Məhkəmə qərarları › İş №2(102)-2471/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2471/2019

09.04.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2471/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, iddiaçının nümayəndəsi X2, vəkili X1, Cavabdeh2 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ciil tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi ilə (hakim F.Babayev, iş № 2(004)-xx/17) İ ddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası təmin edilərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, EV1 şəxs hesab edilmələri, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, EV2 evə istifadə hüquqlarına xitam verilməsi qət edilmiş, eyni zamanda qeyd olunmuşdur ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra Yasamal Rayon Polis İdarəsi Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 Bakı şəhəri, EV2 evdən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Həmin qətnamədən Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının xx xx 2018-ciil tarixli qətnaməsi ilə (hakimlər F.Talışinski-sədrlik edən və məruzəçi, S.Hacıyev və R.Eyvazov, iş № 2(103)xx/18) cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Yasamal Rayon məhkəməsinin xx xx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlərdən Cavabdeh2kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ciil tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olumasını xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, EV2 evə istifadə hüququ olmayan şəxs hesab edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı Bakı şəhəri, EV2 evə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdeh2 və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu iza hat verdilər. İddiaçının nümayəndəsi M.Hüseynzadə və vəkili Z.Məmmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. Cavabdehlərdən Cavabdeh3 və Cavabdeh4 Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinin tələbinə zidd olaraq məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən onların izahatları dinlənilmədi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh2 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun kassasiya şikayətinə münasibətdə və ona aid hissədə yoxlayıb qiymət verir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunması xahiş edilmişdir. Məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ciil tarixli qətnaməsiqismən - Cavabdeh2 Bakı şəhəri, EV3 evdən istifadə hüququna xitam verilməsi hissəsində ləğv olunmalı və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iddiaçının Cavabdeh2 qarşı tələbi onun Bakı şəhəri, EV4 evdən istifadə hüququna xitam verilməsi barədədir. İddiaçı bu tələbini evin 2000-ci ildə vərəsəlik qaydasında onun mülkiyyətinə keçməsi, cavabdehin orada yaşamaması, formal qeydiyyatda olması və bununla da onun mülkiyyət hüquqlarını pozması ilə əsaslandırmışdır. İddiaçı cavabdehin mübahisəli mənzildə yaşamamasının təsdiqi kimi qonşuların iştirakı ilə tərtib olunmuş akta istinad etmişdir. Cavabdeh2 apellyasiya və kassasiya şikayətlərində irəli sürdüyü dəlillərd ən, eləcə də iş materiallarına əlavə olunmuş sənədlərdən, o cümlədən Mənzil-İstismar Sahəsinin arayışından görünür ki, o, 1953-cü ildə Bakı şəhərində anadan olmuş və bu günə qədər mübahisəli mənzildə qeydiyyatdadır. Onun hazırda mübahisəli mənzildə yaşamamasının səbəbi iddiaçının oğlu X1 daimi olaraq narkotok vasitələrdən istifadə etməsi və dəfələrlə həbsdə olması olmuşdur. Məhz bu səbəbdən o, kirayədə yaşamaq məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsi iddiaçının izahatını, mübahisəli mənzilin iddiaçının mülkiyyətində olmasını və qonşuların iştirakı ilə tərtib olunmuş aktı əsas götürərək Cavabdeh2 mübahisəli mənzilin yaşayış sahəsindən istifadə hüququna xitam vermişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq həmin qə tnaməni dəyişdirilmədən saxlamış və qətnaməni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.4, 213.6, 228.1, 228.2, 228.5-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası ilk növbədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətinə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiqini düzgün saymır. Belə ki, işdən göründüyü kimi, Cavabdeh2 məhkəmənin tətbiq etdiyi Mülki Məcəllə qüvvəyə minənədək, yəni xx xx 2000-ci ilədək doğulduğu gündən mübahisəli mənzildə yaşamaqla artıq həmin mənzildən istifadə hüququ qazanmışdı və həmin dövrdə qüvvədə olan mülki qanunvericilik istifadə hüququnun tanınması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiq edilən yazılı razılaşmanın bağlanmasını, yaxud bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alınm asını tələb etmirdi. Digər tərəfdən, həmin vaxt iddiaçı özü də mübahisəli mənzilin mülkiyyətçisi deyildi. Mənzilin mülkiyyətçisi cavabdehin babası X5 olmuşdur və o, kassasiya şikayətinə əlavə olunmuş 28.06.2000-ci il tarixli məhkəmə qətnaməsindən göründüyü kimi 1971-ci ildə vəfat etmişdir. İddiaçının mübahisəli mənzil üzərində mülkiyyət hüququ da məhz həmin qətnamə əsasında yaranmışdır. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olmuş X3 gəlini, yəni oğlunun arvadıdır. Cavabdeh isə keçmiş mülkiyyətçinin (miras qoyanın) nəvəsidir. Məhkəmə kollegiyasının qənaətinə görə cavabdehin mübahisəli mənzili daimi olaraq tərk etməsi və bu səbəbdən mübahisəli mənzildən istifadə hüququnu itirməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə də əsaslı deyil. Məhkəmə kollegiyası ilk növbə də qeyd edir ki, cavabdehin mübahisəli mənzildə yaşamamasının təsdiqi kimi istinad olunan aktın işə baxan məhkəmələr tərəfindən mötəbər sübut kimi qəbul edilməsi yolverilməzdir. Belə ki, həmin akt qanunla müəyyən olunmuş qaydada tərtib və təsdiq olunmamış, aktın nə vaxt tərtib edildiyi qeyd olunmamış, aktda cavabdehin mübahisəli mənzildə nə vaxtdan yaşamaması göstərilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Digər tərəfdən, məhkəmə tələbə qiymət verərkən işin digər halları ilə yanaşı cavabdehin mübahisəli mənzildə yaşamamasının səbəbini də nəzərə almalı idi. Cavabdeh mübahisəli mənzildə yaşamamasının səbəbini iddiaçının oğlu X1 daimi olaraq narkotok vasitələrdən istifadə etməsi və dəfələrlə həbsdə olması ilə izah etmişdir. Apellyasiya baxışı zamanı cavabdehin bu dəlili öz təsdiqini tapmış və iddiaçının oğlu X4 narkotik vasitələrdən istifadə, oğurluq və s. cinayətləri törətdiyinə görə dəfələrlə məhkum olunduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi bu halları özü müəyyən etsə də, həmin halla cavabdehin mübahisəli mənzildə yaşamaması arasında səbəbli əlaqənin olub-olmamasına qiymət verməmişdir. Mülki Məcəllənin 158.3-cü maddəsinin tələbinə görə əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Konstitusiya Məhkəməsi Plenumunun xx xx 1999-cu il tarixli Qərarında qeyd edilmişd ir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi ilə əlaqədar məhkəmələrdə mübahisələrə baxılarkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulan əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmal ı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasi ya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora aid hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən qeyd olunan pozuntular aradan qaldırılmaqla yanaşı iddianın əsaslılığı kassatora aid hissədə verilən tələblər həcmində yoxlanılmalı, cavabdehin mübahisəli mənzildə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı, işin müəyyən edilən hallarına uyğun gələn maddi hüquq normaları tətbiq olunmaqla mübahisəli hüquq münasibətinə qiymət verilməsi təmin edilməli, eləcə də üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin tələ binə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2018-ciil tarixli 2(103)xx/18 saylı qətnaməsi qismən - Cavabdeh2 Bakı şəhəri, EV4 evdən ist ifadə hüququna xitam verilməsi hissəsində ləğv olunsun və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar