Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2469/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, X2, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh Pənah oğluna qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ ( Açar sözlər: torpaq sahəsindən çıxarılma tələbi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Həsənov Vüqar Təvəkgül oğlundan (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, X2, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh Pənah oğluna qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsindən çıxarma barədə iddia tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 202 3-cü il tarixli, 2(106)-287/2023 saylı qətnaməsindən Cavabdeh Pənah oğlu tərəfindən verilmiş kassasiya şikayətinə 13 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Torpağa mülkiyyət hüququna dair JN-0004 KOD 80805028 saylı Dövlət Aktına əsasən X3, X5, İddiaçı2, X8, X4, X6, X7, İddiaçı1 və X1 adına Biləsuvar rayon Aqrar İslahat komissiyasının 20 avqust 2001-ci il tarixli 08 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 4.61 ha torpaq sahəsi (bundan sonra - mübahisəli torpaq sahəsi) verilmişdir.
2. Hazırda mübahisəli torpaq sahəsi Biləsuvar rayonu Ağayrı kənd sakini Cavabdeh Pənah oğlunun istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin JN-0004 KOD 80805028 saylı dövlət aktına əsasən ümumi paylı mülkiyyətlərində olan 4.61 hektar torpaq sahəsindən çıxarılmasına və həmin torpaq sahəsinin onlara geri qaytarılması tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2008-ci ildən həmin torpaq sahəsini əkmədikləri üçün mərhum X4 həmin torpaq sahəsini Biləsuvar rayonu Ağayrı kənd sakini Cavabdeh Pənah oğluna qeyri-müəyyən müddətə icarəyə vermişdir. 02 dekabr 2020-ci il tarixdə X4 vəfat etmişdir. Bundan bir müddət sonra iddiaçılar həmin torpaq sahəsini Cavabdeh geri qaytarmasını tələb etmişlər, lakin Cavabdeh onlara bildirmişdir ki, mərhum Bəxtiyar Baxşiyev həmin torpaq sahəsini 2016-cı ildə ona satmışdır. Onlar cavabdehdən ü mumi paylı mülkiyyətlərində olan torpaq sahəsini tələb etsələr də Cavabdeh həmin torpaq sahəsindən çıxmır və torpağı geri qaytarmır.
5. Cavabdeh Pənah oğlu məhkəmədə izahat verərək bildirmişdir ki, 2019-cu il tarixdə iddiaçı Gülbahar Süleymanovun əri mərhum Bəxtiyar Baxşiyevdən iddiaçılara məxsus 4.61 ha torpaq sahəsini 8.500 manat məbləğdə pul vəsaiti verməklə almışdır. Lakin torpaq alqısatqısı barədə heç bir sənədləşmə aparılmamışdır. Sadəcə yerli icra nümayəndəliyinin iştirakı ilə Bəxtiyar Baxşiyevə 8.500 manat məbləğdə pul vəsaiti verməsi barədə qəbz yazılmış və icra nümayəndəsi öz möhürü ilə qəbzi təsdiqləmişdir. Odur ki, iddianın rədd olunmasını xahiş etmişdir.
6. Biləsuvar Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(022)-908/2022 saylı qətnaməsi ilə (sədrlik edən hakim Pərvi z Əhmədov) iddia təmin edilmişdir.
7. Məhkəmə mövqeyini iş materiallarına istinadən əsaslandırmışdır.
8. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4, 238.1, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 111ci maddəsinin bir və ikinci hissələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını araşdırmadan, iddiaçılardan torpaq sahəsini pulunu ödəməklə almağı müzakirə etmədən, mübahisənin predmeti olan torpaq sahəsinin hansı əsaslarla bu illər ərzində onun faktiki mülkiyyətində olması müəy yən edilmədən və onun etirazına heç bir qiymət vermədən qətnamə qəbul etmişdir. Məhkəmə iddianı dəqiq araşdırmadan iddiaçının ondan torpaq sahəsinə görə 8.200 manat pul almalarını və torpaq sahəsinin ona satdıqlarını etiraf etməsini qətnamədə nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hal kimi aydınlaşdırmamışdır.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiyası məhkəməsi) 20 fevral 2023-cü il tarixli, 2(106)-287/2023 nömrəli qətnaməsi ilə (hakimlər – Z.M.Allahyarov (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və S.İ.Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cava bdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz, çünki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Belə ki, cavabdeh mübahisəli torpaq sahəsini alqı-satqı yolu ilə əldə etdiyini göstərsə də, həmin halı təsdiq edən heç bir sübutu nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində təqdim edə bilməmişdir. Göründüyü kimi, qanunvericilik ümumi paylı mülkiyyət olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdlərin etibarlılığını, əmlakın özgəninkiləşdirilməsinə dair bütün mülkiyyətçilərin razılığının olması və daşınmaz əmlaka dair bağlanmış əqdlərin notariat qaydasında təsdiq olunması ilə şərtləndirmişdir. Yəni, bu şərtl ərə əməl olunmadan bağlanmış əqdlər tərəflər üçün etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla heç bir hüquqi nəticə doğurmayan etibarsız əqd kimi qiymətləndirilir. Lakin iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsinin alqı-satqısına dair tərəflər arasında qanunvericiliklə müəyyən edilmiş notariat qaydasında hər hansı bir müqavilə bağlanmamışdır.
13. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.2, 157.4, 213.2, 215.1, 239.1-ci, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1 və 111.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
14. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
18. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ond an istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
20. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
21. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
22. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilər inin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
23. Maddə 239.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi
24. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
25. Maddə 111.1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1 Hər bir tərəf öz tələblər inin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
30. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
31. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası gəlinən nəticə ilə tam razılaşır.
35. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsi üzər ində hazırda iddiaçıların mülkiyyət hüququnun olması işin mübahisəsiz halıdır. İddiaçıların mülkiyyətində olan torpaq üzərində cavabdehin hər hansı (istifadə və sahiblik) hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına sübutlar və torpağın alğı-satqısına dair əqd işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.
36. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə mübahisələndirilən torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqlarının pozulmasını iddia etməyə subyektiv hüquqları vardır.
37. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq n ormalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 20 fevral 2023-cü il tarixli, 2(106)-287/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.