Məhkəmə qərarları › İş №2(102)-2476/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2476/2024

15.07.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2476/2024 15.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2042/2024 nömr əli, 13 mart 2024cü il tarixli qətnaməsindən Cavabdeh MMC (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 15 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixdə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə əsasən, İddiaçı müddətsiz olaraq həmin MMC-də "xxxx" vəzifəsinə qəbul olunmuşdur. 2. “Əmək qabiliyyətinin olmaması” haqqında ******* nömrəli vərəqəyə əsasən, İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək “kəskin respirator virus infeksiyasi (KRVİ)” diaqnozu ilə xəstə olmaqla əmək qabiliyyəti olmamışdır.

3. Cavabdeh MMC xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respubli kası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmiş, işçinin xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilə qədər istifadə edilməmiş 8 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilərək işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi qərara alınmışdır.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarına əsasən, MMC-nin direktoru X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1.500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırıl ması üçün 30 gün müddət müəyyən olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, İddiaçı əmək müqaviləsinə xx.xx.2023-cü ildə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, həmin Məcəllənin 79-cu maddəsinin tələbləri pozulmuşdur.

5. Cavabdeh MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 517/k nömrəli əmri ilə, "xxxx" İddiaçı işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmr etibarsız hesab olunmuş, Cavabdeh MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 522/k nömrəli əmrinə əsasən isə "xxxx" İddiaçı işdən azad olunması əmrinin ləğv olunması barəsində xx.xx.2023-cü il tarixli, 517/k nömrəli əmr qüvvədən düşmüş hesab olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində ic raat:

6. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdehnə (bundan sonra cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli xxxxxxx000500 nömrəli müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, 448/k-x-01 nömrəli əmrin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, qətnamə icra edildiyi vaxtadək məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsi və mediasiya xərci üçün ödədiyi 60 manat, vəkillə bağladığı müqavilə üçün ödədiyi 201 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixli xxxxxxx000500 nömrəli müddətsiz əmək müqaviləsinə əsasən, Cavabdeh MMC-də "xxxx" vəzifəsində işləmiş, MMC-nin direktoru Emil Eyvazov xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrlə heç bir səbəb göstərilmədən, izahatı alınmadan, xəstəliyi ilə əlaqədar işdə olmadığı vaxt əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verərək onu işdən azad etmişdir. İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək xəstə olduğu üçün həmin günlərdə əmək vəzifələrini yerinə yetirə bilməmiş, cavabdehi bu barədə məlumatlandırmış və tibbi vərəqənin əslini cavabdehə təqdim etmişdir. Bu zaman iddiaçıya bildirilmişdir ki, əmək müqaviləsi ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyinə görə xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrlə işdən azad edilmişdir. İşlədiyi müddətdə cavabdeh iddiaçıya "xxxx" ASC-nin ödəniş kartı vasitəsilə xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək maaş və bonuslar nəzərə alınmaqla cəmi 40.350,51 manat əmək haqqı ödəmişdir. MMC-də işlədiyi müddətdə onun orta aylıq qazancı 2.690 manat təşkil etmişdir.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı xx.xx.2023-cü ildən başlayaraq işə gəlməmiş, bununla əlaqədar həmin tarixdən dəfələrlə onun yaşadığı və qeydiyyatda olduğu ünvanlara məktub və teleqram göndərilmiş, məktubu aparan əməkdaşın qeyd edilən ünvana getməsinə baxmayaraq, orada iddiaçının olmadığını bildirmişdir. MMC-nin direktoru tərəfindən əmək müqaviləsinin ləğv edilməsi barədə əmr çıxarıldıqdan sonra iddiaçı xəstə olması barədə rəsmi sənəd təqdim e tmişdir. İddiaçıdan yazılı izahat tələb olunmamış və alınmamışdır.

9. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-7579/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Qasımov Vidadi) iddianın təmin edilməsi, cavabdehin “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrin ləğv edilməsi, iddiaçının MMC-də "xxxx" vəzifəsinə bərpa edilməsi, iddiaçının işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin (xx.xx.2023-cü ildən hazırkı qətnamə icra edildiyi günədək) orta əmək haqqının cavabdeh MMC-dən alınaraq ona ödənilməsi, mediasiya xərci üçün ödənilmiş 60 manat və vəkillə bağlanan müqavilə üçün ödənilmiş 201 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, cavabdeh MMC-dən 100 m anat məbləğində dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin əmrində iddiaçının hərəkətləri nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olması qeyd olunmamış və əmək müqaviləsinin ləğv olunmasının zəruriliyi əsaslandırılmamışdır. Həmçinin əmrdə onun verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir. Bundan başqa, əmək müqaviləsi iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ləğv edilmişdir. Cavabdeh iddiaçının əmək qabiliyyətini itirməsi barədə ona verdiyi məlumata əhəmiy yət verməmişdir. İddiaçının xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək əmək qabiliyyətinin olmaması işdə olan ******* nömrəli “Əmək qabiliyyətinin olmaması vərəqəsi” ilə təsdiq olunur. Cavabdeh tərəf həmin sənəddəki məlumatların həqiqi olmamasını ehtimal etdiyini bildirsə də, məhkəməyə bu ehtimalı təsdiq edən sübut təqdim edə bilməmişdir. Bundan əlavə, cavabdeh əmək müqaviləsini ləğv etməzdən əvvəl iddiaçıdan yazılı izahatın verilməsini tələb etməmiş və izahat almamışdır. cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmamışdır. Bu isə əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli əmrin qanuni sayılmasını istisna edir.

11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Re spublikası Əmək Məcəlləsinin 68, 70, 71, 72, 76, 79, 83, 84, 186, 187, 189, 300-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 107, 119.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

12. Qətnamədən cavabdeh MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbindən, iş materiallarından və tərəflərin verdiyi izahatdan da göründüyü kimi, iddiaçı onun xəstəliyini təsdiq edən sənədlər toplusunu cavabdehə vaxtında təqdim etməmiş, işəgötürən bundan xəbərsiz olmuşdur. Eyni zamanda, iddiaçıya xəstəliyi i lə bağlı məlumat verilməsi üçün bütün mümkün tədbirlər həyata keçirilsə də, o, bununla bağlı məlumat və sənəd verməmişdir. İşçinin xəstə olmasını şifahi olaraq işəgötürənə bildirməsi işçinin işə gəlməməsinin üzrlü halı deyildir ki, bu baxımdan işəgötürənin məlumatlı olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, işçi iş günü ərzində hər hansı üzrlü səbəb olmadan işə gəlməmiş və ona çoxsaylı güzəştlər edilməsinə baxmayaraq, bundan nəticə çıxarmamış və onlar da haqlı olaraq əmək müqaviləsinə xitam vermişlər. Düzdür, Əmək Məcəlləsinin 79-cü maddəsi əmək qabiliyyətini müvəqqəti itirən işçinin əmək müqaviləsinin ləğv edilməsini qadağan edir, lakin qanunvericilik bu halı onun üçün nəzərdə tutub ki, işəgötürən 79-cu maddədə göstərilən halları bilmiş olsun və ya bilmək üçün bütü n mümkün vasitələrdən istifadə etsin. Lakin məhkəmə onlar tərəfindən təqdim etmiş sübutu düzgün qiymətləndirməmiş və düzgün olmayan nəticəyə gəlmişdir.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2042/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhramzadə (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Xumar Mərdanova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmrdə iddiaçının əmək funksiyasına daxil olan hər hansı işin, öhdəliyin, əmək vəzifələrindən hər hansı birini kobud şəkildə pozması, yəni kobu d səhvə yol verməsi göstərilməmişdir. Digər tərəfdən, iddiaçının iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini hər hansı formada pozması və ya işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması da müəyyən edilməmişdir. Halbuki tətbiq edilmiş normanın tələbləri baxımından (Əmək Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən) qeyd edilənlər əmrdə göstərilməli və əmək müqaviləsinin məhz bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır. Həmçinin Əmək Məcəllənin 187-ci maddəsinin 1-ci hissəsində intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin işçidən yazılı izahatın verilməsinin tələb edilməsi imperativ qaydada təsbit edilmişdir. İşçinin yazılı izahat verməkdən imtina etməsi də intizam tənbehinin verilməməsi üçün əsas deyil. Sadəcə olaraq bu imtinanın işəgötürən tərəfindən rəsmiləşdirilməsi tələb edilir. Buna baxmayaraq, yoxlamanın nəticələrinə dair tərtib edilmiş arayışda qeyd edilənlərlə bağlı Əmək Məcəlləsinin həmin maddəsinin tələblərinə uyğun olaraq iddiaçıdan yazılı izahatın tələb edildiyi və ya onun izahat verməkdən imtinasının rəsmiləşdirildiyi də müəyyən edilmir. Başqa sözlə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi zamanı Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri də pozulmuşdur. Bu halın mövcudluğu da əmrin ləğv edilməsi üçün bilavasitə əsasdır.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh MMC arasında xx.xx.2022-ci il tarixli xxxxxxx000500 nömrəli müddətsiz əmək müqaviləsi bağlanmış, iddiaçı həmin MMC-də "xxxx" və zifəsinə qəbul olunmuşdur. İddiaçının xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək əmək qabiliyyəti olmamışdır. Cavabdeh MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmrinə əsasən, iddiaçı ilə bağlanmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə, Əmək Məcəlləsinin 70. “ç” – “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş, işçinin xx.xx.2022ci ildən xx.xx.2023-cü ilə qədər istifadə edilməmiş 8 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə/departamentinə həvalə edilmiş və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarı ilə MMC-nin direktoru Emil Eyvazov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 1.500 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən olunmuşdur. Həmin qərarla müəyyən olunmuşdur ki, iddiaçının əmək müqaviləsinə xx.xx.2023-cü ildə əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş, həmin Məcəllənin 79-cu maddəsinin tələbləri pozulmuşdur. Bundan sonra cavabdeh MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 517/k nömrəli əmrinə əsasən, "xxxx" iddiaçının işdən azad olunması barədə xx.xx.2023-cü il tarixli 448/k-x-01 nömrəli əmr etibarsız hesab olunmuşdur. Daha sonra cavabdeh MMC-nin direktorunun xx.xx.2023-cü il tarixli 522/k nömrəli əmrinə əsasən, "xxxx" İddiaçı işdən azad olunması əmrinin ləğv olunması barəsində xx.xx.2023cü il tarixli 517/k nömrəli əmr qüvvədən düşmüş hesab olunmuşdur. Lakin əmrdə iddiaçının əmək funksiyasına daxil olan hər hansı işin, əmək müqaviləsi üzrə müəyyən edilmiş hər hansı öhdəliyin yerinə yetirilmədiyi, habelə əmək fəaliyyəti müddətində və əmək fəaliyyəti ilə bağlı əmək vəzifələrindən hər hansı birini kobud şəkildə pozması, yəni kobud səhvə yol verməsi göstərilməmişdir. Digər tərəfdən iddiaçının əməlinin iş ye rində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini hər hansı formada pozması və ya işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması da müəyyən edilmir. Halbuki, tətbiq edilmiş normanın tələbləri baxımından (Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən) qeyd edilənlər imperativ qaydada əmrdə göstərilməli və əmək müqaviləsinin məhz bu əsasla ləğv edilməsinin zəruriliyi əsaslandırılmalıdır.

17. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, əmək müqaviləsi iddiaçının əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ləğv edilmişdir. Belə ki, iddiaçı ilə cavabdeh MMC-nin İnsan resursları şöbəsinin müdiri Nümayəndə2 arasında vatsap tətbiqi vasitəsilə aparılmış yazışmalara əsasən, cav abdeh əmək müqaviləsinin ləğv edildiyi gün iddiaçının xəstəliyi ilə bağlı işə gəlməməsi barədə məlumatlı olmuşdur. Yazışmalara əsasən iddiaçı xx.xx.2023-cü ildə saat 08:03-də və təkrarən 10:13-də Nümayəndə2 səhhəti ilə əlaqədar həmin gün işə çıxa bilməyəcəyini, xx.xx.2023-cü ildə saat 11:15-də xəstə olduğunu, sağalanda işə çıxacağını yazmış, Nümayəndə2 xx.xx.2023-cü ildə saat 11:30-da ona yazaraq, hansı xəstəxanada müalicə aldığını soruşmuş, həmçinin bildirmişdir ki, şirkət nümayəndələri onu ziyarət etsinlər və gələcəkdə xəstəlik vərəqi üzərindən ödəniş edilməsi üçün nümayəndə protokol tərtib etməlidir. İddiaçı həmin gün saat 11:32-də “Mən xəstəxanada müalicə almıram. Evdə müalicə alıram. Xəstəxanaya yoxlanmağa getmişdim” cavabını yazmış, bundan sonra Nümayəndə2 nümayəndənin gəlib onu evdə yoxlayacağını bildirərək, həmin müddətdə həkim rəyi, həkimin diaqnozu və həkim tərəfindən təyin edilmiş müalicə sənədlərini nümayəndəyə təqdim etməyi tələb etmişdir. Lakin daha sonra MMC-nin nümayəndəsinin iddiaçının yaşadığı evə gəlməsi müəyyən edilmədi. Göründüyü kimi, cavabdeh iddiaçının əmək qabiliyyətini itirməsi barədə ona verdiyi məlumata əhəmiyyət verməmişdir.

18. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 9-cu maddəsinin 3-cü hissəsi, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsi “ç” bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 71-ci maddəsinin 3-cü hissəsi, 76-cı maddəsinin 1-ci hissəsi, 79cu maddəsinin 1-ci hissəsi, 186-cı maddəsinin 2-ci hissəsi, 186-cı maddəsinin 3-cü hissəsi, 187-ci maddəsinin 1-ci hissəsi, 296-cı maddəsinin 2-ci hissəsi, 296-ı maddəsinin 3-cü hissəsi, 296-cı maddəsinin 5-ci hissəsi, 300-cü maddəsinin 1-ci hissəsi və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.2, 217.4, 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

19. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur. İddia tələbindən, iş materialları ndan və tərəflərin verdiyi izahatdan da göründüyü kimi, iddiaçı tərəfindən onun xəstəliyini təsdiq edən sənədlər toplusu cavabdehə vaxtında təqdim edilməmiş, işəgötürən bundan xəbərsiz olmuşdur. Eyni zamanda iddiaçıya xəstəliyi ilə bağlı məlumat verilməsi üçün bütün mümkün tədbirlər həyata keçirilsə də, o, bununla bağlı məlumat və səndə verməkdən yayınmışdır. Məhkəmə onların tərəfindən təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Düzgün olmayan nəticəyə gəlmişdir. İşçinin işəgötürənə xəstə olmasını şifahi olaraq bildirməsi işçinin işə gəlməməsinin üzrlü halı deyildir ki, bu baxımdan işəgötürənin məlumatlı olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 cavabdeh tərəfindən verilmiş kass asiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını, kassasiya şikayətinin təmin olunmamasını xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

22. Maddə 2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.

23. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

24. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu M əcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

25. Maddə 71, (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

26. Maddə 71, (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri il ə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

27. Maddə

79. Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır.

28. Maddə

83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

29. Maddə 186 (2-ci hissə, “ç” bəndi). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, ya xud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

30. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nə zərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmi yyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə ic lasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillə rindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edil ərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnamə sinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər ol duğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

46. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır.

47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

48. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

49. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabd eh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2042/2024 nömrəli, 13 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar