Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-247/2025 22.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X7, “Babək” Kiçik müəssisəsi, X5, Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun tanınması, mənzilin boşaldılması və təhvil verilməsi, mənzilə köçürülmə və s.) Kateqoriya: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr Azərbaycan Respublikası Ali Mə hkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər X7, “Babək” Kiçik müəssisəsi, X5, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması, mənzilin boşaldılması və təhvil verilməsi, mənzilə köçürülmə və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4106/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 22 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasınd a baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 9 ev xx.xx.2004-cü il tarixdə X1 adına ilkin hüquqi qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir.
2. İddiaçı həmin ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması, mənzilin boşaldılması və təhvil verilməsi, mənzilə köçürülmə və s. kimi tələblər irəli sürərək həmin mənzilin ona aid olduğunu iddia edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 nömrəli mənzilə dair onun “mülkiyyət hüququnun tanınması və sair” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən ev 15 İddiaçı məxsusdur, öz vəsai ti ilə tikmişdir və kommunal xərclərini ödəmişdir. O, həmin mənzili Cavabdeh İlyiçdən almış və tikinti işlərini öz vəsaiti hesabına tamamlamışdır. Bu səbəbdən də iddiaçı qeyd etmişdir ki, onun bu mənzilə mülkiyyət hüququ tanınmalı və həmin mənzilə köçürülməlidir. Hazırkı vəziyyət onun hüquqlarını pozur, yaşadığı mənzillə əlaqədar sənədləşmə və sairə ilə əlaqədar bir sıra problemlər yarada bilər.
5. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)4341/2021 saylı qiyabi qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı ünvan 3 saylı mənzilə köçürülməsi qət olunmuşdur.
6. Maraqlı şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini və işin təzələnərək baxılmasını xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, ünvan 3 nömrəli mənzildə pasport q eydiyyatındadır və həmin mənzildə yaşayır.
7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)4559/2022 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 noyabr 2021-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, İddiaçı cavabdeh X3rşı “ona məxsus mənzilə mülkiyyət hüququnun tanınması və bununla bağlı müvafiq çıxarış verilməsi ilə yaşayış sahəsinə köçürülmə” tələbinə dair mülki iş üzrə icraatın təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır.
8. Daha sonra iddiaçı iddia tələblərinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsindəki 15“A” saylı fərdi yaşayış evinə dair Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfi ndən X1 adına xx.xx.2004-cü il tarixdə verilmiş 250 saylı reyestr kitabının 16746-cı səhifəsində 30/16746 nömrə ilə qeydə alınmış FM seriyalı 030676 nömrəli qeydiyyat vəsiqəsinin və bununla əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, A.Heydərov küçəsi 1936-cı məhəlləyə dair Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən “Babək” kiçik müəssisəsinin adına xx.xx.2002-ci il tarixdə verilmiş 01 nömrəli reyestr kitabının 10-cu səhifəsində 160 reyestr nömrəsi ilə qeydə alınmış qeydiyyat vəsiqəsinin və bununla əlaqədar aparılmış qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsindəki 15“A” saylı evə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 535 saylı 01 09.2004-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanın sağ tərəfdən 3-5 metrliyində yerləşən təxminən 0,05 ha topaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin xx.xx.1987-ci il tarixdə Cavabdeh İlyiçin İddiaçı satdığı və faktiki yerləşdiyi yerin təqdim edilən foto şəkillərdə göstərilən Bakı şəhəri Ə.Əliyev küçəsində yerləşən 5 ”A” saylı fərdi yaşayış evinin olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanın sağ tərəfdən 3-5 metrliyində yerləşən təxminən 0,05 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinə İddiaçı mülkiyyət hüququ üzrə həmin evə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanın sağ tərəfdən 3-5 metrliyində yerləşən təxminən 0,05 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evindən oranı qanunsuz tutmuş şəxslərin və həmin ünvanda yerləşdirilmiş avadanlıqların oradan çıxarılması, evin təmir edilməklə mənzil-kommunal xərcləri yoxlanılıb borcsuz şəkildə İddiaçı təhvil verilməsi, və İddiaçı qeyd edilən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Eyni zamanda İddiaçı cavabdehlər X4, Cavabdeh, Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəs i ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı şəhər Ərazi İdarəsinin hazırkı inzibati binasının yerləşdiyi ünvan 2 ünvanının sağ tərəfindən 3-5 metrliyində təxminən 0.05 ha torpaq sahəsində tikilmiş ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 15A saylı fərdi yaşayış evindən cavabdeh “Babək” kiçik müəssisəni və oranı zəbt etmiş digər şəxslərin avadanlıqları ilə birlikdə mənzildən və qeydiyyatdan çıxarılmaları, həmin mənzilin cavabdehlərin vəsaiti hesabına tam olaraq boşaldılması və mənzilin təmir edilərək əvvəlki vəziyyətə gətirilib əşyaları ilə birlikdə kommunalı yoxlanılaraq ona təhvil verilməsi, həmin 160 nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilərək, dövlət reyestrindən çıxarılması, onun həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. (2(005)-3531/2022 saylı mülki iş)
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX in 1 saylı Bakı şəhər Ərazi İdarəsinin hazırkı inzibati binasının yerləşdiyi ünvan 2 ünvanının sağ tərəfindən 3-5 metrliyində yerləşən iki mərtəbəli, iki mənzilli, tək fərdi yaşayış evi, yəni Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 15A saylı fərdi yaşayış evi qanuni əsaslarla ona məxsusdur. Onun həmin mənzilə köçürülməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi mövcuddur və xx.xx.2021-ci il tarixdə icraya yönəldilmişdir. Həmin mənzil cavabdeh Nərimanov İcra Hakimiyyəti tərəfindən mağaza tikilməsi barədə Arif Heydərov küçəsinə verilmiş sərəncamla və düzgün olmayan sənədlərlə digər cava bdeh “Babək” kiçik müəssisəsi tərəfindən qanunsuz zəbt olunmuş, obyekt vəziyyətinə salınmış, evin daş hasarı, otaqların arakəsməsi qanunsuz olaraq sökülmüş, əşyalar mənimsənilmişdir. Qanuni əsaslarla ona məxsus olan 15A saylı mənzilə köçürülməsi haqqında məhkəmənin qətnaməsinin cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində icra olunması mümkün olmamışdır.
11. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)3531/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər “Babək” kiçik müəssisəsinə və Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “mənzildən və qeydiyyatdan çıxarılma, çıxarışın ləğv edilməsi və sair” tələbinə dair mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-4559/2022 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.
12. Bakı şəh əri Nərimanov Rayon Məhkəməsinin 2(005)-40/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı ilə İddiaçı cavabdehlər X7, “Babək” Kiçik müəssisəsi, X5, Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra hakimiyyəti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun tanınması, mənzilin boşaldılması və təhvil verilməsi, mənzilə köçürülmə və s.” tələbinə dair mülki iş üzrə X4 münasibətdə iddia tələbləri üzrə, “Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsindəki 15“A” saylı evə dair Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 535 saylı 01 09.2004-cü il tarixli sərəncamının etibarsız hesab edilməsi” və “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanı nda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanın sağ tərəfdən 35 metrliyində yerləşən təxminən 0,05 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərdi yaşayış evinin xx.xx.1987-ci il tarixdə Cavabdeh İlyiçin İddiaçı satdığı və faktiki yerləşdiyi yerin təqdim edilən foto şəkillərdə göstərilən Bakı şəhəri Ə.Əliyev küçəsində yerləşən 5 ”A” saylı fərdi yaşayış evinin olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin hazırkı inzibati binasının yerləşdiyi ünvan 1 ünvanın sağ tərəfdən 3-5 metrliyində yerləşən təxminən 0,05 ha torpaq sahəsində tikilmiş iki mərtəbəli fərd i yaşayış evinə İddiaçı mülkiyyət hüququ üzrə həmin evə sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi” hissələrində iddia tələbləri üzrə icraata xitam verilmişdir.
13. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-40/2023 nömrəli, xx.xx.2023cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
14. Məhkəmə qeyd etmişdir ki, İddiaçı bir sıra iddia tələbləri ilə məhkəməyə müraciət etsə də, başlıca tələb ona məxsus olduğunu iddia etdiyi ünvan 3 ünvanının “Babək” kiçik müəssisəsindən alınaraq ona təhvil verilməsi təşkil edir.
15. Məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş arayış və qəbzlərdən onun ünvan 5 ünvanı üzrə qeydiyyatda olduğu, “Babək” kiçik müəssisəsinin isə ünvan 7 ünvanında fəaliyyət göstərir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş məktubda bu ünvanların eyni ünvan olduğu qeyd olunmuşdur.
16. Məhkəmə hesab etmişdir ki, İddiaçı hazırkı məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Onun ünvan 5 ünvanı üzrə mülkiyyət hüquqlarının mövcudluğu sübut olunmur. İş materiallarında olan və iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş arayışlar onun ünvan 5 ünvanı üzə qeydiyyatda olduğunu təsdiq etsə də, bu arayışlar İddiaçı bu ünvana mülkiyyət hüququ olduğunu sübut etmir. Mülkiyyətçi olmayan şəxsin isə əmlakın digər şəxsdən alınaraq ona verilməsi və bu tələbdən irəli gələn qalan bütün tələbləri məhkəmədə qaldırmaq kimi subyektiv hüququ mövcud deyil.
17. Məhkəmə mülki işin hallarını araşdıraraq hesab etmişdir ki, iddiaçı tərəfindən mübahisə predmeti olan əmlaka mülkiyyət hüququnun və bu hüquqdan irəli gələrək hazırkı iddianı qaldırmaq hüququnun mövcudluğunu sübuta yetirə bilməmişdir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci istansiya məhkəməsi tərəfindən işin faktiki hall arı tam araşdırılmamışdır. Belə ki, iddiaçı qeyd edilən mənzili Cavabdeh faktiki alqı-satqı yolu ilə almış və mənzili uzun bir müddət istifadə etmişdir. Ancaq iddiaçının mərhum anasının qətl edilməsi nəticəsində sənədlər itirilmişdir. İddiaçı birinci instansiya məhkəməsi baxışı zamanı bunları qeyd etsə də, birinci istansiya məhkəməsi bu xüsusatları nəzərə almamışdır. O, hazırda mübahisə predmeti olan mənzilə illərlə sahiblik etmiş, həmin mənzili əsaslı təmir etdirmiş, mənzildə yaxşılaşdırma işləri aparmışdır. O, 2011-ci il tarixdə həmin mənzilin qapı açarının dəyişdirilməsinin şahidi olmuşdur. Bundan sonra özünün xəstəliyi ilə əlaqədar məhkəməyə müraciət edə bilməmiş, yalnız 2021-ci ildə məhkəməyə müraciət etmişdir. İşdə olan bütün sənədlərdən görünür ki, iddiaçı qeyd edilən mənzilə sahi blik etmiş və həmin mənzilə hüququ çatır. Birinci istansiya məhkəməsi isə qətnaməsində yalnız iddiaçının mülkiyyət hüququnun olmamasını əsas gətirərək iddianı rədd etmişdir. Bundan başqa, işdə olan sənədlərdən görünür ki, xx.xx.1992-ci il tarixli Cavabdeh məxsus qeydiyyat vəsiqəsinə əsasən, mübahisə predmeti olan mənzil onun mülkiyyətində olmuşdur. Bundan əlavə cavabdehlərdən Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək mübahisə predmeti olan mənzili iddiaçıya satdığını bildirmişdir. Bu baxımdan iddiaçının mənzilə sahiblik etdiyi sübut olunur. O, iddia tələbini əvvəlcə Cavabdeh qarşı qaldırmış, bununla bağlı qiyabi qətnamə qəbul edilmiş, sonradan qiyabi qətnamə ləğv edilmiş və yeni qətnamə qəbul edilmişdir. Hazırda mübahisə predmeti olan mənzil guya “Babək” kiçik müəssisəsinin mülkiyyətind ədir. Ancaq işdə mövcud olan qeydiyyat vəsiqəsindən görünür ki, müsəssisəsinin iddia etdiyi qeyri-yaşayış sahəsi başqa küçədə yəni Arif Heydərov küçəsində yerləşir. Məhkəmə bununla bağlı ekspertiza keçirilməsi barədə qərardad qəbul etsə də, ekspert iş üzrə rəy verməkdən imtina etmişdir. Ancaq əslində ekspertiza keçirilməsi mübahisə predmeti olan mənzilin kimə məxsus olması üçün çox önəmlidir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı ərizələrə qətnamadə münasibət bildirilməmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli ərizələrdə Evgeniy Durmanov bildirmişdir: “iddiaçının iddia tələbləri haqlıdır, tam təmin edilsin, hazırkı ərizəyə fotoşəkli əlavə edilmiş Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 2 saylı ev, mənzil 1 tam olaraq mənə məxsusdur, yəni şəxsi evimdir. Həmin evə mən x x.xx.1957-ci ildə qeydiyyata düşmüşəm. xx.xx.1997-ci ildə həmin evi İddiaçı adına keçirmək üçün arayış almışam. Lakin hüquqi maneələr olduğu üçün ev mənim adımda qalıb. Odur ki, evə dəymiş zərər X2 tərəfindən tam olaraq ödənilməlidir və evdən çıxarılmalıdır. Əgər evə dəymiş zərəri ödəməsə həmin vətəndaşı mən həbs etdirəcəyəm. Sizdən xahiş edirəm ki, 3 gün vaxt verilərək bu barədə qərardad çıxarılsın. Eyni zamanda həmin ev tam olaraq İddiaçı adına keçməsi ilə istifadəsinə verilməsi təmin edilməsi barədə qərardad çıxarılsın.” Ancaq məhkəmə əsas cavabdehin bu ərizəsinə qiymət verməyərək iddianı rədd etmişdir. Bundan başqa işdə olan Bakı şəhəri Kirov rayon Məhkəməsində baxılmış iş üzrə xx.xx.1989-cu il tarixli izahatdan görünür ki, Evgeniy Dumanov öz imzası ilə mübahisə predmeti olan mənzili i ddiaçının sahibliyinə vermişdir. Yəni həmin mənzil iddiaçının sahibliyindədir. İşdə mövcud olan qeydiyyat vəsiqəsindən də görünür ki, mənzil Cavabdeh mülkiyyətindədir. Ancaq verilmiş ərizələrə baxmayaraq, birinci istansiya məhkəməsi Cavabdeh məxsus qeydiyyat vəsiqəsində göstərilmiş mənzilin mübahisə predmeti olan mənzillə eynilik təşkil edib-etmədiyini müəyyənləşdirməmişdir. İddiaçı aldığı mənzilə cavabdehin razılığı ilə sahiblik etmişdir. Məhkəmə mənzilin ilkin hüquqmüəyyənedici sənədlərə əsasən Cavabdeh məxsus olduğunu müəyyən etsə idi, o zaman iddia təmin edilməli idi. Ancaq bunun üçün heç bir əsaslı prosessual hərəkətlər edilməmişdir. Bundan başqa işdə mövcud olan arayışlardan və digər sənədlərdən görünür ki, iddiaçı mübahisə predmeti olan mənzilə sahiblik etmişdir. Bunu tullantıların ödənilməsi ilə bağlı əldə edilmiş qəbzlər, MKİS-dən alınmış arayışlar və yaşayış yeri üzrə qeydiyyat barədə arayışlar təsdiq edir. Ancaq bütün bunlara baxmayaraq, məhkəmə yalnız iddiaçının mülkiyyət hüququnun olmamasını əsas gətirərək iddianı rədd etmişdir. İddiaçı məhkəməyə müraciət etmiş və ilkin olaraq qiyabi qətnamə qəbul edilmiş, iddiaçı yalnız bundan sonra icra hərəkətləri olduğu vaxt bilmişdir ki, mübahisə predmeti olan mənzil başqa şəxslərin sahibliyindədir. Həmin şəxslər əsas olmadan məhkəməyə müraciət etmiş və bu müraciət əsasında qiyabi qətnamə ləğv edilmiş və işə iddia icraatı qaydasında baxılmışdır. Bu zaman iddiaçı iddia həcmini artırmışdır. Lakin məhkəmə iddianın ancaq iddiaçının mənzilə köçürülməsi hissəsinə dair qətnamə qəbul etmiş, digər hissələrə isə heç bir münasibət bildirməmişdir. Məhkəmə işi hər tərəfli araşdıraraq mübahisləndirilən çıxarış və qeydiyyat vəsiqələrini ləğv edilib edilməməsi məsələsinə münasibət bildirməmişdir. İddiaçının ilkin tələblərinə qiymət verilmədiyi üçün mənzilə köçürülmə tələbi də təmin edilməmişdir. Məhkəmə ekspertiza ilə bağlı əlavə heç bir hərəkət etməmiş və yenidən ekspertiza keçirilməsi üçün cəhd etməmişdir. Bu baxımdan qeyd edilən ünvanların yerləşdiyi ərazinin kordinatlarında hər hansı bir fərqliliyin olmasının müəyyən edilməsi iş üzrə ədalətli qərar qəbul edilməsi üçün çox önəmli idi.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4106/2024 nömrəli 17 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov və Namiq Cəfərov) iddiaçının apellyasiya şika yəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, hazırkı iş üzrə mübahisəsiz qaydada müəyyən olur ki, ünvan 9 ev xx.xx.2004-cü il tarixdə X1 adına ilkin hüquqi qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. ünvan 9 ünvanı nə əvvəllər nə də hazırda İddiaçı mülkiyyəti kimi qeydiyyatda deyil. 23. ünvan 9 ev iddiaçının mülkiyyətində olmamışdır, belə olan halda isə mülkiyyətçi olmayan şəxsin əmlakın digər şəxsdən alınaraq ona verilməsi və bu tələbdən irəli gələn qalan bütün tələbləri məhkəmədə qaldırmaq kimi subyektiv hüququ mövcud deyildir.
24. Bundan başqa, iddiaçı tərəf mübahisəli mənzilə qeydiyyatda olmaqla, sahiblik və istifadə hüququnun olmasını qeyd etsə də, qanunvericilik isti fadə hüquqlarının tanınması faktını və ya mülkiyyət hüquqlarının olmasını şəxsin mənzilin yerləşdiyi ünvana qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Başqa sözlə şəxsin yaşayış sahəsinin yerləşdiyi ünvana pasport qeydiyyatının olub-olmaması birmənalı şəkildə onun mənzilə mülkiyyətçi olması və ya istifadə hüquqlarının olması üçün əsas deyildir.
25. Digər tərəfdən iddiaçı qeyd edilən ünvanların yerləşdiyi ərazinin koordinatlarında hər hansı bir fərqliliyin olmasının müəyyən edilməsinin iş üzrə ədalətli qərar qəbul edilməsi üçün çox önəmli olmasını bildirməklə birinci instansiya məhkəməsi tərəfindən həmin halın araşdırılmadığını və yenidən ekspertiza keçirilməsi üçün cəhd etmədiyini qeyd etsə də, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdar əsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Əliyar Əliyev küçəsi 15 ünvanında sağ tərəfdən 3-5 metrlikdə yerləşən fərdi yaşayış evi “Babək” kiçik müəssisəsinin yerləşdiyi ünvan 7 ünvanı ilə eynidir.
26. Bundan başqa, iddiaçı tərəf Evgeniy Dumanovun ərizələrinə qiymət verilməməsini bildirsə də, həmin ərizələrdən görünür ki, E.Dumanov hazırki mübahisəli mənzildə deyil, tamam fərqli - Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 2 saylı ev, mənzil 1-dən bəhs etmişdir. Digər tərəfdən həmin mənzillər eynilik təşkil etsə idi belə, bu, iddianın əsaslı olmasına dəlalət etmir, belə ki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçm əsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Hazırki vəziyyətdə isə mübahisəli mənzilə mülkiyyət hüquqları qeydiyyata alınmamışdır.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim olunmuş arayışlar onun ünvan 5 ünvanı üzə qeydiyyatda olduğunu təsdiq etsə də, bu arayışlar onun bu ünvana mülkiyyət hüququ olduğunu sübut etmir. Mülkiyyətçi olmayan şəxsin isə əmlakın digər şəxsdən alınaraq ona verilməsi və bu tələbdən irəli gələn qalan bütün tələblərinin təmin edilməsi mümkün deyil.
28. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1,152.5, 164.1, 164.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və q anunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
30. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, hələ Nərimanov Rayon Məhkəməsi tərəfindən 2006-cı ildə qətnamə qəbul edilərək İddiaçı məhz ünvan 11 ünvana qeydiyyata alınması qət edilmişdir və həmin vaxt sözügedən ünvanda başqa heç bir şəxsin qeydiyyatda olmaması faktı öz əksini qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tapmışdır. Əvvəllər Ə. Əliyev küçəsi olan ünvan sonradan Yusifzadə küçəsi, hazırda isə elə Əliyar Əliyev küçəsi 15A-dır. Bu hallar məhkəmələr tərəfindən araşdırılmamaqla bərabər onun iddia tələbinin konkret olaraq necə olmasına da diqqət yetirməmişlər və bu da hazırkı mübahisəyə yol açmışdır.
31. Belə ki, o, iddia ərizəsində üzərində mülkiyyət hüquqlarının tanınmasını xahiş etdiyi və köçürülməsini xahiş etdiyi mənzilin ünvanı olaraq konkret Əliyar Əliyev küçəsini qeyd etmiş və yuxarıda qeyd etdiyi kimi məhkəmə qətnaməsi ilə qeydiyyata düşdüyü ünvan da məhz Əliyar Əliyev küçəsi 15A olmuşdur. Lakin ona məlum olmayan səbəbdən hələ qiyabi qətnamə qəbul edən birinci instansiya məhkəməsi onun köçürülməyinin qət edildiyi ünvanı Ə.Əliyev kimi qeyd etmiş və bu da yanlış anlaşılmalara yol açmış, buna görə də Maraqlı şəxs2 qiyabi qətnamənin ləğvi barədə ərizə verərək həmin ünvanda özünün yaşadığını bildirmişdir. Halbuki Maraqlı şəxs2 verdiyi ərizəyə əsasən guya yaşadığı ünvanla onun qanuni mülkiyyətində və istifadəsində olan ünvan eyni deyildir.
32. Halbuki Maraqlı şəxs2 yaşadığı və mülkiyyətində olduğu ünvan tamamilə başqa ərazidə, Keşlə bazarı ərazisindədir. Qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, onun mülkiyyətində olan və hazırkı işin predmeti olan mənzil DƏDRX-nin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 3-5 metr yaxınlığında yerləşir və həmin idarənin də ünvanı məhz Əliyar Əliyev küçəsidir. Bu halların heç biri aydınlaşdırılmadan və onun iddia tələbinin konkret olaraq aid olduğu ünvanın hansı olması dəqiqləşdirilmədən məhkəmələr tərəfindən bu cür kobud pozuntuya yol verilmiş, onun qanuni mülkiyyə tində olan əmlakın guya “Babək” kiçik müəssisəsinin mülkiyyətində olması təsbit edilmişdir.
33. Kassator şikayətini Azərbaycan Respublikası Konstitutsiyasının 43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1.2, 158.2, 158.4, 164, 165.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 36. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya ) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 37. 164.1 Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.
38. Maddə 164.2.Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq səl əfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarı
39. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadl ığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhb ət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmam asına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansi ya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qət naməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, ünvan 9 ev xx.xx.2004-cü il tarixdə X1 adına ilkin hüquqi qeydiyyatdan keçmişdir və hal-hazırda onun mülkiyyətindədir. ünvan 9 ünvanı nə əvvəllər, nə də hazırda İddiaçı mülkiyyəti kimi qeydiyyatda deyil. ünvan 9 ev iddiaçının mülkiyyətində olmamışdır, belə olan halda isə mülkiyyətçi olmayan şəxsin əmlakın digər şəxsdən alınaraq ona verilməsi və bu tələbdən irəli gələn qalan bütün tələbləri məhkəmədə qaldırmaq kimi subyektiv hüququ mövcud deyildir
50. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillər inə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
51. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərai t yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
53. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4106/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.