Məhkəmə qərarları › İş №2(102)-2475/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2475/2024

24.09.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2475/2024 24.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): torpaq sahəsinin boşaldıması, mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması ilə bağlı tələb (neqator iddia) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1902/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İŞİN HALLARİ

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. X1 və İddiaçı arasında bağlanılmış xx.xx.2019-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən sonuncuya ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0295 ha olan torpaq sahəsi satılmışdır;

3. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,0295 ha olan torpaq sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır;

4. XXX Qədir Seyfulla oğlu və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış bağışlanma müqaviləsinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova küçəsi, ev 3C (yeni qaydalarla - ünvan 2 ünvanında yerl əşən, ümumi sahəsi 0,0953 ha olan torpaq sahəsinin 0,04 ha sahəsi Cavabdeh bağışlanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı “hasarın sökülməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş hasarın cavabdehin hesabına dərhal sökülməsi, habelə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmət Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisin xx.xx.2023-cü il tarixli, **********88 nömrəli məktubuna əlavə edilmiş izahlı eskizdə göstərilən ümumi sahəsi 57,5 kv.m. olan torpaq sahəsinin boşaldılması və iddiaçın ın torpaq sahəsindən istifadə və sahibliyinə olan maneələrin dayandırılması, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, ekspertiza xərcinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı torpaq sahəsini 3 tərəfdən hasarlamış, ümumi istifadədə olan yol dar olduğundan, bir tərəfi tikinti işləri apara bilmək üçün hasarlamamışdır. Bir müddət sonra iddiaçı qanunla sahiblik etdiyi torpaq sahəsinə gəldikdə məlum olmuşdur ki, qonşu sahənin mülkiyyətçisi onu hasarlamadığı tərəfdən torpaq sahəsininin bir hissəsini, habelə onun torpaq sahəsinə gedən ümumi istifadədə olan yolu zəbt etmişdir.

7. Birinci instansiya məhkəməsindəki icraatda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddia tam əsassızdır. İş üzrə nə mütəxəssis rəyində, nə də ekspert rəyində cavabdeh tərəfindən torpaq sahəsinin zəbt edilməsinə toxunulmamışdır, zəbtlə bağlı hər hansı müddəa olmamışdır. Ekspert rəyinə əsasən hasar qanunauyğun olaraq tikilmişdir. Təqdim edilmiş foto şəkillərdən də göründüyü kimi, hasar əvvəllər orada mövcud olmuş, hasarın mövcudluğu iddiaçının həmin torpaq sahəsinə hüquqlarının realizəsinə maneə yaratmır. Cavabdehin həmin torpaq sahəsinə hüquqları iddiaçının hüquqlarından əvvəl yaranmışdır. Digər tərəfdən hazırkı iddia tələbi Cavabdeh qarşı deyil, hüquqi sənədi verən müvafiq dövlət orqanına yönəlməlidir.

8. Məhkəmənin xx.xx.2022-ci il tarixli, e-2(008)-5014/2022 nömrəli qərardadı əsasında, Daşınmaz Əmla kın Dövlət Kadastrı və Reyestri PHŞ-nin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və ona əlavə edilmiş izahlı eskiz nəzərə alınmaqla məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/1868 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 62A saylı torpaq sahəsinin və qonşuluqda yerləşən Cavabdeh mülkiyyətində olan **********91 reyestr nömrəsi ilə dövlət qeydiyyatına alınmış torpaq sahəsinin hər birinin ayrı-ayrılıqda olmaqla sərhədləri və sahələri müəyyən olunmuşdur. İddiaçı mülkiyyətində olan 0.0295 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0.04 ha torpaq sahələri qonşu torpaq sahələri olmaqla sənəd üzrə üst-üstə düşmür. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən mübahisə pre dmeti olan hasar tikilisinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunur. Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş müvafiq mütəxəssis rəyinə əlavə edilmiş sxemdə hasar tikilisinə dair hər hansı bir məlumat olmadığından, qeyd olunan hasar tikilisinin iddiaçıya məxsus torpaq sahəsinin, yaxud ümumi istifadədə olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmamışdır. Lakin, yuxarıda qeyd olunan mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən İddiaçı mülkiyyətində olan 0,0295 ha torpaq sahəsinin 57.5 kv.m. hissəsi Cavabdeh tərəfindən istifadə olunur. 9. 23. 11.2023-cü il tarixdə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı ünvan 3 ünvanında Cavabdeh yaşadığı iki mərtəbədən ibarət ev, evin həyətyanı sahəsi və sağ tərəfdə daş hasarın olduğu, həmçinin həmin hasardan sağ tərəfdə iddiaçıya məxsus daş hasarla əhatələnmiş dörd hissədən ibarət torpaq sahəsinin yerləşdiyi müəyyən edilmişdir. Ekspert və mütəxəssisin iştirakı təmin edilmədiyindən, sözügedən hasarın iddiaçıya məxsus torpaq sahəsində inşa edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Bununla belə, Cavabdeh mübahisənin sülh yolu ilə həlli, qonşular arasında gərgin münasibətin davam etməməsi üçün tərəfindən həmin hasarın yerinin bir neçə santimetrlik dəyişdirilməsinin mümkün olduğunu məhkəmənin diqqətinə çatdırmış, lakin iddia tərəfi həmin təklifi qəbul etməmişdir.

10. Bakı şəhər i Sabunçu Rayon Məhkəməsinin (hakim Həqiqət Mahmudova) 2(008)478/2023 nömrəli işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi ünvanında yerləşən, ümumi sahəsi 0,0295 ha olan 62A saylı torpaq sahəsinin Cavabdeh faktiki istifadəsində olan 57,5 kv.m. hissəsi cavabdehin hesabına boşaldılaraq, iddiaçıya qaytarılması, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsi, 62A ünvanında yerləşən və Cavabdeh faktiki istifadəsində olan 57,5 kv.m. torpaq sahəsindən iddiaçının istifadə və sahibliyinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İdd iaçı ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, iş üzrə alınmış ekspert rəyi elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla tərtib edilmişdir və işin məhkəmə araşdırması zamanı müəyyən olunmuş halları ilə üst-üstə düşür. Məhkəmə ekspert rəyini obyektiv, qərəzsiz və hərtərəfli olaraq qiymətləndirməklə, həmçinin iş üzrə müəyyən olunmuş halları da araşdırmaqla belə qənaətə gəlmişdir ki, iddia qismən - sübuta yetirilən hissədə təmin edilərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qə səbəsi, Mikayıl Müşfiq küçəsi ünvanında yerləşən, ümumi sahəsi 0,0295 ha olan 62A saylı torpaq sahəsinin faktiki Cavabdeh qanunsuz istifadəsində olan 57,5 kv.m torpaq hissəsi cavabdehin hesabına boşaldılmalı və iddiaçının həmin hissədə torpaq sahəsindən istifadə və sahibliyinə olan maneə aradan qaldırılmalıdır.

12. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən qeyri-qanuni tikilmiş hasarın cavabdehin hesabına dərhal sökülməsi tələbi təmin edilə bilməz. Belə ki, ekspert rəyində hasar tikilisinin iddiaçıya məxsus torpaq sahəsinin, yaxud ümumi istifadədə olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etməyin mümkün olmadığı, eyni zamanda sözügedən hasarın Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinin tələblərinə uyğun inşa edildiyi qeyd edilmişdir.

13. Məhk əmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4, 152.5, 157.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv və iddianın tam şəkildə rədd edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayətinin dəlillərinə görə, ekspertiza rəyinə əsasən hər iki torpaq sahələrinin sərhədləri üst-üstə düşməmişdir, iddianın qismən təmin olunmuş hissəsinin hansı əsasla müəyyən edilməsi tam qanunsuzdur. Apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmalı olan hal kimi cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin də müəyyən edilməli ol masıdır. İddiaçının torpaq sahəsinə mülkiyyət hüquqları cavabdehin öz torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasından 2 ay sonra əmələ gəlmişdir ki, burada nə zəbt nə də ki, qanunsuz istifadədən söhbət belə gedə bilməz. İşə baxan birinci instansiya məhkəməsi konstitusion hüququ və onun tərkibi olan mülkiyyətdən sərbəst istifadə etmək hüququnun nəzər almayaraq, ciddi maddi pozuntuya yol vermişdir. Belə ki, məhkəmə MM-nin qeyd edilən müddəalarına istinad etməyinə baxmayaraq, bunu hər hansı bir formada əsaslandırmayaraq, formal olaraq qətnamə qəbul etmişdir. Məhkəmə sadəcə olaraq qeyd edilən maddi normaları sadalamaqla kifayətlənmiş, iddianın qismən təmin edilməli olmasını formal mülahizəsi ilə qəbul etmişdir. Halbuki, mülki mübahisənin həlli yolu kimi, iki qonşu arasında yaranmış i xtilafın həllinə nail ola bilər, hər iki torpaq sahələrinin girişinin müəyyən edilməsinə dair mövqe bildirməklə mübahisənin həll edilməsinə nail olmaq olardı. Sübutların qiymətləndirilməsinin məhkəmə qətnaməsində ifadəsini tapması mülki prosessual qanunvericiliyin tələblərindən biridir. Azərbaycan Respublikası MPM-nin 220-ci maddəsi tələb edir ki, məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri göstərilməlidir. Birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi həmin tələblərə cavab vermir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində hansı faktiki halların məhkəmə də araşdırılan hansı sübutlar əsasında müəyyənləşdirildiyi göstərilməmiş və ya qətnamədə qeyd olunan dəlillər müəyyən edilən faktiki hallara uyğun olmamışdır. Xüsusilə nəzərə alınmalıdır ki, mülki iş üzrə müvafiq ekspert rəyi olmağına baxmayaraq və həmin rəyə əsasən qonşu torpaq sahələri olmaqla sənəd üzrə üst-üstə düşməməsi müəyyən edildiyi halda məhkəmə buna hər hansı qiymət verməmiş və beləliklə də maddi pozuntularla yanaşı həm də ciddi prosessual pozuntulara yol vermişdir.Həmçinin, məhkəmə yalnız iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə bağlı ekspertiza təyin etmiş, cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə bağlı, məsələn, Cavabdeh mülkiyyətində olan 0,04 ha-dan ibarət torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi ilə bağlı hər hansı tədbir görməmiş, bununla bağlı araşdırma etməmişdir. Məhkəmə öz qətnaməsini yalnız iddiaçının verdiyi izahata və onun tərəfindən təqdim edilmiş sənədlərə uyğun, xüsusən də müvafiq ekspertiza rəyini təhrif etməklə qəbul etmiş, işin aydınlaşdırılmalı olan halları kimi cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə müdaxilənin hansı əsaslarla olmasını araşdırmamışdır. Məhkəmədə sübut edilməmişdir ki, cavabdeh iddiaçının torpaq sahəsindən hansı hədlərdə istifadə edir ki, sonuncunun hüquqları pozulmuş olsun. Belə ki, hər iki torpaq sahələri tədqiqat obyekti olmaqla ilk öncə onların hər birinin sərhədləri müəyyən edilməklə torpaqdan guya qanunsuz istifadənin hansı formada olması araşdırılmamışdır.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fuad Talışinski - sədrlik edən və məruzəçi, Azad İmanov və Məmməd M əmmədov) 2(103)-1902/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-478/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qanunvericiliyə müvafiq faktiki hallara dair ziddiyyətli dəlillər müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid məsələlərdir ki, bu ixtisaslaşmış orqanın mütəxəssisi tərəfindən müvafiq cizgi tərtib edilmiş və cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinə müdaxilə öz təsdiqini tapmış, ekspertiza bu halı təsdiq etmiş və bu halı istisna edən xülasə müəyyən etməmiş, cavabdeh də bunu istisna edən (alternativ mütəxəssis, ekspert rəyi və sair) sübut təqdim e tmədiyindən, əlavə ekspertizanın aparılması üçün əsaslar və ya iş üzrə fərqli qənaət müəyyən edilməmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, apellyasiya icraatı zamanı əlavə tədqiqatlar aparılmasına isə zərurət yoxdur və iddiaçıya məxsus torpaq sahəsinin məhz mübahisə edilən torpaq sahəsi (hissəsi) ilə eyni olduğu mütəxəssis rəyi (cizgi) ilə təsdiq edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş sxemə əsasən iddiaçının mülkiyyətində olan 0,0295 ha torpaq sahəsinin 57.5 kv.m. hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edi lmiş, bu rəy əsasında tərtib edilmiş ekspert rəyində isə torpaq sahəsinin hər birinin ayrıayrılıqda olmaqla sərhədləri və sahələrinin müəyyən olunduğu, sənəd üzrə üst-üstə düşmədiyi, hasar tikilisinin Şəhərsalma və Tikinti tələblərinə uyğun inşa edildiyi, hasar tikilisinin iddiaçıya məxsus torpaq sahəsinin, yaxud ümumi istifadədə olan torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşməməsini müəyyən etmək mümkün olmadığını qeyd etsə də, mütəxəssis rəyini təsdiq etmişdir. Ekspert rəyi öz-özlüyündə ziddiyyətli olsa da, rəydə mütəxəssis rəyi inkar edilmədiyindən və ona istinad edildiyindən, iş üzrə əlavə ekspertizanın keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu sübut iddianın əsasını təşkil edir və cavabdeh bunu inzibati icraat qaydasında qeydiyyatı və mərzlənməni həyata keçirdikdən (müraciət etdikdən) sonra müvafiq icraat qaydasında mübahisələndirə bilər. Belə ki, cavabdeh mübahisə edilən torpaq sahəsinin ümumi istifadə üçün nəzərdə tutulduğunu və giriş-çıxışın burada yerləşdiyini bildirsə də, mütəxəssis və ya ekspert rəyində, habelə digər sübutlarla bu hal müəyyən edilməmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 139 -176, 178,179, 560; Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh (Vəkil3) ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə qətnamələri qanuni və əs aslı olmamış, tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Cavabdehin təqdim etdiyi sübutlara (şahid ifadələri və qiymətləndirilmə hesabatları) qiymət verilməmiş, iş birtərəfli olaraq iddiaçının lehinə əsaslandırılmışdır. Apellyasiya məhkəməsi tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Həmçinin işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Amma məhkəmə buna baxmayaraq bu ziddiyyəti aradan qaldırmamış və hazırkı qətnamə ilə cavabdehin mülkiyyət hüququnu pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. İddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətinə qarşı etiraz təqdim edərə k, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

24. Maddə 157.4.Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdir ildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qər ardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

29. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

33. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq ekspertiza rəyi əsasında bu qənaətə gəlmişlər ki, mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsinin 57,5 kv.m. hissəsi cavabdeh tərəfindən istifadə olunur. Bu səbəbdən iddiaçının həmin hissənin cavabdehin hesabına boşaldılaraq qaytarılması, oradan istifadə və sahibliyə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması tələbi qanuni və əsaslıdır.

34. Belə ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (§ 24).

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübut lar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin halla rının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

38. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1902/2024 nömrəli iş üzrə 18 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar