər: işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən, məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli, 2(103)8603/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı1 və Nümayəndə birgə verdikləri kassasiya şikayəti üzrə işə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazıl ı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: 1-ci iş üzrə işin halları İşin hallarına görə, İddiaçı1 (bundan sonra 1-ci iddiaçı) məhkəmədə cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin İstehsal və Xidmət X2 (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, “işəgötürənin 24 may 2016-cı il tarixli, 45 saylı əmrinin ləğv edilməsi; işə bərpa; məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi; onunla maddi məsuliyyət haqqında müqavilənin bağlanması haqqında” qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları 1-ci iş üzrə birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim R.N.Quliyev) iddia rədd edilib. 1-ci iddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiy a məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. 2-ci iş üzrə işin halları İşin hallarına görə, iddiaçı Nümayəndə (bundan sonra 2-ci iddiaçı) məhkəmədə cavabdeh Azərbaycan Respublikası ƏMDK-nin İstehsal və Xidmət X2 (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, “işdən çıxma barədə ərizənin; işəgötürənin 24 may 2016-cı il tarixli əmrinin ləğv edilməsi; 16 oktyabr 2014-cü il tarixdən ödənilməyən əmək haqqı nəzərə alınmaqla, məcburi işburaxma müddəti üçün işə bərpa olunduğu günədək əmək haqqının ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş edib. 2-ci iş üzrə birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 avqust 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim K.F.Əmirxanova) iddia rədd edilib. 2-ci iddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyul 2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilib. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Ə.Eyvazov sədrlik edən, məruzəçi, Z.A.Şirinov və F.F.Talışinski) apellyasiya şikayətləri qismən təmin edilərək, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 19 iyun 2019-cu il tarixli və 23 avqust 2019-cu il tarixli qətnamələri ləğv edilib, yeni qətnamə qəbul edilməklə iddia tələbləri qismən təmin edilib, ca vabdehin iddiaçılarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi barədə 24 may 2016-cı il tarixli, 45 saylı əmri qanunsuz olduğundan ləğv edilib, iddiaçıların əvvəlki işinə bərpa edilməsi, onlara məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi vazifəsinin cavadehin üzərinə qoyulması və qalan hissədə iddia tələblərinin rədd olunması qət edilib. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələblərinin təmin olunan hissələrində ləğv edilib, iddia tələblərinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş edib. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 07 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər G.A.Quliyev sədrlik edən, məruzəçi, İ.R.Xələfov və Z. Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilib, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Ə.İbayev sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin 19 iyun 2019-cu il tarixli və 23 avqust 2019-cu il tarixli qətnamələri dəyişdirilmədən saxlanılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, cavabdehlə 1-ci iddiaçı arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli, 178 saylı əmək müqaviləsinə əsasən, 16 oktyabr 2014-cü il tarixdən 1-ci iddiaçı, Nəsimi rayonunda yerləşən 07 saylı atelyeyə dərzi işinə qəbul edilib və əmək müqaviləsi bir ay müddətinə bağlanıb. 24 may 2016-cı ildə 1-ci iddiaçı işəgötürənin adına ərizə yazaraq, öz xahişi ilə işdən azad edilməsini xahiş edib və özəlləşmə payına dair iddiasının olmadığını bildirib. Bundan sonra, işəgötürənin 24 may 2016-cı il tarixli, 45 “M” saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən 1-ci iddiaçı ilə bağlanmış əmək müqaviləsinə tərəflərin razılığı ilə 24 may 2016-cı il tarixdən xitam verilib. Həmçinin, cavabdehin məlumatına görə 1-ci iddiaçı tərəfindən 7 saylı atelyenin fəaliyyəti ilə əlaqədar yaranmış xərclərə görə 04 fevral 2015-ci il, 27 fevral 2015-ci il, 2 9 mart 2015-ci il və 29 may 2015-ci il tarixlərdə cavabdehə müvafiq olaraq 405 manat xidmət haqqı ödənilib. Eyni zamanda, 2-ci iddiaçı ərizə ilə cavabdehə müraciət edərək, onu Nəsimi rayonunda yerləşən 7 saylı atelyeyə işə qəbul edilməsini xahiş edib və tərəflər arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli, 177 saylı əmək müqaviləsinə əsasən, o 16 oktyabr 2014-cü il tarixdən Nəsimi rayonunda yerləşən 7 saylı atelyeyə dərzi işinə qəbul edilib və əmək müqaviləsi bir ay müddətinə bağlanıb. 24 may 2016-cı il tarixdə 2-ci iddiaçı işəgötürənin adına ərizə yazaraq öz xahişi ilə işdən azad edilməsini xahiş edib və özəlləşmə payı barədə iddiasının olmadığını bildirib. İşəgötürənin 24 may 2016-cı il tarixli, 46 “M” saylı əmri ilə 2-ci iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən 24 may 2016-cı il tarixdən öz razılığı ilə xitam verilib. Cavabdehin 09 aprel 2019-cu il tarixli məktubuna görə, 1-ci iddiaçı 16 aprel 2014-cü ildən 24 may 2016-cı il tarixədək işlədiyi dövrdə işdən azad olunması ilə əlaqədar olaraq ona son haqq-hesab da daxil olmaqla hesablanmış 2.057,76 manat əmək haqqını qəbul etmədiyi üçün deponent edilib. Hazırda sözügedən qeyri-yaşayış sahəsi (7 saylı atelye) 07 fevral 2019-cu il tarixli Çıxarışa əsasən mülkiyyət hüququ üzrə Tərbiyə Rzayevanın adına qeydə alınıb. Daha sonra, cavabdehin 11 fevral 2019-cu il tarixli, 16 saylı əmri ilə qeyd olunan qeyri-yaşayış sahəsi (7 saylı atelye) mülkiyyətçinin dəyişilməsi ilə əlaqədar özəlləşdirilməsini təsdiq edən sənədlər verildiyi tarixdən cavabdehin tabeliyin dən, dövlət reyestrindən və balansından çıxarılıb. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı1 Tərbiyə Rzayevaya və digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi və Çıxarışın ləğv edilməsi” barədə iddiası təmin edilərək, ünvan 1 ünvanda yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin 7 saylı atelyesinə dair keçirilmiş hərrac üzrə 29 yanvar 2019-cu il tarixli, 04/01 saylı hərrac protokolu və onun əsasında Tərbiyə Rzayeva ilə bağlanmış əqdin etibarsız hesab edilməsi, Reyestr Xidmətində onun adına 07 fevral 2019-cu il tarixdə qeydə alınmış ******* seriyalı Çıxarışın ləğv edilməsi qət edilib. Məhkəmə Ekspertiza Mərkəzinin 29 may 2019-cu il tarixli ekspert rəyinə görə 1-ci iddiaçının adından olan 24 m ay 2016-cı il tarixli ərizədə “imza” qrafasındakı imza onun tərəfindən icra olunub. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında icarə münasibətlərinin mövcud olması müəyyən edilir. Belə ki, 1-ci iddiaçı tərəfindən cavabdehə 2013-cü ildən 2019-cu ilin aprel ayınadək xidmət haqqı ödənilib. Həmin qətnamədə göstərilib ki, mübahisəli qeyri- yaşayış sahəsi (7 saylı atelye) özəlləşdirilməsi üçün ilkin olaraq iddiaçılara təklif edilmədən, onların əmlakı almağa razılığının olub-olmadığı aydınlaşdırılmadan əmlak hərraca çıxarılıb, bu isə, qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsasdır. Deməli, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hal, yəni tərəflər arasında icarə münasibətlərinin olması haz ırki iş üzrə preyudisial əhəmiyyət daşıyır. Yuxarıda qeyd edildiyi kimi, hazırki mübahisənin maddi hüquqi əsasını isə iddiaçıların pozulmuş əmək hüquqlarının bərpası təçkil edir. Ona görə də eyni bir predmet barəsində eyni tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olduğu halda, tərəflər arasında həm də eyni fəaliyyətlə bağlı əmək münasibətlərinin olması istisna edilir. Başqa sözlə, icarəyə götürənin xidmət haqqı ödəməklə icarəyə götürdüyü obyektdə icarəyə verənlə həm də əmək münasibətlərində olmasına istinad edərək pozulmuş əmək hüquqlarının bərpasını tələb etməsi özüözlüyündə ümumi hüquqi prinsiplərə ziddir. Ona görə də iddia tələbləri rədd edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 700-cü maddəsinin, habelə Əmək Məcəlləsinin 3-cü maddəsin in və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçılar birgə kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş ediblər. Kassasiya şikayəti belə əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. Məhkəmə icraatı iştirakçılarının izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 700-cü maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Həmin Məcəllənin 3-cü maddəsində təsbit edilmişdir ki, əmək münasibətləri- əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Maddənin 2-ci hiss əsinin a) bəndinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Maddənin 2-ci hissəsində göstərilir ki, ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Maddənin 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanun vericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Maddənin 4-cü hissəsinə görə, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Maddənin 5-ci hissəsində göstərilir ki, işçi ərizəsində əmək münasib ətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Həmin Maddənin 7-ci hissəsinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədəqorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 296-cı maddəsinin 1-ci hissəsinə görə, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 tə qvim ayı ərzində müraciət edə bilər. Həmin Maddənin 2-ci hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Maddənin 3-cü hissəsinə görə, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın) əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən, fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyy ətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasın ı yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçıların birgə verdikləri kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəmə si işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub. Əvvəla, apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli qətnaməsinə istinad edərək, tərəflər arasında əslində icarə münasibətlərinin olduğu, sözügedən qətnamənin hazırki iş üzrə preyudisial əhəmiyyət daşıdığı, hazırki mübahisənin maddi hüquqi əsasını iddiaçıların pozulmuş əmək hüquqlarının bərpasının təşkil etdiyi, ona görə də eyni predmet barəsində eyni tərəflər arasında öhdəlik hüquq münasibətləri mövcud olduğu halda, tərəflər arasında həm də eyni fəaliyyətlə bağlı əmək münasibətlərinin olmasının qanunla istisna edildiyi, başqa sözlə, icarəyə götürənin xidmət haqqı ödəməklə icarəyə götürdüyü obyektdə icarəyə verənlə həm də əmək m ünasibətlərində olmasına əsaslanaraq pozulmuş əmək hüquqlarının bərpasını tələb etməsi özü-özlüyündə ümumi hüquqi prinsiplərə zidd olduğu qənatinə gəlsə də, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olaraq kifayət qədər əsaslandırmayıb və sözügedən faktların özü-özlüyündə hansı ümumi hüquqi prinsiplərə zidd olduğunu qətnamədə göstərməyib. Halbuki, Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi 1-ci iddiaçı tərəfindən cavabdehə 2013-cü ildən 2019-cu ilin aprel ayınadək xidmət haqqı adı altında ödədiyi vəsaitin tərkibini müəyyən etmədən, iddiaçıların işə qəbulla bağlı işəgötürənin adına yazılı ərizə vermələrini, yazılı ərizələrinə əsasən onların işəgötürənlə bağladıqları əmək müqaviləsinə əsasən sözügedən obyektə dərzi işinə qəbul edilmələrini, bu barədə işəgötürənin müvafiq əmrlər imzalamasını, iddiaçılarla bağalanmış əmək müqavilələrinə işəgötürənin müvafiq əmrləri ilə xitam verildiyini nəzərə almadan, işin bu halları, habelə işəgötürən tərəfindən iddiaçılara işlədikləri müddətdə əmək haqqının ödənilib-ödənilmədiyi barədə heç bir araşdırma aparmadan, tərəflər arasında əmək münasibətlərinin olmaması nəticəsinə gəlmişdir. Əmək Məcəllənin 3-cü maddəsinin 2-ci bəndinin mənasına işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (koentrak) bağlayaraq müvafiq iş yerində çalışan fiziki şəxs işçi hesab edilir. Həmin Maddənin 5-ci bəndində göstərilir ki, əmək müqaviləsi (kontraktı)işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilə hesab edilir. Həmin Məcəllənin 42-ci maddəsinin 1-ci bəndinə görə, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Maddənin 2-ci bəndində isə göstərilir ki, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan maddələrin tələbləri, habelə tərəflər arasında bağlanmış əmək müqavilələrinin mövcudluğu açıq-aşkar onlar arasında əmək münasibətlərinin olmaması nəticəsinə gəlməyə əsas vermir. Mülki Məcəllənin 700.1-ci maddəsinin mənasına görə, icarə müqaviləsinə əsasən, icarəyə verən icarə predmeti olan əşyanı və ya hüququ icarəçinin istifadəsinə verməklə onların bəhərindən istifadə etmək və onların istifadəsindən gəlir əldə etmək hüququ da verir, icarəçi isə icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəyir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq etsə də, cavabdehin sözügedən obyekti iddiaçıların icarəsinə verməklə həmin obyektin bəhərindən istifadə etmək və onun istifadəsindən gəlir əldə etmək hüququ verib-vermədiyini, iddiaçıların cavabdehə ötən müddət ərzində hər hansı məbləğdə müəyyənləşdirilmiş icarə haqqı ödəyib-ödəmədiyni, onların cavabdehə ödədiyi xidmət haqqının icarə haqqı olub-olmadığını, obyektin fəaliyyəti ilə bağlı yaranmış xərclərin tərkibinin nədən ibarət olduğunu araşdırmadan və ümumiyyətlə icarə münasibətlərində olduqları halda tərəflər arasında əmək müqavilələrinin nə üçün bağlandığını aydınlaşdırmadan, başqa sözlə işin bütün müvafiq halları, o cümlədən əmək müqavilələri bağlananadək olan danışıqları, yazışmaları, həmçinin tərəflərin qarşılıqlı münasibətlərində uzun müddət yaranmış və artıq təşəkkül tapmış işgüzar münasibətləri nəzərə almadan, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Daha sonra, işdən görünür ki, cavabdehlə 1-ci iddiaçı arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli, 178 saylı əmək müqaviləsinə əsasən, 16 oktyabr 2014-cü il tarixdən o, Nəsimi rayonunda yerləşən 07 saylı atelyeyə dərzi işinə qəbul edilib və əmək müqaviləsi bir ay müddətinə bağlanıb. 24 may 2016-cı ildə 1-ci iddiaçı işəgötürənin adına ərizə yazaraq, öz xahişi ilə işdən azad edilməsini xahiş edib və özəlləşmə payına dair iddiasının olmadığını bildirib. Bundan sonra, işəgötürənin 24 may 2016-cı il tarixli, 45 “M” saylı əmri ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən 1-ci iddiaçı ilə bağlanmış əmək müqaviləsinə tərəflərin razılığı ilə 24 may 2016-cı il tarixdən xitam verilib. Həmçinin, cavabdehin məlumatına əsasən, 1-ci iddiaçı tərəfindən 7 saylı atelyenin fəaliyyəti ilə əlaqədar yaranmış xərclərə görə 04 fevral 2015-ci il, 27 fevral 2015-ci il, 29 mart 2015-ci il və 29 may 2015-ci il tarixlərdə cavabdehə müvafiq olaraq 405 manat xidmət haqqı ödənilib. Eyni zamanda, 2-ci iddiaçı da ərizə ilə cavabdehə müraciət edərək, onu Nəsimi rayonunda yerləşən 7 saylı atelyeyə işə qəbul edilməsi ni xahiş edib və tərəflər arasında bağlanmış 16 oktyabr 2014-cü il tarixli, 177 saylı əmək müqaviləsinə əsasən, o, 16 oktyabr 2014-cü il tarixdən Nəsimi rayonunda yerləşən 7 saylı atelyeyə dərzi işinə qəbul edilib və əmək müqaviləsi bir ay müddətinə bağlanıb. 24 may 2016-cı il tarixdə 2-ci iddiaçı işəgötürənin adına ərizə yazaraq öz xahişi ilə işdən azad edilməsini xahiş edib və özəlləşmə payı barədə iddiasının olmadığını bildirib. İşəgötürənin 24 may 2016-cı il tarixli, 46 “M” saylı əmri ilə 2-ci iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən 24 may 2016-cı il tarixdən öz razılığı ilə xitam verilib. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayıb qeyd edir ki, Əmək Mə cəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər- işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük vermir. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür (ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsi). Belə ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilə r. Həmin Məcəllənin 69-cu maddəsinin 7-ci hissəsinin tələbinə görə, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Qanunvericiliyin qeyd edilən normalarının təhlilindən aydın olur ki, işçi öz təşəbbüsü ilə əmək müqaviləsini ləğv etmək hüququna malikdir. Lakin, bu işçinin öz iradəsini ifadə etməsinin nəticəsi olmalıdır. İşçinin iradəsinin əleyhinə onu hər hansı vasitə və ya üsulla əmək müqaviləsini ləğv etməyə məcbur etmək qadağandır. Bu hal, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Əmək müqaviləsinin bağlanmasını, dəyişdirilməsini və xitamını nizama salan əmək qanunvericiliyinin tətbiqinin məhkəmə təcrübəsi haqqında” 23 dekabr 1993-cü il tarix li, 05 nömrəli qərarının 8-ci bəndində də xüsusi olaraq vurğulanıb. Belə ki, həmin bəndə əsasən əmək müqaviləsinin işçinin təşəbbüsü ilə pozulmasına o, halda yol verilə bilər ki, işdən çıxarma haqqında ərizənin verilməsi onun öz iradəsini könüllü ifadə etməsinin nəticəsi olsun. Əgər iddiaçı işəgötürənin onun öz ərizəsi ilə işdən çıxmaq barəsində ərizə verməyə məcbur edildiyini bildirirsə, məhkəmə iddiaçının bu dəlillərini ciddi yoxlamalıdır. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi iddiaçıların iddia ərizələrində və apellyasiya şikayətlərində göstərdikləri bu dəlilləri üzrə heç bir araşdırma aparmayıb və onların bu dəlillərini tam, hərtərəfli və obyektiv yoxlamayıb. Kassasiya instansiyası məhkəməsi xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, işdən çıxma barədə mübahisələndiril ən ərizələr iddiaçıların özləri tərəfindən şəxsən (iddiaçıların öz xəttiilə) yazılmayıb və iddiaçılar işəgötürən tərəfindən əvvəlcədən kompyuterdə tərtib edilmiş ərizələrə imza atıblar. İddiaçılar həmin ərizələrin onlardan əvvəlcədən, yəni işə qəbul barədə ərizələrlə eyni vaxtda alındığını iddia edirlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X3 bildirmişdir ki, 1985-ci ildən Nəsimi rayonunda yerləşən 7 saylı atelyedə işləyir. 1997-ci ildən Fərman adlı şəxs atelyeyə müdir təyin edilib. Əmək haqqını cavabdehdən almırdılar, əmək haqqını müdirləri Fərman sonra isə Abbas verirdi. İşlədikləri vaxtda cavabdehdən nümayəndələr gəlib və işçilərlə özlərinin deməsinə görə müqavilə müddətinin uzadılmasına dair müqavilələr bağlayıblar. Cavabdehin nümayəndələri ilə münasibətləri yax şı olduğundan ərizələri oxumadan imzalayıblar. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X4 bildirib ki, o, 10 ildən artıq müddətdir ki, ünvan 2 ünvanda yerləşən, 7 saylı paltarların fərdi tikilişi və təmiri atelyesinin yerləşdiyi binanın birinci mərtəbəsində yerləşən qapı-pəncərə sexində işləyir. Cavabdehlərin əməkdaşları oraya gələrək, ondan işə qəbul və işdən öz xahişi ilə azad olma barədə ərizələr alıblar. Bunu onunla əsaslandırıblar ki, o və orada işləyən digər şəxslər yalnız bu şərtlər əsasında orada qalıb işləyə bilərlər. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş X5 bildirib ki, o, İddiaçı1 tələb yoldaşıdır. Sonuncu 2019-cu ilin fevral ayında ona 24 may 2016-cı ildə xəbəri olmadan işdən çıxarıldığını bildirib və ona bu məsələdə hüquqi yardım gös tərməsini xahiş edib. O, İddiaçı1 işdən azad olunmasından xəbərinin olmadığını bildirdi. İşə əlavə edilmiş 14 mart 2019-cu il və 27 mart 2019-cu il tarixli aktlardan (həmin aktlar 7 saylı atelyenin bir qrup işçiləri tərəfindən tərtib olunub) görünür ki, atelyenin kommunal, texniki məişət, aylıq xidimət haqqı və s. ödənişləri İddiaçı1 həyata keçirib, lakin 2019-cu ilin fevral ayında və mart ayında cavabdehin əməkdaşları atelyeyə gələrək heç bir əsas gətirmədən iş yerlərini boşaltmağı tələb ediblər. Həmçinin, işdən görünür ki, iddiaçıların barəsində 24 may 2016-cı il tarixli, 45 saylı əmr imzalansa da, bununla bağlı iddiaçılara məlumat verilməyib və əmrin surətləri onlara göndərilməyib və son haqq-hesab sənədləri tərtib olunmayıb. Halbuki, Əmək Məcəlləsinin 83-cü maddənin 2-ci hissəsinə əsas ən, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Cavabdehin nümayəndəsi bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməyib, həmçinin iddiaçıların işdən azad olunmaları barədə əmrdən onun qəbul edildiyi zaman məlumatlı olmalarını təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməyib. Halbuki, iş də olan sübutlardan tam aydın olur ki, iddiaçılar 2019-cu ildək fasiləsiz və etirazsız olaraq sözügedən obyekdə işləyiblər və iş yerində olublar. Onlar yalnız 2019-cu ilin feral ayında ərizə ilə işəgötürənə müraciət etdikdən sonra, müvafiq sənədlərin (əmr, ərizə və s.) surətləri onlara təqdim edilib və məhz bundan sonra onlar hüquqlarının pozulduğunu biliblər. Göstərilən hallar, həmçinin iddialar tərəfindən əmrin mübahisələndirilməsi hissəsində iddia müddətinin ötürülməməsi nəticəsinə gəlməyə kifayət qədər əsas verir. Hansıki, mübahisə tərəfi kimi cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verib. Həmçinin qeyd edilməlidir ki, iddiaçıların işdən azad olunması barədə əmr ərizələrlə eyni tarixdə qəbul edilib ki, bu halın özü də qanunvericiliyin tələblərinə uyğun olmayıb. Belə ki, Əmək Məc əlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Maddənin 5-ci bəndinə əsasən, işçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən ed ilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Qanunvericiliyin qeyd edilən normalarının tələblərindən də göründüyü kimi, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Ərizələrdən isə görünür ki, orada əmək münasibətlərini dayandırmaq günü konkret göstərilməyib (ƏM-nin 69-cu maddəsinin 3-cü hissəsi). Belə olan halda isə əmək müqaviləsinin ləğv edilməsi barədə müvafiq əmr eyni gündə verilə bilməzdi. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən yuxarıda qeyd edilən hallara da diqqət yetirməyib, onların araşdırılması və onlara hüquqi qiymət verilməsi istiqamətində heç bir araşdırma aparmayıb. Halbuki, əmək müqavilələrini Əmək Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir (ƏM-nin 12-ci maddəsi). Həmin Məcəllənin 300-cü maddəsinin 1-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəs ini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçıların kassasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəl i şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunub. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti təmin edilmə li, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçılar İddiaçı1 və Nümayəndə birgə verdikləri kassasiya şikayəti təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 oktyab r 2021-ci il tarixli, 2(103)-8603/2021 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar