Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2474/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: sübutetmə yükünün düzgün bölüşdürülməməsi) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, İddiaçın cavabdeh X1rşı 08.09.2015-ci il tarixli, AC 516454 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus **-ZR-*** dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı, “Toyota Land-Cruiser-Prado” markalı avtomobilin dəyəri olaraq 34000 manat pulun cavabdeh X2 alınaraq ona verilməsi tələbinə dair Ba kı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1620/2020 nömrəli 06 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 08.09.2015-ci il tarixli, AC 516454 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında **-ZR-*** dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı, “Toyota Land-Cruiser-Prado” markalı avtomobil iddiaçının xüsusi mülkiyyətində olmuşdur. 21.04.2018-ci il tarixdə iddiaçı tanışı X4 sözügedən avtomobilə dair etibarnamə vermişdir. Həmin etibarnamə 25.07.2018-ci il tarixdə 2 saylı ASAN xidmət mərkəzinin notariat kontoruna ləğv edilmişdir. İddiaçı israr edir ki, cavabdeh avtomaşını ona qaytarmamış, başqa şəxsə satmış və pulunu da ona verməmişdir. Ona görə hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdeh X1rşı əmlakın mülkiyyətçi olmayan şəxsdən alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
3. Məhkəmədə işə baxılarkən İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, məhkəmədən 08.09.2015-ci il tarixli, AC 516454 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus **-ZR-*** dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı, “Toyota Land-Cruiser-Prado” markalı avtomobilin dəyəri olaraq 34 000 manat pulun cavabdeh X2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, 08.09.2015-ci il tarixli, AC 516454 nömrəli nəqliy yat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə **-ZR-*** dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı, “Toyota Land-Cruiser-Prado” markalı avtomobil onun xüsusi mülkiyyətindədir. 21.04.2018-ci il tarixdə tanışı olan cavabdeh X4 sözügedən avtomobili idarə etməyə dair etibarnamə vermişdir. Həmin etibarnamənin ləğv edilməsi ilə bağlı tərəfindən 25.07.2018ci il tarixdə 2 saylı ASAN xidmət mərkəzinin notariat kontoruna müraciət olunmuşdur. Həmin kontorun 1575 saylı, 25.07.2018-ci il tarixli məktubuna əsasən həmin etibarnamə ləğv edilmişdir. Buna baxmayaraq avtomobil cavabdehin sahibliyində qalmışdır. Dəfələrlə avtomobilin qaytarılması barədə cavabdehi xəbərdar etsə də cavabdeh avtomobili qaytarmamışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh avtomaşını başqa şəxsə satmışdır. Ona görə də 08.09.2015-c i il tarixli, AC 516454 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən ona məxsus **-ZR-*** dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı, “Toyota Land-Cruiser-Prado” markalı avtomobilin dəyəri olaraq 34 000 manat pulun cavabdeh X2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
5. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-814/2020 saylı iş üzrə 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İ.Burcayev) iddia tələbi təmin edilməmişdir.
6. İddia tələbini rədd edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki İ icraat
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər R.Qurbanov sədrlik edən və məruzəçi, C.Yusifov və V.Baxışova) 06 oktyabr 2020-ci il tarixli 2(103)1620/2020 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-814/2019 saylı mülki iş üzrə qəbul etdiyi 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iddia qismən təmin edilmiş, cavabdeh X2 11000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manatın cavabdeh X2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
8. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1, 362.1. 443.1, Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlill əri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı X3 apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək, iddianın həmin hissədə də təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehdən 11000 manat tutulması ilə bağlı gəldiyi nəticə əsassızdır. Belə ki, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 08 sentyabr 2020-ci il tarixli 9/2498 saylı ekspert rəyinə əsasən sözügedən avtomobilin bazar qiymətinin 36000 manat olduğu müəyyən edilmişdir. Avtomobilin dəyərinin 11000 manat olması üçün həmin avtomobilin tamamilə yararsız olması və dəmir kimi satılması lazımdır. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin
13. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
14. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
16. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxm ış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
19. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kas sasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. İşin məhkəmələr tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, **-ZR*** dövlət nömrə nişanlı, 2009-cu il buraxılışlı, “Toyota Land-Cruiser-Prado” markalı avtomobil iddiaçının xüsusi mülkiyyətində olmuşdur. 21.04.2018-ci il tarixdə iddiaçı tanışı X4 sözügedən avtomobilə dair etibarnamə vermişdir. Həmin etibarnamə 25.07.2018-ci il tarixdə 2 saylı ASAN xidmət mərkəzinin notariat kontoruna ləğv edilmişdir. Həmin avtomobil 3-cü bir şəxsə satılmış, avtomaşının dəyəri mülkiyətçiyə verilməmişdir.
22. Ona görə Apelyasiya Məhkəməsi belə qənaətə gəlmişdir ki, avtomaşının dəyəri olan 11.000 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmin qətnamə ilə cavabdeh razılaşaraq şikayət verməmiş, yenə iddiaçı şikayət verərək avtomaşının dəyərinin düzgün müəyyən edilmədiyini bildirir.
23. Apelyasiya Məhkəməsi avtomaşının dəyərini cavabdehin 1-ci instansiya məhkəməsində vermiş olduğu izahatına əsaslanaraq müəyyən etmişdir. Məhkəmə qeyd etmişdir ki, cavabdeh bildirir ki, o, iddiaçıya 11.000 manat məbləği ndə pul vəsaiti ödəyərək avtomobili əldə etmişdir. Bu baxımdan kollegiya hesab etmişdir ki, avtomobilin dəyəri ilə bağlı iddiaçının istinad etdiyi halları təsdiq edən heç bir sübut olmadığından, avtomobilin dəyərinin məhz cavabdehin etiraf etdiyi 11000 manat məbləğində olması qəbul edilməli və yuxarıda göstərilən əsaslara görə həmin məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə kollegiyası sübutetmə vəzifəsinin bu qaydada bölşüdürülməsi ilə əlaqədar Apelyasiya Məhkəməsinin mövqeyi ilə razılaşmır. Beləki, iddiaçı avtomaşının mülkiyyətçisidir və cavabdehin adına etibaramə vermişdir. Cavabdeh həmin etibarnamədən istifadə edərək avtomaşını satdığı üçün mülkiyyətçi avtomaşının dəyərini tələb edir. İddiaçı öz üzərinə düşən sübutetmə vəzifəsinin öhdəsindən gəlmiş, avtomaşının ona məxsus olmasını, cavabdehin onu başqa şəxsə sataraq pulunu ona vermədiyini sübuta yetirmişdir (məhkəmənin qənaəti belə olmuşdur və cavabdeh ondan şikayət verməmişdir). Həm də məhkəmə avtomaşının mülkiyyətçinin razılığı ilə satılması halını da müəyyən etməmişdir. Məhkəmənin qənaəti belə olmuşdur ki, cavabdeh iddiaçının adından çıxış etməklə avtomaşını sataraq pulunu mülkiyətçiəyə verməmişdir. Belə olan təqdirdə avtomaşının real dəyəri və hansı qiymətə satılmasını cavabdeh sübut etməlidir.
25. Hətta, məhkəmələr müəyyən etmiş olsaydılar ki, cavabdeh avtomaşını iddiaçının razılığı ilə satmışdır, yenə də, avtomaşının hansı qiymətə satılmasını sübutetmə yükü cavabdehin üzərinə düşürdü.
26. Avtomobilin dəyərinin müəyyən edilməsi ilə bağlı apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünas lıq ekspertizası təyin edilmiş və ekspert qarşısında 2009-cu il buraxılışlı, ağ mirvari rəngli, mühərrikin həcmi 2700 sm3 olan “Toyota Land-CruiserPrado” markalı avtomobilin 2018-ci ilin aprel və iyun aylarına aid bazar qiymətinin nə qədər təşkil etməsi və buraxılış ili, rəngi, göstəriciləri və markası eyni olan, lakin mülki işin 69-71-ci vərəqələrindəki fotoşəkillərdə əks olunan qəzalı vəziyyətdə olan avtomobilin 2018-ci ilin aprel və iyun aylarına aid bazar qiymətinin nə qədər təşkil etməsi ilə bağlı suallar qoyulmuşdur. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 sentyabr 2020ci il tarixli 9/2498 saylı ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim olunmayan, “Toyota Land-Cruiser-Prado” markalı ağ mirvari rəngli, mühərrikin həcmi 2700 sm3 olan, 2009-cu il buraxılışlı normal vəziyyətdə saxlanılmış istifadəyə yararlı avtomobilin 2018-ci il tarixə orta bazar qiyməti təxminən 36000 manat müəyyən olunur. Eyni zamanda ekspert qarşısında qoyulmuş 2-ci sual üzrə tədqiqat aparılmamışdır.
27. Bundan başqa, iddiaçı avtomaşını vurulmuş vəziyətdə cavabdehə təhvil verdiyini inkar etməmişdir. Lakin, avtomaşını hansı vəziyyətdə, nə məqsədlə, hansı şərtlərlə cavabdehə təhvil verməsinə aydınlıq gətirməmişdir. Cavabdeh isə avtomaşını iddiaçıdan satın aldığını bildirmiş və işə baxan 1-ci instansiya məhkəməsi cavabdehin prosesdə iştirak etməsinə baxmayaraq tərəflər arasında avtomaşınla bağlı baş tutumuş münasibətləri aydınlaşdırmaq üçün heç bir sual-cavab aparmamışdır. Nəticə etibarı ilə avtomaşınla bağlı tərəflər arasında baş vermiş münasibətlər aydınlaşdırılmadan qalmışdır. Əs lində, sübutemtə vəzifəsinin bölüşdürülməsi üçün həmin halların da əhəmiyyəti var idi. Beləki, avtomaşın vurulmuş vəziyyətdə təhvil verilmişdirsə, iddiaçı onun hansı vəziyyətdə təhvil verilməsini sübut etməlidir ki, ekspert avtomaşının həmin vəziyyətdə dəyərini müəyyən edə bilsin. Avtomaşın saz vəziyyətdə, satılması üçün, təmir olunması üçün təhvil verilmişdirsə, onda avtomaşının hansı qiymətə satılmasını (çünki iddiaçı avtomaşının dəyərini tələb edir) cavabdeh sübut etməlidir.
28. Göründüyü kimi işə baxan Apelyasiya Məhkəməsi sübutetmə vəzifəsini bölüşdürərkən tərəflər arasında mövcud olmuş münasibətlərdən çıxış etmədiyindən qəbul edilmiş qərar əsaslı hesab oluna bilməz.
29. Məhkəmə kollegiası bir məsələni də qeyd edir ki, kassasiya şikayəti iddianın təmin olunmayan hissəsi ilə bağlıdır. Yəni iddiaçı avtomaşına görə 34.000 manat tələb edirdi və məhkəmə 11.000 manat pul tutmuşdur. Ona görə iddiaçı 23.000 manat tələbin rədd edilməsi ilə bağlı hissədən şikayət edir. Kollegiya hesab edir ki, iddianın təmin olunan və olunmayan hissəsi hazırkı qərarda şərh edilən sübutemtə yükünün bölüşdürülməsindən bilavasitə asılı olduğu üçün və eləcə də iddiaçı qətnamənin ləğvini tələb etdiyindən qətnamə bütövlükdə ləğv olunaraq iş yeni məhkəmə baxışına göndərilməlidir. Bu yerdə məhkəmə onu da nəzərə alır ki, hər bir halda gələcəkdə tutulmalı olan məbləğ 11.000 manatdan aşağı olmayacaqdır (çünki cavabdeh avtomaşının dəyərini həmin məbləğdə etiraf edib).
30. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolleg iyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1620/2020 nömrəli iş üzrə 06 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq, iş yenidən baxılması üçün apellyasiya baxışına göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.