Məhkəmə qərarları › İş №2(102)-2472/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2472/2022

01.06.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2472/2022 01.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər X5 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-yə, və DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə ( müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri Yasamal rayon İcra və Probasiya şöbəsinə, Maraqlı şəxs1nə) qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2472/2022 (Açar sözlər: hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi, ipotekaya xitam verilməsi tələbləri) Bakı şəhəri, 1 iyun 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar R əhim oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11669/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçının verdiyi kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 noyabr 2019-cu il tarixli, 2 (103)-5027/2019 saylı qətnaməsinə əsasən cavabdehlər İddiaçı vəMaraqlı şəxs1 MMCdən cəmi 788.203,06 manat pulun “X5 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tutmanın ilkin satış qiyməti 215.000 manat müəyyən edilməklə ipoteka predmeti olan mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilə yönəldilməsi qət edilmişdir.

2. Apelyasiya instansiya məhkəməsinin qətnaməsi əsasında icra sənədi verilmiş və icra olunması üçün Bakı şəhəri Yasamal icra və Probasiya şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal icra və probasiya şöbəsi isə ipoteka predmetinin açıq hərracdan satılmaqla realizə edilməsi üçün sifariş məktubu ilə Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə müraciət etmişdir. Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC icra şöbəsinin sifariş məktubunu aldıqdan sonra əmlakın hərracdan satılması üçün ünvan 1 ünvanında yerləşən 12 nömrəli mənzilin 215.000 manat ilkin satış qiyməti ilə birinci hərrac keçirilmiş, həmin hərrac baş tutmadığına görə isə 14 iyul 2021-ci il tarixə mənzilin ilkin satış qiymətinin 15 % aşağı qiyməti ilə hərraca çıxarılması məqsədi ilə təkrar hərrac təyin etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli, 2(103)-5027/2019 saylı icra sənədi əsasında Respublika Xammal və Əmtəə Birjasının "Külək” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hərraca çıxarılan və mülkiyyət hüququ əsasında İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 12 nömrəli mənzilin ilkin satış qiymətinin onun likvid dəyəri əsasında müəyyən edilməsi və mənzilin həmin ilkin satış qiyməti ilə hərraca çıxarılması vəzifəsinin cavabdeh Respublika Xammal və Əmtəə Birjasının Cavabdeh1nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hesab etmişdir ki, mənzilin bu qiymətlə hərraca çıxarılması tamamilə qanunsuz olmaqla onun əmlak hü quqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Belə ki, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 noyabr 2019-cu il tarixli, 2(103)-5027/2019 saylı qətnaməsindən görünür ki, 29 avqust 2019-cu il tarixli ekspert rəyinə əsasən qeyd olunan mənzilin ilkin satış qiyməti onların real bazar dəyəri əsasında müəyyən edilmişdir. Halbuki, ipoteka haqqında qanunvericiliyin tələblərinə əsasən ipoteka predmetlərinin ilkin satış qiymətləri onların likvid dəyərinə əsasən müəyyən edilməlidir. Digər tərəfdən, likvid qiymət real bazar dəyərindən nisbətən aşağı olsa da, əhəmiyyətli qiymət fərqi olmadan dəyər itkisi yaratmayan həddə olduğundan və yalnız məcburi qaydada satışa tətbiq edildiyindən ipoteka qoyanın maraqlarına da zidd kimi qiymətləndirilməməlidir. Belə ki, qanun ədalətli yanaşma m üəyyən edərək, ipoteka qoyana ipoteka predmetini hərrac yekunlaşana qədər borcu ödəməklə ipotekadan azad etmək, habelə ipoteka saxlayanla qarşılıqlı razılıq əsasında ipoteka predmetini könüllü olaraq satmaq imkanı vermişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanında yerləşən mənzilin açıq hərracdan satılmasına dair 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və ünvan 3 ünvanında yerləşən mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində “X5 Azərbaycan” QSC-nin xeyrinə qeydə alınmış ipotekaya xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, birinci (ilkin) hərrac 15 yanvar 2021 -ci il tarixdə, ikinci (təkrar) hərrac 4 fev ral 2021-ci il tarixdə keçirilmiş və X3 həmin hərracın qalibi olmuşdur. Hərrac təşkilatının xx.xx.2021-ci il tarixli 20/01 saylı protokolu ilə ipoteka predmeti X1. Lakin, sonradan ipoteka predmeti X3 tərəfindən əldə edilməmişdir. Bundan sonra isə 24 iyun 2021-ci il tarixdə 3-cü hərrac və 14 iyul 2021-ci il tarixdə isə 4-cü hərrac keçirilmişdir. Keçirilən hərraclar baş tutmamış və hərrac təşkilatının 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolu əsasında ipoteka predmeti olan mənzil bankın mülkiyyətinə verilmişdir. Halbuki, qanunvericilikdə ilkin və təkrar hərrac olmaqla ümumilikdə iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(005)3770/2021 nömrəli qətnaməsi ilə (Gültəkin Əsədova) iddia təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Respublika Xammal və Əmtəə Birjasının "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair bildirişləri ilə Bakı şəhəri, İ.Qutqaşınlı küçəsi, 52, ev 30 açıq auksion formasında satışa çıxarılmasına dair keçiriləcək ilkin və təkrar hərracın vaxtı və yeri barədə iddiaçı lazımi qaydada məlumatlandırılmış, iddiaçı iddia ərizəsində qətnamədən şikayət verildiyi halda hərracın keçirildiyini, bununla da hərrac qaydalarının pozulduğunu iddia edir. Lakin məhkəməyə təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, qətnamədən şikayət verildiyi müddət ərzində hərrac hərəkətləri dayandırılmışdır. İddiaçı hazırkı iddiası əsassızdır, iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövc ud sübutlar məhkəmədə araşdırılmışvə qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır.

9. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” Qanunun 41.2, 41.3, 41.1, 42.1, 44, Mülki Məcəllənin 269.1, 317.1, 319.1,416-cı maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və F.F.Babayev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-11669/2021 saylı mülki iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şik ayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia rədd edilmişdir.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yekun olaraq düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarını düzgün tədbiq etməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, keçirilmiş hərraclar iki icra sənədi üzrə aparılmışdır. İddiaçının mübahisəli ipoteka predmetinin satışının həyata keçirilməsi zamanı eyni icra sənədi üzrə 4 hərracın keçirilməsi öz təsdiqini tapmır. "xxxx" MMC tərəfindən təyin edilmiş hərrac barədə tərəflərə hərracların yeri və vaxtı barədə bildirişlər göndərilmişdir. Hərracın keçirilməsi barədə bildirişin alınmasına dair qəbzlər iş materiallarına əlavə olunmuşdur. Hərrac qanunveciliyin tələblərinə riayət edilm əklə, hər-hansı qanun pozuntusu olmadan təşkil edildiyindən, iddia tələbi rədd edilməlidir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269, 269.5 və “İpoteka haqqında” Qanunun 1.0.1, 34.1.1, 34.1.3, 34.1, 41.2, 41.3, 41.5, 42.1,42.3, 44-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, mənzilin açıq hərracdan satılmasına dair 04 avqust 2021-ci il tarixli 59/03 nömrəli hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi və mənzil üzərində “X5 Azərbaycan” QSC-nin xeyrinə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış yüklülüyə xitam verilməsinə dair iddiaçının tələbinin hüquqi əsasını onun keçirilən hərracların vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmaması təşkil etməmişdir. İpoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İ.Qurtqaşınlı küçəsi, ev 30 ünvanında yerləşən 12 saylı mənzillə bağlı 4 dəfə hərrac keçirilmiş və ondan sonra mənzil bankın mülkiyyətinə verilmişdir. Birinci (ilkin) hərrac 15 yanvar 2021-ci il tarixdə, ikinci (təkrar) hərrac 04 fevral 2021-ci il tarixdə keçirilmiş və X3 həmin hərracın qalibi olmuşdur. Hərrac təşkilatının xx.xx.2021-ci il tarixli 20/01 saylı protokolu ilə ipoteka predmeti X1. Lakin, sonradan ipoteka predmeti X3 tərəfindən əldə edilməmişdir. Bundan sonra isə 24 iyun 2021-ci il tarixdə üçüncü hərrac və 14 iyul 2021-ci il tarixdə isə dördüncü hərrac keçirilmişdir. Keçirilən hərraclar baş tutmamış və hərrac təşkilatının 04 avqust 2021-ci il tarixli 59/03 saylı hərracın yekunları barədə protokolu əsasında ipoteka predmeti olan mənzil bankın mülkiyyətinə verilmişdir. Halbuki, qanunvericilikdə ilkin və təkrar hərrac olmaqla ümumilikdə iki dəfə hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Hazırkı işdə də iki dəfədən artıq hərrac keçirildiyinə görə 04 fevral 2021-ci il tarixdə təkrar hərrac baş tutmamış elan edilməsindən sonra 30 gün ərzində bank ipoteka predmetini əldə etməmişdir. Belə olan halda isə iddiaçının (ipoteka qoyanın) mənzillər üzərində ipotekaya xitam verilməsini tələb etmək hüququ yaranmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qa rşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

17. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

18. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

19. Maddə 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanunu:

20. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

21. Maddə 41.3. Hə rracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.

22. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

23. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka pr edmetini əldə etməzsə, ipotekaya xitam verilir.

24. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

26. Maddə 220.5. Qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilm əsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır.

27. Maddə 392.1.5 və 392.1.6. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar, apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri göstərilməlidir.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 418.1. Maddi və prosessu al hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

30. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

31. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qəbul edilməmişdir.

33. Məlum olduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar, apellyasiya şikayətinə baxılması üzrə məhkəmənin nəticələri göstərilməlidir (§ 25-27).

34. Hazırkı iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsindəki mövqelər bir-birinə uyğun olmadığı kimi, nəticə hissəsi də aktın əsaslandırıcı hissəsinin bir qisminə ziddir.

35. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində: “Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb,işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır; Məhkəmə kollegiyası hesab edir ki, hərrac qanunveciliyin tələblərinə riayət edilməklə, hər hansı qanun pozuntusu olmadan təşkil edilmişdir. Belə olan halda, iddia tələbi rədd edilməlidir; Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, iddiaçı tərəfin dəlilləri əsaslı sayıla bilməz; Beləliklə, məhkəmə kolleg iyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır” kimi mövqelər əks olunmuşdur.

36. Bununla yanaşı, qətnamənin əsaslandırıcı hissəsində “Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən yekun olaraq düzgün nəticəyə gəlsə də, maddi hüquq normalarını düzgün tədbiq etməmişdir; Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi nin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən qətnamə ləğv edilməli və iddia tələbi rədd edilməlidir” kimi mövqelər qeyd olunmaqla, nəticə hissəsi aşağıdakı məzmunda qət olunmuşdur: “İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, e-2(005)-3770/2021 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tədd edilsin...”.

37. Göründüyü kimi, apellyasiya məhkəməsinin mübahisənin hüquqi həllinə dair hansı qənaətdə olduğu, başqa sözlə birinci instansiya məhkəməsinin aktının maddi və prosessual hüquq normalarına uyğun çıxarılıb-çıxarılmadığı barədə yekun qənaəti ziddiyyətli formada əks olunmuşdur. Belə olan halda, qətnamənin nəticə hissəsinin məhk əmə kollegiyasının əsaslandırma hissəsindəki mövqeyini əks etdirib-etdirmədiyi müəyyən deyil.

38. Bu hallar Mülki Prosessual Məcəllənin qətnamənin məzmununa dair 220-ci və 392.1-ci maddələrinin pozulmasına dəlalət edir. Prosessual hüquq normalarının pozulması isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır (§ 29).

39. Kollegiya vurğulayır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının d üzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

40. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

41. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyət lər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

42. Kollegiya onu da bildirir ki, hazırkı işdə mübahisənin həllinə dair apellyasiya kollegiyasının mövqeyi ziddiyyətli olduğu üçün kassasiya şikayətinin dəlilləri üzrə əlavə araşdırma aparılmadan qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

46. Göstərilənlərə əsasən, MPM-in 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11669/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov İlqar Xələfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar