Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2469/2025 06.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2025-ci il tarixli, 2(103)-3333/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (3 saylı Mediasiya Təşkilatı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 06 iyul 2023-cü il tarixli K279 saylı əmrin ləğv edilməsini və onun işə bərpa olunması, qətnamə icra olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya xərclərinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasam al Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-467/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin olunmamışdır.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3333/2024 nömrəli, 06 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-3333/2024 nömrəli, 04 noyabr 2024-cü il tarixli qərardadı ilə iddiaçı və vəkili tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışd ır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 26 dekabr 2024-cü il tarixli, 2(102)-4215/2024 nömrəli qərarı ilə (hakimlər Zəki Babayev - sədrlik edən və məruzəçi, Vüsalə Baxışova və Zaur Əliyev) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
7. İddiaçı nümayəndəsi - vəkili Vəkil Novruz oğlu apellyasiya instansiyası məhkəməsinin 6 avqust 2024-cü il tarixli qətnaməsindən elektron qaydada verdiyi kassasiya şikayəti, habelə kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-467/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onun Cavabdehnə qarşı (3 saylı Mediasiya Təşkilatı üçüncü şəxs qismində cəlb edilməklə) xx.xx.2023-cü il tarixli K279 saylı əmrin ləğv edilməsi və onun işə bərpa olunması, qətnamə icra olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi və mediasiya xərclərinin cavabdehdən onun xeyrinə tutulması barədə iddia tələbləri rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 3333/2024 xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)467/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 3333/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə onun və vəkili tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdı r. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)- 3333/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından verdiyi kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3333/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminə əsasən apellyasiya instansiya məhkəməsinin 2(103)- 3333/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi iddiaçının elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilmiş, həmin qətnamədən kassasiya şikayəti isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Bununla da, kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Məhk əmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, kassasiya şikayətini verən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayətə prosessual müddətin bərpa olunması barədə vəsatət əlavə edilməmişdir. Bundan başqa, o, vəkil xidmətinin baha olmasından, bu bahalığı onun Konstitusion hüququnun pozulması kimi qiymətləndirib “ASAN” xidmət mərkəzinə şikayət etmişdi. 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, onun tərəfindən 3 Saylı Bakı “Asan Xidmət” Mərkəzinə daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-45-3/1-H-5xx-xx/2024-cü il tarixli qeydiyyata nömrəli müraciəti “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 7.10-cu maddəsinə uyğun olaraq aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasına göndərilmiş dir. Həmin dövrlərdə “ASAN” imza ilə bağlı elektron sistem işləmədiyindən 880 qaynar xətt vasitəsi ilə zəng edib şikayətini bildirmişdir. Bu hal bir daha onu təsdiq edir ki, o, maddi vəsaiti olmadığından dövlət vəsaiti hesabına vəkil ilə təmin olunmağı üçün “ASAN Xidmət” Mərkəzinə rəsmi müraciət etmişdir. Həmin müraciətə cavab ala bilmədiyindən, borc aldı və xx.xx.2024-cü il tarixdə vəkil ilə müqavilə bağladı və dərhal kassasiya şikayətini tərtib edib vəkilin elektron sistemə yerləşdirmişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3333/2024 nömrəli, 29 aprel 2025-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3333/2024 saylı, 6 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi - vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti vermək üçü n buraxılmış prosessual müddətin bərpa olunması barədə vəsatət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)3333/2024 nömrəli, 6 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 405 və 406-cı maddələrinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardadından kassasiya şikayəti isə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilir. Kassasiya şikayəti Mülki Prosessual Məcəllənin bu maddəsinin tələblərinə cavab vermirsə, yəni müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müd dətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (Mülki Prosessual Məcəllənin 408.1.4-cü maddəsi).
11. Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, bu Məcəllənin 408.1.1–408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verilən kassasiya şikayəti qanunvericiliklə müəyyən edilən tələblərə cavab vermədiyi halda, şikayət verən şəxsin nöqsanların aradan qaldırılmasından sonra yenidən ümumi qaydada kassasiya şikayəti vermək hüququ təsbit edilmişdir. Lakin hər bir halda nöqsanların aradan qaldırılması üç ün geri qaytarılmış şikayətin yenidən verilməsi də Mülki Prosessual Məcəllənin 405 və 406-cı maddələrində nəzərdə tutulmuş müddətlərlə məhdudlaşır. Göstərilənlər baxımından şikayət verən şəxsin kassasiya şikayətinin məhkəmə tərəfindən qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciət etməsi mümkündür. Lakin kassasiya şikayəti ilə yenidən müraciət edən şəxs məhkəmə müdafiəsi hüququndan səmərəli istifadə etməli, nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciətini ağlabatan müddət çərçivəsində etməlidir.
12. İş materiallarından göründüyü kimi Bakı Apellyasiya Məhkəməsinin 2(103)3333/2024 saylı 6 avqust 2024-cü il tarixli qətnaməsi İddiaçı elektron kabinetinə 23 avqust 2024-cü il tarixdə yerləşdirilmiş, həmin qətnamədən kassasiya şikayəti isə məhkəməyə 26 oktyabr 2024-cü il tarixdə daxil olmuşdur. Bununla da, qətnamədən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən ötürülmüşdür. İddiaçının nümayəndəsi və vəkili Vəkil isə qətnamənin iddiaçıya rəsmi qaydada təqdim edilməsindən 3 gün müddət keçdikdən sonra kassasiya şikayətini elektron sistemə yükləməsinə baxmayaraq, buraxılmış müddətin bərpası haqqında ərizə verməyə lüzum görməmişdir. Beləliklə də, Bakı Apellyasiya Mülki Kollegiyasının 4 noyabr 2024-cü il tarixli 2(103)-3333/2024 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 6 avqust 2024-cü il tarixli, 2(103)-3333/2024 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti müddət ötürüldüyündən geri qaytarılmışdır. Sonuncu qərardaddan İddiaçı nümayəndəsi-vəkili Vəkil Novruz oğlu t ərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4214/2024 nömrəli 26 dekabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 4 noyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4214/2024 nömrəli 26 dekabr 2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsindən, apellyasiya instansiyası məhkəməsinin 4 noyabr 2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasından ən azı 26 dekabr 2024-cü il tarixdən məlumatlı olmuşdur. Buna baxmayaraq, iddiaçı kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə ancaq 2 aprel 2025ci il tarixdə m üraciət etmişdir. Halbuki, kassasiya şikayətinin geri qaytarılmasına əsas olmuş nöqsanın daha qısa müddət ərzində aradan qaldırılması mümkün idi.
14. Göründüyü kimi hazırkı ərizədə iddiaçının istinad etdiyi hallar ötürülmüş müddətin bərpası üçün əsas olaraq nəzərdən keçirilə bilməz. Belə ki, iddiaçının kassasiya şikayətinin məhkəmə tərəfindən qaytarılmasına səbəb olan nöqsanları aradan qaldıraraq daha qısa müddət ərzində yenidən məhkəməyə müraciət etməsi mümkün idi. Lakin iddiaçı nöqsanları aradan qaldıraraq yenidən məhkəməyə müraciətini ağlabatan müddət çərçivəsində etməməklə, məhkəmə müdafiəsi hüququndan sui-istifadə etmişdir.
15. Məhkəmə kollegiyası vurğulamışdır ki, məhkəmələrdə gedən çəkişmələr onsuz da uzun müddət davam edir, mübahisənin tezliklə və qanun çərçivəsində həll olunması i sə ədalət mühakiməsinə xələl gətirən halların aradan qaldırılmasına, eləcə də məhkəmələrə inamın artırılmasına xidmət etməlidir.
16. Apellyasiya instansiyası məhkəməsi bu kontekstdə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının müvafiq müddət ərzində mübahisələndirilməməsi, daha sonra isə ondan şikayət vermə müddətinin əsassız şəkildə bərpa edilməsi hüquq və azadlıqların məhkəmə təminatına zərbə vurmaqla yanaşı, hüquqi müəyyənlik (res judicata) prinsipinin pozulmasına da səbəb ola bilər.
17. Belə ki, məhkəmə aktlarından şikayətin verilməsi mülki prosessual qanunvericiliklə dəqiq tənzimləndiyindən, həmin müddətlərə riayət edilməsi proses iştirakçılarını intizamlandırmaqla yanaşı, mülki prosesin təməl prinsiplərindən olan “hüquqi müəyyənlik” prinsipindən irəli gəlir. Əks yanaşma ötürülmü ş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 74.1, 128.1, 129.1, 130.1, 133.1, 402.2, 403.1, 405.0.1 və 408.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
19. İddiaçı (Vəkil) kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məh kəməsinə qaytarılması, eyni zamanda kassasiya şikayətinin buraxılması müddətinin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti MPM-in 9, 14.1, 77.1, 88, 217, 416, 417, 418-ci maddələrinə və işin hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur.
21. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
22. Kassasiya şikayətinə etiraz verilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
23. Maddə 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhk əmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir.
24. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirlir.
25. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
26. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
27. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin bur axılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
28. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
29. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
30. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qayd ada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
31. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
35. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüqu qi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 aprel 2025-ci il tarixli, 2(103)-3333/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.