Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2470/2025 12.08.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: prosessual məsələlər, kassasiya şikayətinin verilməsi müddəti ötmüşsə. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-429/2025 nömrəli, 23 iyun 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 avqust 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması və təhvil verilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, vəsiyyətnamə ilə ona məxsus olan 0,06 ha torpaq sahəsində inşa edilmiş yaşayış evindən Cavabdeh çıxarılmasını və həmin yaşayış evinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası Babaşov Vəli Qəhrəman oğluna İmişli rayon X3 İcraiyyə Komitəsinin 15 fevral 1977-ci il tarixli 3 saylı qərarı ilə ona 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Rayon X3 İcraiyyə Komitəsinin 26 sentyabr 1980-cı tarixli 18 saylı qərarı ilə atası Vəli Babaşova ayrılmış 0,06 ha torpaq sahəsində fərdi yaşayış evinin tikilməsinə icazə verilmişdir. İcazə əsası nda atası həmin yerdə yaşayış evi tikdirmişdir. Hal-hazırda həmin ünvan İmişli şəhəri, Pənah Həsənov küçəsi, ev 126 kimi qeydiyyatdadır. Atası əvvəlcə xx.xx.1980-cı ildə çiy kərpicdən ev tikmiş, həmin evə xx.xx.1988-ci ildə Qeydiyyat vəsiqəsi verilərək mülkiyyət kimi sənədləşdirilmişdir. Çiy kərpicdən tikilən evə xx.xx.1990-cı ildə texniki pasport verilmişdir. Atası Babaşov X2 şəhəri, Pənah Həsənov küçəsi, 126 saylı ünvanda yerləşən mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsini və evini xx.xx.2005-ci ildə notarius vasitəsi ilə ona vəsiyyət etmişdir. Bu vəsiyyətnamənin verilməsinə bütün ailə üzvlərinin, o cümlədən mərhum qardaşı Babaşov Əyyamın razılığı ilə evi atası ona vəsiyyətnamə ilə bağışlamışdır. Sonradan çiy kərpicdən ev qəzalı vəziyyətə düşdüyünə görə 2011-ci ildə İmişli rayo n İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlara tərəfindən çiy kərpicdən olan evin qəzalı olduğu müəyyən edilmiş və onların köməyi ilə həmin həyətdə ikinci bir ev tikildi. Qardaşı Babaşov Əyyam Vəli oğlu əvvəlcə Babaşova Şərafət Səməd qızı ilə evli olmuş, onlar boşandıqdan sonra qardaşı İmişli rayonu, Murğuzallı kənd sakini Cavabdeh ilə tanış olduqdan sonra, sonuncu 2008-ci ildən gəlib atasının evinə girmiş və qardaşı ilə yaşamağa başlamışdır. Lakin, Zülfiyyə həmin evdə qalarkən həm atasını, həm də qardaşını döyüb işgəncə vermiş, bu münasibəti çox adam bilməsin deyə onları müxtəlif vaxtlarda yaşadığı Bəhrəmtəpə qəsəbəsinə gətirib öz evində saxlamışdır. Bundan əlavə qardaşını sonradan ağır xəstəliyə tutulduğuna görə öldüyü vaxta qədər iki il müddətində evində özü baxmışdı r. Dəfn mərasimlərini də bacılarının köməyi ilə özü vermişdir. Onu da qeyd edir ki, qardaşı Əyyam xəstələndiyi vaxt və ondan əvvəldə Zülfiyyə vəsiyyətnamə ilə ona verilmiş evdə və torpaq sahəsində deyildi, Murğuzallı kəndində yaşamışdır. Nə də ki, Zülfiyyə qardaşı ilə yaşadığı dövrdə vəsiyyətnamə ilə ona verilmiş evdə heç vaxt qeydiyyatda olmamışdır. Anası Babaşova Güllübəyim Soltan qızı xx.xx.2003-cü ildə, qardaşı Babaşov Əyyam Vəli oğlu xx.xx.2020-ci ildə, atası Babaşov Vəli Qəhrəman oğlu isə xx.xx.2020-ci ildə vəfat etmişdir. Atası vəfat etdikdən sonra o, bütün kommunal xərcləri, o cümlədən 0,06 ha torpaq vergisini, işıq, su və qaz xərclərini də adına gələn qəbzlər əsasında özü ödəmişdir. Cavabdeh atasının vəfatından sonra həmin evdə heç kimin olmadığını görüb yaşayış evinin açarını dəy işdirib özbaşına olaraq atasının ona vəsiyyət etdiyi evdə uşağı ilə yaşamağa başlamışdır. Dəfələrlə onu zəbt etdiyi evdən çıxmağı tələb etsə də sonuncu buna heç bir əhəmiyyət verməmiş, qanunsuz hərəkətlərini davam etdirir. Bu səbəbdən o, Cavabdeh vəsiyyətnamə ilə ona verilmiş evdən çıxarılmasını tələb etsə də o, həmin evdən çıxmır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
3. İmişli Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(036)-1523/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2005-ci il tarixli vəsiyyətnamə ilə Babaşova İlhamə Vəli qızına vəsiyyət edilmiş İmişli rayonu, P. Həsənov küçəsi, ev 126-da yerləşən fərdi yaşayış evi və həyətyanı sahəsindən Cavabdeh çıxarılması və fərdi yaşayış evi və həyətyanı sahəsinin İddiaçı təhvil verilməsi və ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (yüz) manat Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim O. Mahmud).
4. Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-429/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(036)-1523/2024 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qət olunmuşdur(hakimlər M. Əsədli (sədrlik edən və məruzəçi), M. Sadıqov və C.İmanov).
6. Cavabdeh kassasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106) -429/2025 nömrəli, 13 mart 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin təkrar apelyasiya baxışına göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-429/2025 nömrəli, 2 iyun 2025-ci il qərardadı ilə Cavabdeh kassasiya şikayəti geri qaytarılmışdır.
8. Cavabdeh (vəkili Vəkil2) məhkəməyə kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizə və kassasiya şikayəti ilə müraciət etmişdir.
9. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh Şirvan Apelyasiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(106)-429/2025 saylı qətnaməsinin surətini xx.xx.2025-ci il tarixdə poçt vasitəsi ilə qəbzi imzalamaqla qəbul etmişdir. Cavabdeh qətnaməni rəsmi aldığı gündən, xx.xx.2025-ci il tarixdən 2 a ylıq kassasiya şikayəti vermək müddətini hesablamışdır. Məhkəmənin iş üzrə qəbul etmiş olduğu qətnaməsi əsassızdır. Odur ki, həmin qətnamədən kassasiya şikayəti vermək niyyətindədir. Lakin Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 mart 2025-ci il tarixli, 2(106)-429/2025 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş iki aylıq müddət ötürülmüşdür. Müddətin ötürülməsi üzrlü səbəblərlə bağlı olmuşdur. Ona görə də Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2025-ci il tarixli, 2(106)-429/2025 saylı qətnaməsindən kassasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Şirvan Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-429/2025 nömrəli, 23 iyu n 2025-ci il qərardadı ilə Cavabdeh kassasiya şikayəti verilməsi üçün müddətin bərpasından imtina edilmiş, kassasiya şikayəti geri qaytarılmışdır.
11. Apellyasiya məhkəməsi gəldiyi nəticə ilə əlaqədar qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2025-ci il tarixli, 2(106)-429/2025 saylı qətnaməsi Cavabdeh, həmçinin onun nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə 17 mart 2025-ci il tarixdə yerləşdirilmişdir. Lakin Cavabdeh (nümayəndəsi və vəkili Vəkil2) həmin qətnamədən kassasiya şikayətini xx.xx.2025-ci il tarixdə vermişdir. Yəni kassasiya şikayətinin verilmə müddəti buraxılmışdır. Cavabdeh isə ərizəsində sözügedən qətnamədən kassasiya şikayəti vermək üçün qanunla müəyyən edilmiş müddətin buraxılması səbəbinin üzrlü hesab edilməsi və ərizəsinin təmin edilməsi üçün məhkəməyə hər hansı əsaslı bir sübut təqdim etməmişdir. Eyni zamanda ərizəçinin şəxsi kabinetə daxil olub sənədləri nə vaxt və hansı tarixdə gəlməsini izləmək bacarığının olmaması üzrlü səbəb hesab edilə bilməz. Prosessual müddətlərin buraxılması üzrlü səbəblərlə əsaslandırılmalıdır. Üzrlü səbəblərə xəstəlik, təbii fəlakət, şəxsin iradəsindən asılı olmayan hallar aiddir. Şəxsin öz səhlənkarlığı, hüquqi savadsızlığı və ya texniki imkanlardan istifadə etməməsi üzrlü səbəb kimi qiymətləndirilə bilməz.
12. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci his səsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.3, 130.1, 133, 402.2.1, 402.2.2, 402.2.3, 402.2.4, 402.2.5, 402.3, 405.0.1 və 408.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin 23 iyun 2025-ci il tarixli, 2(106)-429/2025 saylı qərardadını ləğv edərək, kassasiya şikayətinin mümkün sayılması və buraxılmış müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Şirvan Apelyasiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(106)-429/2025 nömrəli qətnaməsinin surətini xx.xx.2025-ci il tarixdə poçt vasitəsilə qəbzi imzalamaqla qəbul etmişdir. Cavabdeh qətnaməni rəsmi qaydada aldığı gündən, yəni xx.xx.2025-ci il tarixdən 2 ay müddətini hesablamışdır. Məhkəmənin iş üzrə qəbul etdiyi qətnaməsi əsassızdır, o səbəbdən də həmin qətnamədən kassasiya şikayəti vermək niyyətindədir. Lakin Şirvan Apelyasiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş iki aylıq müddət ötürülmüşdür. Müddətin ötürülməsi üzürlü səbəblərlə bağlı olmuşdur. Belə ki, cavabdeh qətnamədən kassasiya şikayəti verilməsi müddətini rəsmi qaydada aldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən 2 ay müddətini hesablamışdır. Savadsızlığından qətnamənin elektron məhkəmə kabineti nə yerləşdirilməsini nəzərə almamış, həmçinin elektron kabinetdən istifadə qaydalarını da bilməmişdir. Qeyd e dilmiş bu üzrlü səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(106)-429/2025 saylı qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün qanunvericiliklə müəyyən olunmuş 2 aylıq müddəti Cavabdeh ötürmüşdür.
15. Beləliklə, cavabdeh Şirvan Apellyasiya Məhkəməsinin 13 mart 2025-ci il tarixli, 2(106)- 429/2025 saylı qətnaməsini rəsmi qaydada poçt vasitəsi ilə xx.xx.2025-ci il tarixində almış və 2 aylıq şikayət vermə müddətini buraxmadan xx.xx.2025-ci il tarixdə bu qətnamədən apellyasiya şikayəti vermişdir. Hesab etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 13 mart 2025-ci il tarixli, 2(106)-429/2025 saylı qətnaməsinin elektron kabinetə 17 mart 2025-ci il tarixdə yerləşdirilməsi və həmin müddətdən də kassasiya şikayətinin hesablanması müddətin ötürülməs i kimi qiymətləndirilməməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.
21. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
22. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
23. Maddə 405.0.2. Apellyasiya instansiyası məhkəməsinin qərardadı işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər.
24. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
25. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
27. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materialları nda olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Kassasiya şikayət inin cavabdehin savadsızlığından qətnamənin elektron məhkəmə kabinetinə yerləşdirilməsini nəzərə almaması, həmçinin elektron kabinetdən istifadə qaydalarını da bilməməsi, ona görə də qətnamədən kassasiya şikayəti verilməsi müddətini qətnamənin surətinin rəsmi qaydada aldığı vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən 2 ay müddətinə hesablaması barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlilər müddətin bərpasına dair ərizədə də irəli sürülmüşdür, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu dəliləri müddətin bərpası üçün kifayət hesab etməmişdir. İşdən görünür ki, cavabdehi ali təhsilli hüquqşünas vəkillə təmsil olunmuşdur, qətnamənin surəti təkcə onun deyil, vəkili və nümayəndəsinin də elektron kabinetində də yerləşdirilmişdir.
31. Məhkəmə kollegiyası qeyd olunan ları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-429/2025 nömrəli iş üzrə 23 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.