Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2472/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) və Heydər Əliyev adına X6rşı iş üzrə QƏRARİ iş № 2(102)- 2472/21 (Açar sözlər: ailə başçısının ölümü ilə bağlı ödənilməli vəsaitin indeksləşdirilərək tutulması, ekspert rəyi, tələbin sübuta yetməməsi) Bakı şəhəri, 24 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, cavabdeh Heydər Əliyev adına X 7 nümayəndəsi və vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə (SOCAR) və Heydər Əliyev adına X6rşı “ailə başçısının ölümü ilə bağlı ödənilməli vəsaitin indeksləşdirilərək tutulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7793/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının atası X1 1964-cü ildə “Azərneftyağ” X8 (hazırda Heydər Əliyev adına X10) işləyərkən orda baş vermiş partlayış zamanı kəllə beyin travması və propan qazının təsirindən ağır beyin travması alaraq sağlamlığını itirib.
2. Həmin istehsalat qəzası nəticəsində sağlamlı ğına dəymiş zərərə görə “Azərneftyağ” X10 tərəfindən iddiaçının atası xxx qanunvericiliyin tələblərinə uyğun olaraq ödənc təyin edilib və T.Nəhmətov aldığı xəsarətlə bağlı ömrünün sonunadək hər ay həmin ödənci alıb. 3. xxx həyat yoldaşı, iddiaçının anası X2 1998-ci ildə avtomobil qəzasında xəsarət alıb və ona əvvəlcə İİ qrup, sonradan isə müddətsiz olaraq ümumi səbəbdən İ qrup əlillik təyin edilib. 4. xxx 09.12.2011-ci ildə vəfat etmişdir. xxx öldüyü günədək iddiaçının anası X2 T.Nəhmətovun pensiyası və zavoddan aldığı ödənc hesabına dolanacaq təminatı almışdır.
5. İddiaçının anası isə 10.10.2018-ci il tarixdə ölüb, lakin öldüyü günədək onun pensiyası və zavoddan aldığı ödənc hesabına dolanacaq təminatı almış,, yəni əri T.Nəhmətovun ölümündən 7 il sonra vəfat etmişdir.
6. İddiaçının atası öləndən sonra pensiya ödənişi dayanmışdır
7. İddiaçı vaideynlərinin yeganə vərəsəsidir. a) Birinci instansiya məhkəməsində icraat
8. Hazırki iddia ilə İddiaçı Bakı şəhəri Nərimanov rayon məhkəməsinə müraciət edərək, anası xxx 09 dekabr 2011-ci ildən 10 oktyabr 2018-ci ilədək ödənilməli olan vəsaitin indeksləşdirilərək cavabdehlər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Heydər Əliyev adına X10 tərəfindən ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, anası xxx tam anlaqsız, ağır hərəkətsiz yataq xəstəsi olduğundan iddiaçı onun hüquqi qəyyumudur.
10. İddiaçı atasının ölümündən sonra dəfələrlə cavabdehlərə müraciət etmiş və atasının istehsalat qəzası zamanı aldığı kəllə beyin travmasının nəticəsində yaranmış beyin öd emi səbəbindən ölməsi ilə əlaqədar cavabdehlərdən atasına ödənilən ödəncin ailə başçısını itirməyə görə ödənc almaq hüququ olan anasına verilməsini xahiş etmiş lakin cavabdehlərin cavab məktubuna əsasən bundan imtina edilmişdir.
11. İddiaçının atası xxx ölüm səbəbi olan beyin ödemi güclü travma və zəhərlənmədən sonra toksik maddələrin toplanması və ya beynin qansız qalması ilə əlaqədar yaranan təhlükəli reaksiyadır. xxx istehsalat qəzası zamanı aldığı kəllə beyin travması və güclü zəhərlənmə ilə əlaqədar uzun müddət müalicə almış, lakin müalicənin nəticəsi olmadığından, həmin istehsalat qəzasında aldığı travma və zəhərlənmədən yaranan beyin ödemi səbəbindən vəfat etmişdir. 12. xxx öldükdən sonra əmək qabiliyyəti olmayan və ondan dolanacaq xərci alan arvadı S.Nəhmətova ailə başçısını itirmə yə görə zərərin əvəzinin ödənilməsi hüququna malik olsa da, müraciət etmələrinə baxmayaraq zərərin əvəzi iddiaçının anasına, yəni xxx arvadına ödənilməmişdir.
13. S.Nəhmətovanın zərərin əvəzinə ödəniləcək vəsaiti tələb etmək hüququ Mülki Məcəllənin 1121-1125-ci maddələrinə əsaslandığından “qanuni gözlənti”si olan həmin ödənclərə əmlak hüququ yaranmışdır. 14. xxx həmin ödəncləri almadan vəfat etdiyindən onun zərərin əvəzinə ödəniləcək vəsaitə Mülki Məcəllənin 1151.1-ci maddəsinə uyğun olaraq əmlak hüquqları yaranıb. Həmin vəsait miras əmlaka daxildir.
15. Miras iddiaçı tərəfindən qəbul edildiyindən, xxx 09.12.2011-ci il tarixdən 10.10.2018-ci il tarixinədək ödənilməli olan ödənclərə iddiaçının əmlak hüququ mövcuddur.
16. İddiaçının cavabdehlərdən xxx ölümü ilə əlaqədar ödənilməli olan zər ərin əvəzini ona ödəməyi tələb etməyə subyektiv hüququ vardır.
17. İddiaçı tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 135, 1121, 1122, 1124, 1125.1 və 1151.1-ci maddələrinə istinad etmişdir.
18. İş aidiyyatı üzrə baxılmaq üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilir.
19. Nizami rayon Məhkəməsinin qərardadı ilə iddiaçının atasının 2011-ci ildə vəfat etməsi ilə sonuncunun 1964-cü ildə aldığı xəsarət arasında səbəbli əlaqə olması barədə müvafiq suallar qoyulmaqla tibbi ekspertiza təyin edilib.
20. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyinin T97/2020 nömrəli ekspert rəyinə əsasən mərhum T.Nəhmətovun adına tərtib edilmiş sənədlərin təhlilindən görünür ki, 2006-cı ildən 2011-ci ilədək tibb müəssisələrində müayinə və müalicə lər zamanı onun ölümünə səbəb ola biləcək xəsarət, onun fəsadı müəyyən edilməyib. Mərhum xxx meyiti vaxtında müayinə edilmədiyindən, hazırda onun ölümünün səbəbi və iş vaxtı baş vermiş partlayış zamanı xəsarət alması, bununla ölümün yaranmasında səbəbli əlaqənin olub-olmaması haqqında dəqiq fikri söyləmək mümkün deyil.
21. Nizami Rayon Məhkəməsinin 2(007)-561/2020 saylı, 20.05.2020-cu il tarixli, qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Fikrət Mirzəyev)
22. Məhkəmə toplanmış sübutlara, o cümlədən ekspert rəyinə hüquqi qiymət verərək müəyyən edib ki, 1964-cü ildə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarat almış və 2011-ci ildə vəfat etmiş atasının ölümü ilə əlaqədar İddiaçı ödənc almaq hüququ yoxdur. İddiaçı öz iddia tələblərinin əsası kimi istinad etdiyi hallar ı sübuta yetirə bilməmişdir.
23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 1121-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
24. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
25. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmaqla, şikayətdə birinci instansiya məhkəməsinin işi birtərəfli araşdırmasına, sübutlara düzgün qiymət verməməsiə, hüququn tətbiq edilməsində səhv buraxdığına istinad edilmişdir.
26. İddiaçı apellyaisya baxışında vəsatət verərək, iş üzrə komisyon məhkəmə-tibb ekspertizası təyin edilməsini xahiş etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7793/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-561/2020saylı iş üzrə 20 may 2020-ci il tarixli dəyişdirilmədən saxlanmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Fuad Babayev)
28. Apellyasiya məhkəməsi qeyd edib ki, işin müəyyən olunmuş və mübahisələndirilməyən halı ondan ibarətdir ki, iddiaçının atası X1 1964-cü ildə işlədiyi “Azərneftyağ” X8 (indiki Heydər Əliyev adına X10) istehsalat xəsarəti almış və buna görə ona qanunvericiliyin tələblərinə uyğun olaraq ödənc təyin edilmiş, ömrünün sonunadək həmin ödənc məbləği ona ödənilmiş, 09.12.2011-ci il tarixdə iddiaçının atası beyin ödəmindən 82 yaşında vəfat etmişdir. İddiaçının anası xxx 1998-ci ildə avtomobil qəzasında xəsarət alm ış və ona əvvəlcə İİ qrup, sonradan isə müddətsiz olaraq ümumi səbəbdən İ qrup əlillik təyin edilmişdir. 10.10.2018-ci il tarixdə iddiaçının anası da vəfat etmişdir.
29. Apellyasiya məhkəməsi hesab edib ki, iddiaçı mərhum atasının ölümünün onun 1964-cü ildə aldığı istehsalat xəsarəti ilə bağlı olduğunu və buna görə də atasına ödənilən ödəncin ailə başçısını itirməyə görə ödənc almaq hüququ olan anasına ödənilməli olduğunu, lakin ödənilmədiyini irəli sürərək hazırkı iddia tələbləri ilə çıxış etsə də, iddiaçının irəli sürdüyü faktiki hallar onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır.
30. Apellyasiya məhkəməsinin mövqeyinə görə ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi barədə qanunvericiliyə əsasən, mərhum Teyyub Nəhmətovun həy at yoldaşına müvafiq ödənc məbləği o halda təyin oluna bilərdi ki, Teyyub Nəhmətovun ölümü ilə istehsalatda baş vermiş bədbəxt hadisə arasında səbəbli əlaqə müəyyən ediləydi; hazırkı işin hallarından isə görünür ki, xxx istehsalat qəzasının baş verdiyi tarixdən sonra 47 il yaşamış və 82 yaşında vəfat etmişdir. Həmçinin birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyində xxx 2006-2011-ci illər ərzində tibb müəssisələrindıə müayinə və müalicələri zamanı onun ölümünə səbəb ola biləcək xəsarət, onun fəsadının müəyyən olunmadığı vurğulanmışdır.
31. Apellyasiya məhkəməsi əlavə olaraq “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları nın, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli Qərarının 3.1-ci bəndinə də istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (Vəkil2) kassasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə komisyon ekspertiza təyin edilməsi barədə vəsatətə apellyasiya məhkəməsi tərəfindən qiuməy verilməməsinə istinad edilib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iş tirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili Vəkil2 kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi.
36. Məhkəmə kollegiyasının iclasında cavabdeh Heydər Əliyev adına X7 nümayəndəsi və vəkili Mustafayeva Zərifə Vaqif qızı kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
37. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilən iddiaçının məhkəmə kollegiyasına daxil olan ərizəsində iddiaçı xəstə olması və əməliyyat olunması ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəciyini göstərib, işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəyə əlavə edilmiş tibbi müayinə sənədlərinin 2019-cu ilə və 2021-ci ilin aprel ayına aid olmasını, həmin sənədlərdə iddiaçının əməliyyat olunm ası barədə məlumat əks edilməməsini, eləcə də məhkəmə iclasında iddiaçının vəkilinin iştirak etməsini nəzərə alaraq, Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən işə iddiaçını iştirakı olmadan da baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 1121.1. Zərərçəkənin (ailə başçısının) öldüyü halda aşağıdakıların zərərin əvəzinin ödənilməsi hüququ vardır: 1121.1.1. ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər; 1121.1.2. şəxsin ölümündən sonra doğulmuş uşağı; 1121.1.3. ölənin himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna möhtac olan uşaqlarına, nəvələrinə, qard aşlarına və bacılarına qulluq etməklə məşğul olan və işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü - əmək qabiliyyətindən asılı olmayaraq; 1121.1.4. ölənin himayəsində olmuş və onun ölümündən sonra beş ilə ərzində əmək qabiliyyətini itirmiş şəxslər. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual h üququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş süb utlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
39. Kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi xahiş edildiyi üçün məhkəmə kollegiyası həmin məhkəmə aktını tanm yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
41. Apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
42. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə qanuni nəticəyə gəlmişdir.
43. İddia tələbi iddiaçının istehsalat xəsarəti ilə bağlı atasına ödənilən ödəncin atasının ölümündən sonra ailə başçısını itirməyə görə ödənc almaq hüququ olan anasına ödənilməli olması, lakin anasına ödənilməməsi, vərəsə olaraq həmin pulun ona ödənilməsi barədədir.
44. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halı da ondan ibarətdir ki, iddiaçının atası xxx istehsalat qəzasının baş verdiyi tarixdən sonra 47 il yaşamış və 82 yaşında vəfat etmişdir. xxx ölümü ilə istehsalatda baş vermiş bədbəxt hadisə arasında səbəbli əlaqə müəyyən edilməyib.
45. Göründüyü kimi, apelly asiya məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq Mülki Məcəllənin 1121-ci maddəsini düzgün tətbiq etmişdir. Çünki işin müəyyən edilmiş halları qeyd edilən maddənin dispozitiv şərtlərinə uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir.
46. Hazırki iş üzrə tələbin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 1121-ci maddəsi o halda tətbiq edilə bilər ki, mərhum Teyyub Nəhmətovun ölümü istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində baş vermiş olardı və ya onun ölümü ilə həmin hadisə arasında səbəbli əlaqə olmuş olardı. Məhz bu halda, xxx ödənilən ödənc ailə başçısını itirməyə görə onun arvadına (iddiaçının anasına) ödənilə bilərdi.
47. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırki qərarın 28-30-cu bəndlərində əks olunan mövqeyi ilə tam razılaşır.
48. H əmçinin apellyasiya instansiyası məhkəməsi sübutları, o cümlədən ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
49. Apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
50. Komisyon ekspertiza təyin edilməməsi barədə vəsatətə münasibət bildirilməməsi barədə dəlilə gəldikdə, məhkəmə iclas protokolundan görünür ki, həmin vəsatətə apellyasiya məhkəməsi münasibət bildirib və vəsatəti təmin etməyib.
51. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7793/2020 nömrəli, 29 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.