Məhkəmə qərarları › İş №2(102)-2476/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2476/2023

19.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2476/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zəpt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma və torpaqdan istifadəyə maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər, Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “zəpt olunmuş torpaq sahəsindən məcburi qaydada çıxarılma və istifadəyə edilən maneələrin aradan qaldırılması” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-307/2023 saylı iş üz rə 14 fevral 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən 62 kvadrat metr yaşayış sahəsindən ibarət 2 otaqlı yaşayış evi Babaşova Abuhəyat Məhəmmədəli qızının adına xx.xx.1990-cı il tarixdə 601 nömrə ilə qeydə alınmışdır.

2. Babaşova Abuhəyat Məhəmmədəli qızı xx.xx.1990-cı il tarixdə ölmüşdür.

3. İddiaçılar mərhum anaları Abuhəyat Babaşovanın birinci növğədə vərəsələridir. Vərəsələr arasında miras əmlakın qəbuluna dair mübahisə yoxdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkməyə müraciət edərək Cavab deh qanunsuz olaraq tutduğu, onlara məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsindən istifadə ilə bağlı onun tərəfindən edilən maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yaşayırlar. Şəhriyar küçəsində onların özlərinə məxsus torpaq sahələri və həmin torpaq sahəsində yerləşən evləri vardır. Ev mərhum anası Abuhəyat Babaşovanın adına qeydə alınsa da, həmin evə onların payları müəyyən olunmuşdur. Cavabdeh onların qonşuluğunda yaşayır. Cavabdeh aralarında olan hasarı sökdüyü üçün onu bərpa etmək istəmişlər, lakin cavabdeh həmin torpaq sahəsinin ona aid olmasını bildirərək onları həmin əraziyə buraxmamışdır. Dəfələrlə tələb etmələrinə baxmayaraq cav abdeh buna hər dəfə maneə olmuşdur. Cavabdehin bu hərəkətləri onların mülkiyyət hüquqlarını kobud surətdə pozur. Nəticədə onlar həmin torpaq sahəsindən istifadə hüququndan məhrum olmuşlar. Ona görə də, Cavabdeh qanunsuz olaraq tutduğu onlara məxsus torpaq sahəsindən məcburi qaydada çıxarılması və torpaq sahəsinə onun tərəfindən edilən maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edirlər.

6. İqtisadiyyat Nazirliyi ünvanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin xx.xx.2020-ci il tarixli, 07/100 nömrəli mütəxəssis rəyinə əsasən ünvan 1 ünvanında yerləşən iddiaçılar Qurbanovam Ulduz Babaş qızı və İddiaçı2 məxsus həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək mütəxəssisin səlahiyyətlərinə aid deyildir. Həmin həyətyanı torpaq sahəsində və mübahisəli torpaq sahəsində çölölçü işləri aparılmışdır. Təqdim edilmiş sənədlərdə iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh aid hüquqmüəyyənedici və texniki (kordinatlar) sənədlər təqdim edilmədiyindən ünvan 1 ünvanında yerləşən, iddiaçılara məxsus həyətyanı torpaq sahəsinin cavabdehə məxsus həyətyanı torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək olmamışdır. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunmuşdur.

7. İddiaçı1 vəsatətinə əsasən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1045/2021 saylı qərardadı ilə məhkəmə-tikinti texniki ekspertizası təyin edilmişdir.

8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarix li, 10/1896 nömrəli ekspert rəyinə görə qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssisi İlyas Rəsulovun rəyində qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus həyətyanı torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunub-olunmamasını müəyyən etmək mütəxəsissin səlahiyyətinə aid deyildir. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi üanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə- Tədqiqat İdarəsinin mütəxəssis İlyas Rəsulovun mütəxəssis rəyində qeyd edilir ki, ünvan 1 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 aid olan həyətyanı torpaq sahəsində və mübahisəli torpaq sahəsində çöl-ölçü işləri aparıldı. Qərardadın üçüncü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssis İlyas Rəsulovun mütəxəssis rəyində qeyd edilir ki, Məhkəmə tərəfindən təqdim edilmiş sənədlərdə iddiaçılar İddiaçı1 və İddiaçı2 və Cavabdeh aid hüquqmüəyyənedici və texniki (kordinatlar) sənədlər təqdim edilmədiyindən ünvan 1 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus həyətyanı torpaq sahəsi Cavabdeh məxsus həyətyanı torpaq sahəsi ilə üst-üstə düşüb düşməməsini müəyyən etmək olmadı. Ekspert rəyindən qeyd olunur ki, Mərkəzdə torpaq sahələrinə aid baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilm əməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla, baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər.

9. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/3256 nömrəli ekspert rəyinə əsasən Qərardadın birinci və ikinci sualları üzrə: ünvan 1 ünvanında yerləşən iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus həyətyanı torpaq sahəsinin 42 kvadrat metr hissəsi Cavabdeh tərəfindən istifadə edilir. (sxem mülki iş materialının 19-cu səhifəsinə əlavə edilmişdir). Qərardadın üçüncü sualı üzrə: Tərəflərə məxsus torpaq sahələri bir-biri ilə qonşuluqda yerləşir. Cavabdeh tərəfindən istifadə edilən 42 kvadrat metr torpaq sahəsi ortaq sərhəddə yerləşir.

10. Kürdəmir Rayon Məhkəməsinin 2(041)-317/2022 saylı, 3 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Müseyib Bayramov) iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin 42 kvadrat metr hissəsindən Cavabdeh məcburi qaydada çıxarılması və həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən edilən maneələrin aradan qaldırılması, Cavabdeh 100 manat ekspertiza xərcinin tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

11. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş məhkəmə-tikinti texniki ekspertizasının rəyi ilə iddiaçılara məxsus torpaq sahələrinin birbiri ilə qonşuluqda yerləşməsi və həmin həyətyanı torpaq sahəsinin 42 kvadrat metr hissəsinin cavabdeh tərəf indən istifadə edilməsi müəyyən edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 1 ünvanında yerləşən həyətyanı torpaq sahəsinin 42 kvadrat metr hissəsindən Cavabdeh məcburi qaydada çıxarılmalı və həmin torpaq sahəsindən istifadəyə cavabdeh tərəfindən edilən maneələr aradan qaldırılmalıdır.

13. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 68, 111 və Mülki Məcəllənin 157.2-ci maddələrinə istinad etmişdir. a) Apellyasiya instansiyası məhkəməsində icraat

14. Cavabdeh apelyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin 2(041)317/2022 saylı, 03 avqust 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbu l edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. İddiaçılar mübahisəli torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən evin mərhum anaları Abuhəyat Babaşovanın mülkiyyətində olmuşdur və o, vəfat edəndən sonra hazırkı iddiaçılar mübahisəli torpağa və evə dair vərəsəlik şəhadətnaməsi almadan ona qarşı hazırkı iddianı qaldırmış, birinci instansiya məhkəməsi isə bu halda iddiaçıların iddia qaldırılması üçün subyektiv hüququnun olub- olmamasını yoxlamadan iddia tələbin i təmin edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-307/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – X1 (sədrlik edən və məruzəçi), X3 və X4) apellyasiya şikayəti təmin edilməmiş, Kürdəmir Rayon Məhkəməsinin 2(041)317/2022 saylı, 03 avqust 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin alınmaması həmin əmlak üzrə qanunsuz müdaxilənin aradan qaldırılması və mülkiyyət hüququnun müdafiəsi ilə bağlı tədbirlərin görülməsinin qarşısını almır. Çünki işin mübahisəsiz halı kimi müəyyən olunur ki, iddiaçılar anaları Abuhəyat Babaşovanın mülkiyyətində olan ünvan 3 saylı evdə onunla birlikdə yaşamışl ar və ölümündən sonra da, həmin evdə yaşamaqda davam edirlər. Belə ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlaka faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nü mayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş (Mülki Məcəllənin 1146,1255,1243.2-ci maddəsi) sayılır. Göründüyü kimi cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

18. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-307/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi üzrə bir neçə mütəxə ssis və ekspert rəyləri mövcuddur. Bütün mütəxəssis və ekspert rəylərində iddiaçılar və cavabdeh tərəfindən hüquqmüəyyənedici və texniki (koordinatlar) sənədlər təqdim edilmədiyindən ünvan 3 ünvanında yerləşən iddiaçılara məxsus torpaq sahəsinin cavabdehə məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsinin mümkün olmaması qeyd olunmuşdur. Yalnız Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/3256 nömrəli ekspert rəyində ünvan 3 ünvanında yerləşən iddiaçılara məxsus torpaq sahəsinin 42 kvadrat metr hissəsinin cavabdeh tərəfindən istifadə olunması, tərəflərə məxsus torpaq sahəsinin bir-biri ilə qonşuluqda yerləşməsi, cavabdehin istifadə etdiyi 42 kvadrat metr torpaq sahəsinin ortaq sərhəddə yerləşməsi barədə rəy verilmişdir. Qeyd olunan eks pert rəyi heç bir mötəbər sənədlə əsaslandırılmamış, formal mülahizələrə əsasən rəy verilmişdir. Belə olan halda maraqlı bir sual formalaşır: Əgər mütəxəssis və ekspert rəyi vermək mümkün idisə hansı səbəbdən əvvəlki mütəxəssis və ekspertlər rəy verməmişdir? xx.xx.2022-ci il tarixli 10/3256 nömrəli ekspert rəyi hansı sübutlara, araşdırmalara əsasən verilmişdir? Kürdəmir Rayon Məhkəməsi qeyd olunan sualları araşdırmadan iş üzrə olan heç bir mütəxəssis və ekspert rəyini nəzərə almadığı halda həmin ekspert rəyini əsas götürərək iddiaçıların iddianı təmin etmiş, Şirvan Apelyasiya Məhkəməsi də qeyd olunan xüsusatları nəzərə almadan, araşdırma aparmadan apelyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, qətnaməni qanuni və əsaslı hesab etmişdir. Bundan əlavə, İddiaçı2 Bakı şəhərində qeydiyyatda olmaqla Bakı şəhərində, İddiaçı1 isə Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayır. Bu barədə apelyasiya şikayətində açıq şəkildə qeyd olunmuşdur. Lakin məhkəmə apelyasiya şikayətinin qeyd olunan dəlili ilə bağlıda araşdırma aparmadan iddiaçıların Abuhəyat Babaşova ilə ünvan 2 ünvanında yerləşən evdə birgə yaşamalarını qeyd etsə də, bu barədə heç bir sübuta əsaslanmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı1 kassasiya şikayətinə etiraz edərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-307/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

21. Etiraz iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

24. Maddə 139.1. Mülkiy yət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

25. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

26. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

27. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istə diyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.

29. Maddə 158.1 Mülkiyyət hüququ ilə yanaşı girov hüququ, əmlakdan istifadə hüququ və servitutlar da əmlak hüquqları sayılır.

30. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

31. Maddə

146. Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığı nı müəyyən edir.

32. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

33. Maddə 1243.2. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

34. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

35. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

36. Maddə 111 (İİ və İİİ hissə). Özbaşına tutulmuş zəbt olunmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvə zi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin, qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Kassasiya baxışının hədləri

37. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyindən məhkəmənin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

40. Cavabdehin kassasiya şikayətində qeyd edil ən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bü qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Bu baxımdan da həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas hesab etmir.

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-307/2023 saylı iş üzrə 14 fevral 2023-cü il tarixli il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar