Məhkəmə qərarları › İş №2(102)-2475/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2475/2025

07.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2475/2025 07.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki кollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq, preyudisiallıq. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “evdən çıxarılma, evin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 fevral 2025-ci il tarixli 2(103)-1568/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tə rəfindən verilmiş kassasiya şikayətinə 7 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Abşeron rayonu Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli əmrinə əsasən, İddiaçı Binə qəsəbəsində fərdi yaşayış evi tikilməsi üçün 0,03 ha, X5 0,03 ha torpaq sahəsi ayrılmışdır.

2. X8 xx.xx.2022-ci il tarixli etibarnamə əsasında ona ayrılmış torpaq sahəsinin üzərindəki hüquqlarını xx.xx.2092-ci il tarixədək Cavabdeh2 vermişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-346/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 5 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X5 qəti olaraq 3 il 2 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-834/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı “ünvan 1 ünvanında yerləşən, 0,03 ha torpaq sahəsindən və onun üzərində inşa edilmiş tikilidən istifadə olunmasına, həmin torpaq sahəsində təmir-bərpa işlərinin aparılmasına tərəfindən yaradılmış qanunsuz maneələrin aradan qaldırılması” tələbinə iddiası rədd edilmişdir. Həmin qətnamə digər instansiya məhkəmləri tərəfindən qüvvədə saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayon donuz kökəltmə üzrə 12 iyul 1990-cı il əmri əsasında aldığı, ona məxsus 0,03 ha fərdi ev tikmək üçün həyətyanı torpaq sahəsində tikdiyi evdən cavabdehlərin çıxarılmaları və evin boşaldaraq ona təhvil verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayon donuz kökəltmə sovxozu üzrə 135 nömrəli 12 iyul 1990-cı il tarixli 1224 nömrəli əmrlə verilmiş 0,03 ha torpaq sahəsində inşa etdirdiyi evinə kənar ş əxslərin girmələri barədə ona məlumat verilmiş, evinin kim tərəfindən zəbt olunmasını araşdırmaq üçün Naxçıvan Muxtar Respublikasından Bakı şəhərinə gəlmiş, evinə getdikdə aydın olmuşdur girişdə müvəqqəti qoyduğu qapının sökülməsi, yerində darvaza qoyulmasını görmüşdür. Darvazanı sökərək çətinliklə Cavabdeh1 tapıb darvazasını aparmasını, evin ona məxsus olmasını bildirmişdir. Sənədləri istədikdə, qonşuların yanında dindirdikdə Cavabdeh1 aldadıldığını bildirmişdir. Buna görə də Cavabdeh1 və onun kimi bir neçə şəxsi aldadaraq ev satan şəxsi məhkəməyə vermişdir. Bakı şəhəri Xətai Rayonu Məhkəməsinin 1(011)-346/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünü Azərbaycan Respublikasının Ali Məhkəməsi də qüvvədə saxlayaraq Cavabdeh1ı aldadaraq satan şəxslərə cəza vermişdir. Hökmün 4-cü səhifəsində c avabdeh - Cavabdeh1 ona satılan torpaq sahəsi sənəddə qeyd olunan yerdə olmadığını, aldandığını, həmin torpağı tikili ilə birlikdə satıldığını, orada olan hasar və tikilini özünün tikmədiyini göstərmişdir. Eyni zamanda aldanmasına peşman olmasını və zərərinin geri qaytarılmasını tələb etmişdir. Xəzər Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh1 aldadan şəxslərin həbsi və ona vurulan zərərin ödənmədiyinə görə Cavabdeh1 və həyat yoldaşı Xəzər Rayon Məhkəməsinə onlara aldadılaraq satılan evinə köçürülmələri, həmin yaşayış evinə qanunsuz müdaxilənin qarşısının alınması barədə iddia verdikdən sonra, yeni qoyduğu qapını qıraraq evə yenidən girmişlər, bu dəfə isə işin məhkəmədə olmasını, məhkəmə qərarından sonra ancaq çıxacaqlarını, özlərini əks halda yandıracaqlarını, özlərinə xəsarət yetirəcəkləri ilə onu hədələməyə başlamışdırlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-834/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaları təmin olunmamış və həmin qətnamə qanuni qüvvəyə minmişdir. Artıq cavabdehlər evin onlara məxsus olmamasını bilsələr də evdən çıxmırlar, ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.

6. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermis, əlavə olaraq izahatında qeyd etmişdir ki, mübahisəli evi öz zəhməti hesabına tikmişdir. Həmin evi tikən zaman cavabdehlər orda olmamışdır. Evdə olmamağından istifadə olunaraq, cavabdehlər evə daxil olmuşdurlar. Onların həmin evin tikilməsində heç bir zəhməti və vəsaiti olmamışdır. Buna görə də, iddiasının təmin olunmasını xahiş edir.

7. Cavabde hlərin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda izahatında bildirmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının istinad etdiyi Abşeron rayonu Donuzkökəltmə Sovxozunun 12 iyul 1990-cı il tarixli əmrin saxta olması müəyyən edilmişdir. Onun cavabdehlərə qarşı tələb irəli sürməyə subyektiv hüququ yoxdur. Ancaq iddiaçının həmin evə çəkdiyi xərcləri tələb etmək hüququ vardır.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yaşayır. İddiaçı onunla qonşudur. 2012-ci ildə iddiaçı oranı 20000 manata almışdır. 3 ildi eşitmişdir ki, İsgəndərin evini zəbt ediblər. Ev təmirsiz olmaqla qapı-pəncərəsi, hətta qapısı yox idi. Cavabdehləri ta nımır.

9. X2 göstərmişdir ki, iddiaçını tanıyır. Cavabdehləri isə tanımır. Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində yaşayır. Mübahisəli evi İsgəndər tikmişdir.

10. X1 göstərmişdir ki, iddiaçı ilə qonşudur. Evlərinin arasında 300-400 metr ara məsafəsi var. İddiaçı həmin evi tikmişdir. Evin tikinti işlərində özü də işləmişdir. Cavabdehləri isə tanımır.

11. Məhkəmə tərəfindən tərəflərin iştirakı ilə mübahisəli fərdi yaşayış evinə yerli baxış keçirilmiş və baxış zamanı mübahisəli fərdi yaşayış evinin Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzkökəltmə sovxozunda (Cəlil Məmmədquluzadə küçəsində kanalın üstü adlanan ərazidə) yerləşməsi, fərdi yaşayış evinin bir mərtəbəli olmaqla, tam təmirli olmaması, yaşayış üçün tam yararlı olmaması müəyyən edilmişdir. Yerli baxış zamanı yerli baxışda iş tirak edən Cavabdeh1 bildirmişdir ki, mübahisəli evi aldıqdan 2 ay sonra İddiaçı onlara yaxınlaşaraq həmin evin ona məxsus olduğunu bildirmişdir. O, evdə müəyyən təmir işləri aparmışdır.

12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2338/2024 nömrəli, 5 dekabr 2024- cü il tarixli qətnaməsi ilə (hakim Emin Məmmədli) iddia təmin edilmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının torpağa və ya tikiliyə dair hüquq-müəyyənedici sənədinin olmamasına baxmayaraq hazırkı iş üçün preyudisiya əhəmiyyətinə malik olan məhkəmə aktlarına istinadən iddiaçının irəli sürdüyü tələblər üzrə subyektiv hüquqa malik olduğunu, cavabdehlərin isə mübahisəli əmlaka hər hansı aidiyyəti olmadığını təsdiq etmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahidlər müba hisəli fərdi yaşayış evinin iddiaçı tərəfindən tikilməsi halını təsdiq etmişdirlər.

14. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəllənin 139.3, 164.1, 164.2, 165.1, 165.2, 178.1 və 180.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddianın rədd olunması barədə qətnamə çıxarılimasını xahiş etmişdir.

16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Amma məhkəmə bu vəzifəni yerinə yetirməmişdir. Həmçinin mülki məhk əmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir. Məhkəmənin hazırkı iş üzrə qətnaməsi isə adıçəkilən maddənin pozuntusu ilə qəbul edilmişdir. Belə ki, cavabdehin hüquq və mənafelərinin təsdiqilə əlaqədar atılmalı olan prosessual addımlar atılmamış, iştirakı təmin edilməmiş, həqiqətə nail olmaq üçün zəruri hərəkətlər edilməmiş və sübutlara düzgün qiymət verilməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmaqla yanaşı, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin hallarından görünür iddiaçının subyektiv hüququ olmasada, məhkəmə hazırkı iddia tələbi təmin etmiş və iddiaçının maraqlarına uyğun prosessual hərəkətlər etmişdir. Bu halın özü nün əsassız olması ilə yanaşı qeyd edir ki, ümumiyyətlə hazırkı tələblə bağlı hər hansı araşdırma aparılmadan yekun məhkəmə aktı çıxarılması olduqca qanunsuz yanaşmadır.

17. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, işin halları ondan ibarətdir ki, onun təmsil etdiyi şəxs mübahisəli yaşayış evini pul vəsaiti verərək almışdır, alandan sonra orada kifayət qədər yaxşılaşdırma işləri görmüşdür. Daha sonra həmin evlə bağlı mübahisə yaranmış, müəyyən olmuşdur ki, təmsil etdiyi şəxsi aldadıblar. Bununla bağlı cinayət işi başlanmışdır. Aldadan şəxslər də cinayət məsuliyyətinə cəlb olunmuşdur. İddiaçı hesab edir ki, cinayət işi başlanıldığına görə ev guya ona məxsusdur. Bununla bağlı məhkəməyə sə nəd təqdim edərək iddia qaldırır ki, ev müvafiq əmrdən 13 iyul 1990-cı il tarixli çıxarışla ona verilmişdir, ev ona məxsusdur, onların çıxarılmasını tələb edir. Necə ki, əvvəllər cavabdehin tələbi subyektiv hüququn olmaması əsası ilə təmin edilməmişdir, ona görə də Xəzər Rayon Məhkəməsi də eyni əsaslarla iddianı təmin etməməlidir. Çünki iş materiallarından da görünür ki, iddiaçı evi iki min neçənci ildə almış, amma əmr 1990-cı ildə verilmişdir. Bu sənədlə bağlı sorğu verilmiş və saxta olduğu təsdiqlənmişdir, heç bir hüquqi əsası olmayan sənəddir. İddiaçı da tələbində bu sənədə əsaslanır. İddia tələbi mümkünsüz və əsassızdır, çünki istinad etdiyi sənədin hüquqi əsası yoxdur. Buna görə də iddiaçı yaşayış sahəsindən çıxarılma ilə bağlı tələb irəli sürə bilməz. Xəzər rayonunda əksər şəxslərə b elə sənədlər verilmişdir, bununla bağlı nə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunmuşdur. Eyni yanaşmanı iddiaçıya qarşı da qoymaq lazımdır. İddiaçının da saxta sənədə əsaslandığı üçün subyektiv hüququ yoxdur. Həmçinin qarşı tərəfin məhkəməyə gətirdiyi şahidlərin ifadələrində ziddiyət vardır. Qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. Cavabdeh orada tikinti işləri aparmış, xərclər çəkmişdir. Məhkəmə hökmü ilə zərərçəkmiş şəxs kimi tanınsa da zərərin nədən ibarət olduğu qeyd edilməmişdir. Maddi baxımdan zərərin miqdarı və s. qeyd edilməmişdir.

18. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərmişdir ki, onun sol tərəfində qonşu vardır, o bildirir ki, orada ev tikən zaman burada çox ev yox idi. İsgəndər adlı şəxsi tanıyır. X alid adlı şəxs ortaya çıxmışdır. Onun həyətini qazmışdı. O, özü kənarda kirayədə yaşayırdı. Onu həmin əraziyə baxan bölməyə çağırdılar ki, ərizə yazmalıdır. O da savadsız adam idi, onlar nə deyib onu yazmışdır. Qarşı tərəflə onda eyni sənəddir. O, Azər adlı şəxsdən almışdır və həmin şəxs hazırda həbsdədir.

19. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, aldadan şəxs də etiraf edir ki, aldatmışdır və cəzası nədirsə çəkəcək. Eyni zamanda qarşı tərəf də etiraf edir ki, evin sahibi gələndən sonra o bilmişdir ki, aldadılıb. Qarşı tərəfin vəkili də məhkəmə ilə birgə evə baxış keçirmişdir, qarşı tərəf evə heç nə etməmişdir. Evi o öz əli ilə tikmişdir. O, Naxçıvanda olanda qonşular ona zəng vuraraq evin satıldığını soruşmuşlar, o da cavabında satmadıığımı bildirmişdir. Gəldikdə evə darvaza qoyulduğunu görmüşdür. Qarşı tərəf həmin satan adamdan şikayət edərək onu həbs etdirmişdir. Mübahisəli evə qaz-işıq xətləri çəkilən zaman o Naxçıvanda olmuşdur. Ona zəng gələndən sonra gəlib görmüşdür ki, evə sayğac qoyulmuşdur.

20. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1568/2025 nömrəli, 25 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdirdir ki, iddiaçı cavabdehlərin çıxarılmasını istədiyi daşınmaz əmlakın faktiki sahibi olmuş, onun bu hüquqa malik olması hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malik olan qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. Hazırkı mübahisənin həlli üçün əhəmiyyəti olan bu hallar da yenidən məhkəmə araşdırmasının predmeti ola bilməz.

22. Həmin məhkəmə aktlarına əsasən iddiaçı mübahisəli tikiliyə dair müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üzrə subyektiv hüquqa malikdir, o, bu hüququnu üçüncü şəxslərin müdaxilələrindən məhkəmə qaydasında müdafiə edə bilər. İddia ərizəsindən də göründüyü kimi tələbin mahiyyəti iddiaçının özbaşına tikili hesab edilən fərdi yaşayış evindən məhrum olduğundan həmin fərdi yaşayış evinin onun sahibliyinə verilməsindən ibarətdir.

23. Məhkəmə iş üzrə gəldiyi nəticəni Mü lki Məcəllənin 157.8, 159, 163.1, 164.1, 164.2, 165.1, 166.3, 180.1, 180.2 və 180.3-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008ci il tarixli qərarlarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. Cavabdeh2 (Vəkil2) kassasiya şikayə ti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlilləri araşdırılmamış, yalnız əvvəlki məhkəmə qərarlarının preyudisial əhəmiyyətə malik olması qənaətinə gəlinərək əsassız olaraq şikayət rədd edilmişdir. Lakin bu zaman həmin qərarların hansı hissədə preyudisial olması və əhəmiyyət kəsb etməsi qeyd edilməmiş və hazırkı mülki işdə öz təsdiqini tapmamışdır. Belə ki, həmin qərarlarda hazırkı iş üzrə iddiaçının sözügedən torpaq və ya tikiliyə subyektiv hüquqa malik olması ilə bağlı hər hansıməsələ öz təsdiqini tapmamışd ır. Əvvəlki məhkəmə qərarlarında, yəni iddiaçılar Cavabdeh2 qzı və Cavabdeh1 İddiaçı qarşı mülki iş üzrə qəbul edilmiş qərarlarda, yalnız Cavabdeh2 və Cavabdeh1 sözügedən iddianı qaldırmaqda subyektiv hüquqa malik olubolmaması məsələsi araşdırılmış və onların aldadılması, dələduzluq cinayətinin qurbanı olması faktları öz təsdiqini tapmışdır. Lakin əvvəlki məhkəmə qərarlarında İddiaçı subyektriv hüquqa malik olub-olmaması məsələsi araşdırılmamışdır. Göründüyü kimi, həmin qərar və qətnamələr subyektiv hüquqla bağlı məsələnin araşdırılmasında preyudisial xarakter daşıya bilməz və həmin qərarlara istinad edilib İddiaçı subyektiv hüquqa malik olması qənaətinə gəlinməsi tamamilə absurddur. Odur ki, İddiaçı subyektiv hüquqa malik olub-olmaması məsələsinin müəyyən edilməsi zamanı hər iki məhkəmə t ərəfindən əvvəlki qərar və qətnamələrə istinadə edilməsi kobud qanun pozuntusudur. İddiaçının nə torpaq sahəsinə, nə də əvvəlki qalıq şəklində olan tikiliyə heç bir aidiyyəti olmamış, qalıq tikilinin kim tərəfindən tikilməsi sübuta yetirilməmişdir. Bu məsələlər əvvəlki məhkəmə qərarlarında müəyyən edilmədiyindən preyudisial xarakter daşıya və istinad edilə bilməz.

26. Həmçinin, apellyasiya insansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədə Mülki Məcəllənin 14.2.1, 157.8, 159, 163.1, 164.1, 164.2, 165.1, 165.3, 180.1- 180.3-cü maddələrinə istinad edilsə də, onlara lazımi huquqi qiymət verilməmiş, yalnız iddiaçının iddiasında qeyd olunanlar əsasında qeyri-obyektiv qətnamə qəbul edilmişdir.

27. Daha sonra cavabdeh kassasiya şikayətinə əlavə ünvanlayaraq onunla əsaslandırmışdır ki, hazır da mübahisə edilən apellyasiya instansiyası məhkəməsinin qatnaməsinin səkkizinci vərəqinin 44 rəqəmi ilə qeyd edilən qrafasında apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsindən fərqli olaraq 1224-cü saylı çıxarışın əvəzinə qəsdən 428 saylı çıxarışı qeyd etmişdir. Məhkəmələr cavabdehlərin savadsızlığını görüb güman etmişdilər ki, yəqin bu halı cavabdehlər müəyyən edə bilməyəcəklər. Əgər iddiaçı heç bir saxtakarlıq etmədən həqiqətən də həmin həmin mübahisəli torpaq sahəsini qanuni əsaslarla özü alıb tikmişdirsə, cavabdehlər həmin torpağı və üzərindəki tikilini zəbt etmişdirsə, bu halda iddiaçı iddia müddətini ötürmüşdür. Bela ki, 2023-cü ilin fevral ayından hesablanarsa iddaçı 2024-cü ilin mart ayına qədər müvafiq iddianı məhkəməyə taqdİm etməli İdi. Lakin o, iddiasını məh kəməyə 2024-cü ilin may ayının əvvəlində təqdim etmişdir. Yəni İddiaçı 2 (İki) aydan artıq iddia müddətini ötürməklə iddianı məhkəməyə təqdim etmişdir. Məhkəmələrə bu barədə bildirilsə də, məhkəmələr bu hala diqqət yetirməmişlər.

28. İddiaçının məhkəməyə təqdim etdiyi, onun adına olan Abşeron rayon Donuzköçürmə Sovxozunun 12iyun 1990-cı il tarixli 135-ci əmrindən 428 nömrəli çıxarışı saxtadr. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfındən İddiaçıa qarşı olan əvvəlki mülki iş üzrə 428 nömrəli çıxarışın, İddiaçı Cavabdeh2 va Cavabdeh1 qarşı olan hazırkı mülki iş üzrə isə 1224-cü nömrəli çıxarışı təqdİm etməsinə hüquqi qİymət verilməmiş, saxta olduğu müəyyən edilməmişdir. Halbuki məhkəmələr tərəfindən baxılan hazırkı işdə iddiaçının saxta sənədlər təqdim etdiyi aşkar olduğundan xüsusi qarardad qabul edilməlidir. b)

29. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi

30. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

31. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

32. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi iləəldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur.

33. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozmaqadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. B u zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

34. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.

35. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər.

36. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

37. Maddə 180.1-180.3. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təh lükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarı

38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarı.

39. A zərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmam asını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instans iyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul ed ilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin l əğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

49. Cavabdeh2 kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

50. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qə bul etmir.

51. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiy a şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1568/2025 nömrəli iş üzrə 25 fevral 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar