Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2474/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin zəbtdən azad edilməsi, torpaq sahəsinin sahibliyə qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim (məruzəçi) oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh X2 qarşı mülkiyyətlərində olan torpaq sahəsinin zəbtdən azad edilməsi, sahibliyə qaytarılması və 4000 manat əldən çıxan faydanın ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki k ollegiyasının 2(106)-2662/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə JN 0035 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Lənkəran rayonu Daşdatük kəndində 0,44 ha kənd təsərrüfatı istehsalı üçün payı bəlli torpaq sahəsi verilmişdir.
2. Cavabdeh X4 2012-ci ilin avqust ayında qonşu ərazidə yerləşən dövlət mülkiyyətində olan 0,17 ha torpaq sahəsinin 0,1 ha torpaq sahəsini özəlləşdirərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* saylı Çıxarış almışdır. Cavabdehin istifadəsində olan 0,17 ha dövlət mülkiyyətində olan torpaq sahəsi ilə ümumi paylı mülkiyyətlərində olan torpaq sahəsi həmsərhəddir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X2 qarşı (üçüncü şəxslər X5, X10, X11, X12) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən Lənkəran rayon Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə JN 0035 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Lənkəran rayonu Daşdatük kəndində 0,44 ha kənd təsərrüfatı istehsalı üçün nəzərdə tutulmuş mülkiyyətlərində olan payı bəlli torpaq sahəsinin zəbtdən azad edilməsi, torpa q sahəsinin sahibliyə qaytarılması, 4000 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onlara payı bəlli torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin hüdudları çinar ağacları ilə əhatələnmişdir. Həmin torpaq sahəsində 2012-ci ilə qədər tərəvəz, bostan bitkiləri əkib becərmişlər. Həmin ərazidə 40 ədəd kivi və 3 ədəd şaftalı ağacları əkmişlər. Hər il kivi ağaclarından və digər əkinlərdən torpaqdan il ərzində ən azı 500-700 manat məbləğində fayda götürmüşlər.
5. Cavabdeh X4 2012-ci ilin avqust ayında qonşu ərazidə yerləşən dövlət mülkiyyətində olan 0,17 ha torpaq sahəsinin 0,1 ha torpaq sahəsini özəlləşdirərək, həmin torpaq sahəsinin üzərində Meşə Mühafizəsi və Bərpası İdarəsinin balansında olan 1983cü ildə tikilmiş, əvvəllər qonaq evi kimi fəaliyyət göstərmiş ümumi sahəsi 63,3 kv.m olan birmərtəbəli yaşayış evini almışdır. Sözügedən fərdi yaşayış evinə mülkiyyətə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən RX seriyalı, ******* saylı Çıxarış almışdır.
6. Cavabdehin istifadəsində olan 0,17 ha dövlət mülkiyyətində olan torpaq sahəsi ilə ümumi paylı mülkiyyətlərində olan torpaq sahəsi həmsərhəddir. Cavabdeh həmin qonşu ərazidə yerləşən torpaq sahəsini aldıqdan sonra mülkiyyətlərində olan torpaq sahəsini ona satmağı təklif etmişlər. Onlar torpaq sahəsini satmaq niyyətlərinin olmadığını bəyan etdikdən sonra cavabdeh mülkiyyətlərində olan torpaq sahəsini zəbt etmişdir.
7. Müraciətləri əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmə kdaşları torpaq sahəsinə baxış keçirərək həmin torpaq sahəsinin onlara məxsus olması göstərilmişdir. Hazırda cavabdeh tərəfindən həmin əraziyə bir yük avtomaşını mişar daşı tökülmüşdür. Həmin əraziyə qarovulçu təyin etmişdir. Həmin şəxs onlara mülkiyyətlərində olan torpaq sahəsinə daxil olmağa imkan vermir.
8. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində faktiki 6 ilə yaxın müddətdə mülkiyyətdən məhrum edilmişlər. Dəfələrlə cavabdehdən torpağın zəbtdən azad edilməsi və sahibliyə qaytarılmasını tələb etmişlər.
9. Mülkiyyətçi kimi qanuni sənədlərə malik olduqları halda, cavabdehin qanunsuz əməlləri ilə mülkiyyət hüquqları pozulmuşdur. Onlar bu müddətdə həmin torpaq sahələrində tərəvəz və bostan bitkiləri əkərək həm öz şəxsi tələbatlarını ödəyər, artıq qalan məhsulları isə əmtəəyə çevirə bilər dilər. Lakin, bütün bunlardan da məhrum olmuşlar.
10. Lənkəran Rayon Məhkəməsinin 2(049)-4208/2018 nömrəli iş üzrə 12 oktyabr 2018-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məktubları ilə müvafiq mütəxəssis rəyləri daxil olmadığından mülki iş geri qaytarılmışdır. 12 Arərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Lənkəran Rayon Məhkəməsinə ünvanlanmış 12.07.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən mübahisəli torpaq sahəsi Hirkan Milli Parkının ərazisinə aiddir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətində olan Lənkəran rayonu, Daşdatük kəndində yerləşən 0,44 ha torpaq sahəsi X4 tərəfindən istifadə olunmur. İddiaçılar İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətində olan Lənkəran rayonu, Daşdatük kəndində yerləşən kod 80208038, JN-0035 saylı Torpağa mülkiyyət hüququna Dövlət Aktına əsasən 0,44 ha torpaq sahəsi cavabdeh hesab etdikləri X4 tərəfindən istifadə edilmir. Cavabdeh hesab etdikləri X1 istifadə etdiyi torpaq sahəsi, iddiaçılar İddiaçı1 və onun ailə üzvlərinin mülkiyyətinə olan kod 802080038, JN-0035 saylı Torpağa mülkiyyət hüququna Dövlət Aktına əsasən 0,44 ha torpaq ilə üst-üstə düşmür. 13. "xxxx" MMC tərəfindən verilmiş 14.09.2020-ci il tarixli mütəxəssis rəyinə əsasən 1. iddiaçıya məxsus Lənkəran rayonu, Daşdatük kəndində yerləşən 0,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN0035 KOD 80208038 №-li torpağa mülkiyyət hüququna şəhadətnamədə göstərilən koordinatl ar daxilində yerləşir.
2. X9 oğlunun istifadəsində olan Lənkəran rayonu, Daşdatük kəndində yerləşən 0,17 ha torpaq sahəsinin koordinatları RX ******* seriyalı DƏDRX-dən Çıxarışda göstərilən koordinatlar daxilində yerləşir.
3. İddiaçı1 və onun ailə üzvləri İddiaçı3, İddiaçı2 və üçüncü şəxslər Rəhimova Şəmsiyyə Ağaşirin qızı, X8, X16 oğlu, X6 istifadə etdiyi Lənkəran rayonu Daşdatük kəndində yerləşən 0,44 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları, X3 istifadəsində olan Lənkəran rayonu, Daşdatük kəndində yerləşən 0,17 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşmür. Abdullayev Mənsufulla Ağasən oğlunun istifadəsində olan Lənkəran rayonu, Daşdatük kəndində RX ******* seriyalı DƏDRX-dən Çıxarışda göstərilən koordinatlar daxilində qeydiyyatdan keçmiş fərdi yaşayış evi mö vcuddur. Həmin tikilidən əlavə hal hazırda 0,17 ha istifadəsində torpaq sahəsinin kənarında 1 mərtəbəli tikililər inşa edilmişdir. İnşa edilmiş tikililər iddiaçıların torpaq sahələrinə düşmür.
14. Lənkəran Rayon Məhkəməsinin 2(049)-12/2021 nömrəli iş üzrə 30 mart 2021ci il tarixli qətnaməsi ilə (hakim R.İddiaçı1) iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X2 qarşı mülkiyyətdə olan torpaq sahəsinin zəbtdən azad edilməsi, sahibliyə qaytarılması və əldən çıxan faydanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.
15. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar onların qanuni mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbtdən azad edilməsini bildirsələr də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişlər.
16. Göründüyü kimi MM-nin 157.2-c i maddəsinə nəzərdə tutulmuş 2-ci dispozisiya şərti, yəni « Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli» olmasına dair dispozisiya şərti hər hansı sübutla öz təsdiqini tapmır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişlər.
18. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-2662/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Z.Allahyarov (sədrlik edən və məruzəçi), Z.Zeynalov və M.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-12/2021 nömrəli iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 kassasiya şikayəti verərək, qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Torpaq Məcəlləsi
24. Maddə
84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
25. Maddə
111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
30. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətb iq edilməsini yoxlayır Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
32. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və iddiaçılar tərəfindən apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 33.Mübahisəli hüquq münasibəti mülkiyyət hüququnun pozulması və bunun nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara həmin münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.2, 21, 1096, 1097-ci maddələrinin və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84, 111-ci maddələrinin tələbləri baxımından qiymət verərək iddianın əsassız olması barədə nəticəyə gəlmişdir.
34. Qanunun göstərilən normalarının tələbinə görə mülkiyyət hüququnun pozuntusu o zaman baş verir ki, bu hüququn həyata keçirilməsinə hər hansı şəkildə qanunun ziddinə olaraq maneələr yaradılır, hüquqdan məhrum etmə və s. baş verir.
35. Mülkiyyət hüququ, o cümlədən torpaq sahəsi üzərində mülkiyyət hüququ qanunla qorunur və müdafi ə olunur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına və bu hüquqdan məhrum etməyə yalnız qanunda nəzərdə tutulmuş hallarda yol verilir.
36. İddiaçı1 qeyrilərinin (iddiaçıların) iddia etmələrinə görə cavabdeh tərəfindən onlara məxsus torpaq sahəsi zəbt olunmuş və nəticədə onlara əldən çıxmış fayda şəklində maddi ziyan dəymişdir.
37. Həmin tələblə bağlı apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsi zəbt olunmamış və ondan istifadə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. İddiaçılar onlara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunması və ya istifadə olunması barədə məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş və tələblərinin əsaslı olmasını sübuta yetirə bilməmişlər.
39. Belə olduqda, cavabdehin iddiaçılara əldən çıxmış fayda şəklində ziyan vurması da istisna olunduğundan apellyasiya instansiyası məhkəməsi iddianı həmin hissədə də əsassız saymışdır. 40.Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəmənin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-2662/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.