Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2475/2021 20.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi Nəcəfov Cahid Hüseyn oğlunun (maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-2475/21 (Açar sözlər: iş stajı hüquqi əhəmiyyətli faktın təsdiqi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, Ərizəçi və onun vəkili Abbaszadə Rəhim İsaq oğlunun iştirakları ilə, Ərizəçi Nəcəfov Cahid Hüseyn oğlu (maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5271/2020 nömrəli, 29 sentyabr 2020-ci il tarixli qətnaməsindən maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi 1972-ci ildən 1992-ci ilədək Ağdam rayonu, kolxozlararası idarəsində çilingər işləmişdir. Təqaüd almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə müraciət etmiş, orada ona əmək kitabçasını təqdim etməli olduğu bildirilərək müraciətinə imtina cavabı verilmişdir. Əmək kitabçası Ağdam rayonu işğal olunduğundan, onun bərpa edilməsi mümkün olmamışdır. Hazırda təqaüd almağı ilə əlaqədar iş stajının olmasına dair faktın hüquqi əhəmiyyəti olduğundan məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1972-ci ildən 1992-ci ilədək Ağdam rayonu kolxozlararası tikinti idarəsində çilingər vəzifəsində işləməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə belə əsaslandırılmışdır: o, 1972-ci ildən 1992-ci ilədək Ağdam rayonu, kolxozlararası idarəsində çilingər işləmişdir. Təqaüd almaq üçün Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinə müraciət etmiş, orada ona əmək kitabçasını təqdim etməli olduğu bildirilərək müraciətinə imtina cavabı verilmişdir. Ağdam rayonu işğal olunduğundan əmək kitab çasının bərpa edilməsi mümkün olmamışdır. Hazırda təqaüd almağı ilə əlaqədar iş stajının olmasına dair faktın hüquqi əhəmiyyəti vardır. O, isə bu faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmir.
4. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim E.Mustafayev) ərizə təmin edilmişdir.
5. Məhkəmə ərizəni təmin edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 307.1, 308, 311-ci maddələrinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsi MK-nın 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər- E.Mehdiyev (sərlik edən və məruzəçi), Ş.Məmmədova və X.Sarıyev ) Binəqədi Rayon Məhkəməsinin 2(001)-2024/2020 saylı mülki iş üzrə 11 mart 2020-ci il tarixli qətnaməsi də yişdirilmədən saxlanılmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
8. Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi kasasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və ərizənin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Ərizəçi və onun vəkili Abbaszadə Rəhim İsaq oğlu kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
12. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iştirak etməmiş, məhkəmə kollegiyası MPM-in 415.3cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları süb utların bir növü kimi qəbul olunur.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
17. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
18. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin ba şqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır.
19. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
20. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
21. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Az ərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək müm kün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. 23. 2006-cı ilədək qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir.
24. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il, 03 saylı Qərarının 13.4-cü bəndinə görə, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetiri lməlidir. Kassasiya baxışının hədləri
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ərizəni təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.
27. Belə ki, tədq iq edilmiş işin halları ilə təsdiq edilmişdir ki, ərizəçi Nəcəfov Cahid Hüseyn oğlu həqiqətən 1972-ci ildən 1992-ci ilədək Ağdam rayon Kolxozlararası Tikinti İdarəsində çilingər vəzifəsində işləmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası “xxxx” ASC tərəfindən verilmiş 18 saylı, 14.09.2020-ci il tarixli arayışa əsasən, Ağdam Mexanikləşdirilmiş Tikinti Sahəsinin adı (Aqdamskoe MSU) Azərbaycan SSR Dövlət Aqrarsənaye Komitəsinin 21.04.1986-cı il tarixli əmrinə əsasən dəyişdirilərək Ağdam- 42 saylı Mexanikləşdirilmiş Dəstə adlandırılmışdır (bıvşiy Aqdamskoe MSU,MPMK-42 qorod Aqdam). Məlumat üçün bildirilmişdir ki, Ağdam Mexanikləşdirilmiş Tikinti Sahəsi (Ağdam 42 saylı Mexanikləşdirilmiş Dəstə) hal-hazırda “xxxx” ASC adlanan təşkilatın struk tur vahidi olub.
28. Məhkəmə iclaslarına ərizəçi tərəfindən dəvət edilmiş şahidlər ərizəçinin həqiqətən 1972-ci ildən 1992-ci ilədək Ağdam rayon Kolxozlararası Tikinti İdarəsində çilingər vəzifəsində işləməsini təsdiq etmişlər.
29. Beləliklə, maraqlı şəxsin kassasiya şikayətindəki dəlilləri işin halları və qanunvericiliyin tələblərinə əsasən təkzib olunmuşdur.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5271/2020 nömrəli iş üzrə 29 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.